Eyyub Yaqubov - Mənə Dəniz Verin (Rəsmi Musiqi Videosu)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • Eyyub Yaqubovun "Mənə Dəniz Verin" adlı mahnısı artıq onlayndır.
    Eyyub Yaqubova TH-cam-da abunə ol: mikpro.az/eyaq...
    Musiqi: Nadir Əzimov
    Söz: Sabir Abdinov
    Eyyub Yaqubov sosial şəbəkələrdə:
    Facebook: mikpro.az/eyaq...
    Instagram: mikpro.az/eyaq...
    Genius: mikpro.az/eyaq...
    Eyyub Yaqubov rəqəmsal platformalarda:
    Keçid: mikpro.az/eyaq...
    Sözlər:
    Mənə dəniz verin, tənha qalmışam
    O, mənə ən şirin sözlər deyəcək
    Mənə dəniz verin, bəlkə bu axşam
    Gur sular qapımı gəlib döyəcək
    Səhər açılanda, gecə düşəndə
    Mənə dəniz verin, qoy darıxmayım
    Gözümün yaşında islanım bir az
    Kədərli baxışla ona baxmayım
    Mənə dəniz verin, o, tənha qalıb
    O, məni axtarır, məni gözləyir
    Gedirəm dənizə, dəniz mənimdir
    O dəniz gözlərim səni gözləyir
    Mənə dəniz verin, o, tənha qalıb
    O, məni axtarır, məni gözləyir
    Gedirəm dənizə, dəniz mənimdir
    O dəniz gözlərim səni gözləyir
    Mənə dəniz verin, isinim bir az
    Onun gözlərinə qarışam bəlkə
    Tapım sularında göz yaşlarımı
    Orda taleyimlə barışam bəlkə
    Səhər açılanda, gecə düşəndə
    Mənə dəniz verin, qoy darıxmayım
    Gözümün yaşında islanım bir az
    Kədərli baxışla ona baxmayım
    Mənə dəniz verin, o, tənha qalıb
    O, məni axtarır, məni gözləyir
    Gedirəm dənizə, dəniz mənimdir
    O dəniz gözlərim səni gözləyir
    Mənə dəniz verin, o, tənha qalıb
    O, məni axtarır, məni gözləyir
    Gedirəm dənizə, dəniz mənimdir
    O dəniz gözlərim səni gözləyir
    Eyyub Yaqubov tərəfindən ifa olunan "Mənə Dəniz Verin" parçasının rəsmi videosu. Bu videonun bütün hüquqları “mikpro” MMC tərəfindən qorunur. © 2021
    Etiketlər:
    #EyyubYaqubov #MənəDənizVerin #mikpro
  • เพลง

ความคิดเห็น • 226

  • @trlnrza
    @trlnrza 2 ปีที่แล้ว +312

    Atam denize aparanda bu mahnini oxuyurdu. Allah butun valideynlerin canini sag elesin. Rehmet gedenlere Allah rehmet elesin💙

  • @nuranequluyeva7127
    @nuranequluyeva7127 2 ปีที่แล้ว +114

    Bu İfa mene saf temiz usaqlig arzularini xeyallarini xatirladir.. Keşke usaqken qurduğumuz xeyallar qeder temiz olsaydi Dunyamiz...

    • @med3072
      @med3072 2 หลายเดือนก่อน

      Sanki hər şey safdır təmiz dir plutonik bir məhəbbət kimi

  • @ulkerqasanova7564
    @ulkerqasanova7564 ปีที่แล้ว +29

    Papa, sənin sevdiyin mahnılarda tapıram özümü. Çox darıxıram sənin üçün. Bəlkə bu musiqi qucaqlayar məni…🤍

    • @maksaliyev
      @maksaliyev 7 หลายเดือนก่อน +1

      Cox yaxshi anlayiram sizi 💔 bu mahnilar kecmishi, ushaqligimi xatirladir, orda atam var idi 😪 Allah cemi valideynlere can sagligi versin, dunyasini deyishenlere ise rəhmət elesin 🙏🏻

    • @ulkerqasanova7564
      @ulkerqasanova7564 7 หลายเดือนก่อน

      @@maksaliyev Amin🙏🏼

    • @user-dc3hg1hp4o
      @user-dc3hg1hp4o 6 หลายเดือนก่อน

      🫤🫤

  • @Abdullayeva_Aynur
    @Abdullayeva_Aynur 3 ปีที่แล้ว +135

    yağışlı, soyuq havada tam yerinə düşdü mahnııııııı

    • @intigamgasimzade1919
      @intigamgasimzade1919 3 ปีที่แล้ว +3

      Gözəl ifadır. Söz yox...

