Astrologiya nədir? | Söhbətgah

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ส.ค. 2023
  • Bu dəfə ‪@DjTural‬ və ‪@AliKhayyam‬ Rəşad Hacıyevlə astrologiyadan danışdılar. Bürclərin tarixi, müxtəlif spritual təcrübələr, qorxu, cadu və şamanizm bu dəfə axtarış etdiyimiz mövzular oldu.
    Bəs siz necə? İnanırsız?
    Buraxılışın əsas dəstəkçisi “Azerçay”a təşəkkürlər☕ Azerçay, Doğma Çay!
    🪴🌲 / cafebotanist
    📢Bizə "Patreon"dan dəstək olub patronlara özəl buraxılışlar əldə edə bilərsiniz: / sohbetgah
    🔔Hesab.az vasitəsilə bizə dəstək olun: sohbetgah.az/hesabaz/
    👋"Söhbətgah"a abunə olun: / @sohbatgah
    💡HƏYAT TƏRZİ İLƏ BAĞLI BÜTÜN SÖHBƏTLƏRİMİZ
    • 🧳Söhbətgah - Həyat tərzi
    BƏS BİZ KİMİK?
    sohbetgah.az
    📬ƏMƏKDAŞLIQ ÜÇÜN
    gel@sohbetgah.az
    sohbatgah@gmail.com
    Instagram: / sohbatgah
    Facebook: / sohbatgah
    Podkastı dinləmək üçün:
    🔻Spotify: open.spotify.com/show/1eHR7Mb...
    🔻Apple Podcast: podcasts.apple.com/us/podcast...
    🔻Yandex Podcast: music.yandex.ru/album/18071206
    🔻Google Podcast: podcasts.google.com/feed/aHR0...
    🔻Spreaker: www.spreaker.com/show/sohbatgah

ความคิดเห็น • 279

  • @javidsafiyev1201
    @javidsafiyev1201 10 หลายเดือนก่อน +25

    Podcastı sonuna kimi izlədim. Məlumatlı olmadığım və maraqlı məsələlər olduğu üçün diqqətlə qulaq asdım. Rəşad bəy söhbətin bir yerində astrologiyaya, onun təliminə inanmayan insanlara üz tutaraq deyir ki: sən inanmırsan və sən normal, belə zülmlə-əzabla həyatında irəliləyəcəksən; mən inanıram və çox daha rahat, belə-belə eləyərək istədiklərimi əldə eləyəcəm. Və digər inananlar da bu şəkildə... Bu məni çox qıcıqlandırdı (elə Rəşad bəyin öz dediyi kimi). Ona görə yox ki, onun dedikləri həqiqətdir və mən o həqiqətdə zülmlə-əzabla yaşayanlardan biriyəm. Ona görə ki, o həyatda heç bir şey etməyib (özünü inkişaf etdirməyən, heç bir dünyəvi elmi öyrənməyən, cəmiyyətə, onun inkişafına heç bir töhfəsi olmayan) onun təliminə qoşulanları digər özünü oda yaxan, inkişaf etdirən, bir elm sahibi olan, cəmiyyətə, ətrafına bir yön verən insanlardan daha xoşbəxt olduqlarını iddia edir, və ya onları daha xoşbəxt olduqlarına inandırır, və ya həqiqətən də onların daha xoşbəxt olmasına səbəb olur. (nəticədə, özünü xoşbəxt hiss edən "həqiqətən də, xoşbəxtdir" deməkdir). Kiminsə hər hansısa bir elmi dərin bilməməyində bir problem yoxdur, kiminsə bu elmə yiyələnərək dünyaya bir töhfə vermək kimi bir öhdəliyi də yoxdur. Amma sırf yuxarıda qeyd etdiyim kütləyə xitab etməsi və digərlərini onlardan belə aşağılayıcı şəkildə ayırması həqiqətən də qıcıqlandırıcı faktordur.
    Onun xitab etdiyi kütlə haqqında fikirlərimin formalaşmasına əsas səbəb instagramdakı rəylər və geridönüşlərdir. Bu rəylərdə və geridönüşlərdə ən ibtidai arzular dilə gətirilir, puldan danışılır, açıq-açıq sərgilənir. Söhbətgahın bu Podcastında mənəviyyat, mənəvi dünya sözləri nə qədər dilə gətirilsədə rəylərdə bunları görmək olmur. Hər kəs uğurdan danışır, amma bunların çox böyük qismində pul nəzərdə tutulur. Buna görə də Allaha, ruha, dinə nə qədər insansam da ruhla bağlı bu qədər məsuliyyət hiss etmədən rahat-rahat danışılan, eləcə də heç bir elmi əsası olmadan insanlara təlqin edilən və belə açıq biznesə çevrilən söhbətlərə inanmıram. İçində həqiqət payı olsa da (ki ola bilər) nə gələcəyimi və psixologiyamı o adama etibar edərəm, nə də ondan təlim alaram.

  • @ayseldadashova9757
    @ayseldadashova9757 8 หลายเดือนก่อน +9

    Rəşad bəyin tərbiyəsi, mədəniyyəti, sizi səbrlə dinləməsi və ikinizin əksinə sözünüzü kəsməməyə diqqət etməsi👌🏻

  • @aytekinehmedova7988
    @aytekinehmedova7988 10 หลายเดือนก่อน +10

    Məncə birinci qonaq idi ki, sözü bu qədər yarıda kəsilirdi... İnanmadığınız bəllidir , mən özüm də dinləyici kimi inanmıram amma axıra kimi dinlədim ki, orda bir cümlə bir söz mənə yaxşı mənada təsir edə bilər. Siz sual verəndə belə cavab verməyə qoymadan başqa mövzudan danışmağa başlayırsınız. Bilmirəm necənci dəqiqədə yenə sual verdiz bəy cavab vermək istəyəndə Tural bəy sözünü kəsib Firudin Qurbansoydan danışmağa başladı... Təəssüf..

