ความคิดเห็น •

  • @MuradHuseyn-q4l
    @MuradHuseyn-q4l 7 หลายเดือนก่อน +2

    Var olun müəllim.Allah her zaman yardimciniz olsun🙌🙌🙌🙌🙌

  • @ilaskaclilova
    @ilaskaclilova 5 หลายเดือนก่อน +3

    Həqiqətən gərək ürəyin o qədər dolu olsun ki belə möhtəşəm əsərlər ortaya çıxara biləsən, Bəxtiyar Vahabzadə kimi bir dahiylə bir əsrdə yaşamaq qürurdur. Çox təşəkkürlər, müəllim, gözəl izahınız və bizlərə köməyiniz üçün Allah sizdən razı olsun ❤❤❤

  • @rfiyevaa
    @rfiyevaa ปีที่แล้ว +8

    "Xurşidbanu Natəvan"əsərində də vahid xalqımızın iki yerə bölünməsi(Natəvan Canişinə deyirdi bunu birinci şəkildə),vətənin birliyi kimi məsələr var idi. Hətta azadlığı görməyi Mirzə Ruhullah Natəvana deyirdi:"Tarix bir-iki nəslin ömründən ibarət deyil,Banu bəyim. O böyük azadlığı biz görməsək də, damarlarında bizim qanımız axan gələcək nəsillər görəcək". Azadlığı görməyə nikbin yanaşmanı bu poemada da görürük. Yəni bir oxşarlıq kimi qeyd etmək istədim.

  • @rabiamuradli
    @rabiamuradli 2 ปีที่แล้ว +16

    Təbrizim şeiri ilə oxşar xüsusiyyəti odur ki, hər iki əsərdə Şimali və Cənubi Azərbaycan məsələsinə toxunulub,hər iki əsərdə 2yə bölünmüş vətənin ağrı acıları əks olunub,hər iki əsərdə vətənin bütövlüyü ilə bağlı arzuları öz əksini tapmışdır

  • @lemanganbarova8259
    @lemanganbarova8259 ปีที่แล้ว +13

    Yaradıcılığını,xüsusilə də vətənpərvərlik mövzusunda yazdığı əsərləri oxuyarkən vaxtın nə zaman gəlib,nə zaman keçdiyini hiss etmədiyim dahi şairlərimizdən biri.B.Vahabzadə,X.R.Ulutürk və S.Vurğunun yardıcılığı həqiqətən də əsl insani hislərin təcəssümü və səmimi duyğuların ifadəçisidir.Mən çox istəyərdim ki,gəncliyimiz ən çox da B.Vahabzadə və X.R.Ulutürkün şeirləri ilə böyüsün.Həqiqətən, fəxr edirəm ki,bizim belə şairlərimiz olub.
    Əməyinizə sağlıq,çox gözəl izahlar verirsiniz.Müəllim,inanın ki,elə bir mövzu yoxdur ki,onu öyrənmək üçün sizin izahlarınızı ötürüb başqa bir müəllimi dinləyim.Həqiqətən də izah videoları arasında ən gözəl izahlar elə bu kanalda paylaşılır.Buna görə də,bu kanalın videoizahlarını izləyirəm ilk olaraq.İnşAllah davamlı olsun.Çox təşəkkür edirəm sizə👏...

    • @elsadliyevlazrbaycandilivd6552
      @elsadliyevlazrbaycandilivd6552 ปีที่แล้ว +3

      Çox qürurverici rəydir. Təşəkkür edirəm

    • @agayevagayeva1988
      @agayevagayeva1988 ปีที่แล้ว +1

      Razıyam Sizinlə❤Elşad müəllimin izahları ilə yenicə tanış olmuşam, çox bəyəndim.Allah razı olsun

  • @Dark49238
    @Dark49238 2 ปีที่แล้ว +10

    Artıq anlamışıq ,ahla,amanla
    Nə məftik əriyər, sərhəd uçar(Xurşudanu əsərindədə məclislərdən birində Cənub mövzsuna toxunulur,orada Mamayi Cənubdakı azərbaycanlılara farsların zülm etdiyini şeirlərində vurğuladığını deyir,Seyid Hüseyn isə inilti yox,vuruşmağın lazım olduğunu deyir)

    • @elsadliyevlazrbaycandilivd6552
      @elsadliyevlazrbaycandilivd6552 2 ปีที่แล้ว +3

      Nəzrin xanım, ədəbiyyatımızdakı həmin mövzuları qruplaşdırıb təhlillərin verəcəyik. Sizlərin yanaşması da onda daha da dəqiqləşəcək.