    • @aybenizisaxtar2882
      @aybenizisaxtar2882 2 ปีที่แล้ว +2

      YAĞIŞLI,. SOYUQ. HAVADA. TAM. YERİNƏ DÜŞDÜ💯💖💘 MAHNIIIIIII

    • @qadirabdullayev409
      @qadirabdullayev409 2 ปีที่แล้ว +2

      Bakı nın Dənizi bir başqadır❤️

    • @yalcnnzrov1004
      @yalcnnzrov1004 ปีที่แล้ว +3

      Yağışlı, soyuq havada dəniz haqda mahnıya qulaq asmaq?

    • @zakirbagirov867
      @zakirbagirov867 ปีที่แล้ว +2

      Klipin son kadrları çox şeydən xəbər verir. Buraxılmış imkan...

  • @gyb6562
    @gyb6562 หลายเดือนก่อน +2

    Babam mektebe aparanda her seher 07-sinde bu mahnini qoyurdu bir dene de shokolad❤ Ruhu shad olsun

  • @cimboom8378
    @cimboom8378 ปีที่แล้ว +5

    İzlənmə az ola bilər amma bu o demək deyil ki bu mahnı pis mahnıdır əksinə bu Eyyub bəyi dinləyən insanların gözəl fərqli seçici zövqə sahib olduğunu bildirir fikrimcə 🥰

  • @fsankamilismayll4832
    @fsankamilismayll4832 ปีที่แล้ว +21

    Dünən 3il oldu yoxsan Papa bu mahnını çox oxuyardı...Nece səni xatırlayıram o illəri 🥺

  • @noahleblanc1974
    @noahleblanc1974 ปีที่แล้ว +34

    Truly one of the best ever, sending love from America. Sağol Eyyub!

  • @KenanMusayev-g3q
    @KenanMusayev-g3q 2 หลายเดือนก่อน +4

    Doğma uşaqlıq, səhər tezdən pəncərədən içəri qaçışan günəşin şüaları, tasasız və qayğısız bir uşaq, Aztv-nin klipləri bu mahnı, Eyyub əminin yumşaq təbiəti və bu mahnını duyacaq ruha sahib bir uşaq, ehh nə günlər keçdi bu nafiravan ömürdən...😢

  • @realmadridli4126
    @realmadridli4126 2 ปีที่แล้ว +29

    Şu sese bak be, maşallah usta.

  • @nuranehesenova4253
    @nuranehesenova4253 5 หลายเดือนก่อน +6

    Çox sakitləşdirir insani belə ifalar

  • @РиммаМурадян-и9ц
    @РиммаМурадян-и9ц 2 ปีที่แล้ว +23

    Настоящий Бакинец. Вот с такими мы жили и уважали друг друга! !!!

    • @kralnebukatnezar7646
      @kralnebukatnezar7646 ปีที่แล้ว +4

      Vaxt gələr xalqlarımız arasında sülh olar Bakıya qonaq gələrsiniz

    • @googleuser4053
      @googleuser4053 ปีที่แล้ว +4

      @@kralnebukatnezar7646 yox bir daha ne 😂

  • @zekibican7833
    @zekibican7833 2 ปีที่แล้ว +20

    Her şarkısı güzel ustanın.

  • @tauntes
    @tauntes 2 ปีที่แล้ว +95

    Klipdək qiz 2019 xərcəngdən vəfat edib yaziram ki xatirələrdə qalsin

  • @fridkrimov9435
    @fridkrimov9435 ปีที่แล้ว +27

    Eyyub müəllimin bütün mahnıları gözəldi. Hamısı da nostalji hislər yaşadır insana. Uşaqlığını xatırladır.