  • @quliyeva7694
    @quliyeva7694 11 หลายเดือนก่อน +63

    Hər zaman podcastlarınızı çox bəyənmişəm. Ancaq növbəti dəfə qonağa qarşı diqqətlə yanaşsanız və dinləsəniz daha doğru olardı. Qonağınız və mövzu çox maraqlı idi.

  • @gunelhesenova7041
    @gunelhesenova7041 11 หลายเดือนก่อน +8

    Rəşad bəy enerjisinə inandığım insandı, həyatıma müsbət şəkildə təsir edib🙏🏻

  • @elyarncfov7108
    @elyarncfov7108 10 หลายเดือนก่อน +8

    Bunların hamısı insanın eqosunun təcəssümüdür. Hər şeyin mənasız olduğunu qəbul etmək əslində çox çətin bir mövzudur.Ölümdən sonra yaşam və bu tipli mövzular uydurmaqla bundan qaçmağa çalışır.

    • @lidahidayatova5261
      @lidahidayatova5261 4 หลายเดือนก่อน +1

      Uy da çox gözəl yazmısız👏🏻

  • @nesirzulfuqarov
    @nesirzulfuqarov 11 หลายเดือนก่อน +10

    Ferqli ve maraqlí bir kontentde podkast, təşəkkürlər 👍

  • @ilaheserifova2226
    @ilaheserifova2226 11 หลายเดือนก่อน +8

    Çox maraqlı söhbet. Bilmediyimiz melumatları aldıq. Demek her şey varmış heyatda. İnanmırdıq. Tesekkurler bu semimi söhbete göre.

  • @magsudov0
    @magsudov0 11 หลายเดือนก่อน +19

    Saxta elm

  • @arzu2886
    @arzu2886 11 หลายเดือนก่อน +4

    Çox maraqlı söhbət alınıb, təşəkkürlər🙏

  • @karimbabazade836
    @karimbabazade836 11 หลายเดือนก่อน +8

    Astrologiyadan daha çox maqiyadan məlumatlar aldıq :) Çox maraqlı idi. Minnətdaram 🙏

  • @Baku2023Ismaylova-ym2id
    @Baku2023Ismaylova-ym2id 11 หลายเดือนก่อน +3

    Çox maraqlı ifi söhbetiniz , bilmediklerimizi de öyrenmiş olduq .

  • @konulabbaszade8915
    @konulabbaszade8915 10 หลายเดือนก่อน +1

    Çox maraqlı idi. Təşəkkürlər.

  • @islamaabdullayeva
    @islamaabdullayeva 10 หลายเดือนก่อน +3

    Rəşad bəyə uğurlar arzu edirəm və bizə verdiyi məlumatlara görə təşəkkür edirəm! Çox maraqlı idi.

  • @mulatkaaliyeva1503
    @mulatkaaliyeva1503 11 หลายเดือนก่อน +2

    Əlaa.. Çox sağolun ❤

  • @GunayIzzatli
    @GunayIzzatli 11 หลายเดือนก่อน +14

    Resad Haciyev bir efsanedir😍onu deyə bilərəm ki, biz onu taniyaraq heyatimiza cox şey qatmisiq. En esasi ozumuzu kəşf etmişik. Canimiz Reşadimiz❤️

  • @elmarisa5212
    @elmarisa5212 11 หลายเดือนก่อน +6

    Bir çox şərhləri oxudum , klassik sekta qoxusu gəldi 🤔... Mən həyatda yox idim , Rəşad bəyin enerjisi sayəsində mən həyatda varam 😱.... biri deyir əfsanədir .... və əlbətdə ki yazanların böyük əksəriyyəti qızlar , zatən dünyanın hər yerində də belədir ))) ok təki həmişə özünüzü xoşbəxt hiss edəsiniz ❤ancaq çalışın xoşbəxtliynizi ən xırda şeylərdə axtarın tapın , unutmayaq ki inanc insan beyninə şuuraltı çox güclü təsir edir , bunu Rəşad bəyin özü 25:30 çox gözəl izah edir "bizim öz enerjimizdən yaratdığımız öz tanrımız olur"

    • @IbtidaiVhsi-ws3qp
      @IbtidaiVhsi-ws3qp 11 หลายเดือนก่อน +3

      Məncə, siz hələ də həyatda yoxsunuz, sadəcə özünüzü buna inandıra bilmisiniz😀

    • @elmarisa5212
      @elmarisa5212 11 หลายเดือนก่อน

      @@IbtidaiVhsi-ws3qp Və bunu mənə IbtidaiVhsi-ws3qp yazır 😄😄 Bilmirsən süni intellektdi insandı nədi

