Məni çağırdın gəldim Allahım - Hacı Şahin - Səndən başqa kimə üz tutum?! Bağışla ALLAHım..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • Daha çox moizələr dinləmək üçün abunə olun və bizi izləyin - bit.ly/2uR7dZv
    Quranda tövbə sözü həm Allaha və həm də bəndələrə nisbət verilmişdir.
    Bəndənin tövbəsi odur ki, günahdan savaba tərəf qayıdar.
    Allahın bəndəsinə qarşı tövbəsi isə odur ki, rəhmətini onun üçün açar.
    Tövbənin həqiqi mənası budur ki, insan Allaha tərəf hərəkət etsin.
    Bütün xata və büdrəmələrindən peşman olub, Allahın rəhmətinə qovuşsun.
    Allah-taala Quranda 91 dəfə” Ğəfur” (çox bağışlayan) və 5 dəfə Ğəffar (çox bəxş edən) adlandırılmışdır.
    Quranın ayələrinin çoxunda Allah Öz bəndələrini tövbə və istiğfar etməyə dəvət etmişdir.
    Təxminən 80-a yaxın ayədə tövbə haqqında söhbət açılmışdır. Tövbələrin qəbul olacağı haqqında danışılmışdır.
    Bu ayələrin bəzilərinə nəzər salaq:
    1. “Və o kəslər ki, çirkin bir iş (böyük günah) gördükdə və ya (kiçik bir günahla) özlərinə zülm etdikdə, Allahı yada salar və günahları üçün bağışlanmaq istəyərlər. Günahları Allahdan başqa kim bağışlaya bilər?”. (“Ali-İmran” 135).
    2. “Hər kim pis bir iş görsə, yaxud özünə zülm etsə (özünə və ya başqasına zülm etsə, yaxud etiqad və ya əməldə günah etsə), sonra Allahdan bağışlanmaq diləsə, Allahın bağışlayan və mehriban olduğunu görər”. (“Nisa” 110).
    3. “Allah iman gətirib yaxşı işlər görən kəslər üçün bağışlanma və böyük mükafat olacağını vəd etmişdir”. (“Maidə” 9).
    4. “De: “Ey Mənim (günah vasitəsi ilə) özlərinə zülm etməkdə həddi aşan bəndələrim, Allahın mərhəmətindən ümidinizi kəsməyin. Şübhəsiz, Allah (tövbə ilə) bütün günahları (hətta şirki) bağışlayır. Çünki bağışlayan və mehriban Odur!””. (“Zumər” 53).
    5. “Bəndələrindən tövbələri qəbul edən, günahlardan keçən və etdiklərinizi bilən Odur”. (“Şura” 25).
    6. “(Ya Peyğəmbər!) Mənim bəndələrimə xəbər ver ki, şübhəsiz, çox bağışlayan və mehriban Mənəm!”. (“Hicr” 49).
    7. “Ey möminlər, hamınız (bütün cəhətlərdə) Allaha tərəf qayıdın ki, bəlkə nicat tapdınız”. (“Nur” 31).
    8. “Ey iman gətirənlər, Allaha - xalis bir tövbə edin, ümid olunur ki, Rəbbiniz sizin günahlarınızı örtsün və sizi (evlərinin və ağaclarının) altından çaylar axan Cənnətlərə və bağlara daxil etsin.
    Elə bir gündə Allah, Peyğəmbəri və onunla birgə (Allaha) iman gətirənləri xar etməz. Onların nuru (dirilmək məkanı olan) qəbirdən (haqq-hesab mərkəzinə qədər) önlərində və sağ tərəflərində hərəkət etməkdədir.
    Deyərlər: «Ey Rəbbimiz, bizim nurumuzu tamam-kamal et və bizi bağışla. Sən hər şeyə qadirsən!»”. (“Təhrim” 8).
    9. “Bəs nə üçün onlar, Allah çox bağışlayan və mehriban olduğu halda, Allaha tərəf qayıtmır və Ondan bağışlanmaq diləmirlər?”. (“Maidə” 74).
    Ey Allah bəndəsi! Bunu nəzərə al ki, Allah rəhim və bağışlayandır.
    Hər nə qədər xata etsən də, Onu incidəcək günahlar etsən də, O, sənə qarşı mehriban və şəfqətlidir.
    Çünki bağışlayan və rəhimdir. Ona tərəf qayıdıb, xatalarından peşman olsan, bil ki, Allah səni məyus qoymayacaq və rəhmətini sənə nazil edəcəkdir.
    Çünki Quranın tövbə barəsində gələn ayələrinin çox hissəsi bu vədəni təsdiq edir.
    Abunə ol bit.ly/2uR7dZv
    Kanala ABUNƏ ol: bit.ly/HaciShahin
    Rəsmi Veb-səhifəsi: www.hacishahin.az/
    Rəsmi Facebook səhifəsi: / hacishahinha. .
    Mənbə: TH-cam Hacı Şahin Həsənli Abunə ol - bit.ly/2LnaLx0
    Dəyərli izləyicilər əgər videolar xoşunuza gəlsə bəyənin Kanala Abunə olun və şərhlərinizi əlavə edin.Dəstəyiniz üçün hər birinizə ayrı-ayrı minnətdaram
    ● Videoları paylaşmağa izin verdiyi üçün Hacı Şahinə təşəkkür edirəm.
    ✆Whatsapp +994-070-878-72-62
    ISLAM TV Official
    Abunə ol bit.ly/2uR7dZv

