Hamilelik zamani arterial teziq / Hamilelikde tezyiq / Ginekoloq Aynure Abdullayeva / Medplus TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • Hamilelik zamani arterial teziq Ginekoloq Aynure Abdullayeva Medplus TV / Hamiləlik dövründə yüksək təzyiq #DrAynureAbdullayeva #medplustv #alodoktor #DoctorsofAzerbaijan #medtubebaku #instamedbaku #tibbplustv
    Facebook dan bizi izlə:
    / medplus.tv
    Google+ da Medplus TV ni izlə:
    plus.google.co...
    PlayMarket
    Alo Doktor goo.gl/fRo1kW
    TibbTV goo.gl/MelBbG YUKLE
    Abone ol goo.gl/13lTXN
    Arterial təzyiq orqanizmin və ilk növbədə ürək-damar sisteminin normal fəaliyyətinin əsas göstəricisidir.
    Hamilə qadın öz arterial təzyiqinə daim nəzarət etməlidir. Bəzən arterial təzyiqinin dəyişilməsi heç bir simptomla özünü büruzə vermir, lakin bu zaman döl üçün ciddi təhlükə yaranır.
    Hamiləlik zamanı ananın orqanizmi ciddi dəyişikliklərə məruz qalır, bütün orqan və sistemlər yüklənir.
    Ürək-damar sistemi xüsusilə yüklənir. Ananın orqanizmində yeni qan dövranı əmələ gəlir - ana - cift - döl. Qadının orqanizmdə dövr edən qanın miqdarı, bədən çəkisi artır. Ciftdə qan dövranı çox sürətlidir - hər dəqiqə buradan 500 ml qan keçir. Hamiləliyin 7-ci ayında ananın orqanizmində 5300-5500 ml qan dövr edir (müqayisə edin - hamiləlikdən əvvəl bu 4000 ml təşkil edirdi). Artmış yükləməyə cavab olaraq ürəyin çəkisi, ürəyin paylarının ölçüləri artır. Bütün bu dəyişikliklər arterial təzyiqinin dəyişilməsinə səbəb olur.
    Cavan və orta yaşlı qadınlar üçün normal arterial təzyiqinin göstəriciləri - 130/85 c.st kimidir. Əgər hamilə qadında təzyiq 130/85 - 139/89 c.st. kimi qalxırsa, belə qadın daim həkimin nəzarətində olmalıdır. Əgər hamilə qadının təzyiqi 140/90 c.st və daha artıq qalxırsa, qadına arterial hipertenziya diaqnozu qoyulur və müalicə təyin olunur. Bəzi ağır hallarda qadın müalicə üçün xəstəxanaya yerləşdirilir.
    Hamiləlik zamanı arterial hipertenziya daha tez-tez bu hallarda inkişaf edir:
    Əgər hamiləlikdən əvvəl qadının arterial təzyiqi normadan artıq qalxırdısa.
    Əgər qadında hormonal pozulmalar, böyrək xəstəlikləri, böyrəküstü vəziləri, qalxanvari vəzi xəstəlikləri, şəkərli diabet varsa.
    Əgər qadının yaxın qohumları arasında hipertoniyadan əziyyət çəkənlər varsa.
    Qadının bədən çəkisi normadan artıqdırsa.
    Qadın hamiləlik zamanı həddən artıq çox işləyir, yorulur, streslərə məruz qalır.
