Niyə hobbimiz yoxdur? | Hobbi nədir? | Özümüzü necə məşğul edək?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.พ. 2022
  • ​‪@AliKhayyam‬ və ‪@DjTural‬ növbəti #Münasibət-də #Hobbi-lərdən danışdılar. Əslində mövzu başqa yerlərə də gedib çıxır. #Təhsil, #Tərbiyə və s. Bəzi hallarda hobbinin olmaması insanlara mənasız işlərlə məşğul olmaq şəraiti yaradır. Bəs sizin hobbiniz nədir?
    💡Siz də öz fikirlərinizi yazın, müzakirə edək.
    ☕Kofe tərəfdaşımız: / unitedcoffeebeans
    📢Bizə Patreon-dan dəstək olub patronlara özəl buraxılışlar əldə edə bilərsiniz: / sohbetgah
    ✔Söhbətgaha abunə olun: / @sohbatgah
    Instagram: / sohbatgah
    Facebook: / sohbatgah
    Telegram: t.me/sohbatgah
    Podkastı dinləmək üçün:
    Spotify: open.spotify.com/show/1eHR7Mb...
    Apple Podcast: podcasts.apple.com/us/podcast...
    Yandex Podcast: music.yandex.ru/album/18071206
    Google Podcast: podcasts.google.com/feed/aHR0...
    Spreaker: www.spreaker.com/show/sohbatgah

ความคิดเห็น • 214

  • @thethronson
    @thethronson 8 หลายเดือนก่อน +5

    Hobbi olaraq küçə pişiklərini sahiblənirəm və çalışdığım qədər onları yaşatmağa çalışıram.

  • @elnuralxanov8584
    @elnuralxanov8584 2 ปีที่แล้ว +100

    Bu podcastların hər birinə qulaq asdıqca sanki bir kitabı oxuyub bitirmiş kimi hiss edirəm özümü. Təşəkkürlər 💎

  • @gunelismayilova3212
    @gunelismayilova3212 2 ปีที่แล้ว +21

    Sizi yeni kəşf etdim və misiyanızı təqdir edirəm. Mənim hobim isə əl işi toxunma paltarlar və aksesuarlardı. Və həmçinin ev bitkiləri yetişdirmək. Çox zövq verir hobilərim mənə. Hətta sizə deyim Latviya kimi iqlimi əlverişsiz ölkədə 12i mərtəbəli binanın 6cı mərtəbəsində mənzilimin balkonunda pomidor, xiyar, lobya, çiyələk, bibər, göyərti yetişdirmişəm. Bəlkə də kimlərəsə inandırıcı gəlməyəcək amma zəhmətkeş ailədə böyümənin vermiş olduğu üstünlük kimi görürəm.

  • @Yuska3o7
    @Yuska3o7 2 ปีที่แล้ว +22

    Hobbim həftənin şənbə günləri hava şəraitindən asılı olmayaraq 1 saat dənizi seyr etməkdir 🟦🟩

  • @hesenliresad
    @hesenliresad 2 ปีที่แล้ว +23

    Hobbi yoxdur. Amma bu videodan sonra artıq bir hobbimin mütləq olmalı olduğunu anladım. Və bunun üzərində işləyəcəm. Yeri gəlmişkən, Tural və Əli, minnətdaram ki, hobbim olmasa da, vaxtımı dəyərli etdiniz. Uğurlar sizə bu maarifləndirmə yolunda :)

  • @JasurEynullayev
    @JasurEynullayev 2 ปีที่แล้ว +14

    Əvvəlindən salan olsaydı əgər başa bizi,
    Cəhlimiz salmaz idi bunca dağa daşa bizi
    Azacıq elmimiz olsaydı əgər əsrə görə
    Boyun əydirməz idi qonşuya yoldaşa bizi.(Əliağa vahid)

  • @fuadnecefov1429
    @fuadnecefov1429 2 ปีที่แล้ว +28

    Sizə baxanda "Kaybedenler Klübü" kinosu ağlıma gəlir.

  • @parvinjabiyeva9039
    @parvinjabiyeva9039 2 ปีที่แล้ว +11

    Okeanin o tayindan sevile-sevile izlenilirsiz. Maraqli movzuydu, just right on time! ❤️

  • @konulkerimova9126
    @konulkerimova9126 2 ปีที่แล้ว +3

    Böyük zövqlə sizi izlədim. 43 yaşım var. Dil öyrənməyə çalışıram. Mütaliyəni sevirəm. Böyük oğlumun 20 yaşı var. Tələbədə. O da Sizin kimi öz üzərində çalışan gəncdi. Bir ana kimi buna çox sevinirəm. İşə gedirdi mənimlə birgə sizin söhbətinizə qulaq asdı. O da fikirlərini bildirdi. Bu kimi maarriləbdirici proqramların çox olmasını istəyirik.

  • @wazza9770
    @wazza9770 2 ปีที่แล้ว +16

    Baxmadan, bəyənmək bizim işimizdir 💚💙

  • @senaniv
    @senaniv 2 ปีที่แล้ว +52

    Çünki vaxtımız yoxdur, hobbi normal cəmiyyətdə yaşayanlar üçündü. Biz işdə oturub "hardan iş tapaq" düşüncəsində daha doğrusu ehtiyacında olan cəmiyyətik.

