Xoşbəxt olmaq üçün bu 4 insan tipindən uzaq olun!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • Xəbərlərdə bəzən hansısa zəhərli qida ilə bağlı xəbərdarlıqlar edilir və biz bunu ciddiyə alırıq, bir müddət həmin qidadan uzaq dururuq. Eləcə də, zərərli insanlarla bağlı düşünməliyik. Həyatımızdakı bu insanları da ciddiyə almalıyıq.
    Baxaq görək, bu zərərli insan tipləri hansılardır.
    1. Ruhumuzu sümürənlər. “Harri Poter” filmndəki ruh sümürənlər nə edirdilər? İnsanlara pislik, qaranlıq, pis enerji ötürürdülər, pis xatirələri oyadırdılar.
    Müəllif Coan Roulinq müsahibələrindən birində deyib ki, “ruh sümürən canavarlar” fikrini real həyatdakı insanlardan götürüb. O, ideyasının mənbəyinin həmişə uğursuzluq gətirən insanlar olduğunu vurğulayıb. Bəli, həyatda belə insanlar çoxdur. Qısaca olaraq, onları belə ifadə etmək olar: naşükür. Açılan günə, oturduğu süfrəyə, getdiyi işə, alış-veriş etdiyi mağazaya nifrət edən insanlardı bunlar. Həmişə fincanın boş tərəfini görürlər, daim çatışmamazlıqlardan danışırlar, şikayət edirlər... Ən əsası isə, daim ətrafa ümidsizlik yayırlar.
    “Ümidini itirmə, bu həyatda bir şeyin bitməsi hər zaman başqa bir şeyin başlamasına səbəb olub.” Love Happens.
    Yadıma bir el məsəli düşdü: Xeyirsöyləməzə dedilər ki, yol çıxırıq bir yaxşı söz de. Qayıtdı ki, papağını mənə ver, bəlkə getdin qayıtmadın...” Bax, bu insanlardır ruhumuzu sümürənlər...
    2. Təkəbbürlü insanlar.
    “Təkəbbürlü olmaq, ya da olmamaq”, “var olmaq, ya da olmamaq” qədər dəqiq bir mövzudur. Bu, mənim fikrim deyil. Teoloji fəlsəfədə bu nöqtəyə gəlinib. Əgər özünüzdə təkəbbürdən bir damcı da hiss etsəniz, bunun üzərində düşünün. Özünüzü təkəbbürdən arındırmağa çalışın. Təkəbbür yoluxucu xəstəlik kimidir... Yoluxdurur adamı.. Bu cür adam tanıyırsınızsa, ondan uzaq durun ki, sizə də təkəbbüründən sıçramasın.
    Snoop Dogg bir mükafat alır. Sonra da çıxış edir. Baxaq.
    Snoop Dogg: “Özümə təşəkkür etmək istəyirəm. Mənə inandığı üçün özümə təşəkkür edirəm. Bütün bu çətin işləri bacardığı üçün özümə təşəkkür edirəm. Bir gün belə boş keçirmədiyi üçün özümə təşəkkür edirəm.Əsla vaz keçmədiyi üçün özümə təşəkkür edirəm. Hər zaman köməksevər olduğu üçün özümə təşəkkür edirəm. Və həmişə aldığından daha artığını verməyə çalışdığı üçün özümə təşəkkür edirəm. Yanlış, ya da doğru-hər zaman daha artığını eləməyə çalışdığı üçün özümə təşəkkür edirəm. Hər zaman “mən” olaraq qalmağı bacardığı üçün özümə təşəkkür edirəm.”
    ...Əlavə nəsə deməyə ehtiyac yoxdu...
    “Çox yaxında onu səndən istəyəcək, görərsən... Onu səndən alacaq...”
    3. Qeybətcil insanlar.
    “Böyük beyinlər fikirləri müzakirə edər, orta səviyyəli beyinlər hadisələri müzakirə edər, kiçik beyinlər insanları müzakirə edər.” Eleanor Ruzvelt
    Sahib olduğumuz adət-ənənəmizdə, yaşam tərzimizdə dedi-qodunun pis bir şey olduğunu bilirik. Dinimiz qeybətin haram olduğunu deyir.
    «Bir-birinizin qeybətini qırmayın! Sizdən kimsə ölmüş qardaşının ətini yeməyə razı olarmı? Bu onda ikrah oyadar. Allahdan qorxun. Allah tövbələri qəbul edən və mehribandır.» (Hucərat surəsi,ayə12)
    Amma yenə də dedi-qodudan yaxa qurtara bilmirik. Bəs, bu qeybəti kim edir? Evimizin içinə baxaq... Mələk üzlü analarımızdan da “qeybət kimi çıxmasın”la başlayan uzun cümlələr eşidirik. Bunun da səbəbi insanın səhv edərkən özünə yazığı gəlməsindədir. Yəni, səhv edirik, utanırıq, özümüzə acıyırıq. Bunu gizlətməyə çalşırıq və bu gizlilik marağa səbəb olur. Hamını cəlb edir. Bir insanın üstü açılan səhvinin başqaları tərəfindən müzakirəsi isə qeybət sayılır.
    Bir insanın xəbəri olmadan onun davranışını, xarakterini, sahib olub-olmadıqlarını müzakirə etmək qaranlığın ən qaranlıq nöqtəsidir. Əgər yanınızda kimsə kiminsə qeybətini edərsə, yaxşı olar ki, deyin: “Mənə maraqlı deyil!” Vəssalam! Həmin adamla baxdığınız bir filmi, oxuduğunuz bir kitabı müzakirə etməyə çalşın. Beləcə, qeybətə ortaq olmazsınız. Qeybət edənlər arasında zəkalı, dürüst, düşüncəsi aydın olan insanlara heç rast gəlmədim indiyədək...
    4. Koala tipli insanlar. Koalalar dünyanın ən ləng heyvanlarıdır. Gün ərzində, uzağı, yarım metr hərəkət edərlər. Yaxınlıqdakı su hövzələrinə getməyə ərindikləri üçün orqanizmləri yedikləri yarpaqlardan su çıxarmağı və onunla qane olmağı öyrənib.