    • @DrLi-qy9zu
      @DrLi-qy9zu 11 หลายเดือนก่อน

      ​@@IbtidaiVhsi-ws3qp😂

  • @maharrampashayev714
    @maharrampashayev714 11 หลายเดือนก่อน +12

    Rəşad bəy inanclı olduğu din istiqamətindən birinin şamanizm olduğunh dedi(əgər düz xatırlayıramsa) və bu mövzunu açmamışdan əvvəl söhbətin lap əvvəlində(kartof temasında) qurban kəsilməsi haqqında dedi...bu yaxınlarda şamanizm haqqında birbkitabda oxumuşdum ki, şamanizmdə ümumiyyətlə hansısa canlının qanını tökərək yaxüd öldürərək qurban vermək deyə bir şey yoxdur, və inanca görə tanrılar buna çox qəzəblənir və qan tökulərək edilən qurban qəbuledilməzdir.Şamanizmə görə qurbanlar adətən süd və çörək(yaxun hansısa bir un məmulatından hazırlanan nə isə) ilə edilir.Təbiətdən faydalandığın hər bir şeyə görə,torpaq tanrısı,meşə tanrısı,su tanrısı və s. tanrılara təşəkkürünü bildirməlisən.
    Eyni kitabda maraqli başqa bir məlumat da oxumuşdum: deməli müsəlmanlar qurban bayramında qurban kəsiləcək heyvanların üzərinə qırmızı(adətən qırmızı olur) rəng ilə işarə çəkilməsi şamanizmdən gələn bir inanc imiş ammaaa məhz işarələnən həmin qurban kəsilməməlidi və təbiətə buraxılmalıdır,yəni azad olunur.Hər hansısa bir insan da ov zamanı üzəri elə işarə olunan heyvan görərsə onu ovlamamalıdır....
    Söhbətiniz çox maraqlı idi.Rəşad bəyi sosial şəbəkədən tanıyıram,düzdü aktiv izləyicisi deyiləm amma çox maraqlı insan imiş...verlişin bitməyini istəmir insan...qonaq da maraqlı,aparıcılar da,suallar da)))
    Təşəkkürlər Söhbətgah komandası

    • @Dark49238
      @Dark49238 11 หลายเดือนก่อน +1

      Şamanizmlə bağlı toxunduğunuz bu adətləri Engin Denizin kanalında izləmişdim, amma bir-iki kitab xaric mənbə tapmamışdım, tapdığım da elə də aydın deyildi. Bəhs etdiyiniz bu kitabın adı nədir?

    • @Mikluxa-Maklay
      @Mikluxa-Maklay 10 หลายเดือนก่อน

      Təəsüflər olsun ki indiki zamanda İslama geydirmə şeylər çox gətiriblər , amma İslamda hansısa qurbanlığ heyvanını nişanlamağ adəti olduğunu eşitməmişəm , bu sadəcə sonradan insanların özünnən çəxartdığı bir şeydə ola bilər .
      Ümumiyətlə İslamda Qurbanlığ adətinin məqsədi tam başkadı
      Əsil məqsəd İnsanın Allaha qarşı nə qədər sevgisi olmasının təəminidi
      Yani sən bir insan kimi Allah üçün haracan getməyə hazırsan ? Burda sadəcə olaraq sevginin miqdarınnan dəm vurulur .
      İbrahim peyğəmbərdə Allah üçün ən əziz olan övladınnan keçərək , Allaha qarşı olan sevgisini subut elədi .
      Əsil məsələdə odur ki , İnsan Allahı səmimən onda sevər ki , haçan ki hər bir şeydən çox sevə
      Çünkü Allah İnsan yaradılışında , özünnən keçərək İnsana öz ruhunnan üfürdü və bununlada bütün məxluqiyyət içində İnsanı ən şərəfli mərtəbəyə qaldırdı .

    • @maharrampashayev714
      @maharrampashayev714 10 หลายเดือนก่อน

      @@Dark49238 , kitabın adını yazmışdım.hətta kitbı yükləmək üçün link də paylaşmışdım amma adminlər yəqin ki reklam olmaması üçün rəyi siliblər.
      kitabın və müəllifin adını yazıram.özünüz google-dan axtarış verərsiniz.))
      Asu Mansur - Şaman Gözü

    • @Dark49238
      @Dark49238 10 หลายเดือนก่อน

      @@maharrampashayev714 Kitab saytı var, oradan endirərəm. Minnətdaram.

  • @Agasef_Huseynov
    @Agasef_Huseynov 11 หลายเดือนก่อน +89

    Ali Xəyyam elə baxır ki, sanki demək istəyir ki: insanlar belə şeylərə necə inanır😅

    • @revanrevan9062
      @revanrevan9062 11 หลายเดือนก่อน

      +😂

    • @TheMehdi-
      @TheMehdi- 11 หลายเดือนก่อน +2

      həyatı sorğulama başlayır xD

    • @DrLi-qy9zu
      @DrLi-qy9zu 11 หลายเดือนก่อน +5

      İnanmayan tərəfi ilə tanıda bilər özünü ancaq mən inanan bir Ali Xəyyam gördüm ekranda:)

  • @b4b6kmmdv93
    @b4b6kmmdv93 10 หลายเดือนก่อน +1

    Belə videolara görə Təşəkkr edirəm sizə

  • @ulviyyeresulova2175
    @ulviyyeresulova2175 10 หลายเดือนก่อน +5

    Rəşad bəy uzun müddətdir izlədiyim,inandiğim və zaman- zaman vebinarlarina,marafonlarına qoşulduğum savadlı,səmimi,dürüst biridir çox maraqli enerjisi var çox yaxşi təsir edir insana
    Maraqli mövzuya toxunduğunuz üçün sizlərə təşəkkür edirəm
    Sadəcə Tural bəyin səbrsiz davranması ,sualların cavabını dinləmədən başqa mövzuya keçməsi heç xoş deyil əksər videolarda bədən dili ilə qarşısındakı qonağı küçümsəməsi anlaşılır
    Əli bəy hər zaman təmkinli və maraqlı sualları ilə söhbəti daha maraqlı və axıcı edir bu mövzuya ,bürclərə olan inancı da səmimi olaraq hiss olunur 😇 Uğurlar cənablar 🍀💫

