Biz niyə intihar edirik? | Ölümün adiləşməsi | Valideyn və övlad | Psixoloq Mələk Kərimova

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ก.ค. 2024

ความคิดเห็น • 99

  • @nahidabbas8646
    @nahidabbas8646 2 ปีที่แล้ว +7

    Bu kanalın sadiq izləyicilərindan başqa yerdə qalan bütün xalqdan zəhləm gedir, görən gözüm yoxdur.(öz görüşümdür)
    Yaxşı ki varsız və sizi dinləyə bilirik. Başımızı götürüb bu çuxurdan qaçana qədər də izləyəcəyiy. Yaşayın 💙💚

  • @hvnifvbhumcxcvyjkmngdcbhbgxtx
    @hvnifvbhumcxcvyjkmngdcbhbgxtx 2 ปีที่แล้ว +18

    Bizim, cəmiyyət olaraq ən önəmli problemimiz Ailədə duyğusal bağların zəyif olmağı, yaxud heç olmamasıdır. Bir insanın təməli ailədə qoyulur, və bizdə her şey elə Ailədə pozulur. Sevilməyən, başa düşülməyən, diqqətə alınmayan, qucaqlanmayan, önəmsənməyən uşaqları 7 yaşı olan kimi basıb göndəririk məktəbə, böyüyür və həyata tutuna bilmirlər, bir neçə uğursuz təcrübədən sonra narkomaniya, alkoqol, oğurluq, cinayət və ən pis halda intihar. Sağ qalan toplumda güclə ayaqda durub, 80% insanın baş etməyə çalışdığı travmaları var. Bu problemin çözümü əslində çox sadədir. Dövlətlər uşaq sahibi olmaq istəyən her iki valideyni təlimlərə cəlb etməli, insan yetişdirməyin vacibliyini və məsuliyyətini aşımalıdır. Adi maşın sürmək üçün insanlar təlim keçirsə, insan yetişdirmək üçün heç bir təlim almağa ehtiyac yoxdur? Cahil insanların nəsil artırıb, uşaqları bədbəxt etməklərinə hamı göz yumur. Sonrada psixoloji problemlərdən, travmalardan, intiharlardan danışılır. Danışmaq bir qədər kömək ola bilər, amma bu danışılanları eşitməyəcək o qədər insan var, onlar bu cəmiyyətin ən təhlükəli parçasıdırlar. Çünki maariflənmirlər, təhsil almırlar, heç bir uşaq tərbiyəsi üzrə kitab alıb oxumurlar, buna heç lüzum görmürlər.V. Hugonun dediyi kimi, Problemin kökündə cahillik yatır. İşıq her tərəfi aydınlatmalıdır. Yoxsa çox qaranlıqlar aydınlığa çıxa bilməz. İntihar edənləri deyil, onları o vəziyyətə çattıranlara işıq tutmaq lazımdır.
    Mövzu üçün çox sağolun. Tural və Ali bəy missiyanız önəmlidir, uğurla davam edin💖💖

  • @rhmalisoy
    @rhmalisoy 2 ปีที่แล้ว +18

    bir çox gənci söhbətgah müdrikləşdirəcək! 💙💚

  • @salehvalehoglu
    @salehvalehoglu 2 ปีที่แล้ว +34

    Mən intihara meyilli adam olmuşam. Lap uşaqlığımdan bu yana. Cəhdlərim də olub. Təbii ki uşaqlıqda yaşadığım dəhşət məni bu düşüncələrə gətirib. Ancaq bilirsiz məni nə xilas etdi? İntihar edəcəyini təxmin etdiyim və təxminimin doğru çıxdığı bir nəfər. Mən onu gözlərindən, sözlərindən oxuya bildim və birdən necəsə onu xilas etmək barədə düşünməyə başladım. Adam indi sağdı və yaşayır) Birini həyata qaytara bilmənin verdiyi güc məni də özümə qaytardı. Mən heç də dəyərsiz, lazımsız, eşidilməyən biri deyiləmmiş, bunu anladım. Sözümün önəmi o qədər imiş ki, hətta başqa birini həyata qaytara bilərəm, bunu anladım...
    Əsas məqam budur ki, biz intihara meyilli adamlar, intihar düşüncələri beynimizi zəbt edən kəslər bir birimizi daha tez anlaya bilirik. Daha tez görə bilirik. Bunu bir-birimizi xilas etmək üçün istifadə edə bilərik...