    Hamiləliyin əvvəlində qadınlarda arterial təziyiq əksər hallarda enir. Bu qanda proqesteronun artması ilə bağlıdır. Proqesteron əzələlərin və damarların tonusunu azaldır və bu səbəbdən təzyiq bir qədər düşür. Hamiləlikdən əvvəl arterial təzyiqi aşağı olan arıq qadınlarda digər qadınlarla müqayisədə təzyiq daha tez-tez enir. Bu zaman qadın halsızlıq, yuxululuq hiss edir, bəzi qadınlarda bayılmalar olur.
    Həkimlər belə qadınlara yaxşı qidalanmaq, kifayət qədər yatmaq və dincəlmək, açıq havada gəzmək, bədən tərbiyəsi ilə məşğul olmaq tövsiyə edirlər. Səhərlər tünd çay və ya qəhvə içmək olar.
    Ağır hallarda hipotoniya (aşağı təzyiq) fonunda döldə hipoksiya inkişaf edə bilər, dölsalma və vaxtından tez doğuşun riski arta bilər.
    Tibb və sağlamlıq mövzusunda videoları ilk izləmək üçün linkə daxil olaraq MedplusTV kanalına Abunə Olun - goo.gl/13lTXN
    İxtisaslara görə playlistlər:
    Ginekologiya - goo.gl/Lcjboz
    Urologiya - goo.gl/CGiDbX
    Andrologya - goo.gl/4GRfj9
    Pediatriya - goo.gl/jiAiEe
    Cərrahiyə - goo.gl/KF5LTk
    Endokrinologiya- goo.gl/Zv076m
    Qastroenterologiya - goo.gl/TfxpIm
    LOR Rinoplastika - goo.gl/DbRMRl
    Oftalmologiya - goo.gl/mg2ctT
    Hepatologiya - goo.gl/oS6Jga
    Proktologiya - goo.gl/yPUmJ6
    Nevrologiya - goo.gl/eD23Qj
    Kosmetologiya - goo.gl/IHVFgZ
    Flebologiya - goo.gl/BDyf3a
    Psixologiya - goo.gl/e4KSZa
    Azərbaycan Tibb Universiteti Məzunları
    Medplus TV nin esas tbbi movzulari ve hekim meslehetleri
    Google+ profilim plus.google.co...
    Abone ol goo.gl/13lTXN
    Cəmiyyətin tibbi mövzuda maariflənməsində pay sahibi olmaq üçün videoları paylaş!
    Azərbaycanda ilk peşəkar tibbi kanal kimi fəaliyyət göstərən MedplusTV insanların sağlamlıq mövzusunda maariflənməsini özünə əsas hədəf seçib.Medplus TV bir nov onlayn Hospital funksiyasini da yerine yetirir
    Mediplus, medplyus ve ya med+ yanliş yazılışdır ve axtarış zamanı qarşınızıa Medplus TV materialları çıxmaya biler.
    -Siz də bu müqəddəs misyada MedplusTV kollektivinə qoşulmaq istəyirsinizsə kanala abunə olub videolarını paylaşın. Unutmayın ki, həər bir fərd bu cəmiyyətin bir parçasıdır. Cəmiyyətdə tibbi maariflənmənin olmamasından xəstəlk yayılarsa bundan gələcəkdə bizim övladlarımız əziyyət çəkəcək. Sağlam gələcək naminə videoları izlə və paylaş!
    Abone ol goo.gl/13lTXN