    • @kristinaamin3230
      @kristinaamin3230 10 หลายเดือนก่อน +2

      Tural bey eqolu ve hele tam yetkinleshmemish Shirdir, Xeyyam ise üreyiyumshaq Baliqdir, ona göre.)))

    • @user-gq9sc8oe6v
      @user-gq9sc8oe6v 10 หลายเดือนก่อน

      Tural bəy hə çalışdı burdan da tarixə yol tapıb danışsın alınmadı, qısacası maraq dairəsi deyil bu mövzu. Amma Alixayyam bəy isə sevmədiyi mövzu da olsa çox təmkinlə dinləyib hörmətlə yanaşır, heç kimi küçümsəmir

  • @elimemmedov4073
    @elimemmedov4073 11 หลายเดือนก่อน +1

    Doğurdanda dünən Cafe botanistde idim. çox mohtesemdir😍👍

  • @user-fs3lk5uh1p
    @user-fs3lk5uh1p 11 หลายเดือนก่อน +2

    Əli Xəyyam Tural çoooox savadlısiz Qonaqov bir neçə yerdə çaşdıra bildiz xəbəriniz olsun

  • @aynurm3790
    @aynurm3790 5 หลายเดือนก่อน

    Coox maraqli idi 👏

  • @vliyevakamal9044
    @vliyevakamal9044 7 หลายเดือนก่อน

    Maraqlı söhbət idi.Təşəkkürlər🙏🏻✨

  • @aydanismixanli
    @aydanismixanli 9 หลายเดือนก่อน +3

    Zərdabi və Axundzadə portretinin önündə "münəccimbaşı" Rəşad bəy çox qəribə gəldi. 😅

  • @1dollartrader150
    @1dollartrader150 4 หลายเดือนก่อน

    Təşəkkürlər işiniz üçün!)

  • @senanmahmudov275
    @senanmahmudov275 10 หลายเดือนก่อน +7

    Orxan Şahbaz gəlsə əla olar

  • @nigarbabayeva6973
    @nigarbabayeva6973 11 หลายเดือนก่อน +1

    Çox maraqlı söhbət alınıbb😍

  • @ismayilhesenzade8170
    @ismayilhesenzade8170 11 หลายเดือนก่อน

    Xeyirli insallah

  • @benovsesara5045
    @benovsesara5045 11 หลายเดือนก่อน +5

    Cox maraqli verilis idi , tesekkur edirem her birinize🙏🏻

  • @talehyunusov2174
    @talehyunusov2174 10 หลายเดือนก่อน +3

    Düşünürəmki , Kəramət Böyükçöllə çox maraqlı bir söpət alınar

  • @mahammadnabizade9408
    @mahammadnabizade9408 10 หลายเดือนก่อน +6

    Zırva
    (c) Dr.Şengör

  • @mariamliz444
    @mariamliz444 11 หลายเดือนก่อน +33

    Rəşad bəy webinar və marafonlarla çox insana, başlıca da özümə çox kömək olub, olur. Hər kəsin də inancı, düşüncəsi fərqlidir, inanmaq istədiklərimiz bizi yönləndirir. Sadəcə önyarğılarınızı və kütlə psixologiyasını kənara qoyaraq yanaşmaq lazımdır.

    • @IbtidaiVhsi-ws3qp
      @IbtidaiVhsi-ws3qp 11 หลายเดือนก่อน +6

      Belə şeylərə inanmaq özü də elə kütlə psixologiyasının bir növüdür. Yenə heç olmaya inanc olduğunu etiraf edirsiniz, amma sübutu olmayan şeylərə gülənləri önyarğılı adlandırmağınız da sizin özünüzün düşdüyünüz ziddiyyətli ruh halı, koqnitiv dissonans vəziyyətində olduğunuzu göstərir :)

    • @user-ib9dv3pr9b
      @user-ib9dv3pr9b 10 หลายเดือนก่อน

      @@IbtidaiVhsi-ws3qp Düz)))

  • @xtaixanmmmdov8134
    @xtaixanmmmdov8134 11 หลายเดือนก่อน +26

    Salam Tural bəy. Theta Healing mövzusunda da söhbət açardız. Çox maraqlı elmdir. İnsanlar bunun təlimini almaq üçün dəridən qabıqdan çıxır

    • @telmanqurbanov6835
      @telmanqurbanov6835 11 หลายเดือนก่อน +6

      Theta Healing elim deyil, xahiş elmi belə şeylərə qatmayaq

    • @MS-mr5hv
      @MS-mr5hv 11 หลายเดือนก่อน +1

      Əslində bu barədə video var Aysel Allahverdiyeva ilə olan buraxılışa baxin

    • @akbargrand4494
      @akbargrand4494 10 หลายเดือนก่อน

      Bu barədə 1il öncə Aysel xanımla söhbət olunmuşdu. Başlıq: Keçmişdə aldığımız travmaların indiki qərarlarımıza təsiri.