    • @gularismayilova7765
      @gularismayilova7765 2 ปีที่แล้ว

      Bu sizi tam xilas edə bildi?
      Birdə ki o insana necə kömək etmişdiniz ,bu haqda yaza bilərsiniz zəhmət olmasa

    • @gularismayilova7765
      @gularismayilova7765 2 ปีที่แล้ว +1

      Sizin və o insanın həyata davam etməyinə,güclü olmağınıza sevindim

    • @salehvalehoglu
      @salehvalehoglu 2 ปีที่แล้ว +4

      @@gularismayilova7765 Bəli, özümüzü öldürmək fikrindən xilas ola bildik. Mən onu xilas etdim fikri bir az uyğun gəlmir. O da məni xilas etdi. Bir-birimizi xilas etmiş olduq. Ona baxaraq, özümü gördüm. Hansı vəziyyətdə olduğumu gördüm. Bəzən özümüzün həqiqi halını anlamaqda çətinlik çəkə bilirik. Belə anlarda mütləq kənar müdaxilə, kənar baxış, kənar dəstək lazımdı. Kənardan öz halımızı özümüzə həssas şəkildə göstərəcək kimsə olmalıdı, öz vəziyyətimizi dəqiq görə biləcəyimiz vəziyyət yaranmalıdı.
      Güvənmək, sevilmək, sevmək, hörmət olunmaq, dəyərli olmaq, önəmli olmaq, dinlənilmək, eşidilmək, güvənilmək...
      Bunlar çox vacibdi, bu hislər çox güclü hislərdi. İntihar düşüncəsi bunlar olmadıqda, bu hislərin ölməsindən, daha doğrusu çox dərinlərdə basdırılmasından sonra gəlir. Xüsusən də kimsə tərəfindən güvən hissi öldürülmüş kəslərdə intihara meyillilik yüksəkdi. Güvən hissi ölmür, sevgi ölmür, yəni içimizdə həmişə var və yox olmur. Sadəcə müəyyən insana, nəsnəyə qarşı hiss etməyə bilirik. Bu da həmin insanın davranışları ilə, nəsnənin bizə münasibəti ilə bağlıdı.
      Onda özümü gördükcə, qeyri-ixtiyari onu özümə, ruhuma yaxın hiss etdim. Özüm də eyni vəziyyətdə olduğuma görə yaxşı hiss etmədiyini, sıxıldığını, artıq yorulduğunu, yaşamaq həvəsinin tükəndiyini, lakin bunu üzdən hiss olunmayacaq şəkildə ustalıqla gizlədə bildiyini başa düşürdüm. Bunu çox həssaslıqla, ehtiyatla ona bildirirdim. Onu gördüyümü başa düşdü. Nəyi niyə o cür dediyini, niyə o cür davrandığını izah edirdim. Və onu görə bildiyimi deyirdi. Mənə güvəndi get-gedə və başına gələnləri, niyə intihar cəhdləri etdiyini, niyə bu fikirlərə düşdüyünü yavaş-yavaş özü danışmağa başladı. Günahlandırmadan, münasibət bildirmədən içindən gəldiyi kimi danışmasını istəyirdim. İnsan yalnız bu halda yüngülləşir. Danışdıqca rahatladı və gözəlləşdi. Gözləri güldü. Gözləri gülən adam canlıdı. O canlandıqca, yaxşılaşdıqca mən də yaxşı olurdum. Mən artıq bir yaradıcı idim. Özümü unutmuş, bütün diqqətimlə ona yönəlmişdim. Sanki bir əsər yaradırammış kimi ona fokuslanmışdım. O bunu hiss edirdi. Dəyərli olduğunu, önəmli olduğunu, sevgiyə, gülməyə, yaşamağa layiq olduğunu hiss edirdi. Onu belə gördükcə özüm də bu cür hiss edirdim. Nəticədə neqativ fikirlərdən qopub həyata bağlandıq, yaşamaq, yaratmaq barədə düşünməyə başladıq...