ความคิดเห็น • 108

  • @gncgoy-gol2112
    @gncgoy-gol2112 2 ปีที่แล้ว +16

    Cox gözəl mövzudur. TƏŞƏKKÜRLƏR. Təssüf ki indi siz saydiğiniz neqativ enerjili insanlar həddən artiq coxdur.

  • @medineagamemmevoa7978
    @medineagamemmevoa7978 2 ปีที่แล้ว +14

    Allah sizdən razı olsun Amin

  • @gulnarseyidova5194
    @gulnarseyidova5194 2 ปีที่แล้ว +35

    Məncə indiki vaxtda şükr etməyi unutmşuq buna görə də əlindəknin qiymətni bilməyən şükr etməyən insan heç vaxt poztiv ola bilməz.

    • @_ayli697
      @_ayli697 9 หลายเดือนก่อน

      Halaldı məncə de

    • @user-1999ma
      @user-1999ma 6 หลายเดือนก่อน +1

      Ay bədbəxt görün camaat nə danışırda.Videoya baxmırsınız.
      Nə yazıq adamsınız siz.😔

  • @nusabhsimova1111
    @nusabhsimova1111 2 ปีที่แล้ว +22

    Gözəl sözlərdi onda tək yaşayaq gərək ətrafimiz beləsilərlə doludu

  • @habibhuseynli8687
    @habibhuseynli8687 ปีที่แล้ว +12

    ALLAH Razı Olsun Qardaş Nə Gözəl Sözlərlə Maarifləndirdin Məni ALLAH Məni Kimi Doğru Dürüst İnsanlari Qorusun 🤲 Və Şeytanın Şerinden Böhtanından Vəsvəsəsinden Qorusun 🤲 AMİN Əlhəmdulillah 🥰🤲☝️ Min Şükürlər Olsun Rəbbimə ALLAHA Tevvekul Edirəm 🥰🤲☝️ Mənim Ətrafımda Çox Pis İnsanlar Var Mənə Mənəvi Cəhətdən Çox Zərər Veriblər Hetda Menim Haqqımada Giriblər.🤲☝️ ALLAH Bəlasını Versin Yezdlərin Pis İnsanların.

