Salyanın Kolanı kəndində bir gün...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024
  • Kolanıların Şirvana gəldiyi tarixi dəqiq bəlli deyil. Lakin əminliklə demək olar ki, Şirvanda kolanıların məskunlaşma tarixi Naxçıvanda, Qarabağda və Ermənistan ərazisində olduğu qədər qədim deyil. Böyük ehtimalla kolanılar bu ərazilərə 16-cı yüzillikdə gəlməyə başlamış və bu proses 18-ci yüzilliyin sonlarına qədər davam etmişdir. Coğrafiyaşünas Nurəddin Bəndəliyevin bu sahədəki müəyyən araşdırmaları istisna olmaqla Şirvan kolanıların tarixi indiyə qədər elmi şəkildə araşdırmaya cəlb edilməmişdir. Ayrı-ayrı müəlliflər Şirvan kolanıları ilə bağlı publisistik yazılar yazmışlar. Lakin bu yazılarda da Şirvan kolanılarının tarixi, etnoqrafiyası və bu günki durumu subyektiv şəkildə dəyərləndirilmiş, hər hansı tutarlı tarixi sənədə istinad edilməmişdir. Bu səbəbdən də Şirvan kolanılarının məskunlaşma tarixi cəmi bir neçə yüz il olmasına baxmayaraq xeyli açılmamış məqamlar var. Ən başlıcası isə Şirvan kolanılarının ilk dəfə bu ərazilərə nə zaman və hansı səbəbdən köçməsi dəqiq bəlli deyil. Bu barədə müəlliflər tərəfindən yalnız ehtimallar üzərində fikir yürüdülmüşdür.
    1500-cü ildə Səfəvi-Qızılbaş döyüşçüləri ilə Dərbəndlilər sülaləsindən olan Şirvanşah Fərrux Yassar arasında qanlı vuruşma olur. Bu vuruşma Şamaxı yaxınlığındakı Cabanı düzündə baş verir. Nəticədə Səfəvilər qalib gəlir, Fərrux Yassar öldürülür. 1501-ci ildə isə bildiyimiz kimi İsmayılın başçılığı ilə Səfəvi dövlətinin əsası qoyulur. Vuruşdan sonra Səfəvi qoşunun bir hissəsi Şamaxı ərazisində yerləşir. Məsələn, Qobustan rayonunun Poladlı kəndində yaşayan yerli əhali əslən Səfəvi-Qızılbaşlardır. Səfəvi-Qızılbaş hakimiyyəti möhkəmləndikdən sonra güney Azərbaycandan bəzi türk tayfalarının bir hissəsi Şirvan ərazisinə köçürülür. Kolanı və eləcə də Cəyirli türklərinin bir hissəsi 16-cı yüzillikdə Qızılbaşlar tərəfindən Şamaxıya köçürülən elatlardan biri idi. Böyük ehtimalla bu boylar Şamaxı ərazisinə Qızlbaşlığı yaymaq və bu ərazilərdə hakimiyyətin möhkəmlənməsi məqsədi ilə köçürülmüdü. Kolanılar əvvəldən sona qədər Qızılbaş hakimiyyətinin güvənli tərəfdarlarından olmuşdu. Təsadüfi deyil ki, 1736-cı ildə Qızılbaşların süqutundan sonra hakimiyyətə gələn Nadir şah kolanılara divan tutmuşdu. Minlərlə kolanı türkünü güney Azərbaycandan Əfqanıstana sürgün etmişdi. Nədən ki, Qızılbaş hakimiyyətinin güvənli tərəfdarı olan Kolanı bəyləri Nadirin 1736-cı il martın 21-də Muğanda - Kürlə Arazın qovuşduğu yerdə keçirdiyi qurultaya - tacqoyma mərasiminə qatılmamışdı.
