Nağaranı 73 yaşında da virtuoz ifa edən, Habil Əliyevi heyrətə salan sənətkar - APA TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2022
  • #APATV #QaraşCəlilov #RafiqCəlilov #Şirvan #nağara #nağaraustası #virtuoz #sənətkar #HabilƏliyev #kaman #Bəyinoğurlanması #film #apagroup #apaxeber #apaxəbər #apatvxəbər #apaxeberler #xeberler #sonxeberler #gundemxeberler #xəbərlər #sonxəbərlər #xəbərlərbugün #xəbərlərdəbugün #gününxəbərləri #xəbərləryeni #sondeqiqe #gününəsasxəbərləri #sonxeberlerbugun2022 #canlıyayım #apacanlı #birbaşayayım #aparesmi
    Nağaranı 73 yaşında da virtuoz ifa edən, Habil Əliyevi heyrətə salan sənətkar
    “Bu gün biz virtuoz nağara ustası Qaraş Cəlilovun qonağıyıq.”
    Ömrünün 55 ilini nağaraya həsr edən Rafiq Cəlilov Şirvanda yaşayır. 73 yaşı olsa da bu gün də nağaranı elə əvvəlki illərdə olduğu kimi məharətlə ifa edir.
    O deyir ki, nağara onun üçün öz övladı kimidir: “55 ildir mən bu sənətdəyəm. Bu sənətdən doymuram. Gözümü yumana qədər nağaranı yerə qoymayacağam.”
    Əsl adı Rafiq olsa da hamı onu Qaraş adı ilə tanıyır. Ona həm də “Şapatır -S Qaraş” da deyirlər. Müsahibimiz deyir ki, bu adın və ləqəbin ona verilməsinin də öz tarixçələri var: “Ritmlər cürbəcürdür. Şapatır ritmi Bakı ritmi. Özbək ritmlərini mən gətirdiyim üçün ləqəbimi “şapatır-s” qoyublar. Aqqa mənə dədə deyirdi. Sonra öyrəndim ki, Qurbanxanın atasının adı Qaraş olub. Həsənağagil də məni baba çağırırdılar. O vaxtdan adım qaldı Qaraş. İndi Rafiq kimi məni tanıyan yoxdur.”
    “Qaraş müəllim uzun müddət tanınmış kaman ustası Habil Əliyevi səhnələrdə müşayiət edib. Həm də Qaraş müəllimin Habil Əliyev haqqında müxtəlif xatirələri var ki, bu gün onu bizlə bölüşəcək:
    Günlərin bir günü Gəncəyə toya gedirik, gecikmişəm. Elə oldu Qaradağda yol polisi məni saxladı. Nə isə düzəlişdim çıxdım yola. Gəldim maşını saxladım orda. Habil müəllim mənə “əə qaqaş, niyə gecikmisən? Bax təkər buraxıb demə, benzin qurtarıb demə, “QAİ” saxlayıb demə.” Amma “QAİ” saxlamışdı axı məni. Dedim nə təkər buraxıb, nə benzin qurtarıb, nə də “QAİ” saxlayıb. -Onda niyə gecikmisən bəs? Dedim ki, bizdə bir türk mağazası açılıb, oradan bir “budilnik” almışam. o məni səhv durğuzub yuxudan. Güldü. Dedi bütün bəhanələri demişdilər, bu “budilniki” hardan deyib məni güldürdün. Get otur maşına gedək.”
    Müsahibimiz 55 illik fəaliyyətindən yadında qalan digər maraqlı əhvalatları da bizimlə bölüşür: “Həsənağanın bir mahnısı vardı nəlbəkidə çalırdı. Dedim, Həsən, sənin o çaldığın nəlbəkilərin hərəsi bir notdu “Do re mi fa sol lya si”, dedim indi mən iki barmaqla o mahnını çalacağam.”
    Qaraş usta “Bəyin oğurlanması” və “Girov” filmlərində də epizodik fraqmentlərdə çəkilib. 10 yaşından toy şənliklərində əvvəl qoşanağara, daha sonra nağarada ifa edən Qaraş kişi musiqi aləminin bir çox tanınmış və məşhur musiqiçiləri ilə birgə məclislər aparıb. Ağaxan Abdullayev, Əlibaba Məmmədov, Canəli Əkbərov kimi muğam ustalarının məclislərində iştirak edib.
    ✅ Rəsmi saytımız: apa.tv
    ✅ Rəsmi facebook səhifəmiz: / tvapaxeber
    ✅ Rəsmi instagram səhifəmiz: / apatvresmi
    ✅ Rəsmi twitter səhifəmiz: / apatvofficial
    ✅ Rəsmi teleqram səhifəmiz: t.me/apa_tv
    ✅ Rəsmi youtube kanalımız: th-cam.com/users/APAGROUPOffic...
    Copyright © APA TV
    Videolarda yazılan rəylərə görə kanal rəhbərliyi məsuliyyət daşımır.
    REKLAM TƏKLİFİ ÜÇÜN (Contact) info@apa.tv

