Heydər Əliyevə görə qətlə yetirilən jurnalist - Namus məsələsi, yoxsa siyasi sifariş? - Gizli fakt

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • Heydər Əliyev "Bu adamla" 1989-cu ildə Moskvada onunla görüşdüyünü deyir. Görüşdə o, istefada olan I katibi Azərbaycana çağırır. Bundan bir neçə ay sonra isə onu Bakıda, şəhərin mərkəzində, maşınında güllələyirlər. İstintaqın ilkin qənaəti isə belə olur: "Namus məsələsi". Bu adam mətbuat işləri üzrə dövlət komitəsinin sədr müavini, məşhur jurnalist Əjdər Xanbabayevdir.
    Əjdər Rza oğlu Xanbabayev 1931-ci ildə Ordubad rayonunda dünyaya gəlib. O, Azərbaycan SSR Mətbuat İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini, "Azərnəşr" nəşriyyatının və "Yazıçı" nəşriyyatının direktoru olub. İstintaqın nəticəsinə görə Xanbabayev SSRİ dövründə Heydər Əliyevi dəstəklədiyinə görə 1990-cı ildə Azərbaycan SSR DTK əməkdaşları tərəfindən öldürülüb.
    Xanbabayev Bakıda, Azərbaycan Rus Dram Teatrının binası yaxınlığında şəxsi avtomobilində güllələnib.
    İlkin olaraq istintaq Xanbabayevin qətlinin qısqanclıq zəminindən yerinə yetirildiyini güman edib. 1995-ci ilin ortalarında "Qarabağ" kooperativinin sədri Tarix Quliyev və Bakı Şəhər Sovetinin deputatı, "Lalə" kafesinin direktoru Tofiq Qasımov Xanbabayevin qətlini etiraf edib və həbs ediliblər. Müstəntiqlərin fikrincə, Xanbabayevə atəş açan Quliyevin evinə baxış zamanı cinayətin törədildiyi ehtimal edilən “Makarov” tapançası aşkar edilib.
    Həbs olunanların ifadəsinə görə, qətlin təşkilatçısı sonralar Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuş Hacı Seyfəl Babayevdir. İddialara görə, Babayev onları hansısa "namus məsələsi" ucbatından qətli törətməyə inandırıb. Daha sonra ifadələrini dəyişdirən Quliyev və Qasımov DTK əməkdaşlarının, xüsusilə Hüseynovun, Mirzəyevin və digərlərinin qətldə əli olduqlarını açıqlayıb. Onların sözlərinə görə, Hacı Seyfəl Babayev çekistlərin tələbi ilə Xanbabayevin qətlini təşkil etmişdir. Hacı Seyfəl Babayev isə günahını etiraf etməmiş, həbsindən üç gün sonra istintaq təcridxanasında, naməlum şəraitdə vəfat etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Məhkəmə Kollegiyasının hökmü ilə Qasımov 9 il, Quliyev isə ölüm cəzasına məhkum edilmişdir, lakin Quliyevin hökmü sonradan ömürlük azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmişdir.
    Əjdər Xanbabayevin qızı Afət Xanbabayevanın 2011-ci ildə verdiyi müsahibədə deyilir:
    "1987-ci ildə Vəzirov hakimiyyətə gələndə Naxçıvandan olan insanların hakimiyyətdən uzaqlaşdırılması siyasətini genişləndirdi. Əjdər Xanbabayevin adı da bir naxçıvanlı kimi həmin siyahıda oldu. Onda atam öz ərizəsilə tutduğu vəzifədən istefa verdi və "Azərnəşr"ə direktor təyin olundu. Ömrünün sonuna qədər də həmin vəzifədə işlədi. 1987-1989-cu illər Azərbaycanın həyatında ağır illər hesab olunurdu... Hələ 1987-1988-ci illərdən atam deyirdi ki, hakimiyyətə Heydər Əliyev gəlməlidir. Heç kəsin ağlına gəlmirdi ki, Heydər Əliyev ağır xəstəlikdən sonra qayıdıb Azərbaycana rəhbərlik edə bilər. Amma Əjdər Xanbabayev böyük inamla deyirdi ki, Heydər Əliyev mütləq Azərbaycana qayıdacaq. Ən azından, məsləhətçi kimi olsa da, xalqı idarə etməyin yolunu göstərməlidir.
    Fəxrəddin Ağamirzəyev özünün "Dönüşdən Qurtuluşa" kitabında 1999-cu ildə nəşr olunan "Gələcəyi görən insan" kitabına istinadən H.Əliyevin Əjdər Xanbabayev haqda söylədiyi fikirlərə yer ayırıb. Xanbabayevlə yaxın tanışlığının tarixinə nəzər salarkən Heydər Əliyev bunları deyib: Sitat:
    Dediyim kimi, mən Bakıya gəlməyə hazırlaşırdım, may ayının sonuna bilet almışdım və bu barədə qardaşım Cəlala telefonla xəbər vermişdim. May ayının 30-da təxminən saat 12-də Xanbabayev zəng etdi və bildirdi ki, mənim Bakıya gəlməyimi eşidib. Soruşdum ki, haradan eşidib? O cavab verdi ki, Cəlal deyib. Xanbabayev dedi ki, bəs sizi qarşılamağa hazırlaşırıq, xalq, ziyalılar Sizi qarşılayacaq. Bu sözləri o böyük sevinc və həyəcanla bildirdi. Eyni zamanda, Xanbabayev bildirdi ki, B.Vahabzadə ilə də, başqaları ilə də danışıblar, məni qarşılayacaqlar, gözləyirlər...
    Mən belə planlaşdırmışdım ki, iyunun 1-də Bakıya uçum, mayın 31-də isə oğlum İlham Bakıya uçmalı idi. İlhamın uçacağı haqqında qardaşıma deməmişdim. Mən mayın 30-da təxminən gecə saat 12-də qardaşıma zəng vurdum...Cəlal öz növbəsində cavab verdi ki, bura dəhşətdir. Mən soruşdum ki, nə dəhşətdir, nə olub? O cavab verdi ki, Əjdəri öldürdülər. Bu çox böyük cinayətdir. Mən hələ o vaxtlar, keçmiş Azərbaycan rəhbərlərinin hakimiyyəti dövründə müsahibə və danışıqlarımda bu hadisəyə etirazımı bildirmişəm və tələb etmişəm ki, bu cinayət açılmalıdır və günahkar cəzalandırılmalıdır. Mən belə güman edirəm ki, rəsmi dövlət dairələri bu cinayəti törədibsə, onlar bu ölümü aça bilməzdilər. Məni daxilən, mənəvi cəhətdən sıxan odur ki, Xanbabayev, öz daxilimdən gələn münasibətə görə, daxili münasibətimin mənə bildirdiyinə görə, məhz məni qorxudub Azərbaycana gəlməyimin qarşısını almağa görə öldürülüb. - Sitatın sonu...

