Azeri retro mahnilar

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 มี.ค. 2019

ความคิดเห็น • 390

  • @lemanqedirli7801
    @lemanqedirli7801 2 ปีที่แล้ว +872

    Təsadüfən çıxdı bu playlist , yoxluğunu qəbul etmədiyim xalamı xatırlatdı . Çox xoşluyurdu bu mahnıları , nə iş görsə həmişə zümzümə edərdi . Heç yaxşı bir həyatı yox idi , amma həmişə gülərüz idi . mən hər tətildə onlara gedirdim , dialez xəstəsi idi , çox əziyyət çəkirdi ağrılardan ,amma yaşamağı da sevirdi . Onu sevindirmək üçün həmişə evin işini mən görürdüm , indi qohumlar bir yerə yığışanda onun oxşayan olan hər hansısa hərəkəti kimsə edəndə ordan qaçıram. Hər tut yetişəndə onlara gedirdik. Mən tutu heç sevmirəm , amma uşaq vaxtı tək gedə bilmədiyim üçün ən yaxşı bəhanəm idi .Ölümündən əvvəl tut ağacı qurudu , sanki bilirmiş kimi … Aylardır , gözyaşlarımı gözlərimin kölgəsində gizlədirəm , amma bu mahnılar oxuduqca onunda səsi canlanır qulağımda . Bir gün səsini unudaram deyə , buralara da gəlməz idim . Amma o özü gəldi yanıma . Tək bir şey deyəcəm , ola bilər bunu çox eşitmisiz . Amma sevdikləriniz sağ ikən onlara sevginizi xəyalınızdakı kimi göstərin . Buna görə içim rahatdır , amma gərək ona daha çox sarılıb , öpərdim .

    • @kamalnebiyev4872
      @kamalnebiyev4872 2 ปีที่แล้ว +33

      Kövrəldin meni .təkrar təkrar oxudum.Allah rəhmət etsin

    • @HSYNN118
      @HSYNN118 2 ปีที่แล้ว +15

      Allah rəhmət eləsin

    • @ismayiljahangirli8476
      @ismayiljahangirli8476 ปีที่แล้ว +19

      Doğrudur, mənəvi rahatlıq tapmaq üçün sağ ikən sevgimizi göstərməliyik əks halda sonra yaşamaq çətin olacaq bizə. Məkanı Cənnət olsun xanımın.

    • @ingilisdilidrslrirasefhese7519
      @ingilisdilidrslrirasefhese7519 ปีที่แล้ว +11

      Allah remet etsin

    • @velixanbedelov6563
      @velixanbedelov6563 ปีที่แล้ว +11

      Allah rəhmət eləsin

  • @blackandwhite4555
    @blackandwhite4555 2 ปีที่แล้ว +652

    Vaxti ile boyukleriniz dinleyende hec zovqunuzce olmadigini dusunduyunuz mahnilari indi siz zovqle dinleyirsizse demeli boyumusuz😔

  • @AXMEDMAQALASVILI
    @AXMEDMAQALASVILI ปีที่แล้ว +207

    Bu mahmıya qulaq asan gənclər özünüzü qoruyun. Gələcəyimiz bu mahnıya qulaq asıb sakitlik tapan gənclərə əmanətdir.

  • @cefer0vh_
    @cefer0vh_ ปีที่แล้ว +46

    Ara sıra qulağ asırdım retro və bəzi oynağ mahnılara atam həmişə axşam işdən gəlib yeməyini yeyə yeyə televizorda belə mahnılar oxuyanda özü də zümzümə eliyirdi,mən isə bəzən bezirdim deyirdim ata az oxu filan,deyirdi hələ başa düşməmisən ama vaxt gələcəy çox yaxşı başa düşəssən.İndi isə atam 2 ildi rəhmətə gedib və televizordan gələn retro mahnıları heç vaxt eşidə bilmədim.İndi çox yaxşı başa düşürəm,bütün gün bayağı və retro mahnılara qulağ asıram.2 şeyə görə peşman olmuşam.1.Atamı vaxtında başa düşməməyim,2.Yetərincə qayğısına qala bilmədim,son anlarında yanında ola bilmədim.Ona görə də sevdiklərinizə vaxtında dəyər verin.Olmayanda o göstərmədiyiniz sevgiyə görə peşman olacağsız.Allah bütün valideynlərə rəhmət eləsin.Hamımızın üstündə əziyyəti olub kiminin az kiminin çox.Arada bəyənin yolda,metroda gedəndə gəlim qulağ asım.🖤