    • @salehvalehoglu
      @salehvalehoglu 2 ปีที่แล้ว

      @@gularismayilova7765 Çox sağolun 🧡

    • @gularismayilova7765
      @gularismayilova7765 2 ปีที่แล้ว +2

      @@salehvalehoglu Vaxtınızı ayırıb cavab verdiyinizə görə təşəkkür edirəm, minnətdaram.
      Görünür əsasda sizə kömək olan aranızdakı güclü bir bağ olub(hörmət,sevgi,anlayış,səbr,dinləmə və s.) .Bu güclü bağ sonradan sizin özünüzlə ,o şəxsin özü ilə yeni bir münasibətinin yaranmasına səbəb olub .
      Sizin yaşadığlarınız çətin həmdə gözəl olub(sonda).
      Bu mənə görə nadir və ya az yaşana bilən haldır . Çünki o vəziyyətdə olan iki insan bir -birinə kömək edə bilmir deyə düşünürəm.
      Birdə əlavə bir şey soruşum,digər ölkələrdə belə təşkilatlar var ,bizim ölkədə bəs müəyyən qrup insanların bir araya gəlib özləri haqqında,hiss etdikləri , intihara meyillilik səbəbləri və s.mövzularda bir -biri ilə danışa biləcəkləri hər hansı təşkilat varmı

  • @nargizshikhaliyeva2142
    @nargizshikhaliyeva2142 2 ปีที่แล้ว +52

    Ən mənalı podcastdır bu. İntihar etmə istəyini dəfələrlə yaşamış biri olaraq. Dinləmək xoş olur. Təəssüf ki qınamadan dinləyən insanların sayı çox azdı. İnsanın ən böyük istəyi budur. Qınanmadan dinləmək, hisslərimizin ciddiyə alınması.

    • @easypeasy9492
      @easypeasy9492 2 ปีที่แล้ว

      English Grammar forms | background music “The Weekend - Save Your Tears” | #conditionalsentence
      th-cam.com/video/Y3QjP7GAQFo/w-d-xo.html

    • @narminm.9903
      @narminm.9903 2 ปีที่แล้ว

      Salam Nargiz xanim, calisin ya uwaq evinde, ya qocalar evinde ve ya ekoloji programlarda konullu qowulun. O qeder komeyinize ehtiyaci olan insan var.

    • @horizon8073
      @horizon8073 2 ปีที่แล้ว

      👍

  • @ozlemcelalli
    @ozlemcelalli 2 ปีที่แล้ว +22

    İnsan intihara bir anda qərar vermir. O müəyyən müddət ərzində düşünür və intihar edənə qədər bir ümid gözləyir ki, kimsə onun əlindən tutacaq.

    • @ballpasayeva7639
      @ballpasayeva7639 4 หลายเดือนก่อน

      Amma affekt halında intihar da mümkündür

  • @ilqarismayilzade9864
    @ilqarismayilzade9864 2 ปีที่แล้ว +8

    Mənə görə indiyə qədər ki, ən təsirli bölüm oldu , həttda bir neçə yerdə gözlərim doldu. Psixoloq sanki mənim həyatımnnan danışırdı. Ümidvaram indi o dövrünü yaşayan yeniyetmə və gənclərə video bir işıq , bir ümid mənbəyi olar.
    Çoox sağolun , hər üçünüzə minnətdaram❤️

  • @gulnarhesenova6523
    @gulnarhesenova6523 2 ปีที่แล้ว +7

    Ne zaman insanlari dinlemeye onlarin cinsinden,gorunusunden,yasindan ,geyiminden cox ozune deyer versek intiharlar olmaz.birde aileler etrafin fikirlerinden uzaqlasib usaqlarina sahib cixmalidirlar.

  • @muradlatifli
    @muradlatifli 2 ปีที่แล้ว +9

    16:00 Elina hadisəsini bir çox məktəbin yuxarı mərtəbələrində pəncərələrin tutacaqlarını ləğv etməklə həll etdilər...

    • @ballpasayeva7639
      @ballpasayeva7639 4 หลายเดือนก่อน

      Eynən,bununla da həll olundu... O vaxt mənə çatmadı niyə vaxtında təcili yardım çağırılmayıb,amma özüm müəllim kimi dövlət məktəbində işləməyə başlayanda gördüm ki,məktəbdə bir hadisə olanda qorxurlar təcili yardım çağırmağa.Niyə? Bunun arxasınca polis gələcək və məqsədi ancaq pul qoparmaqdır.Baxın problem bir yerdə deyil, zəncirvarıdır

  • @aydinliyev616
    @aydinliyev616 2 ปีที่แล้ว +15

    Psixoloqları çox çağırın xahiş edirəm. Təşəkkürlər😊

    • @easypeasy9492
      @easypeasy9492 2 ปีที่แล้ว

      English Grammar forms | background music “The Weekend - Save Your Tears” | #conditionalsentence
      th-cam.com/video/Y3QjP7GAQFo/w-d-xo.html

