"Qaraçı uşaq" kimi ad çıxardı, səsiylə Xan əmini heyran qoydu, "Qızıl fond" üçün aldadıb oxutdular

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 มิ.ย. 2023
  • #1000production #birivaridi #yaqubmemmedov
    O Azərbaycan incəsənətinin nadir tapıntılarından idi. Səsi gələndə hər kəs gördüyü işi kənara atıb onu dinləyərmiş. Biri var idi. Yaqub Məmmədov.
    Məmmədov Yaqub Məhəmməd oğlu 5 may 1930-cu ildə Ağcabədi rayonunda anadan olub. Qarabağ xanəndəlik məktəbinin XX əsrin II yarısında yetişmiş orta nəslinin görkəmli nümayəndəsi idi. Qarabağ torpağında boya-başa çatan xanəndə peşəkar musiqi təhsilini Azərbaycan Dövlət Musiqi Məktəbində alıb.
    O, klassik muğam sənəti sahəsində ən böyük sənətkarlardan biri hesab olunub. Səsinin gücündən əlavə gözəlliyi, təravəti, zil pərdələrdə çox dolğun, qaltanlı səsi olub. Onun səsini Xan Şuşinski, Şövkət Ələkbərova, Sara Qədimova kimi böyük sənətkarlar yüksək qiymətləndirib.
    O kiminsə necə oxumasını xəbər alanda xoşuna gəlməsə belə heç vaxt pisləməz, qəlbini qırmazmış. Heç nə olmaz, düzələr deyərmiş. Yaqub Məmmədovun ifasında olan məşhur “Mənsuriyyə”nin lent yazısını onu aldadıb yazdırıblar. Belə ki, çəkiliş zamanı həyəcanlandığından Habil Əliyev onu aldadıb ki, məşq üçün ifa edirik. Amma özü operatora göz vurub ki, çəkiliş etsinlər. Çəkilişin sonuna qədər o, Qızıl fond üçün oxuduğunu bilməyib. Sonralar Xan Şuşinski Yaqubun məşhur "Mənsuriyyə"sinə heyranlığını gizlədə bilməyərək bu, əsl sənət nümunəsidir" - deyib.
    Xanəndə-pedaqoq Nəriman Əliyev dövlət radiosunun qızıl fondunda saxlanılan verilişlərin birində bildirir ki, Seyid Şuşinski Yaqubu dinlədikdən sonra astaca deyib: "Çətin ki, analar səndən bir də doğar, ay Yaqub!".
    Muğam xiridarı, çox tələbkar Əhməd Bakıxanov, muğam ifaçılığı tarixinə düşmüş mübahisələrin birində, özünü saxlaya bilməyərək deyib: "Şüştəri" gərək Yaqub oxuyaydı!.."
    Kaman ustası Habil Əliyevlə hələ uşaq yaşlarından bir yerdə çalıb oxuyarmışlar. Müharibə vaxtında onlar mahal-mahal gəzib konsert verir, qazandıqları pulla ailələrini həmin dövrdə aclıqdan xilas ediblər. Camaat da deyirmiş ki, bu iki qaraçı uşaq yaman yaxşı çalıb oxuyurlar. Deyilənə görə, Yaqub Məmmədovun səsi gahgir səs olub. Bu cür səs isə istənilən vaxt xanəndəyə tabe olmayan səs qrupuna aiddir. Yaqubun da səsi ilhamlı səs imiş.
    Yaqub Məmmədov Ağcabədidə pambıq tarlasında suçu işləyib. Suçu işləyə-işləyə muğam da oxuyur, adamlar əllərini işdən çəkib onu dinləyirmişlər. Bir gün xəbər yayılır ki, Ağcabədinin mədəniyyət evinə Bakıdan komissiya gəlib, yaxşı səsi olanları qəbul edirlər. Yaqub müəllimə deyirlər ki, yaxşı oxuyursan, sən də get. O əvvəl getmək istəmir. Amma biləndə ki, Xan Şuşinski də gəlib həvəslənib gedir. Çünki Xan Şuşinskiyə radiodan çox qulaq asır və onun kimi oxuyurmuş. Mədəniyyət evinə gəlir, orda Şövkət Ələkbərovanı da görür, amma onu tanımır. Səhnəyə çıxıb Xanın öz yolu ilə bir segah oxuyur, Xan Şuşinski başını tərpədir, amma heç nə demir. Şövkət Ələkbərova isə ayağa qalxıb onu alqışlayır, bir xeyli tərifləyir. Xanəndələr Bakıya qayıdır. Xanın onun ifası haqqında heç nə deməməsi, Yaquba toxunur. Bir müddət sonra flarmoniyanın bağında Xan Şuşinskinin başına toplaşan gənclər ona sual verirlər ki, Xan əmi, görəsən sənin kimi oxuyan bir də yer üzünə gələcəkmi?
    Xan əmi isə cavab verir: “Gələcək yox, gəlib. Mənim kimi oxuyan oğlan Ağcabədidə pambıq suvarır, gedin, onu tutub Bakıya gətirin”.
    Yaqub Məmmədovun ilk dəfə çıxıb muğam ifa etdiyi həmin mədəniyyət evinə sonralar xanəndənin adı verilib.
    Bakıya gələndən sonra xanəndə rus dilini bilmədiyi üçün operaya gedə, flarmoniyada işləyə bilmir. Ümumiyyətlə rus dilini bilmədiyi üçün ilk illər Bakıda çox sıxılırmış. Çox sadəlöhv və avam adam olub. Bu səbəbdən də musiqi mühitində onun haqqında xeyli xoşməramlı lətifələr qoşulub.
    Yaqubun rus dilini bilməməsi ilə bağlı məşhur lətifə var. Bir gün xanəndə qastrola gedəndə pol (cins) yazılan hissəyə parket yazır. Elə bilir ki, onun evindəki döşəmənin növünü xəbər almaq üçün sual verilir.
    Yaqub Məmmədov Bakı toylarında ən arzuolunan xanəndələrdən biri olub. Hətta Nardaranda onu doğulduğu Ağcabədidəki həmyerlilərindən də çox istəyiblər. Nardaranda sözə və qəzəliyyata çox ciddi fikir veriblər, Yaqub Məmmədov da heç vaxt sözü düz oxuya bilmir, səhvlər edirmiş. Amma buna baxmayaraq onun səsinin gözəlliyi qarşısında etdiyi səhvlərə fikir verilməyib.
    Yaqub yeganə xanəndədir ki, muğamın sözlərini səhv oxuya-oxuya Bakı kəndlərində də çox sevilib. Əlibaba Məmmədov müsahibələrinin birində deyir ki, Yaqub Məmmədovun səsi ilə mikrafondan çıxıb adamlara söysən belə onlara ləzzət edər.
    Dünyasını dəyişəndən sonra Ağcabədidə yerləşən məşhur “Üçbulaq bulağı”na onun adını veriblər. Bu bulağın yerləşdiyi yerlə Yaqubun doğulduğu həyətin məsafəsi 100-150 metr olub.
    Böyük sənətkar 5 iyun 2002-ci ildə 72 yaşında dünyasını dəyişib.