ความคิดเห็น • 65

  • @imanova16imanova79
    @imanova16imanova79 2 ปีที่แล้ว +3

    YA ALLAHIM🤲🤲🤲🤲HƏMD olsun sənə ALƏMLƏRİN RƏBBİ ALLAHIM🤲🤲🤲

  • @namazelizade6285
    @namazelizade6285 2 ปีที่แล้ว +2

    Allahim hər zaman sənə ehtiyacımız var nə olar bizə kömək et

  • @namazelizade6285
    @namazelizade6285 2 ปีที่แล้ว +3

    Allahım bizi səndən başqasına möhtac eləmə yarabim

  • @semedmahmudov788
    @semedmahmudov788 4 ปีที่แล้ว +16

    ELHAMDULİLLAH YA REBBİM BİLİB BİLMEDEN ELEDİYİMİZ GÜNAHLARIMIZI BAĞIŞDAA AMMİNN 🤲🤲🤲🤲

  • @ceyhunallahverdiyev9198
    @ceyhunallahverdiyev9198 2 ปีที่แล้ว +1

    😢😢😢😢😢heri Heci heri Allah bacaran Allahdır....

  • @mehdiagazade4669
    @mehdiagazade4669 ปีที่แล้ว

    Rəbbimiz Sizi qorusun Hacı..
    Amin.. İnşAllah

  • @siagayeva4899
    @siagayeva4899 4 ปีที่แล้ว +18

    Allahim sene canim feda. Ne gözəl Allahımız var Şükür sənə Ya Rəbbəl Aləmin. bizləri bir göz kırpımında belə öz başımıza buraxma.

  • @sureadgozelova4701
    @sureadgozelova4701 4 ปีที่แล้ว +16

    Allahim sen ne boyuk qudret sahibisen
    Menim senden basqa heckimim yoxdu Ilahi etdiyimiz pis emellerimize sehflerimize günahlarımıza gore bağışla bizleri 😥
    Haci Allah sizi qorusun cox qulaq asiram size bizleri mariflendrdiyinize gore cox saolun 😔

  • @renamisiriva8798
    @renamisiriva8798 4 ปีที่แล้ว +22

    Ey Rəhimlilərin Rəhimlinin olan Rəbbim tək inandığım tək güvəndiyini tək qapısına gedib əl açdıgın bizləri qoru bizləri arzularına çatdır. Ümid yerimiz güvən yerimiz olan Rəbbim Rəhimlilərin Rəhimlisi günahı olanların günahından keç bizləri haqqın yoluna qayıttarmaga kömək et AMİN Ilahi bizi özündən başqa kiməsə möhtac etmə Amin

