Çox dəyərli məsləhətlərdir. Kaş elə vaxtında sizə də belə məsləhətlər verən olardı. Seçiminizi düzgün edərdiniz. Hər halda işlərinizdə uğurlar arzu edirəm.
Salam, men ukrayna da online şekilde hüquq oxuyuram ve bitirdikden sonra Amerikada karyera qurmaq isteyirem. Bunun üçün ne etmeliyem? Cavablandırarsız zehmet olmasa
Salam,xahis ediremm sualimi cavablandirasiniz.Deyirler,vekil olmaq "dayday"in ve ya pulun olmalidi bu duzgundur mu? Odenis etmeden hec cur ise qebul olmaq olmaz?
Videonuz menim ucun cox yararli oldu, sizce kommunikasiya ve reqemsal media nece ixtisasdir ? Cox da bilinmeyen ixtisasdir. Geleceye is var mi sizce bu ixtisasla bagli? 🙏🏼
Bir hüquqşünas kimi dediklərinin 100 faizi doğrudur. əlavə olaraq hüquq bitirib işsiz qalan minlərlə adam var çünkü Azərbaycanın gerçəkliyi budur. Kaş ki tibb seçərdim
Hal hazırda 11-ci sinifəm. Hüquqa hazırlaşıram. Hüquq mühafizə orqanlarına böyük marağım var. Lakin ilin günün bu vaxtı imtahana bu qədər az qalmış bu videonu görməyim məni məyus etdi. Mən də istəyirdim bakalavr təhsilimi xaricdə alım. Lakin ailəmin onu qarşılayacaq imkanı yoxdur. Neynim indi mən((( Fikirlərinizə böyük hörmətim var
Video sizi motivasiyadan qəti şəkildə salmasın. Əgər hüquq ixtisasını istəyirsinizsə, oxuyun. Videoda əsas danışdığım odur ki, bu ixtisası oxuyub sonra xaricə gəlib burda yaşayıb karyera qurmaq istəyən insanlar çox zaman uğursuz olurlar. Amma təbii ki, əgər siz ABŞ, İngiltərə kimi ölkələrdə common law (presedent hüququna əsaslanan) oxusanız çox rahatlıqla karyera qura bilərsiniz. Əgər imkanınız çox yuxarı deyilsə, çalışın təqaüd alın. Əgər təqaüd almaq çətindirsə, Azərbaycanda hüquq təhsilini alın. Hüquq mühafizə orqanlarında işləmək istəyirsinizsə, məncə xaricdə oxumaq sizə çox şey verən deyil. Azərbaycanda təhsilinizə başlayın, magistri xaricdə oxuya bilərsiniz sonradan. Bilmək olmaz, bəlkə fikrinizi dəyişdiniz və hüquq mühafizə orqanları yox, vəkil kimi karyera qurmaq istədiniz. Ya da ki, hüquqa girdikdən sonra, bir iki il oxuyub görə bilərsiniz ki, hüquq sizə maraqlı deyil və ixtisasınızı dəyişmək istədiniz. Yəni hər şey ola bilər. Mənim sizə məsləhətim odur ki, həm Azərbaycanda, həm də xaricdə hüquq təhsili üçün sənədlərinizi verin. Təqaüd qazansanız xaricə gedin, qazanmasanız, Azərbaycanda oxuyun.
@@khayalasadzade1019 bu nöqteyi nəzərdən baxanda fikirləriniz mənə tam aydın oldu. Anladım nəyi nəzərdə tutursunuz videoda. Məsləhətiniz üçün çox çox təşəkkür edirəm. Dəyərləndirəcəm💖
Baxmayaraq ki 17 yaşım var, bir çox çətinliklə qarşılaşmışam. Dəfələrlə çıxdığım yolda məğlub olmuşam, ucqar ərazidə yaşadığım üçün mənim fikirlərim çoxlarına gülünc gəlib. Və ən əsası "qız nədi o nədi" deyən mühitdə böyümüşəm. Lakin fikrimdən dönən deyiləm. Çox çətin olacaq mənə istədiyim həyatı qurmaq, lakin bacaracam💓 Bir daha təşəkkür edirəm sizə
Salam, hüququ oxuyub bitirmiş biri olduğunuz üçün məsləhətləriniz mənim üçün çox vacibdir mən 11 ə keçdim və hüquqa böyük həvəsim var bu videonu görənnən sonra nə yalan deyim gələcəyimi korlayacağımı düşünürəm amma başqa ıxtisas istəmirəm xahiş edirəm mənə köməklik göstərəsinuz😢 sizcə bakalavr təhsilini Azərbaycanda alıb magistr təhslini xaricdə alsam gəlirim olar?? Azərbaycanda bu gün o qədər işsiz hüquqşünaslar var ki...iş tapa bilmirlər mən necə tapacam😭😪💔
Salam. Əvvəla onu deyim ki, xaricdə təhsil almaq məcburiyyətində deyilsiniz. Elə Azərbaycanda da təhsil alıb hüquq sahəsində yaxşı işləmək olar. Üstəlik də, bu düşüncə sizi çox geri ata bilər. Siz elə edin ki, o işsiz hüquqşünaslardan olmayın. Universitetə girən kimi hüquq sahəsini həm nəzəri, həm praktiki cəhətdən yaxşı yaxşı öyrənin. Networking qurun, başqa tələbələrlə əlaqələr qurun. Belə olan təqdirdə elə Azərbaycanda da hüquq oxuyub, böyük nailiyyətlərə imza atmaq olar. Motivasiyadan düşməyin. Bu videoda mən sırf ambisiyaları xaricdə yaşamaq olan adamlar üçün demişəm ki, hüquq oxumağına dəyməz.