  • @ulgenbey
    @ulgenbey 10 หลายเดือนก่อน +5

    astrologiya (bürclər və s.)=gopalogiya
    əsas məsələ ELMdi ELM. Fizik ilə söhbət edin maraqla dinləyək ya da Astronomla

  • @aysel8336
    @aysel8336 11 หลายเดือนก่อน +3

    Rəşada bəyə görə bu podcastla tanış
    oldum. çox möhtəşəm ötəsi söhbət oldu🧚🏼‍♀️Təşəkkürlər.

    • @tamillatahirova5801
      @tamillatahirova5801 5 หลายเดือนก่อน

      Reşad Haçıyevin sosyal mediyası varmı instagram ve ya sair ?

  • @kenanquliyev4476
    @kenanquliyev4476 11 หลายเดือนก่อน +20

    Siz düşüncə tərzimə o qədər müsbət təsir etmisiz ki, sonsuza qədər minnətdəram sizə. Uğurlar...

  • @narminamanova2891
    @narminamanova2891 11 หลายเดือนก่อน +6

    Qulag asmaq çox maraqlıdır amma realist oldugum və psixologiyaya bagladıgım üçün inanmıram. Ümümiyyətlə astrologiya, bürc, fal baxmaq falan nə maraqlanmıram nə inanmıram.

  • @peramoth7646
    @peramoth7646 11 หลายเดือนก่อน +14

    Super müsahibə alınıb. Sizin suallarınız və Rəşad bəyin səmimi, geniş cavabları. Təşəkkür edirik

  • @paganbiri
    @paganbiri 11 หลายเดือนก่อน +10

    Rəşad bəy ölkədə işinin əhli nadir insanlardan biridir(həm spritualizm həm də astrologiya). Yoxsa bir çoxları kimi 1 sertifikat alan kimi vəya pdflərdən oxuduqu məlumatlarla özünü "koç" adlandırıb seans-marafon etmir🫶🏻

  • @afaqmahmudova
    @afaqmahmudova 9 หลายเดือนก่อน +1

    Resad beyi cox sevib cox xormet edir men.Cox yaxci cox savadlin bir insan❤

  • @IbtidaiVhsi-ws3qp
    @IbtidaiVhsi-ws3qp 11 หลายเดือนก่อน +9

    Qonağa məsləhət görmək lazımdır ki, heç olmazsa, arxada fotosu olan Axundzadənin "Aldanmış kəvakib" əsərini oxusun, bəlkə nəsə alındı. Özü də deyir "elm deyil", əgər bir şeyin konkret izahı yoxdursa, nəyə görə buna maraqlı olmalıyıq?
    Verliş aparıcıları, xüsusən Turalın münəccimliyə məna yükləməsi də lap qəribədir. Psevdointellektual adı verəsən, ya ikiüzlülük, anlaşılmır.

  • @elnurmemmedov9067
    @elnurmemmedov9067 2 หลายเดือนก่อน

    Sizin vidionuz sovbetleriniz Cox maraglidr 🤔👍

  • @vahidahmadov977
    @vahidahmadov977 10 หลายเดือนก่อน +4

    İlk 10 dəqiqədə qonaq: "belə deyəh da" (

  • @ayss9396
    @ayss9396 11 หลายเดือนก่อน +4

    Rəşad bəyin danışığı məni çox rahatlatır🤌🏻🤌🏻🫀

  • @AynureZohrab
    @AynureZohrab 11 หลายเดือนก่อน +69

    Bir gün Rəşad bəyi burda görəcəyimə inanmazdım))

    • @nurlanamusayeva4699
      @nurlanamusayeva4699 11 หลายเดือนก่อน +5

      Eynən)) sırf ona görə izləyəcəm bu podcastı)

  • @vefamanafova8590
    @vefamanafova8590 11 หลายเดือนก่อน

    Uğurlar 💙

  • @etibarquliyev8367
    @etibarquliyev8367 11 หลายเดือนก่อน

    Her vaxdız xeyir

  • @MS-mr5hv
    @MS-mr5hv 11 หลายเดือนก่อน +1

    Yağış adami filminin orijinal adını qeyd edərsiniz zəhmət olmasa 💜

  • @imarzuman
    @imarzuman 10 หลายเดือนก่อน +2

    Əli Xəyyam kimi izlədim. Beynimdə buna inananlar nə yaşayır fikri ilə

  • @Dark49238
    @Dark49238 11 หลายเดือนก่อน +14

    Mənə də qəribə gəlir, hər hansısa göydə fırlanan cismin mənim gələcəkdə taleyimi həll etməsi.😅
    Bizim toplumu nəzərə alaraq deyim,
    əminəm ki, ən çox izlənən podcastlarınızdan olacaq.😁

    • @sadiqmammadli9191
      @sadiqmammadli9191 11 หลายเดือนก่อน +1

      Toplumu nazare alsaq bəli.))

    • @kristinaamin3230
      @kristinaamin3230 10 หลายเดือนก่อน +3

      Astrologiyanin hansisa cismin taleyinizi hell etdiyini dediyini düshünürsüzse bu verilishe baxandan sonra da, demeli heç neye qulaq asmamisiz.

