Aman ayrılıq (bəstəkarın ifasında) | Bəstəkar Emin Sabitoğlu © AzTV
ฝัง
- เผยแพร่เมื่อ 22 ธ.ค. 2024
- Bəstəkar Emin Sabitoğlu, Söz: Nigar Rəfibəyli © AzTV / eminsabitoghlu | Sözlər (lyrics) ⤵️
Sözlər (lyrics):
Mən ki, doymamışdım heç vüsalından,
Mənə zülm elədi yaman ayrılıq.
Nə olardı bir gün durub yuxudan
Görəydim ki, olub yalan ayrılıq…
Mən görəndə orda yaz səhəriydi,
Xoş nəfəs baharın küləkləriydi,
Açılan ağ badam çiçəkləriydi,
İndi onlardımı solan, ayrılıq!
Biz ki, bir ruh idik iki bədəndə,
O gülüb-sevinsə gülərdim mən də,
Vüsalın bülbülü uçub gedəndə,
Daş kimi qəlbimdə qalan ayrılıq.
Kim qıydı dostların bahar elinə?
Mehriban sözünə, şirin dilinə,
Cananın sazını alıb əlinə
Əğyar mizrabıyla çalan ayrılıq.
Gün çıxar, dağların əriyər qarı,
Pozulmaz dostların əhdi, ilqarı,
Keçər ürək dərdi, könül qubarı,
Gəl etmə meydanda cövlan, ayrılıq!
Nigar Rəfibəyli ©
#EminSabitoghlu #EminSabitoğlu #ayriliq
Tags: emin sabitoglu, nigar refibeyli, aman ayriliq, ayrilig, qizil fond, retro mahnilar, kohne mahnilar, nostalji
Bu mahnıya həmişə başqa cür qulaq asırdım,indi başqa cür.Şəhid Ataməli Musaoğlunun qızıyla son ayrılıq videosunda bu mahnını başqa cür tanıdım.Şəhidimin qızı,sən artıq bütün Azərbaycanın qızı və bacısısan,atan əsl qəhrəman olub.Bütün şəhidlərimiz hüzur içində yatsın.
(Oktyabr 2020)
O videonu tapabilmirem heçyerde . Varmi bildiyiniz bir yer..
@@cavidquliyev2826 TH-cam də olmalıdı,şəhidin qızıyla ayrılıq videosu yazın çıxar yəqin,olmasa facedə yazarsız link ataram
@@cavidquliyev2826 buyur th-cam.com/video/oW_caWkKDH0/w-d-xo.html&feature=emb_title
Bu mahnı innen bele o görüntü ile xatırlanacaq.Ruhun şad olsun şehidim.Qızın bizlere emanet .
Mende orda gordum
Bu mahnıları dinləyən insanlar, Azərbaycan musiqisinin məhv olduğu bir zamanda , mənə bir ümid verir. İndi yoxdu, lakin ən azından köhnələrə sahib çıxaq...
Məncə artıq cavanlar da dönür nostalji mahnılara 🌹
19 yaşım var və bu mahnıları dinləmək mənə çox zövq verir .Və mənim kimi bu mahnıları sevən bir çox gənclər tanıyıram .
Amma 122 nefer beyenmiyib bilmirem kimlerdi ? 100 faiz resul xanaya qulah asanlardu
@@rasimmemmedov2827 Başqa mahnı olsa zövq məsələsi deyərdim amma belə mahnıları necə beyənmirlər məndə anlamıram
@@mahiryusifova5504 ona gorede bozbash mugenniler 5000e toya gedir
30 yaş altı bu mahnıya qulas asan görən necə nəfərdi
20 yaş
🙋♀️
16 yaş
19:)
16 yaş və mahnı başqa cür təsir eliyir ruhumu buraxdm 😍
Haçansa kimsə bu nəğməni dinləsə, lütfən 1 bəyəni atın yenidən gəlim,qəlbim bomboş, ürəyim dağlıdır..
