PersOna - Şəhriyar Məmmədyarov

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ค. 2024
  • İctimai Televiziyada yayımlanan “Persona” verilişinin qonağı - Şəhriyar Məmmədyarov!
    00:00 - Giriş
    00:55 - “Şah”lıq yolu
    02:22 - Dünya şahmat tarixi
    03:11 - Qürur və eqo
    03:43 - Reputasiyadan sui-istifadə
    04:31 - Yol polisi ilə şahmat
    05:41 - Qaydalar pozulmaq üçündür?!
    06:56 - Kitablarda yazılan yalan
    07:33 - Risk etmə həvəsi
    08:57 - Şahmat xarakter tələb edir!
    09:37 - Məğlubiyyətə bəraət?!
    10:24 - İkincilik hissi
    12:11 - Dahiyə paxıllıq
    13:55 - Kompüter, yoxsa Karlsen?
    14:50 - Nömrə bir şahmatçı
    15:42 - Şahmatda intuisiya
    16:28 - Kompüter “beyni”, yoxsa insan intuisiyası?!
    18:20 - Ş.Məmmədyarov adına məktəbi
    19:17 - Ailə və rəqabət
    21:06 - Şahmatda qadınlar
    23:19 - Badamlı (anons)
    23:28 - Şahmatçını dahi edən səbəb
    25:00 - “Şah” ləqəbli dahi
    25:36 - Siyasət və şahmat?!
    25:41 - Şahmatda strateji düşüncə
    27:44 - Həyatda verilən qurbanlar
    29:20 - Karyeranın sonu
    30:58 - Ş.Məmmədyarovun dolanışığı
    33:00 - Yazılan status
    35:35 - Şikayətdəki həqiqət
    37:31 - Dövlətin dəstəyi
    39:07 - Şahmata xərclənən milyonlar
    39:50 - Şahmatçıya ayrılan vəsait
    41:08 - Dövlətdən hədiyyə
    42:03 - Azərbaycan şahmatçılar ölkəsidir!
    42:35 - Ş.Məmmədyarov reytinqlərdə
    46:31 - Ən qısa oyun
    47:43 - Kasparov, yoxsa Ş.Məmmədyarov?
    48:38 - Ən sevdiyiniz fiqur
    49:24 - Ş.Məmmədyarov zaman maşınında
    O, təkcə şahmatdan danışmadı. Uğurları, uğursuzluqları və bu yolda qarşılaşdığı maneələrini gəlin birgə dinləyək.
    Xoş seyirlər!
    Persona sosial şəbəkələrdə:
    Instagram: mikpro.az/personaig
    Facebook: mikpro.az/personafb
    TikTok: mikpro.az/personatk
    Bu videonun bütün hüquqları "mikpro" MMC tərəfindən qorunur. © 2024
    Etiketlər:
    #persona #ŞəhriyarMəmmədyarov #artbakers #mikpro

ความคิดเห็น • 267

  • @ChessBornTV
    @ChessBornTV 2 หลายเดือนก่อน +86

    ŞAH! 👍

  • @senanshammadov9688
    @senanshammadov9688 2 หลายเดือนก่อน +21

    Şəhriyari bizə ən çox sevdirən amillərdən biri bizdən biri olmasıdır. Elə danışır sanki hansisa bir qonşum, dostum, tanışımdır)

  • @resadhsenli834
    @resadhsenli834 2 หลายเดือนก่อน +13

    Gecə bu verilişi izlədim, dəyərli informasiya üçün Şəhriyar bəyə təşəkkür edirəm.

  • @MehraliyevFuad
    @MehraliyevFuad 2 หลายเดือนก่อน +24

    Şah çox səmimi insandır.

  • @anaraxmed2606
    @anaraxmed2606 2 หลายเดือนก่อน +16

    HALAL OLSUN ŞAHA! ŞAH AZƏRBAYCAN VƏ DÜNYA ŞAHMATININ İNCİSİDİR!

  • @oribraoribra783
    @oribraoribra783 2 หลายเดือนก่อน +10

    Şəhriyar bizim fəxrimiz, qürur mənbəyimizdi.Düşünürəm ki, artıq bu yaşda 39 yaşda, özünün də dediyi kimi dünya çempionu olub şahmat tacını alması real deyil.Ama çox istərdim ki, əgər özü də bu şərhimi görürsə belə bir missiyanı öz qarşısına məqsəd qoyardı və inanıram ki, buna nail olmağa qadirdi.Bildiyim qədər Şəhriyarın bacısı Türkan Məmmədyarovanın oğlu Attila Orman artıq 9 yaşında səhv etmirəmsə öz yaşına görə Azərbaycan şahmat tarixində ən yüksək reytinqə çatıb 1913 elo olaraq.Düşünürəm ki, Şəhriyar Attila ilə daha çox məşğul olub hazırlaşdıraraq dünyanın ən gənc GM rekorduna sahib olan Mishra Abhimanyuya məxsus 12 yaş, 4 ay olan rekordu daha da yaxşılaşdıraraq həm Attilanın,həm də Azərbaycanın adını şahmat tarixinə yenidən yazdırmış olar.Yəqin ki, özünün fikrindən də belə bir şey keçmiş olar.Mən yenə də biz- şahmat həvəskarlarınının ondan belə uğurların gəlməsini səbirsizliklə gözlədiyimizi bildirmək istədim.Uğurlar..

