Seyyid Əzim Şirvani - MƏHƏBBƏT Qəzəl - 2022

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.ย. 2022
  • Yoldaşlar, hazırladığım bu videonu əldə edib istənilən sosial şəbəkələrdə paylaşa bilərsiz. Bir şərtlə ki, videoya xələl yetirilməsin, rəngi dəyişdirilməsin, heç bir hissəsi ayrıca çıxarılmasın və sair. Əməyə qiymət verək, bir-birimizə qarşı diqqətli və hörmətli olaq!
    Müəllif - SEYYİD ƏZİM ŞİRVANİ
    Səsləndirdi - MƏŞHƏDİ ALLAHVERDİ
    Musiqi - Su misali (ney & piano enstrümantal fon müziği) - Orhan Ölmez ( Umferay TH-cam kanalı)

ความคิดเห็น • 57

  • @NurlanaNH
    @NurlanaNH  ปีที่แล้ว +5

    Bu möhtəşəm qəzəli çoxdandı Seyyid Əzimdən qəzəl gözləyən hər bir kəsin şərəfinə həsr edirəm ❤️❤️❤️
    Minbəd - yəni, sonra
    Dust - yəni, dost
    Xar - yəni, tikan
    Şəbih - yəni, bənzər
    Nəqs - nöqsan
    Nar - yəni, od
    Səgi-ku (y) - yəni, məhəllə iti (səg - yəni, it)
    Rəsm - yəni, qanun
    Füzun - yəni, artıq
    Məlal - yəni, əzab
    Tənab - yəni, ip
    Rişteyi-zünnar - yəni, zünnar Xristianlıqda və məcus dinində kahinin belinə bağladığı belbağı.
    Riştə - yəni, ip, tel, kəndir.

    • @elcin8709
      @elcin8709 ปีที่แล้ว

      Şəmirüxiyar ?

    • @elcin8709
      @elcin8709 ปีที่แล้ว

      Gər meylim ola "şəmirüxiyar"ə

    • @NurlanaNH
      @NurlanaNH  ปีที่แล้ว +1

      @@elcin8709 şəmi-rüxi-yar yəni, yarın üzünün nuru (burdakı şəm sözü nur mənasındadır, işıq mənasında...
      Ona görə də arxasıyca deyir ki, "pərvanə edər oda məhəbbət...
      Rüx - üz deməkdir.

    • @NurlanaNH
      @NurlanaNH  ปีที่แล้ว +1

      @@elcin8709 Deyir, yarın üzünün nuruna meyil etsəm, nə nöqsanı var ki?!
      Onsuz da pərvanənin də adətidir oda məhəbbət etsin... Mən də yarın üzünün nuruna, işığına məhəbbət edirəm...

    • @elcin8709
      @elcin8709 ปีที่แล้ว +1

      @@NurlanaNH Bəh , bəh ....Çox sağol .Əslində bu lüğəti qoymaseydun , qəzəlin mə'nasını anlamıyacağdım , Seyyid həqiqətən işin ustası olub , Allah ona rəhmət eləsin , sizdəndə razı olsun ...

  • @sesaret
    @sesaret ปีที่แล้ว

    İlahi şeirin son beyti,Seyyidi-Əzəm!!!

  • @mahiraliyev2062
    @mahiraliyev2062 ปีที่แล้ว +7

    Hər kəs ki Hüseyn tək olmaz aşiq zövqü ələmi səfanı bilməz.
    Nuş eyləməyən meyi bəlanı keyfiyyəti Kərbəlanı bilməz.
    Müəllif: Seyyid Əzim şirvanı

  • @Meshedi19
    @Meshedi19 ปีที่แล้ว +1

    ❤👍

  • @mahiraliyev2062
    @mahiraliyev2062 ปีที่แล้ว +3

    ALLAH SEYYİD ƏZİMƏ rəhmət eləsin.
    ALLAH ALLAHVERDİ qardaşımıda qorusun.

    • @NurlanaNH
      @NurlanaNH  ปีที่แล้ว +1

      Amin ❤️❤️❤️!

  • @NurlanaNH
    @NurlanaNH  ปีที่แล้ว +6

    Qurbandı dilü-can səgi-kuyinə o mahın,
    Möminlər edər, rəsmdi, zəvvarə məhəbbət...

    • @elcin8709
      @elcin8709 ปีที่แล้ว

      Birdə baş ağrısı olmasın , bu beyti açığlarduz, məna baxımından ....

    • @NurlanaNH
      @NurlanaNH  ปีที่แล้ว

      @@elcin8709 Mah sözü "ay" deməkdir. Amma klassik ədəbiyyatda gözəlin surətinə, üzünə işarədir... Dil - ürək deməkdir. Deyir ki, ürəyim və canım qurban olsun gözəlin (yəni həmin o mahın) məhəlləsinin itinə belə... Necə ki, qanundu möminlər də zəvvara məhəbbət edərlər. Mənimçün də o qanundu ki, canım gözəlin məhəlləsindəki itə də qurban olsun... (Seyyid Əzim çox dərin məqamlara toxunub burda. Bu balaca söz deyil, əslində) Kişi də ki, elə sözlər tapıb yazır ki... Seyyid Əzimin yazdıqlarını xırdalamasaq çətin olar onu başa düşmək. Üslubu fərqlidir çünki.