  • @cdhgcxt
    @cdhgcxt 2 ปีที่แล้ว +9

    Ən nifrət etdiyim insan tipi təkəbbürlü, lovğa, özünü başqalardan yüksək tutan insanlardı. Belələrindən həmişə aralı dururam. Sadəlik özü gözəllikdir.

  • @zizseyidova8103
    @zizseyidova8103 2 ปีที่แล้ว +12

    Maraqlı məlumatdır çox sağ olun. 👍

  • @umidvarmmisov8598
    @umidvarmmisov8598 ปีที่แล้ว +5

    ALLAH Sizdən razı olsun çox gözəl sözlər .

  • @ulviyyeavbasova3051
    @ulviyyeavbasova3051 2 ปีที่แล้ว +12

    POZETİF İNSANLARİ SEVİREM.....CÜNKÜ HEMİŞE GÖZEL DÜNYADA YAŞADİGİMİ DÜŞÜNÜREM...

  • @durasanseyidov4238
    @durasanseyidov4238 2 ปีที่แล้ว +5

    Çox gozel Maraqli faydali meslehetler sizin kanalda teşekkurler👍👍👍👍

  • @smarttecnolojies9287
    @smarttecnolojies9287 ปีที่แล้ว +2

    Gözəl qeyd elədiz bilinirki belə şeylərdən uzaqsız üzünüz nurludur maşallah

  • @omrzeynalov2320
    @omrzeynalov2320 2 ปีที่แล้ว +5

    Çox gözəl məsləhət təşəkkür edirəm

  • @afethuseynova1908
    @afethuseynova1908 2 ปีที่แล้ว +3

    Allah sizdən razı olsun .Mən heç sevmirəm Salam deyən kimi ,ah -uf edən insanları.Eləsi ilə bir dəfə danışanda o əlamətlərini görsəm ,uzaq dururam .Allah elə insanları islah etsin.

  • @seyyarememmedova1444
    @seyyarememmedova1444 2 ปีที่แล้ว +2

    Allah razı olsun. Təşəkkür edirəm
    Maraqlı bir məsələyə toxunmusunuz.

  • @aynishangadirli8128
    @aynishangadirli8128 2 ปีที่แล้ว +4

    çox teşekkür ederem ğözel meslehtlerin üçün

  • @ganiramaharramova8541
    @ganiramaharramova8541 ปีที่แล้ว +3

    Allah sizden razi olsun

  • @t.kazmova4157
    @t.kazmova4157 2 ปีที่แล้ว +9

    İstəmədən zamanın tələbinə görə və s . nələrə görəsə bu saydığınız insanlarla məcburiyyətdən bir yerdə olmağa məcburdu insan hələki yaşadığın ailədə varsa ...

    • @terlantalibov5167
      @terlantalibov5167 2 ปีที่แล้ว +4

      Düşünün yoldaşınızdı

    • @winnerstar6072
      @winnerstar6072 2 ปีที่แล้ว +1

      Yoldaşla boşanmaq olar..bes bu şexs valideyndirse ?

    • @bakubaku5112
      @bakubaku5112 ปีที่แล้ว +2

      @@winnerstar6072 İnan ki, boşanmaq olmur, artıq 42 ildir NAŞÜKÜR adam həyatımı çürüdür! 😥😥😥

  • @elvinpawayev5964
    @elvinpawayev5964 ปีที่แล้ว +3

    Allaha and olsun 1 insan tanıyıram bu saydıqlarınizin 4 də həmin insanda cəmlənib (((çox söz yazmaq istəyərdim Amma yenədə hər şeyi Rəbbim bilir Allah hər kese səbr versin

  • @heyat18
    @heyat18 ปีที่แล้ว +1

    Maraqlı məlumatlar üçün çoox sağolun .Mən artıq 10 gün olarkı qiybət etmirəm ümümiyyətlə az hallarda kiminsə sözünü dilə gətirirdim indi isə töbə etdim .Allahdan qorxduğum üçün və onu sonsuz bir sevgi ilə sevdiyim üçün onun buyurduğu hər bir qaydaya riayət etməyə çalışıram .Cənnətə uçmaq isdəyirəm cəhənnəmin içindən mənim yeganə hədəfim.

