Bələdiyyələr necə işləyir?
ฝัง
- เผยแพร่เมื่อ 15 ธ.ค. 2024
- Milli Məclisin Plenar İclasında “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı hesabat” dinlənildi. Hesabatın müzakirəsi zamanı çıxışımda bildirdim ki, hesabatda qeyd olunur ki, bələdiyyələrin büdcəsinı torpaq və əmlak vergisindən 2020-ci il ilə müqayisədə 3.5 milyon manata daha çox vəsait daxil olmuşdur. Bunun da 2.5 milyon manatı Bakıda fəaliyyət göstərən bələdiyyələrin payına düşür. Tendensiyanın müsbət olması təqdirəlayiqdir. Bununla yanaşı, yenə də əmlak vergisinin yığılmasında problemlər qalmaqdadır və bələdiyyələrin bu istiqamətdə fəaliyyətinin gücləndirilməsi vacibdir.
Qeyd etdim ki, bələdiyyələrin səlahiyyətlərinin və maliyyə imkanlarının genişləndririlməsi üçün bələdiyyələrin təmərküzləşməsi və birləşdirilməsi məsləsinə baxılması məqsədə uyğun olardı. Çexiyada 205, Bolqarıstanda 265, Rumiyada 103, qardaş Türkiyədə 1389 bələdiyyə fəaliyyət göstərir. Azərbaycanda fəaliyyət göstərən bələdiyyələrin sayı əksər Mərkəzi və Şərqi Avropa ölkələri müqayisədə daha çoxdur. Bu isə onların fəaliyyətlərinin səmərliliyinə və eləc də şəffaflığına təsir göstərir.
Bildirdim ki, bu ilin dövlət büdcəsindən bələdiyyələrə 11 mln. manata yaxın vəsaitin ayrılması nəzərdə tutulur. Ölkədə 1 606 bələdiyyənin olduğunu nəzərə alınsa, orta hesabla hər bələdiyyə illik 6 min 800 manat, aylıq isə 560 manat alacaq. Bələdiyyələrin kənar maliyyə mənbələrinin məhdud olduğunu nəzərə aldıqda bu məbləğin az olması onların institut kimi formalaşması və inkişafını xüsusi təşviq etmir. Bu baxımdan, həmin vəsaitin məbləğinə baxılması və artırılması məqsədə uyğun olardı.
Eyni zamanda əlavə etdim ki, hesabata əsasən, bələdiyyələrin fəaliyyəti ilə bağlı daxil olan müraciətlərin sayında artımlar müşahidə olunub. Etiraf etmək lazımdır ki, xüsusən bölgələrdə belə nəzarət mexanizmləri güclü formalaşdırılmayıb. Bu isə həmçinin ondan xəbər verir ki, bələdiyyələrin fəaliyyətinə içtimai nəzarətin də gücləndirilməsinə ehtiyac var.