@@khayalasadzade1019 Allah razı olsun sizdən aydınlıq gətirdiniz bu vaxtı fikir götürmüşdü məni Allah yolunuzu gözəlliklərə açsın bizlərə yol göstərirsiz💫🤲(( Əgər İnşəAllah Hüququ oxuyub bitirsəm 2 ci bir ixtisas olaraq hansı ixtisası tövsiyyə edərsiz? ((Tərcüməçiliyə marağım birdə var xarici ölkəri gəzmək...
Buyurun. Kömək edə bildimsə, mənə xoşdur. Hüquq işində işləyib kifayət qədər pul yığa bilərsiniz ki, dünyanı gəzəsiniz. Tox əgər yaşamaq istəyirsinizsə xaricdə, onda İT, Maliyyə tipli şeylər oxuyun.
Bu bloggerliyi necə öyrənmək olar? Düzü mən 3 cü qrupam ,burda hər hansısa bir ixtİsas istiyirəm ki,Xaricə gedim .Dövlət və ictimai münasibətlər fakültəsi necədi?Ya da bu qrupda başqa bir ixtisas önərə bilərsinizmi?
@@mineverftulayeva3248 bu suallarınıza artıq 2 dəfə cavab vermişəm məncə)) bloggerliyə qalanda isə əlinizə kameranızı alın, ağlınıza nə gəldi danışın. Bloggerlik sənət falan deyil ki onu öyrənəsiz
Salam mən Dövkət və ictimai mübasibətlər oxusam gedib harda işləyə bilərəm tqrkiyəyə getmək iatiyirəm.Ya hüquq ya da ictimai münaaibətlər oxumaq istəyirəm xaiş edirəm məsləhət verəsiniz.
Beynəlxalq tələbələr bir çox hallarda beynəlxalq hüquq öyrənir. Hansısa ölkənin hüququnu öyrənmir. Ona görə də, elə beynəlxalq hüququ öyrənsələr bəsdir. Amma həmin sahə üçün iş imkanları çox məhduddur. Yerli hüququ öyrənmək üçünsə yerli dili bilməlisən. Bu da vaxt aparır.
İT üzrə oxumaq çox istəyərdim. Ancaq riyaziyyatım o qədər də yaxşı deyil və düşünürəm ki o üzrə getsəm riyaziyyat balımı aşagı salacaq. Ancaq Humanitar fənləri yaxşı bilirəm və həvəsimdə var. Elə ona görə 3cü qrup seçmişəm
@@sevincramazanova848 həvəsiniz varsa elə humanitar ixtisasları oxuyun. Və özünüz üçün plan qurun. Növbəti 5 ildə 10 ildə nə etməyi düşünürsünüz? Bunu müəyyənləşdirin özünüz üçün.
9cu sinfi bitirdim... Hüquqdan başqa bir ixtisas istəmirəm ama bu aralar başım çox qarışıb. Əslində 1ci Azərbaycanda hüquq təhsili alıb xaricdə işləmək istəyirdim. Bu mümkündürmü yoxsa mən birbaşa mı xaricdə hüquq təhsilli almalıyam?
Salam.Çin dili tərcüməçilik oxumaq sizcə necədir?hüquq ilə Çin dili tərcüməçilik arasında qalmışam,xaricdə yaşamaq istəyirəm həm də ama ətrafdakılar hüquq oxumağımı istəyir çox qərarsoz qalmışam;(
Salam. Hüquqla xaricdə yaşamaq mümkün deyilsə, Çin dili ilə yaşamaq heç mümkün deyil. Mən sizin yerinizə olsa idim IT və ya Maliyyə-İqtisadiyyat oxuyardım. Əgər hüquq oxusanız, xaricə gəlib təhsil ala bilərsiniz. Amma işləmək nə dərəcədə mümkündür o qəliz məsələdir.