  • @talehmustafayev1171
    @talehmustafayev1171 2 หลายเดือนก่อน +10

    Bir gün səninlə görüşmək ümidilə, sadəliyinə söz ola bilməz. Sənə halal olsun!

  • @neOtwork
    @neOtwork 2 หลายเดือนก่อน +48

    Şəhriyar bəyin müsahibəsinin hələki yarısındayam, sevə-sevə dinləyirəm. Möhtəşəmsən Şah!

  • @validcavid3805
    @validcavid3805 2 หลายเดือนก่อน +13

    Burda saat 4 du yuxudan oyanıb heç bir səbəb olmadan tam 50 dəqiqə durmadan izlədim həqiqətən maraqlı idi.

  • @elzadasdemirova2567
    @elzadasdemirova2567 2 หลายเดือนก่อน +10

    Fəxr et AZƏRBAYCANIM gör necə övladların var! Mən belə Vətən övladları görəndə inan o qədər qürur hissi keçirirəmki sevincimdən qəhərlənirəm. Allah hər an sizlərə kömək olsun əsil Vətənsevər övladlar.

  • @richardkhalilov5634
    @richardkhalilov5634 2 หลายเดือนก่อน +17

    Bu mövzu çox vaxt gündəmə çıxır və hər zaman mübahisəyə səbəb olur. Şəhriyar çox qüclü şahmatçıdır və çox da yaxşı insandır. Bir neçə dəfə görüşmüşəm onunla, hər zaman sadə, gülərüzlü və çox mədəni davranan görmüşəm onu hamıyla. Bu müsahibədə ola bilsin ki, fikrini düzgün çatdıra bilməyib, cəmiyyətin qadınlara yetərincə resurs ayırmadığını statistikaya əsaslanaraq vurğulamaq istəyib. Bu mövzu aktual bir mövzudur və hər birimizin borcudur ki, bunu ictimailəşdirək və qadınların hüquq bərabərliyinin təmin olunmasını gerçəkləşdirək.
    Qaldı ki statistikaya, xüsusilə şahmat idmanında qadın və kişilərin nəticə verə bilmək qabiliyyətinə, burada Şəhriyar düz deyir. Təəssüflər olsun ki, Judit Polgar kimi oyunçularımız azdır. İstərdim ki, çox olsun. Cəmiyyətin hansısa bir üzvünün hansısa sahədə nailiyyət qazanıb qazana bilməməsi bir çox faktorlardan asılıdır. Statistika çox zaman aldadıcı ola bilər. Məsələn, ABŞ-ın zindanlarına baxsan, afroamerikan və latın köklülər çoxluğu təşkil edir. Digər tərəfdən, hakimlər heyətinə baxsan, ağdərili kişilər (adətən orta təbəqədən yuxarı təbəqələrdən olan və özəl təhsil alanlar) çoxluğu təşkil edir. Bu iki statistika nəyi ispat edir? Latın və afroamerikan köklü insanlar daha çox cinayətə meyillidir və ağdərili kişilər daha ağıllı və hansısa üstün qabiliyyətə malikdir? Bu əsla elə deyil. Burada cəmiyyətdə sosial resursların nataraz bölünməsi və ətraf mühitin çox böyük rolu var.
    Alimlər arasında Tesla, Eynşteyn və Oppenhaymer, Darvin, Marx, Hegel, Nitse və digərləri var, sayları minlərlədir. Ancaq Mari Kyuri, Rosalind Franklin, Ada Lovelace, Barbara McClintock, Lise Meitner, Dorothy Hodgkin və digərləri kimi qadın alimlər də var. İngiltərədə mənim peşəmdə 100 il bundan qabaq bir dənə də olsun qadın vəkil və hakim yox idi. İndi isə qadın vəkillər və hakimlər var. Peşəkarlıqda qadın həmkarlarım kişi həmkarlarımdan heç də geri qalmırlar. Mən elə hesab edirəm ki, insanlara düzgün təhsil verilsə və onları düzgün mühitdə yetişdirsələr, kimliyindən asılı olmayaraq əksər halda gərəkən nəticəni verə biləcəklər.
    Rauf Khalilov

    • @nh99988
      @nh99988 2 หลายเดือนก่อน +1

      1983-cü ildə Gürcüstanın şahmat üzrə yığma komandasına kişilər daxil olmadı,çünki ölkənin ən güclü şahmatçıları qadınlar idi.

