🕋 Qədir-Xum mövzusunda "TH-cam" kanalımızdan bəzi videolar. 📲 Kanala abunə olun və faydalanın: @313news.net 1 Qədir-Xum hədisi ilə bağlı şübhələrə cavab 📱 th-cam.com/video/-KpAq14I6lM/w-d-xo.html 2 Ömərin İmam Əlini (ə) Qədir-Xum günü təbrik etməsi 📱 th-cam.com/video/eEgCePZBJx8/w-d-xo.html 3 Qədir-Xum | Milli sələfilərin tərcümə etdiyi kitabda 📱 th-cam.com/video/bPcdM6v9Na4/w-d-xo.html 4 Ömər ibn Xəttab imam Əlini (ə) Qədir-xumda təbrik edib? | Abu Zeydə cavab 📱 th-cam.com/video/mlc78yvXMYM/w-d-xo.html 5 Qədir-Xum hədisindəki "mövla" sözünün mənası 📱 th-cam.com/video/tpGUiH5h9Jk/w-d-xo.html 6 Sələfi “alim”in Ğədir-Xum barədə Nuri ət-Təbərsiyə iftirası və cavabımız 📱 th-cam.com/video/rpUwCFOX0WY/w-d-xo.html 7 Sələfi (vəhhabi) alimi Şeyx Əbdül-Vəhhab ət-Tureyridən “Qədir-Xum” barədə etirafları 📱 th-cam.com/video/JWII6AWFziM/w-d-xo.html 8 Vida həcci vilayət və imamətin təbliği həccidir - Şeyx Nəzar Qətifi 📱 th-cam.com/video/raRKsiokS2g/w-d-xo.html 9 Peyğəmbərimizin (s) “Əli məndən sonra xəlifəmdir”, - dediyini bilirsinizmi? 📱 th-cam.com/video/h3tj7KRphuY/w-d-xo.html
İmam Əli (ə.s.) buyurub: “And olsun toxumu yaran və canı yaradan ALLAHA (C.C.) ki, ummi olan Peyğəmbər (s.ə.a.s.) mənə söz vermişdir ki, məni yalnız mömin sevəcək və mənə yalnız münafiq nifrət (düşmənçilik) edəcək.” Mənbə: “Səhih Müslüm”, İman kitabı, 33-cü bab, cild 1, səhifə 87, hədis 78.
videoda qeyd olunurki İmam Əli əleyhissalam bir cariyə ilə yaxınlıq edibmiş guya və buna da deyirlər səhih hədisdir. Axı nikahsız belə bir işin olması zinadır və İmam bunu necə edə bilərki? Yəni belə çıxırki hədis saxtadır?
“Əlinin (ə.s.) müsəlmanların boynunda olan haqqı atanın övladın boynunda olan haqqı kimidir.” Mənbə: “Tarixul-Bağdad”, cild 7, səhifə 421; “Təhzibut-təhzib”, cild 9, səhifə 419.
Həzrət Peyğəmbər (s.ə.a.s.) buyurub: “Həqiqətən Əli (ə.s.) məndən, mən də ondanam və O məndən sonra hər bir iman əhlinin vəlisidir.” Kitabın mühəqqiqi Şueyb əl-Ərnaut yazır: “Bu rəvayətin sənədi güclüdür.” Mənbə: Zəhəbi, “Siyəru-əlamin-nubəla”, cild 8, səhifə 199, təhqiq: Şueyb əl-Ərnaut, çap: Muəssəsətur-Risalə.
. Zeyd ibn Ərqəm buyurub: “ALLAH (C.C.) Rəsulu (s.ə.a.s.) ilə birgə İslamı ilk qəbul edən şəxs - Əli ibn Əbu Talibdir.” Mənbə: Ən-Nəsai, “Xəsais İmam Əli”, səhifə 16, hədis 3.
videoda qeyd olunurki İmam Əli əleyhissalam bir cariyə ilə yaxınlıq edibmiş guya və buna da deyirlər səhih hədisdir. Axı nikahsız belə bir işin olması zinadır və İmam bunu necə edə bilərki? Yəni belə çıxırki hədis saxtadır?
İmam Cəfər ibn Muhəmməd - Sadiq (ə.s.) buyurur: “Bizim vilayətimiz olduqca çətin və çətin qəbul olunandır. Ona yalnız qəlbinə ALLAHIN (C.C.) iman bəxş etdiyi şəxs tab gəyirə bilər.” Mənbə: “Bəsairul-dərəcat”, səhifə 48, hədis 2.
“ALLAH (C.C.) Rəsulu (s.ə.a.s.) buyurur: “Əlidən (ə.s.) nə istəyirsiniz?! Həqiqətən Əli (ə.s.) məndən, mən də ondanam və o, hər bir möminin vəlisidir.” Hakim yazır: “Müslimin şərtinə əsasən səhihdir, amma bunu ikisi də (Buxari və Müslim) nəql etməmişdir.” Zəhəbi burada sakit qalır (heç bir şey qeyd etmir). Mənbə: Hakim Nişaburi, “Əl çustədrəku ələs0səhiheyn” (Zəhəbinin əlavələri ilə), cild 3, səhifə 110, çap: Darul-Mərifə.
12. Səid bin Vəhəb nəql edir: “Əli (ə.s.) Rəhbədə (Kufə məscidinin meydanında) danışarkən belə buyurdu: “Sizi ALLAHA (C.C.) and verirəm, kim ALLAH (C.C.) Rəsulunun (s.ə.a.s.) Qədir-Xumda belə dediyini eşidibsə, şahidlik etsin: “ALLAH (C.C.) mənim vəlim və mən də möminlərin vəlisiyəm və mən kimin vəlisiyəmsə, bu (Əli (ə.s.)) də onun vəlisidir. İlahi (C.C.), onunla dost olanla dost, onunla düşmən olanla düşmən ol və ona kömək edənə kömək et”.” Səid dedi: “Mənim yanımdan (səhabələrdən) altı nəfər qalxıb, şəhadət verdi.” Zeyd ibn Yusəy də belə deyir: “Mənim də yanımdan (səhabələrdən) altı nəfər qalxdı və şəhadət verdi”.” Mənbə: Nəsai, “Xəsais İmam Əli (ə.s.)”, səhifə 85-86, hədis 93. Kitabı tədqiq edən hədisşünas Əbu İshaq əl-Huveyni deyir ki, hədisin sənədi “Səhihdir.”
Bureydə əl-Əsləmi deyib: “Peyğəmbər (s.ə.a.s.) kişilərdən ən çox Əlini (ə.s.), xanımlardan isə ən çox Fatiməni (ə.s.) sevirdi.” Hədisin sənədininin səhih olmasını əl-Hakim və əz-Zəhəbi təsdiqləyiblər. Mənbə: “Əl-Mustədrək alə əs-səhiheyn”, cild 3, səhifə 168, hədis 4735.
Allah razı olsun paylaşımlara görə. İnsanların ən böyük bədbəxtçiliyi nadanlıq, təəsübkeşlikdir. Çünki, öz mənbələrində bu hədis var və səhih olduğunuda qəbul edirlər. Amma mənasını dərk etmirlər. Diqqətlə baxın Allahın Rəsulu nə deyir Mən kimin mövlasıyamsa Əlidə onun mövlasıdır. Allahım onu sevəni sev onunla düşmən olana düşmən ol. İndi özünüz diqqət edin Əlinən düşmən olana Allahda düşməndir. Bu halda necə Əlinən düşmən olanlara Allah razı olsun onlardan necə demək olar ?! Allahla düşmənçilik edəndən Allah razı ola bilərmi ?! Cəməl, Siffeyn, Nəhrəvan döyüşlərini yadınıza salın kimlər vuruşurdu Əliyə qarşı. Allah həqiqəti görməyə göz anlamağa ağıl versin inşəAllah !!!
“Böyük səhabələr (Əbu Bəkr, Ömər, Osman, Səd ibn Əbi Vəqqas, Təlhə, Zübeyr və s.) İmam Əlinin (ə.s.) fətvalarını öyrənmiş və müşküllərin həlli üçün dəfələrlə ona müraciət etmişlər. Bu elə məşhur məsələdir ki, hamı bilir.” Mənbə: Nəvəvi, “Təhzibul-əsmai vəl-luğat”, cild 1, səhifə 346.
Peyğəmbər (s.ə.a.s.) buyurub: “Bütün peyğəmbərlərin (ə.s.) sirlərinin sahibi var. Mənim də sirlərimin sahibi (saxlayan) Əli ibni Əbu Talibdir (ə.s.).” Mənbə: “Tarixi-mədinətu Dəməşq”, cild 42, səhifə 317; “Yənabi əl-məvaddə”, səhifə 235.
İmam Əli (ə.s.) buyurub: “Mən ALLAHIN (C.C.) qulu, ALLAH (C.C.) Rəsulunun (s.ə.a.s.) qardaşıyam. Ən böyük doğru danışan (Siddiqul-Əkbər) mənəm. Məndən sonra kim bunu iddia edərsə, yalançıdır! Mən insanlardan yeddi il əvvəl namaz qılmışam.” Hədisdən sonra əl-Buseyri deyib: “Bu hədisin sənədi səhihdir.” Mənbə: Əl-Buseyri, “Zəvaid ibn Macə”, səhifə 46, hədis 29.
Ömər ibni Xəttab belə deyir: Şahidlik edirəm ki, ALLAHIN (C.C.) Rəsulundan (s.ə.a.s.) belə eşitmişəm: “Əgər 7 göy əməl tərəzisinin bir gözünə, Əli ibni Əbu Talibin (ə.s.) imanı tərəzinin o biri gözünə qoyulsa mütləq Əlinin (ə.s.) imanı ağır gələr.” Mənbə: “Kənzul-ümmal”, cild 6, səhifə 156; “Ər-riyazun-nəzirə”, cild 2, səhifə 226; “Tarixi-mədinətu-Dəməşq”, cild 2, səhifə 365.
1. ALLAH (C.C.) Rəsulu (s.ə.a.s.) ilə birlikdə hərəkət etdik və Qədir-Xuma yetişdik. O, bir carçı göndərdi ki, car çəksin, bir yerə toplandığımız zaman buyurdu: “Sizə özünüzdən daha çox ixtiyar sahibi deyiləmmi?” Dedik: “Əlbəttə, ey ALLAHIN (C.C.) Rəsulu (s.ə.a.s.)! Buyurdu: “Sizə analarınızdan daha çox ixtiyar sahibi deyiləmmi?” Dedik: “Əlbəttə, ey ALLAHIN (C.C.) Rəsulu (s.ə.a.s.)!” Buyurdu: “Sizə atalarınızdan daha çox ixtiyar sahibi deyiləmmi?” Dedik: “Əlbəttə, ey ALLAHIN (C.C.) Rəsulu (s.ə.a.s.)!” Buyurdu: “Deyiləmmi? Deyiləmmi? Deyiləmmi?! Dedik: “Əlbəttə, ey ALLAHIN (C.C.) Rəsulu (s.ə.a.s.)!” Buyurdu: “Mən kimin mövlasıyamsa, Əli (ə.s.) də onun mövlasıdır. İlahi (C.C.), onu dost tutana dost ol, ona düşmən olana düşmən ol” sonra Ömər ibn Xəttab belə dedi: “Mübarək olsun, ey Əbu Talibin oğlu! Bu gün hər bir möminin vəlisi oldun.” Mənbə: İbn Kəsir, “Əl Bidayətu vən-nihayə”, cild 7, səhifə 350, çap: Məktəbul-Məarif.
İlk 3 (üç) xəlifə və İmam Əli ibn Əbu Talibin (ə.s.) şücaət fərqi: 4-cü hissə: Hüneyn döyüşü: 1. Əbu Qətadədən nəql olunur ki: “Hüneyn günü müsəlmanlardan birinin müşriklərdən biri ilə döyüşdüyünü gördüm. Bu zaman başqa bir müşrik həmin müsəlmanın arxasına keçib onu (hiylə) ilə qətlə yetirmək istədi. Mən cəld arxadan zərbə endirmək istəyən şəxsə tərəf şığıdım. O məni vurmaq üçün əlini qaldırdıqda mən onun əlinə zərbə endirib onun əlini kəsdim. Sonra o məni tutub elə möhkəm şəkildə sıxdı ki, (öləcəyimdən) qorxdum. Sonra əlini boşaltdı və mən onu itələdim. Bundan sonra onu öldürdüm. (O gün) müsəlmanlar döyüşdən qaçdılar, mən də qaçdım. Bu zaman (qaçan) camaatın arasında Ömər ibn əl-Xəttabı gördüm. Mən ona dedim: “Camaata nə olub?” Dedi: “ALLAHIN (C.C.) işidir!!” Sonra camaat ALLAH (C.C.) Rəsulunun (sallallahu əleyhi [və alihi] və səlləm) yanına qayıtdı...” Mənbə: “Səhihi-Buxari”, cild 4, səhifə 1570, “kitab əl-məğazi”, hədis 4067. 2. də qaçdıqları qətidir. Bu səbəbdən “(Hüneyn döyüşündə) dörd nəfərdən başqa bütün səhabələr qaçdılar. Əli (ə.s.) və Abbas RəsulALLAHIN (s.ə.a.s.) önündə, Əbu Abdullah ibn Məsud solunda yer almışdı. Əbu Süfyan ibn Haris də Peyğəmbərin (s.ə.a.s.) mərkəbinin cilovundan tutmuşdu.” Mənbə: Həmidi, “Cəmun beynəs-Səhihəyn”; Hələbi, “Sireyi -Hələbiyyə”, 3-cü cild, 123-cü səhifə. 3. Hakim Nisaburi Hüneyn döyüşü barədə səhih sənədlə İbn Abbasdan nəql edir: “Hüneyn döyüşündə digərləri qaçdıqda Peyğəmbərin (s.ə.a.s.) yanında yalnız Əli ibn Əbu Talib (ə.s.) var idi.” Mənbə: “əl-Mustədrək ələs-sahiheyn”, cild 3, səhifə 111.
Camaat “artıq əmisi oğlu ilə gizli duaları çoxaldı” - dedikdə Pey¬ğəmbər (s.ə.a.s.) buyurdu: “Ona mən əmr etməmişəm. Ona ALLAH Təala (C.C.) əmr edib.” Mənbə: Bu hədis Səhih Tirmizidə Həsənə nisbət verilərək “Kitabul-Mə¬naqib”də (3810-cu hədis, 50-ci kitab, 21-ci bab) qeyd olunmuşdur.
Ümmü Sələmə (r.ə.) xanım ALLAH (C.C.) Rəsulundan (s.ə.a.s.) belə eşitdiyini nəql edib: “Əli (ə.s.) Quran ilə, Quran da Əli (ə.s.) ilə birgədir. Onlar Kövsər hovuzuna qovuşana qədər heç vaxt bir-birlərindən ayrılmayacaqlar.” Hədisin sənədininin səhih olmasını əl-Hakim və əz-Zəhəbi təsdiqləyiblər. Mənbə: “Əl-Mustədrək alə əs-səhiheyn”, cild 3, səhifə 134 (124), hədis 4628; “Əl-camius-səğir”, cild 2, səhifə 140, hədis 5594; “Əl-mucəmus-səğir”, cild 1, səhifə 255; “Əl-mucəmul-əvsat”, cild 5, səhifə 455, hədis 4877; “Feyzul-qadir”, cild 4, səhifə 470; “Məcməuz-zəvaid”, cild 9, səhifə 134; “Tarixul-xuləfa”, səhifə 116; “Kənzul-ümmal”, cild 12, səhifə 203.
RəsulALLAH (s.ə.a.s.) dedi: ما تريدون من علي؟ ما تريدون من علي؟ ما تريدون من علي؟ إن عليا مني وأنا منه وهو ولي كل مؤمن بعدي “Əlidən (ə.s.) nə istəyirsiz?! (3 dəfə təkrar etdi) Əli (ə.s.) məndəndir və məndə ondanam. O, məndən sonra bütün möminlərin vəlisidir.” Mənbə: Nasir əd-Din əl-Əlbani, “Səhih əl-Cami əs-Səğir”, cild 2, səhifə 980, hədis 1803 (əl-Məktəbə əl-İslami).
Bir gün Aişə Peyğəmbərin (s.ə.a.s.) yanına gəldikdə o Həzrət (s.ə.a.s.) bu¬yur¬du: “Seyyidil - Ərəbi mənim yanıma çağır. Aişə dedi: “Ey Rə¬sulALLAH (s.ə.a.s.)! Seyyidil - Ərəb sən deyilsənmi?” Həzrət (s.ə.a.s.) buyurdu: “Mən Adəm (ə.s.) övladlarının seyyidiyəm, Əli (ə.s.) isə ərəblərin seyyididir.” Mənbə: “Mustədrək”, 3-cü cild, səhifə 124.
Peyğəmbər (s.ə.a.s.) buyurub: “Əli (ə.s.) Quranla birgədir və Quran da Əli (ə.s.) ilə birgədir. Bu ikisi Kövsər hovuzunun yanında mənə qovuşana qədər heç vaxt bir-birindən ayrılmazlar.” Mənbə: “Müstədrəkus-səhiheyn”, cild 3, səhifə 124, hədis 4628; “Əl-camius-səğir”, cild 2, səhifə 140, hədis 5594; “Əl-mucəmus-səğir”, cild 1, səhifə 255; “Əl-mucəmul-əvsat”, cild 5, səhifə 455, hədis 4877; “Feyzul-qadir”, cild 4, səhifə 470; “Məcməuz-zəvaid”, cild 9, səhifə 134; “Tarixul-xuləfa”, səhifə 116; “Kənzul-ümmal”, cild 12, səhifə 203.
8. “Təqribən yüz nəfər Qədir-Xum hədisini ALLAH (C.C.) Rəsulundan (s.ə.a.s.) nəql etmişdir, onların içində (Cənnətlə müjdələnmiş) on nəfər də vardır və bu hədis sabit olmuş bir hədisdir, mən bu hədisdə heç bir nöqsan görmürəm, bu fəzilətdə Əli (ə.s.) təkdir və ona heç bir şəxs şərik olmamışdır.” Mənbə: İbn Şahin, “Şərhu-məzhibi əhlis-sünnə”, səhifə 103.
İbn Cəzm Əndəlusi isə bu barədə belə deyir: “Əbu Bəkr, Ömər, Osman və s. məchul məsələlərin həlli üçün Əliyə (ə.s.) müraciət edirdilər və bu məsələlər barədə bilməyənləri xəbərdar edirdilər.” Mənbə: İbn Cəzm Əndəlusi, “əl-Əhkamu fi fusulil-əhkam”, səhifə 244-248.
4. Zəhəbi belə nəql edir: “Abdullah ibn Muhəmməd ibn Əqil deyir: Mən Cabirin evində idim. Əli ibn Huseyn (ə.s.), Muhəmməd ibn Hənəfiyyə və Əbu Cəfər (ə.s.) də, orada idi. İraq camaatından olan bir kişi evə daxil oldu və dedi: And verirəm səni ALLAHA (C.C.)! ALLAH (C.C.) Rəsulundan (s.ə.a.s.) gördüyün və eşitdiyindən mənə danış. Cabir dedi: “Biz Qədir-Xum günü Cöhfə (adlanan) yerdə idik, orada Cuheynə, Muzeynə və Ğifar qəbilələrindən çoxlu insan var idi. ALLAH (C.C.) Rəsulu (s.ə.a.s.) çadır və ya bir kölgəlikdən bizim qarşımıza çıxdı və üç dəfə əli ilə (İmam Əliyə (ə.s.)) işarə etdi və Əlinin (ə.s.) əlindən tutub buyurdu: “Mən kimin mövlasıyamsa, Əli (ə.s.) də onun mövlasıdır.” Zəhəbi bu hədisi nəql etdikdən sonra yazır: “Bu hədis çox ali və həsən (etibar olunan) hədisdir və mətni Mütəvatirdir (inkar oluna bilməyəcək həddədir).” Kitabın mühəqqiqi Şueyb əl-Arnaut yazır: “Mən kimin mövlasıyamsa, Əli (ə.s.) də onun mövlasıdır” hədisi səhihdir.” Mənbə: Zəhəbi, “Siyəru-əlamin-nubəla”, cild 8, səhifə 334-335, mühəqqiq: Şueyb əl-Ərnaut, çap: Müəssəsətur-risalə.
Cabir ibn Abdullah Ənasaridən (r.ə.) belə nəql olunub: “Biz Peyğəm¬bə¬rin (s.ə.a.s.) yanında idik. Əli (ə.s.) gəldi. Həzrət Peyğəmbər (s.ə.a.s.) buyurdu: And olsun ALLAHA (C.C.) “xeyrülbəriyyə” sənsən və sənin şiələrindir. Onlar Qi¬yamət günü nicat tapacaqlar.” Mənbə: Suyuti, “Dürrül-Mənsur”, 6-cı cild, səhifə 379.
