Fuad Əliyev iki icra başçısına xəbərdarlıq etdi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev youtube kanalında çıxışı.
    Partiyanın elektron poçtuna vətəndaşlardan yüzlərlə müraciət, şikayət daxil olur. Vətəndaşların şikayətləri əsasən məmur özbaşınalığındandır. Biz çalışırıq bu məsələləri içtimailəşdirmədən vətəndaşlara köməklik edək, problemləri həll edək. Amma bəzi məmurlar “get, kimə şikayət edirsən, et” deyərək, əlavə problemlər yaradırlar. Kiməsə güvənən məmurlardan biri Qobustan Rayon İcra Hakimiyyətin başçısı Adil Məmmədovdur. Bu Adil Məmmədov 2011-ci ildən bu vaxtadək, yəni, 10 ildir ki, Qobustan rayonunda “padşahlıq” edir. Adil Məmmədovdan şikayətlər fermerlər, ucqar kəndlərində yaşıyanlardan gəlir.
    Qobustan rayonunda insanların hüquqları hər sahədə kobudcasına pozulur. Ən çox da torpaqlarla bağlı. Adil Məmmədov və onun məmurları əkin sahələrini başqa-başqa adamlara satıblar. Fermerlər və kəndlilərə məxsus torpaqlar kənardan gələnlərə satırlar. Kənd təsərrüfatı üçün olan torpaqlarda
    icra hakimiyyətinə pull verib ev, villalar tikirlər.
    Şikayətçilər bildirirlər ki, çoxlarına hədə-qorxu gəlirlər, hədələyirlər. Buna görə də çoxları səsini çıxartmırlar.
    Qobustan rayon sakinləri bildirirlər ki, bu problemlə bağlı dəfələrlə şikayət ediblər. Heç kim Adil Məmmədova dur demir. Belə çıxır ki, bu ölkənin qanunlarının ona aidiyyatı yoxdur. Sanki ölkə başçı İlham Əliyev yerlərdə məmur özbaşınalıqlarına son qoyulması barədə çağırışlarını eşitmir kimi. Adil Məmmədova bu cəsarəti görəsən kim verir?
    Şikayətçilər məktublarında bildirirlə ki, əsassız olaraq alınmış yerlərin qaytarılmasında onlara köməklik edim. Mən də öz növbəmdə onlara köməklik etməyə çalışacağıma söz verdim. Adil Məmmədov, bu problemləri şişirtmədən həll edin. Əks təqdirdə bizim hüquqşünaslar hüquqi müstəvidə bu məsələləri həll edəcəklər.
    Demək olar ki eyni problemlərlə Xızı rayonun sakinləri üzləşiblər. Şikayətçilər Xızı Rayon İcra Başçısı Xəzər Aslanovun öz qanunsuz əməlləri qeyd edirlər. Qeyd edim ki, Xəzər Aslanov da 10 ilə yaxındır ki, Xızı rayonunda “padşahlıq” edir.
    Maraqlıdır ki, bir neçə il ərzində Prezident Adminstrasiyasına edilən çoxsaylı şikayətləri özünəməxsus üsulları ilə “zərərsizləşdirməyi” çox asanlıqla bacarır. Xəzər Aslanov Adil Məmmədov kimi kiməsə arxayındır. Şikayətçilər bildirirlər ki, otlaq üçün nəzərdə tutulan torpaqlar zəbt olunub. Onların dediklərinə görə Xəzər Aslanovun razılığı ilə torpaqlar Milli Elmlər Akademiyasının balansına verilib. Bununla bağlı mən partiyanın hüquqşünaslarına tapşırıq verdim ki, bu məsələni araşdırsınlar. Əqər bu qeyri-qanuni əməllər öz təsdiqini tapsa, onda bu məsələdə hüquq müstəvəsində, məhkəmədə öz həllini tapacaq.

ความคิดเห็น •