  • @hhayat19
    @hhayat19 3 ปีที่แล้ว +28

    Gecənin bir yarısı nədənsə ağlıma gəldi bu mahnı. Öz-özümə zümzümə edirdim🤭😅

    • @aqilaliyev1097
      @aqilaliyev1097 ปีที่แล้ว +1

      Eyniyle😂 sevirem bütün mahnilarını

    • @hhayat19
      @hhayat19 17 วันที่ผ่านมา +1

      ​@@aqilaliyev1097bu gecə yenə yadıma düşdü ❤

  • @КаанХазарский
    @КаанХазарский 3 ปีที่แล้ว +56

    Салам Азербайджан.
    Одна из самых любимых песен в его исполнении .
    Эйюб Ягубов живи💯👍🙏

  • @fatimazeynalova
    @fatimazeynalova 3 ปีที่แล้ว +53

    Payız qoxulu, yağışlı günə özəl olsun💙

  • @turkogluturk7561
    @turkogluturk7561 2 ปีที่แล้ว +26

    Salam Hamıya! Eyyub məllim Azərbaycan respublikasının bir mirvarisidir .
    Eyyub Yaqubov çox dərin mənalı oxuyandir
    Halal olsun sənə Ay Eyyub yaradırsan həmişə! Gözəl günlər arzulayıram

  • @elnurcabbarov2237
    @elnurcabbarov2237 2 ปีที่แล้ว +25

    Elə mahnılar var ki, illər keçsə də heç vaxt ölmür...

  • @cimboom8378
    @cimboom8378 ปีที่แล้ว +17

    Uşaq vaxtı bu mahnılarınızı çox eşidərdik Eyyub bəy ama o zamanlar çox fərqinə varmazdıq sözlərinin. Artıq böyüdük her cümləsində bir məna var hər mahnınızın

  • @orkhanorkhan6800
    @orkhanorkhan6800 2 ปีที่แล้ว +11

    2000 2001 2002 2003 2004 Yay günleri yada düşür Eyyub mellime can sağlığı uzun ömür Böyük sənətkar senet uğurları

  • @mummahe
    @mummahe ปีที่แล้ว +11

    Azerbaycanin insani sevgi haqqinda yazmadigi nadir mahnilardan biri

  • @nata_aliyeva
    @nata_aliyeva 3 ปีที่แล้ว +38

    Eyyub bey ! Sizi cox isteyirem, Allah sizi qorusun! AMIN!

    • @aybenizisaxtar2882
      @aybenizisaxtar2882 2 ปีที่แล้ว

      EYYUB. BEY ! SİZİN. COX. İSTƏYİRƏM,. ALLAH SİZİ. QORUSUN! AMİN 💋💘

  • @ГользиганФаттахова-п4ч
    @ГользиганФаттахова-п4ч ปีที่แล้ว +5

    Эюб Якубов! Вы лучший певец С уважением Фаттахов Тимур

  • @SahilAhmadov
    @SahilAhmadov 3 ปีที่แล้ว +18

    Bu soyuq havada dəniz yada dusmur ancaq Bu gozel mahniyla kecmis yada dusur

  • @azemusictime
    @azemusictime ปีที่แล้ว +3

    dünən boltda sürücü bu mahnını oxudurdu, yolda o qədər ləzzət elədi ki bu mahnı, sevindim ki hələ də retronu yaşadanlar var, düşəndə çayavoy verdim sırf bu mahnıya görə :)

  • @igorositkovsky9780
    @igorositkovsky9780 3 ปีที่แล้ว +17

    ОТ ДУШИ - СУПЕР -КЛАССС !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  • @resadibirahimov8456
    @resadibirahimov8456 4 หลายเดือนก่อน +1

    gözəl oxuyur sözləridə musiqisidə superdi❤😢

  • @user-th3gl9iv7h
    @user-th3gl9iv7h 2 ปีที่แล้ว +11

    Одна из моих ЛЮБИМЕЙШИХ песен,ОБОЖАЮ !!!
    Эйюб, в Вашем исполнении
    эта песня очень КРАСИВО звучит,ОГРОМНОЕ СПАСИБО ВАМ !!!!