“Əlinin (ə.s.) qapısından başqa məscidə açılan bütün qapıları bağlamağı ALLAH (C.C.) mənə əmr edib.” Mənbə: “Əl-İstiab”, cild 4, səhifə 170; “Kifayətut-talib”, bab 44, səhifə 187; “Məcməuz-zəvvaid”, cild 9, səhifə 102.
Salam,meni bağışlayın sizin menbeylernen yazmağınız çox xoşuma geldi.Eslinde belede olmalıdı. Qapıların bağlanması baresinde mende menbeyi elave edim,isteyirsiz sizde menbeylerinize geyd edin. ----- KAPILARIN KAPATILMASI Resulü Kibriya (s.a.a) Medine’ye girdiği ilk günlerde (sonraları Mescidu’n Nebi olarak adlandırılan) bir mescit yaptı. Daha sonra Allah Resulünün (s.a.a) ve bazı eşlerinin sükûnet etmesi için mescide bağlı odalar inşa edildi. Zamanla sahabelerden bazıları da mescidin yanında kendileri için odalar yaptılar. Bu odaların dışarıya açılan kapılarının dışında, sahiplerinin namaz vakitlerinde o kapıdan girdiği ve namazdan sonra da aynı kapıdan evlerine döndüğü bir de mescide açılan kapıları vardı. Hz. Peygamber efendimiz (s.a.a) Allah’ın emriyle Hz. Ali’nin (a.s) kapısı dışında Mescid-i Nebi’ye bakan tüm kapıları kapatmakla görevlendirildi. Tepkiler Allah Resulü (s.a.a) bu emrini işitince üzülen ve itirazlarda bulunanlara şöyle buyurdu: “Ben Ali’nin kapısı dışında tüm kapıların kapatılması için görevlendirildim, ama sizler bu konuda itirazlarda bulundunuz. Allah’a andolsun ki! Ben kendimden hiçbir kapının kapatılması veya açılması emrini vermedim. Ben bu iş için görevlendirilmişim ve ona itaat etmişimdir.” Bazıları Gazi Numan Magribi’nin Şerhu’l Ahbar kitabındaki gibi şöyle söylemekteler: Abbas b. Abdulmuttalib Peygamberimizin (s.a.a) yanına giderek şöyle dedi: Amcanı, Ebu Bekir’i ve Ömer’i men edip de, evinin kapısının mescide açık kalması için sadece Ali’ye mi izin verdin? Allah Resulü (s.a.a) ise bu emrin Allah’ın emri olduğunu buyurdu.Elbette Magribi başka bir yerde soruyu soranı Hamza b. Abdulmuttalib olarak yad etmektedir.Seyyid Cafer Murtaza soruyu soranın Hamza olduğunu onaylayarak, Hamza’nın bu sözünü Allah Resulünün emrine itiraz olarak kabul etmemekte ve kendi deyimiyle bu emrin esrarından sual ettiğine inanmaktadır. Hadisin Senedi İbn Şehri Aşub, Seddu’l Ebvab hadisinin farklı nakillerini farklı ravilerden zikretmiştir.Onun söylediğine göre bu hadisi Zeyd b. Erkam, Sa’d b. Ebi Vakkas, Ebu Said Hudri, Ümmü Selam, Ebu Rafi’… gibi sahabeden yaklaşık 30 kişi rivayet etmiştir. İbn Batrik el-Umde kitabının yirminci faslındaki “fi seddi’l ebvab mine’l mescidi illa babı Ali” babında bu konuyla ilgili farklı senetlerle on bir hadis nakletmiştir.Kunduzi Yenabiu’l Mevedde kitabının 17. babındaki “fi seddi ebvabi’l mescidi illa babı Ali” başlıklı konuda farklı senetlerle çok hadis zikretmiştir.İbn Asakir’de “Tercumetu İmam Ali b. Ebi Talib” kitabının yaklaşık 30 sayfasını bu hadislerin zikrine ayırmıştır. Allame Meclisinin söylemine göre, Seddu’l Ebvab hadisi mütevatir hadislerden sayılmaktadır. Allame Emini el-Gadir kitabında bu hadisi zikretmeden önce şöyle yazmaktadır: “Ehlisünnetin ileri gelenleri, Seddu’l Ebvab hadisini çok fazla sahih senetlerle, sayıları tevatür derecesini geçen bir grup sahabeden nakletmiştir.” Sizin nakl ettiğiniz hadisenin kaynakları: Ebu Bekir için Benzer bir Hadis İmam Ali’nin (a.s) fazileti hakkında olan Seddu’l Ebvab hadisinin mukabilinde, ehlisünnetten bazıları şu hadisi zikrederek, Allah Resulünün (s.a.a) vefat anında, Ebu Bekir'in kapısı dışında mescide açık olan bütün kapıların kapatılmasını emrettiğine inanmaktalar. Ehlisünnetin Mutezili alimi İbn Ebi’l Hadid, Ebu Bekir hakkında rivayet edildiği iddia edilen Seddu’l Ebvab hadisini Bekriyye fırkasının uydurduğuna inanmaktadır. İbn Ebi’l Hadid şöyle yazmaktadır: Ebu Bekir’in takipçileri olan Bekriyye fırkası, Şiaların İmam Ali (a.s) hakkında naklettiği rivayetlerin karşısında hadis uyduran kimselerdir. nda naklettiği rivayetlerin karşısında hadis uyduran kimselerdir. KAYNAKLAR: Hakim Nişaburi, el-Müstedrek, c. 3, s. 125; İbn Kesir, el-Bidaye ve’n Nihaye, c. 7, s. 342; Fettal Nişaburi, Rovzetu’l Vaizin, s. 118; İbn Hanbel, Fezailu Emire’l Müminin Ali b. Ebi Talib, s. 177. Uyunu Ahbaru’r Rıza (a.s), eş-Şeyh es-Saduk, c. 1, s. 232; Umdetu Uyunu Sihahu’l Ahbar fi Mekanıbı İmamu’l Ebrar, en-Nas, s. 176; el-Gazi Numan, c. 2, s. 204; Tesliyetu’l Mecalis, el-Kereki el-Hairi, c. 1, s. 278; Müstedrekü’l Hakim, c. 3, s. 117. Şerhu’l Ahbar, el-Gazi Numan, c. 2, s. 205. Gazi Numan, Şerhu’l Ahbar, c. 2, s. 196.
videoda qeyd olunurki İmam Əli əleyhissalam bir cariyə ilə yaxınlıq edibmiş guya və buna da deyirlər səhih hədisdir. Axı nikahsız belə bir işin olması zinadır və İmam bunu necə edə bilərki? Yəni belə çıxırki hədis saxtadır?
11. Riyah ibn əl-Haris nəql edir: “Bir neçə nəfər Rəhbədə (Kufə məscidinin həyətində) Həzrət Əlinin (ə.s.) yanına gəlib dedilər: “Salam olsun sənə, ey bizim mövlamız!.” Əli (ə.s.) onlara dedi: “Siz ərəb qövmü olduğunuz halda, mən necə sizin mövlanız ola bilərəm?” (Səhabələr) dedilər: “Biz Qədir-Xum günü ALLAH (C.C.) Rəsulunun (s.ə.a.s.) “Mən kimin mövlasıyamsa, bu (Əli (ə.s.)) də onun mövlasıdır” dediyini eşitmişik.” Riyah (hədisi nəql edən şəxs) deyir: “Onlar oradan uzaqlaşan kimi, mən də onların arxasınca gedib, soruşdum ki, siz kimlərsiniz?” Dedilər ki, ənsardan (Peyğəmbərin (s.ə.a.s.) Mədinədən olan səhabələrindən) olan bir dəstəyik. Onların arasında (səhabə) Əbu Əyyub əl-Ənsari də var idi.” Mənbə: “Müsnəd Əhməd ibn Hənbəl”, cild 4, səhifə 419, hədis 23609. Kitabı tədqiq edən hədisşünas Şuəyb əl-Ərnəut deyir ki, hədisin sənədi “Səhihdir.”
Peyğəmbərdən (s.ə.a.s.) Əli (ə.s.) haqqında soruşdular və bu zaman Peyğəmbər (s.ə.a.s.) buyurdu: “Hikmət (müdriklik, elm) ALLAH (C.C.) tərəfindən 10 yerə bölünüb. Onun 9 hissəsi Əliyə (ə.s.) verilib, 1 hissəsi isə digər insanlara verilib.” Mənbə: “Hilyətul-övliya”, cild 1, səhifə 64; “Tarixi-mədinətu Dəməşq”, cild 2, səhifə 481, hədis 999; “Əl-İstiab”, cild 3, səhifə 1104, hədis 1855; “Mizanul-etidal”, cild 1, səhifə 58, hədis 499; “Kifayətut-talib”, bab 59, səhifə 226, 292, 332.
9. İmam Əlidən (ə.s.) nəql olunub: “Peyğəmbər (s.ə.a.s.) Qədir-Xumda Əlinin (ə.s.) əlindən tutaraq dedi: “ALLAH Təbərəkə və Təala sizin Rəbbiniz olduğuna şəhadət verirsizmi?” (Səhabələr) dedilər: “Bəli.” Peyğəmbər (s.ə.a.s.) dedi: “ALLAH (C.C.) və Rəsulunun (s.ə.a.s.) sizə özünüzdən daha əvla (daha da ixtiyar sahibi) olduğuna və ALLAH (C.C.) və Rəsulunun (s.ə.a.s.) sizin əvliyanız (dostunuz) olduğuna şəhadət verirsizmi?” (Səhabələr) dedilər: “Bəli.” Peyğəmbər (s.ə.a.s.) dedi: “ALLAH (C.C.) və Rəsulu (s.ə.a.s.) hər kimin mövlasıdırsa (ixtiyar sahibi və dostudursa), bu Əli (ə.s.) də onun mövlasıdır (ixtiyar sahibi və dostudur). Mən sizlərə elə bir şeylər əmanət qoyuram ki, əgər onlara sarılsanız, heç vaxt zəlalətə düşməzsiniz. Onlardan biri ALLAHIN (C.C.) Kitabı və digəri isə mənim Əhli-Beytimdir.” Hədisdən sonra İbn Həcər əl-Əsqəlani deyib ki, bu hədisin sənədi “səhihdir.” Mənbə: İbn Həcər əl-Əsqəlani, “əl-Mətalibul-aliyə”, cild 16, səhifə 142, hədis 3943.
videoda qeyd olunurki İmam Əli əleyhissalam bir cariyə ilə yaxınlıq edibmiş guya və buna da deyirlər səhih hədisdir. Axı nikahsız belə bir işin olması zinadır və İmam bunu necə edə bilərki? Yəni belə çıxırki hədis saxtadır?
5. İmam Əlidən (ə.s.) nəql olunub: “Peyğəmbər (s.ə.a.s.) Qədir-Xumda Əlinin (ə.s.) əlindən tutaraq dedi: “ALLAH (C.C.) Təbərək və Təala sizin Rəbbiniz (C.C.) olduğuna şəhadət verirsizmi?.” (Səhabələr) Dedilər: “Bəli.” Peyğəmbər (s.ə.a.s.) dedi: “ALLAH (C.C.) və Rəsulunun (s.ə.a.s.) sizə özünüzdən daha əvla (daha da ixtiyar sahibi) olduğuna və ALLAH (C.C.) və Rəsulunun (s.ə.a.s.) sizin əvliyanız (dostunuz) olduğuna şəhadət verirsizmi?.” (Səhabələr) Dedilər: “Bəli.” Peyğəmbər (s.ə.a.s.) dedi: “ALLAH (C.C.) və Rəsulu (s.ə.a.s.) hər kimin mövlasıdırsa, (ixtiyar sahibi və dostudursa) bu Əli (ə.s.) də onun mövlasıdır (ixtiyar sahibi və dostudur). Mən sizlərə elə bir şeylər əmanət qoyuram ki, əgər onlara sarılsanız, heç vaxt zəlalətə düşmərsiniz. Onlardan biri ALLAHIN (C.C.) Kitabı və digəri isə mənim Əhli-Beytimdir (ə.s.).” Hədisdən sonra İbn Həcər əl-Əsqəlani deyib ki, bu hədisin sənədi “səhih”dir. Mənbə: İbn Həcər əl-Əsqəlani, “əl-Mətalibul-Aliyə”, cild 16, səhifə 142, hədis 3943.
“Eşitdim Muhəmməd ibn Mənsur dedi: Biz Əhməd ibn Hənbəlin yanında idik. Bir kişi gələrək ondan soruşdu: “Ey Əbu Abdullah! (İmam) Əlinin (ə.s.) “Mən cəhənnəmi bölənəm” deməsi barədə nəql olunan hədis haqqında nə deyirsən?” Əhməd ibn Hənbəl dedi: “Bu hədisin nəyin inkar edirsiniz? Peğəmbərin (s.ə.a.s.) (İmam) Əliyə (ə.s.) “Səni yalnız mömin sevər, sənə yalnız münafiq nifrət edər” - deyə buyurduğunu nəql etmirikmi? Dedi: “Bəli.” (Əhməd) dedi: “Mömin hardadır?” (Kişi) dedi: “Cənnətdədir.” (Əhməd) dedi: “Münafiq hardadır?” (Kişi) dedi: “Cəhənnəmdədir.” (Əhməd) dedi: “Deməli, (İmam) Əli (ə.s.) cəhənnəmi böləndir.” Mənbə: əl-Qazi İbn Əbi Yalə, “Təbəqat əl-Hənabilə”, cild 1, səhifə 317, hədis 448; Dar əl-Marifə, Beyrut.
İlk 3 (üç) xəlifə və İmam Əli ibn Əbu Talibin (ə.s.) şücaət fərqi: 3-cü hissə: Xeybər döyüşü: 1. “Əl-Müstədrək alə əs-səhiheyn” kitabında Hafiz Hakim Nişapuri belə bir rəvayət nəql edir: “Bizə Əbul-Abbas Muhəmməd ibn Əhməd əl-Məhbubi rəvayət etdi (və dedi): bizə Səid ibn Məsud rəvayət etdi (və dedi): bizə Abdullah ibn Musa rəvayət etdi (və dedi): Nuəym ibn Hakim bizə Əbi Musa əl-Hənəfidən, o da Əlidən (ə.s.) belə nəql edir: Peyğəmbər (sallallahu əleyhi [və alihi] və səlləm) Xeybərə yola düşdü. Elə ki oraya çatdı, Öməri və onunla birlikdə bir dəstə camaatı onların (yəhudilərin) şəhərlərinə və ya qalalarına göndərdi. Onlar gedib döyüşdülər. Çox keçmədi ki, yəhudilər Öməri və adamlarını məğlub etdilər. Budan sonra onlar (Ömərin adamları) Öməri, Ömər də onları qorxaq adlandıra-adlandıra gəldilər.” (Hakim deyir:) “Bu hədisin sənədi səhihdir, lakin onlar (Buxari və Müslim) öz kitablarında qeyd etməyiblər.” Şəmsuddin əz-Zəhəbi “ət-Təlxis”də deyir: “Səhihdir.” Mənbə: Hakim ən-Nisaburi, “əl-Müstədrək alə əs-Səhiheyn”, cild 3, səhifə 40, hədis 4340; Dar əl-Kutub əl-İlmiyyə, Beyrut, 1422/2002; təhqiq: Mustafa Əbdül-Qadir Ata. 2. İbn Əbi Şeybə “əl-Müsənnəf” kitabında yazır: “(Bizə) Übeydullah nəql edib dedi: Nueym ibn Həkim bizə Əbu Məryəmdən, o da Əlidən (ə.s.) belə nəql etmişdir: “ALLAH (C.C.) Rəsulu (sallallahu əleyhi [və alihi] və səlləm) Xeybərə yürüş etdi. Gəlib Xeybərə çatdıqda Öməri və onunla birgə camaatı onların (yəhudilərin) şəhərlərinə - və ya: qalalarına - göndərdi. Onlar gedib yəhudilərlə döyüşdülər. Lakin çox keçmədi ki, Ömər və ordusu məğlub olub döyüşdən qaçdılar.1 Ömər onları, onlar da Öməri qorxaq adlandıra-adlandıra gəldilər. Bu, ALLAH (C.C.) Rəsulunu (sallallahu əleyhi [və alihi] və səlləm) kədərləndirdi. O buyurdu: “Onların üzərinə elə bir şəxsi göndərəcəyəm ki, ALLAHI (C.C.) və Rəsulunu (s.ə.a.s.) sevir, ALLAH (C.C.) və Rəsulu (s.ə.a.s.) da onu sevirlər. O, onlarla döyüşəcək və ALLAH (C.C.) ona zəfər bəxş edəcək. O, döyüşdən qaçan deyil!” Bu zaman camaat (Peyğəmbərin (s.ə.a..s) əlindəki bayrağa) tərəf boylanmağa başladılar. Peyğəmbərin (s.ə.a.s.) dediyi (xüsusiyyətlərə) sahib olmaqdan ötrü boyunlarını ona tərəf uzadıb özlərini ona göstərməyə çalışdılar. Peyğəmbər (sallallahu əleyhi [və alihi] və səlləm) bir müddət gözlədi. Sonra buyurdu: “Əli (ə.s.) haradadır?” Dedilər: “Onun gözləri ağrıyır.” Buyurdu: “Çağırın onu.” (Əli (ə.s.) deyir:) “Elə ki, onun yanına gəldim, gözlərimi açdı, sonra ağzının suyunu gözlərimə sürtdü və bayrağı mənə verdi. Mən ALLAH (C.C.) Rəsulunun (sallallahu əleyhi [və alihi] və səlləm) onlar barədə fikrini dəyişəcəyindən qorxaraq, bayrağı götürüb cəld yola düşdüm. Onların yanına gəldim və onlarla döyüşdüm. (Onlar arasından) Mərhəb önə çıxıb rəcəz deməyə başladı. Mən də onun qarşısına çıxıb onun kimi rəcəz dedim. Nəhayət qarşılaşdıq (döyüşə başladıq). ALLAH (C.C.) onu mənim əllərimlə qətlə yetirdi. Bundan sonra onun adamları qorxub qaçdılar. Qalaya sığınıb qapını bağladılar. Biz qapıya yaxınlaşdıq. Bir müddət qapını açmağa çalışdıq, nəhayət ALLAH (C.C.) o qapını açdı.” Mənbə: İbn Əbi Şeybə, “əl-Müsənnəf”, cild 7, səhifə 396, hədis 32894; Darul-Tac, Beyrut, 1409/1989; təhqiq: Kamal Yusif əl-Hut. 3. RəsulALLAH (s.ə.a.s.) Xeybər günü dedi: “Sabah bayrağı elə bir şəxsə verəcəyəm ki, O, ALLAHI (C.C.) və Rəsulunu (s.ə.a.s.) sevir, ALLAH (C.C.) və Rəsulu (s.ə.a.s.) da onu sevir.” Bu sözə görə adamların çoxu boyunlarını irəli uzadırdılar ki, RəsulALLAH (s.ə.a.s.) onları görsün. Amma o (s.ə.a.s.) dedi: “Əlini (ə.s.) yanıma gətirin.” Əlini (ə.s.) gətirdilər, onun gözləri ağrıyırdı. Peyğəmbər (s.ə.a.s.) onun gözlərinə üfürdü və bayrağı ona verdi. ALLAH (C.C.) onun əliylə fəthi müyəssər etdi.” Rəvayəti edən daha sonra deyir ki: “… gəlin biz də oğlanlarımızı, siz də oğlanlarınızı; biz də qadınlarımızı, siz də qadınlarınızı…” (Ali-İmran surəsi, 61-ci ayəsi) ayəsi nazil olduğu zaman RəsulALLAH (s.ə.a.s.) Əlini (ə.s.), Fatiməni (ə.s.), Həsən (ə.s.) və Hüseyni (ə.s.) yanına çağırdı və: “ALLAHIM (C.C.) bunlar mənim ailəmdir!” - buyurdu.” Mənbə: Buxari, “Kitabul-məğazi”, cild 4, səhifə 231; Müslim, “Fadailus-səhabə”, 32 (2404); Tirmizi, “Mənaqib”, hədis 3726.
Peyğəmbər (s.ə.a.s.) buyurur: “Əlidən (ə.s.) nə istəyirsiniz? Əli (ə.s.) məndən və mən də ondanam və o məndən sonra hər bir möminin vəlisidir.” Kitabın mühəqqiqi yazır: “Hədisi rəvayət edənlər “Səhihi”in (Buxari və ya Müslimin) raviləridir.” Mənbə: “Musnədi - Əbi Yəla əl-Mousuli”, mühəqqiq: Huseyn Səlim Əsəd, cild 1, səhifə 293, çap: Darul-Mməmun lit-turas.
