Aydın Qaradağlı kimdir?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024
  • Aydın Qaradağlı kimdir?
    Qaradağlı Aydın Çingiz oğlu (20 avqust 1929, Quba - 28 yanvar 1980, Bakı) - Azərbaycanlı diktor, Azərbaycanda peşəkar diktorluq məktəbinin yaradıcısı.
    1946-cı ilin dekabr ayının 18-dən Radiolaşdırma və Radio Verilişləri Komitəsi Radioinformasiya Komitəsinin, 1954-cü ildən Mədəniyyət Nazirliyinin Radioinformasiya İdarəsinin, 1957-ci ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Radio və Televiziya Verilişləri Komitəsinin, 1970-ci ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Radio və Televiziya Verilişləri Komitəsinin diktoru işləmişdir.
    Azərbaycan SSRin əməkdar atisti (1964), ürəklərə nüfuz edən, aydın, təmiz, cilalanmış, məlahətli səs sahibi idi.
    Həsənəliağa xan Qaradağskinin nəvəsidir.
    Aygül Qaradağlının atasıdır.
    Vüqar Qaradağlının atasıdır.
    Gültəkin Cabbarlının həyat yoldaşıdır.
    1944-cü ildə orta məktəbi bitirib.
    1945-ci ildə Gəmiçilik məktəbini (Azərbaycan Dövlət Dəniz Akademiyasını) bitirib.
    1946-cı ilin dekabr ayın 18-dən Dövlət radiosuna işə qəbul olunur, diktor vəzifəsinə.
    1948-ci ildə M.F.Axundov adına Azərbaycan Dövlət Teatr məktəbini (aktyor ixtisası ilə) bitirib.
    1949-cu ildə Moskvada Ümumittifaq diktorluq kurslarını bitirib.
    1951-1954-cü illər (1951-Gürcüstan, 1952-1954-Rumıniya) Sovet Orsusunda xidmət edib.
    1955-ci ildə Gültəkin xanım Cabbarlı ilə ailə həyatı qurur.
    1956-cı ildə Xanım, 1959-cu ildə Aygül adlı qızları, 1966-cı ildə isə Vüqar adlı oğlu anadan olur.
    1961-1966-cı illərdə - M.A.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunda oxuyur.
    1964-cü ildə Azərbaycan SSR əməkdar artist (diktorlar arasında ilk dəfə) fəxri adına layiq görülür.
    1966-1968-ci illərdə Dövlət Radiosunun Baş rejissor, 1970-ci ildə isə Proqram Baş redaksiyasının Baş redaktoru vəzifələrində də çalışır.
    1980-ci ilin 28 yanvar tarixində dünyasını dəyişir.

ความคิดเห็น • 5