    • @farhadic
      @farhadic 2 หลายเดือนก่อน

      Rauf bəy Şəhriyar diplomatik cavab verməli idi,bu gedər,necə ki siyasətçi,ulduz tanımış adamlar bəzi suallarda bunu edirlər ,Şahda ele etməli idi. Bilirsən ki müsahibə verirsen ,məhlədə dostunla danışmırsan.Diplomatik cavab versə idi , məsələ bu gedər şişməyəcək idi.Necə deyərlər nə şiş yansın,nə kabab)

    • @aygulyusifzad7156
      @aygulyusifzad7156 2 หลายเดือนก่อน +4

      Rauf bəy yazan əllərinizə sağlıq. Məsələyə,şəhriyar və onu dəstəkləyənlərdən fərqli olaraq onlar kimi primitiv yox çox dərin, məntiqli və əsaslarla yanaşdınız. Bugün dünyanın bu qədər inkişaf etdiyi zamanda,qadınların azadlıq əldə etdiyi çox qısa zaman diliminə rəğmən hər sahədə çoxlu uğurlara imza atdığı dövrdə sadəcə statistikalara əsaslanıb qadın zəkasının kişi zəkasından aşağı olduğunu müdafiə eləmə savadsızlıqdan,bilgisizlikdən, bioloji,tarixi, təkamül biliyinin azlığından irəli gəlir. Bugün şah özü özünü mat qoydu və bir daha mütaliənin nə qədər vacib olduğunu sübut elədi. Statistikanın səbəbinin beyin fərqində olduğuna aid heç bir elmi dəlil,araşdırma nəticəsi yoxdur. Beynin cinsiyyəti yoxdur. Amma bugün kişilərimiz avtoriter təfəkkürə sahib olduqları üçün bunu qəbul etmək istəmirlər. Mövzu o qədər dərindir ki,yazmaq istədiklərimin hamısını yazsam ən 1 gün vaxtımı alar. Sizə bir daha bu aydınladıcı məntininizdən dolayı təşəkkür,və sizi yetişdirən ailəyə minnətdarlığımı bildirirəm. Çünki ailə çox ciddi faktordur. Kişilərimizə də bir gün mağara təfəkkürlərindən çıxmaqlarını,yersiz egolarını kənara qoymaqlarını,kişi cinsindən olmağın heç də üstün olmadığını dərk etmələrini arzu edirəm. Uğurlar.

    • @xalilalizade6987
      @xalilalizade6987 2 หลายเดือนก่อน

      Here oz fikrini yazib gedir. O qeder isterdim ki sual cavab şeklinde olsun bu qadinlarla kishilerin beraberlik meselesi. Misal ucun, ilk abzastinizin son setrinde huquqi beraberliyin temin olunmasının vacibliyinden danishmisiz. Sorushuram Azerbaycan respublikasinda qadinlar ve kişilerin huquqi beraberliyini hansi qanunlar pozur? Daha dogrusu, hansi qanunlar huquqi cehetden kishiye daha cox haqq tanıyir? Men ise bir nece numune saya bilerem hansilar ki qadinlarin leyhinedir. Meselen, boşanma zamanı kişinin aliment vermesi, pensiya yashinin kisilerde daha yüksek olması, herbi xidmetin kisilere mecbur, qadinlara ise konullu olması ve s.

    • @xalilalizade6987
      @xalilalizade6987 2 หลายเดือนก่อน

      @@aygulyusifzad7156 Aygul Xanim, yuxarıdaki sualime sizin de cavabiniz maraqlidir.

  • @xayal2908
    @xayal2908 หลายเดือนก่อน +2

    Şəhriyar nə qədər hörmətli və səmimi adamdır ki, verdiyiniz suallara həqiqətən heç biri mənalı olmasa da hamısına cavab verdi. "Qaydaları tez tez pozursuz?" Bu nə mənasız sualdı

  • @fuadkazimzade518
    @fuadkazimzade518 2 หลายเดือนก่อน +9

    Sən Azərbaycanımızın qürurusan Şah♥️

  • @neOtwork
    @neOtwork 2 หลายเดือนก่อน +80

    Qardaş sən jurnalistikanın başını burax, çox lazımsız söhbətlər edirsən. İşin gücün pul-paradır. Dünyanın ən dəyərli şahmatçıları arasında olan adamla üzbəüzsən, soruşduğun suallara bax. O nə deməkdir ey, inanmazdım ki, milyonlar xərclənər nə bilim nə. Bəxbəxt futbolçulara belə on milyonlar verilir, o ki, qaldı şahmatçı. İctimai TV-də baxmırlar bu müsahibəyə? O nə suallardı hazırlayıb verirsiniz? Soruş ki, şahmatda hansı kitabları tövsiyə edirsiniz, şahmat gedişləriylə bağlı sual ver, gənc şahmatçılara və onların valideynlərinə nə tövsiyə edərdiniz deyə soruş. Həyatda qarşılaşdığı rəqibləriylə nə kimi söhbətləri olub onu soruş. Sən bu verilişi aparabilmirsən qardaş.

    • @AEA980
      @AEA980 2 หลายเดือนก่อน +3

      Səndə monitor arxasinda oturub bosh bosh comment etmeyin bashini buraxma! chox əla alınir !