Ayrılıq ayrılıq aman ayrılıq.
Bəyəni atdım...İnşallah ki,indi yaxşısınız...
Come
@@azerveliyev8914 təşəkkür edirəm yaxşıyam şükür..
Tam da vaxtıdır
😔
Yetişmir belə insanlar, bəstələnmir belə mahnılar, oxşanmır ürəklər daha....
Cavidan Memmedeliyev ne gozel dediz...👏🏻😕
Bəli çünki bunları bizi işğal edib dediyimiz Sovet dövləti yetişdirmişdi, o dövlət getdi və onun yetişdirdiyi sənətkarlar və mütəxəssislər də qocaldıqca səssizcə həyatı tərk edirlər
Çünki mükəmməl kommunist ittifaqın vətəndaşları idik... İnsanlar qabiliyyətindən ürəkləri ilə istifadə edirdilər, pul xatirinə yox...
Var talantlı insanlar sadəcə imkan yaradılmır
Cavidan bəy hərdəfə bu musiqiyə qulaq asmağa gələndə sizin bu rəyi oxuyuram👍👍
Sehidimizin qizi❤ Bu reyi oxuyursansa demeli boyuyub artig atanin yoxlugunu derk edecek yasa catmisan. Atan bizim ucun veteni ucun oz canindan kecdi, kecdi ki torpaglarimiz azad olunsun ve biz sen basda olmagla rahat yasayag. Belke cox darixacagsan bir yanin eksik qalacagsan amma hemise bil ki sen cox merd atanin qizisan❤ bu mahni senin mahnindi sizin mahninizdi❤
Can bacı
😪😪😪😪
Niye bu mahni???ne movzuduki?
senin komentin meni aglatti beli o balalar boyuyecek amma Shehidlerimiz hemen yashda qalacaq ebedi indide gozumden yas suzule suzule yaziram
💛🕊
Biz ki ,bir ruh idik ,iki bedende.Ruhumu öldurenim.Agilli,savadli,mehriban,guleruz,İgig,qehreman,Şehid balam.Anan sene qurban.Ömur boyu yol yoldashimsan gözel mahni.
Allah şəhidimizə rəhmət eləsin! Qarşınızda baş əyirik!
Qarşınızda baş əyirəm əziz Ana. Allah qardaşımızın balasını qorusun. Həmişə qullugunuzda hazıram.
Allah Rehmet etsin. Qarşınızda baş eyirem ele Qehraman yetişdirdiyiniz üçün . Daima yaşayacaqlar .
Allah remet elesin.......
Allah rəhmət eləsin..
İndi balacasan... Böyüyüb birgün buralara baş çekende isteyerem menim ürek sozlerimi de oxuyasan gozel qızım.. ŞƏHİD ATAMƏLİ MUSAOĞLU nun gozel mərd qızı! Biz sənin atanla fəxr edirik! Bilməyini istəyərəm, belə uca zirvə hərkəsə qismət olmaz! Sən də atanın zirvəsində bizim uchun chox deyerlisen❤️ ALLAH RƏHMƏT ELƏSİN....
Mən atəməlinin xalasiyam öldürdü z məni minnətdaram
hə, xalası , inşallah youtube o zamana kimi qalar
😭😭😢😢😢
Qurban olduğum Gülüm atanın şəkillərinə oğurluğ baxmağınaa qurban .Xalan qurban Ataməli vətənin bütövdü ailən yarım .35 yaşında professor olacaqdın 25yaşında şəhid oldun...
amin.💙 ebedi minnetdarıq.
Bu musiqi mənə Şəhidimizin qızıyla son rəqsin xatırladır 😪ruhun şad olsun şəhidimiz Allah bütün şəhidlərimizə rəhmət eləsin🤲
Amin
Aztv-nin bircə yaxşı işi budur.