    • @vxxxxx8218
      @vxxxxx8218 2 ปีที่แล้ว +6

      Tam bu iş imkan vermir yat dur işə işdən gəl yat. Bütün sutkanıda maaş haqqında düşün

    • @senaniv
      @senaniv 2 ปีที่แล้ว +2

      @@Sohbatgah hobbini işə çevirsək bu hobbi olmaqdan çıxacağ. ən yaxın qız dostuna sonda aşiq olmaq kimi bir şey, dostunu itirib sevgili olursan 😀

  • @fizuliagdaml1716
    @fizuliagdaml1716 2 หลายเดือนก่อน +1

    Bu podcastlar bizə təcrübə, bilik və b. Şeylər öyrədir buna görə sonsuz təşəkkür edirəm sizə, amma bəzi məqamlarınıza diqqət yetirirəm ki çox ümumi danışırsız,Azərbaycanlılara məxsus bəzi insani dəyərlər var ki ona müasir dövrün tələb etdiyi fikirlə baxırsız ,amma məncə elə olmamalıdı hər şeyə elə baxmamalısız, hər insanın öz fikri var düzdür,hörmət edirəm fikirlərinizə sadecə irad bildirirəm. Təşəkkürlər Tural və Ali bəy.💙💚

  • @Vulkanlı
    @Vulkanlı 2 ปีที่แล้ว +28

    Açığı hal-hazırda hobbi deyəcəyim xüsusi bir şey yoxdur. Amma yaxın vaxtlarda ney ifa etməyi öyrənmək istəyirəm. Maraqlı podcast üçün təşəkkürlər.💙💚

  • @drelbey55
    @drelbey55 2 ปีที่แล้ว +4

    Hobbimizin olmaması nisbətən də tənbəllikdən qaynaqlanır,davamlı olması lazımdır.Bir də cəmiyyət gərək buna təşviq eləsin.Bizdə əsasən bir şeylə məşqul olanda çox insan bunla məsğərə edir,buna görə də çox insan ekstra bir şeylə məşqul olmur.

  • @afaqmustafayeva
    @afaqmustafayeva 2 ปีที่แล้ว +3

    Tural danışdı hamımız dinledik Eli Xeyyam daxil))Maraqlıydı. En çox da dj Turalın ispan dilini Bakı lehcesiyle danışmağı çox şirin çıxdı.İspanlar bayılacaqlar )) Mövzuya gelince xüsusen de tehsil sahesinde ayriseçkilik olmalı deyil. Yaxşı kadrlar yetişdirmek lazımdır. Nece ki Amerikada uşaqlar pulsuz ela tehsil alır burdakı özel mekteblerdeki kimi elece de bizde de bele olmalıdır. Mekteblerde dernekler olmalıdır pulsuz. Uşaqlar asude vaxtlarını boş yere xerclemesinler deye. Çox danışmaq olar bu mövzuda. Men bu qeder deyim. Saygılarla

  • @kamranmajid3616
    @kamranmajid3616 2 ปีที่แล้ว +9

    1 аy qabaq dostuma gileylənirdim ki bizim niyə hobimiz yoxdur, niyə vaxtımız yoxdur? Və bu podkast yerinə düşdü, amma yetərli olmadı)) bu mövzuda bir podkast daha dinləyərdim))

  • @muradcbiyev600
    @muradcbiyev600 2 ปีที่แล้ว +3

    İlk olaraq bu kanalı tapdığımız üçün TH-cam alqoritmasına və sizlərə dərin təşəkkürümü bildirirəm 💙💚 . İnsanların 10-15 illik təcrübələrini 1 saat kimi ağlasığmaz vaxta çatdırırsınız. Hobbim isə xəritələr və qrafik dizayndır. Ümidim 1-2 nəsil sonra Azərbaycan millətinin elə belə yox əməlli başlı intellektual bir cəmiyyətə çevrilməsində dir.

  • @Shokoladopojiratel
    @Shokoladopojiratel 2 ปีที่แล้ว +4

    İxtisasım neft mühanəndisidir. Uşaq yaşlarımdan rəsm çəkmək hobbim olub və bu, məktəbdə də, müəllimlərin/valideynlərin təkidi ilə qəbul olduğum Neft Akademiyasında da (AZNSU o zaman ADNA adlanırdı), əsgərlikdə də, neftçıxarma buruqlarında çalışdığım vaxtlarda da davam edib) Sonda neft mühəndisi kimi bir peşəni atıb hobbimi peşəyə çevirdim. Həyatımda bəlkə ən stressli və məsuliyyətli addım idi. Çətinliklə də olsa incəliklərə yiyələndim və indi hobbim mənim çörək ağacımdır. İllüstratoram, rəqəmsal rəsmlər çəkirəm. Bu məni çox xoşbəxt edir.

    • @ahdhajdghdhd4964
      @ahdhajdghdhd4964 2 ปีที่แล้ว

      Sizinle nece elaqe saxlamaq olar?

    • @Shokoladopojiratel
      @Shokoladopojiratel 2 ปีที่แล้ว

      @@ahdhajdghdhd4964 salam. Zəhmət olmasa, özünüzü təqdim edərdiniz və hansı məqsədlə əlaqə saxlamaq istədiyinizi deyərdiniz.

  • @snanabbasli348
    @snanabbasli348 2 ปีที่แล้ว +13

    Resmen sizin her cekilis videolarizin aludecisi olmusam,ve bundan da zovq aliram.Cox faydasini gorurem her movzu maraqli ve rengarengdir.Heqiqeten sizin kimi insanlar bu yasadigimiz cevreye cox lazim deye dusunurem.Size Ugurlar arzulamaq borcunu hiss etdim,daimi olsun verlisiniz!

  • @malikmanafov5586
    @malikmanafov5586 ปีที่แล้ว

    Maraqli verliş üçün təşəkkürlər.Mənim hobbim akvarium balıqlarıdı.Hər gün 2 saat 1.5 saat oturub akvariumun qabaginda baliglara baxiram.sularini deyiwende xususi zovqnen deyiwirem tebbi su bitkileri ile icini beziyirem.Baliqlarin cinslerini ayird etmeyi nece coxalmaqlarini maraqlaniram.Hobbi Əli demişkən xeyir güdməməkdir qarşılıqsız olmalıdır.qazanc versə əgər nə əla.