  • @hokumebalacayeva2701
    @hokumebalacayeva2701 ปีที่แล้ว +2

    ÇOX SAĞ OLUN, ELŞAD MÜƏLLİM ÇOX MÜKƏMMƏLSİNİZ. İZAHINIZ ÇOX GÖZƏLDİR

  • @ayselqarayeva8117
    @ayselqarayeva8117 ปีที่แล้ว +3

    Çox sagolun ,müellim.Sizin derslerinizə qulaq asmaqla sertifikasiyadan yüksək nəticə gösterdim❤❤Təşəkkür edirem

  • @gulgezmemmedova7878
    @gulgezmemmedova7878 7 หลายเดือนก่อน

    Sonuncu şeir dodaqdeymez təcnis. Çox sağ olun müəllim 🙏🏻

  • @23471
    @23471 ปีที่แล้ว +1

    Çox sağ olun ! Əla mükəmməl izah 🤲🏻👍🏻

  • @ulkermuellim2490
    @ulkermuellim2490 ปีที่แล้ว +3

    Halaldır,Sizə. Möhtəşəm şəkildə məzmunun izahı,təhlili..bir sözlə 👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻

  • @elsadliyevlazrbaycandilivd6552
    @elsadliyevlazrbaycandilivd6552 2 ปีที่แล้ว +14

    Azadlıq ağazı bar verə bilməz,
    Şəhidlər qanıyla suvarılmasa
    Bu nümunə həm də "Şəhidlər" poemasının "Eşq olsun sizə" hissəsində verilib.

  • @zehrazeynalzade8265
    @zehrazeynalzade8265 ปีที่แล้ว

    Cox cox tewekkurler.sondaki ayaqli tecnisdi

  • @sevdammmdova8140
    @sevdammmdova8140 ปีที่แล้ว +1

    Çox sag olun

  • @ztagizade01
    @ztagizade01 2 ปีที่แล้ว +6

    Çox sağolasınız,çox gözəl izah edirsiniz🙏🤍

  • @vusalliyeva1431
    @vusalliyeva1431 ปีที่แล้ว +1

    Şeir ayaqlı təcnisdir

  • @gameraunt6572
    @gameraunt6572 ปีที่แล้ว

    Səhidlər poemasinda torpagina gedir, isqiqlalda isə vətən goylərinə ...
    Biz də o vaxt kecəndə Vətən goylərinə cəkdi səhidler kecmisdik.

  • @elsadliyevlazrbaycandilivd6552
    @elsadliyevlazrbaycandilivd6552 2 ปีที่แล้ว +6

    Güneyli-Quzeyli Xəritə səslənməli idi. Və həmin ifadədə Şimali və Cənubi Azərbaycan məsələsinə toxunulub.

    • @sahnazibrahimova8300
      @sahnazibrahimova8300 ปีที่แล้ว +1

      Muəllim hansı proqramla işləyirsiz belə hazır mətnlərin üstündə?deyersiz zehmet olmasa

  • @natavanbozqurdlu1036
    @natavanbozqurdlu1036 2 ปีที่แล้ว +3

    Çox sağolun🙏

  • @ibtidaisinifmullimi5282
    @ibtidaisinifmullimi5282 ปีที่แล้ว +1

    Salam müəllim.İzahlarınızı çox bəyənirəm.Çox sağ olun.

  • @senanseferov9059
    @senanseferov9059 ปีที่แล้ว +3

    Sərhəd məsələsi " əsgər məktubu " seirinde de toxunulub.

  • @memiemirli8220
    @memiemirli8220 2 ปีที่แล้ว +4

    Ayaqlı təcnisdi

  • @memiemirli8220
    @memiemirli8220 2 ปีที่แล้ว +1

    Təşəkkürlər,müəllim🙏🙏

  • @isamammadov2448
    @isamammadov2448 ปีที่แล้ว +1

    Ayaqlı təcnisdir

  • @Dark49238
    @Dark49238 2 ปีที่แล้ว +10

    Bəxtiyar Vahabzadə yaradıcıllığına vurğunam .Xüsusən də İstiqlal ,Şəhidlər poemalarına vurğunam.Qəbula bu tip əsərlər çox salınmalıdır,məncə,məntqisiz,ideyasız talvar kimi əsərlər yox.
    "Biz də görəciyik Azərbaycanın
    Güneyli-Quzeyli xəritəsini" bu misralara ruhumu buraxdım🥺🖤
    Bir gün birləşəcəyik ,əlbətt!!!

    • @elsadliyevlazrbaycandilivd6552
      @elsadliyevlazrbaycandilivd6552 2 ปีที่แล้ว +5

      Unutmayaq ki, Hər əsərin müsbət və mənfi tərəfləri var.
      Sonuncu fikrinizlə isə razıyam.