Bu etirazlar Yemen'de alınan zekat ve xumsler üsdüne olub. İcazenizle men Yemen növzusunu geyd edim,sizde isdeyerseniz birge geyd edin.Mövzu tam aydın olsun. Çün bu mövzunu Ğedir Xum'da,peyğember saa,Ali as'a etiraz edenlerin evezinde "Men kimin movlasıysam,Ali'de,onun movlasıdı." Sözüne burdaki movla'yı,veli-dost kimi mahna ediller.Hemçinin bu mövzu Medine'de olmuş mçvzudu.O kesler vida haccına gelmediler.Yemen'den düzce Medine'ye gayıtdılar. ----- "Ali bin Ebi Talip Yemen'de iken Resulullah'a (s.a.a.) bir parça altın gönderdi. Resulullah (s.a.a.) onu bazı kimseler arasında dağıttı. Kureyş ve Ensar buna kızarak dediler ki: "Nasıl oluyor da altınları Necdlilere veriyor da bizlere vermiyor?" Peygamber şöyle buyurdu: "Onların kalplerini İslam'a ısındırmak istedim." Birisi gelerek; "Ey Muhammed! Allah'tan kork!" dedi. Resulullah (s.a.a.); "Eğer ben Allah'a karşı günah işlersem, kim Allah'a itaat eder? Allah beni dünyadaki bütün insanlara emin olarak gönderdiği halde siz bana güvenmiyor musunuz?" ---------------------------- 1- Sahih-i Buhari, c. 3, s. 229 ve c. 6, s. 130 -----
Peyğəmbər (s.ə.a.s.) buyurub: “Əli (ə.s.) itaətkarların (xeyirxahların) imamıdır, facirlərin (itaətsizlərin, ziyankarların) qatilidir. Kim ona kömək etsə ALLAH (C.C.) tərəfindən (həmin şəxsə) kömək olunacaqdır, kim onu (ona kömək etməyib) tərk etsə (həmin şəxs də həmçinin ALLAH (C.C.) tərəfindən kömək edilməyib) tərk olunacaqdır.” Mənbə: “Kənzul-ümmal”, cild 11, səhifə 602; “Əl-camius-səğir”, cild 2, səhifə 177; “Feyzul-qadir şərh əl-camius-səğir”, cild 4, səhifə 469.
Əmirəlmöminin Həzrət Əlinin (ə.s.) İmamətinin (Vilayətinin) Quran və hədislərlə isbatı: Əhli-Sünnə mənbələri: Əhli-sünnənin böyük alimlərindən olan Təftazani yazır: “Sizin vəliniz yalnız və yalnız ALLAH (C.C.), Onun Rəsulu (s.ə.a.s.) və iman gətirənlərdir. O kəslər ki, namaz qılır və rükuda olduqları halda sədəqə verirlər (əl-Maidə surəsi, 55-ci ayə).” “Bu ayə təfsir alimlərinin ittifaqına əsasən namazında rüku halında olarkən üzüyünü dilənçiyə əta edən zaman Əli ibn Əbu Talib (ə.s.) haqqında nazil olmuşdur.” Mənbə: Təftazani, “Şərhul-Məqasid fi elmil-kəlam”, cild 5, səhifə 270, çap: Aləmul-kutub (cild 2, səhifə 288, çap: Darul-Məarifin-Numaniyyə).
3. Əhli-Sünnənin böyük alimlərindən olan Əhməd ibn Hənbəl öz sənədi ilə Əbu Tufeyldən belə nəql edir: “Əli (ə.s.) Rəhbədə (Rəhbə adlanan bir yerdə) insanları bir yerə yığıb onlara belə buyurdu: “ALLAH (C.C.) adına, hər bir müsəlman olan kəsdən ALLAH (C.C.) Rəsulunun (s.ə.a.s.) Qədir-Xum günündə ayağa qalxıb buyurduqlarından eşitdiyini (deməsini) istəyirəm!” İnsanlardan otuz nəfər ayağa qalxdı. Əbu Nəim deyib ki, bir çox insan ayağa qalxıb Peyğəmbərin (s.ə.a.s.) Əlinin (ə.s.) əlindən tutub belə buyurduğuna şəhadət verdilər: “Bilirsinizmi ki, mən möminlərin üzərində onların özlərindən daha artıq ixtiyar sahibiyəm (möminlərin hər bir işində onların özlərindən daha çox haqqım var)?” Dedilər: “Bəli, ey ALLAHIN (C.C.) Rəsulu (s.ə.a.s.).” Peyğəmbər (s.ə.a.s.) buyurdu: “Mən kimin mövlasıyamsa (ixtiyar sahibiyəmsə), bu şəxs də onun mövlasıdır (ixtiyar sahibidir)! İlahi (C.C.) onu özünə vəli (ixtiyar sahibi) qəbul edənə sən də vəli ol və ona düşmən olana sən də düşmən ol!” (Əbu Tufeyl deyir:) Oradan sanki içimdə bir şey (qəribə bir hiss və ya şübhə) olan bir halda ayrıldım və daha sonra (Peyğəmbər (s.ə.a.s.) səhabəsi) Zeyd ibn Ərqəmlə görüşdüm və ona dedim: “Mən Əlinin (ə.s.) dediyi filan filan sözləri eşitdim.” O dedi: “Bəs niyə inkar edirsən? (və ya inkar edirsənmi? Və ya inkar etmə!) Mən də ALLAH (C.C.) Rəsulunun (s.ə.a.s.) onun haqqında belə buyurduğunu eşitmişəm.” Şüeyb əl-Ərnəut bu hədisin sənədi haqqında yazır: “Sənədi səhihdir. Raviləri siqələrdir (etimad olunan şəxslərdir) və Fitrdən başqa (hamısı) Buxari və Müslimin raviləridir o (Fitr) isə “Sünən” sahiblərinin ravilərindəndir.” Mənbə: Əhməd ibn Hənbəl, “Müsnəd”, təhqiq: Şüeyb Əl-Ərnəut, cild 32, səhifə 56, çap: Müəssəsətur-risalə. Peyğəmbər (s.ə.a.s.) buyurdu: ““Bilirsinizmi ki, mən möminlərin üzərində onların özlərindən daha artıq ixtiyar sahibiyəm (möminlərin hər bir işində onların özlərindən daha çox haqqım var)?” Dedilər: “Bəli, ey ALLAHIN (C.C.) Rəsulu (s.ə.a.s.).” Peyğəmbər (s.ə.a.s.) Əlinin (ə.s.) əlini qaldırıb buyurdu: “Mən kimin mövlasıyamsa (ixtiyar sahibiyəmsə), bu şəxs də onun mövlasıdır (ixtiyar sahibidir)! İlahi (C.C.) onu özünə vəli (ixtiyar sahibi) qəbul edənə sən də vəli ol və ona düşmən olana sən də düşmən ol!” Ömər ibn Xəttab (İmam) Əli (ə.s.) ilə görüşdü və buyurdu: “Mübarək olsun, ey Əbu Talibin oğlu (ə.s.) Bütün mömin və möminələrin mövlası oldun.” “Səhih liğayrihi.” Mənbə: Əhməd ibn Hənbəl, “Müsnəd”, təhqiq: Şüeyb Əl-Ərnəut, cild 30, səhifə 430, hədis 18479.
Əbu Tufeyl nəql edib: “İmam Əlinin (ə.s.) xütbə edərkən belə dediyinin şahidi oldum: “(Hər bir şeyin barəsində) Soruşun məndən! ALLAHA (C.C.) and olsun ki, Qiyamətə qədər baş verəcək hər nə şey barəsində soruşsanız, onun barəsində sizə xəbər verərəm. ALLAHIN (C.C.) Kitabı barəsində soruşun məndən! ALLAHA (C.C.) and olsun ki, hər bir ayənin gecəmi-gündüzmü, səhradamı-dağdamı nazil olduğunu bilirəm.”” Mənbə: 1) Əl-Əzrəqi, “Əxbəru-Məkkə”, cild 1, səhifə 92, hədis 40. Kitabın mühəqqiqi doktor Əbdul-Məlik ibn Abdullah ibn Duheyş deyib ki, hədisin sənədi səhihdir; 2) İbn Abdul-Bərr, “Cəmiu Bəyan əl-Elm və Fəzlih”, cild 1, səhifə 64, hədis 726. Sənədi: Əhməd ibn Fəth - şeyx,siqə,mühəddis, Zəhəbi, “Siyər”, cild 17, səhifə 205, №118; Həmzə ibn Məhəmməd ibn İysə Əbu Əli əl-Curcani - Şeyx Xətib onu siqə saymışdır. Zəhəbi, “Siyər”, cild 14, səhifə 150, №86; İshaq ibn İbrahim - Siqə, hafiz, müctəhid İbn Həcər, “Təqrib”, cild 1, səhifə 99,№332; Məhəmməd ibn Əbdu Əli əs-Sənani əl-Bəsri - siqə İbn Həcər, “Təqrib”, cild 1, səhifə 491,№6058; Məhəmməd ibn Səvr əs-Sənani - siqə İbn Həcər, “Təqrib”, cild 1, səhifə 471,№5775; Məəmər ibn Rəşid - Əbu Urvə Bəsri deyilir.Yəməndə yaşamışdır,siqədir,saleh şəxsdir. Əl-İcli, “əs-Siqat”, cild 2, səhifə 290, №1766. Vəhəb ibn Abdullah - Səhabədir İbn Əbdul Birr, “əl-İstiab”, cild 4, səhifə 1619, №2891; Əbu Tufeyl - Səhabədir Əl-İcli, “əs-Siqat”, cild 2, səhifə 15, №830.
Əmirəlmöminin Həzrət Əlinin (ə.s.) İmamətinin (Vilayətinin) Quran və hədislərlə isbatı: Əhli-Sünnə mənbələri: İbn Əbi Hatəm öz sənədi ilə belə nəql edir: Səlmə ibn Kuheyl demişdir: “Əli (ə.s.) rükuda olduğu halda üzüyünü sədəqə Verdi və bu ayə nazil oldu: “Sizin vəliniz yalnız və yalnız ALLAH (C.C.), Onun Rəsulu (s.ə.a.s.) və iman gətirənlərdir. O kəslər ki, namaz qılır və rukuda olduqları halda sədəqə veririlər.” Mənbə: İbn Əbi Hatəm, “Təfsirul-Quranil-Əzim”, səhifə 1162, hədis 6551, çap: Məktəbətul-Nəzzar Mustafa əl-Baz, ər-Riyad.
Əmirəlmöminin Həzrət Əlinin (ə.s.) İmamətinin (Vilayətinin) Quran və hədislərlə isbatı: Əhli-Sünnə mənbələri: Əhli-sünnə alimlərindən olan Təbərani belə nəql edir: “Muhəmməd ibn Əli əs-Saiğ, Xalid ibn Yezid Öməridən, o da İshaq ibn Abdullah ibn Muhəmməd ibn Əli ibn Hüseyndən, o da Həsən ibn Zeyddən, o da atası Zeyd ibn Həsəndən o da babasından (İmam Həsəndən (ə.s.)) nəql edir ki, belə demişdir: Əmmar ibn Yasirin belə dediyini eşitdim: “Əli ibn Əbu Talib (ə.s.) nafilə namazında rüku halında olarkən bir dilənçi onun önündə (yanında) dayandı və o (İmam Əli (ə.s.)) üzüyünü çıxarıb dilənçiyə əta etdi. Həmin dilənçi ALLAH (C.C.) Rəsulunun (s.ə.a.s.) yanına gəlib bu hadisəni ona bildirdi və Peyğəmbərə (s.ə.a.s.) bu ayə nazil oldu: “Sizin vəliniz (rəhbəriniz) yalnız və yalnız ALLAH (C.C.), Onun Rəsulu (s.ə.a.s.) və iman gətirənlərdir. O kəslər ki, namaz qılır və rükuda olduqları halda sədəqə verirlər.” (əl-Maidə surəsi, 55-ci ayə) və Peyğəmbər (s.ə.a.s.) həmin ayəni oxuyub sonra buyurdu: “Mən kimin mövlasıyamsa, Əli (ə.s.) də onun mövlasıdır. İlahi (C.C.) onu vəli qəbul edənə sən də vəli ol və ona düşmən olana sən də düşmən ol!” Mənbə: Təbərani, “Əl-Mucəmul-əvsət”, cild 6, səhifə 218, çap: Darul-Hərəmeyn.
Əmirəlmöminin Həzrət Əlinin (ə.s.) İmamətinin (Vilayətinin) Quran və hədislərlə isbatı: Əhli-Sünnə mənbələri: İmam Əli ibn Əbu Talib (Ali ibn Ebu Talib, Али ибн Абу Талиб) (ə.s.) Quran ayələrində: 10. qovulmuş (lənətlənmiş) şeytandan ALLAHA (C.C.) SIĞINIRAM! RƏHMAN VƏ RƏHİM ALLAHIN (C.C.) ADI İLƏ! Əl-Maidə surəsinin 55-ci ayəsi: “Sizin haminiz ancaq ALLAH (C.C.), Onun Peyğəmbəri (s.ə.a.s.) və iman gətirənlərdir. O kəslər ki, (ALLAHA (C.C.)) namaz qılır və rükuda olduqları halda zəkat verirlər.” ÇOX UCA VƏ ÇOX ƏZƏMƏTLİ ALLAH (C.C.) DOĞRU BUYURDU! “Əmmar ibn Yasirdən (r.ə.) rəvayət olunur ki, bir dilənçi gəlib Həzrət Əlinin (ə.s.) yanında durur. O namazda rüku halında idi. Həzrət Əli (ə.s.) dilənçiyə işarə etdi və o, üzüyü çıxartdı. Sonra Həzrət Əli (ə.s.) Peyğəmbərə (s.ə.a.s.) bu barədə danışdı. Bu zaman bu ayə nazil oldu: “Sizin haminiz ancaq ALLAH (C.C.), Onun Peyğəmbəri (s.ə.a.s.) və iman gətirənlərdir. O kəslər ki, (ALLAHA (C.C.)) namaz qılır və rükuda olduqları halda zəkat verirlər.” ALLAHIN (C.C.) Rəsulu (s.ə.a.s.) bu ayəni oxudu və dedi: Mən hər kimin vəlisiyəmsə, Əli (ə.s.) də onun vəlisidir. Rəbbim (C.C.)! Onunla dost olana dost, düşmən olana düşmən ol.” Mənbə: Təbərani, “əl-Mucəmül-əvsat”, cild7, səhifə 129-130, hədis 6228, “əl-Mucəmül-kəbir”, cild 4, səhifə 174, hədis 4053; cild 5, səhifə 195, hədis 5068-5069; cild 5, səhifə 203-204, hədis 5092 və 5097 və “əl-Mucəmüs-sağir” cild 1, səhifə 65; Əhməd ibn Hənbəl, “əl-Müsnəd” cild 1, səhifə 119, cild 4, səhifə 372; Hakim, “əl-Müstədrək”, cild 3, səhifə 119, hədis 4576; cild 3, səhifə 371, hədis 5594; Diyə Məqdisi, “əl-Əhədisül-muxtarə” cild 2, səhifə 106, hədis 480; cild 2, səhifə 174, hədis 553; Heysəmi, “Məcməüz-zəvaid” cild 7, səhifə 17; “Məvariduz-zaman”, səhifə 544, hədis 2205; İbn Əsir, “Əsədül-ğabə fi mərifətis-səhabə”, cild 2, səhifə 362, cild 3, səhifə 487; Hindi, “Kənzül-ümmal” cild 11 səhifə 332-333, hədis 31662; cild 13, səhifə 104, hədis 36340; cild 13, səhifə 169, hədis 36511; Xətib Bağdadi, “Tarix-i Bağdad” cild 7, səhifə 377. Hindi “Kənzül-ümmal” kitabında (cild 11, səhifə 609, hədis 32950) yazır: “Təbərani bu hədisi Əbu Hureyrə və digər 12 səhabədən , Əhməd ibn Hənbəl isə Əbu Əyyub əl-Ənsaridən və o cümlədən, çox sayda digər səhabələrdən nəql etmişdir. Həkim “əl-Müstədrək”də Əli (ə.s.) və Təlhədən rəvayət edir. İmam Əhməd ibn Hənbəl və Təbərani bu hədisi Əli (ə.s.), Zeyd ibn Ərqəm və digər 30 səhabədən rəvayət ediblər. Əbu Nüeym “Fədailus-səhabə”də Səddən, Xətib Bağdadi isə Ənəsdən nəql edir. (İbni Kəsir bu ayənin İmam Əli (ə.s.) haqqında nazil olması barədə hədisləri zəif hesab edir. Bununla razılaşanlar öz layiqli cavablarını - 313news.net/forum/topic/3885/ - elektron ünvanına daxil olmaqla ala bilərlər.)
İbn Abbas deyir: “Tezliklə fitnə meydana çıxacaqdır. Sizlərdən hər kim həmin zamana yetişsə, boynunda iki xüsusiyyət olmalıdır (yəni iki şeyə diqqət etməlidir, iki şeydən yapışmalıdır). “ALLAHIN (C.C.) kitabı və Əli ibn Əbu Talib (ə.s.).” Çünki mən ALLAH (C..C) Rəsulunun (s.ə.a.s.) Əlinin (ə..s) əlindən tutan halda belə buyurduğunu eşitdim: “Bu mənə ilk iman gətirən və (qiyamət günündə) mənimlə ilk görüşəcək şəxsdir. O, bu ümmətin “Faruqudur” (ayıranıdır), haqq ilə batili bir-birindən ayırar. O, möminlərin rəisidir, mal-dövlət isə zalımların (zülmət əhlinin) rəisidir. O “Siddiqul-əkbərdir” (ən böyük doğru danışan və haqqı təsdiq edəndir). O, mənim (dinimə açılan) qapımdır, hansı ki, (bu dinə) ondan (onun vasitəsilə) daxil olunar (daxil olunmalıdır). O, məndən sonra mənim xəlifəmdir.” Mənbə: İbn Əsakir, “Tarixu-mədinəti Dəməşq”, cild 42, səhifə 42, çap: Darul-Fikr.
Əhli-sünnə tarixçisi İbn Quteybə əd-Dinəvari (vəfat tarixi 276 h.) hədis alimlərinin Əmirəlmöminin Əli ibn Əbu Talibin (ə.s.) fəzilətləri barədə yürütdükləri siyasət barədə belə deyir: “Hədis alimlərinin çoxu (Həzrət) Əlinin (ə.s.) - KərrəmƏLLAHU vəchəh - fəzilətləri barədə danışmaqdan və ya onun üçün deyilməsi vacib olan məsələlərdən çəkinmişlər. Halbuki, bütün həmin hədislərin səhih sənədləri vardır. Onun övladı Hüseyni (ə.s.) Peyğəmbərin (s.ə.a.s.) “Birlikdə olan ümmətimə qarşı çıxan şəxs kim olsa belə, onu qətlə yetirin” hədisinə əsasən xarici (dindən xaric olan), müsəlmanların birliyini bölən, qanı halal olan adlandırmışlar. Onunla (İmam Əli (ə.s.) ilə) şura əhlini bərabər tutmuşlar, çünki (onların fikrincə), onun fəziləti Ömərə bəlli olsaydı, onu üstün tutardı və (xilafət) məsələsini onların arasında şura yolu ilə həll etməzdi. (Həzrət) Əli (ə.s.) barəsində danışan və ya onun fəzilətləri barədə hədis nəql edənlərə əhəmiyyət verməmişlər. Hətta hədis alimlərinin əksəriyyəti həmin hədisləri qeyd etməkdən çəkinərək, Əmr bin As (lən.) və Müaviyənin (lən.) fəzilətlərini toplamağa çalışmışlar. Sanki onlar həmin hədisləri istəmirdilər. Yalnız onun (pisliyini) istəyirdilər. Əgər bir kəs “RəsulALLAHIN (s.ə.a.s.) qardaşı, nəvələri Həsən (ə.s.) və Hüseynin (ə.s.) atası (İmam) Əlidir (ə.s.), Kisa (əba) altında olanlar Əli (ə.s.), Fatimə (ə.s.), Həsən (ə.s.) və Hüseyn (ə.s.) olmuşdur” deyərsə, qaş-qabaqlar tökülür, gözlər inkar edir və qəlblərdə kin-küdurət yaranır. Əgər bir kəs Peyğəmbərin (s.ə.a.s.) “Mən kimin mövlasıyamsa, Əli (ə.s.) də onun mövlasıdır”, “Sənin mənə nisbətin Harunun (ə.s.) Musaya (ə.s.) olan nisbəti kimidir” və bu kimi hədisləri qeyd edərsə, nöqsan tutmaq, rafizilərə olan nifrət üzündən, onlara görə (İmam) Əlini (ə.s.) layiq olmadığı məqama endirmək üçün həmin hədislərin sənədlərindən yapışırlar. Bu, məhz cəhalətin özüdür.” Mənbə: “əl-İxtilaf fil-ləfz vər-rədd aləl-cəhəmiyyə vəl-muşəbbəhə”, səhifə 54-56, Nəşr: “Darul-rayə” - S.Ərəbistanı, 1412 h./1991 m.; təhqiq: Ömər bin Mahmud Əbu Ömər.