    Şamaxıya köçürülən kolanılar ilk vaxtlarda bu bölgənin quzey torpaqlarına Qızmeydanı (böyük ehtimalla ilk variantda Quzmeydanı və ya Oğuzmeydanı olub) və Xilmilli ərazilərinə yerləşmişdi.
    Haşiyə: Xilmilli sözü Xol və Qol sözündən yaranmış ola bilir. Azərbaycanda bu adda soyun mövcud olması ilə bağlı ciddi versiyalar var. Neftçala rayonunda Xıllı, Xolqarabucaq, Qoltuq adında yaşayış məntəqələri var. Bu yer adlarının da etimologiyası Xol (Xıl, Qol) etnosunun adı ilə bağlı ola bilər. Bu baxımdan ilk vaxtlar Şirvana köç edən oğuzmənşəli kolanı türklərinin məhz Qızmeydanı (Quzmeydanı, Oğuzmeydanı) və Xilmilli ərazisinə yerləşməsi düşündürücü məqamlardır.
    Kolanıların Şirvan ərazisinə köçü 18-ci yüzilliyin sonuna qədər davam etmişdi. Bura köç edən kolanılar eyni bölgədən gəlmirdi. Şirvana yerləşən kolanılar əsasən Naxçıvandan, Qarabağdan və güney Azərbaycandan gələnlər idi. Güneydən gələn kolanılar Savalan dağının ətəklərindən gəldiyinə inanırlar. Yaşlı nəslin uşaq ikən böyüklərindən eşitdiklərinə görə Savalandan gələn kolanılar əslən Xorasan türklərindəndir. Xorasanın ən əski türk yurdudur.
    Kolanıları Girdə ərazisində də rahat buraxmırlar. Sovet hakimiyyəti qurulandan sonra Şamaxı kolanılarının daha əzablı günləri başlayır. Elin qabaqcıl insanları və imkanlı şəxsləri xüsusi təqiblərə məruz qalır. 1937-ci il repressiyası bu kəndin də əhalisindən yan keçmir. Daha pisi isə 1950-ci ildə Mir Cəfər Bağırov tərəfindən tərəkəməliyin ləğv edilməsi olur. Tərəkəməliyin ləğvindən sonra Girdə yaylasında Dağ Kolanı kəndi kimi tanınan kolanı obası sürətlə dağılmağa başlayır. Əhali ətraf bölgələrə səpələnməyə başlayır. Nəticədə kolanı ağbirçəklərinin və ağsaqqallarının təbirincə desək, “kolanılar hamısı yurddan didərgin oldu”. Girdəni tərk etmək zorunda qalan kolanıların bir qismi yaxınlıqdakı Poladlı (Qobustan rayonu) kəndində yerləşir.
    Muğan ərazisində olan kolanıların böyük əksəriyyəti Şamaxı ərazisindən köç edənlərdi. Bu köç 19-cu yüzilliyin sonlarında başladı, 20-ci yüzilliyin sonlarında tamamlandı. Şamaxıdan Muğan ərazisinə köç edən kolanılar Hacıqabulda, Sabirabadda, Şirvanda, Salyanda, Neftçalada, qismən də Biləsuvarda yerləşdi. Hazırda adını çəkdiyim bu rayonların çoxunda Kolanı adlı kəndlər var. Şamaxıdan bu yerlərə köçmələrindən 60-70 il keçməsinə baxmayaraq, hələ də yaşlı nəsil dönə-dönə “öləndə məni dədə-baba torpaqlarımızda basdırın” -deyə vəsiyyət edir. Və cənazələr hələ də Girdə yaylasına və ya kolanıların “Qışlaq yurdu” adlandırdıqları ərazidə olan qəbiristanlığa aparılır.

