O, Mir Şahinə elə bir cavab verdi ki... - Arzusu ürəyində qalan "dahi"

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.พ. 2025
  • #1000production #birivar #ramizrovsen
    O xarakteri və istedadı ilə fərqli bir şairdir. Ona başqalarının ölçülərindən baxdıqda heç nə alınmır, yəni öz ölçüləri və sistemi var, yazdıqlarını bu parametrlərlə dəyərləndirdikdə çox maraqlı nüanslar meydana çıxır. Biri var. Xalq şairi Ramiz Rövşən.
    Ramiz Rövşən 1946-cı il dekabrın 15-də Bakının Əmircan kəndində anadan olub. Əslən Qubadlı rayonunun Teymur Müskanlı kəndindəndir. Suraxanı rayonundakı 208 N-li məktəbdə təhsil alıb. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini və Moskva Ali Ssenari Kurslarını bitirib. Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında, "Mozalan" satirik kinojurnal studiyasında redaktor, kinostudiyanın ssenari emalatxanasında ssenarist, ssenari redaksiya heyətinin üzvü, kinostudiyanın baş redaktoru, Azərbaycan Tərcümə Mərkəzinin baş redaktoru işləyib. Bir neçə şeir kitabının müəllifidir.
    Ramiz Rövşənin ssenariləri əsasında çoxlu sayda bədii və sənədli film çəkilib. Şeir və hekayələri tərcümə edilərək bir sıra keçmiş SSRİ respublikalarında, eləcə də Amerikada, Almaniyada, Böyük Britaniyada, Fransada, Polşada, Bolqarıstanda, Türkiyədə və İranda çap olunub. O eyni zamanda Müsavat Partiyasının 1997-ci ildə qəbul olunmuş himninin sözlərinin müəllifidir.
    60-cı illərin sonunda şairin “Bir yağışlı nəğmə” kitabı çap edilib. Bu kitaba düşməyən şeirlər sonradan “Nəfəs” kitabına salınıb. Bu şeirlərdəki hava ilə onun sonradan yazdıqları arasında əsaslı bir fərq yoxdu. Amma sənətkarlıq baxımından püxtələşmə var. 80-ci illərdən başlayaraq Ramiz Rövşənin şeirləri güclü populyarlıq qazanmağa başlayıb. Məlum olub ki, bu şeirlər çoxlarının ürəyindən xəbər verirmiş.
    Şair klassik heca şeirinə yeni ahəng gətirib. Xüsusən gəraylılara. Amma özü bunları gəraylı yox, nəğmə adlandırır. Bəziləri isə düşünür ki, Ramiz Rövşən şeiri sosrealist şeirin inkarı kimi maraqlı idi.
    Hər şey bir anın içində əks olunur - indiyə qədər rəsmini çəkdiyin, durub yolunu gözlədiyin, tutub bağrına basdığın bütün hislər, ağrı-acılar, fani dünyanın səni qocaldıb muma döndərən sirləri - hər şey bir anın içindən ötüb keçir, tutmaq üçün yox, sadəcə bir anlıq tamaşa üçün... Bu an bitdikdən sonra bütün mümkünsüz şeylər, bütün əlin çatan nəsnələr yenə öz yerini alır. Və sən dərindən-dərinə kədərə batırsan. Ramiz Rôvşən də bir anlıq tamaşa üçün gəlib keçən sirrdir. Hansı ki, onu tutub saxlamaq olmayacaq, amma hər zaman sevgi ilə xatırlanacaq.
    O gənclər arasında şeirləri ən çox əzbər bilinən şairdir. Əsərləri asan yadda qalır.
    Ramiz Rövşən müsahibələrinin birində belə demişdi: “Beş-altı şeir yazmışam, bunu mənə bağışlamayacaqlar”. Məclislərin birində isə Aqşin Yeniseylə Ramiz Rövşən bir yerdəymiş. İçib keflənəndən sonra Aqşin Ramiz müəllimlə zarafatlaşmaq istəyir:
    Şair, nədənsə mən iki yüz içəndə özümdən şeir deyirəm, üç yüz içəndə Vaqif Cəbrayılzadədən, daha çox içəndə sizinkilər düşür yadıma...
    Ramiz Rövşən üzünü ofisianta tutub deyir ki
    Cavanların arağını bol eləyin!
    Bir günsə xaricdə yaşayan soydaşlarımızdan biri Ramiz Rövşənə deyib ki, şeiriniz bizi çətinlikdən xilas etdi. Şair onlardan soruşub: “Bəs şeirlərim məni niyə xilas etmir?”
    Hansı ki, yazdığı şeirlər ədibin başına oyun da açıb. Tədbirlərin birində Ramiz Rövşən SSRİ dövründə məhz Allaha tez-tez xitab etdiyi üçün şeirlərinə qadağa qoyulduğunu etiraf edib.
    Bir dəfə isə məşhur “Qara paltarlı qadın” şeirindəki qadının kimliyinə aydınlıq gətirib. Onun sözlərinə görə, şeirdəki qadın onun xanımı deyil: “Sözügedən şeirdə qadın kişidən daha yüksəkdə durur. Qadını o qədər alçaltmışıq ki, kişilərlə bərabər etmişik”.
    Bir dəfə isə başqa bir imza günündə bir xanım şairin kitabını alıb ona imzaladandan sonra deyib ki, sizə bir kitab hədiyyə etmək istəyirəm.
    Nə kitab? - deyə şair maraqla soruşub.
    xanım dieta kitabını masaya qoyub deyir : - Mən dietoloqam. Həm də Yazıçılar Birliyinə üzv olmaq istəyirəm.
    Ramiz Rövşən gülümsünüb:
    Faydasını görsəm, mütləq sizi axtaracam. - deyir
    Burada qəribə olan isə o olub ki, qadın özü kök olub.
    Ramiz Rövşən müsahibələrinin birində deyib ki: “Bir arzum var - Xalq şairi olmayım, bir vəsiyyətim var - Fəxri xiyabanda basdırılmayım”.
    Amma şairin bu arzusu ürəyində qalıb. O bir çox mükafatlara layiq görülüb
    70 illik yubileyində Ramiz Rövşənə Ədəbiyyata xidmətlərinə görə mükafat verilir. Yazıçı Anar mükafatı təqdim edəndə deyir ki, TÜRKSOY sənə medal da göndərib. Medalı Ramiz Rövşənin sinəsinə taxmaq istəyəndə şair gülümsəyərək etiraz eləyir: “Sinəm medala öyrəşməyib, sonra taxaram”.
    Mirşahin Ramiz Rövşənnən müsahibə götürərkən soruşub.
    Elə bir şeiriniz olubmu ki, onu yazandan sonra ayağa durub deyəsiz ki, mən dahiyəm?
    Ramiz Rövşənin cavabında deyib.
    Xeyr! Çünki heç vaxt dahiliyimə şübhə etməmişəm.

