Kartınızdan çəkilən pulları qaytarmaq olar?
ฝัง
- เผยแพร่เมื่อ 5 ก.พ. 2025
- Özlərini bank əməkdaşı kimi təqdim edən dələduzlar bank müştərilərinə zəng edərək onları bu cür aldadır, hesablarındakı pulları mənimsəyirlər. Dələduzlar sualları elə peşəkarcasına verirlər ki, bəzən vətəndaşın onlara inanmamaq şansı olmur və nəticədə şəxsi məlumatlarını ötürür. Amma diqqətli olmaq lazımdır: bu tərzdə sualların vatsap vasitəsilə verilməsi, xarici nömrələrdən zənglər artıq şübhələnməyə əsas verir. Mərkəzi Bankdan deyirlər ki, dələduzluq hallarının əsasən mobil telefon, sosial şəbəkə üzərindən həyata keçirilməsinə səbəb onlayn əməliyyatların və nağdsız dövriyyənin həcminin artmasıdır. Mütəxəssislər deyir ki, banklar müştərilərin fərdi məlumatlarını qoruyur. Lakin vətəndaşların elektron xidmətlərdən düzgün istifadə edə bilməməsi nəticə etibarilə özlərinə ziyan vurur. O ki qaldı oğurlanan pulların geri qaytarılmasına, nə qədər ağır olsa da, bunu gözləməyə dəyməz. #bank #pul #kredit #kart
/ ictimai.tv
/ ictimaitv.official
t.me/tvictimai
itv.az/
#ictimaitv #video #televiziya #baku #videolar #itv