ความคิดเห็น • 50

  • @user-bu5cd8qi4g
    @user-bu5cd8qi4g 7 หลายเดือนก่อน +6

    Bal sesli senetkar Allah sene rehmet etsin . Sesi ele bil yaraların melhemidi.

  • @user-hn3jb1ho4k
    @user-hn3jb1ho4k ปีที่แล้ว +29

    Allah rehmet etsin ustad senetkarlarmiza gebri nurla dolsun

  • @elcinhuseynov8153
    @elcinhuseynov8153 ปีที่แล้ว +13

    Mekanı cennet olsun evezolunmaz senetkarımızın ruhu şad olsun😢

  • @user-du4hs4fj9x
    @user-du4hs4fj9x ปีที่แล้ว +22

    АЛЛАh ГƏHИ , ГƏНИ РƏhМƏТ РƏhМƏТ ЕЛƏCИН

  • @huseynove8299
    @huseynove8299 ปีที่แล้ว +16

    Allah rehmet elesin ruhu şad olsun Yaqub Memmedov son illerekimi sesinde deyişiklik bele olmadi bele ses helede gelmiyib ve gelmiyecek ruhu şad olsun 🙏

  • @natiqmuradov6525
    @natiqmuradov6525 ปีที่แล้ว +25

    Allah rehmet elesin,boyuk SENETKAR YAQUB muellimi.