  • @samirmurslov
    @samirmurslov ปีที่แล้ว

    Musəlmanlar ALLAHİN YOLU İLƏ ÇETSEYDİLER DUNYA MUSƏLMAN DUNYASİ OLARDİ HAYF COX HAYİF 😢

  • @user-cd9mf7mu1d
    @user-cd9mf7mu1d ปีที่แล้ว +2

    BİSMiLLAH : ALLAH ☝️ HƏR ŞEYƏ QADİRDİR . HƏMİN O ALLAHDIR ☝️ ATASIZ USAĞ DÜNYA GƏTİRDİ HZ . İSANI (Ə) ❤️ . HƏMİN O ALLAHDIR ☝️ HZ . İBRAHİMİ (Ə) ❤️ NƏMRUDUN ODUNDAN XİLAS ETDİ . HZ .YUSİFİ (Ə) ❤️ QUYUDAN ÇIXARDI .

  • @MustafaMustafa-hp8st
    @MustafaMustafa-hp8st 2 ปีที่แล้ว +1

    Nə gözəl danisirsiz.Adamin əsəbləri sakitləsdirirsiz.Allah sizi qorusun.❤️

  • @narisamamedov7097
    @narisamamedov7097 3 ปีที่แล้ว

    ALLAH razi olsum inanin en cetin vaxda ozumu bu sozlerle toparliyiram

  • @seidqahramanov224
    @seidqahramanov224 4 ปีที่แล้ว +11

    ALLAHIM məhrəmət sahibisən lütf sahibisən səni çağlarında dualarımı məni eşit mənim səndən başqasına tutacağım üzem əlim yoxdu ALLAH köməyimz olsun

  • @semedmahmudov788
    @semedmahmudov788 4 ปีที่แล้ว +11

    ELHAMDULİLLAH YA REBBİM BİLİB BİLMEDEN ELEDİYMİZ GÜNAHLARIMIZI BAĞIŞDA AMMİNN 🤲🤲🤲

  • @arzuzeynalova6315
    @arzuzeynalova6315 2 ปีที่แล้ว +1

    Allahin her seye gucu catar

  • @sabisab1778
    @sabisab1778 3 ปีที่แล้ว +1

    Haci Allah sizi bizlere cox gormesin

  • @ozdunyam1096
    @ozdunyam1096 4 ปีที่แล้ว +10

    Subhenallah Elhemdillilah Allahu Ekber Ya Resulullah bizi özünden basqasina mohtac etme ya Rehman Allah 🤲🙏 Amin 🤲 Hacı qardas Allah'ım sizleri qorusun Amin 🤲🙏 Amin

  • @qaribankul6076
    @qaribankul6076 4 ปีที่แล้ว +13

    ALLAHIN SALAMI OLSUN. ALLAH RAZI OLSUN
    HASBİYALLAHU LA İLAHE İLLALLAHU ALEYHİ TƏVƏKKƏLTÜ VƏ HÜVE REBBİL ERŞİL EZİM. ALLAHU EKBER

  • @kaancankaran9331
    @kaancankaran9331 3 หลายเดือนก่อน

    Rabbim rahmet eylesin mekanı cennet olsun. Dinlediğimde yüreğime inşirah iniyor.

  • @xlilaslanov6708
    @xlilaslanov6708 2 ปีที่แล้ว

    ALLAHIMA QURBAN OLUM

  • @seyranquliyev505
    @seyranquliyev505 3 ปีที่แล้ว +2

    Nə olar Allahim köməyinə ehtiyacım var nə olar köməy ol çətinliydəyəm

  • @hesenagayev5621
    @hesenagayev5621 4 ปีที่แล้ว +4

    Rebbim ellerim sene acilib. Tut ellerimden qaldir en uca zirvene. Ora o qeder gozel yerdi ki, ruhum o zaman rahatliq tapar. Meni sene qovusdur. Hec bir bendeni bu gozel hissden mehrum etme. Amin 🙏

    • @xeyaleorucova3823
      @xeyaleorucova3823 4 ปีที่แล้ว +3

      ,çox şükürlər olsun allaha qurban olum

  • @elmanruhibexs2796
    @elmanruhibexs2796 3 ปีที่แล้ว +2

    Ya ALLAH tek Ümidim sensen senden başqa heçbirkesim yoxdur Anladım bunu. kömək ol mene Ya Rebbim yalvarıram 😔