ความคิดเห็น • 38

  • @anarhemzeyev4593
    @anarhemzeyev4593 ปีที่แล้ว +5

    QARAW SENE ALLAHDAN UZUN OMUR DILEYIREM
    SENINEN MEN HER YERDE FEXIR EDIREMKI BIZDEDE BELE GUJDU EVEZ OLUNMAZ SENETKAR VAR
    SENI WIRVANSIZ
    WIRVANIDA SENSIZ RESEVVUR EDE BILMIREM
    ALLAH SENI BIZ WIRVANLILARA COX GORMESIN SENETKAR.
    AMIN

  • @allahtekdiwerikiyoxdu1717
    @allahtekdiwerikiyoxdu1717 ปีที่แล้ว +7

    Super baxin bele insanlari cekib paylawmaq lazimdi aciq saciq qizlari paylawmaqdansa bele esil senetkarlari paylawaq hami tanisin uca allah can saliqi versun iwallah

  • @suleymanilyasov5702
    @suleymanilyasov5702 ปีที่แล้ว +9

    Allah sizə ən azı 100 il ömür versin .

  • @user-su7lt8rs2e
    @user-su7lt8rs2e ปีที่แล้ว +6

    Allah can sağlığı versin, gözəl sənətkardır ,amma. .....
    Volqoqraddan salamlar, özü biləcək kimlərdən !!!

  • @user-cm3vy8cj1d
    @user-cm3vy8cj1d ปีที่แล้ว +5

    Ширванын супер сенеткарларындан да бири меhз уста Гарашды

  • @minayaquliyeva2724
    @minayaquliyeva2724 ปีที่แล้ว +13

    Şirvanımızın tanınmış simalarındandır Qaraş müəllim.Allah can sağlığı,uzun ömür nəsib etsin.

  • @rstunmmmdov8303
    @rstunmmmdov8303 ปีที่แล้ว +4

    Qəşəy

  • @ilhameqasimova5044
    @ilhameqasimova5044 ปีที่แล้ว +9

    Allah can sağlığı versin🤲Cəlilabad rayonundada məhşur nağara ifaçısı var 75 yaşlı Əvəz kişi.Şimaldan Cənuba toylarda iştirak etmiş istetadlı sənətkarımız .Xahiş edirik onuda işıqlandırasız.

    • @ilhameqasimova5044
      @ilhameqasimova5044 ปีที่แล้ว +1

      1ci Qarabağ müharibəsində əsgərlərimizə konsert verən,Sovet dövründə kolxoz və sovxoz işçiləri qarşısında gözəl ifalar göstərən,ömrünün 50 ilini mədəniyyət sahəsinə vermiş xalq tərəfindən sevilən,həqiqi mənada xalqın artisti olan Əvəz Zərbəliyev.

  • @velicahangiri2891
    @velicahangiri2891 ปีที่แล้ว +7

    Ellernize saqliq dayı🥰👍

  • @user-qn9vm2yf7l
    @user-qn9vm2yf7l ปีที่แล้ว +1

    Спасибо большое Гараш киши супер!!! Из Ленинграда

  • @abdulgadirhuseynli5783
    @abdulgadirhuseynli5783 ปีที่แล้ว

    Əllərinə-qollarına sağlıq. Allah canını sağ, ömrünü uzun eləsin ustad sənətkarımızın.👍

  • @user-vw7sp1sp9w
    @user-vw7sp1sp9w 8 หลายเดือนก่อน +1

    Allah can sağlığı versin

  • @Elchin.
    @Elchin. ปีที่แล้ว +1

    Allah ömür versin senetkara 100 yaşasın

  • @sehetrehimov453
    @sehetrehimov453 ปีที่แล้ว +1

    Allah sağlam ömür versin inşallah.