    • @Elnur9191
      @Elnur9191 2 หลายเดือนก่อน +11

      Aparici İQ süzdu,semimiyyetsizdi

    • @Kharimm
      @Kharimm 2 หลายเดือนก่อน +16

      @@AEA980 bu verilişə gedib meşədə baxmalıdı?! manitorda baxmalıdı da ) yazdıqları da düzdü, təhqir etmir ki, öz tənqidi fikirlərini bildirib

    • @Kharimm
      @Kharimm 2 หลายเดือนก่อน +6

      @@AEA980 belə xüsusi ehtiyacın varsa, gəl Azərbaycan pr. yerləşən Şahmat məktəbinin qabağına, bu qardaşın yazdıqlarını şifahi oxuyum səninçün, sonra demə ki, manitorda yazıb kimsə

    • @rebiyyebegiyeva3090
      @rebiyyebegiyeva3090 2 หลายเดือนก่อน +3

      Çox doğru vurğuladınız, çünki jurnalist bu saheden uzaqdı

  • @anlama_sanati
    @anlama_sanati 2 หลายเดือนก่อน +7

    Çox ağıllı bir söhbət alınıb. Şah həqiqətən də şahdır!

  • @vusalaliyev13
    @vusalaliyev13 2 หลายเดือนก่อน +50

    Biz millət olaraq Şəhriyarı, Rafael Ağayevi bir də, müharibədə qələbəmizi hələ tam dərk edə bilmirik.

    • @cekaqariboff
      @cekaqariboff 2 หลายเดือนก่อน +2

      Sonuncunu duppeduz dediz🎯💯!!!

    • @nurlanmemedov4410
      @nurlanmemedov4410 10 วันที่ผ่านมา

      +Alim Qasımov👑

  • @yusufeyubi
    @yusufeyubi 2 หลายเดือนก่อน +7

    Hər ikivizə ALLAHU TAALA can sağlığı versin. inşaALLAH N1 olarsan Şəxriyar. Olmasan belə sən Azərbaycan xalqının fəxrisən. Var olasan.

  • @tevfikaghayev-uf9mr
    @tevfikaghayev-uf9mr 2 หลายเดือนก่อน +4

    butun Azerbaycana ve hetta deyerdimki butun Turk dunyasina sahmati sevdiren sahmatcilarin önunde geden insan. var ol seni ŞAH.

  • @cavidtarverdiyev9276
    @cavidtarverdiyev9276 22 วันที่ผ่านมา

    mühasibə götürən insan pis insan deyil,ama ki,hiss olunur ki daha çox mühakimə sanki edir Şahı.. Şəhriyar isə başdan ayağa mədəni səbrli çox səmimi içdən cavablar verir.Bizim müsəlman dünyası üçün Şah elə Şahdı,,Amma verilişə dəvətə görə sayıldığına görə yenədə çox təşəkkürlər

  • @saeed0496
    @saeed0496 2 หลายเดือนก่อน +7

    Kartof məsələsi çox təsir elədi. Görün necə travma yaşayıb Şəxriyar yeniyetmə vaxtı. Amma dirçəldi. Halaldı!

  • @user-xn2pg7zl8i
    @user-xn2pg7zl8i 2 หลายเดือนก่อน +6

    Şəhriyar Məmmədyarov bizim fexrimizdi ve heqiqeten benim en sevdiyim sahmatcidi dunya uzre. Amma sual verenin sahmat uzre anlayishi olmadigi aciq ashkardi. Elave olaraq, Xais edirem, suallari duzgun secib verin. Bos bos suallar vermeyin "qaydalari tez tez pozursuz" bune sualdi.

  • @nurlanmemedov4410
    @nurlanmemedov4410 หลายเดือนก่อน

    Bir idmançı olaraq butun idmançılara məisşət qayğılarından azad öz işlerinde uğurlar arzu edirem.
    Sonra uz tutub xanimlara demek isteyirem ki özünüzü kişiler ile müqaise etmeyecek qeder deyerlisiz kişilerin uğurunun en böyük sebebi, görünmez qəhrəmanı sizlersiz.

  • @hamletisakhanli1520
    @hamletisakhanli1520 2 หลายเดือนก่อน +8

    müsahibəni şahmat sevən, şahmat bilən, şahmat tarixini və böyük şahmatçıları bilən intellektual adam aparsa yaxşı olar…

  • @user-hg6lr6bb2r
    @user-hg6lr6bb2r 2 หลายเดือนก่อน +19

    Halal olsun sene Şehriyar Memmedyarov. Alicenab , özüne inanan, imanlı ve tevazökar insansan. Veriliş gözel getdi, amma aparıcı bezen satirik ve keyfiyyersiz suallarla qonağı ucuzlaşdırmaq istedi.Qarşısında heqiqeten dahi şexs olduğunu teseffür elemirdi.
    Şehriyar ve Teymur - Azerbaycan şahmatının dahileridir!

