Niyaməddin Musayev - Etməzmidim (Əql Yar Olsaydı) | Qatır Məmməd Filmindən Mahnı

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • Niyaməddin Musayev - Etməzmidim (Əql Yar Olsaydı) | Qatır Məmməd Filmindən Mahnı.
    Niyaməddin Musayevin ifasında səslənən bu gözəl mahnının sözləri dahi Azərbaycan şairi Məhəmməd Füzulinin "Əql Yar Olsaydı" adlı məşhur qəzəlindən götürülüb.
    Əql Yar Olsaydı :
    Əql yar olsaydı, tərki-eşqi-yar etməzmidim?
    İxtiyar olsaydı, rahət ixtiyar etməzmidim?
    Ləhzə-ləhzə surətin görsəydim ol şirin ləbin,
    Sən kimi, ey Bisütun, mən həmqərar etməzmidim?
    Nişə məhrəm eylədin şəmi, məni məhrum edib,
    Mən sənin bəzmində can nəqdin nisar etməzmidim?
    Dərdimi aləmdə pünhan tutduğum naçardır,
    Uğrasaydım bir təbibə aşikar etməzmidim?
    Yar ilə əğyarı həmdəm görməyə olsaydı səbr,
    Tərki-qürbət eyləyib, əzmi-diyar etməzmidim?
    Vaizin küfrün mənim rüsvalığımdan qıl qiyas,
    Onda sidq olsaydı, mən təqva şüar etməzmidim?
    Ol güli-xəndanı görmək mümkün olsaydı mənə,
    Sən tək, ey bülbül, gülüstanə güzar etməzmidim?
    Ey Füzuli, daği-hicran ilə yanmış könlümü,
    Laləzar açsaydı, seyri-laləzar etməzmidim?
    #qatirmemmed #film #azerbaycanfilmleri #mahni #azerbaycanmahnilari #azerimahni #mahnı

ความคิดเห็น • 20

  • @Boralo904
    @Boralo904 3 หลายเดือนก่อน +2

    İğtiyar olsaydı.......❤️‍🩹

  • @Krokraus
    @Krokraus 10 หลายเดือนก่อน +8

    Bu mahnının qədri bilinmir heyif mükəmməldir

  • @gulg7499
    @gulg7499 3 หลายเดือนก่อน

    Mükəmməl bir sənət əsəri....Musiqi də gözəldir,ifa da professionaldır.Təəssüflər olsun ki,bu gün belə musiqilər bəstələnmir.

    • @gulnisliyeva5350
      @gulnisliyeva5350 หลายเดือนก่อน

      Sərxan Bünyadzadə oxuyur. Dinləyin

  • @AhmadAli-qy6se
    @AhmadAli-qy6se ปีที่แล้ว +7

    İlahi, necə də gözəl sözdür: “etməzmidim”

  • @allahyarbayramov9815
    @allahyarbayramov9815 10 หลายเดือนก่อน +5

    Dahi M, Füzuli sözləri və dahi N . Musayev musiqisi

  • @ilkinismayilov8294
    @ilkinismayilov8294 ปีที่แล้ว +8

    Indiki cavanlarin coxsu bi xeberdir Azerbaycanin gozel filimlerinden

    • @ssmm5206
      @ssmm5206 ปีที่แล้ว +3

      Xəbərdar olanları da Qatır Məmmədin ünvanına ağızlarını açıb gpzlərini yumurlar.

    • @elmirrasulov1686
      @elmirrasulov1686 ปีที่แล้ว

      ​@@ssmm5206Elədirsə çox heyiff. Məmməd dəfələrlə bizim ulu babamızın evində gecələmişdir.Hətta sürgündən qaçıb gələndə, qardaşının qisasını alandan sonrada həmən bu evdə. Hazırdada bu statusu elə bu evdən yazıram😊. Onun necə qeyrətli oğul olduğunu bir baş görəndən öyrənmiş biriyəm.

  • @hafizismayilov1518
    @hafizismayilov1518 ปีที่แล้ว +5

    İnsanın. könlünü oxşayan musiqi

  • @user-vx9vr6cn6t
    @user-vx9vr6cn6t ปีที่แล้ว +4

    Bu mahni ele bir mahnidir,, ki bele de gozel oxumaq lazimdir...

  • @royaabraham3393
    @royaabraham3393 4 หลายเดือนก่อน +1

    "İxtiyar olsaydı, rahət ixtiyar etməzmidim?" 🖤

  • @mubarizrsulov5650
    @mubarizrsulov5650 ปีที่แล้ว +4

    Niyaməddin çox gözəl oxuyur bu filmdəki mahnını

  • @gulnarteymurzad370
    @gulnarteymurzad370 8 หลายเดือนก่อน +3

    😊ən sevdiyim mahnı

  • @vusalqasimov7121
    @vusalqasimov7121 หลายเดือนก่อน

    ❤👏🏻

  • @samirmusayev9685
    @samirmusayev9685 ปีที่แล้ว +3

    Çox gözəl filmdir 🇦🇿💙

  • @allahyarbayramov9815
    @allahyarbayramov9815 8 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @behbudzahid9508
    @behbudzahid9508 หลายเดือนก่อน

    Mümkünsə filmdəki Niyaməddinin digər ifasını yerləşdirərdiz. Qabaqca sizə minnətdarıq edirəm

  • @elimelikov2098
    @elimelikov2098 6 หลายเดือนก่อน +1

    Filmdə daha gözəl alınır

  • @aysuhuseynli6994
    @aysuhuseynli6994 2 หลายเดือนก่อน

    Gözəl mahnıdır, ən yaxşı Mənsum İbrahimovun ifasında sıslənir.