Təpədən dırnağa hirs içindəyəm - Ramiz Rövşən

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • Təpədən dırnağa hirs içindəyəm
    Dönmüşəm dustağa hirs içindəyəm.
    Bu hasar içində, bu hirs içində
    Ürəyim özünə yer tapa bilməz.
    Bir çiçək qoxusu, bir quş səsi də
    Daha ürəyimə yol tapa bilməz.
    Səpdim öz yarama mən öz külümü
    Adam öz külünə bulanır belə.
    Dişim parça-parça kəsir dilimi
    Şeirim hecaya bölünür belə...
    Mən belə adamam məndən uzaq gəz
    Uzaq gəz xeyirimdən, şərimdən mənim
    Daha bu qələmim çiçək bitirməz
    Qızlar çələng hörməz şeirimdən mənim..
    Qaçdım məni sevən gözlərdən daha
    Hamının sevgisi gözündə qalsın
    Ev tikən deyiləm sözlərdən daha
    Qoy hamı o çölün düzündə qalsın.
    Sən də daşlamağa özgəsini tap
    Məni ömür boyu daşlayan adam
    gilası mürəbbə quzunu kabab
    Şairi heykəl tək xoşluyan adam.
    Yox heykəl ummuram bu yer üzündə
    Mənim daş olmağa yoxdu həvəsim.
    Daş olub lap ulu Füzulinin də
    Yanında durmağa yoxdu həvəsim.
    Mən sənin yanında dururam
    Sənin... küçənin tinində dilənən qarı
    Başindan var-dövlət yağan ölkənin
    Bəxtəvər günündə dilənən qarı.
    Heç kəs sığal çəkməz düm ağ saçına
    O gümüş telindən öpürəm sənin
    Qorxma pul qoymuram sənin ovcuna
    Əyilib əlindən öpürəm sənin...

ความคิดเห็น • 4

  • @SalamSalam-ti8ec
    @SalamSalam-ti8ec 4 วันที่ผ่านมา

    Mukemmel sozler.....

  • @sevai_va6938
    @sevai_va6938 6 วันที่ผ่านมา +1

    MÜKƏMMƏL BİR SAH ƏSƏRİ.SEİRN İCİNDƏ BİR NSAN OMRU.RAMİZ. ROVSƏN. MÖHTƏŞƏM ŞAİR.🇦🇿🌺🌼🪻💐🌹🏵️🌸💛

  • @sonsuzmisra
    @sonsuzmisra  8 วันที่ผ่านมา

    Sevgi şeirləri(#1) - Ramiz Rövşən
    th-cam.com/video/o_sOf-7u36g/w-d-xo.html

  • @sonsuzmisra
    @sonsuzmisra  20 วันที่ผ่านมา

    Sevgi şeirləri(1 saat) - Əminə Yusifqızı öz səsi ilə
    th-cam.com/video/fT7GFQjQ1Ww/w-d-xo.html