  • @sadigismyl5593
    @sadigismyl5593 2 ปีที่แล้ว +3

    Çox gözəl video oldu. Hər ikinizə təşəkkürlər.
    Mənim hobbim fərqli növ kaktuslar ve çiçəkləri rəngli və qoxulu sarmaşıq gülləri əkməkdir.
    Bundan başqa quş bəsləyib , çoxaltmaq və onların həyat tərzlərini izləmək . Birazda üzərlərində araşdırma aparmaq .
    Gül almağa çox pulum gedir , hamı deyir gülə o qədər pul mu verərlər ,halbuki quşlardan qazandığım pul ilə kompensasiya edirəm .
    Daha öncə rəngarəng bahalı quş saxlayırdım sadəcə çoxalda bilmədim deyə satdım. Indi onları necə çoxalda bilərəm deyə yollar axtarıram , və yenidən onlardan beslemeyi planlayıram. Özüm isə mühəndis kimi işləyirəm.
    Sizə və videoyu işləyənlərə işlərində uğurlar olsun . :)

  • @fuadjafarli5121
    @fuadjafarli5121 2 ปีที่แล้ว +7

    Eladi verlis. belede davam edin👏 Baxis sayini onemsemeyin. Olkede bele movzularin baxisinin milyon olmasi mumkunsuzdu onsuz.

  • @tottikhdev
    @tottikhdev 2 ปีที่แล้ว +5

    Gozel sohbetler geleceye dogru ireli davam eden iki savadli insanlar verlisiniz ugurlu olsun her zaman

  • @nihadr06
    @nihadr06 2 ปีที่แล้ว +17

    Bu yaxınlarda bu haqda çox fikirləşirdim. Və bu buraxılış sürpriz oldu.) Hər dəfə mükəmməl mövzulara toxunmağı bacaran Söhbətgah💚💙

  • @ElifErdogan.
    @ElifErdogan. ปีที่แล้ว +1

    Çok keyifli bir sohbetti..Türkçe altyazı da çok iyi 👍🏻 Teşekkürler❤

  • @elsadliyev8066
    @elsadliyev8066 2 ปีที่แล้ว +4

    Ingilis diline baslamisam Tural Yusifovun tovsiyesinden sonra Busuu da A1 seviyyesini bitirdim ve 120 soz tam oyrenmisem ingilisdili seviyyem 18% dir

  • @fatimeimanzade7492
    @fatimeimanzade7492 2 ปีที่แล้ว +7

    Ən gözəl hobbi'siniz (tam səmimi )

  • @samir_nm
    @samir_nm 2 ปีที่แล้ว +9

    Nə yaxşı ki, varsınız. Allah sizdən razı olsun

  • @Aybanizmammadli584
    @Aybanizmammadli584 2 ปีที่แล้ว +15

    Salam, hər video sonunda bir link bölüşə bilərsiz? Bu məsləhətli bir məqalə, kitab pdfi, video, kino adı, və s. ola bilər. Öncədən təşəkkürlər💙💚

  • @cavadhemidov9476
    @cavadhemidov9476 ปีที่แล้ว +1

    Silsilə dinləyirəm sizi. Çoxdandır maşın sürəndə radioya qulaqda asa bilmirəm. Yol boyu sizi dinləyirəm👍 uğurlar
    Hobbilərsiz həyat mənasızdır. Fərgi yoxdur hobbiniz nədir.
    Uşaqlıqdan çoxşaxəli hobbilərim var və, bu hobbilərimlə yaşayıram
    İdman, alətdə musigi ifa eləmək, rəsim çəkmək, velo gəzinti, silahlar, ova getmək, motasklet-yoxumdu hal-hazırda, gəzmək, səyahət eləmək və s.
    Amma hazırki həyat şəraitim-işim mənim vaxtımın çoxunu aparır!
    Bunun fərginə varmayan insanlar üçün bu çətin deyil, amma vaxtın qızıl oldugunu bilən insanın günün az qala yarısının işə görə çöldə olması, özünə şəxsi vaxt ayırmağa vaxtın az olmasıı çooox pisdir

  • @sheykzada6720
    @sheykzada6720 2 ปีที่แล้ว +1

    Mende ise eksine, o qeder hobbilerim, sevdiyim ishler varki... toxumaq, tikmek, resim cekmek renklemek, ferqli ev bitkeri alib boyutmek artirmaq, atilasi artiq sheylerden yararli nese duzelymek... ustelik ne qeder ev ishlerim olsada yarim saat vaxt tapan kimi sevdiyim bir ishi gorurem)

  • @aytakinhasanli5236
    @aytakinhasanli5236 2 ปีที่แล้ว +4

    Sanki fikirlerimi oxuyursunuz. Bugunlerde bu barede dusunurem... ozume hansi hobbiler edine bilerem, uzunmuddetli, yorucu pandemiyadan sonra nece sosial heyata qayida bilerem deye. Isden sonra mutleq dinleyeceyem yeni podcast i. Amma eminem ki, yene mohtesem 1 saat meni gozleyir💚💙

  • @ника-д1я
    @ника-д1я 2 ปีที่แล้ว +4

    Saq olun .sevmirik,ne pesemizi,ne yasadiqimiz mekani,evlendiyimiz insani..ozumuz ozumuze maraqli deyilik.kimese nese subut etmek ucun yasayiriq((

  • @avshar785
    @avshar785 2 ปีที่แล้ว +2

    Mənim ölkələrin pullarını yığmaq kimi bir hobbym var✌🏼. 15 yaşımdan bunu edirəm indi isə 23 yaşındayam. Sonra avtomobillər , əsasəndə SUV avtomobillər. Birdə tarix deyərdim ki mənim ən əsas hobbymdir. Əgər bunu hobby saysaq.
    Dj Turalı şəxsən tanımasamda , kənardan bizə göstərdiklərindən yola çıxsam 95 % subyektiv düşüncələrinə qatılıram. Uşaqlıqdan sizi dinləyirəm Tural bəy. Maşında gedərkən atam hər zaman sizi dinləyərdi , mən hələ balaca idim. O zamanlardan sizin düşüncələriniz və insanları qaydalara uymağa çağırmanız çox diqqətimi çəkmişdi. Sizi şəxsən tanıyıb uzun-uzun söhbət etmək istərdim həqiqətən. Ümid edirəm bu reallaşar 😇

  • @mehralabbasov5015
    @mehralabbasov5015 2 ปีที่แล้ว +7

    Millət olarag belə programlara, işlərə, konseptlərə acıq. İfrat ehtiyacımız var. Teşekkürler bəylər.