  • @elxanesedzade8743
    @elxanesedzade8743 2 ปีที่แล้ว +6

    Xahiş edirik daha marağlı fərqli,qeyri adi yanaşma tərzi olan qonaqlar dəvət edin...zatən bildiyimiz gündəlik eşitdiyimiz söhbətlərden danışdı xanım...
    Cəmiyyətdən 5-10 il irəli düşünən və yaşayan insanlar dəvət etsəniz daha çox sevinərdik...uğurlar hər kəsə

  • @ballpasayeva7639
    @ballpasayeva7639 4 หลายเดือนก่อน +2

    Eyni zamanda ailə də çox önəmlidir.8-ci sinifdə oxuyarkən bir sinif iclasımızda sinif rəhbərim mənə kinayəli bir şəkildə "Evdə böyük sənsən? Qərarları sən verirsən?" dedi. Mən də "evin böyüyü mən deyiləm,amma atam və anam bizimlə bağlı qərarları bizlə birgə alır,fikrimizi soruşur,yeri gəldikdə biz də məsləhət verə bilirik" dedim, gözlərini süzüb pufuldadı.Baxın budur əksər müəllimin düşüncəsi,hələ də dəyişilməyib əksəriyyətində. Amma mənim atam da müəllimdir,sağ olsun ki,bizi demokratik bir mühitdə böyüdüb

  • @nasimivali3873
    @nasimivali3873 2 ปีที่แล้ว +8

    “Mənim nəzəriyyəm ondan ibarətdir ki, həyat bizdən hər şey almamış ondan qurtulmaq lazımdır. Ölüm üçün silah-sursat, barıt, güc olmalıdır, yoxsa bu bədbəxt və əsəbi qocalar kimi tamamilə aciz və əldən düşmüş halda ölmək nəyə lazımdır… İntihar pislənilir. Dövlət, din, cəmiyyət, hətta təbiət özü ona qarşıdır, çünki təbiət adlandırdığımız nazənin gözəl özünə qarşı azad münasibəti qətiyyən qəbul etmir, bizi sonadək öz hakimiyyəti altında saxlamaq yanğısıyla alışıb-yanır, bizim əvəzimizə özü qərar qəbul etmək istəyir. İnsanın nə vaxt öləcəyinə kim qərar verir? Biz qərar verməyi xəstəliklərə, qəzalara, canilərə həvalə edərək yüksək azadlığımızdan imtina etmişik. İnsanlar bunu ya tale, ya da qəzavu-qədər adlandırırlar. Yalandır! Bu, qəzavu-qədər deyil, bizi gözlərini döyə-döyə zəhərləyən, müharibələrdə və qəzalarda məhv edən cəmiyyətin gizli iradəsidi… Bizim nə vaxt öləcəyimizə cəmiyyət qərar verir. Çünki yediyimiz ərzağın kefiyyəti, ətraf mühitin durumu, işlədiyimiz və yaşadığımız şərait ondan asılıdı. Doğulanda bunu istəyib-istəmədiyimizi heç kəs bizdən soruşmur, dilimizi, ölkəmizi, dövrümüzü, ehtiraslarımızı və zövqümüzü, həyatımızı belə özümüz seçmirik. Bizim azadlığımız yalnız ölümdədir. Azad olmaq ölmək deməkdir… Ancaq bütün bunlar sözdür. Həqiqət isə… Gəlin, dürüst olaq. Əgər biz sağlam, layiq olduğumuz tək sevimli, hörmətli olsaydıq və günəşin altında öz layiqli yerimizi tutsaydıq, əminəm ki, indi bu zal bomboş olardı.”
    (C) Martin Paj - Mən necə axmaq oldum
    P.S Bəlkə bir gün "Söhbətgah" intiharın estetikliyi haqda da söhbət açacaq

  • @BilimEvi.
    @BilimEvi. 2 ปีที่แล้ว +13

    Teşekkürler gözəl verlişə görə! Tural bəy Əli bəy mənim üç uşağım var mən sizi izlədikdən sonra uşaqlarımla ünsiyyətim dahada yaxşılaşıb size çox minnətdaram var olasız belə verilişləri tez tez edin.

  • @tottikhdev
    @tottikhdev 2 ปีที่แล้ว +9

    inseAllah novbeti movzu yaxud nevaxtsa biz niye realist ola bilmirik?