  • @Aysun_323
    @Aysun_323 5 หลายเดือนก่อน +15

    Köhnə mahnılar, köhnə kitabların yeri başqadır🖤

  • @ramilmuradov6260
    @ramilmuradov6260 2 หลายเดือนก่อน +13

    Çox gözəl mahnılardır 90 lar burdasız yazın ,əvvəl dərk etmirdik bu gözəl mahnıları, indiki mahnılarla bunların fərqinə bax ,Məndən də xatirə qalsın

    • @ayisg6108
      @ayisg6108 2 หลายเดือนก่อน

      Geldim ee geldim

  • @23008
    @23008 ปีที่แล้ว +99

    Bir vaxtlar evdəkilər qulaq asanda əsəbləşiridm ki, bu nədi qulaq asırsız... Amma indi qulaq asıram insanın ruhu dincəlir..Retro mahnıların yeri bir başqadi...🖤✨

  • @elmanahmedov5804
    @elmanahmedov5804 2 ปีที่แล้ว +76

    Azərbaycan musiqisinin əzəməti elə ondan ibarətdir ki, onu dərk etmək üçün illər keçməlidir. Odur ki, heç kim özünü günahlandırmasın. Elə bu günün özündə də gözəl mahnılarımız bəstələnir. İllər ötəcək, bu gün qiymət vermədiyimiz mahnılar da gələcəkdə dinlənilən retro mahnılara çevriləcək. Bu Azərbaycan musiqisinin nə qədər möhtəşəm olduğunun sübutudur. Yaxşı musiqi (mahnı) dəbdə olan deyil, zümzümələrə çevrilə bilən musiqidir.

  • @loveyourself8501
    @loveyourself8501 2 ปีที่แล้ว +78

    Balaca vaxtı bu mahnıları sevməz,dinləməzdik.. İndi isə belə mahnılar olmadan günümüz keçmir.Həyat..

    • @firahasa5180
      @firahasa5180 2 ปีที่แล้ว +3

      By mahnilar meni yasad8r

    • @loveyourself8501
      @loveyourself8501 2 ปีที่แล้ว +1

      @@firahasa5180 Məni də:)

    • @amp3954
      @amp3954 ปีที่แล้ว

      Duz dejirsiz Ushag vachtinda rus machnilarina dinlejirdim Indi Ise bizim musiginin dahi olmagini anlajiram.

  • @blackandwhite4555
    @blackandwhite4555 2 ปีที่แล้ว +71

    İndi basa dusurem ki vaxti ile bele mahnilari niye derk etmiremmis.cunku bele mahnilarda derin menalar var onlari basa dusmek ucun cox sey yasamaq ,cox yara almaq lazim imis.o zamanlar daha usaqliq yaslarim idi heyatda hec ne gormemisdim😔

  • @Aayyssuunn
    @Aayyssuunn 2 ปีที่แล้ว +159

    Əvvəlin mahnıları, musiqiləri, səsləri bir möhtəşəm 😍 yaxşı ki, belə böyük sənətkarlarımız olub♡

    • @aygun9112
      @aygun9112 ปีที่แล้ว +5

      Və yaxşı ki,bu musiqiləri hələ də dinləyən insanlar zövqlü insanlar* var:))

    • @Amore840
      @Amore840 ปีที่แล้ว +2

      O cavan qizimiza bax sen maşallah. Həmişə zovqlu olasan 🙂

  • @zema777
    @zema777 ปีที่แล้ว +16

    Her uwaqligim ucun darixanda bura qaciram ,bu mahnilari dinleyirem😪😪😪 atamin anamin cavan ve sag olan vaxtlari en gozel vaxtlari idi heyatimin😔😔😔😔😔