  • @teletezimov6181
    @teletezimov6181 3 ปีที่แล้ว

    Bismilahi rehmani rehim Merhemetli ve Allahin adi ile

  • @asiftelekom6652
    @asiftelekom6652 3 ปีที่แล้ว

    Allahim menim boyuk Allahim bizē yardim et insallah menim sennen basqa heckimim yoxdu

  • @idrakbagiszade
    @idrakbagiszade 3 ปีที่แล้ว

    Ya ALLAHİM MİN ŞUKUR

  • @hesensahibov7766
    @hesensahibov7766 4 ปีที่แล้ว +2

    SƏN BİZİ BAĞIŞLA YA RƏBİM.🤲🤲🤲🤲🤲🤲🤲🤲🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @user-77777AZE
    @user-77777AZE ปีที่แล้ว +1

    100 ilin ishin, 48 ile gőren Insana Allah Rehmet elesin Amin...

  • @tbitasiqi8641
    @tbitasiqi8641 3 ปีที่แล้ว +1

    Allah səni qorusun Hacı əmi🤲🤲🤲🤲🤲

  • @samxalteymurzade6593
    @samxalteymurzade6593 4 ปีที่แล้ว +2

    Allah sizdən razı olsun o qədər gözəl danışırsızki.İnsanların ümüdi artır.öz əməllərini düzəltməyə çalışır.

  • @adamadamli9602
    @adamadamli9602 4 ปีที่แล้ว +3

    Ya Allah komey ol

  • @user-gk4bp1ji6e
    @user-gk4bp1ji6e 4 ปีที่แล้ว

    Eyy gozel allahim axiretmizi xeyir et. dunya ve axiretimizcun xeyirli olani ver amin

  • @csurqehremanl4340
    @csurqehremanl4340 3 ปีที่แล้ว +2

    ALLAH TALAYA YALVARIRAM SIĞINIRAM😢

  • @valehebilov2245
    @valehebilov2245 3 ปีที่แล้ว +1

    Dəyərli insan ,var ol.

  • @fury_ibo3145
    @fury_ibo3145 4 ปีที่แล้ว +1

    Salam Hacı Adəm Peğənbərdən ətraflı danış çünki hərə bir cür danışır düzünü bilmək istəsirəm Adəm torpağdan yaranıb allahın ruhndan da yaranıb

  • @elibeyjilayev3792
    @elibeyjilayev3792 4 ปีที่แล้ว +1

    Haci sahin dediy duani kim duz yaza biler menli heyruk 😔😔

  • @uviyysuleymanova4357
    @uviyysuleymanova4357 ปีที่แล้ว

    Salam Aleykum bu hansı moizesidir? Xahiş edirəm mənə yazında. Necə ildə, və ayın tarixini hamsina qulaq asmaq istəyirəm xahiş edirəm.