  • @elminzeynal7416
    @elminzeynal7416 2 หลายเดือนก่อน +6

    Qardaş çempion olmalısan başqa çarə yoxdur.Belə deyimdə Carlsendən sonra gələcəkdə hər hansı bir şahmatçımızın qalib gəlib dünya çempionu olmaq şansı çoxdur.Ama biz Azərbaycanlılar istəyirik ki sən ŞAH məhz Carlseni məğlub edib çempion olasan.Və o an hamımız gözəllik bıdı deyib rahat nəfəs alacayıq.ŞAH❤

    • @shahidalizade4937
      @shahidalizade4937 2 หลายเดือนก่อน +2

      Təəssüf ki, Şahın karyerasının ən yaxşı iilləri artıq geridə qalıb. Bundan sonra Karlsenə qalib gəlib, Dünya çempionu olmaq ancaq arzu ola bilər.

  • @drongoabdullayev4359
    @drongoabdullayev4359 2 หลายเดือนก่อน +6

    Şəhriyar Məmmədyarov Azərbaycanın ən önəmli idmançılarından biridir!

  • @kamilsuleymanov8623
    @kamilsuleymanov8623 2 หลายเดือนก่อน +5

    Fexrimizdi gozel semimi sohbet alinib birinci defedi Sehriyar beyin sohbetine hevesle baxdim insallah birinci yeri gazanarsan

  • @Mamed_1990
    @Mamed_1990 2 หลายเดือนก่อน +23

    Mənim şahmata marağım var idi. Amma Şəhriyar şahmatı daha da sevdirdi mənə. Mənim kumirim Şəhriyardır. Bir dəfə maşında mənə yol vermişdi. Şokda idim. 😊 Dayandım 5 saniyə üzünə baxdım. Neyniyəcəyimi bilmədim. Sonra sürdüm ki, ayıbdır camaat yol verib mənə, dayanıb üzünə baxıraç.😀 Mənə görə Şəhriyar- şahmatın Ronaldinyosudur. Etdiyi manevrlər, risklər, fədalar oyununu çox maraqlı eliyir. Uğurlar.❤️

    • @slalsabanova3067
      @slalsabanova3067 2 หลายเดือนก่อน

      Çox xaiş edirəm Ronaldinho ilə müqaisə etməyin çünki onun kimi bir uıduzda belə bu eqonun mində biri yox idi….!

    • @jeyhunyardimli3439
      @jeyhunyardimli3439 2 หลายเดือนก่อน

      ​@@slalsabanova3067 Ronaldinyo kişidir keh keh

  • @ShamkhalBaghishov
    @ShamkhalBaghishov 2 หลายเดือนก่อน +8

    Çöx zövq aliram 18 ci dəqiqədəyəm çox babat söhbəti var) #Şah

  • @mikaylhuseynov4692
    @mikaylhuseynov4692 2 หลายเดือนก่อน +6

    Şah həmişə Şahdı mənim qərdeşim…❤

  • @yusifovaze
    @yusifovaze 2 หลายเดือนก่อน +3

    Səmimi müsahibəyə görə çox sağol, Şah!

  • @khuluzada_design
    @khuluzada_design 2 หลายเดือนก่อน +7

    Fəxrimizsən Şah🇦🇿

  • @behruzsucayev5907
    @behruzsucayev5907 หลายเดือนก่อน

    Azərbaycanin mənimçün ən dəyərli insanlardan biridir,dahidir Şəhriyar.Bir xalq olaraq dərk edə bilmirik Şəhriyar kimi nemətimizi

  • @vasifxalilov5276
    @vasifxalilov5276 2 หลายเดือนก่อน +7

    Şah çox böyük insandı, heyif bu insanların təqdimatı çox kiçikdi, hətta bu müsahibə də müxbir adi primitiv formada sullar verir.

  • @kamranhesenaliyev7842
    @kamranhesenaliyev7842 2 หลายเดือนก่อน +5

    Bəlkə də milyonlarla insan Azərbaycanı Şəhriyara göre tanıyıb. Bu nə sualdı? 😃

  • @aztodaytv
    @aztodaytv 2 หลายเดือนก่อน +4

    Əla alınıb, Şah möhtəşəmdir

  • @azadabasov7607
    @azadabasov7607 2 หลายเดือนก่อน +3

    Очень прекрасно, замечательно! Интересно и познавательно! Умница мой любимец Шахрияр!

  • @quliyevmais2885
    @quliyevmais2885 2 หลายเดือนก่อน +3

    Şah hər zaman ürəklərdədir.❤❤❤ Sumqayıtlı bratva

  • @atunqa95
    @atunqa95 2 หลายเดือนก่อน +3

    Kaş verilişin sonunda bir outro da qoysaydız, Şəhriyar son olaraq nələr demək istədi maraqlı qaldı. Bu seçiminizi təkrar gözdən keçirmənizi istəyirəm.

  • @chaivparipa1360
    @chaivparipa1360 หลายเดือนก่อน

    Bu qədər az baxış😢ŞAH ALLAH SƏNİ BİZƏ ÇOX GÖRMƏSİN

  • @xeyyamqurbanov5602
    @xeyyamqurbanov5602 2 หลายเดือนก่อน +7

    Sukur bu Azerbaycan dilinde danisir

  • @validcavid3805
    @validcavid3805 2 หลายเดือนก่อน +4

    Uğurlar❤

  • @kamranbayramov7120
    @kamranbayramov7120 2 หลายเดือนก่อน +4

    maraqlı müsahibə alındı.