  • @seferturabov3540
    @seferturabov3540 8 หลายเดือนก่อน +3

    Bu mahnıya qulaq asanda nəqədər dərdim var nə qədər qəmim unuduram min yaşa böyük senretkar

  • @emrahsuleymanli7845
    @emrahsuleymanli7845 3 ปีที่แล้ว +17

    Bəh bəh maşAllah Can Eyyub bəy Allah sizi var eləsin mənim sevdiyim musiqi bütün ifa etdiyiniz musiqilərin möhürünü vurmusunuz Allah sizi əskik eləməsin əvəzolunmaz möhtəşəm sənətkarımız hamımız sizi çox sevirik sizin ifa etdiyiniz bütün musiqilərlə ruhumuz qidalanır bizim Bakımızın çırağı Allah sizi qorusun bizə çox görməsin Aminn 🤲🤲🤲❤🌹🌹🌹👍👍👍👍👍👍👍👍👍

  • @SolistAze
    @SolistAze 3 ปีที่แล้ว +12

    Mənə elə gəlir Eyyub bəyin şəhərdə gördüyü dənizə görə bu mahnı yadına düşüb 😄

  • @vuqarvuqar7913
    @vuqarvuqar7913 2 ปีที่แล้ว +7

    Allahın bir möcüzəsi öz gözümlə gördüm dəniz qraqnda birdən əziz dostumu yadıma düşdü çox sevirdi denizimiz oduki adna bərkdən qsqrb onuqsqrb caqrdm gözəl bir halla qaslasdm sudan bir balıq cxb yenidən duya atld bu hadisə kecənl olmuşdu ürəyim elə bil durdu allahmz qurban olum

  • @endlessmusic7888
    @endlessmusic7888 3 ปีที่แล้ว +11

    Butun klipler yuklensin

  • @Hesen_Eliyev_056
    @Hesen_Eliyev_056 2 ปีที่แล้ว +8

    04 03 2022 ci il Azerbaycan Şamaxi Şeheri xatire qalsin 🇦🇿🇦🇿🇵🇰🇵🇰🇹🇷🇹🇷

  • @rovsenmursalov6316
    @rovsenmursalov6316 2 ปีที่แล้ว +3

    Deniz hasarda! Özümüz denize hesret qalmışıq!
    Her şey "biznes" olub. Gedende aparacaqlar!
    ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️👍🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🌷🌷🌷🌷🌷🌷🌷🌙🌙🌙🌹🌹🌹🌹🌹🌹🌹⭐⭐⭐⭐⭐⭐🌙🌙🌙🌙🌙🌙🌙🤲🏻🇹🇷🇹🇷🤲🏻🇹🇷🤲🏻🤲🏻🇹🇷🇹🇷🤲🏻🤲🏻

  • @AgaceferRustemli
    @AgaceferRustemli 2 หลายเดือนก่อน +1

    Təşəkkürlər Nadir Əzimov və Eyyub Yaqubov. Möhtəşəm əsərdi. Allah hər ikisinə can sağlığı versin.

  • @fexreddinelsever2679
    @fexreddinelsever2679 ปีที่แล้ว +5

    Klip çox gözəl çəkilib. Eyyub bəyin ifasında bu şedevrdir, əhsən Eyyub bəy.

  • @shahidalizade4937
    @shahidalizade4937 3 ปีที่แล้ว +12

    Cana məlhəm

  • @ЗаремаШералиева-в6ы
    @ЗаремаШералиева-в6ы 3 ปีที่แล้ว +18

    Не могу не написать ваш волшебный голос Браво!!! Пойте радуйте нас🤩🤩🤩🤩

  • @РиммаМурадян-и9ц
    @РиммаМурадян-и9ц 2 ปีที่แล้ว +15

    Класс!!!! Просто Класс! Этот язык очень близок нам Бакинцам! Так же как армянский!

  • @taranaasadova9460
    @taranaasadova9460 3 ปีที่แล้ว +19

    Allah sizi qorusun

  • @ulkerceferova8399
    @ulkerceferova8399 ปีที่แล้ว +3

    İnsanın hər şeyi özüyçün isdədiyi kimi rahat qurması çox gözəl işdir Məncə Allah cəmi isdəyənlərə nəsib etsin İnşaalah Mənim kimi Azad rahat Sərbəst ☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️

  • @momamba5131
    @momamba5131 ปีที่แล้ว +1

    Ümidsiz insanların susduğu bir dünyada buralar tez-tez gəldiyimiz yerlər olur

  • @mamedmamedov1584
    @mamedmamedov1584 3 ปีที่แล้ว +17

    Bravo Eyyub sənətkar!!!