    • @ZeynebAgayeva-rx3th
      @ZeynebAgayeva-rx3th 3 หลายเดือนก่อน

      Allahım! Səndən, ömrümün keçən günlərində məni lütflərinlə sevindirdiyin kimi, qalan günlərində də sevindirməyini niyaz edirəm.
      Allahım! Təkliyin, ucalığın, böyüklüyün, kamalın, əzəmətin, nurun, rəfət və rəhmətin, ululuğun, sonsuz gözəlliyin, camal və cəlalın, səltənətin, qüdrətin, ehsanların, lütflərin xətrinə; peyğəmbərin və həbibin həzrət Muhamməd və pak Əhli-beyti hörmətinə məni nemətlərindən, fəzlindən, camal və kərəm təcəllilərindən məhrum etmə! Sən bəndələrinə həmişə səxavətli davranır və hər zaman çox lütf edirsən. Zatən Sənin şəninə ancaq comərdlik yaraşar. Bəxş etdiyin nemətlərə qarşı biz tənbəllik edib həmd və şükrü az eləsək də Sən ehsan çeşmənin suyunu azaltmazsan. Zatən nə qədər çox nemət bəxş eləsən də Sənin xəzinələrindən heç nə azalmaz. Sən Malikül-mülksən, hər şeyin sahibi Sənsən.
      Allahım! Səndən heybətin qarşısında hər zaman xuşu və xüdu ilə döyünən, yalvarıb-yaxaran bir qəlb, hər əzası ilə səbir edən bir bədən, tam inanaraq, həmişə zikir və həmd edən dil; gözəl, halal və bol ruzi; faydalı elm; saleh əməllərlə dolu, xeyirli, uzun ömür istəyirəm.
      Ya Rəbb! Heç bir zaman bəraət fərmanını alan biri kimi mənə arxayınçılığa düşməyə fürsət vermə! Könlümə və dilimə zikrini unutdurma! İnayət qalxanını üzərimdən götürmə! Rəhmətinin kəsiləcəyi ilə əlaqəli ümidsizliyə düçar etmə! Nəzarətindən kənar qoyma və yaxınlığından məhrum eyləmə! Gözlənilmədən gələn əzabından, gəlib çatan qəzəbindən Sənə sığınıram; nə olar, məni bunlardan qoru. Həyatımın bütün anlarında, ümidsizlik girdabına düşməməyim üçün həmişə rəhmətin və şəfqətinlə əlimdən tut! Tut əlimdən Allahım, tut ki, Sənsiz heç nə edə bilmərəm!
      Uca Allahım! Arxa-dayağım Sən ol və mənə yalnızlıq hissi yaşatma, məni bütün qorxulardan əmin eylə! Bəlalardan, afətlərdən, həlak edə biləcək yollardan qoru. Dünyada və axirətdə qəm, kədər, hüzn, iztiraba səbəb ola biləcək bütün əngəllərdən mühafizə eylə.
      Rəbbim, Sən əsla sözündən dönməz, vəd elədiyinə tərs düşən bir iş görməzsən; nə olar, bizə olan vədlərini də həyata keçir!
      Rəhməti, mərhəməti, rəfət və şəfqəti sonsuz Allahım! Dərgahındakı yerimi ucalt, dərəcəmi artır və məni əsfəli-safilinə düşən bədbəxtlər kimi olmaqdan qoru! Lütf və nemətlərindən məhrum etmədən, eniş-çıxış yaşamadan həmişə qulluqda bir mərtəbə yüksələn, dərəcələrini artırdığın, əzabınla yox, mərhəmətinlə yanaşdığın, nüsrətinlə dəstəklədiyin, gördükləri işlərdə müvəffəq etdiyin, arxa-dayaq olduğun, təkbaşına buraxmadığın, xəta, qüsur və günahlarını örtdüyün, xəcalət hissi yaşatmadığın, hifz və yardım etdiyin, itkilər yaşamasına fürsət vermədiyin bəxtiyar bəndələrindən eylə!
      Uca Mövlam!
      Bütün bunları sadəcə və sadəcə Səndən niyaz edir, istəyirəm. Zira Sən gücü hər şeyə çatan mütləq qüdrət sahibisən! Ey göyləri və yeri idarə edən, yerin üstünə düşməsin deyə göyü yuxarıda saxlayan, “Ol!” fərmanı ilə hər şey anında əmələ gələn, hər şeyə ancaq Özü hökm edən, əskiklərdən uzaq Allahım! Haqqımda təqdir etdiyin və inayətinlə başlama imkanı tapdığım xeyirli işləri ən gözəl, ən uyğun və ən doğru şəkildə tamamlamama yardım et! Sən buna qadirsən və ricam odur ki, dualarıma cavab verəsən.
      Salət və salam olsun Həzrət Muhammədə, onun pak Əhli-beytinə və əshabına. Həmd olsun aləmlərin rəbbi Allaha.
      (Həzrət Əlinin (radiyallahu anh) Hizbus-seyf duasından bir hissədir.)
      Ərzi-hal
      Allahım! Seçilmiş bəndələrinin sirr kimi saxlayıb, öz dərdlərini Sənə açarkən istifadə etdiyi və Sənin də onların duasına cavab verdiyin gözəl adların xatirinə “imdad eylə” deyərək; yardım gözləyən şəxslərin çağırışına qarşılıq verdiyin isimlərin hörmətinə bizim də dualarımıza cavab ver, arzularımızı həyata keçir.
      Acizlik və fərqli-fərqli ehtiyaclar içərisində döyünən ürəklərimizi Sənə qovuşmaq arzusu ilə rahatlat, bizi Öz yaxınlığınla sükunətə qovuşdur. Səndən imtahan vəsiləsi olaraq gələn sıxıntı və çətinliklərə qarşı səbirli, haqqımızda verdiyin hökmlərdən razı, təqdir etdiyin nemətlərə qane olub, şükürlə cavab verən, Sənə qovuşmaq üçün can atan qullarından eylə.