  • @AtasoyTanri
    @AtasoyTanri 2 หลายเดือนก่อน +2

    Gözəl bir reportaj olub, təşəkkürlər

  • @interestingmusics4566
    @interestingmusics4566 2 หลายเดือนก่อน +2

    Ugurlar Dahi!

  • @h12gvj567
    @h12gvj567 2 หลายเดือนก่อน +3

    Cox yaxsi oglandir.

  • @asiframazan7025
    @asiframazan7025 2 หลายเดือนก่อน +3

    cox maraqli musahibe oldu

  • @sevincmemmedova1856
    @sevincmemmedova1856 2 หลายเดือนก่อน +3

    Tam doğru

  • @aynurekelbeliyeva5751
    @aynurekelbeliyeva5751 หลายเดือนก่อน

    👏🏻👏🏻👏🏻👏🏻👏🏻Allah qorusun

  • @user-tb5pd3lp9b
    @user-tb5pd3lp9b 2 หลายเดือนก่อน +3

    Hörmətli Şah Matçı Şəhriyar Məmmədyarov. Zəka Fikir Və Düşüncələrində Böyük Həqiqət Vardır Çünki Dünyanın Ən Savadlı Alimləri Kişilərdir Və Bütün İşlərdə Bu Belədir HÖRMƏTLİ XANIMLARIN Təhsilli Savadlı Olmağın Arzulayıram 🇦🇿🤘🇹🇷✊🇦🇿

  • @mikaylhuseynov4692
    @mikaylhuseynov4692 2 หลายเดือนก่อน +8

    Шах и Тима доказали и доказывают миру, что мы - азербайджанцы - нация интеллектуалов! Eşq olsun Sizə Şah və Teymur❤

  • @asiframazan7025
    @asiframazan7025 2 หลายเดือนก่อน +5

    Legend

  • @xosrovabbasov7558
    @xosrovabbasov7558 2 หลายเดือนก่อน +1

    Şəhriyar Məmmədyarov sözsüz ki dahidir
    Mən çox inanıram ki Şəhriyar Dünya 👑 nı götürəcək
    Məncə Şəhriyar buna layiqdir və borcludur, borcludur ən çoxda özünə .
    Şah ❤

  • @ruslancefertv
    @ruslancefertv 2 หลายเดือนก่อน +3

    Şəhriyar Məmmədyarov : İnanılmaz qədər!

  • @uhsejackson3827
    @uhsejackson3827 2 หลายเดือนก่อน +2

    Fexrimiz ❤

  • @Santino11PN
    @Santino11PN 2 หลายเดือนก่อน +2

    Şah Azərbaycanın ölməz tarixi şəxsiyyətlərindəndir.

  • @kamaleyyubov8726
    @kamaleyyubov8726 2 หลายเดือนก่อน

    Belə videolara insanın hövsələsi və zamanı çatmır axıra kimi baxsın. Ama Şah elə gözəl, səmimi söhbət etdi ki 1saata yaxın vaxt necə keçdi özümdə bilmədim. Əminəm ki, 2-3 saat olsa idi belə həvəslə baxardım.

  • @nadgus5954
    @nadgus5954 2 หลายเดือนก่อน +8

    Şəhriyar bəy, xalqımızın sevimlisi! Dünyanın bütün azərbaycanlıları onu dəstəkləyir! Halal olsun! İnanırıq ki, o, dünya çempionu və 1 nömrəli olacaq!

    • @shahidalizade4937
      @shahidalizade4937 2 หลายเดือนก่อน

      Həqiqətən də Şah bizim fəxr etdiyimiz soydaşlarımızdandır. Lakin reallıqda Onun bundan sonra Dünya çempionu olması möcüzədir.

  • @fiqubi
    @fiqubi 2 หลายเดือนก่อน +1

    Xahis edirik Sah ile canli verilis aparasiniz. Ona suallarimiz var.

  • @user-us8df5kf7d
    @user-us8df5kf7d 2 หลายเดือนก่อน

    Seve seve dinledim sona qeder

  • @natiqnecefov9885
    @natiqnecefov9885 2 หลายเดือนก่อน +2

    Şah bizim Fexrimizdi!!!

  • @mehranmamedli8525
    @mehranmamedli8525 2 หลายเดือนก่อน +3

    Elə özüsən, dahisən.

  • @rehakaratas3548
    @rehakaratas3548 2 หลายเดือนก่อน

    Başarılarının devamını dilerim. On numara adamsın 👏

  • @user-ql7vn2ep8e
    @user-ql7vn2ep8e 2 หลายเดือนก่อน +3

    Dahidi

  • @arazbabayev-rb4vk
    @arazbabayev-rb4vk 2 หลายเดือนก่อน +2

    Bizim üçün dünyanın 1-cisisən!

