22 dekabr rejissor, yazıçı Həsən Seyidbəylinin doğum günüdür. (22.12.1920-25.06.1980) Həsən Seyidbəyli Doğum tarixi: 22.12.1920 Vəfat tarixi: 25.06.1980 Həsən Mehdi oğlu Seyidbəyli Bakıda anadan olub. Leninqrad Kino Mühəndisləri İnstitutunun səs operatorluğu fakültəsində (1938-1939), Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinorejissorluq fakültəsində (1943-1951, Sergey Eyzenşteyn və Q.Kozinsevin sinfi) və Ali ssenari kurslarında təhsil alıb. “Azərbaycanfilm” kinostudiyasında rejissor, Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə heyətinin I katibi (1963-1975) və sədri (1975-1980) vəzifələrində işləyib. “Dəniz cəsurları sevir” (1954, İmran Qasımovla birgə), “İmtahan”, “Qızıl axtaranlar”, “Bağlı qapılar”, “Sən nə üçün yaşayırsan?” (1959, İmran Qasımovla birgə) adlı dram əsərləri səhnəyə qoyulub. “Kür sahillərində” (1953), “Telefonçu qız” (1960), “Bizim Astarada”, “Cəbhədən cəbhəyə” (1961) povestlərinin, “Uzaq sahillərdə” (1954, İmran Qasımovla birgə), “İllər keçir” (1973, İmran Qasımovla birgə), “Çiçək” (1978), “Tərsanə” romanlarının, “Mözücələr adası” hekayəsinin müəllifidir. Azərbaycan SSR Ali Sovetinin (9-10 cu çağırış) deputatı olub. Əməkdar incəsənət xadimi (1960), Xalq artisti (1976) Həsən Seyidbəyli 1980-ci ildə vəfat edib. Filmoqrafiya: Bakıdan Göy-Gölədək (1947, qısametrajlı sənədli film) - rejissor Böyük yol (1949, qısametrajlı sənədli film) - rejissor Quba bağlarında və Tərtərçay vadisində (1953, qısametrajlı sənədli film) - rejissor, ssenari müəllifi Doğma xalqıma (1954, tammetrajlı sənədli film) - ssenari müəllifi Qızmar günəş altında (1957, tammetrajlı bədii film) - ssenari müəllifi, əsərindən istifadə olunub Uzaq sahillərdə (1958, tammetrajlı bədii film) - ssenari müəllifi, əsərindən istifadə olunub Əyri yolla qazanc (1960, qısametrajlı bədii film) - ssenari müəllifi Yolda əhvalat (1960, qısametrajlı bədii film) - ssenari müəllifi Telefonçu qız (1962, tammetrajlı bədii film) - rejissor, ssenari müəllifi, əsərindən istifadə olunub Möcüzələr adası (1963, tammetrajlı bədii film) - rejissor, ssenari müəllifi Kimi daha çox sevirik (1964, tammetrajlı bədii film, kinoalmanax) - bədii rəhbər Kimi daha çox sevirik - Cazibə qüvvəsi (1964, tammetrajlı bədii film, kinoalmanax) - rejissor, ssenari müəllifi, aktyor (sədr) Qaraca qız - Liftçi qız (1966, tammetrajlı bədii film, kinoalmanax) - əsərindən istifadə olunub Sən niyə susursan? (1966, tammetrajlı bədii film) - rejissor, ssenari müəllifi Bizim Cəbiş müəllim (1969, tammetrajlı bədii film) - rejissor O qızı tapın (1970, tammetrajlı bədii film) - rejissor, ssenari müəllifi Sovet Azərbaycanı (III) (1972, tammetrajlı sənədli televiziya filmi) - ssenari müəllifi Nəsimi (II) (1973, tammetrajlı bədii film) - rejissor Ömrün səhifələri (II) (1974, tammetrajlı bədii film, kinoalmanax) - rejissor, ssenari müəllifi, bədii rəhbər Çətirimiz buludlardır (1976, tammetrajlı bədii film) - bədii rəhbər Xoşbəxtlik qayğıları (1976, tammetrajlı bədii film) - rejissor, ssenari müəllifi Kamillik (1979, qısametrajlı sənədli film) - ssenari müəllifi Toral və Zəri (1979, animasiya filmi) - ssenari müəllifi Onun bəlalı sevgisi (1980, tammetrajlı bədii film) - bədii rəhbər Sağ ol, dostum (1980, animasiya filmi) - ssenari müəllifi
Allah rəhmət eləsin.Çox sağolun ki çəkmisiniz.Çox duyğulandım.Karifeylər nələr qoyub gediblər.Adam öz milləti ilə qürur düyür .
Nece gözel,yaradici insanlarimiz olub Ilahi!
0:53 Barelyef, 3:08 kritik, 3:28 orqanlar, 4:45 epizod, 7:39 problemlər, 9:46 proses, 10:01 faktlar, 10:47 kolleqasıdır, 14:20 şedevr, 16:32 metrajlı, 16:41 epizodlar, 17:41 obrazlar, 17:47 koloritli, 18:26 epizodik, 18:28 debyut , 19:15 tandem, 20:51 ştrix, 21:08 detal, ştrix, 22:40 pafos, dialoq, 25:01 improvizə, 26:03 epizodlar, 27:19 koloritli, 28:05 kompanyonlar, 29:35 obrazlar, 29:50 faktura, mafiya qrupu, 29:58 tandem, 34:14 karyera, 36:06 xarakterizə - bu sözləri dilimizə yad , başqa dildən qətirirsiniz . Bunu etməyin ! Bizim ANA DİLİMİZ olduqca zəngindir.