ความคิดเห็น • 39

  • @VüsalHeydarov-t5l
    @VüsalHeydarov-t5l 7 หลายเดือนก่อน +4

    Əlaaaaa əlaaaaa süperrrrr

  • @fuzuliismayilov8597
    @fuzuliismayilov8597 7 หลายเดือนก่อน +3

    Varolun ❤❤❤

  • @mahireheyderova5177
    @mahireheyderova5177 7 หลายเดือนก่อน +9

    Kolanı televiziyasına təşəkkür edirəm. Belə verilişlərin davamlı olmasını arzu edirik. Çox şey öyrənirik. Var olun!

  • @worldtv9082
    @worldtv9082 หลายเดือนก่อน +1

    ÇOX sagolun qardas

  • @zaurnerimanov225
    @zaurnerimanov225 5 หลายเดือนก่อน +2

    Allah rəhmət eləsin

  • @eldarheydarov6090
    @eldarheydarov6090 7 หลายเดือนก่อน +5

    Çox sağ olun maraqlı veriliş üçün.

  • @ElgünBayramov-h3n
    @ElgünBayramov-h3n หลายเดือนก่อน +1

    Şahbuzun kolanı kendinden salamlar

  • @BextiyarFerzeliyeva
    @BextiyarFerzeliyeva 5 หลายเดือนก่อน +1

    Təşəkkürlər Namiq müəllim..

  • @lamiyemurselova
    @lamiyemurselova 7 หลายเดือนก่อน +5

    Çox gözəl. Davamlı olsun

  • @Sadəbiri-024
    @Sadəbiri-024 7 วันที่ผ่านมา

    Hacıqabul Kolanisindan cümlə Kolanilara Salam olsun

  • @KolaniTv
    @KolaniTv  7 หลายเดือนก่อน +7

    Əziz dostlar! Zəhmət olmasa, verilişi Vatsapda və Facebookda paylaşın ki, daha geniş audidoriya izləyə bilsin.
    Yorum yazan hər kəsə təşəkkür edirik.

  • @Vüqarİsmayilzade-x4t
    @Vüqarİsmayilzade-x4t 7 หลายเดือนก่อน +4

    Kolanı türkləri haqqında böyük tarixi həqiqətləri bilmiş oldum.Yaşasın türkçülüyümüz.

  • @muradibadov7200
    @muradibadov7200 7 หลายเดือนก่อน +4

    Uxurlarınız bol olsun

  • @elnurheydarov2949
    @elnurheydarov2949 7 หลายเดือนก่อน +5

    Əmioğlu xeyirli uğurlu olsun

  • @SevaneHeyderova
    @SevaneHeyderova 7 หลายเดือนก่อน +4

    Xeyirli olsun Namiq Müəllim. Var olun!

  • @aysnmmmdova-mr4zt
    @aysnmmmdova-mr4zt 7 หลายเดือนก่อน +4

    Bizdə sizi xoş gördük😊Var olun.

  • @nemttahir5137
    @nemttahir5137 7 หลายเดือนก่อน +4

    Uğur olsun.

  • @TheKhan_yt
    @TheKhan_yt 7 หลายเดือนก่อน +2

    Allah sizə uzun ömür can sağlığı versin❤ Verilişiniz axarıcı olsun💚

  • @nicatmemmedov8980
    @nicatmemmedov8980 7 หลายเดือนก่อน +3

    Salam olsun kolanı əhlinə

  • @ZahirZahir-u8g
    @ZahirZahir-u8g 4 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @MahizarCafarova
    @MahizarCafarova 7 หลายเดือนก่อน +3

    Uğurlar!

  • @bmm5928
    @bmm5928 7 หลายเดือนก่อน +3

    Uğurlar olsun

  • @ramilmensimli8359
    @ramilmensimli8359 7 หลายเดือนก่อน +4

    👍👍👍

  • @Vusal-q3s
    @Vusal-q3s 8 หลายเดือนก่อน +12

    Kolanı ellərilə tanışlıq çox gözəl bir hissdir. Azərbaycanın hər bir yerində yaşayan Kolanllarımızı Namiq müəllimin sayəsində inşaallah tanıyarıq. Bu işdə Kolanı tv-yə dəstək olmalıyıq, abunə sayını artırmalıyıq ki, daha geniş formatda izlənilsin. Nicat Kolan

  • @Coxceshidli
    @Coxceshidli 8 หลายเดือนก่อน +6

    Çox maraqla izlədim, davamlı və uğurlu olsun. Möhtəşəmsiniz👍👍👏👏👏👏

  • @HabilHeyderov-r2w
    @HabilHeyderov-r2w 7 หลายเดือนก่อน +3

    Xeyirli olsun.