Peyğəmbər (s.ə.a.s.) Qədir-Xumda Əlinin (ə.s.) əlindən tutaraq dedi: “ALLAH Təbərək və Təala (C.C.) sizin Rəbbiniz olduğuna şəhadət verirsizmi?” (Səhabələr) Dedilər: “Bəli”. Peyğəmbər (s.ə.a.s.) dedi: “ALLAH (C.C.) və Rəsulunun (s.ə.a.s.) sizə özünüzdən daha əvla (daha da ixtiyar sahibi) olduğuna və ALLAH (C.C.) və Rəsulunun (s.ə.a.s.) sizin əvliyanız (dostunuz) olduğuna şəhadət verirsizmi?”. (Səhabələr) Dedilər: “Bəli.” Peyğəmbər (s.ə.a.s.) dedi: “ALLAH (C.C.) və Rəsulu (s.ə.a.s.) hər kimin mövlasıdırsa, (ixtiyar sahibi və dostudursa) bu Əli (ə.s.) də onun mövlasıdır (ixtiyar sahibi və dostudur). Mən sizlərə elə bir şeylər əmanət qoyuram ki, əgər onlara sarılsanız, heç vaxt zəlalətə düşmərsiniz. Onlardan biri ALLAHIN (C.C.) Kitabı və digəri isə mənim Əhli-Beytimdir.”” Hədisdən sonra İbn Həcər əl-Əsqəlani deyib ki, bu hədisin sənədi səhihdir. Mənbə: İbn Həcər əl-Əsqəlani, “əl-Mətalibul-aliyə”, cild 16, səhifə 142, hədis 3943.
Bizə Abdullah rəvayət etdi və dedi: mənə atam rəvayət etdi və dedi: bizə Yəhya ibn Əbi Bəkr rəvayət etdi və dedi: bizə İsrail, Əbi İshaqdan, o da Abdullah əl-Cədəlidən onun belə dediyini rəvayət etdi: “Ümmü Sələmənin (r.ə.) yanına gəldim. O məndən: “Aranızda ALLAHIN (C.C.) Rəsulunu (s.ə.a.s.) söyürlər?”,-deyə soruşdu. Mən “SübhanALLAH və ya “ALLAH (C.C.) eləməsin”,-dedim. O dedi: “ALLAHIN (C.C.) Rəsulundan (s.ə.a.s.) belə eşitmişəm: “Əlini (ə.s.) söyən kəs şübhəsiz ki, məni söymüş olar.” Şueyb əl-Arnaut dedi: “Sənədi səhihdir.” Mənbə: 1) Əhməd ibn Hənbəl, “əl-Müsnəd”, cild 6, səhifə 323, №26791, Müəssisət Qurtubi - Qahirə; 2) Əhməd ibn Hənbəl, “əl-Müsnəd”, cild 44, səhifə 328-329, №26748, Müəssisət ər-Risalə - Beyrut, 1416 - 1996; təhqiq: Şueyb əl-Arnaut; 3) Əhməd ibn Hənbəl, “əl-Müsnəd”, cild 18, səhifə 314, №26627, Dar əl-Hədis - Qahirə, 1416 - 1995; təhqiq: Həmzə Zeyn.
Qədir-Xumda İmam Əlinin (ə.s.) xəlifəliyi, canişinliyi bəyan olunmuşdursa, niyə görə Peyğəmbərdən (s.ə.a.s.) sonra xəlifə olmadı? ŞÜBHƏSİNƏ Quran ayələri və Buxaridən hədislərlə cavab: Əraf surəsi: qovulmuş (lənətlənmiş) şeytandan ALLAHA (C.C.) SIĞINIRAM! RƏHMAN VƏ RƏHİM ALLAHIN (C.C.) ADI İLƏ! 142. Musa (ə.s.) ilə otuz gecə (oruc tutub dua edəcəyi, bunun müqabilində ona Tövratı nazil edəcəyimiz və özü ilə danışacağımız) barədə vədələşdik, sonra ona daha bir on gün də əlavə etdik. Beləliklə, Rəbbinin (C.C.) (ibadət üçün) təyin etdiyi müddət tam qırx gecə (gün) oldu. Musa (ə.s.) qardaşı Haruna (ə.s.) dedi: “Sən tayfam içində mənim XƏLİFƏM ol, (camaatı) islah etməyə çalış və (yer üzündə) fitnə-fəsad törədənlərin yolu ilə getmə!” 148. (Tur dağına gedən) Musanın (ə.s.) ardınca tayfası öz bəzək-düzək şeylərindən (canlıymış kimi) böyürtüsü olan bir buzov heykəli düzəltdilər. Məgər (buzovun) onlarla danışmadığını, onlara bir yol göstərə bilmədiyini görmədilərmi? (Bununla belə) ona (buzova) tapınıb (özlərinə) zülm edənlər oldular. ÇOX UCA VƏ ÇOX ƏZƏMƏTLİ ALLAH (C.C.) DOĞRU BUYURDU! Taha surəsi qovulmuş (lənətlənmiş) şeytandan ALLAHA (C.C.) SIĞINIRAM! RƏHMAN VƏ RƏHİM ALLAHIN (C.C.) ADI İLƏ! 90. Harun (ə.s.) isə bundan (Musa (ə.s.) Tur dağından qayıtmamışdan) əvvəl onlara belə demişdi: “Ey ümmətim! Siz bununla (hansınızın əqidəcə möhkəm, hansınızın şəkkak olduğunu ayırd etmək məqsədilə ALLAH (C.C.) tərəfindən) yalnız imtahana çəkildiniz. Sizin Rəbbiniz (C.C.), şübhəsiz ki, Rəhmandır (C.C.). Mənə tabe olub əmrimə itaət edin!” 91. Onlar: “Musa (ə.s.) (Tur dağından) qayıdıb yanımıza gələnə qədər bu buzova sitayiş etməkdən əl çəkməyəcəyik!” -deyə cavab vermişdilər.” ÇOX UCA VƏ ÇOX ƏZƏMƏTLİ ALLAH (C.C.) DOĞRU BUYURDU! Yəhudilər Həzrət Musanın (ə.s.) öz yerinə xəlifə təyin etdiyi Həzrət Haruna (ə.s.) tabe olmaqdan boyun qaçırdılar!!! Sanki, Həzrət Harun (ə.s.) xəlifə təyin olunmamışdı!!! Həzrət Muhəməd Peyğəmbərimizin (s.ə.a.s.) “Harunu” kim idi??? “Səd bin Əbu Vaqqas rəvayət edir ki, “RəsulALLAH (s.ə.a.s.) Təbuk döyüşünə gedərkən Əlini (ə.s.) arxada (Mədinədə) saxlamışdı. Əli (ə.s.) soruşdu: “Ey ALLAHIN (C.C.) Rəsulu (s.ə.a.s.), məni qadın və uşaqların yanında saxlayırsan?” RəsulALLAH (s.ə.a.s.) cavab verdi: “Sən Harunun (ə.s.) Musa (ə.s.) yanında aldığı yeri mənim yanımda almaqdan razı deyilsən? Bu fərqlə ki, məndən sonra peyğəmbər yoxdur.” Mənbə: Buxari, “Fadail-əshab” cild 9, səhifə 54. Peyğəmbərin (s.ə.a.s.) xəbər vermişdi!!! Peyğəmbərin (s.ə.a.s.) xəlifəsini qəbul etmədilər!!! Necə ki, yəhudilər belə etmişdi!!! “Əbu Səiddən nəql edir ki, Peyğəmbər (sallallahu əleyhi [və alihi] və səlləm) buyurmuşdur: “Siz qarış-qarış, addım-addım özünüzdən əvvəlkilərin (ümmətlərin) yolunu gedəcəksiniz. Hətta onlar kərtənkələ yuvasında daxil olmuş olsalar belə, siz də ora daxil olacaqsınız.” Biz (səhabələr) dedik: “Ya RəsulALLAH (s.ə.a.s.), yəhudi və xaçpərəstlərin yolunu?” Buyurdu: “Başqa kimlərin ola bilər ki?!” Mənbə: “Səhih əl-Buxari”, 665-ci səhifə, 3456-cı hədis (bir sıra çaplarda 2-ci cild, 206-cı səhifə; “Sahihi-Buhari ve Tercemesi”, cild 16, səhifə 7202, çap: “Ötüken” yayın evi). Bu qədər bəsit... Əssalamu əleykə ya Əmirəlmöminin!!!
Qədir-Xum günü deyilmiş “Mövla” sözü ilə bağlı şübhəyə Qurandan cavab: Əl-Bəqərə surəsi Ərəbcə oxunuşu: ƏUZU BİLLAHİ MİNƏŞ ŞƏYTANİR RƏCİM! BİSMİLLAHİR RƏHMANİR RƏHİM! 286. Lə yukəllifu-l-lahu nəfsən illə vusahə, ləhə mə kəsəbət va aleyhə mə-k-təsəbət, rabbənə lə tuəxiznə in nəsiynə av əxta'nə, rabbənə va lə təhmil aleynə isran kəmə həməltəhu alə-l-ləzinə min qablinə, rabbənə va lə tuhəmmilnə mə lə taqatə lənə bih, va'fu annə va-ğ-fir lənə, va-r-həmnə, ƏNTƏ MOVLƏNƏ, fə-n-surnə alə-l-qavmi-l-kəfirin. SƏDƏQALLAHÜL ƏLİYYÜL ƏZİM! Tərcüməsi: Qafqaz Müsəlmanları İdarəsinin saytında dərc olunmuş tərcümə: qovulmuş (lənətlənmiş) şeytandan ALLAHA (C.C.) SIĞINIRAM! RƏHMAN VƏ RƏHİM ALLAHIN (C.C.) ADI İLƏ! 286. ALLAH (C.C.) hər kəsi yalnız qüvvəsi yetdiyi qədər yükləyər (bir işə mükəlləf edər). Hər kəsin qazandığı yaxşı əməl də, pis əməl də özünə aiddir. (Möminlər deyirlər:) “Ey Rəbbimiz (C.C.), (bəzi tapşırıqlarını) unutduqda və ya yanıldıqda bizi cəzalandırma! Ey Rəbbimiz (C.C.), bizdən əvvəlkiləri yüklədiyin kimi, bizi ağır yükləmə! Ey Rəbbimiz (C.C.), gücümüz çatmayan şeyə bizi mükəlləf etmə! Bizi əfv edib bağışla, bizə rəhm et! Sən bizim İXTİYAR SAHİBIMİZSƏN (MÖVLAMIZSAN). Kafirlərə qələbə çalmaqda bizə kömək et!” ÇOX UCA VƏ ÇOX ƏZƏMƏTLİ ALLAH (C.C.) DOĞRU BUYURDU! Z.M.Bünyadov və V.M.Məmmədəliyevin tərcüməsi: qovulmuş (lənətlənmiş) şeytandan ALLAHA (C.C.) SIĞINIRAM! RƏHMAN VƏ RƏHİM ALLAHIN (C.C.) ADI İLƏ! 286. ALLAH (C.C.) hər kəsi yalnız qüvvəsi yetdiyi qədər yükləyər (bir işə mükəlləf edər). Hər kəsin qazandığı yaxşı əməl də, pis əməl də özünə aiddir. (Mö’minlər deyirlər: ) “Ey Rəbbimiz (C.C.), (bə’zi tapşırıqlarını) unutduqda və ya yanıldıqda bizi cəzalandırma! Ey Rəbbimiz (C.C.), bizdən əvvəlkiləri yüklədiyin kimi, bizi ağır yükləmə! Ey Rəbbimiz (C.C.), gücümüz çatmayan şeyi bizə yükləyib daşıtdırma! Bizi əfv edib bağışla, bizə rəhm et! Sən bizim İXTİYAR SAHİBİMİZSƏN (MÖVLAMIZSAN). Kafirlərə qələbə çalmaqda bizə kömək et!” ÇOX UCA VƏ ÇOX ƏZƏMƏTLİ ALLAH (C.C.) DOĞRU BUYURDU! “Dost” sözü nə gəzir burda???))) Həm də ərəb lüğətində birbaşa “dost” sözü yox idiki, Peyğəmbər (s.ə.a.s.) Qədir-Xumda “Mövla” sözünü işlətdi.))))))))))))))))) Sadəcə boş bəhanələrdir gətirirlər.))))))))))))))
İlk 3 (üç) xəlifə və İmam Əli ibn Əbu Talibin (ə.s.) şücaət fərqi: 1-ci hissə: Uhud döyüşü: 1. İbn Əbil-Hədid yazır: “Şeyximiz Əbu Cəfər əl-İskafi - ALLAH (C.C.) ona rəhmət etsin - demişdir: ...Əbu Osman bilmir ki, ALLAH (C.C.) Rəsulu (sallallahu əleyhi və alihi və səlləm) bəşərin ən şücaətlisi idi; bilmir ki, o Həzrət (s.ə.a.s.) döyüşlərə dalmışdı, ağılların durduğu, ürəklərin ağızlara gəldiyi yerlədə o Həzrət (s.ə.a.s.) sabitqədəm qalmışdı?! Belə yerlərdən biri Uhuddur. O Həzrət (s.ə.a.s.) müsəlmanlar hamılıqla döyüşdən qaçdıqdan və onunla birgə yalnız dörd nəfər: Əli (ə.s.), Zübeyr, Təlhə və Əbu Ducanə qaldıqdan sonra (igidlik və şücaət göstərmişdir). Döyüşmüş, ox atmışdır, o qədər ox atmışdır ki, oxu tükənmiş, oxunun yayının başı sınmış, ipi qırılmışdır...” Mənbə: İbn Əbil-Hədid, “Şərhu-nəhcil-bəlağə”, 7-ci cild, səhifə 185. Deməli, istər Əbu Bəkr, istər Ömər, istərsə də Osman Uhud günü döyüşdən qaçmışlar. “Cahiz demişdir: Uhud günü Əbu Bəkr (döyüşdən qaçmayıb) Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) yanında qalmışdır, necə ki, Əli (ə.s.) qalmışdır. Həmin gün (barədə) onlardan birinin digəri üzərində bir üstünlüyü yoxdur. Şeyximiz Əbu Cəfər əl-İskafi - ALLAH (C.C.) ona rəhmət etsin - demişdir: Əbu Bəkrin Uhud günündə sabitqədəm qalmasına gəlincə, tarixçilərin və sirə əhlinin əksəriyyəti bunu inkar edirlər. Tarixçilərin və sirə əhlinin cümhuru belə nəql edirlər ki, Peyğəmbərlə (sallallahu əleyhi və alihi və səlləm) birgə yalnız Əli (ə.s.), Təlhə, Zübeyr və Əbu Dücanə qalmışdır. İbn Abbasdan belə dediyi nəql olunmuşdur ki, onlarla birgə beşinci bir şəxs də olmuşdur, o da Abdullah ibn Məsuddur. Bəziləri də altıncı bir şəxsin olduğunu demişlər ki, o da Miqdad ibn Əmrdir. Yəhya ibn Sələmə ibn Kuheyl nəql edib dedi: “Atama dedim: “Uhud günü ALLAH (C.C.) Rəsulunun (sallallahu əleyhi və alihi və səlləm) yanında neçə nəfər qalmışdır?” Dedi: “İki nəfər”. Dedim: “Kimlərdir onlar?” Dedi: “Əli və Əbu Dücanə”...” Mənbə: İbn Əbil-Hədid, “Şərhu-nəhcil-bəlağə”, 7-ci cild, səhifə 195. 2. Fəxr ər-Razi özünün “Məfatihul-Ğeyb” (“Təfsir ər-Razi”) təfsirində demişdir: “Qəffal demişdir: “Rəvayətlər ümumilikdə buna dəlalət edir ki, bir dəstə səhabə döyüşdən üz çevirib (döyüş meydanından) uzaqlaşmışlar. Onlardan bəziləri Mədinəyə daxil olmuş, bəziləri isə başqa yerlərə getmişlər. Əksəriyyətə gəlincə isə onlar dağın yanına getmiş, orada toplanmışlar. Döyüşdən qaçanlardan biri də Ömərdir. Lakin o, ilk qaçan şəxslərdən olmamışdır və uzağa getməmişdir. Əksinə, dağa (getmiş) və Peyğəmbər (sallallahu əleyhi [və alihi] və səlləm) dağa çıxanadək orada qalmışdır. Həmçinin, Osman ənsardan olan Səd və Üqbə adlı iki şəxs ilə birlikdə döyüşdən qaçmışdır. Onlar döyüşdən qaçmış və çox uzaq bir yerə getmişlər. Sonra üç gündən sonra geri dönmüşlər. Bu zaman Peyğəmbər (sallallahu əleyhi [və alihi] və səlləm) onlara belə demişdir: “Çox uzağa getdiniz!”” Mənbə: Fəxr ər-Razi, “Məfatihul-ğeyb”, cild 9, səhifə 52; Darul-fikr, Beyrut, 1401/1981. 3. Cəlaləddin əs-Suyuti öz təfsir kitabında yazır: ““İki ordu qarşılaşdığı gün sizdən üz döndərənlər...” ayəsi. İbn Cərir, Kuleybdən belə nəql etmişdir: “Ömər cümə günü xütbə edib Ali-İmran surəsini oxudu. Onun xütbə etdiyi zaman Ali-İmran surəsini oxumaqdan xoşu gəlirdi. Elə ki, gəlib “İki ordu qarşılaşdığı gün sizdən üz döndərənlər...” ayəsinə çatdı, dedi: “Uhud günündə biz onları məğlub etidik (sonra onlar bizi məğlub etdilər). BU ZAMAN MƏN DÖYÜŞDƏN QAÇDIM VƏ GEDİB DAĞA ÇIXDIM. Dağ keçisi kimi dağa dırmaşırdım. Bu zaman camaat “Muhəmməd (s.ə.a.s.) öldürüldü!”, - deyirdi. Mən dedim: “Kimin “Muhəmməd (s.ə.a.s.) öldürüldü” dediyini görsəm, onu öldürəcəyəm!” Beləcə dağda cəm olduq. Bu zaman “İki ordu qarşılaşdığı gün sizdən üz döndərənlər...” ayəsi nazil oldu.” Mənbə: Cəlaləddin əs-Suyuti, “əd-Durrul-mənsur fi təfsir bil-məsur”, cild 4, səhifə 81; Mərkəzul-buhusi vəd-dirasatil-arabiyyəti vəl-islamiyyəti bi-dari həcər, Qahirə, 1424/2003; təhqiq: Abdullah ibn Əbdül-Muhsin ət-Turki. 4. ən-Nisai “Xəsais” kitabında yazır: “Bizə İsmayıl ibn Məsud əl-Bəsri xəbər verdi və dedi: xalid bizə Şubədən, o da Əbi İshaqdan, o da əl-Əladan onun belə dediyini rəvayət etdi: Bir nəfər İbn Ömərə Osman barədə sual verdi, İbn Ömər dedi: “İki ordunun qarşılaşdığı gündə (Uhud günündə) döyüşdən qaçan şəxslərdən idi. Sonra ALLAH (C.C.) onun tövbəsini qəbul etdi. Sonra bir günaha bulaşdı və onu qətlə yetirdilər.” Həmin şəxs ondan Əlini (ə.s.) soruşdu. Dedi: “Onun barəsində soruşma. Məgər onun ALLAH (C.C.) Rəsuluna (sallallahu əleyhi [və alihi] və səlləm) nə qədər yaxın olduğunu görmürsən?” Kitabın mühəqqiqi Əhməd Mirin əl-Bəluşi deyir: “İsnadı səhihdir, raviləri siqədir.” Mənbə: Əhməd ibn Şueyb ən-Nisai, “Xəsais Əmir əl-Muminin Əli ibn Əbu Talib (ə.s.)”, səhifə 122, hədis 104; təhqiq: Əhməd Mirin əl-Baluşi, Məktəbə əl-Məla, Kuveyt, 1406/1986. 5. Buxari öz “Səhih”ində yazır: “Bizə Musa ibn İsmayıl rəvayət etdi (və dedi): bizə Əbu Əvanə rəvayət etdi (və dedi): bizə Osman ibn Məvhəb rəvayət etdi və dedi: “Misirdən olan bir şəxs ALLAH (C.C.) evini həcc etməkdən ötrü (Məkkəyə) gəldi. Bir dəstə oturmuş şəxs gördü və dedi: “Bu şəxslər kimdirlər?” Dedilər: “Bunlar qüreyşlilərdirlər”. Dedi: “Aralarında şeyx kimdir?” Dedilər: “Abdullah ibn Ömər.” Dedi: “Ey Ömərin oğlu, mən səndən bir (neçə) şey barədə soruşacağam, mənə cavab ver. Bilirsən ki, Osman Uhud günü döyüşdən qaçmışdır?” Dedi: “Bəli.” Dedi: “Bilirsən ki, o, Bədrdə olmamış və orada iştirak etməmişdir?” Dedi: “Bəli.” Dedi: “Bilirsən ki, o, Ridvan beyətində olmamış və orada iştirak etməmişdir?” Dedi: “Bəli.” Həmin şəxs dedi: “ALLAHU Əkbər!” İbn Ömər dedi: “Gəl sənə izah edim. Osmanın Uhud günündə qaçmasına gəlincə, şəhadət verirəm ki, ALLAH (C.C.) onu əfv etmiş və bağışlamışdır...” Mənbə: Muhəmməd ibn İsmayıl əl-Buxari, “əl-Cami əs-Səhih”, “Osmanın üstünlükləri babı”, cild 3, səhifə 1352-1353, hədis 3495. 6. Peyğəmbər (s.ə.a.s.) Uhud döyüşü günü İmam Əlinin (ə..s) şücati barədə buyurub: “Zülfüqar (fəqərəli qılınc) kimi qılınc yoxdur və Əli (ə.s.) kimi (mərd) cavan yoxdur.” Mənbə: “Tarixi-Təbəri”, cild 2, səhifə 197; “Mizanul-etidal”, cild 3, səhifə 324; “Kifayətut-talib”, səhifə 277-280; “Zəxairul-uqbə”, səhifə 74; Xarəzmi, “Əl-Mənaqib”, səhifə 107; “Əl-bidayə vən-nihayə”, cild 7, səhifə 337.