@@khayalasadzade1019 3cğ qrupam və imtahana çox az vaxt qalıb deyə o ixtisasları seçmə imkanım yoxdur təəssüfki🥲kursa getsəm yenə də xaricdə iş tapa bilərəm dediyiniz ixtisaslarda
Biraz gecdir məncə də. Sizin yerinizə olsam, imkan varsa, bir il də gözləyib xaricə gedərəm oxumağa. Ya da ki, Azərbaycanda 3cü qrupa hazırlaşıb daha yaxşı bir ixtisasa hazırlaşaram
@@letaisacook7 əgər xaricdə təhsil və yaşam üçün soruşursunuzsa, məncə heç biri. O ixtisasların hamısı beynəlxalq səviyyədə ölmək üzrədir. Amma Azərbaycanda qalmaq fikriniz varsa, hüquq əladır. İngilis dili müəllimliyi də pis deyil. İngilis dilindən uşaq hazırlaşdırmaq olar
Xəyal, səncə universitet dövründə bizə keçilən hüquq dərslərini öyrənməliyik, yoxsa öyrənməyib yola versək də olar? Tənbəl tələbə yoldaşlarım var, mənim əməlli-başlı həvəsdən salıblar ki, bu dərslərin heç biri lazım olmayacaq, boş-boş qanun əzbərləyirik. Amma müstəntiqlə danışanda mənə demişdi ki, o dərsləri oxu, mən oxumadım sonra məcbur işləyəndə öyrəndim. Nə fikirləşirsən bu barədə? Həvəsimi çox pis öldürüblər, universitetdən qovulmaq dərəcəsində oxuyuram, fikirləşirəm ki, əgər maddə əzbərləyiriksə, bunun bizə xeyri yoxdusa niyə oxuyum? Halbuki oxuyub bilik mənimsəməkdən ötrü ürəyim gedir. Sadəcə yenə deyirəm, həvəsdən salıblar, heç bir faydası olmadığını deyirlər.
Mənim sənə məsləhətim - universitet dərslərini ancaq qiymətə oxu. Çünki, əgər sən Azərbaycanda qalıb müstəntiq, prokuror və ya vəkil işləyəcəksənsə o dərslərin heç biri sənə lazım olmayacaq, çünki onsuz da imtahanlara hazırlaşanda (vəkillik və ya dövlət qulluğu) bütün qanunları yenidən oxumağa məcbur olacaqsan. Əgər o müstəntiqin dediyi kimi, nəzəriyyə dərslərini də oxumaq istəyirsənsə, mən sənə məsləhət görürəm ki, müstəqil şəkildə evdə otur oxu. Xüsusən də, əgər oxumağa çox həvəslisənsə. Müstəqil şəkildə hüquq nəzəriyyəsi, tarixi, fəlsəfəsi, cinayət hüququ fəlsəfəsi, mülki hüquq fəlsəfəsi barədə kitablar al və otur oxu (hətta məsləhət görərdim ki, ingiliscə ya da rusca). Tələbə yoldaşlarına da qulaq asma. Onlar belə düşüncə ilə uzaq başı gedib ya paykavoy vəkil olacaq ya da ki hansısa məhkəmədə katib (ən yaxşı halda). Əgər xaricdə oxumaq fikrin varsa, onda universitet dərslərini ümumiyyətlə yola verə bilərsən. Çünki orda onlar lazım olmayacaq. Bəlkə, nəzəriyyə dərsləri xaricdə lazım oldu, onu da ki, dediyim kimi, müstəqil oturub oxusan daha yaxşı olar.
Problem orasındadı ki, bu fərsizlərin məni həvəsdən salmağından 2 kursu pox günündə oxumuşam. Cəmi 1 A almışam, GPA it günündədi. Bizə daha sonra yaxşı, savadlı bir müəllim gəldi, əməlli-başlı elm keçirdi. Bu tüləklərdən soruşdum ki, deyirdin elm yoxdu, mənasız dərslərdi, indi gözəl dərs keçən müəllim var. Oxuyacaqsan? Sir-sifət elədi, yenə "yox" dedi. Zəhmətdən qorxur sadəcə gic-gic bəhanələr gətirir. Heyif ki, belə lox adamları yanıma aldım. İndi açığı gündə bir qərar verirəm. Gah xaricdə maliyyə oxumaq istəyirəm, gah computer science, onlara da ki, təqaüd imkanlarım azdı. Səncə hansı yol izləyə bilərəm? Məqsədim prestijli, pullu, sevdiyim bir işlə məşğul olmaqdır. Səncə hüquqda nəsə var? Varsa nə edə bilərəm? Dediyim kimi xaricə getmə ehtimalım azalıb. Burada hüquq sahəsində harada işləyə bilərəm? Və bir də özümü hüquq üzrə necə təkmilləşdirim? Hansı ədəbiyyatları məsləhət görürsən? Yuxarıda yazmısan, amma bir az da spesifikləşdirsən əla olar (çox sual verib başıvı ağrıtdım, üzrlü say).
