AbzasMedia: Ülvi Həsənli və Sevinc Vaqifqızının həbsi "korrupsiya araşdırmaları ilə bağlıdır"

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • Azərbaycanda fəaliyyət göstərən AbzasMedia-nın baş redaktoru Sevinc Vaqifqızı barəsində 3 ay 29 gün, saytın direktoru Ülvi Həsənli barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
    Sevinc Vaqifqızı xarici səfərdən ölkəyə qayıdarkən Bakı hava limanında, Üvi Həsənli isə xarici səfərə gedərkən yolda saxlanıb.
    Onlara qarşı Cinayət Məcəlləsinin qaçaqmalçılıq (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) ittihamı irəli sürülüb, onların vəkilləri deyib. Vaqifqızı və Həsənli ittihamları rədd edərək, saxlanmalarını jurnalist fəaliyyətilə əlaqələndiriblər.
    Çərşənbə axşamı günü AbzasMedia saytının Baş redaktoru Sevinc Vaqifqızı xaricdəki səfərindən ölkəyə qayıdarkən hava limanında saxlanılıb, daha sonra evində axtarış həyata keçirilib, vəkili Elçin Sadıqov BBC Azərbaycancaya bildirib.
    "AbzasMedia"nın direktoru Ülvi Həsənli ötən gün səhər saatlarında xaricə gedərkən saxlanıb, vəkil BBC Azərbaycancaya deyib.
    ABŞ Dövlət Departamenti, Amnesty International, Jurnalistlərin Müdafiə Komitəsi kimi beynəlxalq qurumlar Ülvi Həsənlinin saxlanılmasını qınayıb, onun azadlığa buraxılmasına çağırış ediblər.
    BBC News Azərbaycanca Xidməti Azərbaycan və dünyada baş verən mühüm, maraqlı və yadda qalan hadisələr barədə videoları sizə çatdırır. bbc.co.uk/azeri
    Bizi sosial şəbəkələrdə izləyin, şərh yazın və paylaşın:
    Facebook: / bbcnewsazeri
    Tiktok / bbcnewsazeri
    Instagram: / bbcazeri
    Twitter: / bbcazeri
    TH-cam səhifəmizdə olan digər videoları da izləyin.
    Azərbaycan da bu gün
    • Azərbaycanda bu gün
    Qarabağ münaqişəsi
    • Qarabağ münaqişəsi
    Dünyada bugün
    • Dünyada bugün
    Bölgələrdən
    • Bölgələrdən
    Qadınlar, sizin üçün
    • Qadınlar, sizin üçün
    1 dəqiqəlik videolar
    • 1 dəqiqəlik videolar
    Müsahibələr - Sizin səsiniz
    • Müsahibələr - Sizin Sə...
    Azərbaycanlılar Britaniyada
    • Azərbaycanlılar Britan...
    Niyə, nə üçün - izahedici videolar
    • Nə və niyə?
    Gənclər sizin üçün
    • Gənclər, sizin üçün
    Sosial problemlər
    • Sosial problemlər

ความคิดเห็น • 7

  • @ayxanaliyev6554
    @ayxanaliyev6554 9 หลายเดือนก่อน +8

    Sevinc Vaqifqızı qeyrətli xanımdır .

  • @NatigMammadov-nv2cd
    @NatigMammadov-nv2cd 9 หลายเดือนก่อน +13

    Neften gelen gelirleri bu jurnalisler oğruyub yeqin.😐

  • @batmaninyoutube8682
    @batmaninyoutube8682 9 หลายเดือนก่อน +4

    🇪🇺🇦🇿🇪🇺🇦🇿🇪🇺🇦🇿🇪🇺🇦🇿🇪🇺🇦🇿🇪🇺🇦🇿🇪🇺🇦🇿🇪🇺🇦🇿🇪🇺
    Demokratiya universaldır.Demokratiya vətəndaşların öz hökümətini seçmək hüququdur və öhdəsindən gələ bilmədiyi zaman höküməti dəyişdirmək hüququdur.Demokratiya vətəndaşların öz hökümətini tənqid etmək hüququdur.
    Demokratiya vətəndaşların azad məlumat və müstəqil məhkəmə hüququdur.
    Demokratiya bizə lazımdır, Avropalılara yox.
    Bizim öz ənənəmiz və öz tariximiz var. Şübhəsiz ki, Azərbaycan dövlətçiliyi heç kəsi kopyalamamalıdır, lakin vətəndaşların ölkədə həyata təsir etmək üçün əsas hüququ qorunmalıdır
    🇪🇺🇦🇿🇪🇺🇦🇿🇪🇺🇦🇿🇪🇺🇦🇿🇪🇺🇦🇿🇪🇺🇦🇿🇪🇺🇦🇿🇪🇺🇦🇿🇪🇺

  • @elnaraqhuliyeva766
    @elnaraqhuliyeva766 8 หลายเดือนก่อน

    Azadlıq tələb edirik

  • @user-ug6yw5uz6k
    @user-ug6yw5uz6k 9 หลายเดือนก่อน +3

    😔😔😔

  • @Ayxan.Bagirov
    @Ayxan.Bagirov 9 หลายเดือนก่อน +1

    heç kim boş yerə həbs edilmir, deməli nəsə qanun pozuntusu edib ki həbs edilib. ölkədə qayda qanun var riayət etmək lazımdır

  • @gsvdgdhdhsvdgd2184
    @gsvdgdhdhsvdgd2184 9 หลายเดือนก่อน

    Gücü çatanda çatmayanda bu millete zerbe vurmagdan utanmirlar.Kimi dili hereketi,kimide milleti talamagla.Men bilmirem günahkardilar ya yox.Eyer günahsizdilarsa Allah qapilarin açsin,yox eyer ittihamıar düzdüse cezasin artiglamasi ile alsin!Veten müqeddesdi,orda neçe nece arzulari yarimçig qalmiş cavan Şehid balalarimiz yatir.