  • @reshadimanov6281
    @reshadimanov6281 2 ปีที่แล้ว +5

    Tural bəy və Əli bəy Supersiniz. Növbəti qonağınız Taryel Faziloğlu olsa super olardı. Hummel psixoloji mərkəzin qurucusudur. Dəvət etsəniz bütün mövzular barədə çox maraqlı və faydalı düşüncələr əldə edə bilərsiniz.

  • @ballpasayeva7639
    @ballpasayeva7639 4 หลายเดือนก่อน +1

    Əli bəyin müəllimlərlə bağlı dediyi fikir ən yaralı yerimdir bir müəllim olaraq. Adının qarşısına müəllim yazılan,dövlətdən maaş alan bir çoxxxxx insanlar nə psixologiya bilir,nə pedaqogika.Mən hər gün məktəbdə belə hadisələrlə qarşılaşdıqca dəli oluram,sanki universitet görməyiblər,sanki ali təhsil almayıblar və şagirdlərə o qədər yazığım gəlir ki... Treyninqlərlə düzələrmi deyə düşünürəm,amma ümidim azdır,çünki beyin köhnədir,üzünə təzə pərdə çəkməklə içi təzələnmir, təəssüf ki

  • @samadmehriban
    @samadmehriban 2 ปีที่แล้ว +3

    Yaxşı iş görürsüz, hətta adam düşünəndə ki, bu video səbəbindən dolayısıyla və ya birbaşa cəmi 1 adamın həyatı xilas olunacaq, o zaman ümumiyyətlə bu işin dəyərini ölçməkdə adam aciz qalır. Yorulmayasız✌🏻

  • @IV008
    @IV008 2 ปีที่แล้ว +11

    intiharı son 2 ildir düşünürəm bu söhbətgah maraqlıdır depresya həyatımın olmazsa olmazıdır ..

  • @NigarSafura
    @NigarSafura 2 ปีที่แล้ว +8

    Depressiyada olanlar üzülməyi bilməzlər.

  • @tural.
    @tural. 2 ปีที่แล้ว +3

    Əlilliyi olan şəxslərlə bağlı dediyiniz məsələdə belə bir faktı da deyim. Öz başıma gələn şeylərdən biri budur ki, şəxsən küçədə ya da hansısa obyektin yanında dayanıb kimisə gözləyə bilmirəm. Mütləq kimsə yaxınlaşıb qəpik uzadacaq. Hətta bir dəfə taksi gözləyirdim, bir maşın dayandı və zorla pulu vermək istəyirdi. Yəni sənin istəyib-istəməməyin önəmli deyil. Belə faktlar çoxdur. Bilmirəm bu cəmiyyətə inteqrasiya dedikləri şeydir ya belə olmalıdır?

  • @minenecefova
    @minenecefova 2 ปีที่แล้ว +5

    Yaşadığın mühit, aile münasibetleri , düşünce terzi , hadiselere baxış bucağı dəyişilməlidir. Yeniyetmelik dövru Cox hessas dövürdü valideyinler bunu anlamalıdır, düzgun yanaşmalidirlar.En esası yeni dövre ayaq uydurmalidirlar " bizim dövürde bele olub" dövru deyil artıq,texnologıyanın inkişaf etdiyi yeni dövürdü.

  • @samsaph1948
    @samsaph1948 2 ปีที่แล้ว +2

    niyə etməyək ki? bu ölkədə, bu cəmiyyətdə, bu mentalitet boğanağının içində yaşamaqdan daha yaxşıdır. hər gün ümidlə doğan və axşamlar o ümidlərin öldüyü ölkədə yaşayırıq. yaşamaq üçün səbəblər axtarmaq məcburiyyətində qalırıq. insanı yorurlar bu ölkədə.

  • @thetamilla
    @thetamilla 2 ปีที่แล้ว +1

    Eslinde her birimiz heyatimizin mueyyen hissesinde travma aliriq,depresiyaya dusuruk amma ne yasayiriqsa yasayaq intihar cixis yolu deyil. Insanlarin ekseriyyetinin intihara meyilli olmasi onlarin dinleyeni olmamasidi. En coxda qinaga cevrilirler ona gore intiharlar cox olur. Bele movzuya toxunmaginiz cox gozel oldu. Umid edirem bu podcasti cox adam dinleyer ve yararli olar

  • @edadeniz3945
    @edadeniz3945 2 ปีที่แล้ว +1

    Keşke bu cur mariflendirici sohbetler daha çox. Olsa.Hetda mekteblerde üniversitelerde bele söhbetler aparilsa.O qeder içimden kecen şeyler danisildiki..