ความคิดเห็น • 46

  • @muhammedmusayev9180
    @muhammedmusayev9180 6 ปีที่แล้ว +2

    Çox sağolun dəyərlimiz dr Aynurə Abdulayeva 😙😚

  • @suvaralatifova8432
    @suvaralatifova8432 4 ปีที่แล้ว +3

    Doktor cox sagolun bele aydin melumat verdiniz

  • @Muselmanailevlog
    @Muselmanailevlog 4 ปีที่แล้ว +14

    Xətrinizə dəyməsin.çox qəliz danışdız,bizim həkimlər elmi cümlələr danışaraq elə bilirlər savadlı danışırlar.Kütlənin anlaya biləcəyi dildə danışıb izah etsəydiniz daha çox reytiq qazanardız.

  • @mrym5314
    @mrym5314 2 ปีที่แล้ว +2

    Məlumat u cun teşekkürlər amma tibbi terminlərin açıqlamasını da verseydiniz ela olardi

  • @limirov1417
    @limirov1417 6 ปีที่แล้ว +2

    Çox gözəl məlumat üçün təşəkkürlər

  • @gnxsfkladgjls4842
    @gnxsfkladgjls4842 6 ปีที่แล้ว +2

    cox sagolun gozel melumatlara gore💋

  • @intiqamquseyinli6249
    @intiqamquseyinli6249 4 ปีที่แล้ว +5

    Bu terminlərdən niye istifadə edirsiz? Açıqlama vermirsiz. Hamı həkim deyilki anlasin

  • @XqaniBayramov-im3qm
    @XqaniBayramov-im3qm 3 หลายเดือนก่อน +1

    Salam doktor mende 25 heftelik hamile idim teyziq 180dediıer dusmedi teyziq kesr eldiler kesr olunmliydi yoxsa nece baska yolu yox idi

  • @sevda7393
    @sevda7393 ปีที่แล้ว +2

    Xahiw deyerdiz mende hamileyem teze 4 5 heftelik teziqim oynuyur gah 90 60 olur gah 100 80 gahda 110 90 a bu menim uwaqima mene problem yaradacaq?

  • @yasefsemediv5033
    @yasefsemediv5033 ปีที่แล้ว +1

    Salam. Doktor. Bizim uşaqa teze doğulub onda ürey damar teziqi

  • @A.almazov92
    @A.almazov92 ปีที่แล้ว +1

    Yaxwisi men gedi. Hekime bele.hecne bawa duwmedim

  • @zeriwadgozelova
    @zeriwadgozelova 2 ปีที่แล้ว +1

    Lori dilde daniwsaydiz yaxwi olardi elmi dilde bawa duwmuruk axi nede olsa bizler bura melumat ucun girmiwik hekim deyilik biz ne dediyinizi anlayaq

  • @TuraneMeherremova
    @TuraneMeherremova หลายเดือนก่อน

    Zulal teziqi salir?? Men qaldirir deye bilirem

  • @sevda7393
    @sevda7393 ปีที่แล้ว

    Deyin gorek awagi olmagi uwaqa pis yesir edr yoxsa yuxari olmagi? Duzgun emeli daniwin da ne zulal ne zad

  • @pervzparvz3054
    @pervzparvz3054 2 ปีที่แล้ว +2

    Bıze hıpertensıya mıpertebsıya lazım deyıl ya asagıdı ya yuxarıdıda bunun garsısın almagın yolların deyın sız

  • @ruslanhesenov8775
    @ruslanhesenov8775 6 ปีที่แล้ว +2

    Hekimlerin hekimi cox gozel insandi hekimliyinede soz yoxdu cox deqiq insandi Allah qorusun😘😘

    • @allahbendesi
      @allahbendesi 8 หลายเดือนก่อน +1

      Həkimlər hekimi yalnız uca Allahdi☝️

  • @minicikpanda5025
    @minicikpanda5025 5 ปีที่แล้ว +5

    men hamileyem axir ayimdi tezqim qalxir neyese ziyan eder😥

  • @zeriwadgozelova
    @zeriwadgozelova 2 ปีที่แล้ว

    Mende 12 heftedeyem teyziyiqim duwur awagi halsiz oluram dehwet baw agrilarim olur

  • @ayankerimova60
    @ayankerimova60 4 ปีที่แล้ว +2

    Salam .men 2ayliq hamileyem.teziqm tez tez duşr.bir ziyan olmazki uşaga

    • @sevda7393
      @sevda7393 ปีที่แล้ว

      Baci mendede ele olur menide narahat edr o

  • @kovis1890
    @kovis1890 3 ปีที่แล้ว +3

    Salam men 16 hefdelik hamiləyəm teziqim aşağı olur nə edim

    • @zehrarzayeva9331
      @zehrarzayeva9331 5 หลายเดือนก่อน

      Salam siz necə olduz? Məndə eyni 4 aylıq hamiləyəm hər gün aşağı düşür təzyiqim uşağa bir şey olmaz görəsən

  • @hafisqafarov5177
    @hafisqafarov5177 4 ปีที่แล้ว

    Salam doktor men 40 hefdelık hamıleyem tezıqım bu gun asagı olub korpeme nese tehlukesı yoxdu kı xaıs cavablandırardız cox narahatam

  • @fsanTarverdiyeva
    @fsanTarverdiyeva ปีที่แล้ว +1

    4cu aydayam tezyiqim aşağidi evdekiler hecne olan deyil deyib hekime aparmirlar nəsə problem ola bilermi uşaqa zəhmət olmasa məlumatlandirardiz🙏?

