Abdullah ibn Ömər səhabiyun cəlil - Useyd Turabov

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 พ.ย. 2024
  • Useyd Turabov 26 iyul 1977-də Bakıda anadan olmuşdur. Əslən azərbaycanlıdır. Ayrı sahələr üzrə 2 ali təhsili var. Yeniyetmə dövründə Qurani-Kərimi ərəbcə hifz etmişdir. 2000-ci ildə Səudiyyə Ərəbistanı, Mədinə şəhəri Beynəlxalq İslam Universitetinin əvvəlcə ərəb dilini öyrənmək üçün “Mahat”, ərəb dilini mükəmməl öyrənəndən sonra "Şəriət-Fiqh" fakültəsinə qəbul olmuşdur. Orada təhsil aldığı müddətdə əzbərlədiyi Qurani-Kərimi dünyaca məşhur qarilərə təhvil vermişdir. Həmin ərəfələrdə Mədinə şəhərində keçirilmiş Quran müsabiqəsində 100-dən 99 dərəcəni əldə edərək, 1-ci yerin sahibi olmuşdur.
    Mübarək Peyğəmbər məscidinin ali diplomuna nail olaraq orada tədris heyətinin üzvü təyin edilmiş və MDB-dən gəlmiş rus dilli millətlərin nümayəndələrinə Qurani Kərim hafizliyi üzrə müəllimlik etmişdir.
    Ramazan aylarında krallıq müsabiqəsi yolu ilə Mədinənin tanınmış məscidlərində təravih pnamazlarında "Xətmul Quran" imamı vəzifəsində işləmiş və məscidlərdə imamlıq etmişdir.
    Bununla yanaşı o əvvəlcə universitetin məscidində cümə xütbəsi azanını verən və 5 fərz namazı imam əvəzi, həmçinin, Ramazan ayının birində Qurani Kərimi xətm edən tələbələr sırasında məscid imamı vəzifəsində çalışmışdır.
    Qurani Kərimi Məscidul Nəbəviyyədə təhvil verəndən sonra Peyğəmbərə (sallAllahu aleyhi və səlləm) istinad olan şəcərəyə nail olmuş və Hafs an Asimin rəvayətlərini cəm edərək isnad sahibi şərəfinə nail olmuşdur.
    Məzun olmağına 2 il qalmış doktoranturada təhsil alan Keniyalı tələbədən Qurani Kərimi təhvil almış, ona müəllimlik etmiş və öz isnadını ilk varis olaraq ona vermişdir.
    Mədinə şəhərində ərəb dilinin mükəmməl şəkildə tədrisini aldıqdan sonra, 2009-cu ildə Mədinə İslam Universitetinin "şəriət-fiqh" fakültəsinin məzunu olmuşdur.
    Peyğəmbər məscidində Şeyx AbdulMuhsin əl-Abbad, Şeyx Saleh əs-Suheymi, Şeyx Süleyman Ruheyli, Şeyx Saleh Sindi və bir çox alimlərdən dərs almışdır.
    Tələbəlik illərində bütün dünyadan gələn tələblərin qəbulu şöbəsində sənəd qəbulu vəzifəsində işləmiş, həmçinin, həcc aylarında 3 dövlət dilinə (Azərbaycan, türk və rus) ərəbcədən fətva idarəsində tərcüməçi vəzifəsində çalışmışdır.

ความคิดเห็น • 4

  • @abubakrsiddikumarusmanalia2492
    @abubakrsiddikumarusmanalia2492 8 หลายเดือนก่อน +3

    Салам алейкум рехметулахи баракату Саратов Маш Аллах ехи

  • @TimeForIslam-hz8nz
    @TimeForIslam-hz8nz 8 หลายเดือนก่อน +3

    BarakaLlahu fikum

  • @EtisAliyev-ze4cc
    @EtisAliyev-ze4cc 8 หลายเดือนก่อน +3

    Assalamu aleykum . Allah elminiza barakat versin. Allah sizi cannat ahli etsin. Va yalniz xeyirla cazalandirsin.

  • @TimeForIslam-hz8nz
    @TimeForIslam-hz8nz 8 หลายเดือนก่อน +3

    Allah elminize bereket versin