Əhməd Əhmədovla bağlı qərar qəbul edildi | Baş Prokurorluqdan təcili açıqlama

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ต.ค. 2024
  • Əhməd Əhmədovla bağlı qərar qəbul edildi | Baş Prokurorluqdan təcili açıqlama
    Məhkəmənin yekun qərarına əsasən, psixi pozuntusu olan Əhmədov Əhməd Mehman oğluna Cinayət Məcəlləsinin 95-ci maddəsində müəyyən edilmiş Psixi pozuntusu olan şəxslərə təyin edilən tibbi xarakterli məcburi tədbirlərin ən ciddi növü - ixtisaslaşdırılmış psixiatriya stasionarlarında intensiv müşahidə altında məcburi müalicə təyin edilib.
    Bunu Baş Prokurorluğun Dövlət İttihamının Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamından müdafiəsi üzrə şöbəsinin prokuroru Orxan Səmədov jurnalistlərə açıqlamasında deyib.
    O qeyd edib ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7 və 120.2.9-cu maddələrində nəzərdə tutulmuş cinayəti anlaqsız vəziyyətdə cinayət törətmiş Əhmədov Əhməd Mehman oğlunun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair icraat üzrə məhkəmə baxışı 10 oktyabr 2024-cü il tarixdə yekunlaşıb.
    Məhkəmə baxışında Əhmədov Əhməd Mehman oğlunun əziyyət çəkdiyi şizofreniya paranoid forma, hallüsinator - paranoid sindromla təzahür edən kəskin psixotik hal diaqnozlu psixi xəstəliyin təsiri altında, anlaqsız vəziyyətdə atası Əhmədov Mehman Əhməd oğlunu, bacısı Əhmədova Elmira Mehman qızı, sonuncunun azyaşlı qızı 2021-ci il təvəllüdlü Niftəliyeva Ülviyyə Sərxan qızını, anası Əhmədova Pikə Bədəl qızını və 2015-ci il təvəllüdlü qardaşı Əhmədov Məhəmməd Mehman oğlunu qızını xüsusi amansızlıqla qəsdən öldürməsi müəyyən edilib.
    Cinayət işi üzrə ibtidai istintaq zamanı 2 dəfə məhkəmə-psixiatrik ekspertizası təyin edilərək keçirilmiş və hər iki ekspert rəyi ilə Əhmədov Əhməd Mehman oğlunun ona istinad edilən cinayət əməlini törədərkən “Şizofreniya paranoid forma, hallüsinator - paranoid sindromla təzahür edən kəskin psixotik hal” növündə psixi xəstəliyindən əziyyət çəkməsi, yəni öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmadığı müəyyən edilib. Eyni zamanda hal-hazırkı psixi vəziyyətinə görə Ə.M.Əhmədovun özü və ətrafdakılar üçün təhlükəli olması nəzərə alınaraq stasionar şəraitdə məcburi müalicəyə ehtiyacının olması müəyyən edilib.
    Əhmədov Əhməd Mehman oğlunun məhkəmənin qərarına əsasən cinayət məsuliyyətindən və cəzadan azad edilməsi onun ümumiyyətlə azad edilməsi demək deyildir. Məhkəmənin qərarına əsasən, Əhməd Əhmədov intensiv müşahidə altında məcburi müalicə olunması üçün müvafiq ixtisaslaşdırılmış psixiatriya stasionarlarına yerləşdiriləcək.
    Bizi WhatsApp-da izləyin whatsapp.com/c...
    t.me/bakutvxeber
    / baku.tv
    / bakutvofficial
    www.baku.tv
    ARZUNUN VAXTI ➧ • ARZUNUN VAXTI
    QAPQARA ➧ • QAPQARA
    AYDIN TARİX ➧ • AYDIN TARİX
    ORALARDA NECƏDİR? ➧ • Oralarda necədir?
    O VAXTLAR ➧ • O VAXTLAR
    SONUNCU ŞAHİD ➧ • SONUNCU ŞAHİD
    BAKU ANALİTİK ➧ • BAKU ANALİTİK
    BAKU MED ➧ • BAKU MED
    RƏSMİLƏR ➧ • RƏSMİLƏR
    BAKU AKTUAL ➧ • BAKU AKTUAL
    RETRO BAKU ➧ • RETRO BAKU
    ARAŞDIRMA ➧ • ARAŞDIRMA
    44 GÜN ƏSGƏR RƏŞADLA ➧ • 44 GÜN ƏSGƏR RƏŞADLA
    QARABAĞ XRONİKASI ➧ • QARABAĞ XRONİKASI
    QƏRBİ AZƏRBAYCAN XRONİKASI ➧ • QƏRBİ AZƏRBAYCAN XRONİ...
    Əhməd Əhmədovla bağlı qərar qəbul edildi | Baş Prokurorluqdan təcili açıqlama
    2024 © All Rights Reserved ℗ "Baku TV" LLC ™
    #bakutv #əhmədcinayəti #başprokurorluq #əhmədəhmədov #prokuror #orxansəmədov #şizofreniya #xəstəlik #psixixəstə #cinayətişi #cinayət #müalicə

ความคิดเห็น • 6

  • @Entege
    @Entege 5 ชั่วโมงที่ผ่านมา +3

    Budurmu Azərbaycan qanunu Dağil dünya dağil

  • @АбдулррахманШахбазов
    @АбдулррахманШахбазов 4 ชั่วโมงที่ผ่านมา +1

    О киши олса езуну асажаг. Ушага ал галдырыб Ушагын на таксири вар иди

  • @ceyhunagakisiyev4904
    @ceyhunagakisiyev4904 5 ชั่วโมงที่ผ่านมา +3

    BUNU AZAD ETMƏK YOX ASMAQ LAZIMDI SABAH BU YENƏ CİNAYƏT TÖRƏTSƏ KİM CAVAB VERƏCƏK DEYİN BİLƏK HÖKÜMƏT CAVAB VERƏCƏKMİ DEYİN BİLƏK

    • @ElminSukurov-bu9jc
      @ElminSukurov-bu9jc 4 ชั่วโมงที่ผ่านมา +1

      Bunu azad etmediler delixanaya gonderdiler delixana turmeden pisdi

  • @МанзараАлиева-ш5ь
    @МанзараАлиева-ш5ь ชั่วโมงที่ผ่านมา

    Илкин Слейманов 19 ил вердилер,5 нефер олдурене иш душмур,Азербайджан гунуну буду.