  • @neraasimova5221
    @neraasimova5221 หลายเดือนก่อน

    Sagolsunlar bu mahını yazanlar Nadır Əzimov , Sabir Abdinov . Cox teesuf ki indi belə mahnilari yazan yoxdur . Ayrica tesekkur Eyyub bəyə👋👋👋

  • @orkhanorkhan2425
    @orkhanorkhan2425 2 ปีที่แล้ว +7

    Eyyub mellim Allah sizə cansağlığı versin siz böyük sənətkar olmaqdan əlavə həmdə gözəl xasiyyətiniz həmdə böyük sənətkarsiz var olun

  • @СамедГасанов
    @СамедГасанов 2 ปีที่แล้ว +5

    Bir omr qulag asacagim Eyyub ve mahnilari ..

  • @ShahinXalilov
    @ShahinXalilov ปีที่แล้ว +1

    Bu mahnıya qulaq asanda sinirlərim sakitləşir.

  • @natofortex3032
    @natofortex3032 3 ปีที่แล้ว +13

    UGURLAR🖤

  • @seymurnebiyev5526
    @seymurnebiyev5526 3 ปีที่แล้ว +6

    Can bakim cox uzaqlardayam senden cox darixmisam sensiz Hamiya salam olsun xow gunler arzulayiram

  • @raufmikayilov4557
    @raufmikayilov4557 2 ปีที่แล้ว +5

    Insanim ruhunu sakitlewdiren ses.sesin var olsun

  • @QasimMhrrmova-wy7tx
    @QasimMhrrmova-wy7tx 23 วันที่ผ่านมา

    Bu mahnılarla yaşayırıq!

  • @_miss...
    @_miss... 3 หลายเดือนก่อน

    Exx semral. Gozel umidlerimiz var idi.

  • @RahibAyvazov1001
    @RahibAyvazov1001 ปีที่แล้ว +2

    🖤 möhtəşəm duyğular,dinlədikcə insanı uzaqlara aparır müsiqi

  • @nvrtarverdiyev7686
    @nvrtarverdiyev7686 2 ปีที่แล้ว +4

    😥😢👍🏻👍🏻ötən illəri xatrladr

  • @elcinhuseynov807
    @elcinhuseynov807 ปีที่แล้ว +1

    Eyyub bey sizin her oxudugunuz mahni insana zovq verir.Mahnida sedevrdi. ❤❤❤

  • @ayddiin
    @ayddiin 3 ปีที่แล้ว +12

    Eyyub Sevənler Like

  • @googleuser4053
    @googleuser4053 ปีที่แล้ว +1

    can Eyyub bey Allah sizi bize esirgemesin ❤❤❤

  • @muradlixanov9536
    @muradlixanov9536 ปีที่แล้ว +1

    Tez-Tez qulağ asiram

  • @turanazeynelova4714
    @turanazeynelova4714 2 ปีที่แล้ว +3

    Süper ifaaa❤️❤️❤️❤️❤️❤️❤️

  • @resadibirahimov8456
    @resadibirahimov8456 3 หลายเดือนก่อน

    eyyubun ən gözəl 2 mahnisindan biridi bu mahni😢

  • @vendettavendetta7758
    @vendettavendetta7758 3 หลายเดือนก่อน +1

    5 ildi bu mahniya qulaq asiram bele mahni 2.3 mahni var denize aid biz denizciler qulaq asiriq
    Mənə dəniz verin, tənha qalmışam,
    O, mənə ən şirin sözlər deyəcək.
    Mənə dəniz verin, bəlkə bu axşam,
    Gur sular qapımı gəlib, döyəcək.
    Mənə dəniz verin, tənha qalmışam,
    O, mənə ən şirin sözlər deyəcək.
    Mənə dəniz verin, bəlkə bu axşam,
    Gur sular qapımı gəlib, döyəcək.
    Mənə dəniz verin, o tənha qalıb,
    O, məni axtarır, məni gözləyir.
    Gedirəm dənizə, dəniz mənimdir,
    O dəniz gözlərim səni gözləyir.
    Mənə dəniz verin, o tənha qalıb,
    O, məni axtarır, məni gözləyir.
    Gedirəm dənizə, dəniz mənimdir,
    O dəniz gözlərim səni gözləyir.
    Mənə dəniz verin, isinim bir az,
    Onun gözlərinə qarışam bəlkə.
    Tapım sularında göz yaşlarımı,
    Orda taleyimlə barışam bəlkə.
    Səhər açılanda, gecə düşəndə,
    Mənə dəniz verin, qoy darıxmayım.
    Gözümün yaşında islanım bir az,
    Kədərli baxışla ona baxmayım.
    Mənə dəniz verin, o tənha qalıb,
    O, məni axtarır, məni gözləyir.
    Gedirəm dənizə, dəniz mənimdir,
    O dəniz gözlərim səni gözləyir.