    • @zehrarzayeva9331
      @zehrarzayeva9331 5 หลายเดือนก่อน

      Salam siz necə olduz ? Məndə eynilə 4 aylıq hamiləyəm aşağı düşür təzyiqim , sizdə necə oldu uşaq?

    • @Cahid1202
      @Cahid1202 หลายเดือนก่อน

      ​@@zehrarzayeva9331 salam 110 70 ve ya 110 60 olursa cox ciddiye almayin mende ele olub 2 hamilelik kecirmisem sukur problem olmayib ne mende ne usaqlarda

  • @MuradNovruzov-jv5dj
    @MuradNovruzov-jv5dj ปีที่แล้ว

    Menim tezyim var yuksek yeni hec zulalim yoxdu

  • @zeynbisayeva3070
    @zeynbisayeva3070 2 ปีที่แล้ว

    Heç bir şey anlamadım düzünü desəm

  • @Asya-bf3de
    @Asya-bf3de 4 ปีที่แล้ว +3

    Salam doktor mende sanki isdi olur eynimi deyisirem soram soyug olur geyinirem tez tez bas verir bilmirem nedi bu qah isdi olur mene qah isdi bunu yazardizda men 6 aylig hamileyem xais cavab yazardiz

  • @sevincmecidova3872
    @sevincmecidova3872 2 ปีที่แล้ว

    siznen nece elaqe saxlya bilerem

  • @resregimov4445
    @resregimov4445 4 ปีที่แล้ว

    Hekim salam menim boyreyim de agri var sidik analiizimi verdim erasstitd cixdi kanifron yazib seravno boyreyim agriyir men

  • @eldenizrehimov7150
    @eldenizrehimov7150 9 หลายเดือนก่อน

    hec sözdü deyirsiz bir məsləhet ver ciddi deyim he ne menası bu dediklerivin

  • @qenizadeelnur8679
    @qenizadeelnur8679 2 ปีที่แล้ว +5

    Kas danisdiginizi ozunuz anlaya bilseniz ele bil kitabda oxuyub ders danışır

  • @arifabbasov2650
    @arifabbasov2650 2 ปีที่แล้ว +2

    Biraz insanların başa duşeceyi şekilde danışardınız yaxşı olardı başa duşmek olmur herkes hekim deyil başa duşe.

  • @elvinosmanov9256
    @elvinosmanov9256 5 ปีที่แล้ว

    Salam men 8ayliq hamiliyem teziqim yuxarisi 140 180 arasi olur neden ola biler analizler vermisem 1dene boyrekde belok cixib

    • @MedplusTV
      @MedplusTV  5 ปีที่แล้ว

      salam
      həkimin əlaqə nömrəsi ad soyadlaa birgə qeyd edilib
      lütfən suaalınızı bir başa özünə yönləndirin.
      Yeni tibbi maariflənddirici videoları ilk izləmək üçün medplus tv kanalınna abubnə olmağa dəvət edirik

    • @zaurhuseyinov8021
      @zaurhuseyinov8021 5 ปีที่แล้ว

      Borek de blok a goredi teziqin yuksek olmasi

    • @nuranaorucova1721
      @nuranaorucova1721 3 ปีที่แล้ว

      təzyiqiniz cix yuksekdir, məndə doğusdan bir gün qabaq bele qalxdı və exlamsiya oldum, siz indi yaxsısınız,?

    • @nigarliyev965
      @nigarliyev965 2 ปีที่แล้ว

      @@nuranaorucova1721 mənde de iki dəfə olub

    • @mehemmedhuseynov3308
      @mehemmedhuseynov3308 2 ปีที่แล้ว

      @@nuranaorucova1721 salam exlamsiya nədir

  • @pervzparvz3054
    @pervzparvz3054 2 ปีที่แล้ว

    M