ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

Kifoz Onurğa Əyilməsinin Əsas Səbəbi Nədir? - Necə Qurtulaq?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 มี.ค. 2020
  • Bu Bakı Bərpa Mərkəzinin rəsmi kanalıdır. ƏLAQƏ NÖMRƏSİ : (+99412) 409 06 66, (+99450) 303 06 66, 050 880 07 88
    / berpamerkezi.az
    www.instagram....
    Kürəyin və qamətin istənilən pozulması bütün orqanizmin quruluşu və işinə təsir edir. Onurğanın əyilməsi ürək, ağciyər, mədə-bağırsaq sistemini dəyişir. Yaş artdıqca qaməti və kürəyi düzəltmək çətinləşir. Ona görə kürəkdə, onurğada istənilən dəyişikliyi başda, erkən yaşda təyin edib, ou aradan qaldırmağa çalışmaq lazımdır. Bizim insanlar skolioz, onurğa yırtığına daha çox önəm verdiyindən, kifoz kimi xəstəliyi elə də ciddiyə almır. Hətta çoxları kifoz nədir bilmir.
    Normal qamətdə olan onurğa fizioloji olaraq əyilmələrə malikdir: lordoz və kifoz. Boyun və bel nahiyəsində bu əyilmə önə doğru qabarıq olur - bu lordozdur, döş qəfəsi və büzdümdə isə geri, içəri çəkilmiş olur- bu kifozdur. Bu quruluş imkan verir ki, dayaq-hərəkət aparatı effektiv işləsin.
    Əgər bu lazımı qədər nəzərə çarpmırsa, insanda düz kürək diaqnozu qoyulur. Belə patologiyada ayaq pəncəsinə daha çox yük düşür, oynaq ağrıları olur.
    Kifozun yaranma səbəbləri:
    -Qeyri-düzgün qamət, yeriş
    -Rahat olmayan iş yeri
    -Anadangəlmə, ana bətnində qeyri-uyğun yerləşmə
    -Məktəbdə parta arxasında qeyri-düzgün oturuş
    -Fiziki iş görmədikdə kürək əzələsinin zəifliyi
    -Döş qəfəsində travmalar
    -Ağır yük, çanta gəzdirmək
    -Yaşlı adamlarda osteoporoz nəticəsində
    -Raxit
    -Tuberkulyoz
    -Skolioz nəticəsində onurğa özünü sığortalamaq üçün kürəkdə donqarlıq yaradır
    -Spondilit - onurğa sütunu iltihabı

ความคิดเห็น • 50

  • @user-zy2gr1xr7z
    @user-zy2gr1xr7z 2 ปีที่แล้ว +8

    HƏR BİR KİÇİK İŞİ GİMNASTİKA YOLU İLƏ QAYDASINA QOYMAQ OLAR. BİZİM HƏKİMLƏR HƏR ŞEY ƏMƏLİYYAT EDİB PUL QAZANMAQ İSTƏYİRLƏR. ALLAH NİYƏTİNİZİ BAŞINIZDA ÇATLATSIN.

  • @user-eo2du6vl8b
    @user-eo2du6vl8b 2 หลายเดือนก่อน

    Salam həkim baş güclənməsi və ayaq ağrıları kifozdan ola bilər

  • @nicatabdulliyev5644
    @nicatabdulliyev5644 ปีที่แล้ว +3

    Salam men kifozu ev şeraitinde neçə duzelde vilerem

  • @SamsungAccount-xx5sm
    @SamsungAccount-xx5sm 3 หลายเดือนก่อน

    Salam doxtor, menim oglumun 18 yasi var, bu il yoxlanisda bilmisikki, kifoz ve skalyozu var, ne meslehet gorerdiz?

  • @muslmandunyasi8526
    @muslmandunyasi8526 ปีที่แล้ว +1

    Salam necesiz kifozun dərəcəsi necə hesablanır

  • @user-ly1js9th6q
    @user-ly1js9th6q ปีที่แล้ว

    Salam, rengende skorlioz 1 grade, kifoz 3 grade gosterir. Ne meslehet gorursunuz?