  • @roysenabdullayev5494
    @roysenabdullayev5494 2 ปีที่แล้ว +3

    Çox gözəl xəyalara aparır bu musiqi super super

  • @ulker3357
    @ulker3357 3 ปีที่แล้ว +5

    Hamiya deniz lazim..

  • @user-dimrik
    @user-dimrik 4 หลายเดือนก่อน

    Обожаю эту песню 😢

  • @hesenhesenzade7546
    @hesenhesenzade7546 ปีที่แล้ว

    Uşaqlıq vaxtımın klipi. 5 yaşımda olanda hər axşam bu klipə baxırdım və bu mahnını dinləyirdim. İndi mənim 26 yaşım var. Eyyub müəllim, var olun. Amin. Allah canınızı sağ eləsin. Amin. Uğurlarınız bol olsun. Amin.

  • @gulgezabbasova6891
    @gulgezabbasova6891 2 ปีที่แล้ว +2

    Gözəl sənətkar və gözəl insan

  • @esmirasfiyeva1106
    @esmirasfiyeva1106 ปีที่แล้ว

    Dəniz çox canları alıb.Amma onu seyr etmək gözəldi.Bu mahnıda bir başqa aləmdi.👍

  • @ulkerceferova8399
    @ulkerceferova8399 ปีที่แล้ว

    Dəniz kənarında öz əllərinlə təzə təzə Hındıl dərib yeməyin öz xüsusi ləzzəti var 🤌🤌🤌🤌🤌🤌🤌🤌🤌

  • @ulkerceferova8399
    @ulkerceferova8399 ปีที่แล้ว

    Çox soyuq dumandı həmişəki kimi Dəniz Mənimdir ☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️

  • @GenceVip-l9k
    @GenceVip-l9k 3 หลายเดือนก่อน

    XEZER YANI DŌVLETLERĪN ĪÇĪNDE EN NURLU YER AZERBAYCAN ERAZĪSĪDĪ 🎉❤🇦🇿❤️

  • @cimboom8378
    @cimboom8378 ปีที่แล้ว +5

    Ne üçün belədir bu həyat? Bucür əvəzolunmaz ifaya cəmi 275 min insan qulaq asıb. Ama birisi sinəsini başını açıb yalandan miyolduyur milyon izlenme gəlir.. həqiqətən ədalətsiz dünyadır

  • @esmirasfiyeva1106
    @esmirasfiyeva1106 ปีที่แล้ว

    Bəh bəh bəh yaşadır adamı, bu mahnılar.👍👏

  • @elcansahvernov3331
    @elcansahvernov3331 2 ปีที่แล้ว +2

    Mənəə dənizzz verinnnn

  • @ChanganA05
    @ChanganA05 ปีที่แล้ว

    Sevilən seçilən bir mahni və Eyyub yaqlbov

  • @ferhadqafarov5629
    @ferhadqafarov5629 2 ปีที่แล้ว +2

    Браво браво только браво

  • @DilareTagiyeva-bx1cg
    @DilareTagiyeva-bx1cg 3 หลายเดือนก่อน

    Super

  • @shruzxudai2700
    @shruzxudai2700 2 ปีที่แล้ว +1

    Mənə dəniz verin ))))) inanın helede qulağ asanda insan dincəlir

  • @gazi_yalniz
    @gazi_yalniz 2 ปีที่แล้ว

    Eyyub Yaqubov seni varlığında sevmek deyer vermek Cox gizeldir.ses muhteşem ma see Allah.seni Allah ucun sevirem.Sevda Abdiyeva♥️🌹🌹qardasim menim

  • @ceyhunmiramov9912
    @ceyhunmiramov9912 9 หลายเดือนก่อน

    Eyyub muellim sesiniz bizi cox kovreldir gozel senetkar .