  • @asimrzayev4515
    @asimrzayev4515 8 หลายเดือนก่อน +6

    Derdli ve zovqlu insanlar yigisib bura ❤️Ve derdlerini bolusen baci qardaslar.Allah dunyadan kocenlerimize rehmet elesin😢Komentleri oxudum cox kovreldim🥺Allah her birinize komey olsun❤️🥰

  • @Oyunlar1988
    @Oyunlar1988 2 ปีที่แล้ว +74

    Bu mahnilari ewidende uwaqliqim o xowbexd anlarina qaydmaq isdeyirem indide qulaq asan varsa layk atsin mesaja bileq

  • @intiqam_Ceferov
    @intiqam_Ceferov ปีที่แล้ว +81

    25.06.1996 27 yaşımda dinləyirəm bəyənin 50 yaşda burda olacam.

    • @vusalliyeva7901
      @vusalliyeva7901 3 หลายเดือนก่อน +2

      İnşəallah 🎉🎉🎉

    • @elnarkuberov
      @elnarkuberov 3 หลายเดือนก่อน +1

      Allah ömür versin in şə Allah

    • @user-vo5je3dd6o
      @user-vo5je3dd6o 2 หลายเดือนก่อน +1

      Görüşərik inşəAllah

    • @intiqam_Ceferov
      @intiqam_Ceferov หลายเดือนก่อน

      @@user-vo5je3dd6o mən qocalmaq istəmirəm

    • @HgHg-fl8xp
      @HgHg-fl8xp 17 วันที่ผ่านมา +1

      Allah ömür versin.45 yaşım var, hələ dinləyirəm

  • @cavid.3255
    @cavid.3255 3 หลายเดือนก่อน +4

    Usaq olardiq menasini anlamazdiq kohne Azerbaycan mahnilari maraqsiz gelerdi yas artiqca iller kecdikce anlayirsanki ele esil mahnilar o vaxtki mahnilar idi tek mahni yox ele kohne olan nostalji her sey eladi ehhh tutu yene Azerbaycanli damarimiz ❤🎉

  • @aygun9112
    @aygun9112 ปีที่แล้ว +12

    Bu cür mükəmməl musiqiyə sahib olan bir ölkədə belə musiqilərə az qulaq asılması reallığı

    • @sahibgulmammadov7620
      @sahibgulmammadov7620 ปีที่แล้ว +1

      Fərqinə varmırıq amma ən dəhşətlisi də budur.

  • @LiLa_21_1
    @LiLa_21_1 2 ปีที่แล้ว +26

    Deyerin bilmediyimiz mahnilara tokuruk qelbimizi heyatin boyuk oyunudu bu🍃

  • @elnaraahmadova4048
    @elnaraahmadova4048 2 ปีที่แล้ว +60

    Ahhh vaxt var idi hecne anlamırdım çünki uşaq idim. İndi sümüyüme, ruhuma kimi işleyir, istemeden kövreldir menı. Böyümüşük demeli

  • @NigariNigari
    @NigariNigari ปีที่แล้ว +17

    Usaq iken menasiz qulaq asmaq bele istemediyimiz musiqiler idi .Indi ise o qeder anlamli ve derin gelirki her hecasini anlayaraq dinleyirem eslinde yene usaq olub anlamlarini bilmeden sadece esitmey isterdim ne vaxt boyudum ......

  • @user-hb8kr1ss2n
    @user-hb8kr1ss2n 2 ปีที่แล้ว +21

    Bu sənətkar və onun ifaları kainatın iztirablarını azaldan cənnətdən bir hədiyyə kimidir⚘⚘⚘

  • @kkbmc
    @kkbmc 10 หลายเดือนก่อน +35

    Gecə 04:35 yatmayıb qulaq asıram
    Xatirə qalsın 2023:(

  • @aliferecli1942
    @aliferecli1942 2 ปีที่แล้ว +155

    Anam hemise bele mahnilara qulaq asanda eseblesirdim deyirdim ne anlayirsan ne basa dusursen deyirdi men olmayanda anlayacan ,indi yoxsan ana cox yaxsi basa dusurem indi seni ,bu mahnilarda bilmirem ozum tapiram yoxsa seni ?