😀😀
Vallah
)))
👍🏻
O qədər gözəl əsərlərdir ki həqiqətən yenidən zövqləri gözəlləşdirmək üçün bu əsərləri dinləməyə ehdiyacımız var
18 yaşımdan belə mahnılara qulağ asıram. İndi 19 yaşım var bu yaşlarda belə mahnıları başa düşüb dinləyən birini görməy xoş olardı ama heyfki millətin zövqü damla, nəfəs, seide, zeyneb və bu kimi bəzi "müğənnilərin" lazımsız ifalarıyla korlanıb...
Belə səsli dahi ustadlar şəxsiyyətlər bir daha gəlmiyəcək
ATAMƏLİ MUSAOĞLU ALLAH rəhmət etsin😥🇦🇿🇹🇷🇵🇰
Gözəl Bəstəkarımız Emin Sabitoğlu.Allah rəhmət etsin.
23 yaşım var xoşbəxtəm ki, bu yaşa qədər belə musiqilər dinləyə-dinləyə böyümüşəm.
Belə musiqilərlə qulaq asan insanların qəlbində böyük bir mərhəmət hissi var. Buna əminəm.
Allah sizə rəhmət eləsin sənətkar.
Məzarınız nurla dolsun🙏
❤
Şəhid Ataməli Musaoğlu’nin mərd qızı...bilirəm, böyüyəndə artıq hər şeyi dərk etməyə başlayanda bu mahnıya dəfələrlə qulaq asacaqsan, atanı xatırlayacaqsan, əzizləyəcəksən, darıxacaqsan. O rəqsi atanla bir dəfə də olsun yenidən etmək üçün əlindəki hər şeyi qurban verməyə hazır olacaqsan, bilirəm... Sənin necə hisslər keçirdiyini heç birimiz tam başa düşə bilmərik amma sənin qədər olmasa da bugün bizim də ürəyimiz yanır. Atan bizim üçün, bu vətən, bu torpaq, bu bayraq üçün öz canından keçdi. Sənin atan çox gözəl yerdədi, bunu bil, balaca qız... ❤️
bunu yazan eller var olsun....
@@Atilla2009R siz də var olun..
Gözlərimdən yaş süzülərək,boğularaq oxudum.Hislərimizi sətirlərə olduğu kimi düzdüyünüz üçün sonsuz təşəkkürlər...
@@esmiramammadova4442 başa düşürəm sizi, var olun...
Offfff nə ogullar itirdik ilahi.can ay nakam balalar
Emin Sabitoğlundan bir daha gəlməyəcək.O qəribə çox qeyri adi istedadlı bir bəstəkardı.
Sevimli bestekar.bu dunyada cemi 64 il yasadin.Mahnilarin ise dunya durduqca yasayacaq.Gòzel bestelerinize gòre size minnetdariq.xatireniz qelbimizde ezizdir .nur icinde yatin.amin
Пл ж даг
bu möhəşəmliyi hansı gözəl sözlərimlə bəzəsəm ki ürəyimdəki gözəl,həzin duyğuları açıqlasın, :)
Mence sadece dinlemek yeter
konkret olaraq bu mahnini yasamaq lazimdir
Türkiye'den Azerbaycan'a selamlar 👋🏻🇦🇿🇹🇷
Və aleykumasalam can qardaşım
Melodiya əla sözlər əla. Qızımı bu musiqi sədası ilə yatızdırıram. İnsanın ruhunu oxşayır
Super
Eh bu melodiya ile atasini fikirlesib yatan qizlarda var
Mən də oğlumu🐱
1 milyon baxış sayı (28.11.2020)
Allah rəhmət etsin şəhidin sahəsinde çox insan dərk etdiki belə əsərimiz var😪
10 ilə 1000000 baxış, 3ilə 1500000.Ataməli Musaoğlu
Canım Atam səni mahnılarda axtardim.... aman ayrılıq yaman ayrılıq
Əvvəllər də dahi bəstəkarımızın gözəl bir mahnılarından biri kimi dinləyirdim.
İndi isə şəhid bir atanın qızı ilə son rəqsinin musiqisi kimi beynimə həkk olunub.