VƏLİ ancaq ƏLİ (ə)-dir!!! Əl-Maidə/55:" Sizin VƏLİNİZ yalnız ALLAH, onun peyğəmbəri və rükuda zəkat verənlərdir!". Rükuda zəkat verən yalnız ƏLİ (ə)-dir!!!
Bu təfsirlə bağlı iradlara cavab: Birinci irad: “Məaric” surəsi Məkkədə nazil olmuşdur. Belə isə, “Qədir-Xum" hadisəsi ilə necə uyğun gələ bilər? Cavab: Bir surənin “məkki” (Məkkədə nazil olan) adlanması o demək deyil ki, onun bütün ayələri Məkkədə nazil olmuşdur. Qurani-kərimin bir sıra surələri məkki adlansa da, onların bəzi ayələri Mədinədə nazil olmuşdur. Eynilə bunun əksinə, “mədəni” (Mədinədə nazil olan) adlanan surələrin də bəzi ayələri Məkkədə nazil olmuşdur. Buna “məkki” adlanan “Ənkəbut” surəsini misal göstərmək olar. Halbuki Təbəri, Qurtubi və digər alimlərin yazdıqlarına əsasən, bu surənin ilk on ayəsi Mədinədə nazil olmuşdur (“Təfsiri-Təbəri”, 20-ci cüz, səh. 86 və “Təfsiri-Qurtubi”, 13-cü cüz, səh. 323.). Yaxud “Kəhf” surəsi “məkki” adlansa da, Qurtubi və Süyutinin öz kitablarında yazdıqlarına görə, onun ilk yeddi ayəsi Mədinədə nazil olmuşdur (Əlavə mə’lumat əldə etmək istəyənlər “Əl-qədir” kitabının 1-ci cildinin 256-257-ci səhifələrinə müraciət edə bilərlər). Həmçinin bunun əksi olaraq, “mədəni” adlanan, lakin bəzi ayələri Məkkədə nazil olan surələrdən də “Mücadilə” surəsini misal göstərmək olar. Bəzi təfsirçilərin yazdıqlarına əsasən, bu surənin ilk on ayəsi Məkkədə nazil olmuşdur (“Təfsiri-Əbis-Süud” (Fəxri-Razinin “Kəbir” təfsirinin haşiyəsində), 8-ci cüz, səh. 148 və “Əs-siracul-munir”, 4-cü cild, səh. 310.).Bir sözlə, Qurani-kərimdə bəzi surələr vardır ki, Məkkədə, yaxud Mədinədə nazil olsa da, onların bir neçə ayəsi həmin şəhərdə nazil olmamışdır. “Məaric” surəsi də bu qəbildəndir. İkinci irad: “Məaric” surəsinin ilk ayələrinin nazil olma səbəbi nəql olunan rəvayətdə göstərilir ki, Haris ibn Nöman “Əbtəh” adlı yerdə Peyğəmbərlə (s) görüşmüşdür. “Əbtəh” Məkkədə bir dərənin adıdır. Bu isə “Qədir-Xum” hadisəsi ilə uyğunlaşmır. Cavab: Əvvəla, “əbtəh” sözü bütün rəvayətlərdə yox, bəzi rəvayətlərdə nəql olunmuşdur. İkincisi, “əbtəh” və “bətha” sözləri ümumiyyətlə, içərisində çınqıl daşları olan arxlara və qumsal yerlərə deyilir. Mədinədə və başqa məntəqələrdə belə yerlər az deyil. Maraqlıdır ki, ərəb ədəbiyyatında dəfələrlə buna işarə edilmişdir. O cümlədən, Şəhabəddinin Əhli-beytin (ə) şəninə söylədiyi məşhur şerlərində onların qatilləri ilə bağlı belə deyilir: “Mələkna fəkanəl-əfvu minna səciyyətən, Fələmma mələktum, salə bid-dəmi əbtəhu, Və həlləltumu qətləl-usari və taləma, Ğədəvna ənil-əsra nəfu və nəsfuhu.” “Qurduğumuz dövlətdə səciyyəmiz əfv idi Sizsə hakim olandan, “əbtəh” qan ilə dolmuş! Siz hətta keçmədiniz əsirlərin qanından, Bizimsə güzəştimiz könüllərdə yer almış!” Aydındır ki, Peyğəmbərin (s) Əhli-beytinin əksər övladları İraq, Kərbəla, Kufə və Mədinədə qətlə yetirilmişdir və Məkkədə yerləşən “Əbtəh” adlı məntəqədə qan tökülməmişdir. Bəli, Məkkədən təxminən, on fərsəx aralı yerləşən “Fəxx” məntəqəsində də şəhadətə yetənlər olmuşdur. Lakin “Əbtəh” məntəqəsi Məkkənin lap yaxınlığındadır (“Əl-qədir”, 1-ci cild, səh. 255.). Şairlərdən başqa birisi şəhidlərin sərvəri imam Hüseyni (ə) bu sayaq mədh edir: Və təinnu nəfsi lər-rübui və qəd ğəda, Bəytun-nəbiyyi muqəttəul-ətnabi, Bəytun li-alil-Mustəva fi Kərbəla, Zərbuhu bəynə əbatihin və rəvabi. “Mənim canım Peyğəmbərin (s) viran edilmiş evlərinin əsər-əlamətindən nalə edir. O cümlədən, Kərbəlada Peyğəmbərin (s) Əhli-beytindən bir ev “əbtəh”lərin və hündür təpələrin arasında bərpa edilmişdi.” (Burada “əbtəh” qumluq yerlər mənasındadır.) İçərisində “əbtəh”, yaxud “əbatih” ifadələri olan və Məkkədəki müəyyən məntəqəyə aid olmayan şerlər çoxdur. Bir sözlə, “əbtəh” Məkkədə bir məntəqənin adı olsa da, onun ümumi mənası bir məntəqəyə məxsus deyil. BU AYƏLƏRİN ÖZÜNDƏN ƏVVƏL VƏ SONRAKI AYƏLƏRLƏ ƏLAQƏSİ NECƏDİR? Bəzi təfsirçilər “təbliğ” ayəsindəki həqiqətdən yayınmaq məqsədilə bəhanəyə əl atmış, demişlər ki, bu ayənin əvvəlki və sonrakı hissələri “kitab əhli” barəsində söz açdığından, onun imamət, vilayət və xilafət məsələsilə heç bir uyğunluğu yoxdur. Belə bir fərq qoyulması isə Qurani-kərimin bəlağət və fəsahətinə ziddir (“Əl-mənar”, 6-cı cild, səh. 466.). Quran ayələrinin toplanması ilə tanış olanlar yaxşı bilirlər ki, ayələr tədricən və müxtəlif münasibətlərlə nazil olmuşdur. Buna görə də çox vaxt surələrdə müxtəlif mövzulardan söz açılır. Məsələn, eyni bir surədə həm müəyyən bir müharibədən, həm İslamın hökmlərindən, həm münafiqlərdən, həm də möminlərdən danışılır. “Nur” surəsinə diqqət yetirsək, tövhid, məad, zinanın hökmü, “ifk” hadisəsi, münafiqlər, hicab və digər məsələlərə işarə edildiyinə şahid olacağıq (Quranın digər böyük surələri də az-çox bu qəbildəndir). Hərçənd, bir surənin məcmusu arasında ümumi bağlılıq həmişə qorunur. Bir surənin məzmunca müxtəlifliyi Qurani-kərimin tədricən və zərurəti nəzərə almaqla, müxtəlif münasibətlərdə nazil olması ilə əlaqəlidir. Qurani-kərim əvvəlcədən təyin olunan bir mövzu haqqında danışan klassik kitab deyil. Buna əsasən, “Maidə” surəsinin bir hissəsinin “kitab əhli”, digər bir hissəsinin isə “Qədir-Xum” hadisəsindən söz açmasında heç bir anlaşılmazlıq yoxdur. Əlbəttə, ümumi götürsək, bu mövzular arasında da müəyyən bağlılıq var. Peyğəmbərin (s) yerinə canişin təyin edilməsinin də “kitab əhli”nə təsiri vardır, çünki onlar Peyğəmbərin (s) vəfatından sonra İslamın dağılacağına ümidvar idilər.
Biz Şiələrin Şeyxeynə münasibəti Hz.Zəhranın tutduğu mövqe ilə eynidir,xanımın mövqeyini öyrənmək istəyənlər gedün tarix kitabların araşdırun HƏQQİ görəcəysüz..
Tarixdən bir dənə dəlil gətirsinlər ki Hz Peyğəmbər İmam Əlidən başqasına bu sözü desin. Ömərin də başqalarının da arasında narazılıq olub o qədır şikayət ediblər ki, bəs niyə heç birində Hz Peyğəmbər bu sözü deməyib. Əhli sünnə ayrı vəhabi vəhbələri ayrı. Vəhbələr nə deyir desin böhtandan başqa bir şey deyil.
Əli canlı quran olub əli Allahın Aslanı olub mömunlərin mumunu əli həsaə Hüseynin Atası əli xanım fatimə zəhranın yoldaşı əli ibi əlinim heç bəndəyə etyacı yoxdur Allah özü onun cənətin verib. Ya Əli
Hocam o vahabi diyor ki Resullah Hacca gitmeden önce o şikâyetler yapıldı. Yani Medine yapılıp yapılmaması onlar için önemli değil. Onlar için önemli olan veda haccı dan önce yapılmış olması... Ama sizler de dediniz o şahıslar veda haccından sonra Medine'ye gelip şikayeti yaptılar... Burda bir sıkıntı var. Bu konuyu tekrar aydınlatabilir misiniz...
🕋 Qədir-Xum mövzusunda "TH-cam" kanalımızdan bəzi videolar.
📲 Kanala abunə olun və faydalanın: @313news.net
1 Qədir-Xum hədisi ilə bağlı şübhələrə cavab
📱 th-cam.com/video/-KpAq14I6lM/w-d-xo.html
2 Ömərin İmam Əlini (ə) Qədir-Xum günü təbrik etməsi
📱 th-cam.com/video/eEgCePZBJx8/w-d-xo.html
3 Qədir-Xum | Milli sələfilərin tərcümə etdiyi kitabda
📱 th-cam.com/video/bPcdM6v9Na4/w-d-xo.html
4 Ömər ibn Xəttab imam Əlini (ə) Qədir-xumda təbrik edib? | Abu Zeydə cavab
📱 th-cam.com/video/mlc78yvXMYM/w-d-xo.html
5 Qədir-Xum hədisindəki "mövla" sözünün mənası
📱 th-cam.com/video/tpGUiH5h9Jk/w-d-xo.html
6 Sələfi “alim”in Ğədir-Xum barədə Nuri ət-Təbərsiyə iftirası və cavabımız
📱 th-cam.com/video/rpUwCFOX0WY/w-d-xo.html
7 Sələfi (vəhhabi) alimi Şeyx Əbdül-Vəhhab ət-Tureyridən “Qədir-Xum” barədə etirafları
📱 th-cam.com/video/JWII6AWFziM/w-d-xo.html
8 Vida həcci vilayət və imamətin təbliği həccidir - Şeyx Nəzar Qətifi
📱 th-cam.com/video/raRKsiokS2g/w-d-xo.html
9 Peyğəmbərimizin (s) “Əli məndən sonra xəlifəmdir”, - dediyini bilirsinizmi?
📱 th-cam.com/video/h3tj7KRphuY/w-d-xo.html
ALLAH (C.C.) razı olsun!
İmam Əli (ə.s.) buyurub: “And olsun toxumu yaran və canı yaradan ALLAHA (C.C.) ki, ummi olan Peyğəmbər (s.ə.a.s.) mənə söz vermişdir ki, məni yalnız mömin sevəcək və mənə yalnız münafiq nifrət (düşmənçilik) edəcək.”
Mənbə: “Səhih Müslüm”, İman kitabı, 33-cü bab, cild 1, səhifə 87, hədis 78.
MaşaAllah
Allah razi olsun sizden
videoda qeyd olunurki İmam Əli əleyhissalam bir cariyə ilə yaxınlıq edibmiş guya və buna da deyirlər səhih hədisdir. Axı nikahsız belə bir işin olması zinadır və İmam bunu necə edə bilərki? Yəni belə çıxırki hədis saxtadır?
@@sagittarius4211 döyüşdə əldə edilən cariyələr ilə yaxınlıq üçün nigaha ehtiyyac yoxdur
“Əlinin (ə.s.) qatili yaranışın əvvəlindən axıra qədər yer üzünün ən bədbəxtidir.”
Mənbə: “Şəvahidut-tənzil”, cild 1, səhifə 294, 303; “Yənabi əl-Məvaddə”, səhifə 100.
“Əlinin (ə.s.) müsəlmanların boynunda olan haqqı atanın övladın boynunda olan haqqı kimidir.”
Mənbə: “Tarixul-Bağdad”, cild 7, səhifə 421; “Təhzibut-təhzib”, cild 9, səhifə 419.
Həzrət Peyğəmbər (s.ə.a.s.) buyurub: “Həqiqətən Əli (ə.s.) məndən, mən də ondanam və O məndən sonra hər bir iman əhlinin vəlisidir.”
Kitabın mühəqqiqi Şueyb əl-Ərnaut yazır: “Bu rəvayətin sənədi güclüdür.”
Mənbə: Zəhəbi, “Siyəru-əlamin-nubəla”, cild 8, səhifə 199, təhqiq: Şueyb əl-Ərnaut, çap: Muəssəsətur-Risalə.
“Əli (ə.s.) dünya və axirətdə mənim qardaşımdır.”
Mənbə: “Səhih Tirmizi”, cild 5, səhifə 637, hədis 3721.
. Zeyd ibn Ərqəm buyurub: “ALLAH (C.C.) Rəsulu (s.ə.a.s.) ilə birgə İslamı ilk qəbul edən şəxs - Əli ibn Əbu Talibdir.”
Mənbə: Ən-Nəsai, “Xəsais İmam Əli”, səhifə 16, hədis 3.
Var olun qardaş🤲🤲
Peyğəmbər (s.ə.a.s.) buyurub: “Ey Əli! Sən dünya və axirətdə mənim bayrağımın sahibisən.”
Mənbə: “Kənzul-ümmal”, cild 6, səhifə 403; “Zəxairul-uqbə”, səhifə 75; “Ər-riyazun-nəzirə”, cild 2, səhifə 201; “Hilyətul-övliya”, cild 1, səhifə 66; “Tarixi-Bağdad”, cild 14, səhifə 98.
Halaldir sizə. O saat Cavab Hazirladiniz.
videoda qeyd olunurki İmam Əli əleyhissalam bir cariyə ilə yaxınlıq edibmiş guya və buna da deyirlər səhih hədisdir. Axı nikahsız belə bir işin olması zinadır və İmam bunu necə edə bilərki? Yəni belə çıxırki hədis saxtadır?
İmam Cəfər ibn Muhəmməd - Sadiq (ə.s.) buyurur:
“Bizim vilayətimiz olduqca çətin və çətin qəbul olunandır. Ona yalnız qəlbinə ALLAHIN (C.C.) iman bəxş etdiyi şəxs tab gəyirə bilər.”
Mənbə: “Bəsairul-dərəcat”, səhifə 48, hədis 2.
“ALLAH (C.C.) Rəsulu (s.ə.a.s.) buyurur: “Əlidən (ə.s.) nə istəyirsiniz?! Həqiqətən Əli (ə.s.) məndən, mən də ondanam və o, hər bir möminin vəlisidir.”
Hakim yazır: “Müslimin şərtinə əsasən səhihdir, amma bunu ikisi də (Buxari və Müslim) nəql etməmişdir.”
Zəhəbi burada sakit qalır (heç bir şey qeyd etmir).
Mənbə: Hakim Nişaburi, “Əl çustədrəku ələs0səhiheyn” (Zəhəbinin əlavələri ilə), cild 3, səhifə 110, çap: Darul-Mərifə.
12. Səid bin Vəhəb nəql edir: “Əli (ə.s.) Rəhbədə (Kufə məscidinin meydanında) danışarkən belə buyurdu: “Sizi ALLAHA (C.C.) and verirəm, kim ALLAH (C.C.) Rəsulunun (s.ə.a.s.) Qədir-Xumda belə dediyini eşidibsə, şahidlik etsin: “ALLAH (C.C.) mənim vəlim və mən də möminlərin vəlisiyəm və mən kimin vəlisiyəmsə, bu (Əli (ə.s.)) də onun vəlisidir. İlahi (C.C.), onunla dost olanla dost, onunla düşmən olanla düşmən ol və ona kömək edənə kömək et”.”
Səid dedi: “Mənim yanımdan (səhabələrdən) altı nəfər qalxıb, şəhadət verdi.”
Zeyd ibn Yusəy də belə deyir: “Mənim də yanımdan (səhabələrdən) altı nəfər qalxdı və şəhadət verdi”.”
Mənbə: Nəsai, “Xəsais İmam Əli (ə.s.)”, səhifə 85-86, hədis 93.
Kitabı tədqiq edən hədisşünas Əbu İshaq əl-Huveyni deyir ki, hədisin sənədi “Səhihdir.”
Bureydə əl-Əsləmi deyib: “Peyğəmbər (s.ə.a.s.) kişilərdən ən çox Əlini (ə.s.), xanımlardan isə ən çox Fatiməni (ə.s.) sevirdi.”
Hədisin sənədininin səhih olmasını əl-Hakim və əz-Zəhəbi təsdiqləyiblər.
Mənbə: “Əl-Mustədrək alə əs-səhiheyn”, cild 3, səhifə 168, hədis 4735.
Allah razı olsun paylaşımlara görə. İnsanların ən böyük bədbəxtçiliyi nadanlıq, təəsübkeşlikdir. Çünki, öz mənbələrində bu hədis var və səhih olduğunuda qəbul edirlər. Amma mənasını dərk etmirlər. Diqqətlə baxın Allahın Rəsulu nə deyir Mən kimin mövlasıyamsa Əlidə onun mövlasıdır. Allahım onu sevəni sev onunla düşmən olana düşmən ol. İndi özünüz diqqət edin Əlinən düşmən olana Allahda düşməndir. Bu halda necə Əlinən düşmən olanlara Allah razı olsun onlardan necə demək olar ?! Allahla düşmənçilik edəndən Allah razı ola bilərmi ?! Cəməl, Siffeyn, Nəhrəvan döyüşlərini yadınıza salın kimlər vuruşurdu Əliyə qarşı. Allah həqiqəti görməyə göz anlamağa ağıl versin inşəAllah !!!