  • @tekkkiiinn
    @tekkkiiinn 2 ปีที่แล้ว +8

    1 saatı keçsə əla olardı...

  • @hamzatlifuad
    @hamzatlifuad 11 หลายเดือนก่อน +1

    Əli bəy qəşəng suallar verir. Amma istədiyi cavabi ala bilmir. Bəlkə də cavabi yoxdu)

  • @tabriz4
    @tabriz4 2 ปีที่แล้ว +13

    İlk buraxılışı izləyirdim, Əli bəy danışanda sanki mən danışıram kimi gəlirdi. Bu gün də eyni, hazırda 25 yaşdayam eyni durumu "yaşayıram"

    • @vefanovruz2865
      @vefanovruz2865 2 ปีที่แล้ว +1

      Professional yardim almagi yoxlaya bilersiz

    • @easypeasy9492
      @easypeasy9492 2 ปีที่แล้ว

      English Grammar forms | background music “The Weekend - Save Your Tears” | #conditionalsentence
      th-cam.com/video/Y3QjP7GAQFo/w-d-xo.html

  • @orkhanbahram7393
    @orkhanbahram7393 6 หลายเดือนก่อน

    Təşəkkürlər Söhbətgah

  • @aminhasanli6026
    @aminhasanli6026 2 ปีที่แล้ว +4

    Çox sağ olun

  • @nilufrhuseynova6459
    @nilufrhuseynova6459 2 ปีที่แล้ว

    Maraqlı və eyni zamanda maarifləndirici podkast üçün var olun! Cəmiyyətimizin ən böyük problemlərindən olan dinləmə bacarığının tezliklə inkişaf etməsini görmək ümidi ilə.

  • @zinyettkhudiyev5194
    @zinyettkhudiyev5194 2 ปีที่แล้ว +1

    Yunan mitolojisinde mutluluğa dair bir hikayeye göre; Tanrılar, insanlar mutluluğu arasın ve böylece kıymetli olsun diye saklamaya karar verirler. Biri ‘’Göklerin en uzağına saklayalım.’’ , diğeri ‘’Denizin en dibine…’’ , öbürü, ‘’Ormanın en kuytusuna saklayalım,’’ der. Sonunda biri de der ki, ‘’İçlerine saklayalım. Oraya bakmak akıllarına gelmez.’’

  • @Resul_Resul
    @Resul_Resul 8 หลายเดือนก่อน

    Təşəkkürlər söhbətgah 💚💙

  • @leylaabbasova896
    @leylaabbasova896 2 ปีที่แล้ว

    Sizə heyranam. Hər zaman maraqlı tam da lazımlı mövzuları işıqlandırırsınız👏

  • @ssssssss8723
    @ssssssss8723 2 ปีที่แล้ว +3

    Rusiya ilə İranın arasında yaşayan xoşbəxt olmurda 😂😂

  • @turald.5064
    @turald.5064 2 ปีที่แล้ว +1

    MÜKƏMMƏL BURAXILIŞ

  • @qurban511
    @qurban511 2 ปีที่แล้ว +14

    Həyatın mənası nədir / Yaşamağın anlamsızlığı / Nihilizm ve Nietzsche felsefesi / Albert Camus felsefesi / bu haqda danişsaz nece de şad olaram

    • @kantimmanuel4397
      @kantimmanuel4397 2 ปีที่แล้ว

      Boy, gör nə qədər adam bu haqda danışıb qadası)

    • @Vulkanlı
      @Vulkanlı 2 ปีที่แล้ว +4

      Həyatın mənası yoxdur. Həyat olmazsa da bizim heç nəyimiz yoxdu. Albert Kamü deyirdi " intihar üçün cəsarət lazımdır , amma ən çox cəsarət yaşamaq üçün lazımdı həqiqəti bilərək, qəbul edərək yaşamaq" Hər şeyi olduğu kimi qəbul etmək gərəkdir, həyatın özünüdə.