    • @salehteymurlu
      @salehteymurlu 2 ปีที่แล้ว +9

      Məkanı Cənnət olsun İnşəAllah 🙏😔

    • @mormedya036
      @mormedya036 2 ปีที่แล้ว +4

      Allah rəhmət eləsin

    • @user-ub9lb9on2d
      @user-ub9lb9on2d 2 ปีที่แล้ว +7

      Mekani cennet ruhu dad qebri nurla dolsun dunyadan kocen analarimizin.😢

    • @turkangahramanova5405
      @turkangahramanova5405 2 ปีที่แล้ว +1

      Allah rəhmət eləsin

    • @renaabiyeva2122
      @renaabiyeva2122 2 ปีที่แล้ว +2

      Allah rehmet etsin

  • @inixbayramova788
    @inixbayramova788 ปีที่แล้ว +11

    Eğer gençler bu mahnıya qulaq asirsa demeli çox şey yaşayıb və vaxtından əvvəl böyüyüb

  • @KasimTurkoglu
    @KasimTurkoglu 3 หลายเดือนก่อน +3

    Allah heç kimi sevdiqlerinden ayırmasın ve yalnız bıraxmasın. Bir gün hamımız öleceq ve bu dönyadan köçeceyiq. Bu şerhim burada xetire qalsın. Türkiyeli qardaşınızdan hamınıza salam olsun ❤

    • @ArifEliyev-nw7wi
      @ArifEliyev-nw7wi 3 หลายเดือนก่อน

      Endir.meye.imkan.verin.xahis.edirem

  • @familnbiyev8096
    @familnbiyev8096 ปีที่แล้ว +21

    İnsanı acıdan odur ki,indiki musiqiləri 60-70 il sonra retro adlandıra bilməyəcəklər 😥

    • @mari8806
      @mari8806 ปีที่แล้ว

      İndikilərin etdiyi musiqimi adlanirdi¿¿ Agagh

  • @gullrqarasova3780
    @gullrqarasova3780 2 ปีที่แล้ว +31

    Əvvəl kimsə bu mahnılara qulaq asanda bu nə mahnıdı deyirdim. Mənasıda yoxdu deyirdim. Amma indi onların mənasını başa düşə düşə qulaq asıram🖤

  • @elnurisayev4014
    @elnurisayev4014 ปีที่แล้ว +4

    Hamı yatandan sonra qulaq asıram.Hüzur verir bu mahnılar.Keçmiş mənim güzgümdür.

  • @masoudnokhbehzaeim1016
    @masoudnokhbehzaeim1016 ปีที่แล้ว +7

    جان من آذربایجان❤ برقرار باشی همیشه🧿🧿🍀🍀

  • @nigarismayilzade5034
    @nigarismayilzade5034 ปีที่แล้ว +5

    Özümü bildim biləli retro mahnıları çox sevirəm yeni yetmeliyimdə də sevirdim bu gün 30 yaşındayam hələ də dinləyirəm hər biri yaxşı və ya kədərli xatirələrimizi xatırladır....

  • @altaycabbarov2125
    @altaycabbarov2125 2 ปีที่แล้ว +23

    Ehh. Nələr keçib bu mahını. Babam həmişə radiodan qulaq asardı. İndi nə radio var nədə babam. Bircə bu mahını və xatirələri

  • @EA7_SPEEX
    @EA7_SPEEX 8 หลายเดือนก่อน +3

    Men indiki mahnilardansa retro mahnilarini daha cox sevirem insanin ruhu dincelir xeyallara aparir uwaqligina gedirsen niye bele tez boyuduk biz🥺

  • @CavidQuliyev-dh6gw
    @CavidQuliyev-dh6gw 4 หลายเดือนก่อน +7

    2024(xatire qalsın)

  • @svetlanamam5582
    @svetlanamam5582 6 หลายเดือนก่อน +1

    Inanin ki bu mahnilara catan olmaz.Bu mahnilari uze cixardana aferin.Halal olsun.