      Ey günahkarlardan belə rəhmət və şəfqətini əsirgəməyən, girdiyi günahlar üzündən büdrəyib yolda qalanlara təkrar ayağa qalxmağa fürsət verən, səmimi istəkləri yerinə yetirən Rəbbimiz! Ey kömək üçün əl açılanların ən xeyirlisi, ən mərhəmətlisi! Edilən şikayətlərə ancaq Sən adil hökm verirsən, sadəcə Səndən istənilən tələblər tam qarışlanır. Hər şeyin sahibi Sənsən. Sənsən əl açıb hər şey istədiyimiz! Qapına ümidlə qaçdığımız və ümidlərimizi də boşa çıxarmayan! Umduğumuzu bizə verən, həqiqi dost, arxa-dayağımız. Nə olar dualarımızı qəbul eylə, günahlarımızı bağışla, əfv eylə!
      Düşmənlərimizə fürsət vermə, onlara qarşı bizə yardım eylə! Görünən- görünməyən, bilinən-bilinməyən hər cür təhlükədən bizi qoru! Ölkəmizi, dövlətimizi, xalqımızı Sən hifz eylə! Bayrağımızı həmişə ucalt! Düşmən qarşısında bizlərə zəfər nəsib eylə!
      Allahım! Dünyanın hər cür bəla və müsibətinə qarşı bizə afiyət ver! Olmasına hökm etdiyin şeylərin şərindən bizi qoru. Önümüzdən yaxud arxamızdan gələ biləcək təhlükələrdən bizləri mühafizə eylə. Dünyada və axirətdə üzümüzü utandıracaq hallardan bizi qoru. Bizləri olmalı olduğu yerdə olmayan, durması lazım olan yerdə durmayan, vəzifəsinin haqqını verməyib geri çəkilən bədbəxtlərdən eyləmə!
      Birlik və bərabərliyimizi qoru. Aramızda əmələ gələn fərqliliklərə görə tənqid və düşmənçilik girdabına düşməkdən bizi hifz eylə! Onları alternativ yollar və yeniliklər kimi görməyi nəsib et! Qəlblərimizi bir-birinə isinişdir, ülfətlə doldur ki, bir-birimizi sevək. Uca Kitabında buyurursan ki: “Allah onların qəlblərini bir-birlərinə qarşı sevgi və dostluqda birləşdirdi. Sən yer üzündə olan hər şeyi versəydin belə, yenə onların qəlblərini birləşdirə bilməzdin. Lakin Allah onları birləşdirdi. Şübhəsiz ki, O qüdrətlidir, hikmət sahibidir.” Bizim buna imanımız tamdır. Könüllərimizi imana və Qurana aç. Aramızda iman qardaşlığı təsis olsun.
      Allahım, məni, atamı-anamı, yaxınlarımı, üzərimizdə haqqı olan böyüklərimi, iman və Quran xidmətində çalışan qardaş və bacılarımı, bütün möminləri bağışla. Amin!
      Salavat
      اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَعَلَى آلِ مُحَمَّدٍ كَمَا صَلَّيْتَ عَلَى إِبْرَاهِيمَ وَعَلَى آلِ إِبْرَاهِيم إِنَّكَ حَمِيدٌ مَجِيدٌ ۞
      اللَّهُمَّ بَارِكْ عَلَى مُحَمَّدٍ وَعَلَى آلِ مُحَمَّدٍ كَمَا بَارَكْتَ عَلَى إِبْرَاهِيمَ وَعَلَى آلِ إِبْرَاهِيم إِنَّكَ حَمِيدٌ مَجِيدٌ ۞
      “Allahumma salli alə Muhammədin və alə ali Muhamməd. Kəmə salləytə alə İbrahimə və alə ali İbrahim. İnnəkə həmidun məcid.” (10 dəfə)
      “Allahumma bərik alə Muhammədin və alə ali Muhamməd. Kəmə bərəktə alə İbrahimə və alə ali İbrahim. İnnəkə həmidun məcid.” (10 dəfə)
      Tərcüməsi: Allahım! Həzrət Muhəmmədə və Əhli-beytinə, ümmətinə rəhmət eylə; şərəfini ucalt, bərəkətini artır, İbrahimə və İbrahimin ümmətinə rəhmət edib bərəkətləndirdiyin kimi. Şübhəsiz tərifə layiq ancaq Sənsən.
      Dua nədir?
      “Qullarım Məni səndən soruşsalar, de ki: “Mən onlara yaxınam. Mənə dua etdiyi vaxt dua edənin duasını qəbul edərəm. Ona görə də dəvətimi qəbul edib Mənə iman gətirsinlər. Ola bilsin ki, onlar doğru yola yönələrlər” (Bəqərə, 1/186)
      Dua, aciz, ehtiyacları çox, hər yönü ilə möhtac və öz gücünün çatmadığının şüurunda olan insanın; təzarru, təzəllül və alçaq könüllülüklə Sonsuz Rəhmət sahibənə üz tutub, halını Ona ərz edərək istədiyini Ondan istəməsidir. Bu da insanın Rəbbinə iman, güvən və etimadının hər şey də Onun tək olduğu (tövhid) həqiqətinin nəticəsidir.
      Dua, həm imdada çağırış, həm yalvarışdır. Həm də kiçikdən böyüyə, aşağıdan yuxarıya, ərzdən, ərzlilərdən səmaların da irəlisinə yönəliş, tələb, istək və dərdini tökməkdir. Dua edən şəxs, özünün kiçik, yönəldiyi qapının böyüklüyünün şüurunda olaraq əl açıb yalvaranda bir anlıq ülviləşər, səsi mələklərin səslərinə qarışar. Belə bir yönəlişliklə o, arzu etdiklərini əldə edəcəyi ümid edir, digər tərəfdən də qorxduğu və əndişə etdiyi şeylərə qarşı sarsılmaz bir qalaya sığındığını da anlayır.