  • @uhsejackson3827
    @uhsejackson3827 2 หลายเดือนก่อน +1

    Shakh senin oyunuva baxib uduzdugun an dem olana qeder icmishem… seni cox isteyirik :)

  • @HydroGen-jj2tt
    @HydroGen-jj2tt 2 หลายเดือนก่อน +14

    Şəhriyar bəy. Çox təəssüf, çox heyf sizə olan azarkeşliyimiz. Sizin kimi geri düşəncəli, patriarxax kişilərə görə qadınlar qabağa gedə bilmiyib. Heyf sizə olan dəstəyimizdən. Sizdən keçib uje onsuz Şahmatda da :)))))) ay ay ay

    • @Cahangir
      @Cahangir 2 หลายเดือนก่อน +2

      Dediylərinə qarşı sağlam arqumentiniz varsa buyurub paylaşın. Yoxdusa, emosional çirkabınızı buralara bulamayın.

    • @shahidalizade4937
      @shahidalizade4937 2 หลายเดือนก่อน +3

      Təbii seçimdir əzizim, kim güclüdür, o da dominant olur. İnsanın yaradılışından kişilər güclü olduğuna görə, patriarxat yaranıb.

    • @h12gvj567
      @h12gvj567 2 หลายเดือนก่อน

      Deyek ki siz haqlisiz, biz Azerbaycanda geri dusunceli patriarxat cemiyyetik ve qoymuruq qadinlar ireli getsin. Beş Yaponyada? Amerikada? Isvecde? Norvecde? Almanyada? Fransada? Siyahini cox uzada bilerem. Deyin gorum oralarda da partriarxal cemiyyet kesir qadinlarin onunu?

    • @ilhamyunisov1059
      @ilhamyunisov1059 2 หลายเดือนก่อน

      Elmi cəhətcə sübut olunub ki, kişilərin beyin həcmi qadınların beynindən daha böyükdür. Bu da özünü nəticələrdə göstərir. Bu bütün dünyada belədir. Şəhriyar səmimi insandır və ikiüzlülük etmir.

  • @rhimkrimov1129
    @rhimkrimov1129 2 หลายเดือนก่อน +2

    Şah dahidir!

  • @raufsafarov3214
    @raufsafarov3214 2 หลายเดือนก่อน +2

    Shah❤

  • @uhsejackson3827
    @uhsejackson3827 2 หลายเดือนก่อน +2

    Teymuruda gormek super olardi ❤

  • @samiraaliyeva9438
    @samiraaliyeva9438 2 หลายเดือนก่อน +1

    Şah ! 👏👏👍

  • @fuadali2570
    @fuadali2570 2 หลายเดือนก่อน +2

    Sponsor olsaydı bəlkədə karelsonun yerinə ində Şəhriyar dünyada 1 ci idi. Heçnə olmaz gəlblərimizdə birincisən Şəhriyar ugurlar😊

    • @chemicalreactions9690
      @chemicalreactions9690 2 หลายเดือนก่อน +2

      Tökülüb elə 😁 bu beyinlə Şəhriyar elə maks bura kimi gələrdi.

    • @orxan.shukurov
      @orxan.shukurov 2 หลายเดือนก่อน +1

      Qaqas Karlson nəinki 21 əsirin ümumiyyətlə şahmat tarixinin ən yaxşı oyuncusudu. Bunun spornsorluqla nə əlaqəsi var.

    • @fuadali2570
      @fuadali2570 2 หลายเดือนก่อน +1

      Siz nə bilirsiz öz hesabına yarışlara getmək nə deməkdi. O ayrı bir stresdi

  • @mamedmamedov8531
    @mamedmamedov8531 2 หลายเดือนก่อน +2

    Azerbaycanin fexri

  • @user-tb5pd3lp9b
    @user-tb5pd3lp9b 2 หลายเดือนก่อน +1

    ŞAH 🇦🇿🤘🇹🇷✊🇦🇿

  • @JST1972
    @JST1972 2 หลายเดือนก่อน +2

    Çempionumuz! Qürurumuz!

  • @shabiaudio
    @shabiaudio 2 หลายเดือนก่อน +3

    Bu qeder ugurlu bir shahmatcinin dedikeri ve tovsiyeleri absurdddur. Deyir eger bir kitabda yazilibsa bunu bele formada edin, men chalishiram eksinineleyin. Onda sen su ichme ki, hamisi deyir su ichmek xeyirdir? Intervyuya baxan genc, hevesli shahmatcilar uchun hec de meselehetli tovsiyyeler eshidmedim. Hele qadinlar haqqinda dedikleri. Bu qeder ugurlu idmanchi, dedikeri yuz olchub bir bichmelidir.

    • @aygulyusifzad7156
      @aygulyusifzad7156 2 หลายเดือนก่อน +1

      Babat altını vurdu🤣🤣🤣🤣 bunun ağlı olsa bir də heç bir efirə çıxmaz))) hər dəfə biraz daha batır çünki)))

  • @yellowliga7639
    @yellowliga7639 2 หลายเดือนก่อน +3

    Şah mənimçün bir nömrədir

  • @trendin-ms2gc
    @trendin-ms2gc 2 หลายเดือนก่อน +1

    Heç Şəhriyar özü də təsəvvür elemir ki, o necə dahidir.