Allah rəhmət eləsin şəhid Ataməli Musaoğlu
Bu mahnini shehidimizden sonra tapdim hech eshidmemishdim((
Eslinde nece agir mahni imish(( indi butun Azerbaycan bu mahniya qulag asib ancaq Atameli Musaoglunu xatirlayacag((
Allah rehmet elesin size omru yarimchiq qalan shehidlerimiz omrumuz boyu size borcluyuq((
Bu mahnıya həmişə qulaq asmışam və həmişə başqa düşünmüşəm.İndi dinləyəndə sadəcə Şəhidin öz qızı ilə rəksi keçir gözümün önündən..🥀
👍🏼👍🏼👍🏼👍🏼🇦🇿🇦🇿Nə yaxşı ki, Azərbaycanın Emin Sabitoğlu kimi sənətkar musiqiçisi var 😢Məkanın cənnət olsun ,böyük bəstəkar
Şəhid Ataməli Musaoğlu... Allah şəhidlərimizə rəhmət eləsin
16 yaşında bu mahnıdan zövq alan neçə nəfərik?🥰
Mən
@@Editcraft2008 geseyy
Retronun verdiyi hezzi basqa mahnilardan ala bilmeyen insanlar helede qalib
Bu mahnı hər səslənəndə Şəhid Ataməli Musaoğlunun qızı ilə rəqsi canlanır gözlərimin önündə... Ruhun şad olsun, nur üzlü şəhidimiz... 🥀🇦🇿
Bu musiqini axı niyə bu qədər gec tapdım, çox gözəl musiqidir...
Nə olardı bir gün durub yuxudan
Görəydim ki, olub yalan ayrılıq...
Hec kime ayriliq qismet olmasin.dozulmez bir derddir
... (
kawki ele olardi
Allahım yenə vətənimizdə dahilər yetişsin bizim çox ehtiyacımız var belə bəstəkarlara.
Hər şeyə ehtiyacımız var😖😞😓😪
Hər şəhidmizin öz musiqi sen deme iller evvel yazılıbmış...Rəyləri oxuyuram sen deme hami bu hissleri yaşayib..Video ilk baxdiqimnan bu güne kimi mahni fikrimnen çixmir.Allah rehmet elesin şehidimize.Gözel bestekarimiz Emin Sabitoqlunada❤
Tesekkur edirem, Emin Sabitoglu.. Ne yaxsi ki, bu dunyada sizin kimi senetkar yaşadi ve ozunden sonra bele gozel eserler bize miras qoydu.. Allah Size rehmet elesin, Emin Sabitoglu..
Gözəl mahnıdir və istəkli kompozitordı Sabitoğluja Allah rəhmət eləsin amin
Bir milyon cox azdi baxış sayi, təkcə cenubi Azərbaycanda yaşayan qardas bacilarimiz ayriligi sona yetirmək üçün bir defe qulaq assalar 50 milyona qalxar baxış sayı.