ความคิดเห็น • 46

  • @serqiyyemuellime3659
    @serqiyyemuellime3659 ปีที่แล้ว +15

    Ramiz Rövşən ədəbiyyatımızda yeni cığır ,yeni yol açan ustad sənətkardır,hər misrasında üsyankardır Allah ömür versin ,yazıb yaratsın

  • @nadirhetemov8564
    @nadirhetemov8564 ปีที่แล้ว +15

    Ramiz Rövşən- Sən şəxsiyyətsən, Sən ustadsan. Həmişə belə qal. Allah sənə ömür versin.

  • @X7REFLEXTDM828
    @X7REFLEXTDM828 ปีที่แล้ว +14

    Ramiz Rövşən dahilərin dahisidir. Bu danılmazdır. Allah qorusun.

  • @faramizsukurov8598
    @faramizsukurov8598 ปีที่แล้ว +6

    Allah talah bu insana oki var istedad verib, təəssüf ki, xalqa ziyalılıq etmədi, rəhmətlik Zəlimxan kimi

  • @ClashRoyale-si7ss
    @ClashRoyale-si7ss ปีที่แล้ว +6

    Ramiz Rövşən ,ən çox sevdiyim sair,yazar.Allah can sağlığı versin.🧿👍🧿♨️💯📚♨️❣️🌹

  • @Dark-sk3mp
    @Dark-sk3mp ปีที่แล้ว +2

    Şeirlerinin vurğunu olduğum böyük ustad,Ramiz Rövşen…edebiyyatimizda öz nefesi ile seçilen şair…Allah size sağlam ömür versin,hemişe yazib yaradasınız 🙏🏻

  • @aynureseferli2324
    @aynureseferli2324 ปีที่แล้ว +16

    Ramiz Rövşən, həqiqətən, dahidir! Buna heç kəsin şübhəsi olmamalıdır, məncə... Düşüncələri, fəlsəfi şeirləri, orijinal üslubu ilə O, öz dahiliyini çoxdan sübut edib!
    Sağlığında qiymət verək insanlara...