“Böyük səhabələr (Əbu Bəkr, Ömər, Osman, Səd ibn Əbi Vəqqas, Təlhə, Zübeyr və s.) İmam Əlinin (ə.s.) fətvalarını öyrənmiş və müşküllərin həlli üçün dəfələrlə ona müraciət etmişlər. Bu elə məşhur məsələdir ki, hamı bilir.”
Mənbə: Nəvəvi, “Təhzibul-əsmai vəl-luğat”, cild 1, səhifə 346.
Peyğəmbər (s.ə.a.s.) buyurub: “Bütün peyğəmbərlərin (ə.s.) sirlərinin sahibi var. Mənim də sirlərimin sahibi (saxlayan) Əli ibni Əbu Talibdir (ə.s.).”
Mənbə: “Tarixi-mədinətu Dəməşq”, cild 42, səhifə 317; “Yənabi əl-məvaddə”, səhifə 235.
“Bütün peyğəmbərlərin (ə.s.) vəsisi olduğu kimi mənim də vəsim və varisim Əlidir (ə.s.).”
Mənbə: “Tarixul-Bağdad”, cild 7, səhifə 452; “Məcməuz-zəvvaid”, cild 9, səhifə 111; “Səvaiq”, səhifə 125.
Ay Maşallah Əhsən. Tövbə zamanı kanalına daha çox rəddiyələr verilsin
Allah Təala bərəkət versin
İmam Əli (ə.s.) buyurub: “Mən ALLAHIN (C.C.) qulu, ALLAH (C.C.) Rəsulunun (s.ə.a.s.) qardaşıyam. Ən böyük doğru danışan (Siddiqul-Əkbər) mənəm. Məndən sonra kim bunu iddia edərsə, yalançıdır! Mən insanlardan yeddi il əvvəl namaz qılmışam.” Hədisdən sonra əl-Buseyri deyib: “Bu hədisin sənədi səhihdir.”
Mənbə: Əl-Buseyri, “Zəvaid ibn Macə”, səhifə 46, hədis 29.
Ömər ibni Xəttab belə deyir: Şahidlik edirəm ki, ALLAHIN (C.C.) Rəsulundan (s.ə.a.s.) belə eşitmişəm: “Əgər 7 göy əməl tərəzisinin bir gözünə, Əli ibni Əbu Talibin (ə.s.) imanı tərəzinin o biri gözünə qoyulsa mütləq Əlinin (ə.s.) imanı ağır gələr.”
Mənbə: “Kənzul-ümmal”, cild 6, səhifə 156; “Ər-riyazun-nəzirə”, cild 2, səhifə 226; “Tarixi-mədinətu-Dəməşq”, cild 2, səhifə 365.
1. ALLAH (C.C.) Rəsulu (s.ə.a.s.) ilə birlikdə hərəkət etdik və Qədir-Xuma yetişdik. O, bir carçı göndərdi ki, car çəksin, bir yerə toplandığımız zaman buyurdu: “Sizə özünüzdən daha çox ixtiyar sahibi deyiləmmi?” Dedik: “Əlbəttə, ey ALLAHIN (C.C.) Rəsulu (s.ə.a.s.)! Buyurdu: “Sizə analarınızdan daha çox ixtiyar sahibi deyiləmmi?” Dedik: “Əlbəttə, ey ALLAHIN (C.C.) Rəsulu (s.ə.a.s.)!” Buyurdu: “Sizə atalarınızdan daha çox ixtiyar sahibi deyiləmmi?” Dedik: “Əlbəttə, ey ALLAHIN (C.C.) Rəsulu (s.ə.a.s.)!” Buyurdu: “Deyiləmmi? Deyiləmmi? Deyiləmmi?! Dedik: “Əlbəttə, ey ALLAHIN (C.C.) Rəsulu (s.ə.a.s.)!” Buyurdu: “Mən kimin mövlasıyamsa, Əli (ə.s.) də onun mövlasıdır. İlahi (C.C.), onu dost tutana dost ol, ona düşmən olana düşmən ol” sonra Ömər ibn Xəttab belə dedi: “Mübarək olsun, ey Əbu Talibin oğlu! Bu gün hər bir möminin vəlisi oldun.”
Mənbə: İbn Kəsir, “Əl Bidayətu vən-nihayə”, cild 7, səhifə 350, çap: Məktəbul-Məarif.
İlk 3 (üç) xəlifə və İmam Əli ibn Əbu Talibin (ə.s.) şücaət fərqi:
4-cü hissə: Hüneyn döyüşü:
1. Əbu Qətadədən nəql olunur ki:
“Hüneyn günü müsəlmanlardan birinin müşriklərdən biri ilə döyüşdüyünü gördüm. Bu zaman başqa bir müşrik həmin müsəlmanın arxasına keçib onu (hiylə) ilə qətlə yetirmək istədi. Mən cəld arxadan zərbə endirmək istəyən şəxsə tərəf şığıdım. O məni vurmaq üçün əlini qaldırdıqda mən onun əlinə zərbə endirib onun əlini kəsdim. Sonra o məni tutub elə möhkəm şəkildə sıxdı ki, (öləcəyimdən) qorxdum. Sonra əlini boşaltdı və mən onu itələdim. Bundan sonra onu öldürdüm. (O gün) müsəlmanlar döyüşdən qaçdılar, mən də qaçdım. Bu zaman (qaçan) camaatın arasında Ömər ibn əl-Xəttabı gördüm. Mən ona dedim: “Camaata nə olub?” Dedi: “ALLAHIN (C.C.) işidir!!” Sonra camaat ALLAH (C.C.) Rəsulunun (sallallahu əleyhi [və alihi] və səlləm) yanına qayıtdı...”
Mənbə: “Səhihi-Buxari”, cild 4, səhifə 1570, “kitab əl-məğazi”, hədis 4067.
2. də qaçdıqları qətidir. Bu səbəbdən “(Hüneyn döyüşündə) dörd nəfərdən başqa bütün səhabələr qaçdılar. Əli (ə.s.) və Abbas RəsulALLAHIN (s.ə.a.s.) önündə, Əbu Abdullah ibn Məsud solunda yer almışdı. Əbu Süfyan ibn Haris də Peyğəmbərin (s.ə.a.s.) mərkəbinin cilovundan tutmuşdu.”
Mənbə: Həmidi, “Cəmun beynəs-Səhihəyn”; Hələbi, “Sireyi -Hələbiyyə”, 3-cü cild, 123-cü səhifə.
3. Hakim Nisaburi Hüneyn döyüşü barədə səhih sənədlə İbn Abbasdan nəql edir: “Hüneyn döyüşündə digərləri qaçdıqda Peyğəmbərin (s.ə.a.s.) yanında yalnız Əli ibn Əbu Talib (ə.s.) var idi.”
Mənbə: “əl-Mustədrək ələs-sahiheyn”, cild 3, səhifə 111.
Uğurlar sizə!
Camaat “artıq əmisi oğlu ilə gizli duaları çoxaldı” - dedikdə Pey¬ğəmbər (s.ə.a.s.) buyurdu: “Ona mən əmr etməmişəm. Ona ALLAH Təala (C.C.) əmr edib.”
Mənbə: Bu hədis Səhih Tirmizidə Həsənə nisbət verilərək “Kitabul-Mə¬naqib”də (3810-cu hədis, 50-ci kitab, 21-ci bab) qeyd olunmuşdur.
Allah u Akber
Lebbeyke ya Əli☝️
👍
Ümmü Sələmə (r.ə.) xanım ALLAH (C.C.) Rəsulundan (s.ə.a.s.) belə eşitdiyini nəql edib: “Əli (ə.s.) Quran ilə, Quran da Əli (ə.s.) ilə birgədir. Onlar Kövsər hovuzuna qovuşana qədər heç vaxt bir-birlərindən ayrılmayacaqlar.” Hədisin sənədininin səhih olmasını əl-Hakim və əz-Zəhəbi təsdiqləyiblər.
Mənbə: “Əl-Mustədrək alə əs-səhiheyn”, cild 3, səhifə 134 (124), hədis 4628; “Əl-camius-səğir”, cild 2, səhifə 140, hədis 5594; “Əl-mucəmus-səğir”, cild 1, səhifə 255; “Əl-mucəmul-əvsat”, cild 5, səhifə 455, hədis 4877; “Feyzul-qadir”, cild 4, səhifə 470; “Məcməuz-zəvaid”, cild 9, səhifə 134; “Tarixul-xuləfa”, səhifə 116; “Kənzul-ümmal”, cild 12, səhifə 203.
“Əli (ə.s.) ən böyük Siddiqdir.”
Mənbə: “Usdul-qabə”, cild 4, səhifə 31.
RəsulALLAH (s.ə.a.s.) dedi:
ما تريدون من علي؟ ما تريدون من علي؟ ما تريدون من علي؟ إن عليا مني وأنا منه وهو ولي كل مؤمن بعدي
“Əlidən (ə.s.) nə istəyirsiz?! (3 dəfə təkrar etdi) Əli (ə.s.) məndəndir və məndə ondanam. O, məndən sonra bütün möminlərin vəlisidir.”
Mənbə: Nasir əd-Din əl-Əlbani, “Səhih əl-Cami əs-Səğir”, cild 2, səhifə 980, hədis 1803 (əl-Məktəbə əl-İslami).
Peyğəmbər (s.ə.a.s.) buyurub: “Əli məndəndir, necə ki başımın bədənimə olan dərəcəsi kimi (nisbəti) kimi.”
Mənbə: “Tarixi-Bağdad”, cild 7, səhifə 12; “Kənzul-ümmal”, cild 11, səhifə 603; “Yənabi əl-məvaddə”, səhifə 180, 254.
Peyğəmbər (s.ə.a.s.) buyurub: “Həqiqətən, Əli (ə.s.) məndəndir, mən də Əlidənəm (ə.s.) kəlamı “Səhihul-Buxari”də sabitdir.”
Mənbə: Albani, “Silsilətul əhadisisi səhihə”, cild 5, səhifə 263, çap: Məktəbul-Məarif.
Bir gün Aişə Peyğəmbərin (s.ə.a.s.) yanına gəldikdə o Həzrət (s.ə.a.s.) bu¬yur¬du: “Seyyidil - Ərəbi mənim yanıma çağır. Aişə dedi: “Ey Rə¬sulALLAH (s.ə.a.s.)! Seyyidil - Ərəb sən deyilsənmi?” Həzrət (s.ə.a.s.) buyurdu: “Mən Adəm (ə.s.) övladlarının seyyidiyəm, Əli (ə.s.) isə ərəblərin seyyididir.”
Mənbə: “Mustədrək”, 3-cü cild, səhifə 124.
Rasulullahdan(s) sonra xanım Fatimənin (ə) imamı kim idisə, mənimdə imamım o şəxsdir! Artıq şərhə ehtiyac yoxdur!
👍👍👍👍👍👍👍
İbni Abbas buyurur: “Həzrəti Əlinin (ə.s.) mədhində, tərifində (haqqında) Qurani Kərimin 300-dən (üç yüzdən) çox ayəsi vardır.”
Mənbə: İbni Əsakir, “Tərcümətül-İmam Əli ibni Əbu Talib (ə.s.)”, cild 3, səhifə 26; Suyuti, “Tarixu-Xuləfa”, səhifə 172; Xətib Bağdadi, “Tarix”, cild 2, səhifə 221; İbni Həcər Məkki, “Əl Səvaiq əl Muhriqa”, səhifə 126.
Peyğəmbər (s.ə.a.s.) buyurub: “Əli (ə.s.) Quranla birgədir və Quran da Əli (ə.s.) ilə birgədir. Bu ikisi Kövsər hovuzunun yanında mənə qovuşana qədər heç vaxt bir-birindən ayrılmazlar.”
Mənbə: “Müstədrəkus-səhiheyn”, cild 3, səhifə 124, hədis 4628; “Əl-camius-səğir”, cild 2, səhifə 140, hədis 5594; “Əl-mucəmus-səğir”, cild 1, səhifə 255; “Əl-mucəmul-əvsat”, cild 5, səhifə 455, hədis 4877; “Feyzul-qadir”, cild 4, səhifə 470; “Məcməuz-zəvaid”, cild 9, səhifə 134; “Tarixul-xuləfa”, səhifə 116; “Kənzul-ümmal”, cild 12, səhifə 203.
Allahummə salli əla Muhammədin və ali Muhamməd və əccil fərəcəhum!
8. “Təqribən yüz nəfər Qədir-Xum hədisini ALLAH (C.C.) Rəsulundan (s.ə.a.s.) nəql etmişdir, onların içində (Cənnətlə müjdələnmiş) on nəfər də vardır və bu hədis sabit olmuş bir hədisdir, mən bu hədisdə heç bir nöqsan görmürəm, bu fəzilətdə Əli (ə.s.) təkdir və ona heç bir şəxs şərik olmamışdır.”
Mənbə: İbn Şahin, “Şərhu-məzhibi əhlis-sünnə”, səhifə 103.
İbn Cəzm Əndəlusi isə bu barədə belə deyir: “Əbu Bəkr, Ömər, Osman və s. məchul məsələlərin həlli üçün Əliyə (ə.s.) müraciət edirdilər və bu məsələlər barədə bilməyənləri xəbərdar edirdilər.”
Mənbə: İbn Cəzm Əndəlusi, “əl-Əhkamu fi fusulil-əhkam”, səhifə 244-248.
4. Zəhəbi belə nəql edir: “Abdullah ibn Muhəmməd ibn Əqil deyir: Mən Cabirin evində idim. Əli ibn Huseyn (ə.s.), Muhəmməd ibn Hənəfiyyə və Əbu Cəfər (ə.s.) də, orada idi. İraq camaatından olan bir kişi evə daxil oldu və dedi: And verirəm səni ALLAHA (C.C.)! ALLAH (C.C.) Rəsulundan (s.ə.a.s.) gördüyün və eşitdiyindən mənə danış. Cabir dedi: “Biz Qədir-Xum günü Cöhfə (adlanan) yerdə idik, orada Cuheynə, Muzeynə və Ğifar qəbilələrindən çoxlu insan var idi. ALLAH (C.C.) Rəsulu (s.ə.a.s.) çadır və ya bir kölgəlikdən bizim qarşımıza çıxdı və üç dəfə əli ilə (İmam Əliyə (ə.s.)) işarə etdi və Əlinin (ə.s.) əlindən tutub buyurdu: “Mən kimin mövlasıyamsa, Əli (ə.s.) də onun mövlasıdır.”
Zəhəbi bu hədisi nəql etdikdən sonra yazır: “Bu hədis çox ali və həsən (etibar olunan) hədisdir və mətni Mütəvatirdir (inkar oluna bilməyəcək həddədir).”
Kitabın mühəqqiqi Şueyb əl-Arnaut yazır: “Mən kimin mövlasıyamsa, Əli (ə.s.) də onun mövlasıdır” hədisi səhihdir.”
Mənbə: Zəhəbi, “Siyəru-əlamin-nubəla”, cild 8, səhifə 334-335, mühəqqiq: Şueyb əl-Ərnaut, çap: Müəssəsətur-risalə.
Peyğəmbər (s.ə.a.s.) buyurub: “Ey Əli (ə.s.)! Qiyamət günündə cənnət əsalarından (hasalarından) bir əsa səninlə birlikdə olar (yəni sənin bir əsan olar) ki, onunla Kövsər hovuzunun yanından münafiqləri qovarsan.”
Mənbə: “Əl-mucəmul-kəbir”, cild 3, səhifə 81, hədis: 2726-2727; “Əl-mucəmul-əvsat”, cild 7, səhifə 343, hədis 7675; “Əl-mucəmis-səğir”, cild 2, səhifə 79, hədis 1014; “Müstədrəkus-səhiheyn”, cild 3, səhifə 148, hədis 4669; Zəhəbi, “Təlxis”, cild 3, səhifə 138; “Siyəru aləmun-nubəla”, cild 3, səhifə 39; “Təhzibut-təhzib”, cild 4, səhifə 249; “Ər-riyazun-nəzirə”, cild 3, səhifə 113; “Kənzul-ümmal”, cild 13, səhifə 145, hədis 36455; “Məcməuz-zəvaid”, cild 9, səhifə 130; Əbu-Yəla, “Müsnəd”, cild 12, səhifə 140, hədis 6771.
Bərəkallah qardaş
Cabir ibn Abdullah Ənasaridən (r.ə.) belə nəql olunub: “Biz Peyğəm¬bə¬rin (s.ə.a.s.) yanında idik. Əli (ə.s.) gəldi. Həzrət Peyğəmbər (s.ə.a.s.) buyurdu: And olsun ALLAHA (C.C.) “xeyrülbəriyyə” sənsən və sənin şiələrindir. Onlar Qi¬yamət günü nicat tapacaqlar.”
Mənbə: Suyuti, “Dürrül-Mənsur”, 6-cı cild, səhifə 379.
“Əlinin (ə.s.) qapısından başqa məscidə açılan bütün qapıları bağlamağı ALLAH (C.C.) mənə əmr edib.”
Mənbə: “Əl-İstiab”, cild 4, səhifə 170; “Kifayətut-talib”, bab 44, səhifə 187; “Məcməuz-zəvvaid”, cild 9, səhifə 102.
Salam,meni bağışlayın sizin menbeylernen yazmağınız çox xoşuma geldi.Eslinde belede olmalıdı.
Qapıların bağlanması baresinde mende menbeyi elave edim,isteyirsiz sizde menbeylerinize geyd edin.
-----
KAPILARIN KAPATILMASI
Resulü Kibriya (s.a.a) Medine’ye girdiği ilk günlerde (sonraları Mescidu’n Nebi olarak adlandırılan) bir mescit yaptı. Daha sonra Allah Resulünün (s.a.a) ve bazı eşlerinin sükûnet etmesi için mescide bağlı odalar inşa edildi. Zamanla sahabelerden bazıları da mescidin yanında kendileri için odalar yaptılar. Bu odaların dışarıya açılan kapılarının dışında, sahiplerinin namaz vakitlerinde o kapıdan girdiği ve namazdan sonra da aynı kapıdan evlerine döndüğü bir de mescide açılan kapıları vardı. Hz. Peygamber efendimiz (s.a.a) Allah’ın emriyle Hz. Ali’nin (a.s) kapısı dışında Mescid-i Nebi’ye bakan tüm kapıları kapatmakla görevlendirildi.
Tepkiler
Allah Resulü (s.a.a) bu emrini işitince üzülen ve itirazlarda bulunanlara şöyle buyurdu: “Ben Ali’nin kapısı dışında tüm kapıların kapatılması için görevlendirildim, ama sizler bu konuda itirazlarda bulundunuz. Allah’a andolsun ki! Ben kendimden hiçbir kapının kapatılması veya açılması emrini vermedim. Ben bu iş için görevlendirilmişim ve ona itaat etmişimdir.”
Bazıları Gazi Numan Magribi’nin Şerhu’l Ahbar kitabındaki gibi şöyle söylemekteler: Abbas b. Abdulmuttalib Peygamberimizin (s.a.a) yanına giderek şöyle dedi: Amcanı, Ebu Bekir’i ve Ömer’i men edip de, evinin kapısının mescide açık kalması için sadece Ali’ye mi izin verdin? Allah Resulü (s.a.a) ise bu emrin Allah’ın emri olduğunu buyurdu.Elbette Magribi başka bir yerde soruyu soranı Hamza b. Abdulmuttalib olarak yad etmektedir.Seyyid Cafer Murtaza soruyu soranın Hamza olduğunu onaylayarak, Hamza’nın bu sözünü Allah Resulünün emrine itiraz olarak kabul etmemekte ve kendi deyimiyle bu emrin esrarından sual ettiğine inanmaktadır.
Hadisin Senedi
İbn Şehri Aşub, Seddu’l Ebvab hadisinin farklı nakillerini farklı ravilerden zikretmiştir.Onun söylediğine göre bu hadisi Zeyd b. Erkam, Sa’d b. Ebi Vakkas, Ebu Said Hudri, Ümmü Selam, Ebu Rafi’… gibi sahabeden yaklaşık 30 kişi rivayet etmiştir.
İbn Batrik el-Umde kitabının yirminci faslındaki “fi seddi’l ebvab mine’l mescidi illa babı Ali” babında bu konuyla ilgili farklı senetlerle on bir hadis nakletmiştir.Kunduzi Yenabiu’l Mevedde kitabının 17. babındaki “fi seddi ebvabi’l mescidi illa babı Ali” başlıklı konuda farklı senetlerle çok hadis zikretmiştir.İbn Asakir’de “Tercumetu İmam Ali b. Ebi Talib” kitabının yaklaşık 30 sayfasını bu hadislerin zikrine ayırmıştır.