  • @nihatmuradov7938
    @nihatmuradov7938 2 ปีที่แล้ว +13

    Heyifff deyildi o vaxtlar Vallah coox heyiff.o.oten illere 😥😥😥

  • @Vip12003
    @Vip12003 ปีที่แล้ว +7

    🚬Kaş hec boyumezdik🖤

  • @bey6014
    @bey6014 3 หลายเดือนก่อน +2

    Uşaqken anamdan dinlediyim mahnılar… Böyumekçun can atmağımıza heç dəyməzmiş.

  • @elnara1
    @elnara1 4 หลายเดือนก่อน +1

    Баку. Мое детство. Ностальгия. Ностальгия - такое странное чувство. Вроде тяжело было, но тоскуешь.

  • @Teacher86_84
    @Teacher86_84 ปีที่แล้ว +5

    insanın ruhu dincəlir belə musiqiləri dinləyəndə yaxşı ki belə əsrarəngiz mahnılarımiz var

  • @elsevermusayev2440
    @elsevermusayev2440 2 หลายเดือนก่อน +1

    Мне нравится читать комментарии под старыми клипами.
    Люди так нежно грустят о своём времени, о своей жизни. Рассказывают истории из молодости и юности,как было в это время, как они ощущали всё это. Как будто каждый осознает ценность своей жизни мира и скучает по себе❤

  • @aytenaliyeva1
    @aytenaliyeva1 2 ปีที่แล้ว +14

    Allah bütün ölənlərə rəhmət eləsin. Özləri yoxdur ancaq lent yazıları hələ də ürəyə necə sirayət edir 🥺🙏❤️

  • @agarzayev8958
    @agarzayev8958 2 ปีที่แล้ว +7

    Doğma Bakımzn keşişiylə yaşayrq bu mahnıları dinləyəndə,nə qədər isti,yumşag əziz ifalar.

  • @hitchhikersguidetothegalax
    @hitchhikersguidetothegalax ปีที่แล้ว +15

    Ele balaca olanda da sevirdim retro mahnıları. Balaca olandan musiqi zövqüm her zaman ferqlenib yaşıdlarımdan. \^o^/

  • @UGUR_KAOS
    @UGUR_KAOS ปีที่แล้ว +6

    Vaxtile evdekiler dinleyende esebleshirdim ureyim sixildi deye..Sen deme insan heyati 30 dan sonra anlayirmish😢😢😢30 dan sonra itire itire gedirik her sheyi

  • @aygulqdirli3516
    @aygulqdirli3516 ปีที่แล้ว +2

    Allahım ne olar bu sıxıntılarım kecsın tezlikle xos xatıreler ucun qulaq asım bu mahnıya ....

  • @ruslanhesenov1660
    @ruslanhesenov1660 2 ปีที่แล้ว +5

    Ehh kecmis birdaha qaytmyacaq vefasiz dunya bu mahnilari dinlamek insani kecmise usagliq xatirlermize aparir

  • @cemilexidirova2099
    @cemilexidirova2099 2 ปีที่แล้ว +5

    Allah rehmet elsin olmez bestekarimiza Akif muellimede Allah can saqli versin amin

  • @Leyla-Badalova.
    @Leyla-Badalova. 7 หลายเดือนก่อน +1

    Çox qəşəng idi,sona kimi dinləmək:)

  • @faniheyat9036
    @faniheyat9036 11 หลายเดือนก่อน +2

    🥺uşağlıq illərimi xatırlatdı çoox gözəl Musiqilərimiz var Retro 🤌👍başqadı

  • @hasanaghagasim5334
    @hasanaghagasim5334 ปีที่แล้ว +12

    GREAT AZERBAIJAN❤️🇦🇿❤️

  • @azraliyev8098
    @azraliyev8098 2 ปีที่แล้ว +13

    Çox gözəl yaxşı olardı telvizyamızda retro musiqimizi təqdim edərdilər

  • @MyAqshin146
    @MyAqshin146 ปีที่แล้ว +5

    Musiqidən gözəl həmsöhbət yoxdur.

