Azərbaycanlı casus hansı ermənilərlə əlbir imiş? - Gizli razılaşmalar ifşa olundu

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024
  • Azərbaycanlı casus hansı ermənilərlə əlbir imiş? - Gizli razılaşmalar ifşa olundu
    Səbail Rayon Məhkəməsində Ermənistan xüsusi xidmət orqanlarının tapşırıqlarının icrasını həyata keçirməklə dövlətə xəyanət etməkdə şübhəli bilinən Azərbaycan vətəndaşı Əbilov İqbal Şahin oğlu barəsində qətimkan tədbiri seçilməsi ilə bağlı məhkəmə prosesi keçirilib.
    Qeyd edək ki, xarici ölkədə yaşayan İqbal Əbilov Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarının keçirdiyi xüsusi əməliyyat tədbirləri nəticəsində saxlanılıb.
    O, üçüncü ölkə ərazisində məskunlaşaraq Ermənistan xüsusi xidmət orqanı nümayəndələrinin tapşırıqlarının icrasını həyata keçirməklə dövlətə xəyanət etməkdə, onlarla razılaşdırılmış qaydada Azərbaycan ərazisində etnik zəmində nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlər etməkdə təqsirləndirilir.
    Məhkəmə prosesində digər dəlillərlə yanaşı, İqbal Əbilovun İrəvan Dövlət Universitetinin Şərqşünaslıq kafedrasının rəhbəri və Ermənistanda fəaliyyət göstərən Şərqşünaslıq İnstitutunun direktoru - Ermənistan xüsusi xidmət orqanlarının nəzarətində Azərbaycanın ərazi bütövlüyü əleyhinə məqsədyönlü iş aparan Asatrian Garnik Seroboviçlə “Skype” vasitəsilə apardığı gizli danışıqlar və sövdələşmələri elan edilib.
    Müəyyən olunub ki, İ.Əbilov xarici xüsusi xidmət orqanlarının nümayəndələri ilə birgə müxtəlif ölkələrdə olan pozucu qüvvələri cəlb edərək Azərbaycanın ərazi bütövlüyü əleyhinə qondarma təşkilatın fəaliyyətini təşkil edib. Onun həmçinin Ermənistan xüsusi xidmət orqanları ilə əlaqəli Vardan Voskanyan və digərlərinin ölkəmizə qarşı düşmənçilik fəaliyyəti həyata keçirməsinə köməklik etdiyi də müəyyən olunub.
    Ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin dövlətə xəyanət, xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə dövlət əleyhinə yönələn açıq çağırışlar və milli nifrət, eləcə də düşmənçiliyin salınmasına yönələn hərəkətlər maddələri ilə ittiham elan olunub.
    Məhkəmə İlqar Əbilov barəsində 4 ay həbs qətimkan tədbiri seçib.
    Bizi WhatsApp-da izləyin whatsapp.com/c...
    t.me/bakutvxeber
    / baku.tv
    / bakutvofficial
    www.baku.tv
    ARZUNUN VAXTI ➧ • ARZUNUN VAXTI
    QAPQARA ➧ • QAPQARA
    AYDIN TARİX ➧ • AYDIN TARİX
    ORALARDA NECƏDİR? ➧ • Oralarda necədir?
    O VAXTLAR ➧ • O VAXTLAR
    SONUNCU ŞAHİD ➧ • SONUNCU ŞAHİD
    BAKU ANALİTİK ➧ • BAKU ANALİTİK
    BAKU MED ➧ • BAKU MED
    RƏSMİLƏR ➧ • RƏSMİLƏR
    BAKU AKTUAL ➧ • BAKU AKTUAL
    RETRO BAKU ➧ • RETRO BAKU
    ARAŞDIRMA ➧ • ARAŞDIRMA
    44 GÜN ƏSGƏR RƏŞADLA ➧ • 44 GÜN ƏSGƏR RƏŞADLA
    QARABAĞ XRONİKASI ➧ • QARABAĞ XRONİKASI
    QƏRBİ AZƏRBAYCAN XRONİKASI ➧ • QƏRBİ AZƏRBAYCAN XRONİ...
    Azərbaycanlı casus hansı ermənilərlə əlbir imiş? - Gizli razılaşmalar ifşa olundu
    2024 © All Rights Reserved ℗ "Baku TV" LLC ™
    #bakutv #casus #xəyanət #ermənilər #ifşa #iqbaləbilov #dövlətəxəyanət #azərbaycanlıcasus

ความคิดเห็น • 1K