  • @rafiqismayilov8306
    @rafiqismayilov8306 ปีที่แล้ว +27

    Allah rəhmət eləsin. Bəli Yaqub Məmmədov özüdə belə səslə birdə birdə doğulmayacaq.

  • @qarabagazrbaycandr3185
    @qarabagazrbaycandr3185 ปีที่แล้ว +21

    Allah rəhmət eləsin

  • @seltenetrzayeva8259
    @seltenetrzayeva8259 ปีที่แล้ว +14

    NUR İÇİNDƏ YAT YAQUB ƏMİ ,MƏNSURİYYƏNİ HƏLƏ SİZİN KİMİ OXUYAN OLMDI . 👍😂🙏🕋🤲🥀😭😭😭

  • @zeynebhesenova2242
    @zeynebhesenova2242 ปีที่แล้ว +27

    ALLAH RƏHMƏT ETSİN NUR İÇİNDƏ YATSIN AMİN.

  • @logmanabbasli9748
    @logmanabbasli9748 8 หลายเดือนก่อน +5

    Allah rəhmət eləsin dahi xanəndəyə.Nadir səsə malik Yaqub müəllimdən çətin bir də ola.

  • @ndjdkdkndndkdj2073
    @ndjdkdkndndkdj2073 ปีที่แล้ว +17

    Allah rəhmət eləsin sənətlkara

  • @teymurlngteymurlng2906
    @teymurlngteymurlng2906 ปีที่แล้ว +18

    Azərbayçanın ikinçi XANI.
    ALLAH RƏHMƏT ELƏSİN.

  • @AnarBayramov32
    @AnarBayramov32 11 หลายเดือนก่อน +7

    XALQIMIZIN ən böyük XANƏNDƏLİRDƏN idi KARİFEY oxuyanlardan YAQUB əmi 🎤

  • @Sevdaaayahiyevaa0
    @Sevdaaayahiyevaa0 ปีที่แล้ว +13

    Yaqub Xan Wuwinskdende gozel oxuyan olub onun sesi bal idi Mensuryesini hec kim oxuya bilmeyib onun kimi Yaqub boyuk senetkar idi he emde sade adam idi heyif ki insan geldi gederdi

  • @edilovnizami5193
    @edilovnizami5193 11 หลายเดือนก่อน +6

    ALLAH YERINI BEHIWT ELESIN MUQAMIN WAHI SENNEN BIRDE GELMEYECEK CUNKI TEKSONLA CETINDIR SENINLE FEXR EDIREM BIR YERLI KIMI RUHUN BIR DAHA WAD OLSUN

  • @seidhuseynov9144
    @seidhuseynov9144 ปีที่แล้ว +10

    Cabbar da Seyid də Xan da olan səs tembrinin və o stilin o yolun son nümayəndəsi Yaqub Məmmədov olmuşdur keçmişdə XANƏNDƏ O, adama deyərmişlərki onun səsi 22 pərdənin 22 sindədə işləsin gümüzdə məşhurlardan xalq artistlərindən bu səs bu ifa heç kimdə yoxdu Allah ona qəni qəni rəhmət eləsin mənim kimi cavanlarda onlara qulağ asıb öyrənməyə çalışırıq

  • @nicatasadli976
    @nicatasadli976 8 หลายเดือนก่อน +4

    Çox ssğol dinlədim feyziyab oldum Yaqub rəhmətliyin səsi çox gözəl və sizin təqdimatınızda çox gözəldir təşəkkür edirəm

  • @ulvimmmdov3563
    @ulvimmmdov3563 11 หลายเดือนก่อน +7

    Böyük sənətkar. heyif ki, belə ustadlar yox dərəcəsindədir indi. Başda Arif Babayev olmaqla çox adam Yağub əmiyə paxıllıq ediblər

  • @user-tt3dw1wu1n
    @user-tt3dw1wu1n ปีที่แล้ว +11

    Аллах рахмат еласин

  • @user-ds4rb3bs6e
    @user-ds4rb3bs6e 9 หลายเดือนก่อน +4

    Аllah sənə gəni gəni rəhmət eləsin

  • @raguffarzaliyev9183
    @raguffarzaliyev9183 3 หลายเดือนก่อน +1

    Çox sağol qardaş Dahi muğam ustası YAQUB MƏMMƏDOVU xatırladığın üçün.çox minnətdaram. Artıq 22 ildir rəhmətə getməsinə baxmayaraq daima gündəmdədir. Qəlbimizdədir.