  • @aidazeynalova1357
    @aidazeynalova1357 5 หลายเดือนก่อน +1

    Tamam düzdü Allah kömek olsun sizden Allah qorusun buzleri

  • @gullerqurbetova4232
    @gullerqurbetova4232 2 ปีที่แล้ว +4

    Gozel mövzuya toxunmuş unu z çox tewekkur edirem

  • @Queen4100
    @Queen4100 2 ปีที่แล้ว +2

    Düzdü bu günlərdə oqədər inctdilərki hələdə özüm toparlaya bilmdim Allah nəhllət etsin pis insanlara

  • @samsungmarket7033
    @samsungmarket7033 2 ปีที่แล้ว +2

    Xosbaxt o insandiki, hamisa sevina --sevina sevdiyi isa gedir , isdan sonrasa sevina -- sevina evina gayitmaga telasar !!!

  • @Lisa_Roblox22
    @Lisa_Roblox22 2 ปีที่แล้ว +3

    Hər zamankı kimi gözəl mövzu .

  • @leyla2543
    @leyla2543 2 ปีที่แล้ว +5

    Hamısı doģrudur.

  • @YaYa-nb4fc
    @YaYa-nb4fc 2 ปีที่แล้ว +7

    Mənə elə gəlir bu xasiyyətlərdən biraz var məndə 😭😭😭. Vaayy demək camaatı bezdirirəm?!!! 😭😭😭 Caan ətrafimdakılar 😭. Düzü özümün qeybət qırmaqdan aram yoxdu,amma mənə ciddi pislikləri dəyən insanı açıq nifrətimi bəsləyirəm.😔

  • @XeyrullaUmidzad-sx9wj
    @XeyrullaUmidzad-sx9wj 7 หลายเดือนก่อน +1

    Inşəallah mənə rast gələrsən mən o adamam demək istəyirəm hətta siz mənə rast gəlmisiz təbii ki,söhbət qeybətdən gedir mənimdə xoşum gəlmir əlavə siz deyən adamam iradəliyəm düzdür keçmişdə məndə qeybət etmişəm lakin özümü dərk edəndən etmirəm və müqayisədə indi daha xoşbəxtəm sağolun B.Bəy

  • @ummeti
    @ummeti ปีที่แล้ว +1

    Allah sizi xeyirlə mükafatlandırsın əziz qardaş. Amin

  • @mominethaviyeva2077
    @mominethaviyeva2077 2 ปีที่แล้ว +3

    duz deyisiz Allah razı qalsın

  • @farisxasmmmdov944
    @farisxasmmmdov944 2 ปีที่แล้ว +10

    Bəziləri deyir qeybət etmirəm olanı deyirəm.Ancaq bilmirki olanı demək elə qeybət sayılır,olmayanı söyləsə artıq böhtandı

  • @user-ph6mh5zq2l
    @user-ph6mh5zq2l ปีที่แล้ว +2

    Her gunumuze şukurler olsun.
    Azinada coxunada min şukur.
    Allahdan qorxmayan insan kafirdi.. Dediyiniz o 4 insanlari Allah yaxşilardan uzaq elesin🙏

  • @user-hq3zo9uo9s
    @user-hq3zo9uo9s 6 หลายเดือนก่อน

    Allah köməyiniz olsun.Gozel mövzudu.Qiybet eliyən adamlar çoxdu.Amma heç kəs bilmir başlna nə gələcəyini.Haml insan sayllr.Ancaq insana bənzəyən məxluqlar da,var heytdaa.

