POLİS VƏ FHN - NİN BİR QRUP ƏMƏKDAŞI TƏLTİF EDİLİB

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • Quba Rayon İcra Hakimiyyətində 16 avqustdan - 22 avqustadək rayon ərazisində baş vermiş yanğınların söndürülməsində, həmin dövrdə ictimai asayişin və təhlükəsizliyin təmin olunmasında fərqlənmiş Quba Rayon Polis Şöbəsinin və Quba Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin bir qrup əməkdaşının Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev tərəfindən təltif olunmasına həsr edilmiş yığıncaq keçirilib. Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev rayon ərazisində baş vermiş yanğınların söndürülməsində Quba rayon Dövlət Yanğından Mühafizə hissəsinin və Rayon polis şöbəsinin əməkdaşlarının xüsusi fəallıq göstərdiyini diqqətə çatdırıb. Sonra Rayon Polis Şöbəsinin rəisi Mehman Əliyev hüquq-mühafizə orqanlarına göstərilən dəstəyə, diqqətə və qayğıya görə dövlətimizin başçısına və rayon rəhbərinə minnətdarlığını bildirib, bundan sonra da vətəndaşlarımızın təhlükəsizliyinin təmin edilməsi, ictimai asayişin qorunması istiqamətində səmərəli fəaliyyət göstərəcəklərini, polis adını şərəflə qoruyacaqlarını söyləyib. Daha sonra çıxış edən Quba rayon Dövlət Yanğından Mühafizə hissəsinin rəisi Natiq Məmmədov meşə yanğınlarının söndürülməsində fərqlənmiş əməkdaşların İcra Başçısı tərəfindən təltif edilməsini böyük diqqət adlandırıb və minnətdarlığını bildirib. Tədbirin sonunda Quba rayon Dövlət Yanğından Mühafizə hissəsinin və Rayon Polis Şöbəsinin bir qrup əməkdaşı Quba Rayon İcra Hakimiyyətinin fəxri fərmanı və pul mükafatı ilə təltif olunub.
    #Quba #Polis #FHN

ความคิดเห็น • 7