ความคิดเห็น • 24

  • @user-ks8cz8yp7s
    @user-ks8cz8yp7s ปีที่แล้ว +1

    Tesekkur edirik.🎉

  • @eldaraliyev2198
    @eldaraliyev2198 11 หลายเดือนก่อน

    Allah qorusun Əjdər Xanbabayevin qızını....

  • @eldaraliyev2198
    @eldaraliyev2198 11 หลายเดือนก่อน

    Allah rəhmət eləsin qəbri nurla dolsun, Xanbabayev ləyaqətli insan kimi hər zaman qəlblərdə yaşayacaqdır!...

  • @TV11-azerbaijan
    @TV11-azerbaijan  ปีที่แล้ว +2

    Material diqqətinizi çəkirsə, TV11-ə abunə ola bilərsiniz.

  • @eldaraliyev2198
    @eldaraliyev2198 11 หลายเดือนก่อน

    Azərbaycan - İlham! Bir qəlb, bir candır, Arxa dayağımiz Türk, Ərdoğandir! - Qardaş Pakistan da bizlədir hər an, Qarabağ əbədi Azərbaycandır!!!....
    Eldar Paşa ❤

  • @islamkazimov122
    @islamkazimov122 ปีที่แล้ว +1

    👍👍👍

  • @Huseynov.Rashad
    @Huseynov.Rashad 9 หลายเดือนก่อน

    Allah rəhmət eləsin.

  • @dursunrzabeyli5456
    @dursunrzabeyli5456 ปีที่แล้ว +1

    😕

  • @TV11-azerbaijan
    @TV11-azerbaijan  ปีที่แล้ว +1

    Verilişdə təqdim olunan "Azərbaycan tarixində atılmış 5 ən yanlış addım kitabını əldə etmək istəyən şəxslər 0502917898 nömrəsinə vatsapda yaza bilər.

  • @vasifehmedov2230
    @vasifehmedov2230 ปีที่แล้ว

    👍

  • @SerdArt
    @SerdArt ปีที่แล้ว

    🧡🧡🧡

  • @serdaramin1910
    @serdaramin1910 ปีที่แล้ว

    🎉🎉🎉

  • @qafqazqafqaz2731
    @qafqazqafqaz2731 ปีที่แล้ว

    Əjdər Xanbabayevi öldürən ya öldütdürən kim olur olsun vətən xainidir . ALLAH Əjdər müəllimə rəhmət eləsin .....

  • @YarasaYarasa-ix4jy
    @YarasaYarasa-ix4jy ปีที่แล้ว +1

    Bu Xaçmazın icra başçısı olmuş Şəmsəddin Xanbabayevin qardaşıdı?

    • @SedaqetZeynalova-bh5cs
      @SedaqetZeynalova-bh5cs ปีที่แล้ว

      Şəmsəddin xaçmazda 81 yaşına kimi icra başçısı vəzifəsində oldu.Yəni o.yaşa qədər vəzifədə olduğuyçun deyirdilərki onun qardaşı Heydər Əliyevə görə canlndan olub

  • @user-vd9yb8rm7y
    @user-vd9yb8rm7y ปีที่แล้ว

    Yaxşı aparırsınız verilişi, amma faktları axıracan açmırsınız, niyə bunun qardaşı ömürlük icra başçısı oldu

  • @Partizan-bh8oz
    @Partizan-bh8oz ปีที่แล้ว

    Ela verilisdi

  • @nrmnrza7939
    @nrmnrza7939 ปีที่แล้ว

    😟

  • @nrmnrza7939
    @nrmnrza7939 ปีที่แล้ว

    😮😮😮😮😮

  • @rafiqaliyev9751
    @rafiqaliyev9751 ปีที่แล้ว

    KOTVƏRƏ

  • @vusalquliyeva2476
    @vusalquliyeva2476 ปีที่แล้ว

    2 🎉

  • @idkrkrfkkdkdtikdodldlldlfk3250
    @idkrkrfkkdkdtikdodldlldlfk3250 ปีที่แล้ว +1

    Ə, Vəzirov düz edib, mən olsaydım güllələtdirərdim, xüsusi iıə şərurluları