    • @fuadIsmyzd666
      @fuadIsmyzd666 6 หลายเดือนก่อน

      Salam, bu mahnının sözlərini Lotu Quli yazıb. Musiqisidə Rövşən Lənkəransi bəstələyib. Böyük qardaşlara rəhmət oxu ki bu dunyada xeyir görəsən

  • @TMMDV777
    @TMMDV777 2 ปีที่แล้ว +3

    Canlı Əfsanə 👍🏻

  • @sevincahadova3534
    @sevincahadova3534 2 หลายเดือนก่อน

    Gozel

  • @aqilaliyev1097
    @aqilaliyev1097 ปีที่แล้ว

    Bu mahnilarla böyüdüm ve bu mahnılarla yaşayıram

  • @Maisas.777
    @Maisas.777 2 หลายเดือนก่อน

    Eyyub əmi 🤍

  • @cosqunabdullayev8608
    @cosqunabdullayev8608 2 ปีที่แล้ว +1

    Gözəl ifa gözəl sənətkar var ol.

  • @FatimeEliyeva-b2v
    @FatimeEliyeva-b2v 25 วันที่ผ่านมา

    LutfenLutfenEyyub Yaqubovun niye yuklenmir axi menim internetim yixdur .men bu mahnilara qulaq asmaq isteyirem

  • @ehmeddeniz8087
    @ehmeddeniz8087 ปีที่แล้ว +1

    Adim Denizdi atam ad günümde qoymusdu ozaman tanidim bu gozel maxnini

  • @tofiqzeynalov4169
    @tofiqzeynalov4169 7 หลายเดือนก่อน +2

    Bu mahnının sözlərini yazan Sabir Abdinov uzun müddət Azərbaycan Respublikasının prokurorluq orqanlarında işləmiş və xidməti vəzifələrinin yerinə yetirilməsində göstərdiyi xidmətlərə görə Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2008-ci il tarixli sərancamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmişdir.

    • @fuadIsmyzd666
      @fuadIsmyzd666 6 หลายเดือนก่อน

      Salam, bu mahnının sözlərini Lotu Quli yazıb. Musiqisidə Rövşən Lənkəransi bəstələyib. Böyük qardaşlara rəhmət oxu ki bu dunyada xeyir görəsən

  • @vasifmehdiyev9566
    @vasifmehdiyev9566 3 ปีที่แล้ว +6

    Menede dəniz lazım

  • @anarpasazade3760
    @anarpasazade3760 3 หลายเดือนก่อน

    Soyuq havalarda çəkilən isti klip

  • @АЛИЕВНАТИК-о5с
    @АЛИЕВНАТИК-о5с 3 ปีที่แล้ว +4

    👍👍👍👍👍

  • @ibrahimchobanzada6636
    @ibrahimchobanzada6636 2 ปีที่แล้ว +1

    Bu mahniya qulaq asanda 7yasim variydi )

  • @logmangullerov235
    @logmangullerov235 2 ปีที่แล้ว +1

    Super mahnidi 👍👍🎶🎶🎶

  • @kenanhasanov4593
    @kenanhasanov4593 ปีที่แล้ว +1

    Mənim kim bilir və Abşeronum mənim mahnılarından xoşum gəlir amma bu mahnıdan xoşum gəlmir. Bu məndən asılı olan bir şey deyil. Buna qulaq asanda ürəyim çox darıxır o gün avtobusda biri telefonda bunu qoymuşdu belə oldu

  • @TT049
    @TT049 ปีที่แล้ว

    İçirəm yanıma xəyalən gətirir badə səni...!

  • @csart8811
    @csart8811 ปีที่แล้ว

    Sənət və sənətkar Super

  • @67pik17
    @67pik17 2 ปีที่แล้ว +1

    Mene deniz verin gòz yaşimda islanim bir az😔

  • @validemahmudova9539
    @validemahmudova9539 ปีที่แล้ว

    Ben de çoook özledim seni DENİZim