  • @aygulyusifzad7156
    @aygulyusifzad7156 2 หลายเดือนก่อน +2

    Şah,özün özünü mat qoydun. Şahmat üzrə dümya çempionu olsan belə mütailənin,bilginin nə qədər önəmli olduğunu sübut elədin.

  • @fuadkazimzade518
    @fuadkazimzade518 2 หลายเดือนก่อน +1

    Fəxrimizz

  • @axabbasbayli
    @axabbasbayli 2 หลายเดือนก่อน

    👍

  • @thereal_mrnobody
    @thereal_mrnobody 2 หลายเดือนก่อน

    ŞAH 🖤

  • @vusaladunyamalyeva7935
    @vusaladunyamalyeva7935 2 หลายเดือนก่อน +2

    Ya hərşeş ya heçnə❤

  • @ulviyyehaciyeva4361
    @ulviyyehaciyeva4361 2 หลายเดือนก่อน +1

    Şahmat boş yerdən idman oyunlarına daxil edilməmişdir. Qəribədir, beyinin idmanı olsa da zəkaya heç bir aidiyyatı yox imiş. Bunu təsdiqlədiyiniz üçün sizə təşəkkür düşür.))))

  • @murad5581
    @murad5581 2 หลายเดือนก่อน

    Salam dəyərli insan siz mənim fikrimcə elə dünya biricisisiz Karlsenin dəstəyi ilə sizin dəstəyiniz bir deyil.bizim intellektuallığımızız bim milliyyətimizin gücüdür. Əlimizdə olan ən kiçik vasitələrlə çox böyük naliyyətlər əldə etmişik tarix oyu.
    Çox sağolun belə səmimi olduğunuz üçün..

  • @faridaliyev4540
    @faridaliyev4540 2 หลายเดือนก่อน +1

    Fəxrimizsiniz!

  • @azarsuleymanov4689
    @azarsuleymanov4689 2 หลายเดือนก่อน +2

    Həvəslə izlədim sizi, yolunuz açıq olsun Şəhriyar Bəy..

  • @ramilpyakshev9730
    @ramilpyakshev9730 2 หลายเดือนก่อน +1

    Bir nəfəsdə baxdım bu müsahibəyə

  • @GKAkhundoff
    @GKAkhundoff 2 หลายเดือนก่อน +7

    Qadınlar üçün dediyi açıqlamasında şübhə ola bilməz. Qadının təbiəti elədir.

    • @larisochkaguzeeva
      @larisochkaguzeeva 2 หลายเดือนก่อน +4

      qadın təbiəti necədir? nə mal-mal danışırsız? hansı anatomiji biliklərdi bu?😂🤦🏻‍♀️
      boş-boşa danışmayında

    • @suleymanaghamoglanli4439
      @suleymanaghamoglanli4439 2 หลายเดือนก่อน

      Neçənci dəqiqədədir?

  • @elnurmacidli
    @elnurmacidli 2 หลายเดือนก่อน

    ŞAH❤

  • @musicfactory2766
    @musicfactory2766 2 หลายเดือนก่อน

    Bravo Şah 🫶👍🤲

  • @rufatdursunov8862
    @rufatdursunov8862 2 หลายเดือนก่อน

    bir turda ki wax iwtrak etmirse hec onu izlemeye ehtiac yoxdur cunki o turnir cox maragsizdir allax onu gorusun biz onu cox sevirik

  • @thesenov
    @thesenov 2 หลายเดือนก่อน

    Şah👑

  • @EldanizTariverdiyev
    @EldanizTariverdiyev 2 หลายเดือนก่อน

    Əsl dahi

  • @ravanarabist5620
    @ravanarabist5620 หลายเดือนก่อน

    "Bı" deyirsə, Şəhriyardır! 😀
    #ŞahSağOlsun !

  • @aliagaaliyev2843
    @aliagaaliyev2843 2 หลายเดือนก่อน +2

    Şah, biz də səndən nömrə 1 olmağını gözləyirik hələ də və sənin oyunlarını izləmək hər zaman zövq verir. Uğurlar arzulayıram sənə bundan sonra qatılacağın bütün turnirlərdə ❤❤

  • @sevincmemmedova1856
    @sevincmemmedova1856 2 หลายเดือนก่อน +1

    Şah !

  • @user-br5xk1zv3q
    @user-br5xk1zv3q 2 หลายเดือนก่อน +2

    Чох севиййесиз апарычы , севиййесиз суаллар. Апарычынын бир шахматдан башы чыхарда

  • @Aghazada_Omer
    @Aghazada_Omer 2 หลายเดือนก่อน

    ❤🎉😊

  • @azizazizbeyli5320
    @azizazizbeyli5320 2 หลายเดือนก่อน +1

    Kontekstdən bir cümlə çıxarıb onu belə şişirdmək olmaz. Orda kimisə təhqir yox sadəcə olanları olduğu demək var. Əvvəldən axıra qədər dinləyəndə ümumiyyətlə çox hörmətlə səsləndirdiyini görmək olar.