  • @user-bf9bv1tl7r
    @user-bf9bv1tl7r 11 หลายเดือนก่อน

    Salam məndə 41 dərəcə kifoz 3 dərəcə skalioz var əsgər aparacaqlarmı dəhşətli ağrılarım var

  • @KenanPiriyev
    @KenanPiriyev ปีที่แล้ว

    Salam hekim menim uşagim 12 yaşdır 52 derece gorsendi .Hansi müalice daha effektiv olar. Baseyne getmek olarmia?

  • @aynurmemmedkerimova2769
    @aynurmemmedkerimova2769 2 ปีที่แล้ว +2

    Salam. Mənim oğlumda belində əyrilik hiss elədim həkimə apardim. Həkim kifoz dedi. Dərəcəsin rentgen eləsəm bilərəm? Oğlumun 2 yaşı var. Yani müalicəylə düzələr? Yoxsa düzəlməyən xəstəlikdi? Müalicəsi varsa bunun üçün nə etməliyəm?

    • @bakbrpamrkzi7563
      @bakbrpamrkzi7563  2 ปีที่แล้ว

      Salam hər vaxtınız xeyir . Bəli müalicə olunur ilk öncə həkim müayinəsi mütləqdir . Rentgenlə müəyyən olunur . Daha ətraflı məlumat üçün qeyd edilən nömrələrlə əlaqə saxlaya bilərsiniz . 050 880 07 88 , 050 303 06 66, 055 444 07 88 , 012 432 87 88

    • @sdbayalyev6555
      @sdbayalyev6555 ปีที่แล้ว

      Salam mütləq retqen olmalıdır dərəcəsi bilinməlidir həlbətəki düzələr şükür ki uşaqvız balacadı tez bilmisiz mənim oqlum skalyozdu onu həkmlər idmanla sağaldılar həkim idman üzgüçülük yazacaq onan da sağalacaq İNŞALLAH skalyoz kifozdan aqrdı onı onı idmanla saqadlar

  • @qarabagazrbaycandir6392
    @qarabagazrbaycandir6392 ปีที่แล้ว

    salam həkim bu sikalyoz xəstəliyi soyuq nəmişli yerdən qidadan əmələ gəlmə riski var?

  • @imanzadmuhammd7660
    @imanzadmuhammd7660 3 ปีที่แล้ว +3

    Salam kifozun sinəyə bir təsiri var ? Yəni sinənin bir tərəfinin hündür olmağı ona görə ola bilər zəhmət olmasa cavab yazın

    • @bakbrpamrkzi7563
      @bakbrpamrkzi7563  3 ปีที่แล้ว

      Salam,
      İmanzadə Muhamməd, Onurğadaki deformasiya döş qəfəsində assimmetriyanın yaranma səbəblərindən ola bilər

    • @imanzadmuhammd7660
      @imanzadmuhammd7660 3 ปีที่แล้ว

      @@bakbrpamrkzi7563 Yəni kifozdan ? Məndə kifoz var amma skaliyoz yoxdur

  • @qarabagazrbaycandir6392
    @qarabagazrbaycandir6392 ปีที่แล้ว

    salam həkim sikalyoz onurğa əyriliyi cinsiyyətindən aslı olmayaraq həmin xəstə gələcəkdə ailə həyatı quranda evladın bu xəstəliyə tutulma riski var?

  • @hmiyy2296
    @hmiyy2296 ปีที่แล้ว

    Salam həkim məndədə kifoz var boynumda kürəylərimdə ağrılar olur müalicədən nə qədər müddətdə sağalır

  • @sahnaz1670
    @sahnaz1670 ปีที่แล้ว

    16 yaşında qızda gifoz var epilepsiyada var fizyo terapiye edilse bir problem olmazki?

  • @colboyyt7162
    @colboyyt7162 3 ปีที่แล้ว

    Salam.4 yashli usagda 51 derece kifoz varsa korset istifade olunmalidir?

  • @azrbaycanfdaisi9271
    @azrbaycanfdaisi9271 2 ปีที่แล้ว +1

    Salam dokdur kifoz güclü baş ağrıları verirmir?75 faiz əyilmə kifoz bu başda uzun müddət ağrı verərmi?