*"Vüsalın bülbülü uçub gedende,daş kimi qelbimde qalan ayrılıq..."*
Bu mahnı bir insanla yaddaşlara bir daha həkk olundu.ŞƏHİD ATAMƏLİ MUSAOĞLU. Bir gün o Gül balası böyüyəcək. Atasının unudulmadığını görəcək. Bu mahnını dinlədikdə indi yalnız Şəhidlər, onların qoyub getdiyi əzizləri yalnız gözümün önündədir. Xudayarın təsnifi necə dillər əzbəri oldu, bu mahnı da sənin adınla yaşasın Şəhid A.Musaoğlu
Bizi torpaqlarımıza qovuşdurmaq uğrunda sevdiklərindən ayrılan şəhidlərimizin ruhu şad, sevdikləri səbrli olsun, İnşaallah Rəbbim sizləri Cənnətində qovuşdursun 😢💞🇦🇿
Şəhidlərimizin qarşısında baş əyirik siz bizə göstərdiniz ki,vətən hər şeydən öndə gəlir .Bilirəm ki ,siz baxıb sevinirsiz çünki siz ən böyük zirvəyə çatdiz ,siz behişdəsiz .Musiqidə deyir ayrılıq amma siz ayrilmadiz hamınız bizim aramizdasınız hamınız ürəylərdə yaşayacaqsız .Musiqinin isə böyük bir xatirəsi qaldı .🇦🇿🇦🇿🇦🇿.Şəhid qızı bütün Azərbaycan sənin yanındadır .🇦🇿🇦🇿
Emin Sabitoğlu sen ne yaxşı gelmisen Azerbaycan musiqisin başına❤️Allah rehmet elesin.Musiqi,senet,incesenet,ruh❤️
Bir zamanlar bu mahnini tam ferqli dinleyerdim.Indise wehid analari qizlari heyat yoldawlari bacilari kimi dinleyirem ve nece bir agri oldugunu bu ifayla dahada derinden yawayiram.Balalarini gorende yaz seheri olanlar övladlarini payizin solmuw yarpaqlari kimi qarwiladilar😢Mekaniniz cennet olsun wehidlerimiz agrilarina dozmeyib onlara qovuwan ata analarimiz
Emin Sabitoğlu bir əfsanədir..❤
Gözəl ürəklərin, qızıl barmaqların, yeddi notun yaratdığı möcüzələr ... Bizi günahlı dünyadan müvəqqəti olsa da, qopardığı üçün minnət hissiylə anırıq sizi, SƏNƏTKARLAR !
1- Allah (اَللَّهُ):
Allah Teâlâ, gördüğümüz görmediğimiz, bildiğimiz bilmediğimiz bütün âlemlerin sâhibi ve mâliki, kâinatın yegâne yaratıcısı, her türlü övgüye ve ibâdete lâyık olan yüceler yücesi Rabbimizin doksan dokuz isminin bütün özelliklerini kendinde toplayan en kapsamlı özel adıdır.
Indiye qeder niye bu ifaya qulaq asmamisam.anlamiram
Allah min rehmet elesin senin qarshinda bash eyirem Azerbaycanin igid oglu !!!
Allah rəhmət eləsin gözəl sənətkara.Azərbaycan musiqisində öz sözünü demiş dahi sənətkar.Yaxşı ki Azərbaycanda doğulmusan.Bizim üçün gözəl əsərlər yaratmısan.
Şəhidimiz canimiz Atameli ruhun şad olsun😔🙏🇦🇿🥀
Dinləyərkən keçirdiyim hissləri izah etməyə söz tapa bilmirəm.
Möhtəşəm müsiqi və ifadır!
Allah qəni qəni rəhmət, məkanını cənnət eləsin amin .
Çox gözəl mahnıdır.
Yanılmıramsa bu musiqini Türkiyənin hansısa köhnə filmlərinin birində eşidmişəm.
Qulağımın pası silindi, böyük sənətkar👏👏👏👏👏🙏
Allah rəhmət eləsin çox gözəl mahnılar yazırdı
Vurulmamaq mümkün deyil bu əsərə.Dəfələrlə dinləyirsən amma hər dəfə qəlbdəki ayrı bir hissi, həyacanı dalğalandırır bu mahnı...
Heyif sizdən birdə bu dünyaya Emin Sabitoğlu gelmeyecek
Hər dəfə ağladır e bu musiqi 😢😢😔... Mənə zülm eylədi yaman ayrılıq 😔😢
Agladan mahni deyil ..mahninin xatirlatdiqlaridir...
Calal Xalafov
İndiki cavanlar gic-gic meyxanalara, səviyyəsiz mahnılara qulaq asır... Bu cür sənətkarlardan xəbərləri yoxdu...
Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bizi bağışlayın...
