DÖVLƏT BAŞÇISININ HƏCCƏ GÖNDƏRDİYİ ŞAMAXILI MƏMUR - İsmayıl Manafovla maraqlı söhbət

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • #şamaxı #Çaylı
    "ŞİRVANIN KƏNDLƏRİ" RUBRİKASINDA BİRİNCİ ÇAYLI
    İCTİMAİ XADİM, KEÇMİŞ MƏMUR HACI İSMAYIL MANAFOVLA SÖHBƏT
    Yeni rubrikamızın ilk qonağı Şamaxı rayonunun Birinci Çaylı kəndində doğulmuş, müxtəlif məsul vəzifələrdə çalışmış İsmayıl Manafovdur.
    Söhbətdən bəzi çıxarışları təqdim edirik:
    Mənim ilkin gənclik dövrüm 3 kəndə - doğulduğum Çaylıya, qonşu kəndlər olan Göylərə və Quşçuya bağlıdır;
    Göylər kəndində dava düşürdü;
    Bizi ona görə Padar tayfasına bağlayırlar ki...
    Qoç baba barədə bəzi həqiqətlər;
    Ərizə yazdım ki, "zavuç" olmaq mənim haqqımdı, yoxlama gəldi;
    Həmin vaxt sinifdə "kino" göstərirdim;
    Qürbət Əzizov məsələni yoluna qoymağa çalışdı, Feyruz Mustafayev qəbuluna çağırdı;
    Həyatımda 19 aprel xüsusi əlamətdi;
    Bir səhvim olub...
    Sizi Çaylı kəndinin ziyalısı İsmayıl Manafovla video-söhbəti dinləməyə, Çaylı kəndindən çəkdiyimiz kadrlara baxmağa dəvət edirik.
    ***
    QISA TƏRCÜMEYİ-HALI. Manafov İsmayıl Ağaismayıl oğlu 1953-cü ildə Şamaxı rayonunun Birinci Çaylı kəndində anadan olub. 1971-80-ci illərdə Azərbaycan Dövlət Universitetinin Geoloji-coğrafiya fakültəsini (qiyabi) bitirib, arada hərbi xidmətdə olub.
    Çaylı kənd orta məktəbində pedaqoji fəaliyyətlə məşğul olub. 1985-ci ildə "Metodist müəllim" adına layiq görülüb.
    1994-97-ci illərdə Şamaxı Rayon İcra Hakimiyyəti Başçısının Birinci Çaylı kəndi üzrə nümayəndəsi vəzifəsində işləyib. 1997-ci ildən 2019-cu ilədək Şamaxı Rayon İcra Hakimiyyətində müxtəlif vəzifələrdə (Ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri, İcra hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi, dini qurumlarla işin təşkilatçısı) çalışıb.
    1998-ci ildə Həcc ziyarətində olub.
    Prezidentin 25 iyin 2011-ci il tarixli sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib.
    2019-cu ildə təqaüdə çıxıb.

ความคิดเห็น • 22

  • @qurbanyaquboglu3251
    @qurbanyaquboglu3251  ปีที่แล้ว +9

    Hörmətli izləyicilər, növbəti videomuzu paylaşdıq. Bu, "Şirvanın kəndləri" rubrikasında ilk işimizdir. Şamaxı rayonunun Birinci Çaylı kəndində çəkiliş aparmışıq, kəndin tanınmış ziyalısı, ictimai xadim İsmayıl Manafovla söhbət etmişik. Videomuz xoşunuza gələrsə, bəyənməyi (layk vurmağı), paylaşmağı, fikriniz varsa şərh yazmağı və abunə olmağı xahiş edirik.

  • @bakinkabakinka1715
    @bakinkabakinka1715 ปีที่แล้ว +2

    Cox saq olun gozel cekliwlere gore.Eger mumkunse Haciqanulun QubaliBaloqlan kendindeki Pir Huseyn ziyaretgah haqqinda umumiyyetle Bu kendin yaranmasindan. Bildiyime gore bu kendde kecmuwde Xizidan kocme daqlilar ehalisidi coxsu.Allah razi olsun

  • @tnayalyev2376
    @tnayalyev2376 ปีที่แล้ว +4

    HacqabuL Və Şirvanda Sabirabad və SaLyanda ŞamaxıLar Çoxdu

  • @yurdyeri
    @yurdyeri ปีที่แล้ว +2

    Maraqlı verilişdir. Yeni rubrikada uğurlar! İsmayıl müəllimə də cansağlığı arzulayıram..

  • @ismaylmanafov3010
    @ismaylmanafov3010 ปีที่แล้ว +3

    Çox gözəl alınıb. Təşəkkür edirəm.

  • @yeringulagi
    @yeringulagi ปีที่แล้ว +2

    Çəkiliş çox gözəl alınıb: Kənd həyatı əladı

  • @clalsdov.birincicayl4799
    @clalsdov.birincicayl4799 ปีที่แล้ว +1

    Qurban Müəllimə ancaq və ancaq Təşəkkür edirəm

  • @KaiHavertz-b3g
    @KaiHavertz-b3g ปีที่แล้ว +2

    Kənd uşaqlarını gördüm, öz uşağlığım yadıma düşdü ❤

  • @gundelikteleqraf6448
    @gundelikteleqraf6448 ปีที่แล้ว +3

    Uğurlar olsun

  • @prvizali7074
    @prvizali7074 ปีที่แล้ว +3

    Uğurlar ❤ O gün olsun başqa bölgələrimizdən belə maraqlı videolar hazırlayasız

  • @tnayalyev2376
    @tnayalyev2376 ปีที่แล้ว +3

    Hacı ismayıL MəLimi Mən Tanıyıram yaxşı insandr Mənim RəhmətLik AtamLa 1 yerdə işLəyibLər

  • @E.Q.10
    @E.Q.10 ปีที่แล้ว +1

    Uğurlar!

  • @hasnli7159
    @hasnli7159 ปีที่แล้ว +1

    Labarant var idi Anam işləyib Fizika labaranti kimiyada labarantida yadımda qalıb 1993 ilar çoxlu cihazlar varidi