QIŞ TƏDARÜKÜNƏ START VERDİM.ƏRİK ŞİRƏSİ.ALBALI KOMPOTU.QARA QARAĞAT MÜRƏBBƏSİ VƏ KOMPOTU.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ย. 2024
  • Mənim instagram səhifəm: / evimin.seliqesi
    Reklam və iş birliyi üçün:
    muzefferova.1517@gmail.com
    ƏRİK ŞİRƏSİNİN RESEPTİ
    1kq ərik
    1 stəkan şəkər tozu
    2 litr su
    HAZIRLANMASI
    Ərikləri yuyub tumlarını təmizləyirik. Sonra neçə kilo ərikdirsə,1 kiloya 1 stəkan şəkər tozu, 2 litr su əlavə edib ocağın üzərinə qoyuruq.5-6 dəqiqə qaynayır, əriklər yumşalır.Ocağı söndürürük və blendirlə ərikləri püre halına gətiririk.Sonra orta atəşdə 15 dəqiqə qaynadıb bankalara doldururuq.Əvvəlcədən suyun hamısını əlavə etməyin ki, blendrlə rahat olsun püre halına gətirmək.Əlavə edəcəyimiz suyun 1-2 litrini əlavə edib 5 dəqiqə qaynadırıq, blendrlə püre halına gətirdikdən sonra qalan suyu da əlavə edib hardasa 15 dəqiqə qaynadırıq.
    QARA QARAĞAT MÜRƏBBƏSİNİN RESEPTİ
    1kq qarağat
    1kq şəkər tozu
    1 stəkan su
    HAZIRLANMASI
    Qarağatları təmizləyib yuyuruq, üzərinə şəkər tozunu və suyu əlavə edib az atəşdə şəkər tozu əriyənə qədər gözləyirik.Sonra gur atəşdə 15-20 dəqiqəyə bişiririk.Qarağat tez bişdiyi üçün gur atəşdə bişiririk ki, əzilməsinlər.

ความคิดเห็น • 411