  • @user-qq8jj1zi3b
    @user-qq8jj1zi3b 7 หลายเดือนก่อน +4

    АЛЛАХ РАХМАТ ЕЛАСИН

  • @edilovnizami5193
    @edilovnizami5193 8 หลายเดือนก่อน +4

    APARICI QARDAW ALLAH SENNEN RAZI OLSUN AMIN

  • @qarabag2601
    @qarabag2601 5 หลายเดือนก่อน +2

    ALLAH Xanada Cabbarada rəhmət eyləsin Amma Yaqubda Yaqub olub vallah

  • @guneshgiyasbayli9909
    @guneshgiyasbayli9909 ปีที่แล้ว +9

    Onun oxuduğu" Bayatı şiraz" muğamı fonotekamızın qızıl fondundadı. Yaqub Məmmədov misli bərabəri olmayan səsəmalik idi !

  • @user-wm3se9mk4f
    @user-wm3se9mk4f 2 หลายเดือนก่อน +1

    Allahım belə bir səs bir də gəlməz. Rəhmətliyin gözəl söhbətləri var idi. İndi dərviş, aşıq, fars, ərəb nəfəslıeibdə oxuyan xanəndıcıklər qulaq asın, nəticə cıxardır. Azərbaycan muğamına bəsdi zərbə vurdu uz.

  • @Odinokiy__volk_
    @Odinokiy__volk_ 7 หลายเดือนก่อน +3

    Sujetin bele qisa olduguna cox heyifsilendim. Hec olmasa bir yarim saatliq sujer hazirlayardiniz. Buna gore de cox sag olun.

  • @cavidbylrov4665
    @cavidbylrov4665 ปีที่แล้ว +8

    Musiqi təhsili olmayıb, özü 1ci yubileyində deyibki Mütəllimdən oyrənib qulaq assaz eyni avaz eyni üslub görünür Mütəllim Xan kimi ustad olub amma ad qiymət verilmədi, Yaqubada utanıb ölənə taxın xalq artisdi verdilər

    • @user-tn2yh9ut6g
      @user-tn2yh9ut6g 7 หลายเดือนก่อน +1

      Olar tam aydin yazasan utanib olub ad veribler nedi

    • @user-tn2yh9ut6g
      @user-tn2yh9ut6g 7 หลายเดือนก่อน

      He olene yaxin basa dusdum

  • @qarabagazrbaycandr3185
    @qarabagazrbaycandr3185 ปีที่แล้ว +14

    Niyə qaraçı deyiblər ki onu anlamadım 😄

  • @imperatoragcebedi1056
    @imperatoragcebedi1056 11 หลายเดือนก่อน +2

    yaşa Həmişə yaşa

  • @user-jw8pv4wd8e
    @user-jw8pv4wd8e 3 หลายเดือนก่อน

    Аллах Рахмат еласин бойук санаткар.

  • @AZERBAYCAN978
    @AZERBAYCAN978 5 หลายเดือนก่อน +2

    Aqcabədi şəhər, mədəniyyət evi də, Yaqub Məmmədov🌹🌹😪🙏 adinadir. Yaqub🌹🌹🙏 adina olan, "Üç Bulaq" abidəsidə, Aqcabədili Seyyid Mübariz tərəfindən abidələsdirilib.. Eyni zamanda Yaqubun🌹🌹🙏 60-70 ci illərin olan, toy lent yazılarıda, Yutub da, "Seyyid mubarizin arxivindən cənnətdən gələn səs" basliqi altinda yerləşdirilib.

  • @NerimanSemedov-w7p
    @NerimanSemedov-w7p 9 วันที่ผ่านมา

    Ölürəm bu səs üçün.