Allame Meclisinin söylemine göre, Seddu’l Ebvab hadisi mütevatir hadislerden sayılmaktadır. Allame Emini el-Gadir kitabında bu hadisi zikretmeden önce şöyle yazmaktadır: “Ehlisünnetin ileri gelenleri, Seddu’l Ebvab hadisini çok fazla sahih senetlerle, sayıları tevatür derecesini geçen bir grup sahabeden nakletmiştir.”
Sizin nakl ettiğiniz hadisenin kaynakları:
Ebu Bekir için Benzer bir Hadis
İmam Ali’nin (a.s) fazileti hakkında olan Seddu’l Ebvab hadisinin mukabilinde, ehlisünnetten bazıları şu hadisi zikrederek, Allah Resulünün (s.a.a) vefat anında, Ebu Bekir'in kapısı dışında mescide açık olan bütün kapıların kapatılmasını emrettiğine inanmaktalar.
Ehlisünnetin Mutezili alimi İbn Ebi’l Hadid, Ebu Bekir hakkında rivayet edildiği iddia edilen Seddu’l Ebvab hadisini Bekriyye fırkasının uydurduğuna inanmaktadır. İbn Ebi’l Hadid şöyle yazmaktadır: Ebu Bekir’in takipçileri olan Bekriyye fırkası, Şiaların İmam Ali (a.s) hakkında naklettiği rivayetlerin karşısında hadis uyduran kimselerdir.
nda naklettiği rivayetlerin karşısında hadis uyduran kimselerdir.
KAYNAKLAR:
Hakim Nişaburi, el-Müstedrek, c. 3, s. 125; İbn Kesir, el-Bidaye ve’n Nihaye, c. 7, s. 342; Fettal Nişaburi, Rovzetu’l Vaizin, s. 118; İbn Hanbel, Fezailu Emire’l Müminin Ali b. Ebi Talib, s. 177. Uyunu Ahbaru’r Rıza (a.s), eş-Şeyh es-Saduk, c. 1, s. 232; Umdetu Uyunu Sihahu’l Ahbar fi Mekanıbı İmamu’l Ebrar, en-Nas, s. 176; el-Gazi Numan, c. 2, s. 204; Tesliyetu’l Mecalis, el-Kereki el-Hairi, c. 1, s. 278; Müstedrekü’l Hakim, c. 3, s. 117.
Şerhu’l Ahbar, el-Gazi Numan, c. 2, s. 205.
Gazi Numan, Şerhu’l Ahbar, c. 2, s. 196.
@@dogrularla_14 ALLAH (C.C.) razı olsun! o biri hesabları şikayət ediblər deyə rəy yaza bilmirdim. Ona görə müvəqqəti bu hesabdayam!
@@eshqvilayeti3774 Uğurlar olsun
@@dogrularla_14 AMİN!
Qədir-Xum adı çəkiləndə nədənsə bu vəhhabilər odlanırlar
yetimler neynesin da en boyuk problemleri olub ))
Bizi Əli ibn Əbu Talibin (ə) vilayəti ilə şərəfləndirən Allaha həmd olsun!
videoda qeyd olunurki İmam Əli əleyhissalam bir cariyə ilə yaxınlıq edibmiş guya və buna da deyirlər səhih hədisdir. Axı nikahsız belə bir işin olması zinadır və İmam bunu necə edə bilərki? Yəni belə çıxırki hədis saxtadır?
@@sagittarius4211eyni şeyi yazmısan hər videoya. Cavabını verdim. İlmada cariyələr ilə münasibəti araşdır
11. Riyah ibn əl-Haris nəql edir: “Bir neçə nəfər Rəhbədə (Kufə məscidinin həyətində) Həzrət Əlinin (ə.s.) yanına gəlib dedilər: “Salam olsun sənə, ey bizim mövlamız!.”
Əli (ə.s.) onlara dedi: “Siz ərəb qövmü olduğunuz halda, mən necə sizin mövlanız ola bilərəm?”
(Səhabələr) dedilər: “Biz Qədir-Xum günü ALLAH (C.C.) Rəsulunun (s.ə.a.s.) “Mən kimin mövlasıyamsa, bu (Əli (ə.s.)) də onun mövlasıdır” dediyini eşitmişik.”
Riyah (hədisi nəql edən şəxs) deyir: “Onlar oradan uzaqlaşan kimi, mən də onların arxasınca gedib, soruşdum ki, siz kimlərsiniz?” Dedilər ki, ənsardan (Peyğəmbərin (s.ə.a.s.) Mədinədən olan səhabələrindən) olan bir dəstəyik. Onların arasında (səhabə) Əbu Əyyub əl-Ənsari də var idi.”
Mənbə: “Müsnəd Əhməd ibn Hənbəl”, cild 4, səhifə 419, hədis 23609.
Kitabı tədqiq edən hədisşünas Şuəyb əl-Ərnəut deyir ki, hədisin sənədi “Səhihdir.”
Peyğəmbərdən (s.ə.a.s.) Əli (ə.s.) haqqında soruşdular və bu zaman Peyğəmbər (s.ə.a.s.) buyurdu: “Hikmət (müdriklik, elm) ALLAH (C.C.) tərəfindən 10 yerə bölünüb. Onun 9 hissəsi Əliyə (ə.s.) verilib, 1 hissəsi isə digər insanlara verilib.”
Mənbə: “Hilyətul-övliya”, cild 1, səhifə 64; “Tarixi-mədinətu Dəməşq”, cild 2, səhifə 481, hədis 999; “Əl-İstiab”, cild 3, səhifə 1104, hədis 1855; “Mizanul-etidal”, cild 1, səhifə 58, hədis 499; “Kifayətut-talib”, bab 59, səhifə 226, 292, 332.
9. İmam Əlidən (ə.s.) nəql olunub: “Peyğəmbər (s.ə.a.s.) Qədir-Xumda Əlinin (ə.s.) əlindən tutaraq dedi: “ALLAH Təbərəkə və Təala sizin Rəbbiniz olduğuna şəhadət verirsizmi?”
(Səhabələr) dedilər: “Bəli.”
Peyğəmbər (s.ə.a.s.) dedi: “ALLAH (C.C.) və Rəsulunun (s.ə.a.s.) sizə özünüzdən daha əvla (daha da ixtiyar sahibi) olduğuna və ALLAH (C.C.) və Rəsulunun (s.ə.a.s.) sizin əvliyanız (dostunuz) olduğuna şəhadət verirsizmi?”
(Səhabələr) dedilər: “Bəli.”
Peyğəmbər (s.ə.a.s.) dedi: “ALLAH (C.C.) və Rəsulu (s.ə.a.s.) hər kimin mövlasıdırsa (ixtiyar sahibi və dostudursa), bu Əli (ə.s.) də onun mövlasıdır (ixtiyar sahibi və dostudur). Mən sizlərə elə bir şeylər əmanət qoyuram ki, əgər onlara sarılsanız, heç vaxt zəlalətə düşməzsiniz. Onlardan biri ALLAHIN (C.C.) Kitabı və digəri isə mənim Əhli-Beytimdir.”
Hədisdən sonra İbn Həcər əl-Əsqəlani deyib ki, bu hədisin sənədi “səhihdir.”
Mənbə: İbn Həcər əl-Əsqəlani, “əl-Mətalibul-aliyə”, cild 16, səhifə 142, hədis 3943.
Allah qiyamət günü hz əlini bizim üzərimizə şəfayət gərar versin inşallah
videoda qeyd olunurki İmam Əli əleyhissalam bir cariyə ilə yaxınlıq edibmiş guya və buna da deyirlər səhih hədisdir. Axı nikahsız belə bir işin olması zinadır və İmam bunu necə edə bilərki? Yəni belə çıxırki hədis saxtadır?
Peyğəmbərimiz dura dura Hz.Əli şəfayətçi olacaq ? Allah hidayət versin
5. İmam Əlidən (ə.s.) nəql olunub: “Peyğəmbər (s.ə.a.s.) Qədir-Xumda Əlinin (ə.s.) əlindən tutaraq dedi: “ALLAH (C.C.) Təbərək və Təala sizin Rəbbiniz (C.C.) olduğuna şəhadət verirsizmi?.” (Səhabələr) Dedilər: “Bəli.” Peyğəmbər (s.ə.a.s.) dedi: “ALLAH (C.C.) və Rəsulunun (s.ə.a.s.) sizə özünüzdən daha əvla (daha da ixtiyar sahibi) olduğuna və ALLAH (C.C.) və Rəsulunun (s.ə.a.s.) sizin əvliyanız (dostunuz) olduğuna şəhadət verirsizmi?.” (Səhabələr) Dedilər: “Bəli.” Peyğəmbər (s.ə.a.s.) dedi: “ALLAH (C.C.) və Rəsulu (s.ə.a.s.) hər kimin mövlasıdırsa, (ixtiyar sahibi və dostudursa) bu Əli (ə.s.) də onun mövlasıdır (ixtiyar sahibi və dostudur). Mən sizlərə elə bir şeylər əmanət qoyuram ki, əgər onlara sarılsanız, heç vaxt zəlalətə düşmərsiniz. Onlardan biri ALLAHIN (C.C.) Kitabı və digəri isə mənim Əhli-Beytimdir (ə.s.).”
Hədisdən sonra İbn Həcər əl-Əsqəlani deyib ki, bu hədisin sənədi “səhih”dir.
Mənbə: İbn Həcər əl-Əsqəlani, “əl-Mətalibul-Aliyə”, cild 16, səhifə 142, hədis 3943.
“Eşitdim Muhəmməd ibn Mənsur dedi: Biz Əhməd ibn Hənbəlin yanında idik. Bir kişi gələrək ondan soruşdu:
“Ey Əbu Abdullah! (İmam) Əlinin (ə.s.) “Mən cəhənnəmi bölənəm” deməsi barədə nəql olunan hədis haqqında nə deyirsən?”
Əhməd ibn Hənbəl dedi: “Bu hədisin nəyin inkar edirsiniz? Peğəmbərin (s.ə.a.s.) (İmam) Əliyə (ə.s.) “Səni yalnız mömin sevər, sənə yalnız münafiq nifrət edər” - deyə buyurduğunu nəql etmirikmi?
Dedi: “Bəli.”
(Əhməd) dedi: “Mömin hardadır?”
(Kişi) dedi: “Cənnətdədir.”
(Əhməd) dedi: “Münafiq hardadır?”
(Kişi) dedi: “Cəhənnəmdədir.”
(Əhməd) dedi: “Deməli, (İmam) Əli (ə.s.) cəhənnəmi böləndir.”
Mənbə: əl-Qazi İbn Əbi Yalə, “Təbəqat əl-Hənabilə”, cild 1, səhifə 317, hədis 448; Dar əl-Marifə, Beyrut.
İlk 3 (üç) xəlifə və İmam Əli ibn Əbu Talibin (ə.s.) şücaət fərqi:
3-cü hissə: Xeybər döyüşü:
1. “Əl-Müstədrək alə əs-səhiheyn” kitabında Hafiz Hakim Nişapuri belə bir rəvayət nəql edir:
“Bizə Əbul-Abbas Muhəmməd ibn Əhməd əl-Məhbubi rəvayət etdi (və dedi): bizə Səid ibn Məsud rəvayət etdi (və dedi): bizə Abdullah ibn Musa rəvayət etdi (və dedi): Nuəym ibn Hakim bizə Əbi Musa əl-Hənəfidən, o da Əlidən (ə.s.) belə nəql edir: Peyğəmbər (sallallahu əleyhi [və alihi] və səlləm) Xeybərə yola düşdü. Elə ki oraya çatdı, Öməri və onunla birlikdə bir dəstə camaatı onların (yəhudilərin) şəhərlərinə və ya qalalarına göndərdi. Onlar gedib döyüşdülər. Çox keçmədi ki, yəhudilər Öməri və adamlarını məğlub etdilər. Budan sonra onlar (Ömərin adamları) Öməri, Ömər də onları qorxaq adlandıra-adlandıra gəldilər.”
(Hakim deyir:) “Bu hədisin sənədi səhihdir, lakin onlar (Buxari və Müslim) öz kitablarında qeyd etməyiblər.”
Şəmsuddin əz-Zəhəbi “ət-Təlxis”də deyir: “Səhihdir.”
Mənbə: Hakim ən-Nisaburi, “əl-Müstədrək alə əs-Səhiheyn”, cild 3, səhifə 40, hədis 4340; Dar əl-Kutub əl-İlmiyyə, Beyrut, 1422/2002; təhqiq: Mustafa Əbdül-Qadir Ata.
2. İbn Əbi Şeybə “əl-Müsənnəf” kitabında yazır:
“(Bizə) Übeydullah nəql edib dedi: Nueym ibn Həkim bizə Əbu Məryəmdən, o da Əlidən (ə.s.) belə nəql etmişdir: “ALLAH (C.C.) Rəsulu (sallallahu əleyhi [və alihi] və səlləm) Xeybərə yürüş etdi. Gəlib Xeybərə çatdıqda Öməri və onunla birgə camaatı onların (yəhudilərin) şəhərlərinə - və ya: qalalarına - göndərdi. Onlar gedib yəhudilərlə döyüşdülər. Lakin çox keçmədi ki, Ömər və ordusu məğlub olub döyüşdən qaçdılar.1 Ömər onları, onlar da Öməri qorxaq adlandıra-adlandıra gəldilər. Bu, ALLAH (C.C.) Rəsulunu (sallallahu əleyhi [və alihi] və səlləm) kədərləndirdi. O buyurdu: “Onların üzərinə elə bir şəxsi göndərəcəyəm ki, ALLAHI (C.C.) və Rəsulunu (s.ə.a.s.) sevir, ALLAH (C.C.) və Rəsulu (s.ə.a.s.) da onu sevirlər. O, onlarla döyüşəcək və ALLAH (C.C.) ona zəfər bəxş edəcək. O, döyüşdən qaçan deyil!” Bu zaman camaat (Peyğəmbərin (s.ə.a..s) əlindəki bayrağa) tərəf boylanmağa başladılar. Peyğəmbərin (s.ə.a.s.) dediyi (xüsusiyyətlərə) sahib olmaqdan ötrü boyunlarını ona tərəf uzadıb özlərini ona göstərməyə çalışdılar. Peyğəmbər (sallallahu əleyhi [və alihi] və səlləm) bir müddət gözlədi. Sonra buyurdu: “Əli (ə.s.) haradadır?” Dedilər: “Onun gözləri ağrıyır.” Buyurdu: “Çağırın onu.” (Əli (ə.s.) deyir:) “Elə ki, onun yanına gəldim, gözlərimi açdı, sonra ağzının suyunu gözlərimə sürtdü və bayrağı mənə verdi. Mən ALLAH (C.C.) Rəsulunun (sallallahu əleyhi [və alihi] və səlləm) onlar barədə fikrini dəyişəcəyindən qorxaraq, bayrağı götürüb cəld yola düşdüm. Onların yanına gəldim və onlarla döyüşdüm. (Onlar arasından) Mərhəb önə çıxıb rəcəz deməyə başladı. Mən də onun qarşısına çıxıb onun kimi rəcəz dedim. Nəhayət qarşılaşdıq (döyüşə başladıq). ALLAH (C.C.) onu mənim əllərimlə qətlə yetirdi. Bundan sonra onun adamları qorxub qaçdılar. Qalaya sığınıb qapını bağladılar. Biz qapıya yaxınlaşdıq. Bir müddət qapını açmağa çalışdıq, nəhayət ALLAH (C.C.) o qapını açdı.”
Mənbə: İbn Əbi Şeybə, “əl-Müsənnəf”, cild 7, səhifə 396, hədis 32894; Darul-Tac, Beyrut, 1409/1989; təhqiq: Kamal Yusif əl-Hut.
3. RəsulALLAH (s.ə.a.s.) Xeybər günü dedi: “Sabah bayrağı elə bir şəxsə verəcəyəm ki, O, ALLAHI (C.C.) və Rəsulunu (s.ə.a.s.) sevir, ALLAH (C.C.) və Rəsulu (s.ə.a.s.) da onu sevir.” Bu sözə görə adamların çoxu boyunlarını irəli uzadırdılar ki, RəsulALLAH (s.ə.a.s.) onları görsün. Amma o (s.ə.a.s.) dedi: “Əlini (ə.s.) yanıma gətirin.” Əlini (ə.s.) gətirdilər, onun gözləri ağrıyırdı. Peyğəmbər (s.ə.a.s.) onun gözlərinə üfürdü və bayrağı ona verdi. ALLAH (C.C.) onun əliylə fəthi müyəssər etdi.” Rəvayəti edən daha sonra deyir ki: “… gəlin biz də oğlanlarımızı, siz də oğlanlarınızı; biz də qadınlarımızı, siz də qadınlarınızı…” (Ali-İmran surəsi, 61-ci ayəsi) ayəsi nazil olduğu zaman RəsulALLAH (s.ə.a.s.) Əlini (ə.s.), Fatiməni (ə.s.), Həsən (ə.s.) və Hüseyni (ə.s.) yanına çağırdı və: “ALLAHIM (C.C.) bunlar mənim ailəmdir!” - buyurdu.”
Mənbə: Buxari, “Kitabul-məğazi”, cild 4, səhifə 231; Müslim, “Fadailus-səhabə”, 32 (2404); Tirmizi, “Mənaqib”, hədis 3726.
Peyğəmbər (s.ə.a.s.) buyurur: “Əlidən (ə.s.) nə istəyirsiniz? Əli (ə.s.) məndən və mən də ondanam və o məndən sonra hər bir möminin vəlisidir.”
Kitabın mühəqqiqi yazır: “Hədisi rəvayət edənlər “Səhihi”in (Buxari və ya Müslimin) raviləridir.”
Mənbə: “Musnədi - Əbi Yəla əl-Mousuli”, mühəqqiq: Huseyn Səlim Əsəd, cild 1, səhifə 293, çap: Darul-Mməmun lit-turas.
Bu etirazlar Yemen'de alınan zekat ve xumsler üsdüne olub.
İcazenizle men Yemen növzusunu geyd edim,sizde isdeyerseniz birge geyd edin.Mövzu tam aydın olsun.
Çün bu mövzunu Ğedir Xum'da,peyğember saa,Ali as'a etiraz edenlerin evezinde "Men kimin movlasıysam,Ali'de,onun movlasıdı." Sözüne burdaki movla'yı,veli-dost kimi mahna ediller.Hemçinin bu mövzu Medine'de olmuş mçvzudu.O kesler vida haccına gelmediler.Yemen'den düzce Medine'ye gayıtdılar.
-----
"Ali bin Ebi Talip Yemen'de iken Resulullah'a (s.a.a.) bir parça altın gönderdi. Resulullah (s.a.a.) onu bazı kimseler arasında dağıttı. Kureyş ve Ensar buna kızarak dediler ki: "Nasıl oluyor da altınları Necdlilere veriyor da bizlere vermiyor?" Peygamber şöyle buyurdu: "Onların kalplerini İslam'a ısındırmak istedim." Birisi gelerek; "Ey Muhammed! Allah'tan kork!" dedi. Resulullah (s.a.a.); "Eğer ben
Allah'a karşı günah işlersem, kim Allah'a itaat eder? Allah beni dünyadaki bütün insanlara emin olarak gönderdiği halde siz bana güvenmiyor musunuz?"
----------------------------
1- Sahih-i Buhari, c. 3, s. 229 ve c. 6, s. 130
-----
@@dogrularla_14 ALLAH (C.C.) razı olsun!
@@eshqvilayeti3774 Siznen bahem,sağolun
Peyğəmbər (s.ə.a.s.) buyurub: “Əli (ə.s.) itaətkarların (xeyirxahların) imamıdır, facirlərin (itaətsizlərin, ziyankarların) qatilidir. Kim ona kömək etsə ALLAH (C.C.) tərəfindən (həmin şəxsə) kömək olunacaqdır, kim onu (ona kömək etməyib) tərk etsə (həmin şəxs də həmçinin ALLAH (C.C.) tərəfindən kömək edilməyib) tərk olunacaqdır.”
Mənbə: “Kənzul-ümmal”, cild 11, səhifə 602; “Əl-camius-səğir”, cild 2, səhifə 177; “Feyzul-qadir şərh əl-camius-səğir”, cild 4, səhifə 469.