  • @hissimtek
    @hissimtek 3 หลายเดือนก่อน +1

    Ötən günlərin xatirəsidir Retro mahnılarr.Nələr unudulub getdi bircə saf orginal unudulmaz mahnəlardan başqa

  • @sekineeliyeva8363
    @sekineeliyeva8363 ปีที่แล้ว +1

    Allah xalanizi rəhmət eləsin elə məndə hər gün bu musiqilərə qulaq asıram və hərgün məndə bu musiqiləri zümzümə edirəm hər yemək bişirəndə yaşlaşdıqca adam daha çox bağlanır bu musiqilərə xalanizi ruhu şad olsun menide kövrəltdi iz

  • @elcinhaciyev8998
    @elcinhaciyev8998 ปีที่แล้ว +15

    Qürbətdə olan həmvətənlərədə qürbətdən salam olsun.

  • @leylaquliyeva3609
    @leylaquliyeva3609 ปีที่แล้ว +3

    Heyif, o gönlərdən....🥺

  • @rashidjabbarov3847
    @rashidjabbarov3847 ปีที่แล้ว +3

    Azərbaycan müsiqisinin şedevrlərindən biri. Gənclik mahnısı.

  • @EkremMelikov-rf9hf
    @EkremMelikov-rf9hf ปีที่แล้ว +5

    Gənclik çağlarıma qaytardınız məni...
    Təşəkkür edirəm sizlərə..!

  • @tovuzbagirli8283
    @tovuzbagirli8283 10 หลายเดือนก่อน +1

    Aşiq olduğun birini özündən uzaqlaşdırmaq necə də əzabverici imiş💔 bu playlist tesadüfən qarşıma çıxdı. Xatireler canlandı.. həm şirin, həm acı..
    9:57 doğrudansa yoxdur əgər məhəbbət nə üçün səni bəs unuda bilmirəm😕

  • @aydanmehdiyeva3939
    @aydanmehdiyeva3939 ปีที่แล้ว +1

    Çox möhdəsəmdir biz bu musiqilərlə boyumuşuk . Nə yaxşi ki belə musiqi eşidib qulaqlarınızı

  • @gunaybayramova2379
    @gunaybayramova2379 2 ปีที่แล้ว +3

    Zövq aldım, təşəkkür edirəm yüklədiyinizçün

    • @daltsdzad5540
      @daltsdzad5540 2 ปีที่แล้ว

      Salam necəsiniz😥🥺🥺🥺

  • @imranbehced4069
    @imranbehced4069 2 ปีที่แล้ว +19

    Ruhumun sakitlik tapdigi o musiqi

  • @Nanoooo-km4qg
    @Nanoooo-km4qg 3 หลายเดือนก่อน

    Kaş o vaxtlar olardı. Kaş ki. ANAM. sağ olardı. Yenə bir yerdə qulaq asardığ😔

  • @sakineamiraslanova3600
    @sakineamiraslanova3600 ปีที่แล้ว

    Bu mahnlara qulaq asanada ailemiz butov idi indi tek qalmişam Indi dinleyende ise dedim keşke o günler olaydı Atalı analı bacılar qardaşli ailenin hamisi bir damın altına oturub AZ TV'ye baxardik

  • @rsadrhimov4134
    @rsadrhimov4134 3 หลายเดือนก่อน

    Allah.rehmetelesin.men.fexr.edirem.ki,bele.gozel.mahnilarimiz.var❤❤😊😊

  • @minecraftturk682
    @minecraftturk682 11 หลายเดือนก่อน +1

    Boyuk sevgi hekayesi. Resul Rzanin Nigar Refibeyliye yazdigi ser. Her ikisinede Allah rehmet etsin.

  • @akeake3797
    @akeake3797 ปีที่แล้ว +3

    Bir anlıq xəyalım o illərə getdi.Amma çox darıxdım o illər üçün,çünki ən sakit,qayğısız illər idi o illər.