    • @bakbrpamrkzi7563
      @bakbrpamrkzi7563  2 ปีที่แล้ว

      Salam hər vaxtınız xeyir. İlk öncə həkim müayinəsi mütləqdir . Daha ətraflı məlumat üçün qeyd edilən nömrələrlə əlaqə saxlaya bilərsiniz . 050 880 07 88 , 050 303 06 66, 055 444 07 88 , 012 432 87 88

  • @ayselvuqar5258
    @ayselvuqar5258 4 ปีที่แล้ว

    Salam 30yasdaki insan mualice ile duzele biler ya gecdi artig?

  • @westworld4984
    @westworld4984 4 ปีที่แล้ว +1

    Salam hekim mende kifoz var eger bu cerrahi üsulla hell olunarsa ne qeder xercim çixar xahis edirem cavablandirasiz

    • @bakbrpamrkzi7563
      @bakbrpamrkzi7563  4 ปีที่แล้ว

      Salam Ferid Eliyev, müalicə və ya cərrahi müdaxilə üçün müayinə mütləqdir

    • @westworld4984
      @westworld4984 4 ปีที่แล้ว

      @@bakbrpamrkzi7563 cox sagolun anladim yeniki cerrahiye üsulu ile olsa ne qeder,müalice üsulu ile olsa ne qeder xercim çixacaq onu qeyd edinde çox xahis edirem

    • @mehdiehmedov957
      @mehdiehmedov957 3 ปีที่แล้ว

      @@bakbrpamrkzi7563 salam doktor menim oglumun 15 yasi var görünüşe baxib kigoz dediler ama hec bir rengene mrt ye aparmamisam. biyun one eyir kureyin eyir. duz dayan demekden yoruldm. mualicesi varmi derecesin bimey ucun ne etməliyəm. xahis cavab yazarsiz.

    • @mehdiehmedov957
      @mehdiehmedov957 3 ปีที่แล้ว

      @@bakbrpamrkzi7563 kifoz yazacaqdim sehv yazmisam.

  • @mtanthsenova9168
    @mtanthsenova9168 3 ปีที่แล้ว +1

    Mənim 46 yaşım var. Müalicə ilə gedər bu xəstəliyim?

    • @bakbrpamrkzi7563
      @bakbrpamrkzi7563  3 ปีที่แล้ว

      Salam hər vaxtınız xeyir . İlkin olaraq həkim müayinə etməlidir . Daha ətraflı məlumat üçün qeyd olunan nömrələrlə əlaqə saxlayın zəhmət olmasa .
      055 444 07 88
      050 880 07 88
      050 303 06 66
      012 432 87 88

    • @mtanthsenova9168
      @mtanthsenova9168 3 ปีที่แล้ว +1

      @@bakbrpamrkzi7563 Oldu çox sag olun.

  • @fidanteymurzade115
    @fidanteymurzade115 4 ปีที่แล้ว

    Doktor mənim oğlumda 31 dərəcədə skalyoz var bu masaj tok eləttirməklə düzələrmi cavablandırmağınızi xahiş edirəm

    • @bakbrpamrkzi7563
      @bakbrpamrkzi7563  4 ปีที่แล้ว

      Salam, dəqiq diaqnoz və müalicə üsulları üçün müayinə şərtdir.

    • @bakbrpamrkzi7563
      @bakbrpamrkzi7563  4 ปีที่แล้ว

      Salam Fidan Teymurzadə, onurğa deformasiyalarında fizioterapiya və reabilitasiya mütləqdir.

  • @nrminmmmdova1902
    @nrminmmmdova1902 3 ปีที่แล้ว

    Salam 13 yaşlı uşaqda kifoz var yeni yaranıb həkim yüngül korset yazıb idman edir bu nlarla düzələcəkmi xaiş edirəm cavab yazın neçə yaşa qədər malicə olunmalıdı ?