  • @camalallahverdiyev8422
    @camalallahverdiyev8422 2 ปีที่แล้ว +3

    Isanları tanıdığca heyvanlara rəğbətim artır

  • @sbuhisalaml6705
    @sbuhisalaml6705 2 ปีที่แล้ว +2

    Təşəkkürlər

  • @Cema-cu1nk
    @Cema-cu1nk 2 ปีที่แล้ว +3

    👏

  • @elnurbabayev9884
    @elnurbabayev9884 7 หลายเดือนก่อน +1

    Qardash lap deqiq deyir, inaninki mendede bele olub 2,3 gun murdar insanlar meni cox esebleshdirdiler,1 hefte ozume gele bilmirdim stresten fikirimi cemliye bilmirdim beynimde ancaq bunlarla danishirdim,yaddash gedir ,gelir yaxin kecmishi unuduram,uzaq kecmishimse qalir demeyim odurki ozunuzu pis insanlardan ve onlarin size yashadacaqi stressslerden qacin

  • @yolarimoldudawli9222
    @yolarimoldudawli9222 2 ปีที่แล้ว +3

    Eyni mənim kimi hərgün əsəb ona görə yadaş yoxdu biz onlarla yaşayırıq necə uzaq duraq ancaq mənfidir agzini açanda belə bəsdi gediyimz iş almir

  • @asimbalakisiyev1219
    @asimbalakisiyev1219 2 ปีที่แล้ว +5

    👍👍👍haqiqatanda beladı

  • @YaYa-nb4fc
    @YaYa-nb4fc 2 ปีที่แล้ว +7

    👍🙏🙏🙏təşəkkür edirəm 🙏🙏

  • @KDKRJ
    @KDKRJ 11 หลายเดือนก่อน

    Doğru məsləhətiniz üçün təşəkkür edirik.

  • @Gunay970
    @Gunay970 2 ปีที่แล้ว +2

    Mənim ətrafımda belə insanlar çoxdu zəhləm gedir olardan bezilerin rədd eləmişəm bəzilərinede he he direm az qalıb onlarıda rədd elicem 😂😂😂😂

  • @esgerhaqverdiyev8666
    @esgerhaqverdiyev8666 ปีที่แล้ว

    Sizi izləyirəm şərh yazmıran bəzən ,amma qəlbən əməyinizi,xeyirxah paylaşımlarınızı bəyənirəm ,bu paylaşım üçün təşəkkürlər yazan Rəfiqə x....

  • @melahetyusifova6815
    @melahetyusifova6815 2 ปีที่แล้ว +3

    Ay oğul,ətrafımız bu neqativlərdən ibarət deyilmi???;!!!Bəs nə edək???!!!Hərdən mən şəhər sakini olaraq,kəndə,daha doğrusu ümumiyyətlə insan olmayan ərazilərə getmək və orada məskunlaşmaq istəyirəm.
    Çünki bu məsələdə sizin sadaladığınız müəyyən fikirlər öz əksini tapmaya bilər.Bu absurd bir şeydir.
    Bir də ki,həyat yaranışından mənfi ilə müsbətə köklənib.Və mən əminəm ki,müsbət mənfilərdən daha çoxdur.Sadəcə müsbətlər mənfilərin amansızlığına tab gətirməkdə acizdirlər.Qısa bir şərh yazacam.
    Hər zaman övladlarım məni qınayaraq deyirlər:Niyə bizi bu qədər saf öyrətdin???
    Mən isə cavabında deyirəm:Mən sizi öyrətmədim,bu sizin genefonunuzda,canınızda,qanımızda olan daşıyıcılardır.
    Ot kökü üstə bitər!!!

  • @iaurananadirarawvili-pf3kh
    @iaurananadirarawvili-pf3kh ปีที่แล้ว

    Duzdu

  • @naibasoltanova2140
    @naibasoltanova2140 2 ปีที่แล้ว +1

    Cox tesufki etrafimiz beleleri ile doludu

  • @huseynmelikov2868
    @huseynmelikov2868 2 ปีที่แล้ว +3

    Qeybət eləyənin söznü kəsmək ədəbsizlik deyil və ya ona qeybət eləmə demək onun ürəyni sındırmaq olar?