  • @ZiyadIbrahimov
    @ZiyadIbrahimov 2 ปีที่แล้ว +8

    Oğlunuzun bəxti gətirib ki, bu cür atası var. Hər oğula qismət olmur :)
    Videolarınızın bir əsas inqridiyenti var - səmimiyyət.
    Kontenti, kontent xatirinə hazırlamırsız, tərkibində hardasa həvəs, azart var :)

  • @altaykhidirzada248
    @altaykhidirzada248 2 ปีที่แล้ว +3

    Dəyərli söhbətinizə görə təşəkkür edirəm. Çox dəyişməliyik, çox...

  • @parvizyashar4558
    @parvizyashar4558 2 ปีที่แล้ว +11

    1 saat 19 dəqiqə yorulmadan dinlədim. Səs tonu, tembr, mövzuların əlaqələndirilməsi, hər biri çox gözəldir 🤌🏻 Sadəcə bəzən tənqid-ittiham qarışırdı bir-birinə, o biraz narahat edirdi. Uğurlar!

  • @KamalaRovshan
    @KamalaRovshan 2 ปีที่แล้ว +2

    Bir şey diqqətimi çəkdi, Tural danışır danışır Merkeldən, sonra deyir ki, ona deyirlər ürəyi yoxdur, əlavə edir ki axı onu uşağı yoxdur 🤣🤣 uşaq sahibi olmağı ürəklə necə bağlamışıq? Turalın belə bu düşüncələr beynində qəlibləşib.
    Bəlkə niyəti elə deyil amma dilimizdən çıxan sözlər ürəkdən gəlir, cəmiyyətimiz bu kimi şeyləri qanımıza işlədib🤣

  • @leqend85
    @leqend85 2 ปีที่แล้ว

    Bu aralar sizin linkleri Salam verdiyim her kesle paylashmaq hobbime chevrilib:)
    Ustegel ozume ayirdigim her saniye her deqiqe mene zovq verir bundan hezz aliram bu menim hobbimdir.Shablon olsada tenbellik etmeden her gun 1 saat yarim temiz hava,sachlarima qulluq,uz rutinlerim,tekce restoranda yemek yemek,….hamisi seve seve ederek hobbime chevrilib

  • @bextiyarasurzade1508
    @bextiyarasurzade1508 2 ปีที่แล้ว +2

    Hobbim Velosipedlə səyahət etməkdir.Həmişəki Kimi yenədə Möhtəşəmsiniz 👍🏻🇦🇿

  • @sebnemhaciyeva5649
    @sebnemhaciyeva5649 ปีที่แล้ว +1

    Çox gözəl söhbətlərdi, mən də həmişə düşünürəm ki, ibtidai sinif müəllimləri və ümumiyyətlə müəllimlər uşaqlara şəxsiyyət kimi yanaşmalıdırlar, sözün əsl mənasında onlar bizim gələcəyimizdi və neçə beyində, zehində müəllim iz buraxır, kaş heç bir şagirdim məni nifrətlə anmasın öz xatirələrində🙏

  • @rashadbabashov5567
    @rashadbabashov5567 2 ปีที่แล้ว +1

    Hobbim şəkil cəkməkdir (fotoaparatla). Uzun illər fotoaparat arzu edərək telefonla cəkirdim . 1 ay qabaq isə arzuma catmışam.

  • @RaufGuliyev-rh8yk
    @RaufGuliyev-rh8yk 2 ปีที่แล้ว +1

    Vale don dale 🤣 çox güldüm. Təşəkkür edirəm!

  • @khazriwind2259
    @khazriwind2259 2 ปีที่แล้ว +6

    - Sinifin, auditoriyanın yaşından asılı olmayaraq birinci növbədə müəllim, lektor maraqlı olmalıdır. Auditoriyaya daxil olub maraqsız, quru-quru danışacaqsansa qarşılığında da müvafiq reaksiya alacaqsan qarşı tərədfən. Bizim müəllimlər isə hesab edir ki, müəlim qəddar, əzazil, qorxulu olmaldır. Ala, nə dəxli var?? Qorxu qarşılığında nəsə öyrənməyin nə mənası var axı? Mən amerikalı müəllimlərin dərslərində olmuşam bir neçə ay. Dərs çox maraqlı keçirdi. Həm pozitiv, həm də effektiv. Zarafatı yerində, effektivliyi öz yerində, atmosfer yerində.
    - Biz sevmirik. Bizdə hər şey rasionaldır. Həyat yoldaşını ya valideynlər seçir ya da özümüz rasional olaraq seçirik. Kimsə puluna görə, kimsə vəzifəsinə görə, kimsə təhsilinə, kimsə qohum olmasına görə. Bir sözlə hər şeyə görə bir sevgiyə görə yox. Məktəblərimiz və KİV bizi ekologiyanı, təbiəti, dənizi sevməyi təbliğ etməlidir. Sağ olun ki, bu məsələni mütəmadi qaldırırsız, baxanlar maariflənir.
    - Dediyiniz o metal konstruktorlar indi də var :) Misal kimi "eitech" brendini qeyd edə bilərəm www.eitech.de
    - Qardaş hobbi hardan olsune. Adamımız hesab edir ki, başqalarının gözünü partlatmaq üçün təzə maşın, təzə paltar, ev, bağ zad almaq lazımdır ki, qonşular partlasın. Ala bilməyənlərdən də adamımız soruşur ki, "bəs sən neçə illərdir işləyirsən, nə əcəb maşının yoxdur?" falan kimi gic-gic suallar verir. Ona görə də pul və vaxt başqalarına paxıllıq vermək üçün gedir, hobbiyə vaxt qalmır.
    - Yaşlı insanların əksəriyyəti hər zaman təsdiq edir ki, Sovet illərində az qala hər evdə piano var idi. İnternetdə də bu haqda axtarış edəndə rus və az. dilində müxtəlif məqalələr çıxır. Tak çto türklər haqqımızda bu barədə doğru düşnür. Bu haqda bir məqalə də burada paylaşım qalsın tarixdə Cavan bəyin timsalında :) report.az/incesenet-xeberleri/xalq-artisti-cavan-zeynallinin-report-a-musahibesi/
    - Sevdiyim məşğuliyyət: velosiped sürmək