  • @hemide86
    @hemide86 11 หลายเดือนก่อน +3

    Möhtəşəm məlumatlardır, çox aydınlandım. Minnətdaram❤

  • @rufatmammadov5112
    @rufatmammadov5112 11 หลายเดือนก่อน +5

    ❤5️⃣7️⃣6️⃣♥️👍... Supersiniz Dostlar 🤝 ( amma bu defeki qonaginiz ne daniwdisa hec özude bilmedi ne daniwdi) _ belke menim ücüncü gözüm görmedi 🤩

  • @senanmahmudov275
    @senanmahmudov275 11 หลายเดือนก่อน +10

    Ostrologiya

  • @gultaczeyn
    @gultaczeyn 11 หลายเดือนก่อน +15

    ☆~Rəşad bəy getdiyi hər yeri və hər kəsi parlatmağı gözəl bacarır~☆

  • @Galibjum
    @Galibjum 11 หลายเดือนก่อน +4

    Pozitiv rəy.

  • @MemarZinyetRagimova
    @MemarZinyetRagimova 10 หลายเดือนก่อน

    Salam Tural bey Yagish adamı ? Filimin özünü dəqiq necə tapa bilərəm zəhmet olmasa

  • @user-ic1iw8ql2w
    @user-ic1iw8ql2w 8 หลายเดือนก่อน

    Salam. Yüksələn bürc nə deməkdir?

  • @rasulmammadov946
    @rasulmammadov946 11 หลายเดือนก่อน

    salam, podcastlar əladır lakin mümkündürmü ki yaxa mikrofonlarından istifadə edəsiz? bəzən səs itir ya azalır. təşəkkürlər!

  • @leylababayeva1748
    @leylababayeva1748 8 หลายเดือนก่อน

    Yariya qədər baxmisam hələki amma coxxx maqlraqli gedir,dediyiniz kimi diqqətsizlik gormədim..əla sohbət gesir maraqla baxiram.təsəkkurlər

  • @fidanfuad
    @fidanfuad 8 หลายเดือนก่อน +1

    Qonaq seçiminə daha diqqətli yanaşsaz əla olar. Yarıda saxladım çünki qonağın verdiyi heç bir cavab qənaətbəxş və aydın cavablanma deyildi. Təşəkkürlər

  • @user-fs3lk5uh1p
    @user-fs3lk5uh1p 11 หลายเดือนก่อน +2

    Firudin adın çəkiləndə qonağımızin reaksiyasi😂

  • @ayan6834
    @ayan6834 11 หลายเดือนก่อน +6

    aparicilarin bu movzuya bayaqi baxirlarsa (mimikalari hereketleri bele gosterir) neye gore dever edibler Reshadi?Reshad kimi insan hec bura vaxt serf elememeli idi.

    • @Black.sun13
      @Black.sun13 11 หลายเดือนก่อน +3

      Çoc ciddi, faydalı mövzudur axı😃

  • @babayevas.s.7156
    @babayevas.s.7156 11 หลายเดือนก่อน +9

    Rəşad bəy işinin peşəkarıdır 👍👍👍 Onun necə gözəl enerji ötürdüyünü seanslarında olan hər kəs yaxşı bilir . Bu sahədən başı çıxmayanlar mənfi commentlərini özləri üçün saxlasınlar . Astrologiya , spiritualizm hamının dərk edəcəyi sahələr deyil , özünüzü yormayın. Hörmətlə .

  • @IsmailIbrahim-oe6wu
    @IsmailIbrahim-oe6wu 13 วันที่ผ่านมา +1

    Çox maraqlı idi bu podkast lakin Rəşad bəyin sözünü çox kəsdiniz..

  • @gulcohrerzayeva5125
    @gulcohrerzayeva5125 5 หลายเดือนก่อน

    Sinirimiz,beynimiz qarışıq olanda insan hər şey görə bilər

  • @MisterA_Tv
    @MisterA_Tv 11 หลายเดือนก่อน +12

    Dalgacomics gəlsin.Azərbaycan ilk comics(cizgi roman) şirkətidir

  • @nuranamammadzadeh
    @nuranamammadzadeh 11 หลายเดือนก่อน +8

    Rəşad bəyi burda görmək çox xoş oldu. Təəssüf ki, təlim vermir ki, təlim alaq. Ən mükəmməllərdəndir. 🧡

  • @elaymmmdzad3609
    @elaymmmdzad3609 11 หลายเดือนก่อน +1

    26:13 bunu mən də düşünmüşəm

  • @iradaali4718
    @iradaali4718 10 หลายเดือนก่อน

    Tural beyi dinlemek chox maraqlidi

  • @lamiebedirbeyli
    @lamiebedirbeyli 10 หลายเดือนก่อน

    Maraqlandigim mövzu.astrologiyani sevirem heqiqetende derine gedende arasdirma edende nelerise bilmek olur

  • @reyhanqurbanova2031
    @reyhanqurbanova2031 10 หลายเดือนก่อน +3

    salam. podcast maraqlı idi. və sonuna qədər maraqla izlədim.enerji məsələsinə ok cünki elmi əsası var amma göydəki BigBon ilə parcalanmış yanar topların yerdəki insanın taleyi ilə əlaqədar olması.....😏. Rəşad bəy əslində bucür işlərin necə işlədiyi "kartof" misalı ilə izah etdi.Bir yalanı 10nəfər danışsa hec kəs inanmaz, 100nəfər danışsa yalan olmaqdan cıxar, 1000nəfər danişsa həqiqət olar, milyonlar min illər boyu danışsa dönüb inanc olar

  • @elmarisa5212
    @elmarisa5212 11 หลายเดือนก่อน +7

    Tural bəy mütləq həkim nevroloq Qabil Əsədovu çağırın ç çox savadlı həkimdi qarabasmalar , astral halı , yuxunu necə niyə görürük və sairə mövzularda biliklidi , çox maraqlı podkast olar .