  • @senubermedine619
    @senubermedine619 9 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @aisegulmaliyeva7919
    @aisegulmaliyeva7919 2 ปีที่แล้ว +1

    Cox maragli.ugurlar

  • @cavadovamedine9770
    @cavadovamedine9770 11 หลายเดือนก่อน +1

    Mən tez insanlara inanıram.

  • @mehebbetqeniyev8964
    @mehebbetqeniyev8964 ปีที่แล้ว

    Əsəblərim sakitləşdi,Allah köməyiniz olsun.xeyla söz, iş öyrəndim.

  • @orxanniftliyev3295
    @orxanniftliyev3295 2 ปีที่แล้ว +2

    Əla çoxdandı bele kanala rast gelmirem qardaş adama vativasya verir yaşamaq üçün

  • @lilia9830
    @lilia9830 2 ปีที่แล้ว +2

    Siz özünüz də bilirsiniz ki bu sözlər həmişə bir nəsihət kimi yaşayıb yaşayır və yaşayacaq Buna əməl etməyənlər isə həmişə var olacaq.O ki qala yaxın ətrafımıza çətindir indi daha çoxdu bir birinə əzab verənlər.Bunun səbəbi də aşkarlıq oldu.Mənəviyyat çox çılpaqlaşdı.Geyimlər yanaşmalar münasibətlər nəsihətlər hörmətdən düşdü.Mənəviyyat kasıblığı baş alıb gedir İndi hər kəs öz içində əzab çəkir amma biruzə verməkdən utanır.Özünü sındırmaq istəmir istər savadlısı istər də adisi.

  • @zhrazehram3248
    @zhrazehram3248 2 ปีที่แล้ว +5

    Ikinci men

  • @nubarehmedzade2171
    @nubarehmedzade2171 หลายเดือนก่อน

    Aile qurdugum wexsin ailesinde bunlar var. Ona gore ruh duwkunluyu yawayiram

  • @asyaagazade7485
    @asyaagazade7485 2 ปีที่แล้ว +1

    Ya uzaq durmaq olmursa neqeder qacsanda mumkun olmur onda ne etmek lazimdir ?

  • @jaleteymurova2707
    @jaleteymurova2707 2 ปีที่แล้ว +2

    Telefonu söndürün.Tək yaşayın.Çünki,98faiz insanda bu xüsusiyyətlər vardır.Axırıncı məsləhət daha gözəl.Elə insanlardan heç qurtulmaq olur kii?Özü gəlib tapır adamı🤕

  • @DlareElekberova-ji6gx
    @DlareElekberova-ji6gx 3 หลายเดือนก่อน

    Ne geder dedım ay bala bu talwdardan uzag ol uzag olmadı kı ıbdı balanı salblar yorgan doweye evladnı da ruwvetle gorur balam o da goese eger bu teymurovlar tıktıkkar aılesı esas sevıldır ıwlerın numayendesı. 4 ıkdır. Uwagnetın yeyıbler ındı sumuklerı galb 💔💔

  • @ferideeliyeva8882
    @ferideeliyeva8882 ปีที่แล้ว

    Əlhəmduilləh

  • @novruzovnesir3513
    @novruzovnesir3513 2 ปีที่แล้ว +3

    Türk videorolikinin cumle-cumle tərcüməsidir bu rolik

    • @Sakira-md4pb
      @Sakira-md4pb ปีที่แล้ว

      bax sən özün sanki qeybət etdin niyə bilirsənmi düzdür demekdense həmən nəyəsə yozdun