  • @cabirquliyev3641
    @cabirquliyev3641 2 ปีที่แล้ว +2

    Salamlar .cox gozeldi bele sohbetgah lar cox olsun.amma men 7 de ise gedirem.is 8 de basliyir😊👍

  • @arifibayev450
    @arifibayev450 2 ปีที่แล้ว +6

    Şeir yazmaq daha doğrusu şeir yazarkən çox istifadə olunmayan həmqafiyə sözlərdən istifadə edərək əsas düşündüyüm fikri poetik eyni zamanda motivlərlə izzah etmək böyük zövq vericidir və xobbimin əsasını təşkil edir.

  • @frausszade2406
    @frausszade2406 2 ปีที่แล้ว +3

    Tural bey bilirik bilgileriniz çoxdur və sizi dinləmək xoşdur. Amma Əli bəyin sözünü tez tez kesirsiz adamın fikri qalır ki görəsən nə deyeceydi ☺

  • @rasimmukhtarov6098
    @rasimmukhtarov6098 2 ปีที่แล้ว +8

    Hobbim, elektronika, 3d modellərin hazırlanması və çapı, indi isə lazer kəsimi ilə maraqlanıram, bir sözlə DIY.

  • @psixoloq.agilahmad
    @psixoloq.agilahmad 2 ปีที่แล้ว +3

    Faydalı məlumatlar üçün səmimi təşəkkürlərimi bildirirəm. Uğurlarınız davamlı olsun arzu edirəm.

  • @NabiNabizade
    @NabiNabizade 2 ปีที่แล้ว +8

    Təşəkkürlər növbəti podkast üçün. Bizi bu qədər intizarda saxlamayın. Podcastınızı növbəti levelə daşıyıb, izləyicilərinizlə bir görüş təşkil etsəniz çox gözəl olardı. Şərhlərə baxıram, özümlə eyni türklər demiş kafada adamlar görüb elə sevinirəm ki. Gözəl buraxılışlardan əlavə artıq söhbətdah adlı bir icmamız olması sevindirir məni.

  • @sevincrzaxanova8013
    @sevincrzaxanova8013 2 ปีที่แล้ว +2

    Həmişəki kimi möhtəşəm söhbətgah idi təşəkkürlər

  • @adilproo
    @adilproo 2 ปีที่แล้ว

    Teşekkurler.

  • @ayseltagyeva7800
    @ayseltagyeva7800 2 ปีที่แล้ว

    Allah sızden o qeder razı olsunkı bele maarıflendırıcı yayım edırsız..yorulmayasız..tv kanalızasıyalardan cox genclere cemıyyete cox sey qatırsız..Tural bey el elxususda sız bu cemıyyetin içinde boyuk bir ınventarsınız.👏👏👏

  • @arzuquliyeva5089
    @arzuquliyeva5089 2 ปีที่แล้ว +2

    Tural & Ali uyğunluğunu çox bəyənirəm .
    Fikirlərinizi istinadlı ifadə şəkliniz , səmimiyyətiniz sadecə zövq verir . Bu xoş hisslər və informasiya üçün sizə təşəkkür edirəm .

  • @valehagayev6644
    @valehagayev6644 2 ปีที่แล้ว +1

    Təşəkkür edirəm maraqlı söhbət oldu

  • @ElshanAkhundov
    @ElshanAkhundov 2 ปีที่แล้ว +2

    "Söhbət"-də, elə bil mənim həyatım başdan ayağa danışıldı. İlk növbədə məktəbdən başlandı, çox xoşbəxtəm ki, türk liseyində təhsil almışam, burda tərbiyə və təlim tamam fərqli idi. Hobbiyə gələndə 9cu sinifdən kompüter otağında qurtdalanırdım, hal hazırda proqramçıyam (Java), işim mənim hobbimdir, lakin bundan əlavə elektronika və idmanla məşğul oluram. Elektronika da ala bilirəm, əslində , amma çalışıram özüm təmir edim. Hətta karantin vaxtı, avtomobillərin beyinlərinin remontu ilə məşğul olub , əlavə qazanc da əldə etdim. Podkast üçün təşəkkür edirəm, hər zamanki kimi, çox maraqlı oldu.

