Bu virusdan qorunmağın tək yolu var, o da... - Həkim açıqladı - APA TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024
  • #APATV #qızılca #virus #yoluxma #xəstəlik #müalicə #həkim #peyvənd #aynurqara #apaxeber #apaxəbər #apatvxəbər #apaxeberler #xeberler #sonxeberler #gundemxeberler #xəbərlər #sonxəbərlər #xəbərlərbugün #xəbərlərdəbugün #gününxəbərləri #xəbərləryeni #sondeqiqe #gününəsasxəbərləri #sonxeberlerbugun2023 #gundemxeber #ənsonxəbər #apa #apagündəm #apatvyenixəbər #apatvənyenixəbər #apatvxəbərlərdəbugün
    Yüksək hərarət, boğaz ağrısı, burun axması, gözlərin qızarması, ümumi halsızlıq və ən əsası bədən səpkiləri... Bu simptomlar varsa, deməli qızılcaya yoluxmusunuz və dərhal həkimə müraciət etmək lazımdır. Qızılca bir virusdur. Bu xəstəlik insanlara hər nə qədər bəlli olsa da, qızılcanın sürətlə yayıldığı bir dönəmdə bəziləri müalicəni həkim nəzarəti olmadan, ev şəraitində etməyə çalışırlar. Halbuki, qızılca ağır xəstəlikdir və vaxtında müalicə olunmasa, ciddi fəsadlara yol açar.
    Müalicə zamanı sanitar-gigiyenik qaydalara əməl edilməli, otağın havası tez-tez dəyişdirilməli, xəstəyə yaxşı qulluq edilməli, çox yağlı qidalardan uzaqlaşmalı, kifayət qədər maye qəbul edilməlidir. İmmun sisteminə diqqət yetirilməlidir ki, bədənin müqaviməti möhkəm olsun. Xəstə bütün qızdırmalı dövrdə və temperatur düşəndən sonrakı 2-3 gün müddətində yataq rejimində olmalıdır. Amma bütün qızılcaya yoluxmuşlar xəstəxanaya yerləşdirilə bilməz, vəziyyəti ağırlaşan pasientlər isə həkim qərarıyla xəstəxanaya göndərilməldir. Evdə müalicə alan xəstələr də sahə həkiminin nəzarətində olmalı, onun tapşırığı ilə simptomatik müalicələri aparılmalıdır. Bakterial ağırlaşma varsa, antibiotikdən istifadə etmək olar. Digər hallarda isə antibiotik qəbulu yolverilməzdir. O ki qaldı qızılcaya yoluxmadan qorunmağa?
    Qızılca xəstəliyi hava-damcı yolu ilə insandan insana keçən yoluxucu xəstəlikdir. Lakin qızılcaya bir dəfə yoluxan insanda ömürlük immunitet yaranır.
    Qızılcadan qorunmağın yeganə yolu peyvənd olunmaqdır. Əgər kimsə peyvənd olunub-olunmadığını yaxud qızılca keçirib-keçirmədiyini xatırlamırsa, belə olan halda qanda immuqlobin Ci səviyyəsinə baxmaq lazımdır.
    AYNUR QARA
    VÜSAL BAYRAMOV
    APA TV
    ✅ Rəsmi saytımız: apa.tv
    ✅ Rəsmi facebook səhifəmiz: / tvapaxeber
    ✅ Rəsmi instagram səhifəmiz: / apatvresmi
    ✅ Rəsmi twitter səhifəmiz: / apatvofficial
    ✅ Rəsmi teleqram səhifəmiz: t.me/apa_tv
    ✅ Rəsmi youtube kanalımız: www.youtube.co...
    Copyright © APA TV
    Videolarda yazılan rəylərə görə kanal rəhbərliyi məsuliyyət daşımır.
    REKLAM TƏKLİFİ ÜÇÜN (Contact) info@apa.tv

ความคิดเห็น •