  • @orxanquliyev4198
    @orxanquliyev4198 5 หลายเดือนก่อน +1

    Biz analarimizin atalarimizin agzinda bu mahnilarin Zum zumesini esidib boyumusuk calisin sizlerde bu mahnilara yoneldin usaqlarinizi bu indiki avtovagzal mugennilerine yonelmesinler inseallah

  • @Chinarabayramova111
    @Chinarabayramova111 6 หลายเดือนก่อน

    Ruhların, zövqlərin dəyişdiyi zamanda əsl dəyərlərimizin var olması çox xoşdur...❤️‍🩹

  • @ncfncfov4595
    @ncfncfov4595 ปีที่แล้ว +2

    Ovaxtlarımız idiki ANCAQ Əsl sənətkarlaerı başda Zeynəb Xanlarova Flora,İlhamə,Nəzakət,Sara,Şövkət,Elmira,Akif,Reşid,Müslüm,Rza,Yalçın,Qədir və s bəh bəh hayıf onlardan kaş ogünlərə qayıtsaq əsl səslər onlar idi

  • @wysgio.7
    @wysgio.7 ปีที่แล้ว +1

    Bu çox qeweng mahnidir men getdim xeyallara

  • @AnarAzadl-yg5vj
    @AnarAzadl-yg5vj 4 หลายเดือนก่อน +1

    Vaxt var idi bu mahnıları çox da başa düşmürdüm sonra vaxd keçdikcə insanlar yaşadığı həyatı əslində bu mahnının hər sözündə canlanır sonra bu mahnılara ayrı bir maraq gösdərilir o dövürdə yaşamasqda amma o dövürün mahnıları başqa bir xatirə başqa bir həyatımıza xatirləri canlandırılır........

  • @velibabayev756
    @velibabayev756 ปีที่แล้ว +5

    Normalda inkişaf getməlidi ama bizdə geriyə gedir mahnılar😔

  • @QumruMirzezadeh
    @QumruMirzezadeh 7 หลายเดือนก่อน

    90larin usaqlari qocalib ariq😢but mahnilarda rahatliq axtarmaq❤

  • @gulyanakerimova7281
    @gulyanakerimova7281 ปีที่แล้ว +2

    Indiki dövürdə senetkaram deyenler bu senetkarlardan çok şey oyrenmelidirler soyunmağ sənətkarlığ Dor

  • @zdruom777
    @zdruom777 11 หลายเดือนก่อน +1

    Sevirəm də qədimi mahnıları insana rahatlıq verir ☺

  • @vusaleveliyeva
    @vusaleveliyeva 3 หลายเดือนก่อน

    Ayriligdan beter dunyada hecne yoxdu butun usagligim gelib kecir gozumun onunnen 😢

  • @nazeninmustafayeba5685
    @nazeninmustafayeba5685 2 ปีที่แล้ว +196

    O vaxtın mahnıların heçnə əvəz etmir

    • @isimsizalfaa1896
      @isimsizalfaa1896 2 ปีที่แล้ว +3

      eyniylə

    • @natiqmuradov6525
      @natiqmuradov6525 2 ปีที่แล้ว +3

      @@isimsizalfaa1896 👍🏿👏🏿

    • @rovsanehuseynli6562
      @rovsanehuseynli6562 2 ปีที่แล้ว +1

      Etmir vallah seve seve dinləyirik

    • @sevdamustafayeva9724
      @sevdamustafayeva9724 2 ปีที่แล้ว

      O vaxtın mədəniyyətini, o vaxtın adamlarını (Köhnə Kişiləri) , mahnılarını, heçnəyini heçnə əvəz eləmir düzdü

    • @qaqasqasimov7
      @qaqasqasimov7 2 ปีที่แล้ว

      Bəli

  • @yusifsultanl7569
    @yusifsultanl7569 ปีที่แล้ว +2

    Bu Gün Bu tarix Gəncliyimi Məhv etdi 🙂💔

  • @hikmetquliyev-id8qo
    @hikmetquliyev-id8qo ปีที่แล้ว

    möhtəşəm

  • @wasifbashir1801
    @wasifbashir1801 11 หลายเดือนก่อน

    Qəşəy qəşəy 😍

  • @vusalsemedov2896
    @vusalsemedov2896 4 ปีที่แล้ว +9

    Super

  • @pervizmemmedli6055
    @pervizmemmedli6055 ปีที่แล้ว

    Nə yaxşı,Onlar varmış!