  • @tovuzmellimd7278
    @tovuzmellimd7278 ปีที่แล้ว +19

    Müasir Azərbaycan poeziyasının nəhəngi Ramiz Rövşən sizinlə fəxr edirik

  • @AdaletNurulayev
    @AdaletNurulayev ปีที่แล้ว +16

    Çünki fexri xyaban günahkarlarin mekanidi, bütler meskenidi ora

  • @Size968
    @Size968 ปีที่แล้ว +6

    Allah Ramiz Rövşəne can sağlığı versin, ədəbiyyatimizdan əskik etməsin..

  • @reyhanquliyeva
    @reyhanquliyeva ปีที่แล้ว +5

    Sadece olaraq bir dahidir .Evezolunmaz .

  • @huseynove8299
    @huseynove8299 ปีที่แล้ว +16

    Kaş Sucayet Kelbecerli sag olaydi bunlar ikiside eyni adlara layiq olardi indi

  • @zeynebhesenova2242
    @zeynebhesenova2242 ปีที่แล้ว +9

    ALLAH RƏHMƏT ETSİN

    • @IlkinMustafayev-sy4si
      @IlkinMustafayev-sy4si ปีที่แล้ว +2

      Ölmüyüb😂😂😂😂

    • @bangtanlyrics6728
      @bangtanlyrics6728 ปีที่แล้ว +2

      Kışı ölməyıb

    • @zeynebhesenova2242
      @zeynebhesenova2242 ปีที่แล้ว +1

      Rəhmət qorxulu söz deyil-- mənası salam deməkdir. Mən Bakı kəndindənəm. Bizlərdə həmişə deyərdilər-- ölüyə də diriyə də Rəhmət var. Salam olsun hər kəsə
      🎉🎉🎉

    • @fazileliyev4658
      @fazileliyev4658 ปีที่แล้ว

      Qorxaqlar həmişə ÖLÜ olur!!!???.......
      ALLAH BÖYÜKDÜR ☝️🕋☝️

  • @СовгатБахрамов
    @СовгатБахрамов ปีที่แล้ว +2

    Hörmətli tamaşaçı ,dinləyici yaradıcı insanlara dəyər verəndə,kiçik olan vətən pəncərəsindən yox ,bəşər pəncərəsindən baxmaq gərək

  • @sevilhuseynova4331
    @sevilhuseynova4331 ปีที่แล้ว +5

    Dahi insan ozunu cercivrye.salmamalidir.Ramiz Rovsen siyasi,iqtisadi prosesler haqqinda susmaga ustunluk verdi.Teessuf

  • @sahincavadsoy3793
    @sahincavadsoy3793 ปีที่แล้ว +9

    Təəssüf ki,Ramiz Rövşən azadlığını, müxalifliyini, obyektivliyini sona qədər qoruya bilmədi. Yazıçılar birliyinə, hökumətə verdiyi dəstək onu şəxsiyyət zirvəsindən saldı. Amma böyük şairdi, söz yox

  • @turansirvan
    @turansirvan ปีที่แล้ว +9

    QUSH DEYERKEN: OXUYAN BULBULDU, DINLEYEN QAZDI, AY PACA...

  • @efqanesgerzade3957
    @efqanesgerzade3957 ปีที่แล้ว +15

    Aqşin heç vaxt Ramiz Rövşənə çata bilməyəcək.Ramiz şerimizdə yeni səhifədir.

  • @mirhafizrustemov6081
    @mirhafizrustemov6081 ปีที่แล้ว +7

    Bu ortabab şairdir, ay gənc yaltaq, onun harası dahidir?

  • @ferideesed6313
    @ferideesed6313 ปีที่แล้ว +4

    👏👏👏

  • @rafiqismayilov8306
    @rafiqismayilov8306 ปีที่แล้ว +9

    Əgər Ramiz Rövşən dahidirsə bəs onda XəlilRza ulu türk, Məmməd Araz, Bəxtiyar Vahabzadə, Səməd Vurğun, Nüsrət Kəsəmənli kim olublar?

    • @Təfəkkür_zəka
      @Təfəkkür_zəka ปีที่แล้ว +1

      👍👍👍👍👍Nəsimi, Zəlimxan Yaqub, Mikayıl Müşfiq...Dahilərimiz vareee...
      Videonu izləmədim! Yorumunuzu oxudum...Stop! Dedim çıxdım! Sağlıqla qalın👋👋