Onları boş ver. Özləri bir şey ola bilmirlər və üstəlik səni də yanlarına çəkirlər. Mənə görə şəxsən xaricdə oxumaq üçün hüquq da yaxşı ixtisasdır. Amma əgər orda yaşamağa davam etmək istəyirsənsə, məncə elə maliyyə ya IT seçsən daha yaxşı olar. Bakalavr səviyyəsindən get oxu, yaxşı inkişaf elətdir özünü və qal. İş imkanları çox genişdir. Hüquqda isə çox da yoxdur. Azərbaycanda hüquq sahəsində çox yerdə işləyə bilərsən. Mən sənin yerinə olsam, prokurorluq ya da digər hüquq mühafizə orqanında işə girib, bir neçə il işləyib sonra vəkil olmağı seçərəm. Hüquq ədəbiyyatına gəlincə, mən özüm şəxsən o vaxtlar "теория государства и права" kitabını oxuyurdum (müəlliflər: Matuzov və Malko). Bizimkilərdən Fərhad Mehdiyevin Hüquq Nəzəriyyəsi kitabı var. O yaxşıdır. İngilis dilində isə yaxşı kitab çoxdur. Google-da bax, Oxford və Cambridge universitetlərinin nəşriyyatlarının hüquq kitabları çox yaxşıdır.
Bir də ki, sənin kommentin əsasında bir video çəkmək istərdim. Sırf hüquq təhsili ilə əlaqədar məsləhətlərlə bağlı. Əgər icazə verirsənsə sənin kommentini screen edib o videoda nümayiş etdirərdim)))
Çox dəyərli məsləhətlərdir. Kaş elə vaxtında sizə də belə məsləhətlər verən olardı. Seçiminizi düzgün edərdiniz. Hər halda işlərinizdə uğurlar arzu edirəm.
Təşəkkür edirəm!
Video üçün təşəkkür edirəm
Əla 👍🏻
Sizə işlərinizdə müvəfəqiyyətlər arzulaylram
Çox sağolun!
👍
Salam, men ukrayna da online şekilde hüquq oxuyuram ve bitirdikden sonra Amerikada karyera qurmaq isteyirem. Bunun üçün ne etmeliyem? Cavablandırarsız zehmet olmasa
Salam. Məncə bu işin başını buraxın getsin. USA-da heç kəs Ukraynadakı online təhsili tanıyan deyil 😁
Çox faydalı oldu!😊
😁👍🏼
Salam,xahis ediremm sualimi cavablandirasiniz.Deyirler,vekil olmaq "dayday"in ve ya pulun olmalidi bu duzgundur mu? Odenis etmeden hec cur ise qebul olmaq olmaz?
Salam. Heç bir daydaya ehtiyac yoxdur. Elə öz savadına görə də vəkil olmaq olar. Ödənişsiz də işə qəbul olanlar en qədərdir.
Hüququ bitirib Türkiye’de çalışmaq olarmı?
Sizcə Türkiyədə YÖS lə hüquq təhsili alıb Azərbaycan da işləyə bilər? Azərbaycan vətəndaşı
Türkiyədən çox da başım çıxmır e, bəy, mənimki Avropadır))
Videonuz menim ucun cox yararli oldu, sizce kommunikasiya ve reqemsal media nece ixtisasdir ? Cox da bilinmeyen ixtisasdir. Geleceye is var mi sizce bu ixtisasla bagli? 🙏🏼
deyə bilmərəm. Amma çox cəlbedici səslənir məncə
Bir hüquqşünas kimi dediklərinin 100 faizi doğrudur. əlavə olaraq hüquq bitirib işsiz qalan minlərlə adam var çünkü Azərbaycanın gerçəkliyi budur. Kaş ki tibb seçərdim
Hüquq qəliz məsələdir biraz))
@@khayalasadzade1019 düzdü qardaş. Bir də neçə yaşın var çünki mən də xaricə getmək istəyirəm amma başqa ixtisas üzrə- 28 yaşım var gec olmaz ki??
@@Kafkaslarda_bir_asker məncə heç vaxt gec deyil. Amma o da sizin məqsədlərinizə bağlıdır.
@@Kafkaslarda_bir_askerqardaş dövlət qulluğunda xeyli sayda məhkəmədə vakansiyalar çıxır. İxtisasım hüquq olsaydı o sektorda işləyirdim
sizce 2-ci qrupda biznesin idare edilmesi yoxsa 3 cu qrupda huquq? Is tapmaqda ve.s hansi daha yaxsidir?