    • @elcin8709
      @elcin8709 ปีที่แล้ว

      @@NurlanaNH Möminlər və məhəllə itləri .Tərcümələri yazmışdunee , ordan mə'nanı anlamışdım .Yenədə sorışdımki , bəlkə başqa nəsı var .Yar Kəbəyə bənzədilir , bu olsun ....Möminlərdə məhəllə itlərinə ? Nəsə başım şişdi , yəqin bu qəzəl mənim başumçın deyil .....

    • @NurlanaNH
      @NurlanaNH  ปีที่แล้ว +1

      @@elcin8709 Yox eee, Seyyid Əzim öz məhəbbətinin şiddətini belə bildirir ki, yəni mənim canım gözəlin hətta məhəlləsinin itinə belə qurbandı... O bunu özünə qanun hesab edir... Deyir, yəni, nəyinki canım ona qurban, hətta itinə belə qurbandı deyir... (hər adam bu sözü deməz! Dərin mənadı bu)... Deyir axı, necə ki, möminlərin zəvvara olan məhəbbəti qanundur, mənim də canım gözəlin itinə qanundu k, qurban olsun...
      Ümid edirəm ki, bu dəfə tam aydın oldu...

    • @elcin8709
      @elcin8709 ปีที่แล้ว

      @@NurlanaNH Bildimeeee nə diyir ,orası aydın oldı , prosda görəsən , niyə bu təşbehdən istifadə edib ? O marağlıdi , məsələ bu təşbehdədiki , diyirki necəki , möminlər zəvvara məhəəbbət bəsliyir .Nə isə , söz-sözi gətirir, diyillər .İşündən -gücündən eləmiyim səni , hələlik , bu mövzunu başqa vaxt , mütləq müzakirə etmək lazımdır .Seyyid niyə bu təşbehdən istifadə edib ?

  • @intiqambinqdili3736
    @intiqambinqdili3736 ปีที่แล้ว +1

    Allah uğurlarını bol eləsin

    • @NurlanaNH
      @NurlanaNH  ปีที่แล้ว

      Çox sağ ol ❤️❤️❤️! Bahəm.

  • @sesaret
    @sesaret ปีที่แล้ว

    Axır günümü eylədi,gör qara məhəbbət

    • @NurlanaNH
      @NurlanaNH  ปีที่แล้ว

      ❤️❤️❤️

    • @sesaret
      @sesaret ปีที่แล้ว

      @@NurlanaNH ⚘⚘⚘

  • @NurlanaNH
    @NurlanaNH  ปีที่แล้ว +4

    Adətdi ki, pərvanə edər narə məhəbbət 🔥🔥🔥

    • @rovlanabdulla511
      @rovlanabdulla511 ปีที่แล้ว

      Şəmə pərvanə yanardı gecələr sübhə kimi
      Məndə öz sevgilimin şəminə pərvanə idim

    • @NurlanaNH
      @NurlanaNH  ปีที่แล้ว +1

      @@rovlanabdulla511 Axşamın xeyir 💖💖💖! Nəsə keçmiş zamanda danışdın 🤔🤔🤔

    • @rovlanabdulla511
      @rovlanabdulla511 ปีที่แล้ว

      @@NurlanaNH Axşamun xeyir əziz qonşum mənim.Hə keçmişdə idi və geri gəlməsi yəqin mümkün olan deyil🫣

    • @NurlanaNH
      @NurlanaNH  ปีที่แล้ว +1

      @@rovlanabdulla511 Həə, uçdu göylərə, bizim peykimiz... 😒...

    • @rovlanabdulla511
      @rovlanabdulla511 ปีที่แล้ว

      @@NurlanaNH Ay səniiii😀😀😀Adamın belə şeylərinə gülməzlər😀😀😀Lağ etdiyin şey başına gəlmədən ölməzsən haaaa😀😀😀

  • @elcin8709
    @elcin8709 ปีที่แล้ว +2

    Füzulidən sonra vergüldi , Seyyid Əzimnən sonra nöqtə .

    • @NurlanaNH
      @NurlanaNH  ปีที่แล้ว +1

      ❤️❤️❤️

    • @sesaret
      @sesaret ปีที่แล้ว

      Nida.

    • @NurlanaNH
      @NurlanaNH  ปีที่แล้ว +1

      @@sesaret Qismət olsun bir gün (ümid edirəm ki, çox çəkməz) Seyyid Əzimin bir qəzəlini səsli, izahlı şəkildə yayım edəcəm... Çünki, onu paylaşsam çoxluq başa düşməyəcək... Çətin qəzəl var əlimdə... Həm belə daha maraqlı olar, həm də faydalı...

    • @NurlanaNH
      @NurlanaNH  ปีที่แล้ว +1

      @@sesaret Hər beytin tək-tək izahı olunacaq səsli formada...

    • @sesaret
      @sesaret ปีที่แล้ว +1

      @@NurlanaNH Seyyid,sənət aləmində dərin dəryaların,ən qiymətli incilərini ənginliklərdən çixaran qüdrətli,mahir,dəryalara hökm edən sahanə qəvvasdı.Nəhəng sənəti mavi səmaların altında,lacivərd dəryaların üstündə nur saçan günəşdi.Bütün aləmi canlı nuru ilə başdan-başa ehya eləyib...
      İn Şa Allah uğurunuza sevinərik.🖤❤🏴

  • @aynurkrimovaynur3579
    @aynurkrimovaynur3579 ปีที่แล้ว

    Mənsuri kimi çəkdi məni dara məhəbbət.