Bu adamı yaxşı dinleyin,çünki esasen qulaq asıb beyendiyimiz o gözel musiqilerin söz yazarı mehz Emin Sabitoğludur.Möhtəşəm insan, səndən yaxşısı yalandır…
Möhtəşəm bəstəkar,möhtəşəm ifa və sözlər.Adınız həmişə qəlbimizdə yaşayacaq,gözəl bəstəkar!👏👏👏
Bütün ayrılıqları ayrı sal, ay Allah. Bizdən, sevən-sevilən hamıdan. Atadan, anadan, övladdan, dostdan, yardan, vətəndən; hamısından.
Çox gözəl musiqidi Emin Sabitoglunun ifasında bir başqa gözəldi bu mahnını dinlemek.Sevimli bestekarim dünyadan tez kocse də bəstələdiyi bənzərsiz musiqilər daim yaddaşlarda qalacaq.
18 yaşımda retroya aşiq oldum, insanı bir başqa əhval-ruhiyyə salır bu mahnılar
mən 14 yaşımdan bəri belə mahnılara aşiqəm indidə 15 yaşım var hələdə qulaq asıram
Emin Sabitoğlu başqa bir aləmdi. Nece qəlbə toxunan musiqilerdi her biri. Allah mekaninizi cennet etsin sevimli bestekarim.
Ilahi bir beste. Ureklere yag kimi yaxilir. Allah Sizin ikinize de qeni-qeni rehmet etsin.
İl olub 2019, Ama mənim pleylistimdə yer alan, dinləməkdən bezmədiyim musiq❤️
super qardasim
Bu mahnıya qulaq asmayan çox şey itirib, qulaq asan isə daha çox şey itirib...
duzdu bunu yazanda oxuyanda itirib ne menasi varki sonu ayirliqdirsa...
GÜL Bibinin Nefesi Bir gun boyuyende Buralara gelib cixanda Belke Men Yaninda Olmaram Amma Emin Ol Atan seni Ele sevirdiki Bu sevgi Bir dasdana Donmusdu Sene baxanda Gözleri parlayardi 2 ilde Sene elediyi Ataligi Belkede Coxlari omur boyu Etmeyib Ve o hemise Yanindadi Onu hemise sev Hemise onla Fexir ele Seni son Nefesime Kimi Sevecem Bibinin nefesi❤️ BU mahnini sene Bize yadigar qoydu Canim Her gun dinleyib Aglamaq ise Bize qoyduğu Emanet oldu Şehid Atameli Musaoğlu🥀
Allah qardaşınıza rehmet elesin, onların yeri cennetdir!
Allah rehmet elesin Ataməliyə cox temiz qelbli adam idi 😞🇦🇿
ALLAH RƏHMƏT ELƏSİN 😥😥😥
Emin Sabitoğlu dinləmək və sevmək həttq Şəhidlik zirvəsi hər adama nəsib olmur.. nə gözəl mərtəbə nə gözəl zirvədir ora elə! Garşınızda Baş Əyir Bütün Azərbaycan Xalqı Şəhid Bacısı.....
Şəhidimizin qızı ilə rəqs etdiyi mahnı
Allah gəni gəni rəhmət eləsin bu azərbaycan mədəniyəti sütunu olub görüm ay millət bizim kimıərimiz olub vaılah bu barədə xoşbəxt xalgıg nə yaxşı ki bizə yaşadıblr bunları
Allah her ikisine de qeni qeni rehmet elesin hem Nigar Refibeyli hem de Emin Sabitoğlu mohtewem ifa mohtewem ses👍👍👍👍
Gunay Eliyeva
Nece gozeldir.adam demeye soz tapmir.Allah rehmet etsin size dahi senetkar.Yaxwi ki tez rehmete getdiz musiqimizin bu biabirci gunun gormediz.
Musiqi: Emin Sabitoğlu
Sözlər: Nigar Rəfibəyli
Mən ki, doymamışdım heç vüsalından,
Mənə zülm elədi yaman ayrılıq.
Nə olardı bir gün durub yuxudan
Görəydim ki, olub yalan ayrılıq...