Mən şəxsən biznesin idarəedilməsini seçərdim
Hal hazırda 11-ci sinifəm. Hüquqa hazırlaşıram. Hüquq mühafizə orqanlarına böyük marağım var. Lakin ilin günün bu vaxtı imtahana bu qədər az qalmış bu videonu görməyim məni məyus etdi. Mən də istəyirdim bakalavr təhsilimi xaricdə alım. Lakin ailəmin onu qarşılayacaq imkanı yoxdur. Neynim indi mən((( Fikirlərinizə böyük hörmətim var
Video sizi motivasiyadan qəti şəkildə salmasın. Əgər hüquq ixtisasını istəyirsinizsə, oxuyun. Videoda əsas danışdığım odur ki, bu ixtisası oxuyub sonra xaricə gəlib burda yaşayıb karyera qurmaq istəyən insanlar çox zaman uğursuz olurlar. Amma təbii ki, əgər siz ABŞ, İngiltərə kimi ölkələrdə common law (presedent hüququna əsaslanan) oxusanız çox rahatlıqla karyera qura bilərsiniz. Əgər imkanınız çox yuxarı deyilsə, çalışın təqaüd alın. Əgər təqaüd almaq çətindirsə, Azərbaycanda hüquq təhsilini alın. Hüquq mühafizə orqanlarında işləmək istəyirsinizsə, məncə xaricdə oxumaq sizə çox şey verən deyil. Azərbaycanda təhsilinizə başlayın, magistri xaricdə oxuya bilərsiniz sonradan. Bilmək olmaz, bəlkə fikrinizi dəyişdiniz və hüquq mühafizə orqanları yox, vəkil kimi karyera qurmaq istədiniz. Ya da ki, hüquqa girdikdən sonra, bir iki il oxuyub görə bilərsiniz ki, hüquq sizə maraqlı deyil və ixtisasınızı dəyişmək istədiniz. Yəni hər şey ola bilər. Mənim sizə məsləhətim odur ki, həm Azərbaycanda, həm də xaricdə hüquq təhsili üçün sənədlərinizi verin. Təqaüd qazansanız xaricə gedin, qazanmasanız, Azərbaycanda oxuyun.
@@khayalasadzade1019 bu nöqteyi nəzərdən baxanda fikirləriniz mənə tam aydın oldu. Anladım nəyi nəzərdə tutursunuz videoda. Məsləhətiniz üçün çox çox təşəkkür edirəm. Dəyərləndirəcəm💖
Baxmayaraq ki 17 yaşım var, bir çox çətinliklə qarşılaşmışam. Dəfələrlə çıxdığım yolda məğlub olmuşam, ucqar ərazidə yaşadığım üçün mənim fikirlərim çoxlarına gülünc gəlib. Və ən əsası "qız nədi o nədi" deyən mühitdə böyümüşəm. Lakin fikrimdən dönən deyiləm. Çox çətin olacaq mənə istədiyim həyatı qurmaq, lakin bacaracam💓
Bir daha təşəkkür edirəm sizə
@@Nargishhhhh təşəkkür edirəm gözəl sözləriniz üçün. Sizə bol bol uğurlar arzu edirəm. Əgər məqsədiniz varsa, bacaracaqsınız. Uğurlar!
Salam,Azerbaycanda hüquq oxuyub daha sonra magistaturani xaricde maliyye uzre davam etdirmek mumkundur?
Salam. Xeyr
Salam sizcə hüquqşunasılığı oxuyub hüquq mühafizə orqanlarında işkəmək üstütündür yoxsa polis akademiyasında oxumaq ?
Salam. Məncə birinci variant
Hüququ oxuyub işsiz qalma ehtimali çoxdu?😐
Əgər yaxşı hüquqşünassınızsa və yaxşı vizyonunuz və planınız varsa xeyr.
Salam. Mən xaricdə huquq təhsili alib gəlib öz olkemde DİN də işləyə bilərəm?
@@a.f.a8098 elə təcrübəm yoxdur deyə bilmirəm.
ishleye bilersiz gardash,polis bir yana prokurorlugda da icaze vaar ve girib prokurorlugun saytinda oxuya bilersiz bu haqqda melumati
Salam, hüququ oxuyub bitirmiş biri olduğunuz üçün məsləhətləriniz mənim üçün çox vacibdir mən 11 ə keçdim və hüquqa böyük həvəsim var bu videonu görənnən sonra nə yalan deyim gələcəyimi korlayacağımı düşünürəm amma başqa ıxtisas istəmirəm xahiş edirəm mənə köməklik göstərəsinuz😢 sizcə bakalavr təhsilini Azərbaycanda alıb magistr təhslini xaricdə alsam gəlirim olar?? Azərbaycanda bu gün o qədər işsiz hüquqşünaslar var ki...iş tapa bilmirlər mən necə tapacam😭😪💔
Salam. Əvvəla onu deyim ki, xaricdə təhsil almaq məcburiyyətində deyilsiniz. Elə Azərbaycanda da təhsil alıb hüquq sahəsində yaxşı işləmək olar. Üstəlik də, bu düşüncə sizi çox geri ata bilər. Siz elə edin ki, o işsiz hüquqşünaslardan olmayın. Universitetə girən kimi hüquq sahəsini həm nəzəri, həm praktiki cəhətdən yaxşı yaxşı öyrənin. Networking qurun, başqa tələbələrlə əlaqələr qurun. Belə olan təqdirdə elə Azərbaycanda da hüquq oxuyub, böyük nailiyyətlərə imza atmaq olar. Motivasiyadan düşməyin. Bu videoda mən sırf ambisiyaları xaricdə yaşamaq olan adamlar üçün demişəm ki, hüquq oxumağına dəyməz.