    • @rafiqismayilov8306
      @rafiqismayilov8306 ปีที่แล้ว +1

      @@Təfəkkür_zəka hər vaxtınız xeyir yorumdakılar əstafurullah Ramiz Rövşəni şairlərin Allahı kimi təqdim ediblər. Axı Ramiz Rövşəndəndə dahilərimiz olub Hansıki Ramiz onların yanında dəfyad bir qaşıq sudu.. Nəyə görəki Bakıda doğulub əslən Qubadlıdandı. Hə nə olsun. Məgər Azərbaycanda Qarabağlılardan başqa şair, yaxıçı, bəstəkar müğənni yoxdur? Niyə yoxdur ki var sadəcə küncə, bucağa soxub hər şeyi öz adlarına yazıblar. Məsələn Şəkidən bəstəkar Şahid Abdulkərimov özüdə tar ilə musiqi bəsdələyib. Azərbaycanda ikinci bəsdəkar doğulmayıb tar musiqi alətilə mahnı bəsdələsin amma o bəsdələyib. Amma onun mahnılarını oxiyan müğənnilərin heç birisi bilmirki o mahnı kimin bəsdəsidir heç adınıda çəkmirlər .

    • @Təfəkkür_zəka
      @Təfəkkür_zəka ปีที่แล้ว +1

      @@rafiqismayilov8306 Aqibətiniz xeyir...
      Doğru deyirsiz...Mən də yorumlardan dəhşətə gəldim!
      Ədəbiyyatı sevirəm...Şeir ruhumdu...Düzünü desəm Ramiz Rövşən'in nədən, necə yazdığı ilə heç maraqlanmamışdım.Bir müddət əvvəl hər yerdə tərifli yazılar gördüm...Maraqlandım...Görüm bu adam nə yazır?Şeirlərində məntiqi tuta bilmədim! Bir də Allah'a qəribə sözlər deyir! Əstafurullah! Bir az əvvəl abunə olduğum kanaldan video gəldi.( şeir kanalıdı) Ramiz Rovşən şeirdə Allah'a deyir ki, harda gizlənmisən? Məni də gizlət!
      Darıxma😂

  • @mahmudmahmudov9965
    @mahmudmahmudov9965 ปีที่แล้ว +1

    Dahi olmaq şərt deyil.Şair ğərək yaltaq olmasın.

  • @muradnovruzbekov1232
    @muradnovruzbekov1232 ปีที่แล้ว +1

    Ondan bir də olmayacaq

  • @fazileliyev4658
    @fazileliyev4658 ปีที่แล้ว +4

    TƏRTƏRDƏ törədilmiş cinayət, bizim ziyalılar SUSUR NİYƏ???.......
    ALLAHDAN qorxmursuz????.....
    TƏRTƏRƏ ƏDALƏT ☝️🕋☝️🇦🇿☝️

  • @nadirhetemov8564
    @nadirhetemov8564 ปีที่แล้ว

    Çünkü Ramiz Rövşən kişidir. Başqa cür ola bilməz.

  • @ZakirMamedov787
    @ZakirMamedov787 ปีที่แล้ว +2

    Elza 😢Seyidcahan da nadir şairdir:Tikərəm ağzınızı qırxayaq kimi....... 😂

  • @telefontelefon1935
    @telefontelefon1935 ปีที่แล้ว +2

    Bilir ki onu fexri xiyabanda basdirmayaçaqlar. Ve özünü belə ifadə edib.

  • @ginyazheydarov9570
    @ginyazheydarov9570 ปีที่แล้ว

    Ramiz Rövşən dahi deyil 100 lə adi şairdən biridir

  • @eldaraliyev2198
    @eldaraliyev2198 ปีที่แล้ว +9

    Ramiz Rövşən əgər millətin yarısını sərçəyə yarısın bayquşa bənzədən adama şair demək günahdır.... onun o şeirinə görə mən cavab verdim
    Sən quşsan, ayrı quş,
    Yarı qarğasan, yarı bayquş,
    Azərbaycan cənnətdir,
    Sən uç burdan get ay quş!!!...
    Eldar Paşa

  • @ismayilmikayilov3227
    @ismayilmikayilov3227 ปีที่แล้ว

    Verlişi yarsı reklam gedir

  • @elsnquliyev8366
    @elsnquliyev8366 ปีที่แล้ว +6

    Bağışlayın mərhum şairimiz Bəxtiyar Vahabzadəni unutdum .

  • @elsnquliyev8366
    @elsnquliyev8366 ปีที่แล้ว +5

    Mən ona dahi deməzdim . Dahilər fərqli olur . Bilirsiz axı . M . Müşviq , R.Rza , Səməd Vurğun , Xəlil Rza , və daha kimlər . Dahilər xaqın , millətinin yanında olanlardı .

  • @qalxayagaazarbaycan.yolumu2562
    @qalxayagaazarbaycan.yolumu2562 ปีที่แล้ว +10

    VAR IDI..INDI OLUB RAMIZ DOVWAN