    • @ElshanAkhundov
      @ElshanAkhundov 2 ปีที่แล้ว

      Qeyd edim ki, hobbi özünə gəlməyib, uşaqlıqda valideynlərim məni ,musiqiyə, radio dərnəyə, idmana , rəsmən və bir çox yerə yazdırırdılar. Bəzən acıqlanırdım ki, məhəllədə uşaqlarnan boş boşuna veyillənməyə vaxtım yox idi. 35 yaşında anlayıram ki, valideynlərin və məktəbin rolu kəskin olub

  • @black.1331
    @black.1331 ปีที่แล้ว +1

    Əvvəla salamlayıram sizi və təşəkkür edirəm ki, belə mariflendirici "hobbiniz"i bizlərə də izləmək şansi tanidiğiniza görə.
    Bizim xalq olaraq maariflənməyə ehtiyacımız var,ciddi boyutda.Meselen menim yaxın çevremde elə bir insan yoxdur ki,o insan boş vaxtını mənəvi olaraq dəyərləndirsin.Nədənsə böyük əksəriyyətimizin hobbiləri belə iyrəncdir.
    Və belə insanlar,ətrafinda özlərindən fərqli düşünən,fərqli davranan insan gördükləri zaman,sanki yeni bir lağ-laği obyekti görmüş kimi hiss edir və davranırlar.(Heyvanlari ehillesdirmek daha rahat olur...neyin ki,bəlli bir yaşdan sonra insanlara nəylərisə aşilamaq) Kökdən yeni bir nəsil inşa etməliyik.
    Sizin bu layihəniz ciddi bir addımdir hesab edirəm.(bir daha teşekkur edirəm)

  • @ilahahashimova6868
    @ilahahashimova6868 2 ปีที่แล้ว

    Hamsaki kimi cox faydali ve maraqli..cox sey oyrenirem sizden)) ana dilimizde oz adamlqrimizdan bele seyler dinlemek ela bir sey))tesekkurler))

  • @yaveribrahimov1265
    @yaveribrahimov1265 2 ปีที่แล้ว +2

    Salam. Həmişəki kimi maraqlı söhbət. Təşəkkür edirəm.

  • @Resul_Resul
    @Resul_Resul ปีที่แล้ว

    Təşəkkürlər

  • @damirelcin1800
    @damirelcin1800 2 ปีที่แล้ว

    Sadece super.Bele sohbetler olkemiz ucun genclerimiz ucun cox onemlidi.Canli insklapediyadir ikiside.

  • @mykrosovki9605
    @mykrosovki9605 2 ปีที่แล้ว

    Təşəkkurlər

  • @nrmincrullayeva.8506
    @nrmincrullayeva.8506 2 ปีที่แล้ว

    Fərqli hobbilərim var,məsələn məntiq işləməyi çox sevirəm,kitab oxumaq,rəsm çəkmək,uşaqlar üçün maraqlı videolar hazırlamaq,onları məlumatlandırmaq.
    Mövzu çox maraqlı idi,hər gün bir söhbətinizi dinləyirəm,çox zövq alıram,nələrisə öyrənirəm. Çox sağolun.💚💙

  • @konulliyeva4821
    @konulliyeva4821 2 ปีที่แล้ว

    Faydalı söhbət üçün təşəkkür edirəm. Davamlı olsun.

  • @nilufarmammadzada6943
    @nilufarmammadzada6943 ปีที่แล้ว +1

    Mənim hobbim artıq sizin kanal olur.))

  • @guseinfatali7984
    @guseinfatali7984 2 ปีที่แล้ว +2

    Salamlar))) sebrsizlikle yeni bolumlerinizi gozluyurem)

  • @gulchichek3591
    @gulchichek3591 ปีที่แล้ว

    Hobbim çoxdur, sizi dinləmək də əlavə oldu 😊

  • @fuad094
    @fuad094 2 ปีที่แล้ว +4

    Azərbaycanda Elçin Abbasov kimi ,belə çox hobbisi olan ikinci bir insan tanımıram…Radio-modelizmin tutmuş…fizikaya ,minerallar..velosiped..ve s..Adam hətta şəxsi muzeyini açıb)))

  • @gulsnqurbanova8256
    @gulsnqurbanova8256 2 ปีที่แล้ว

    *Mükəmməl bir söhbət idi qulaq asmaq xoş oldu təşəkkürlər.👏🏻*

  • @tahirqafarov2651
    @tahirqafarov2651 2 ปีที่แล้ว +2

    Hövsanın fəxri @Tural 👍

  • @cicekshefiyeva3981
    @cicekshefiyeva3981 2 ปีที่แล้ว +1

    sach aksesuari hazrlayirdm hobbim idi ..,indi ise brendimdir 😅hobbim gelir yerime chevrildi ))bu heyatda bir sifir öndeyem😎

  • @gulnare.seyavusqizi.official
    @gulnare.seyavusqizi.official ปีที่แล้ว

    Çox dəyərli mövzular qoyaraq,gözəl söhbətlər edirsiz..Allah qorusun sizləri.Davamını izləyirik bütün ailəmizlə. Çox təşəkkürlər sizə.

  • @tikitaka2618
    @tikitaka2618 2 ปีที่แล้ว +5

    Replay düyməsi: 31:25

  • @leylasahquliyeva4311
    @leylasahquliyeva4311 2 ปีที่แล้ว +4

    Daha maraqli bir podcast🌼

  • @snaynbisoy2881
    @snaynbisoy2881 2 ปีที่แล้ว +4

    Mövzudan çox kənara çıxıldığı halda da dinləyirəm :D

  • @rufatyusubov5258
    @rufatyusubov5258 2 ปีที่แล้ว +1

    Xobbim akvariumistika. Allah sizi islah eləsin, amin.