@@khayalasadzade1019 Allah razı olsun sizdən aydınlıq gətirdiniz bu vaxtı fikir götürmüşdü məni Allah yolunuzu gözəlliklərə açsın bizlərə yol göstərirsiz💫🤲(( Əgər İnşəAllah Hüququ oxuyub bitirsəm 2 ci bir ixtisas olaraq hansı ixtisası tövsiyyə edərsiz? ((Tərcüməçiliyə marağım birdə var xarici ölkəri gəzmək...
Buyurun. Kömək edə bildimsə, mənə xoşdur.
Hüquq işində işləyib kifayət qədər pul yığa bilərsiniz ki, dünyanı gəzəsiniz. Tox əgər yaşamaq istəyirsinizsə xaricdə, onda İT, Maliyyə tipli şeylər oxuyun.
@@khayalasadzade1019 başa düşdüm çox sağ olun minnətdaram 💎👑oxuyub xarici ölkələrə gedə biləcəm onda??
@@Fidaes yəni xarici ölkəyə getmək üçün bir pul lazımdır bir də viza😁 başqa nə istəyirsiniz ki?
Dim imtahanı ile turkiyede huquq oxumaq olur??
Bildiyim qədərilə yox
Salam sizce huququ dia bduda oxuyum?
@@SevincEliyeva-fy9ov salam. Hansında istəyirsiniz onda da oxuyun. Böyük fərqi yoxdur
Bu bloggerliyi necə öyrənmək olar? Düzü mən 3 cü qrupam ,burda hər hansısa bir ixtİsas istiyirəm ki,Xaricə gedim .Dövlət və ictimai münasibətlər fakültəsi necədi?Ya da bu qrupda başqa bir ixtisas önərə bilərsinizmi?
@@mineverftulayeva3248 bu suallarınıza artıq 2 dəfə cavab vermişəm məncə)) bloggerliyə qalanda isə əlinizə kameranızı alın, ağlınıza nə gəldi danışın. Bloggerlik sənət falan deyil ki onu öyrənəsiz
Kiber təhlükəsizlik gəlsin😢😢
Gələcək qardaş təşəkkür edirəm!😉
Salam mən Dövkət və ictimai mübasibətlər oxusam gedib harda işləyə bilərəm tqrkiyəyə getmək iatiyirəm.Ya hüquq ya da ictimai münaaibətlər oxumaq istəyirəm xaiş edirəm məsləhət verəsiniz.
@@mineverftulayeva3248 salam. O ixtisasla Azərbaycanda qalsanız yaxşıdır. Ondansa hüquq oxuyun və Azərbaycanda çox yaxşı vəkil ola bilərsiniz.
Salamm. Hüquq təhsili üçün ideal ölkə haradır?
Salam. Azərbaycan 😁
@@khayalasadzade1019 😅
Sizcə Azərbaycanda hüquq oxumaq yoxsa ingilis dili müəllimliyi oxumaq?
Məncə hüquq. HMO-da yaxşı işə girə bilərsiniz və yaxud da vəkil ola bilərsiniz.
@@khayalasadzade1019 Bəs Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik akademiyasında hüquq yoxsa beynəlxalq əlaqələr?
@@LeylaSəttarova əlbəttə ki hüquq
@@khayalasadzade1019 niyə məhz hüquq
Hüquq fakultəsinin tələbələri Azərbaycanlı olub xarici ölkədə təhsil alırsa hansı ölkənin hüquq kitabını öyrənməlidir?
Beynəlxalq tələbələr bir çox hallarda beynəlxalq hüquq öyrənir. Hansısa ölkənin hüququnu öyrənmir. Ona görə də, elə beynəlxalq hüququ öyrənsələr bəsdir. Amma həmin sahə üçün iş imkanları çox məhduddur. Yerli hüququ öyrənmək üçünsə yerli dili bilməlisən. Bu da vaxt aparır.
@@khayalasadzade1019 təşəhkürlər!
Bakalavr?
Salam birdə IELTS və TOEFL haqqında danışsaz olar həmdə xaricə təkcə bu sertifkatlar lazımdır elə deyilmi təşəkkür edirəm😊😊
Salam. İngilis dilini öyrənməklə bağlı ayrıca bir videom olacaq.