*Pre-Chorus*
Mən görəndə orda yaz səhəriydi,
Xoş nəfəs baharın küləkləriydi,
Açılan ağ badam çiçəkləriydi,
İndi onlardımı solan, ayrılıq!
*Chorus*
Ayrılıq, ayrılıq aman ayrılıq,
Mənə zülm eylədi yaman ayrılıq. (x2)
Biz ki, bir ruh idik iki bədəndə,
O gülüb-sevinsə gülərdim mən də,
Vüsalın bülbülü uçub gedəndə,
Daş kimi gəlbimdə qalan ayrılıq.
*Pre-Chorus*
Mən görəndə orda yaz səhəriydi,
Xoş nəfəs baharın küləkləriydi, (x2)
Açılan ağ badam çiçəkləriydi,
İndi onlardımı solan, ayrılıq!
*Chorus*
Ayrılıq, ayrılıq aman ayrılıq,
Mənə zülm eylədi yaman ayrılıq. (x2)
Kim qıydı dostların bahar evinə?
Mehriban sözünə, şirin dilinə,
Cananın sazını alıb əlinə
Əğyar mizrabıyla çalan ayrılıq.
*Pre-Chorus*
Mən görəndə orda yaz səhəriydi,
Xoş nəfəs baharın küləkləriydi, (x2)
Açılan ağ badam çiçəkləriydi,
İndi onlardımı solan, ayrılıq!
*Chorus*
Ayrılıq, ayrılıq aman ayrılıq,
Mənə zülm eylədi yaman ayrılıq. (x2)
Cox saqolun
Təşəkkürlər
👏👏👏
"dostların bahar evinə" yazmaq istəmisiz yəqin ki
Bəli, təşəkkür edirəm, düzəltdim
ayriliq ayriliq aman ayriliq...ne gozel ifadi.evez olunmaz senetkarimiz.Allah rehmet elesin
Bir musiqi bu qədər möhtəşəm ola bilərmi? İnsanın qanına işləyir bir başa...
Shehidimizin videosundan gozu yashli gelib, musiqini dinleyenden sonra daha da hokurtu ile agladim. Musiqini her dinleyende o video gozumde canlanir. Kechirdiyim hissleri sozle izah ede bilmirem. Valideynlerin her ikisi deyerlidi. Amma dogru bir shey var ki, ushaqlar butun xeyallarini atalari uzerinde qurur. Allah butun esgerlerimizi qorusun. Artiq hech bir ushaq atasiz qalmasin İnshaAllah 💔
Ilk defe dinledim....cox gozel melodiya,menali sozler.Ruhu dincelir insanin...o dovrde yawayan insanlar cox xowbext olublar.en azindan bele senetkarlar gorubler...heyif
artiq 3 cu ildir ki, her yay sessiyasi vaxti bu mahni menim en sevimli musiqim olur. geceler, kitablar bir de mükemmel musiqim.
Humay Agayeva indi yada dusur?
9 il evvel , edilən bir yorum
Emin Sabitoğlu mənə görə müsiqi tariximizin ən böyük bəstəkarıdır,əminəmki dahi bəstəkar İtaliyada doğulsaydı Ennio Morricone,Almaniyada doğulsaydı Bethoven səviyyəsində dünyaya tanınacaqdı...Təəssüf ki bu cür dahi bəstəkarın əsərləri, ölkəmizdən kənarda heç yerdə tanınmır...Bir gün bütün dünyada Emin Sabitoğlu əsərlərinin tanınması diləyi ilə...Ruhun şad olsun,Maestro🥀
İllər ötüb keçsə də belə bəstələr, əsərlər daim yaşayır yeni doğulmuş kimi... Azərbaycan incəsənətinin möhtəşəmliyi öz sözünü hər zaman deyir...
