ŞİRVAN QUŞÇULARI HAQDA NƏ BİLİRİK? - Qaraqoyunlular və Bozqoyunlular...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • #Şamaxı #Quşçu
    "Şirvanın kəndləri" rubrikasında bu dəfə yolumuzu Şamaxıdan təxminən 25 kilometr cənubda yerləşən, toponimiyası, həyat tərzi, dialekti və şivəsiylə seçilən qədim bir tayfanın yurd-yuva qurduğu yaşayış məntəqəsindən saldıq. QUŞÇU kəndinə qonaq olduq, təsərrüfat sahəsində uzun illər müxtəlif vəzifələrdə çalışmış Zahir Məmmədovla söhbət etdik.
    Quşçuları Şamaxının-Şirvanın ən böyük tayfalarından sayan Zahir Məmmədov deyir ki, sovet kollektivləşməsindən sonra bu tərəkəmə camaat Quşçu kəndindən rayon mərkəzinə, Sabir və Şəhriyar qəsəbələrinə köçməyə məcbur oldu.
    QUŞÇU toponiminə Azərbaycanın bir neçə bölgəsində - Şirvanda, Qarabağda, Qərbi Azərbaycanda, Cənubi Azərbaycanda, Orta Asiyada rast gəlinir. Harda türk izi varsa, orda Quşçu toponimi də var.
    ZAHİR BƏY NƏLƏRDƏN DANIŞDI:
    Küdrüdə 12 oba...
    Qaraqoyunlular və Bozqoyunlular...
    Şamaxı Quşçusundan Tovuz Quşçusuna köçənlər...
    Xəlil Rza Ulutürk Quşçuda olanda...
    Arxeoloq Aləm Nuriyevin axtarışları və söhbətləri...
    Kurqanlar...
    Padar tayfası...
    Şeyx Eyyubla qohumluq...
    Nuru Paşadan bəhs edən zikrlər...
    Qoç baba nəsli...
    Tərəkəmənin ən çox sevdiyi heyvanlar...
    Bu tükə and olsun!..
    QUŞÇU kəndindən bəhs edən videomuza axıracan baxın. Axırda Quşçunu göyüzündən seyr edin.
    Allah ellərimizin üzünü ağ eləsin!

ความคิดเห็น • 33

  • @qurbanyaquboglu3251
    @qurbanyaquboglu3251  10 หลายเดือนก่อน +3

    Hörmətli izləyicilər, "Şirvanın kəndləri" rubrikasında növbəti videomuzu Şamaxı rayonunun Quşçu kəndindən təqdim edirik. Bilgili bir kənd sakini olan Zahir Məmmədovla söhbəti maraqla izləyəcəyinizə ümid edirik. Enerjili söhbət, bol məlumat, fərqli fikirlər, çoxlu mətləblər... Elmizin, bölgəmizin, insanlarımızın tanıdılmasına xidmət edən videomuz xoşunuza gələrsə, kanala abunə olmağı da unutmayın. Sayğılarla...

  • @cebrayil056
    @cebrayil056 8 หลายเดือนก่อน +2

    Var olun Qurban Bəy Zahir Əmiyədə Təşəkkür kəndimiz haqqında maraqlı faktlar və məlumatlar verir👍🖤 Quşçu🖤

  • @yeringulagi
    @yeringulagi 10 หลายเดือนก่อน +1

    Dron çəkilişi super. Hər kənddə belə edin, çox gözəl görünür

  • @akifmecidov1700
    @akifmecidov1700 8 หลายเดือนก่อน +1

    Çox sağ olun ki bu mövzunu bu işi görmüsünüz bu nahiyədə kimin əməyi və əziyyəti varsa Allah köməyi olsun

  • @veliveliyev7815
    @veliveliyev7815 10 หลายเดือนก่อน +1

    Zahir bəyə uğurlar

  • @eflatunmuradov6695
    @eflatunmuradov6695 10 หลายเดือนก่อน +2

    Salam Qurban bəy sağ olun.

  • @ilhammamedov1604
    @ilhammamedov1604 10 หลายเดือนก่อน +1

    Gözəl kəndir, səfalı, havası təmiz.Ata yurdum.İlham Əvəz oğlu.

  • @mazahirmammadli5645
    @mazahirmammadli5645 10 หลายเดือนก่อน +3

    Hacı Qurban, nə böyük iş görmüsən, qardaş. Bəs niyə gedəcəyini öncədən xəbər eləməmisən? Sən bu elin, obanın təssübünü tək başına çəkirsən. Allah səndən razı olsun.

  • @yurdyeri
    @yurdyeri 10 หลายเดือนก่อน +1

    Uğurlar

  • @qurbanyaquboglu3251
    @qurbanyaquboglu3251  10 หลายเดือนก่อน +1

    Allah ellərimizin üzünü ağ eləsin.

  • @ruslanrehimov83
    @ruslanrehimov83 10 หลายเดือนก่อน +1

    Sağol Qurban müəllim.

  • @СамедСалиев
    @СамедСалиев 10 หลายเดือนก่อน +1

    HƏR VAXTINIZ XEİR QURBAN MÜƏLLİM.

  • @gundelikteleqraf6448
    @gundelikteleqraf6448 10 หลายเดือนก่อน +1

    Şamaxıya salamlar

  • @şir-v5i
    @şir-v5i 10 หลายเดือนก่อน +1

    ❤❤❤❤👍👍👍👍

  • @elshan4162
    @elshan4162 10 หลายเดือนก่อน +1

    Ахшамын хейир Гурбан гардаш чох саголун чакилиша гора ман сизи излайирам Россиядан гозал иш горурсуз инсан гарак кечмишин харадан галдийин унутмасын

  • @quscumedyagroup5837
    @quscumedyagroup5837 10 หลายเดือนก่อน +2

    Dronla Oracan gedib bayragı yaxından çekeydiniz barı

  • @hasnli7159
    @hasnli7159 10 หลายเดือนก่อน +1

    Salam Aleyka

  • @Azayeva.şüşəxanım
    @Azayeva.şüşəxanım 9 หลายเดือนก่อน +1

    😂😂😂😂😂

  • @hasnli7159
    @hasnli7159 10 หลายเดือนก่อน +1

    Cox qozdedik bu sefer ceklishi

  • @kckcjgkgjejf8039
    @kckcjgkgjejf8039 10 หลายเดือนก่อน +2

    Ay kişi siz nə danışırsız.Qubadan gəliblər nə deməkdir.Təkcə Azərbaycanda 19 Quşçu kəndi var.Türkiyə,İran əksər türk ölkələrində Quşçu kəndi var.

    • @qurbanyaquboglu3251
      @qurbanyaquboglu3251  10 หลายเดือนก่อน +1

      Demişik də, yazmışıdq da. Dünya quşçularından da danışmışıq. Videoya diqqətlə baxın. Bir hissəyə baxıb şərh yazmağa tələsməyin.

    • @qurbanyaquboglu3251
      @qurbanyaquboglu3251  10 หลายเดือนก่อน +1

      QUŞÇU toponiminə Azərbaycanın bir neçə bölgəsində - Şirvanda, Qarabağda, Qərbi Azərbaycanda, Cənubi Azərbaycanda, Orta Asiyada rast gəlinir. Harda türk izi varsa, orda Quşçu toponimi də var. - bu cümlələr bizim təqdimatımızdadı. Buyurun oxuyun, videoya diqqətlə tamaşa edin.

    • @veliveliyev7815
      @veliveliyev7815 10 หลายเดือนก่อน +1

      Xoşunuza gəlməyəni deyin. Qərəzli görünəcəksiz.