Təşəkkür
Qebul haqında da olsun zəhmət olmasa deyirlər riyaziyyat dan da verirsən imtahan düzdü
İT üzrə oxumaq çox istəyərdim. Ancaq riyaziyyatım o qədər də yaxşı deyil və düşünürəm ki o üzrə getsəm riyaziyyat balımı aşagı salacaq. Ancaq Humanitar fənləri yaxşı bilirəm və həvəsimdə var. Elə ona görə 3cü qrup seçmişəm
@@sevincramazanova848 həvəsiniz varsa elə humanitar ixtisasları oxuyun. Və özünüz üçün plan qurun. Növbəti 5 ildə 10 ildə nə etməyi düşünürsünüz? Bunu müəyyənləşdirin özünüz üçün.
@@khayalasadzade1019 Xaricdə hüquq təhsili almaq barədə nə deyə bilərsiz? İdeal ölkə haradır bunun üçün
@@sevincramazanova848 bu barədə kanalda bir neçə videoda danışmışam. Ən yaxşı ölkələr təbii ki, ABŞ, UK, Avstraliya tipli ölkələrdir.
9cu sinfi bitirdim... Hüquqdan başqa bir ixtisas istəmirəm ama bu aralar başım çox qarışıb. Əslində 1ci Azərbaycanda hüquq təhsili alıb xaricdə işləmək istəyirdim. Bu mümkündürmü yoxsa mən birbaşa mı xaricdə hüquq təhsilli almalıyam?
@@sevincramazanova848 Xaricdə hüquq təhsili alsanız daha yaxşı olar, əgər xaricdə yaşamaq fikriniz varsa gələcəkdə.
@@khayalasadzade1019 Təşəkkürlər.
1 mənəm😊😊
Eşq olsun! 😁
😊😊
Salam.Çin dili tərcüməçilik oxumaq sizcə necədir?hüquq ilə Çin dili tərcüməçilik arasında qalmışam,xaricdə yaşamaq istəyirəm həm də ama ətrafdakılar hüquq oxumağımı istəyir çox qərarsoz qalmışam;(
Salam. Hüquqla xaricdə yaşamaq mümkün deyilsə, Çin dili ilə yaşamaq heç mümkün deyil. Mən sizin yerinizə olsa idim IT və ya Maliyyə-İqtisadiyyat oxuyardım. Əgər hüquq oxusanız, xaricə gəlib təhsil ala bilərsiniz. Amma işləmək nə dərəcədə mümkündür o qəliz məsələdir.
@@khayalasadzade1019 3cğ qrupam və imtahana çox az vaxt qalıb deyə o ixtisasları seçmə imkanım yoxdur təəssüfki🥲kursa getsəm yenə də xaricdə iş tapa bilərəm dediyiniz ixtisaslarda
Biraz gecdir məncə də. Sizin yerinizə olsam, imkan varsa, bir il də gözləyib xaricə gedərəm oxumağa. Ya da ki, Azərbaycanda 3cü qrupa hazırlaşıb daha yaxşı bir ixtisasa hazırlaşaram
@@khayalasadzade1019 məsələn, 3-cü qrupda "yaxşı" ixtisas hansılara deyərdiniz?
@@letaisacook7 əgər xaricdə təhsil və yaşam üçün soruşursunuzsa, məncə heç biri. O ixtisasların hamısı beynəlxalq səviyyədə ölmək üzrədir. Amma Azərbaycanda qalmaq fikriniz varsa, hüquq əladır. İngilis dili müəllimliyi də pis deyil. İngilis dilindən uşaq hazırlaşdırmaq olar
Xəyal, səncə universitet dövründə bizə keçilən hüquq dərslərini öyrənməliyik, yoxsa öyrənməyib yola versək də olar?
Tənbəl tələbə yoldaşlarım var, mənim əməlli-başlı həvəsdən salıblar ki, bu dərslərin heç biri lazım olmayacaq, boş-boş qanun əzbərləyirik.
Amma müstəntiqlə danışanda mənə demişdi ki, o dərsləri oxu, mən oxumadım sonra məcbur işləyəndə öyrəndim. Nə fikirləşirsən bu barədə?
Həvəsimi çox pis öldürüblər, universitetdən qovulmaq dərəcəsində oxuyuram, fikirləşirəm ki, əgər maddə əzbərləyiriksə, bunun bizə xeyri yoxdusa niyə oxuyum? Halbuki oxuyub bilik mənimsəməkdən ötrü ürəyim gedir. Sadəcə yenə deyirəm, həvəsdən salıblar, heç bir faydası olmadığını deyirlər.