Cananın sazını alıb əlinə , əğyar mizrabıyla çalan ayrılıq ❤ Dahi Bəstəkar 🙏🏻 Ruhumuzu Qidlandıran İnsan ❤ Allah Rəhmət etsin 🙏🏻
Kaş hər mahnısını özü ifa edərdi. Dahi senetkar, dahi insan.
Tupoysan,özü ifa edir dəəə
@@lalaseidova8837 niye tehqir edrsz ki?komenti yazan tebii ki bilir ki oxuyan emin sabitogludu
yeni demek isdr ki kaw bestelediyi butun mahnilarini ozu oxusun. tek bestelemekle.kifayetlenmesin.bu mahni kimi digerlerini de ifa etsn.duzdu diger mugenniler.oxyr ozu de oxusa ayri lezet eder
Nə yaxşı ki varsınız Allah sizə rəhmət eləsin indiki bəstəkarlar sizə baxıb utansın
Bu necə gözəl musiqidi...İfası da çox gözəldi...ağlatdı məni :((
Allahım bu mahnını dinləməkdən doymuram,necə gözəl oxunub vaxtilə.Allah Akifə də Brilyanta da can sağlığı versin.Akifin ifasında bütün mahnılar gözəldir.❤❤❤❤❤❤
Adamin ureyi yanir ifa notlar derya qeder mena dawiyir. Kaw yawiyaydi Allah yerin cennet mekan elesin. Boyuk Azerbaycanli
Yenədə ədalətsiz dünya bu cür musiqilərin izlənmə sayı 1 milyon Bəşir gəlir kimi musiqilər isə 10 milyon.
Super, necə ürəkdən oxuyub, Allah rəhmət eləsin.
Həqiqətən böyük sənətkar ve möhtəşəm ifa .. sadəcə gözlərini yumub ruhuna ithaf edir insan...
love from Portugal ❤️🇵🇹
OMG😯. Salam from Azerbaijan 🇦🇿
Ingilis dilinin gozu yasl
Bizim gözəl Şəkimizin yetirməsi,məşhur bəstəkarımız,məni necə kövrəltdiniz.
Allah heç kəsi ayrı salmasın sevdiklərindən
Musiqiyə bax, həzinliyə bax. Mən görəndə orda yaz səhəriydi... Allah Emin Sabitogluna, Nigar Rəfibəyliyə rəhmət eləsin. İndi nədən ruhu oxşayan musiqilər yaranmir? İndi daha çox ehtiyac duyulur belə bəstələrə.
Ay Allah, o qədər möhtəşəmdir ki, söz tapa bilmirəm mükəmməlliyini ifadə edim..Ruhumu alır..
küləkli axşamın loş işıqlarında bir avtobusda bu mahnıyla tanış olmaq da başqa bir gözəllik
Elgun Shukurov ayrılıqla bağlı tək gözəl şey)
Sade ve gozel....anlamli...
Indiki mahnilarin sozlerini anlamaq olmur...
Bezi senetkarlar var ki ,yasamasa da ölmür...Bezi "senetkarlar"ise yasasa da ölub coxdan....Emin Bey hemise yashayacaq!😍
İnsanın ruhu dincəlir qulaq asanda.Əsl sənət nümunəsidir,bəyənməmək mümkün deyil.İllər keçsə belə sevərək dinlənilən musiqilər.
Bu qədər gözəl əsərlər üçün çox sağolun,dahi bəstəkar. Sizinlə eyni millətə mənsub olduğumçün fəxr edirəm🇦🇿🖤
Hər gün dinlədiyim mahnıdı..illər boyu unudulmaz mahnı.Unudulmaz bəstəkar..
ALLAH cennetde govuşdursun İnşaALLAH, ruhları şad olsun sevgili şehidlermizin. ALLAH Emin müellimin de ruhunu şad, mekanını cennet elesin.
bun mahnını yazmaq ücün görəsən necə ürəyi ruhu olmalıdı insanın dəşət ALLAHIN özəl insanları adlandırmaq olar ancaq AllAH rəhmət eləsin bu dunyada boş yaşamayan insanlar