  • @terlantalibov5167
    @terlantalibov5167 2 ปีที่แล้ว +2

    Belə qızlardan uzaqamda

  • @zernigarabb1378
    @zernigarabb1378 ปีที่แล้ว

    Əsəblərijniz korlanmir xəstəlikdən uzaq olursuz

  • @yusifagazade4499
    @yusifagazade4499 2 ปีที่แล้ว +1

    Bəzi insanların varlığı stres verir.Necə edək?Deyə bilmirik

  • @guneshmammadlii4208
    @guneshmammadlii4208 ปีที่แล้ว +1

    Mende canimdam bezmisemm

  • @Samir-dh1yg
    @Samir-dh1yg ปีที่แล้ว

    Zibil yığını kimidi ətrafımda bu adam,insan demirəm aaa-adına ləkələr.etdikləri iyrənc davranışlarla itin bəlkə gözümdə dəyəri var ama onların yoxdu,təəssüf🤷‍♀️🤷‍♀️.ayy qardaş bax onu düz dedin onların dilində onlara cvb verib onların səviyyəsinə düşməkdən Allah qorusun bizi,Amin🤲🙏.

  • @FerhadCebiyev
    @FerhadCebiyev 8 หลายเดือนก่อน

    Nenemde bu xasiyyetlerin hamisi var hele bir zarimagi var ko butun aileni xeste edib ruhmuzu xeste salib ah uf elemekden 90 yasi var helede olur amma olub qutarammir

  • @winnerstar6072
    @winnerstar6072 2 ปีที่แล้ว +1

    Super..dediklerinizin hamisi ile raziyam..Amma eger bu dediyiniz insan tipi sizin ataniz ve ya ananizdirsa..o insanlardan neja uzaq olaq ? Axi vicdan imkan vermir..insan ozunu gunahkar hiss edir..bes bu halda ne etmek lazim?

  • @OrxanRehimov-qn3cf
    @OrxanRehimov-qn3cf 8 หลายเดือนก่อน

    Ama həyatda irəli gedib qazanan insanlarda qiybet edenlerdi

  • @user-xn9ey5qi6c
    @user-xn9ey5qi6c 6 หลายเดือนก่อน +1

    MENİM YATPILANETLİLERDEN SONRA ÖZEL GUCUM VAR

  • @n..2096
    @n..2096 2 ปีที่แล้ว +1

    Nece yerine düşdüyee bu ömrümü yiyenler var bezirem ama mecburam neapyim😏😒

  • @ulduzqasmova6406
    @ulduzqasmova6406 ปีที่แล้ว

    Salam. Xaiş edirəm cavablandırasız . Mən özüm 1 ci tip insanlardanam. Ama bu xasiyətimi dəyişmək isteyirəm. Yoldaşım isə 4 cu tipdir. Nə edim bilmirəm 😢

  • @tenhayalniz6954
    @tenhayalniz6954 2 ปีที่แล้ว +1

    HELE BU ALMANIYADA ,PROBLEMSIZ OLKEDEDIR TEDQIQAT .GOR AZERBAYCANDA YASAMAQ NE QEDER QELIZDIR .VALLAH BU OLKENIN VETENDASLARINA HALALDIR KI BELE NEQATIVLIK ICINDE YASAMINI DAVAM ETDIRIR .YASASIN KIM ............,??????????

  • @gulbaharkarimova651
    @gulbaharkarimova651 ปีที่แล้ว

    Hecbiri duz deyil ay qardas. Boyrumuz hami eledi. Day deyenki arsiz olagda elede olmuraxi. Yoxe duzgun deyil hecbiri

  • @ilhameabbasova760
    @ilhameabbasova760 ปีที่แล้ว

    Salam Aleykum.çox gözəl danışdınız.Amma musiqiyə qulaq asmaq haqqında yanlışlıq oldu.Elə musiqidə haramdır