Çox təsirli bir filmdir. Gözlərim dəfələrlə yaşardı. Keçən günləri təkrarən yaşadım.
çox sağolun belə səviyyəli gözəl proqram üçün ,zövqlə qulaq asıb izlədim✌💕💕💕💕🤲
Pirşagıda hasar qonşusu idi atamgili Həsən müəllimlə.Allah rəhmət eləsin.
Ruhu şad olsun çox gözəl filmləri yaratdı!
22 dekabr rejissor, yazıçı Həsən Seyidbəylinin doğum günüdür. (22.12.1920-25.06.1980)
Həsən Seyidbəyli
Doğum tarixi: 22.12.1920
Vəfat tarixi: 25.06.1980
Həsən Mehdi oğlu Seyidbəyli Bakıda anadan olub. Leninqrad Kino Mühəndisləri İnstitutunun səs operatorluğu fakültəsində (1938-1939), Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinorejissorluq fakültəsində (1943-1951, Sergey Eyzenşteyn və Q.Kozinsevin sinfi) və Ali ssenari kurslarında təhsil alıb. “Azərbaycanfilm” kinostudiyasında rejissor, Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə heyətinin I katibi (1963-1975) və sədri (1975-1980) vəzifələrində işləyib. “Dəniz cəsurları sevir” (1954, İmran Qasımovla birgə), “İmtahan”, “Qızıl axtaranlar”, “Bağlı qapılar”, “Sən nə üçün yaşayırsan?” (1959, İmran Qasımovla birgə) adlı dram əsərləri səhnəyə qoyulub. “Kür sahillərində” (1953), “Telefonçu qız” (1960), “Bizim Astarada”, “Cəbhədən cəbhəyə” (1961) povestlərinin, “Uzaq sahillərdə” (1954, İmran Qasımovla birgə), “İllər keçir” (1973, İmran Qasımovla birgə), “Çiçək” (1978), “Tərsanə” romanlarının, “Mözücələr adası” hekayəsinin müəllifidir. Azərbaycan SSR Ali Sovetinin (9-10 cu çağırış) deputatı olub. Əməkdar incəsənət xadimi (1960), Xalq artisti (1976) Həsən Seyidbəyli 1980-ci ildə vəfat edib.
Filmoqrafiya:
Bakıdan Göy-Gölədək (1947, qısametrajlı sənədli film) - rejissor
Böyük yol (1949, qısametrajlı sənədli film) - rejissor
Quba bağlarında və Tərtərçay vadisində (1953, qısametrajlı sənədli film) - rejissor, ssenari müəllifi
Doğma xalqıma (1954, tammetrajlı sənədli film) - ssenari müəllifi
Qızmar günəş altında (1957, tammetrajlı bədii film) - ssenari müəllifi, əsərindən istifadə olunub
Uzaq sahillərdə (1958, tammetrajlı bədii film) - ssenari müəllifi, əsərindən istifadə olunub
Əyri yolla qazanc (1960, qısametrajlı bədii film) - ssenari müəllifi
Yolda əhvalat (1960, qısametrajlı bədii film) - ssenari müəllifi
Telefonçu qız (1962, tammetrajlı bədii film) - rejissor, ssenari müəllifi, əsərindən istifadə olunub
Möcüzələr adası (1963, tammetrajlı bədii film) - rejissor, ssenari müəllifi
Kimi daha çox sevirik (1964, tammetrajlı bədii film, kinoalmanax) - bədii rəhbər
Kimi daha çox sevirik - Cazibə qüvvəsi (1964, tammetrajlı bədii film, kinoalmanax) - rejissor, ssenari müəllifi, aktyor (sədr)
Qaraca qız - Liftçi qız (1966, tammetrajlı bədii film, kinoalmanax) - əsərindən istifadə olunub
Sən niyə susursan? (1966, tammetrajlı bədii film) - rejissor, ssenari müəllifi
Bizim Cəbiş müəllim (1969, tammetrajlı bədii film) - rejissor
O qızı tapın (1970, tammetrajlı bədii film) - rejissor, ssenari müəllifi
Sovet Azərbaycanı (III) (1972, tammetrajlı sənədli televiziya filmi) - ssenari müəllifi
Nəsimi (II) (1973, tammetrajlı bədii film) - rejissor
Ömrün səhifələri (II) (1974, tammetrajlı bədii film, kinoalmanax) - rejissor, ssenari müəllifi, bədii rəhbər
Çətirimiz buludlardır (1976, tammetrajlı bədii film) - bədii rəhbər
Xoşbəxtlik qayğıları (1976, tammetrajlı bədii film) - rejissor, ssenari müəllifi
Kamillik (1979, qısametrajlı sənədli film) - ssenari müəllifi
Toral və Zəri (1979, animasiya filmi) - ssenari müəllifi
Onun bəlalı sevgisi (1980, tammetrajlı bədii film) - bədii rəhbər
Sağ ol, dostum (1980, animasiya filmi) - ssenari müəllifi
ALLAH REHMET ELESIN, KIMLER GELDI, KIMLER GETDI BU DUNYADAN. EHHHH
Gozel rejisor,gozel yazici