  • @Firdovsi_Abdullayev
    @Firdovsi_Abdullayev 11 หลายเดือนก่อน +4

    Astrologiyaya inanmıram amma inanmadığım bir şeyin müzakirəsinədə baxmağı sevirəm. 1:08də dedikləriniz bir elm olaraq Psixologiyaya ziddir. İnsanın böyüdüyü ailə bir kənara qaldı onun kiməsə rahat bağlanmağını falan Venera müəyyən etmiş oldu🤔

    • @DrLi-qy9zu
      @DrLi-qy9zu 11 หลายเดือนก่อน

      İnsanın böyüdüyü ailəyə aid də xəritəsi olur ki,ailə üzvlərinin xəritələri bir-birinə yaxın olur çox vaxt.O problemi xəritəylə görəcəksən ya psixolog yanında aşkara çıxacaq artıq o insanın öz qərarına qalıb.

  • @darkxkh8
    @darkxkh8 11 หลายเดือนก่อน +1

  • @thespiritschild
    @thespiritschild 11 หลายเดือนก่อน +10

    İnsan fiziki olduğu qədər də spiritual bir varlıqdı. Bu 100% belədi. Bunu öz təcrübələrimə əsaslanaraq deyirəm. Bürclərlə indiyədək maraqlanmamışam. Ümumi yazmaq istədim.

    • @Black.sun13
      @Black.sun13 11 หลายเดือนก่อน +2

      Boş iddiadır, insan sadəcə cisimdən ibarətdir, ruh da cismdən başqa bir şey deyil. Bu iddianızın heç bir əsası, tədqiqat obyekti yoxdur

    • @thespiritschild
      @thespiritschild 11 หลายเดือนก่อน +1

      @@Black.sun13 İllər öncə sizin kimi düşünürdüm. Sonra law of assumption-a rastladım və reallıq yavaş-yavaş gözlərimin önündə dəyişməyə başladı. Elm bunu tədqiq etməsə də, hər bir şəxs özü yoxlaya və tətbiq edə bilər. İndi tamam başqa bir mərhələdəyəm və bu mərhələdə bu nəticəyə varmışam. Amma hər şey ordan başlayıb. Başlanğıc nöqtəsi oradı. Ondan sonra fiziki reallığı bir də əvvəli kimi görə bilmirsən.

    • @fkfkdmfmc9943
      @fkfkdmfmc9943 11 หลายเดือนก่อน +1

      ​@@thespiritschildruh dediyiniz şey nedir?

    • @Black.sun13
      @Black.sun13 11 หลายเดือนก่อน +2

      @@thespiritschild fiziki reallığa əvvəlki kimi görmək? Bu dedikləriniz sadəcə sizin özünüzə təlqin etdiyinizdir. Hətta düşünsəz, özünüz də reallıqla barışmaq istəmədiyinizi anlayarsınız. "Fiziki reallıq" deyirsiniz, yəni gerçəklik budur, bunun arxasında metafiziki reallıq axtarmaq sadəcə dünyəvi gerçəklə (fanilik - ölüm, məhvolma və s.) barışa bilməməkdir :)

    • @thespiritschild
      @thespiritschild 11 หลายเดือนก่อน

      @@Black.sun13 Sizin perspektivinizi yaxşı başa düşürəm. Amma mənim bu dediklərinizə geri qayıtmağım artıq mümkünsüz bir şeydi. Təcrübəni üstün görürəm. Bəlkə siz də sınasaydınız, üstün görərdiz. Fərqindəyəm ki, kənardan dediklərim axmaq, əsassız bir şey kimi səslənir

  • @hajihajiyev6300
    @hajihajiyev6300 11 หลายเดือนก่อน +13

    Dostlar salam, yəqin ki, bilirsiniz ki, 2-6 oktyabrda Yuval Noah Harari Bakıda səfərdə olacaq. Onun ən aktual müasir filosoflardan biri olduğunu bildiyinizə də əminəm. Onu Söhbətgaha qonaq etsəniz sevə-sevə dinləyərdik.
    Hörmətlər

    • @jahangiraliyev393
      @jahangiraliyev393 10 หลายเดือนก่อน +1

      Salam Hacı bəy. Hararini hansı qurum gətirir? Ümumiyyətlə görüş və.s təşkili mümkün olacaqmı? Məlumatınız varmı bu barədə?

    • @hajihajiyev6300
      @hajihajiyev6300 10 หลายเดือนก่อน

      @@jahangiraliyev393 2-6 oktyabrda Bakıda dünyanın ən nüfuzlu astronavtika kongtesi - INTERNATIONAL ASTRONAUTICAL CONGRESS 2023 keçiriləcək. Hararinin səfəri bu layihə çərçivəsində olacaq. Hələ bəlkə Musk da gəldi. Amma hələ dəqiqləşməyib Musk məsələsi. İmkanınız olsa mütləq iştirak edin. Mən qaçırmazdəm Bakıda olsaydım.

  • @cobu70
    @cobu70 11 หลายเดือนก่อน +5

    1:00:01 Tural sen her movzuda tarixe toxun lezzet edir ....