  • @Kodbil
    @Kodbil 2 ปีที่แล้ว +1

    Hər dəfə nələrsə öyrənirik. Təşşəkkürlər

  • @leylaismayilova9678
    @leylaismayilova9678 2 ปีที่แล้ว +1

    Maraqla dinlediyim novbeti podcast💛

  • @rashadbabashov5567
    @rashadbabashov5567 2 ปีที่แล้ว +2

    Səhər günorta ilə baglı : təxmini 15 -17 il bundan qabaq bibioğlu(maşını ilə) ilə rayona gedəsiyik. Vaxt danışılır bibioğlu qayıtdıki sübh tezdən yola düşəcik. Fikirləşdik ki, əla saat 9 - 10 da catacıq. Bibi oğlu isə dedi ki saat 11 də hazır olun gəlib götürəcəm sizi ))

  • @hacisgndr2328
    @hacisgndr2328 2 ปีที่แล้ว

    Yaz aylarında rayonda olanda meşədə göbələk yığırdım. Əgər bu buna hobbi deyə biləriksə, bu mənim həmin ərəfələrdə hobbim idi. Göbələk toplayanda özümü xoşbəxt hiss edirdim. Təbii ki, yazda rayona gedə bilsəm, sevimli peşəmi davam etdirəcəyəm. :)

  • @samirmemmedzade7940
    @samirmemmedzade7940 2 ปีที่แล้ว

    İlk öncə təşəkkür edirəm ki, belə bir ortam yaratmısız və bizi inkişaf etdirirsiz.Mənim hobbim yemək bişirmək,basketbol oynamaqdı.

  • @mesudveliyev164
    @mesudveliyev164 2 ปีที่แล้ว +2

    Sozum yoxdur. BRAVO!!!!

  • @fettah-
    @fettah- ปีที่แล้ว

    Çox xahiş edirəm video səsi uca olsun. Tam səs verirsən yenə zəif eşidilir. Bütün söhbətlər çox maraqlıdır. Təşəkkür edirəm

  • @nargizbayramova8915
    @nargizbayramova8915 2 ปีที่แล้ว

    Yenə Möhtəşəmsiniz👏👌

  • @nuranamammadova1924
    @nuranamammadova1924 ปีที่แล้ว

    Mənim hobbim ətirli, rəngli şamlar hazırlamaqdı.İndi isə bunu yavaş yavaş kiçik biznese çevirmək istəyirəm☺️

  • @pervinmemmedov9045
    @pervinmemmedov9045 2 ปีที่แล้ว +8

    Mən əvvəllər futbola baxmağı bir hobbi bilirdim kitab oxumağa başlayandan sonra isə mənim küçə fotoqrafiyasına həvəsim yarandı və indi həvəskar olaraq əlimdə fotoaparat şəhərin ruhunu və bəzi maraqlı portret şəkillər çəkməkdən zövq alıram

    • @sevinjnasib
      @sevinjnasib ปีที่แล้ว

      Hemkar) heqiqeten de maraqli hobbi kesf etmisiniz

    • @pervinmemmedov9045
      @pervinmemmedov9045 ปีที่แล้ว +1

      @@sevinjnasib elədir) sizədə uğurlar

  • @shafamammadova
    @shafamammadova 2 ปีที่แล้ว +1

    Fikirləriniz çox maraqlıdı.uğurlar

  • @ayxanhasanov9941
    @ayxanhasanov9941 2 ปีที่แล้ว +3

    Salam Əli və Tural bəy. Ümid edirəm ki yaxşısınız. Mən sizin podkastlarınızı böyük maraqla izləyirəm və düşünürəm ki həqiqətən bizim ölkədə hələki çoxda maraqla qarşılanmayan mövzularda gözəl kontent hazırlayırsınız. Bir fikir olaraq mən isdərdim ki Enis Doko ilə də bir video çəkəsiniz. Özü doçentlik səviyyəsində bir filosof və fizikdi, həmçinin birçox sahə ilə də maraqlanan birisidi. Əsasən din fəlsəfəsi, əxlaq və elm fəlsəfəsi ilə məşğul olur və təkamül və dinin ziddiyətli olmadığını müdafiə edir. Çox üslublu və gözəl bir insandır. Bna görə də əgər dəvət etsəniz məmnuniyyətlə qəbul edəcəyini düşünürəm 😁. İndidən təşəkkürlər

  • @hsnsuleymanov7144
    @hsnsuleymanov7144 8 หลายเดือนก่อน +1

    Nə dərəcədə eyni fikir olsada əsasən kitabları oxumaq və həmin kitabları analiz etmək və paylaşmağı xoşlayıram.

  • @asefdadashov6534
    @asefdadashov6534 2 ปีที่แล้ว

    Öncəliklə, podcast əla əla əla :) hələ ki, videoları like etməklə patron asistanizam və gələcəkdə patron olmağı planlaşdırıram :) hobbilərimə gəlincə; proqramlarla gün ərzində dil oyrənmək mənimdə hobbilərim sırasındadır, əlavə olaraq kalimba çalmağa çalışıram və arada şer yazmağa çalışıram. Yazmağı ümumiyyətlə sevirəm.. podcast hobbilər movzusunda artima gedəcək qədər motivə etdi məni..təşəkkür edirəm hər birinizə.. hobbilərsiz qalmayaq 👍👏

  • @elisleritoplusu7154
    @elisleritoplusu7154 2 ปีที่แล้ว +3

    Demek istediklerimi here bir serhde qeyd eliyib.menim hobbi sayilasi qabiliyyetlerim çoxdu,ama en esasi erinceklik,bide ekser insanlar kimi maddiyyat fikrine qapiliram ve hobbilerimle ne mesgul ola bilirem,nede ise cevire.

  • @gunelbdirbyli7290
    @gunelbdirbyli7290 2 ปีที่แล้ว

    Mən bir təhsil işçisi kimi deyə bilərəm ki,uşaqla işləmək çox asandır. Amma valideynlə çox çətindir. Çünki valideyn nə özü düzgün bünövrə qoymayıb,nə də müəllimlə uşağın arasından çəkilmir.Nə qədər ki,uşağın əvəzinə qərar verən,onun əvəzinə danışan valideynləri var,bu cəmiyyət həmişə belə zədəli uşaqlardan ibarət olacaq...