  • @elcinhuseynov8153
    @elcinhuseynov8153 ปีที่แล้ว +9

    Bızım gormemış avam mıllet hemışe bele olub oz dılınde danışmaqdan utanıb baş duşmenımız olan cındır rusların dılınde danışmaqla ozlerını muasır sayıblar😏

    • @IlhamAliyev-vc8hr
      @IlhamAliyev-vc8hr 8 หลายเดือนก่อน +1

      Sənin millətin kimdi cindir desələr xoşuva gələr

    • @elcinhuseynov8153
      @elcinhuseynov8153 8 หลายเดือนก่อน

      @@IlhamAliyev-vc8hr cindir sensen men azerbaycanliyam sen kimsen senin milletin kimdir

  • @omurshiflri3038
    @omurshiflri3038 ปีที่แล้ว +6

    Sərdar Amin niyə yoxdu burda,nə baş verir?

  • @pravdorubmolla2299
    @pravdorubmolla2299 3 หลายเดือนก่อน +1

    Bu aparıcı çox vicdansız adamdı. Yaqub əmi haqda çox yalan məlumatlar verir. Musiqiçilər arasında olan çəkişmələri bilmək və öyrəmək sonra hər hansı bir sənətçi haqda məlumat yaymaq lazımdı.
    Yaltaqlıq baş alıb gedən bir ölkənin elə bu cür sarsaq blogerləri olmalıdır.
    Çox yalan danışır, cəmi bir faktı bildirmək istəyirəm Yaqub əmi heç vaxt uşaqıq dövründə, Habil əmi ilə birlikdə kəndləri gəzib konsert verməyib.
    Gədələr hakimiyyətinin gədə blogerləri olmalıdır. Başqa cür mümkün deyil

  • @eldarhasanov3039
    @eldarhasanov3039 4 หลายเดือนก่อน +1

    Yaqubu qəhbələr rusdilli bəyənmirdi?

  • @yasarbirsoy4121
    @yasarbirsoy4121 ปีที่แล้ว +6

    Bu muğam, şikəstə, segah, təsnif, çahargah, tar, kaman bunlar yağı farsların mədəniyyətidir, muğam sözünü bizim dilə çevirəndə, olur kişnəmək, anqırmaq. Bu oxumaq olmur (deyil) mən çox xalqların oxumasına qulaq asmışam, oxumaq insanı şənləndirir, insan oynayır, oxuyana qoşulub oxuyur, ancaq, muğam kişnəməyindən, anqırmağından, insanlar ağlayır. Belə oxumaq olmur, bu ölü yerindəki kimi ağıdır. Ona görə də, bu yağı fars qışqırma sı, kişnəməsi, anqırması, inilti ufultusu olan muğamı beyinlərdən qovmaq gərəkdi. Toy ilə bayram qoşa çəkilir, sevinmək, şənlənmək anlamındadır, Bizlər toylara şənlənməyə, oynamağa gedirik. Ancaq, qarabağlıların toyuna gedəndə, dəsmal götürüb, bu fars ağıllarına qulaq asıb, ağlayırıq. Yağı fars qışqırtısı muğam, insanı yazıq, qorxaq, arxasız, kimsəsiz, yiyəsiz günə salır. Yağı fars qışqırmağına son, adam kimi oxumaq gərəkdir ki, şənlənək, oynayaq, ağlamayaq.

    • @abbas6377
      @abbas6377 ปีที่แล้ว +9

      Sən muğamı əvvəlcə anla, sonra rəy yaz. Bütün xalq axmaqdı, bircə sən ağıllısan?

    • @nameddinmuradov7244
      @nameddinmuradov7244 ปีที่แล้ว +9

      İnsan nə qədər geri zəkalı olmalıdır ki, belə şeyləri dilinə gətirə bilsin...

    • @user-ot4iv8xp9t
      @user-ot4iv8xp9t ปีที่แล้ว +7

      Ə eşşək nə bilip zəfəran nədir

    • @mineadasila
      @mineadasila ปีที่แล้ว +4

      @@user-ot4iv8xp9t Zəfəran yox zər palan

  • @user-cg1jf3vp6e
    @user-cg1jf3vp6e ปีที่แล้ว +10

    Аллах Рахмет Елесин