  • @muhammadyusifov7929
    @muhammadyusifov7929 11 หลายเดือนก่อน +7

    Cəlal Şəngör və İlber Ortaylı bilsəydilər bu verilişə astrolog dəvət olunub, çox güman çıxmazdılar bu verilişə..

  • @gulcohrerzayeva5125
    @gulcohrerzayeva5125 5 หลายเดือนก่อน

    Qorxdunuz deyəsən😂😂😂
    Beyinlə baglıdı hamısı

  • @aynurahmedova8249
    @aynurahmedova8249 11 หลายเดือนก่อน +5

    Resad bey sizi gormek cox xos oldu

  • @guseinfatali7984
    @guseinfatali7984 11 หลายเดือนก่อน +5

    Salamlar, Tural bey sizin yaşadığınız qarabasma hadisesini məndə yaşamışam ve əsgərlik dönəmimdən sonra heyatımda ortaya çıxıb bu olayı həm tibbi həmdə psixaloji araşdırdım hər 10 insandan 1ri bu deneyimi yaşıya bilir travmalar ve beynimizdə olan düşüncələr bunu səbəb olur çox yorğun zamanlarda yuxuya gedəndə eşitmə hiss etmə orqanlarımız kənardan baş verən səsləri qəbul edir beyin mərkəzinə bu informasiyalar kor təbii çatdığı üçün reallıq və yuxunun sintez halı baş verir panikaya düşürsüz oyanmağa çalışdıqda tərpənmək olmur bu andan qarabasma başlayır beyniniz bedeni yuxu rejimindən çıxarana qədər

  • @incihuseyn5014
    @incihuseyn5014 10 หลายเดือนก่อน +1

    Çox təşəkkürlər dəyərli fikirlər üçün. Rəşad bəyin sosial hesabını necə tapa bilərəm?

    • @fidansgrova2196
      @fidansgrova2196 10 หลายเดือนก่อน

      astrotherapy13 yazin gelecek

  • @husnasixeliyeva3320
    @husnasixeliyeva3320 11 หลายเดือนก่อน +7

    Rəşad bəyin storysindən videoya kecid etdim ve verilen suallar aldığım cavblar inanilmaz tətmin etdi məni əməyinizə görə cox sağolun 🤍

  • @F.Feyziyeva
    @F.Feyziyeva 11 หลายเดือนก่อน +7

    Faydalı insanlar💜

  • @guseinfatali7984
    @guseinfatali7984 11 หลายเดือนก่อน +2

    Qarabasma hadisələrimin biri Söhbətgahla olub sizi dinləyə işləyirdim və yatıb qalmışam təsadüfdən mövzu dinlərlə bağlı heyatla bağlı söhbətlər getmişdi Turala Əli mənim haqqımda danışırdılar məni sorğuluyurdular bu məlumatları necə bildiyinizi beynim sorğuluyurdu ən piss təsir edən isə gülüşünüz idi məni yuyub sərib gülürdüz oyanıb yuxuya getdiyimi görən də verdiyi rahatlıq hadisenin təsiri ilə yenidən izlədim yenidən əmin oldum ki beynim sizin danişdıqlarızı öz həyatımla əlaqələndirib. Bu hadisədən sonra sizi doğma hiss edirəm.

  • @quqqulu4251
    @quqqulu4251 11 หลายเดือนก่อน +1

    🎉

  • @gozlmustafayeva4479
    @gozlmustafayeva4479 10 หลายเดือนก่อน +2

    Siz neçənci ilsiz?
    - Onu söylemiyoruz malesef

  • @EminDavud
    @EminDavud 10 หลายเดือนก่อน

    🌻

  • @Cavad2511
    @Cavad2511 11 หลายเดือนก่อน

    👑⚡

  • @ilkinaliyev2
    @ilkinaliyev2 11 หลายเดือนก่อน +2

    Salam.Videoya sözüm yoxdur,yenə maraqlı bir kontent idi.Patreonda biraz aktiv olmağınızı xahiş edərdim.

  • @Firuzahuseynzade1519
    @Firuzahuseynzade1519 11 หลายเดือนก่อน +3

    Baxmamis birce onu deye bileremki, kas bu movzu ile elaqeder Firudin Qurbansoyi cagirardiniz.

  • @personalnothinginbusiness52
    @personalnothinginbusiness52 11 หลายเดือนก่อน +4

    Marketing.. 😅

  • @frommoon6597
    @frommoon6597 11 หลายเดือนก่อน +3

    TH-cam’dakı təktük videolardandır ki, istədim lap 24 saat olsun qulaq asım!

  • @Omaro__
    @Omaro__ 10 หลายเดือนก่อน +2

    diger podkastlar cox eladir. bu podkast biraz qeyri-professional oldu sanki. faktlar yox idi. qonaq oz inancindan danisdi gorduyum qeder. yene de bu sahede veziyyet ne yerdedi bilmis olduq.

  • @TradeRELSHAN
    @TradeRELSHAN 11 หลายเดือนก่อน +5

    Astroloq=Ostroloq

  • @zuleyxaagasiyeva
    @zuleyxaagasiyeva 11 หลายเดือนก่อน

    👍

  • @pervinmemmedov9045
    @pervinmemmedov9045 11 หลายเดือนก่อน +6

    Celal Sengor demisken tam bir zirvalik))

  • @mustafayevazeynb2032
    @mustafayevazeynb2032 11 หลายเดือนก่อน

    Çooxx maraqlı olub. ✨