  • @samiribrahimov0808
    @samiribrahimov0808 7 หลายเดือนก่อน +5

    Çox gözəl verliş hazırlamısız. Sizə uğur arzu edirik.

  • @IlgarBayramali
    @IlgarBayramali 7 หลายเดือนก่อน +2

    Uğurlar

  • @meharethabiloglu8650
    @meharethabiloglu8650 8 หลายเดือนก่อน +5

    Dəyərli Namiq müəllim bu işləriniz sizi sevənləri çox sevindirir.Bu işlərdə sizə bol-bol enerji arzulayıram.Hər zaman Abunəçiləri sevindirəsiz

  • @KonulArif-g1x
    @KonulArif-g1x 7 หลายเดือนก่อน +5

    Semimi,vetenperver duyqularla erseye getirdiyiniz bu çeklişle kelekötur kendlerimi sevdirdiz mene

  • @vahidfaragov-tz3er
    @vahidfaragov-tz3er 5 หลายเดือนก่อน +2

    Samaxidan Daq Kolanilari əsasən Salyan.Haciqabul. Nefcala.Shirvan.Aqsu.Siəzən rayonlarinda məskunlashiblar.

  • @boyukagamikayilli7686
    @boyukagamikayilli7686 7 หลายเดือนก่อน +2

    Olduqca qiymətli araşdırmadır...Kanalın yeni verlişlərini gözləyirik.

  • @metlebzeynalov6943
    @metlebzeynalov6943 7 หลายเดือนก่อน +3

    Kolani qolları: Qaraoqlanli,Alataxtali,Pirevend,Goran,Axsaqli,Cinişdi.bildiyim bu qədər

  • @asimanaliyeva
    @asimanaliyeva 7 หลายเดือนก่อน +4

    Kolanılar çox mərd ,qoçaq ,qorxmaz tayfa olub,elə bu səbəbdən də o dövrdə onları pərəm-pərəm ediblər.Lakin hər zaman öz kökümüzə sadiq olmuşuq.
    Kolanı və kolanılar haqqında məlumat almaq və öz yurddaşlarımızı tanımaq çox xoşdur.Ümid edirəm ki,layihəniz davamlı olar.Əməyi keçən hər kəs var olsun.

  • @NərimanRustəmov
    @NərimanRustəmov 7 หลายเดือนก่อน +2

    Uğurlarınız bol olsun Namiq müəllim.kolani tarixin daha yaxın Əlşiraz kişinin əl yazmalarından da araşdıra bilərsiz

  • @vahidfaragov-tz3er
    @vahidfaragov-tz3er 5 หลายเดือนก่อน +2

    mənim.eshitdiyim və bildiyimə.gorə Kolani 21 təbəhdən ibarət olub.Bu haqda daha mufəssəl bilmək istəyirsinizsə hal hazirda Shamaxida (Daq Kolanli ) yashayan filoloq muallim Bəhram Baqiyevlə gorushməyiniz məslət gorərdim.

  • @MahizarCafarova
    @MahizarCafarova 7 หลายเดือนก่อน +3

    Uğurlar!

  • @LaviniaLavinia-o5h
    @LaviniaLavinia-o5h 7 หลายเดือนก่อน +3

    👍👌👏

  • @MahizarCafarova
    @MahizarCafarova 7 หลายเดือนก่อน +3

    Uğurlar!