  • @nuraysems919
    @nuraysems919 2 ปีที่แล้ว +1

    Menede dua edin neolar.caresizem🙌

    • @agamlihbibli4248
      @agamlihbibli4248 2 ปีที่แล้ว +1

      Allah sizə tezliklə kömək olsun, Əhli-Beytin xatirinə. Amin

    • @nuraysems919
      @nuraysems919 2 ปีที่แล้ว +1

      @@agamlihbibli4248 Allah razi olsun.cox sag olun

    • @agamlihbibli4248
      @agamlihbibli4248 2 ปีที่แล้ว +1

      @@nuraysems919 Allah cümləmizdən razı olsun. İnşAllah

    • @nuraysems919
      @nuraysems919 2 ปีที่แล้ว +2

      @@agamlihbibli4248 Amin

  • @ilhamememmedova6999
    @ilhamememmedova6999 3 ปีที่แล้ว

    na olar hocam yalvareram siza mede xercangiyem mene dua edin cavanam na olar hoca allah sizi qorusun

  • @ssssnsjsj4761
    @ssssnsjsj4761 3 ปีที่แล้ว

    bos sey di namsz qilram xeyri yox fu is derim duzlmir namaz qabul olmur ki

  • @samxalteymurzade6593
    @samxalteymurzade6593 4 ปีที่แล้ว +2

    Allah sizdən razı olsun o qədər gözəl danışırsızki.İnsanların ümüdi artır.öz əməllərini düzəltməyə çalışır.