    • @bakbrpamrkzi7563
      @bakbrpamrkzi7563  3 ปีที่แล้ว

      Salam həkim müayinəsi mütləqdir bəli müalicə olunur .Daha ətraflı məlumat üçün qeyd olunan nömrələrlə əlaqə saxlayın zəhmət olmasa :
      050 303 06 66
      050 880 07 88
      012 432 87 88

    • @inciagayeva1239
      @inciagayeva1239 2 ปีที่แล้ว

      Xanım hec duzəliş var?Mənim qızımda da eyni yaşdı kifozdu yungul dərəcəli Basqa nə edirsiz

    • @axrzamaninsani
      @axrzamaninsani 2 ปีที่แล้ว

      @@inciagayeva1239 Mənim qızım da 13 yaşındadır kifozu var bacardığımızə edirik bilmirəm duzeler ya yox

    • @sahincfrov234
      @sahincfrov234 ปีที่แล้ว +1

      Salam uşaqın 11_yası var bu vaxta qədər qaməti duz idi son 1 ayda çiyinləri önə doğru əyilib .bunun müalicəsi üçün hansı məsləhətlər verə bilərsiz.Amma onu deyəm ki idmalada məşğul olur

  • @ElsnEyvazli
    @ElsnEyvazli 3 ปีที่แล้ว

    Salam necesen

  • @Ehmedovaehmedova-
    @Ehmedovaehmedova- 4 ปีที่แล้ว

    Salam.hekim men arxada kurek sumkulerim cixir biraz incidir bu kifozdu?bide turnikde idaman elemek olar yoxsa ziyandi

    • @ulftagazad7423
      @ulftagazad7423 2 ปีที่แล้ว +2

      Turnikdə sallan boş nə qədər bacarsan.Bidə əsas olaraq kifos idmanları var onları et

  • @guldanquliyeva8389
    @guldanquliyeva8389 2 ปีที่แล้ว

    Zəng edirik axı cavab vermirlər

  • @MaksudQocayev
    @MaksudQocayev 3 หลายเดือนก่อน

    Bu hekimin ozne mualice lazimdi laqapedin mualicesi en azindan bele hekim olar fuuu

  • @MaksudQocayev
    @MaksudQocayev 3 หลายเดือนก่อน

    9

  • @faximaliki
    @faximaliki 3 ปีที่แล้ว +3

    Bir yerdə kifoz deyiblər mənə ancaq çox gözlə görülən əyrilik yoxdur.kifozdan başqa nə ola bilər kürəkdə

    • @bakbrpamrkzi7563
      @bakbrpamrkzi7563  3 ปีที่แล้ว

      Salam hər vaxtınız xeyir . İlkin olaraq həkim müayinə etməlidir . Daha ətraflı məlumat üçün qeyd olunan nömrələrlə əlaqə saxlayın zəhmət olmasa .
      055 444 07 88
      050 880 07 88
      050 303 06 66
      012 432 87 88

    • @aydanseyidova3548
      @aydanseyidova3548 3 ปีที่แล้ว +1

      @@bakbrpamrkzi7563 bəs həkm şəkər xesdesində kifoz varsa onu masaj tmek olarmı və zamanında ağır qaldırmağda beli evvel bükülürdü küreyinde miyazid şişleri vardı kakos yağı ilə o şişler yoxa cıxıb ancax iki eded qalıb anamdır şehid anasıdır siz verdiyniz nömrə vatcapdırsa elaqə saxlaya bilərəm cox sağolun

    • @bakbrpamrkzi7563
      @bakbrpamrkzi7563  3 ปีที่แล้ว

      @@aydanseyidova3548 Salam hər vaxtınız xeyir . İlkin olaraq həkim müayinə etməlidir . Daha ətraflı məlumat üçün qeyd olunan nömrələrlə əlaqə saxlayın zəhmət olmasa .
      055 444 07 88
      050 880 07 88
      050 303 06 66
      012 432 87 88

  • @salqmsalam9109
    @salqmsalam9109 2 ปีที่แล้ว

    KUFOZ KUEYiMDE VAR NEFES ALA BiLMiREM KUREYiMi SlXlR ƏZƏLƏNI MASAW KOMEK EDE BiLER MEN NE EDiM HƏKIM EZiYET CEKiREM