  • @aydanquliyeva3456
    @aydanquliyeva3456 ปีที่แล้ว +2

    Canımız müəllimim

  • @GünelMəmmədova-k7y
    @GünelMəmmədova-k7y 3 หลายเดือนก่อน

    Salam mqəllim. Eynən Xurşudbanu əsərində Seyid Hüseynin dediyi fikir bu poemada da var. Bizə inilti lazım deyil.
    Artıq anlamışıq ahla , amanla
    Nə məftil əriyər , nə sərhəd uçar

  • @huseyin698
    @huseyin698 ปีที่แล้ว

    Salam müəllim bu misra Suvardiq torpağı şehid qanıyla burada meşrute herakatına işare var?

  • @firuzesahverdiyeva4159
    @firuzesahverdiyeva4159 ปีที่แล้ว +2

    Salam muellim Lirik qehreman vetenin azadliga qovusacagina nikbin bir ovqatla yanasir?

  • @ruqiyyeveliyeva5159
    @ruqiyyeveliyeva5159 2 ปีที่แล้ว +2

    Çox sağolun

  • @rabiamuradli
    @rabiamuradli 2 ปีที่แล้ว +3

    Müəllim, ana dilinin sıxışdırılması məsələsinə türkün dili şeirində də yer verilir ortaq cəhət kimi götürə bilərik mi?

  • @huseyin698
    @huseyin698 ปีที่แล้ว

    Dilin yasaq edilmesi sesli qiz eseri ile ortaq ola biler?

  • @jalaallahverdiyeva360
    @jalaallahverdiyeva360 2 ปีที่แล้ว +1

    👍👍👍

  • @meleykeabbasova7766
    @meleykeabbasova7766 2 ปีที่แล้ว +2

    🤩🙏

  • @aynurmusayeva2980
    @aynurmusayeva2980 ปีที่แล้ว

    Salam müəllim. Güney Azərbaycan məsələsi Əli Tudənin " Yaşalanlar görəcəkdir" şeirində də var. O da vətənin bir zaman bütöv olacağına inanır. Təhlilinizə görə çox sağ olun.

  • @elvirarcbova1080
    @elvirarcbova1080 2 ปีที่แล้ว +3

    “Gedirkən, qanlarıyla “ qulaq qafiyəsi olmaz?

    • @elsadliyevlazrbaycandilivd6552
      @elsadliyevlazrbaycandilivd6552 2 ปีที่แล้ว +3

      Hansı misra ilə nəzərdə tutursunuz?

    • @elvirarcbova1080
      @elvirarcbova1080 2 ปีที่แล้ว +3

      Şəhidlər poemasından olan bənddə

    • @elsadliyevlazrbaycandilivd6552
      @elsadliyevlazrbaycandilivd6552 2 ปีที่แล้ว +3

      @@elvirarcbova1080 Zəhmət olmasa, digər misranı da qeyd edin. Universitetdəyəm deyə yanımda kitab yoxdur.

    • @elvirarcbova1080
      @elvirarcbova1080 2 ปีที่แล้ว +3

      Qatil gülləsinə qurban gedirkən
      Gözünü sabaha dikdi şəhidlər.
      Üçrəngli bayrağı öz qanlarıyla
      Vətən göylərinə çəkdi şəhidlər.

    • @elsadliyevlazrbaycandilivd6552
      @elsadliyevlazrbaycandilivd6552 2 ปีที่แล้ว +3

      @@elvirarcbova1080 Ola bilər. Bəli

  • @uzeyiribrahimov5152
    @uzeyiribrahimov5152 ปีที่แล้ว

    Təcnis

  • @ders444
    @ders444 2 ปีที่แล้ว +3

    Salam, müəllim. Xeyirli işiniz üçün Allah razı olsun.
    Sizin kanalı paylaşıram.Abunə sayı çox olar.

  • @rabiamuradli
    @rabiamuradli 2 ปีที่แล้ว +3

    Müəllim sərhəd məsələsinə başq hansı əsərdə idi ki ha düşündüm tapa bilmədim nolar deyin də birdən testə düşər🥲🥲🥲🥲

  • @Elena-wx8ic
    @Elena-wx8ic 2 ปีที่แล้ว +2

    Salam müəllim sondakı şeir ayaqlı təcnisdir. Necə bildim həm qafiyə sindən həm də əsas da sona artırılan 5 hecalı kiçik misra.

    • @elsadliyevlazrbaycandilivd6552
      @elsadliyevlazrbaycandilivd6552 2 ปีที่แล้ว +4

      Düz. Müstəzad təcnis ifadəsi ilə sinonim kimi səslənir.

    • @rabiamuradli
      @rabiamuradli 2 ปีที่แล้ว +2

      Müəllim sonda dediyiniz şeir ordakı qafiyələr cinas qafiyə hesab olunur?

    • @elsadliyevlazrbaycandilivd6552
      @elsadliyevlazrbaycandilivd6552 2 ปีที่แล้ว +2

      @@rabiamuradli Bəli. Əgər təcnisin adı çəkilirsə cinas qafiyəni xatırlayın.