Mənim sənə məsləhətim - universitet dərslərini ancaq qiymətə oxu. Çünki, əgər sən Azərbaycanda qalıb müstəntiq, prokuror və ya vəkil işləyəcəksənsə o dərslərin heç biri sənə lazım olmayacaq, çünki onsuz da imtahanlara hazırlaşanda (vəkillik və ya dövlət qulluğu) bütün qanunları yenidən oxumağa məcbur olacaqsan. Əgər o müstəntiqin dediyi kimi, nəzəriyyə dərslərini də oxumaq istəyirsənsə, mən sənə məsləhət görürəm ki, müstəqil şəkildə evdə otur oxu. Xüsusən də, əgər oxumağa çox həvəslisənsə. Müstəqil şəkildə hüquq nəzəriyyəsi, tarixi, fəlsəfəsi, cinayət hüququ fəlsəfəsi, mülki hüquq fəlsəfəsi barədə kitablar al və otur oxu (hətta məsləhət görərdim ki, ingiliscə ya da rusca). Tələbə yoldaşlarına da qulaq asma. Onlar belə düşüncə ilə uzaq başı gedib ya paykavoy vəkil olacaq ya da ki hansısa məhkəmədə katib (ən yaxşı halda). Əgər xaricdə oxumaq fikrin varsa, onda universitet dərslərini ümumiyyətlə yola verə bilərsən. Çünki orda onlar lazım olmayacaq. Bəlkə, nəzəriyyə dərsləri xaricdə lazım oldu, onu da ki, dediyim kimi, müstəqil oturub oxusan daha yaxşı olar.
Problem orasındadı ki, bu fərsizlərin məni həvəsdən salmağından 2 kursu pox günündə oxumuşam. Cəmi 1 A almışam, GPA it günündədi. Bizə daha sonra yaxşı, savadlı bir müəllim gəldi, əməlli-başlı elm keçirdi. Bu tüləklərdən soruşdum ki, deyirdin elm yoxdu, mənasız dərslərdi, indi gözəl dərs keçən müəllim var. Oxuyacaqsan? Sir-sifət elədi, yenə "yox" dedi. Zəhmətdən qorxur sadəcə gic-gic bəhanələr gətirir. Heyif ki, belə lox adamları yanıma aldım.
İndi açığı gündə bir qərar verirəm. Gah xaricdə maliyyə oxumaq istəyirəm, gah computer science, onlara da ki, təqaüd imkanlarım azdı.
Səncə hansı yol izləyə bilərəm? Məqsədim prestijli, pullu, sevdiyim bir işlə məşğul olmaqdır.
Səncə hüquqda nəsə var? Varsa nə edə bilərəm? Dediyim kimi xaricə getmə ehtimalım azalıb. Burada hüquq sahəsində harada işləyə bilərəm?
Və bir də özümü hüquq üzrə necə təkmilləşdirim? Hansı ədəbiyyatları məsləhət görürsən? Yuxarıda yazmısan, amma bir az da spesifikləşdirsən əla olar (çox sual verib başıvı ağrıtdım, üzrlü say).
Onları boş ver. Özləri bir şey ola bilmirlər və üstəlik səni də yanlarına çəkirlər.
Mənə görə şəxsən xaricdə oxumaq üçün hüquq da yaxşı ixtisasdır. Amma əgər orda yaşamağa davam etmək istəyirsənsə, məncə elə maliyyə ya IT seçsən daha yaxşı olar. Bakalavr səviyyəsindən get oxu, yaxşı inkişaf elətdir özünü və qal. İş imkanları çox genişdir. Hüquqda isə çox da yoxdur.
Azərbaycanda hüquq sahəsində çox yerdə işləyə bilərsən. Mən sənin yerinə olsam, prokurorluq ya da digər hüquq mühafizə orqanında işə girib, bir neçə il işləyib sonra vəkil olmağı seçərəm.
Hüquq ədəbiyyatına gəlincə, mən özüm şəxsən o vaxtlar "теория государства и права" kitabını oxuyurdum (müəlliflər: Matuzov və Malko). Bizimkilərdən Fərhad Mehdiyevin Hüquq Nəzəriyyəsi kitabı var. O yaxşıdır. İngilis dilində isə yaxşı kitab çoxdur. Google-da bax, Oxford və Cambridge universitetlərinin nəşriyyatlarının hüquq kitabları çox yaxşıdır.
Bir də ki, sənin kommentin əsasında bir video çəkmək istərdim. Sırf hüquq təhsili ilə əlaqədar məsləhətlərlə bağlı. Əgər icazə verirsənsə sənin kommentini screen edib o videoda nümayiş etdirərdim)))
@@khayalasadzade1019hə, əlbəttə, buyur.
Hüququ bitirib Türkiye’de çalışmaq olarmı?
Hüququ bitirib Türkiye’de çalışmaq olarmı?
Hüququ bitirib Türkiye’de çalışmaq olarmı?
Hüququ bitirib Türkiye’de çalışmaq olarmı?
Türk hüququnu bilirsinizsə əlbəttə