    • @kantimmanuel4397
      @kantimmanuel4397 2 ปีที่แล้ว +1

      @@Vulkanlı boy, tural atam balası sən də lap filosof kimi danışdın. nəysə, gecən xeyrə qarşı))

  • @kianschool-59-QQ-703
    @kianschool-59-QQ-703 2 ปีที่แล้ว

    Salam.Çox sağolun var olun möhtəşəm verliş idi ardı gəlsi❤️❤️❤️

  • @huseynpiriyev6699
    @huseynpiriyev6699 2 ปีที่แล้ว +1

    Psixologiyayla bağlı mövzulara da yer verdiyinizçin təşəkkür edirəm. Növbəti podcastlarda psixoloq Elvira Babayevani da qonaq qismində dəvət etsəz şad olariq

  • @ami4044
    @ami4044 2 ปีที่แล้ว

    Salam əla söhbət üçü təşəkkürlər.Doğan Cücəloğlunun kitabında belə bir şey oxumuşdum "dediklərimizi qarşımızdakı insan o zaman başa düşür ki ,onunla bizim aramızda bir dəyər bağı olur"Təsüffki bizdə valideyinlər uşaqlarının fikrini dinləyərkən bunu övladlarına hiss etdirmək onu anlamaq yerinə daha çox qınayır.

  • @faridaahmadova9314
    @faridaahmadova9314 2 ปีที่แล้ว +1

    Bir nəfəsə izlədim, çox tez bitdi, ama həqiqətən çooox maraqlı idi. Bir birinizi dinləyib, qəbul edib, qucaqlayın🤗

    • @easypeasy9492
      @easypeasy9492 2 ปีที่แล้ว

      English Grammar forms | background music “The Weekend - Save Your Tears” | #conditionalsentence
      th-cam.com/video/Y3QjP7GAQFo/w-d-xo.html

  • @gulyaagayeva5022
    @gulyaagayeva5022 2 ปีที่แล้ว

    Hər zamankı kimi mükəmməl qonaq! təşəkkürlər, çox şeylər öyrəndik növbəti mövzularda xahiş edirəm ipucu verəsiniz:insanlar niyə yaxın məsafədə qışqıra-qışqıra danışırlar?

  • @ashopstationery2210
    @ashopstationery2210 2 ปีที่แล้ว +1

    Salam Tural bəy.axşamlar 2 saat gəzərkən sizə qulaq asıram..əla mövzulara toxunursunuz..ama səs effektində problem hələdə var.mikrafon ağıza yaxın olanda səs əla gəlir,əks halda səs zəifləyir.xüsusəndə Əli bəyin danışığı. səsi qeyd edən və tənzimliyicidən istifadə etsəniz əla olar.tşk.Ağa

  • @gunelbakhshali
    @gunelbakhshali 2 ปีที่แล้ว +3

    Çox fərqindəlik qazandıracaq söhbət olub. Su kimi axdı, çox qısa gəldi :) hər kəsə təşəkkürlər💙💚

    • @easypeasy9492
      @easypeasy9492 2 ปีที่แล้ว

      English Grammar forms | background music “The Weekend - Save Your Tears” | #conditionalsentence
      th-cam.com/video/Y3QjP7GAQFo/w-d-xo.html

  • @aynurhasanzada
    @aynurhasanzada ปีที่แล้ว

    Dəyərli müəlliməm ! Növbəti buraxılışlarda digər dəyərli mütəxəssislərimizi, Xudaverdi Məmmədovu, Aydan Xasməmmədzadəni, Cəmilə Rəhimlini, Ramin Allahverdiyevi, Təhmasib Cavadzadəni görmək ümiidi ilə !

  • @narminm.9903
    @narminm.9903 2 ปีที่แล้ว

    Cox sagolun etrafli melumat ucun.

    • @narminm.9903
      @narminm.9903 2 ปีที่แล้ว

      Ve maariflendirici video ucun.

  • @ilahahashimova6868
    @ilahahashimova6868 2 ปีที่แล้ว

    Gozel podkastdir. Hetta men deyerdim tamamlanmamis, bu movzuda yene ve yene, coxlu danismaq olar..

  • @snaynbisoy2881
    @snaynbisoy2881 2 ปีที่แล้ว +2

    Mələk xanım videonun başlığını “Yaşamaq nədir?”- qoymağı təklif edəndə inkar səbəbiniz nə oldu? Yəni nə oldu ki, videonun başlığında “intihar”- sözü yer aldı? :)

  • @efranagazade8997
    @efranagazade8997 2 ปีที่แล้ว +1

    Problem bizdə deyil, 21ci əsr bir kəpənəyi belə intihar etdirə bilər. ()

  • @muhabbet_cafarov
    @muhabbet_cafarov 2 ปีที่แล้ว +3

    👍

  • @lordme7337
    @lordme7337 2 ปีที่แล้ว +1

    Cox istediyim biri öldu onun olmunu qebul ede bilmirem bu cur videolara baxip yasamaga calisiram ama hec cur komeyi olmur

  • @nazade
    @nazade 2 ปีที่แล้ว +1

    Nice:)