  • @azadaabdullayeva8515
    @azadaabdullayeva8515 2 ปีที่แล้ว +1

    Emeyinize hormetle 💜

  • @shebnemabbasova5046
    @shebnemabbasova5046 2 ปีที่แล้ว +2

    2 dil öyrənirəm sizin kimi, Tural bəy.alman dilini sıfırdan, rus dilini də inkişaf elətdirirəm.internetdən istifadə edərək.sizin dediyiniz proqramdan da istifadə edəcəcəyəm.var olun🤗🌷

    • @nigararzuqizi
      @nigararzuqizi 2 ปีที่แล้ว

      Salam, men proqramin adini tam anlamadim, eger siz tapmizsa yazarsiz?

  • @raufseferzade
    @raufseferzade 2 ปีที่แล้ว +3

    Podcast manyakı elədiz məni və buna görə sizə minnətdaram

  • @nicatteymurov2001
    @nicatteymurov2001 ปีที่แล้ว

    Hobbim video və şəkil çəkmək həm çinin, dublaj buları edəndə yüksəlirəm sanki ləzzət alıram😊. Təşəkkür edirəm Ali və Tural bəy mükəmməlsiniz!

  • @elvinmirzezade4622
    @elvinmirzezade4622 2 ปีที่แล้ว +3

    Yenə möhtəşəm bir podcast
    Möhtəşəmsiz tək kəlimə ilə hətda deyə bilərəm ki indiyə qədərki ən gözəli bu idi
    Sadəcə zəhmət olmasa cofe beens akademi haqqında daha geniş məlumat verə bilərsiz
    Ya Əli bəy yada Tural bəy öz Instagram səhifələrində bu haqda paylaşım etsələr möhtəşəm olar bu akademi nece olacaq ne zaman olacaq hansı şərtlər daxilində olacaq

  • @nuranamammadzadeh
    @nuranamammadzadeh 2 ปีที่แล้ว +1

    İlk növbədə podcastlara görə təşəkkür edirəm sizə. 💚💙
    Hər zamankı kimi maraqlı mövzulara toxunmusuz.
    Təhsil və tərbiyə çox narahat edən mövzudur məni. Xaricə köçənə kimi bu sahədə çalışmışam.
    “ Çətin tərbiyə olunan” uşaqlarla ( hərçənd ki, çətin tərbiyə olunan uşaq anlayışını qəbul etməsəm də) işləməyi seçmişdim.
    Və o uşaqlarla olan münasibətimə görə əla münasibətimiz yaranmışdı. İndi də danışırıq. Azərbaycanda olanda görüşürdük. Və illərlə qəbul ola bilməyən uşaqların hamısı qəbul oldu həmin il.
    O uşaqlardan özümə qarşı nə tərbiyəsizlik nə də hörmətsizlik görmədim. İlin ortasında onlarla tanış olanda bütün müəllim kollektivi mənə bildirmişdi ki, özünüzü yormayın bunlar düzələn deyil.
    Və mənə deyilən hər bir şeyə qulağımı bağlayıb doğru bildiklərimi etməyə davam etdim. Tək müəllimlərlə deyil uşaqların ailələriylə də mübarizə aparmalı olduğumu anladım.
    Ailə zəng edib mənə deyirdi ki, mən oğlumun ayağını ağaca bağlayıb gecə həyətdə saxlamışam ( həqiqətən də etmişdi atası bunu) mən düzəldə bilmirəmsə siz mədəni adamsız heç düzəldə bilməzsiz.
    Bir gün uşağın biri başı, qolları, ayaqları sarıqlı gəldi dərsə. Atası şüşə butulka ilə döymüşdü uşağı.
    Və o dönəmlərdə bir daha anladım ki, tərbiyəsiz, əxlaqsız, mədəniyyətsiz uşaq yoxdur. O yaşlarda nə etməsindən aslı olmayaraq ən günahsız olan elə o uşaqdır.
    Uşaq evin güzgüsü deyimi ilə sonuna qədər razıyam. Ruhən sağlam böyüyən uşağın faydasız fərd olması mümkünsüzdür.
    Ailələr bu mövzuda maarriflənməlidir. Daha çox bu kimi mövzulara toxunulmalıdır. Efirlərdə ailə psixoloqları olmalıdır, verlişlər hazırlanmalıdır. Ailə mədəniyyəti formalaşmalıdır.
    Bəzi qaydalar qanun çərçivəsində həyata keçirilməlidir. Psixoloji sağlam olmayan insanların ilk öncə özləri dəstək alıb, düzəlib daha sonra valideyn olmağına icazə verilməlidir.
    O uşaqlarla işlədiyim dönəmlərdə o qədər problemlər yaşadım, bəzən ailələr tərəfindən təhdid belə olundum amma dəyərdi bunlara.
    Bugün hər biri iş güc sahibidir. Bəziləri hətta master təhsili alır. Çox düzgün insanlardır. Hər kəs onlardan ümidini üzsə də bir adamın sevgisi, hörməti, güvəni, doğru yanaşması onları bu yerə gətirdi.
    Hörmətli valideynlər, müəllimlər sevin! O uşaqları sevin! Güvənin, hörmət edin, səhv edəndə empatya qurmağı bacarın, hər səhvlərində alçaltmayın, təhqir etməyin, yanlarında olduğunuzu hiss etdirin. O zaman onların necə dəyişdiyini görəcəksiz.
    Mən şəxsən bunu yaşayan adamam. Və mən Amerika kəşf etməmişdim. Sadəcə sevib, güvənib, hörmət edib və daima yanlarında olmuşdum.

    • @nigarvliyeva9336
      @nigarvliyeva9336 2 ปีที่แล้ว +1

      Salam tam olaraq nə etmişdiniz? Mənə maraqlıdır

  • @RufetMuslimzade
    @RufetMuslimzade 2 ปีที่แล้ว

    Ən çox məişət əlaqəli atalar sözü bizdədir.
    Əsirlər boyu məişət həyatı yaşayan xalqın atalar sözü bu qədər olmalıdır.