  • @vekilhesenov7527
    @vekilhesenov7527 ปีที่แล้ว

    Allah ömür versin, bacı oğlu.☝💯🤲

  • @vfamemmedova3620
    @vfamemmedova3620 ปีที่แล้ว

    MaşaAllah 🤲🏻🤲🏻🤲🏻👍🏻👍🏻👍🏻🇦🇿

  • @zahidrzayev9971
    @zahidrzayev9971 ปีที่แล้ว +6

    Allah Cansağlığı versin.

  • @farizzaidov119
    @farizzaidov119 ปีที่แล้ว +1

    Allah ömür versin

  • @marasli_
    @marasli_ ปีที่แล้ว +4

    👍

  • @user-cb2gf5xi8m
    @user-cb2gf5xi8m ปีที่แล้ว +4

    Allah omur versin

  • @gamerqayib4459
    @gamerqayib4459 ปีที่แล้ว +3

    Wapatir senetkardi

  • @elvinsirinov9864
    @elvinsirinov9864 ปีที่แล้ว +1

    Çox yaşa qaraş mellim

  • @asifmirzeyev3306
    @asifmirzeyev3306 ปีที่แล้ว +6

    Taniyiram afyorun biridir basib baglayir

    • @alikalik6823
      @alikalik6823 ปีที่แล้ว

      Ostraga basir 😂😂😂

  • @islamalioglu6618
    @islamalioglu6618 ปีที่แล้ว +3

    Halaldi Dahi senetkarmiz yerli

  • @user-hh1fl8jq4l
    @user-hh1fl8jq4l ปีที่แล้ว +3

    🤘🇦🇿👍👍👍

  • @alikalik6823
    @alikalik6823 ปีที่แล้ว +1

    Ogulde O !

  • @vdgturecbj
    @vdgturecbj ปีที่แล้ว +1

    Əsas odur ki Şirvan əhli səni sənətkar sayır.

  • @israilmehdiyev6330
    @israilmehdiyev6330 ปีที่แล้ว +1

    Habil ,Aslan,Hesenaga, Remis ,Qaras,Zahid sabirabadli ve saire..bunlar SEMA musigicileridir

  • @vdgturecbj
    @vdgturecbj ปีที่แล้ว +1

    Necə illərin sənətkarına Azərdaycanda giymət verilmir , anncağ gərəy üzdən irag olsun , yada girən olsun .

  • @vasifaliyev9961
    @vasifaliyev9961 ปีที่แล้ว +4

    APA tv muasir dovrun teleblerine cavab veren bir xeber agentliyidir deyerdim amma bu ag yalan olardi
    Bunlarin paylashdigi xebere, xeberin bashligina baxanda görürsen ki çox çox deyersiz ucuz seviyyesiz (ve daha neler neler demek olar) bir qurumdur

  • @vdgturecbj
    @vdgturecbj ปีที่แล้ว +1

    İndi hansısa petux olsaydı xalg artisti adı verərdilər

  • @user-js1dj8xh1o
    @user-js1dj8xh1o ปีที่แล้ว +3

    Allaha ibadat vaxtidir.дайарсиз вахт кечирмак.ел аксаккали ва боюк Ола билмазсиниз

  • @rbabayev06
    @rbabayev06 ปีที่แล้ว +4

    3:31 Telefon zəngimə qoydum

  • @golfvm3608
    @golfvm3608 ปีที่แล้ว +1

    Ağsaqqal adamdı,elə öz saçları rəngdə ağ yalan danışır.Gəncəyə toya gedirdik deyir,bunu Qaradağ DYP postunda saxlayıblar,Habil Əliyev Bakıda yaşayır.Gəncəyə gedən yoldakı Hacıqabuldan keçir.

  • @bagaduriskenderov1386
    @bagaduriskenderov1386 ปีที่แล้ว +4

    Allah omur versin.

  • @azerguseunov177
    @azerguseunov177 ปีที่แล้ว +1

    👍👍👍👍😁