  • @turald.5064
    @turald.5064 2 ปีที่แล้ว +1

    Tural bəy Murad Arif də qonaq görmək istərdim

  • @gularseyidova4734
    @gularseyidova4734 2 ปีที่แล้ว +1

    💙💚

  • @elvinpasha3194
    @elvinpasha3194 2 ปีที่แล้ว +1

    💚💙

  • @familajdarovic724
    @familajdarovic724 2 ปีที่แล้ว +1

    💙👍💛

  • @vuqarhuseynov6385
    @vuqarhuseynov6385 2 ปีที่แล้ว

    💚💙Hacı Şahini qonaq qismində görmək istərdik💚💙

  • @mezotoph_73
    @mezotoph_73 2 ปีที่แล้ว

    Röya Rizvan ilə söhbətgah olsa çox gözəl olar.

  • @redpill1519
    @redpill1519 2 ปีที่แล้ว

    😇

  • @cobu70
    @cobu70 ปีที่แล้ว

    Uydaaa indiki ushaqlar hamisi travmalidi ki 🤦‍♂️

  • @elmurazbabayev8350
    @elmurazbabayev8350 2 ปีที่แล้ว

    Salam, 5$ aylıq ödəniş olur, yoxsa neçə günlükdü? Çünki 6 gün sonra yenidən hesabdan 5$ çıxdı.

  • @shahinqurbanov6219
    @shahinqurbanov6219 2 ปีที่แล้ว

    Dr.Əli Nağıyevi də qonaq qismində görmək xoş olardı

  • @solocast335
    @solocast335 2 ปีที่แล้ว +1

    Bu yerdə Albert Camus'u xatırlamaq yaxşı olardı. 🖖

  • @spacetime8321
    @spacetime8321 8 หลายเดือนก่อน

    kisiler o vaxt intihar edirki cavanliqda eger ruhu xestedirse yani beyin tam islemir.zeif genden dunyaya gelib.tekamulden geni zeifdir.kecmise getsen onun neslinde bir cengaver gore bilmezsen....ama 45 sonra intihar edirse bu o demekdirki insan derin dusunur ve gorurki heyatin istediyi kimi qurmayib .en cox arzu etdiyin elda eda bilmir hamidan geride qalib gugsuzdur bu heyatda uxursuzdur.testorende asaxi dusub defominde ustegel valideyinlerin itkisi ve nehayet tukenma intihar....Qadin intihar edirse ister cavan ister yasli vaxtindai demek pisixdir ve Allaha inanmir .ona yaxsi baxci molla lazimdir axlina dua yazsin.ama ciddi pisxoloq ve dermanlar komek eda biler basqa yolu yok.intiharlar kasib ailelerda daha cox olur.qayxi azdir teleb cox ona gore..ve beyin isle mesqul olmaldir insan islemedikde evda daha cox axirlasir,evda cox oturanda evin enerjisi sixir.isde ise insanlar ile unsiyyet qurmaqi bacarmalisan her sozden incisen yasamaq ketin olagaq.

  • @huseynmemmedov8390
    @huseynmemmedov8390 2 ปีที่แล้ว

    indi məndə Əli bəy kimi 24 25 yaşlarının depresiv dönəmlərindəyəm))

  • @favaysunn
    @favaysunn 2 หลายเดือนก่อน

    men elemirem

  • @aliyagubov3684
    @aliyagubov3684 2 ปีที่แล้ว

    Məncə Ali xəyyamla Turalın dostluğu çox çəkmiyəcək

    • @qorxmazeliyev6578
      @qorxmazeliyev6578 2 ปีที่แล้ว

      niyə qaqa?

    • @aliyagubov3684
      @aliyagubov3684 2 ปีที่แล้ว

      @@qorxmazeliyev6578 çox tez yaşıyıllar dost kimi hərşeyi

    • @aliyagubov3684
      @aliyagubov3684 2 ปีที่แล้ว

      @@Sohbatgah Hər missiyanın bir sonu var ... sizədə bu cızdığınız yolda dostluqda uğurlar💙🖤

  • @xediceseyidova8734
    @xediceseyidova8734 2 ปีที่แล้ว +1

    Salam. Mələk xanımın instagram adresi varsa qeyd ede bilərsiniz zəhmət olmasa?

  • @efranagazade8997
    @efranagazade8997 2 ปีที่แล้ว

    Problem bizdə deyil, 21ci əsr bir kəpənəyi belə intihar etdirə bilər. ()