  • @memmedzadeg7
    @memmedzadeg7 3 หลายเดือนก่อน +1

    Çox gözəl🫂

  • @rahimejderzade8825
    @rahimejderzade8825 8 หลายเดือนก่อน

    Möhtəşəm

  • @Sercan09
    @Sercan09 5 หลายเดือนก่อน +2

    Bu gündə səni gözləməklə keçən bir günün sonudur😏 03:05

  • @user-zj3tm3nm6j
    @user-zj3tm3nm6j 3 หลายเดือนก่อน

    Uşaq vaxtı mamam çox sevirdi bu mahnını mən pyaninoda çalışdım oda qulaq asırdı kaş o illəri qaytara bilərdim 😢

  • @orkhanali374
    @orkhanali374 ปีที่แล้ว +3

    İllər once Qulaq asanda Atam bu musiqiyə hələ də yadımdadı Bluetooth təzə yaranmışdı çox yerdən Musiqi yukləyə bilmirdik 5 manat ver di ki, Bu Mahnini yükləyim telefonuna.

  • @XX-eb7sm
    @XX-eb7sm 3 หลายเดือนก่อน

    Azərbaycan retro mahnıları çox gözəldir ❤❤❤❤❤

  • @FerhadSelimov-y5q
    @FerhadSelimov-y5q 23 ชั่วโมงที่ผ่านมา

    Çox yox 5 il əvvəl valideynlərimə deyirdim ki,bu mahnılarından nəyindən həzz alırsız,amma indi 15 yaşım var və retro mahnılarsız bir günüm belə keçmir,insanın bütün stresslərini atır,beynini dincəldir, insanın ruhu dincəlir,indi anlayıram bu mahnıların nəyindən həzz alırlar))

  • @qarabag__22
    @qarabag__22 ปีที่แล้ว +2

    Bir şey var ki, indiki bir çox mahnılar nəinki gələcəkdə heç indi də bir neçə dəfə dinləyəndən sonra daha bir də qulaq asmaq istəmirsən. Əsl sənət başqadır, indiki mahnılar ancaq toyxana üçün yazılır

  • @feride_qarazade
    @feride_qarazade ปีที่แล้ว +2

    Ruhumun tək qidası 🥂💆🏻‍♀️

  • @nicatbekirov8551
    @nicatbekirov8551 ปีที่แล้ว

    Əla musiqilər

  • @nezrinmustafayeva6052
    @nezrinmustafayeva6052 ปีที่แล้ว +1

    Insanin ruhu dincelir🥰

  • @leyla2819
    @leyla2819 4 หลายเดือนก่อน +1

    İllər keçəcək, bir gün mən yaşamayacağam. Görərsən, məni yada salmaq üçün kimlər dinləyəcək bu mahnıları? Kimlər deyəcək çox sevərdi, hər zaman dinləyərdi deyə? Bəzən çox qorxulu gəlir unudulmaq. Bir gün mən olmayacağam və bu heç kimə önəmli olmayacaqmı?...
    19.02.2024...

  • @imanisgandarov1787
    @imanisgandarov1787 7 หลายเดือนก่อน

    Ruhumu sakitlewdirir bele mahnilar

  • @aywemeherremov2322
    @aywemeherremov2322 9 หลายเดือนก่อน

    Unuda bilmirem mahnisi mende çox ozeldi..Iller evvel yoldasimla tanis olanda 5 il evvel bir birimizi çok sevirdik ancag alinmiyan meqamlar vardi qovusa bilmiyeceymizi bilirdik hetta nece defe alinmiyacağ bir birimize bağlanmadan ayrilağ deyib yollarimizi ayirmisik o gunlerde hemise bu mahniya qulag asardim oz ozume deyerdim ki belkede iller sonra basqasi ile aile quracam ve hemise umidsiz bu mahniya qulag asacam..Ama bezen umid olurmus Allah nesib etmeyeceyi sevgini qelbe salmirmis şukur ki nesib etdi indi yoldasimla birge qulag asiriğ🤍

  • @soulmortal2908
    @soulmortal2908 2 ปีที่แล้ว +2

    Böyümüşük 🥺

  • @ruslansafiyev562
    @ruslansafiyev562 8 หลายเดือนก่อน

    Azerbaycan musiqisini heyatinda zerbeler gormush insan derk ede biler.

  • @elnurrzayev3129
    @elnurrzayev3129 3 ปีที่แล้ว +7

    😍😍😍