  • @Yusifovaserqiye
    @Yusifovaserqiye 3 หลายเดือนก่อน

    PaylaşanŞərqıyyə 1958

  • @samaaqayeva1928
    @samaaqayeva1928 8 หลายเดือนก่อน

    Bəs mən də belə olmuşam özemü necə düzəldim bilmirəm😢

  • @ewref9785
    @ewref9785 ปีที่แล้ว +1

    hee insanlarin xaravi cixiff

  • @user-mf9dk7md6q
    @user-mf9dk7md6q 2 ปีที่แล้ว +1

    DÜZDÜR NECƏ UZAQLAŞAQ

  • @DlareElekberova-ji6gx
    @DlareElekberova-ji6gx 3 หลายเดือนก่อน

    En çox anawkınde yawayan sevınc tehluke menbeyıdır

  • @user-hq3zo9uo9s
    @user-hq3zo9uo9s 6 หลายเดือนก่อน +1

    Menne bu neqativler çoxdu.istiyirem canlml qurtarmaq.Amma beynimə ürəyime həkk olub elə bil.Get gedə nifrətim coxallr hamlya.Bilmirsen,neye, kimə inanasan.Adam fikirlesdikce başlna hava gəlir elə bil.iStiyirem bəzilərini boğum öldürüm.

  • @raminramin6362
    @raminramin6362 7 หลายเดือนก่อน +1

    Bəs bu sənin həyət yoldaşındırsa onda nə edəsən

  • @nuraneveliyeva6138
    @nuraneveliyeva6138 2 ปีที่แล้ว

    evimde 3 dene var onlardan neyniyim

  • @azerazizov5668
    @azerazizov5668 ปีที่แล้ว

    Təkkəbbür nə deməkdir yani , mənası nədir ? Kitab sözüdür yəqin

    • @shovgiyyaahmedova3596
      @shovgiyyaahmedova3596 5 หลายเดือนก่อน

      Özündən razı, yekəxana insanlara deyirlər

  • @Sakira-md4pb
    @Sakira-md4pb ปีที่แล้ว

    həəə indidə mən başlayım qardaş qeybət qıranların çoxunda öz gözündə tiri gorməyənlərdir onun bunun gözündə qıl axtarırlar daha dusunmurki kimsə səf ya günah edəndə həmin adam onun qeybətini edende günah edendende daha ciddi günah edir bilirsiz niyə? ona görəki o bir günah edirse hər kəsə danışmaqla həmin adam ondan daha beter günah etmiş olur çünki ALLAHİN gözündən düşür qeybət özü ən ağır gunahdirki ALLAH nifrət edir

  • @entertv.faridabdullayev4305
    @entertv.faridabdullayev4305 7 หลายเดือนก่อน

    100% düzgün məsləhət deyil

  • @azerazer5062
    @azerazer5062 3 หลายเดือนก่อน

    Musiqi də haramdır lokman surəsi 6 oxuyun tevhidi də öyrənin tağutu inkar Allaha iman Allah hidayet versin

  • @asimbalakisiyev1219
    @asimbalakisiyev1219 2 ปีที่แล้ว +1

    Çogözal

  • @mammafova
    @mammafova 2 ปีที่แล้ว

    biz. evdəklərə. sitres. mənbəyiyik. bizdən. necə. uzaq. olacaqlar 🤣

  • @muradqaciyev9222
    @muradqaciyev9222 2 ปีที่แล้ว +1

    Чохсагол

  • @elikbeyker9939
    @elikbeyker9939 2 ปีที่แล้ว

    Bes, sadaladiginiz bu 4 tipi bir insanda cemlewibse neylemek lazimdi??

    • @velikiyturan5290
      @velikiyturan5290 2 ปีที่แล้ว +1

      Ooo)) 4 dü de versa
      4 terefli müalice getmelidi
      1Hicama+2Klizma+2Sistem qoşulmalıdı bu üçü eyni zamanda, +4 en yaxşı moykada rotesnen 4 defe şampunlanıb roteslenmelidi
      🙋🏻‍♂️😝

  • @DlareElekberova-ji6gx
    @DlareElekberova-ji6gx 3 หลายเดือนก่อน

    Tekebbutçr nedır e

  • @alidadasov7659
    @alidadasov7659 2 ปีที่แล้ว +2

    çox lazımlı danışdın

  • @keremibrahimov2594
    @keremibrahimov2594 2 ปีที่แล้ว +3

    ilk