Əmirəlmöminin Həzrət Əlinin (ə.s.) İmamətinin (Vilayətinin) Quran və hədislərlə isbatı:
Əhli-Sünnə mənbələri:
Əhli-sünnənin böyük alimlərindən olan Təftazani yazır:
“Sizin vəliniz yalnız və yalnız ALLAH (C.C.), Onun Rəsulu (s.ə.a.s.) və iman gətirənlərdir. O kəslər ki, namaz qılır və rükuda olduqları halda sədəqə verirlər (əl-Maidə surəsi, 55-ci ayə).”
“Bu ayə təfsir alimlərinin ittifaqına əsasən namazında rüku halında olarkən üzüyünü dilənçiyə əta edən zaman Əli ibn Əbu Talib (ə.s.) haqqında nazil olmuşdur.”
Mənbə: Təftazani, “Şərhul-Məqasid fi elmil-kəlam”, cild 5, səhifə 270, çap: Aləmul-kutub (cild 2, səhifə 288, çap: Darul-Məarifin-Numaniyyə).
Wiyelik mesheb deil , megamdir ki Allah besireti olanlara onu nesib eder
🙏🙏🙏🙏🙏
3. Əhli-Sünnənin böyük alimlərindən olan Əhməd ibn Hənbəl öz sənədi ilə Əbu Tufeyldən belə nəql edir: “Əli (ə.s.) Rəhbədə (Rəhbə adlanan bir yerdə) insanları bir yerə yığıb onlara belə buyurdu: “ALLAH (C.C.) adına, hər bir müsəlman olan kəsdən ALLAH (C.C.) Rəsulunun (s.ə.a.s.) Qədir-Xum günündə ayağa qalxıb buyurduqlarından eşitdiyini (deməsini) istəyirəm!” İnsanlardan otuz nəfər ayağa qalxdı. Əbu Nəim deyib ki, bir çox insan ayağa qalxıb Peyğəmbərin (s.ə.a.s.) Əlinin (ə.s.) əlindən tutub belə buyurduğuna şəhadət verdilər: “Bilirsinizmi ki, mən möminlərin üzərində onların özlərindən daha artıq ixtiyar sahibiyəm (möminlərin hər bir işində onların özlərindən daha çox haqqım var)?” Dedilər: “Bəli, ey ALLAHIN (C.C.) Rəsulu (s.ə.a.s.).” Peyğəmbər (s.ə.a.s.) buyurdu: “Mən kimin mövlasıyamsa (ixtiyar sahibiyəmsə), bu şəxs də onun mövlasıdır (ixtiyar sahibidir)! İlahi (C.C.) onu özünə vəli (ixtiyar sahibi) qəbul edənə sən də vəli ol və ona düşmən olana sən də düşmən ol!” (Əbu Tufeyl deyir:) Oradan sanki içimdə bir şey (qəribə bir hiss və ya şübhə) olan bir halda ayrıldım və daha sonra (Peyğəmbər (s.ə.a.s.) səhabəsi) Zeyd ibn Ərqəmlə görüşdüm və ona dedim: “Mən Əlinin (ə.s.) dediyi filan filan sözləri eşitdim.” O dedi: “Bəs niyə inkar edirsən? (və ya inkar edirsənmi? Və ya inkar etmə!) Mən də ALLAH (C.C.) Rəsulunun (s.ə.a.s.) onun haqqında belə buyurduğunu eşitmişəm.”
Şüeyb əl-Ərnəut bu hədisin sənədi haqqında yazır: “Sənədi səhihdir. Raviləri siqələrdir (etimad olunan şəxslərdir) və Fitrdən başqa (hamısı) Buxari və Müslimin raviləridir o (Fitr) isə “Sünən” sahiblərinin ravilərindəndir.”
Mənbə: Əhməd ibn Hənbəl, “Müsnəd”, təhqiq: Şüeyb Əl-Ərnəut, cild 32, səhifə 56, çap: Müəssəsətur-risalə.
Peyğəmbər (s.ə.a.s.) buyurdu: ““Bilirsinizmi ki, mən möminlərin üzərində onların özlərindən daha artıq ixtiyar sahibiyəm (möminlərin hər bir işində onların özlərindən daha çox haqqım var)?” Dedilər: “Bəli, ey ALLAHIN (C.C.) Rəsulu (s.ə.a.s.).” Peyğəmbər (s.ə.a.s.) Əlinin (ə.s.) əlini qaldırıb buyurdu: “Mən kimin mövlasıyamsa (ixtiyar sahibiyəmsə), bu şəxs də onun mövlasıdır (ixtiyar sahibidir)! İlahi (C.C.) onu özünə vəli (ixtiyar sahibi) qəbul edənə sən də vəli ol və ona düşmən olana sən də düşmən ol!” Ömər ibn Xəttab (İmam) Əli (ə.s.) ilə görüşdü və buyurdu: “Mübarək olsun, ey Əbu Talibin oğlu (ə.s.) Bütün mömin və möminələrin mövlası oldun.”
“Səhih liğayrihi.”
Mənbə: Əhməd ibn Hənbəl, “Müsnəd”, təhqiq: Şüeyb Əl-Ərnəut, cild 30, səhifə 430, hədis 18479.
Əbu Tufeyl nəql edib: “İmam Əlinin (ə.s.) xütbə edərkən belə dediyinin şahidi oldum: “(Hər bir şeyin barəsində) Soruşun məndən! ALLAHA (C.C.) and olsun ki, Qiyamətə qədər baş verəcək hər nə şey barəsində soruşsanız, onun barəsində sizə xəbər verərəm. ALLAHIN (C.C.) Kitabı barəsində soruşun məndən! ALLAHA (C.C.) and olsun ki, hər bir ayənin gecəmi-gündüzmü, səhradamı-dağdamı nazil olduğunu bilirəm.””
Mənbə: 1) Əl-Əzrəqi, “Əxbəru-Məkkə”, cild 1, səhifə 92, hədis 40. Kitabın mühəqqiqi doktor Əbdul-Məlik ibn Abdullah ibn Duheyş deyib ki, hədisin sənədi səhihdir; 2) İbn Abdul-Bərr, “Cəmiu Bəyan əl-Elm və Fəzlih”, cild 1, səhifə 64, hədis 726.
Sənədi:
Əhməd ibn Fəth - şeyx,siqə,mühəddis,
Zəhəbi, “Siyər”, cild 17, səhifə 205, №118;
Həmzə ibn Məhəmməd ibn İysə Əbu Əli əl-Curcani - Şeyx Xətib onu siqə saymışdır.
Zəhəbi, “Siyər”, cild 14, səhifə 150, №86;
İshaq ibn İbrahim - Siqə, hafiz, müctəhid
İbn Həcər, “Təqrib”, cild 1, səhifə 99,№332;
Məhəmməd ibn Əbdu Əli əs-Sənani əl-Bəsri - siqə
İbn Həcər, “Təqrib”, cild 1, səhifə 491,№6058;
Məhəmməd ibn Səvr əs-Sənani - siqə
İbn Həcər, “Təqrib”, cild 1, səhifə 471,№5775;
Məəmər ibn Rəşid - Əbu Urvə Bəsri deyilir.Yəməndə yaşamışdır,siqədir,saleh şəxsdir.
Əl-İcli, “əs-Siqat”, cild 2, səhifə 290, №1766.
Vəhəb ibn Abdullah - Səhabədir
İbn Əbdul Birr, “əl-İstiab”, cild 4, səhifə 1619, №2891;
Əbu Tufeyl - Səhabədir
Əl-İcli, “əs-Siqat”, cild 2, səhifə 15, №830.
Əmirəlmöminin Həzrət Əlinin (ə.s.) İmamətinin (Vilayətinin) Quran və hədislərlə isbatı:
Əhli-Sünnə mənbələri:
İbn Əbi Hatəm öz sənədi ilə belə nəql edir:
Səlmə ibn Kuheyl demişdir: “Əli (ə.s.) rükuda olduğu halda üzüyünü sədəqə Verdi və bu ayə nazil oldu: “Sizin vəliniz yalnız və yalnız ALLAH (C.C.), Onun Rəsulu (s.ə.a.s.) və iman gətirənlərdir. O kəslər ki, namaz qılır və rukuda olduqları halda sədəqə veririlər.”
Mənbə: İbn Əbi Hatəm, “Təfsirul-Quranil-Əzim”, səhifə 1162, hədis 6551, çap: Məktəbətul-Nəzzar Mustafa əl-Baz, ər-Riyad.
Əmirəlmöminin Həzrət Əlinin (ə.s.) İmamətinin (Vilayətinin) Quran və hədislərlə isbatı:
Əhli-Sünnə mənbələri:
Əhli-sünnə alimlərindən olan Təbərani belə nəql edir: “Muhəmməd ibn Əli əs-Saiğ, Xalid ibn Yezid Öməridən, o da İshaq ibn Abdullah ibn Muhəmməd ibn Əli ibn Hüseyndən, o da Həsən ibn Zeyddən, o da atası Zeyd ibn Həsəndən o da babasından (İmam Həsəndən (ə.s.)) nəql edir ki, belə demişdir: Əmmar ibn Yasirin belə dediyini eşitdim:
“Əli ibn Əbu Talib (ə.s.) nafilə namazında rüku halında olarkən bir dilənçi onun önündə (yanında) dayandı və o (İmam Əli (ə.s.)) üzüyünü çıxarıb dilənçiyə əta etdi. Həmin dilənçi ALLAH (C.C.) Rəsulunun (s.ə.a.s.) yanına gəlib bu hadisəni ona bildirdi və Peyğəmbərə (s.ə.a.s.) bu ayə nazil oldu: “Sizin vəliniz (rəhbəriniz) yalnız və yalnız ALLAH (C.C.), Onun Rəsulu (s.ə.a.s.) və iman gətirənlərdir. O kəslər ki, namaz qılır və rükuda olduqları halda sədəqə verirlər.” (əl-Maidə surəsi, 55-ci ayə) və Peyğəmbər (s.ə.a.s.) həmin ayəni oxuyub sonra buyurdu: “Mən kimin mövlasıyamsa, Əli (ə.s.) də onun mövlasıdır. İlahi (C.C.) onu vəli qəbul edənə sən də vəli ol və ona düşmən olana sən də düşmən ol!”
Mənbə: Təbərani, “Əl-Mucəmul-əvsət”, cild 6, səhifə 218, çap: Darul-Hərəmeyn.
Qədir-Xum | animasiya: th-cam.com/video/-WJ2wZCtfSQ/w-d-xo.html
MaşALLAH ALLAH sizden razi olsun
Əmirəlmöminin Həzrət Əlinin (ə.s.) İmamətinin (Vilayətinin) Quran və hədislərlə isbatı:
Əhli-Sünnə mənbələri:
İmam Əli ibn Əbu Talib (Ali ibn Ebu Talib, Али ибн Абу Талиб) (ə.s.)
Quran ayələrində:
10.
qovulmuş (lənətlənmiş) şeytandan ALLAHA (C.C.) SIĞINIRAM!
RƏHMAN VƏ RƏHİM ALLAHIN (C.C.) ADI İLƏ!
Əl-Maidə surəsinin 55-ci ayəsi: “Sizin haminiz ancaq ALLAH (C.C.), Onun Peyğəmbəri (s.ə.a.s.) və iman gətirənlərdir. O kəslər ki, (ALLAHA (C.C.)) namaz qılır və rükuda olduqları halda zəkat verirlər.”
ÇOX UCA VƏ ÇOX ƏZƏMƏTLİ ALLAH (C.C.) DOĞRU BUYURDU!
“Əmmar ibn Yasirdən (r.ə.) rəvayət olunur ki, bir dilənçi gəlib Həzrət Əlinin (ə.s.) yanında durur. O namazda rüku halında idi. Həzrət Əli (ə.s.) dilənçiyə işarə etdi və o, üzüyü çıxartdı. Sonra Həzrət Əli (ə.s.) Peyğəmbərə (s.ə.a.s.) bu barədə danışdı. Bu zaman bu ayə nazil oldu: “Sizin haminiz ancaq ALLAH (C.C.), Onun Peyğəmbəri (s.ə.a.s.) və iman gətirənlərdir. O kəslər ki, (ALLAHA (C.C.)) namaz qılır və rükuda olduqları halda zəkat verirlər.” ALLAHIN (C.C.) Rəsulu (s.ə.a.s.) bu ayəni oxudu və dedi: Mən hər kimin vəlisiyəmsə, Əli (ə.s.) də onun vəlisidir. Rəbbim (C.C.)! Onunla dost olana dost, düşmən olana düşmən ol.”
Mənbə: Təbərani, “əl-Mucəmül-əvsat”, cild7, səhifə 129-130, hədis 6228, “əl-Mucəmül-kəbir”, cild 4, səhifə 174, hədis 4053; cild 5, səhifə 195, hədis 5068-5069; cild 5, səhifə 203-204, hədis 5092 və 5097 və “əl-Mucəmüs-sağir” cild 1, səhifə 65; Əhməd ibn Hənbəl, “əl-Müsnəd” cild 1, səhifə 119, cild 4, səhifə 372; Hakim, “əl-Müstədrək”, cild 3, səhifə 119, hədis 4576; cild 3, səhifə 371, hədis 5594; Diyə Məqdisi, “əl-Əhədisül-muxtarə” cild 2, səhifə 106, hədis 480; cild 2, səhifə 174, hədis 553; Heysəmi, “Məcməüz-zəvaid” cild 7, səhifə 17; “Məvariduz-zaman”, səhifə 544, hədis 2205; İbn Əsir, “Əsədül-ğabə fi mərifətis-səhabə”, cild 2, səhifə 362, cild 3, səhifə 487; Hindi, “Kənzül-ümmal” cild 11 səhifə 332-333, hədis 31662; cild 13, səhifə 104, hədis 36340; cild 13, səhifə 169, hədis 36511; Xətib Bağdadi, “Tarix-i Bağdad” cild 7, səhifə 377.
Hindi “Kənzül-ümmal” kitabında (cild 11, səhifə 609, hədis 32950) yazır:
“Təbərani bu hədisi Əbu Hureyrə və digər 12 səhabədən , Əhməd ibn Hənbəl isə Əbu Əyyub əl-Ənsaridən və o cümlədən, çox sayda digər səhabələrdən nəql etmişdir. Həkim “əl-Müstədrək”də Əli (ə.s.) və Təlhədən rəvayət edir. İmam Əhməd ibn Hənbəl və Təbərani bu hədisi Əli (ə.s.), Zeyd ibn Ərqəm və digər 30 səhabədən rəvayət ediblər. Əbu Nüeym “Fədailus-səhabə”də Səddən, Xətib Bağdadi isə Ənəsdən nəql edir.
(İbni Kəsir bu ayənin İmam Əli (ə.s.) haqqında nazil olması barədə hədisləri zəif hesab edir. Bununla razılaşanlar öz layiqli cavablarını - 313news.net/forum/topic/3885/ - elektron ünvanına daxil olmaqla ala bilərlər.)
İbn Abbas deyir: “Tezliklə fitnə meydana çıxacaqdır. Sizlərdən hər kim həmin zamana yetişsə, boynunda iki xüsusiyyət olmalıdır (yəni iki şeyə diqqət etməlidir, iki şeydən yapışmalıdır). “ALLAHIN (C.C.) kitabı və Əli ibn Əbu Talib (ə.s.).” Çünki mən ALLAH (C..C) Rəsulunun (s.ə.a.s.) Əlinin (ə..s) əlindən tutan halda belə buyurduğunu eşitdim: “Bu mənə ilk iman gətirən və (qiyamət günündə) mənimlə ilk görüşəcək şəxsdir. O, bu ümmətin “Faruqudur” (ayıranıdır), haqq ilə batili bir-birindən ayırar. O, möminlərin rəisidir, mal-dövlət isə zalımların (zülmət əhlinin) rəisidir. O “Siddiqul-əkbərdir” (ən böyük doğru danışan və haqqı təsdiq edəndir). O, mənim (dinimə açılan) qapımdır, hansı ki, (bu dinə) ondan (onun vasitəsilə) daxil olunar (daxil olunmalıdır). O, məndən sonra mənim xəlifəmdir.”
Mənbə: İbn Əsakir, “Tarixu-mədinəti Dəməşq”, cild 42, səhifə 42, çap: Darul-Fikr.
Əhli-sünnə tarixçisi İbn Quteybə əd-Dinəvari (vəfat tarixi 276 h.) hədis alimlərinin Əmirəlmöminin Əli ibn Əbu Talibin (ə.s.) fəzilətləri barədə yürütdükləri siyasət barədə belə deyir: “Hədis alimlərinin çoxu (Həzrət) Əlinin (ə.s.) - KərrəmƏLLAHU vəchəh - fəzilətləri barədə danışmaqdan və ya onun üçün deyilməsi vacib olan məsələlərdən çəkinmişlər. Halbuki, bütün həmin hədislərin səhih sənədləri vardır. Onun övladı Hüseyni (ə.s.) Peyğəmbərin (s.ə.a.s.) “Birlikdə olan ümmətimə qarşı çıxan şəxs kim olsa belə, onu qətlə yetirin” hədisinə əsasən xarici (dindən xaric olan), müsəlmanların birliyini bölən, qanı halal olan adlandırmışlar. Onunla (İmam Əli (ə.s.) ilə) şura əhlini bərabər tutmuşlar, çünki (onların fikrincə), onun fəziləti Ömərə bəlli olsaydı, onu üstün tutardı və (xilafət) məsələsini onların arasında şura yolu ilə həll etməzdi. (Həzrət) Əli (ə.s.) barəsində danışan və ya onun fəzilətləri barədə hədis nəql edənlərə əhəmiyyət verməmişlər. Hətta hədis alimlərinin əksəriyyəti həmin hədisləri qeyd etməkdən çəkinərək, Əmr bin As (lən.) və Müaviyənin (lən.) fəzilətlərini toplamağa çalışmışlar. Sanki onlar həmin hədisləri istəmirdilər. Yalnız onun (pisliyini) istəyirdilər. Əgər bir kəs “RəsulALLAHIN (s.ə.a.s.) qardaşı, nəvələri Həsən (ə.s.) və Hüseynin (ə.s.) atası (İmam) Əlidir (ə.s.), Kisa (əba) altında olanlar Əli (ə.s.), Fatimə (ə.s.), Həsən (ə.s.) və Hüseyn (ə.s.) olmuşdur” deyərsə, qaş-qabaqlar tökülür, gözlər inkar edir və qəlblərdə kin-küdurət yaranır. Əgər bir kəs Peyğəmbərin (s.ə.a.s.) “Mən kimin mövlasıyamsa, Əli (ə.s.) də onun mövlasıdır”, “Sənin mənə nisbətin Harunun (ə.s.) Musaya (ə.s.) olan nisbəti kimidir” və bu kimi hədisləri qeyd edərsə, nöqsan tutmaq, rafizilərə olan nifrət üzündən, onlara görə (İmam) Əlini (ə.s.) layiq olmadığı məqama endirmək üçün həmin hədislərin sənədlərindən yapışırlar. Bu, məhz cəhalətin özüdür.”
Mənbə: “əl-İxtilaf fil-ləfz vər-rədd aləl-cəhəmiyyə vəl-muşəbbəhə”, səhifə 54-56, Nəşr: “Darul-rayə” - S.Ərəbistanı, 1412 h./1991 m.; təhqiq: Ömər bin Mahmud Əbu Ömər.
Peyğəmbər (s.ə.a.s.) Qədir-Xumda Əlinin (ə.s.) əlindən tutaraq dedi: “ALLAH Təbərək və Təala (C.C.) sizin Rəbbiniz olduğuna şəhadət verirsizmi?” (Səhabələr) Dedilər: “Bəli”. Peyğəmbər (s.ə.a.s.) dedi: “ALLAH (C.C.) və Rəsulunun (s.ə.a.s.) sizə özünüzdən daha əvla (daha da ixtiyar sahibi) olduğuna və ALLAH (C.C.) və Rəsulunun (s.ə.a.s.) sizin əvliyanız (dostunuz) olduğuna şəhadət verirsizmi?”. (Səhabələr) Dedilər: “Bəli.” Peyğəmbər (s.ə.a.s.) dedi: “ALLAH (C.C.) və Rəsulu (s.ə.a.s.) hər kimin mövlasıdırsa, (ixtiyar sahibi və dostudursa) bu Əli (ə.s.) də onun mövlasıdır (ixtiyar sahibi və dostudur). Mən sizlərə elə bir şeylər əmanət qoyuram ki, əgər onlara sarılsanız, heç vaxt zəlalətə düşmərsiniz. Onlardan biri ALLAHIN (C.C.) Kitabı və digəri isə mənim Əhli-Beytimdir.””
Hədisdən sonra İbn Həcər əl-Əsqəlani deyib ki, bu hədisin sənədi səhihdir.
Mənbə: İbn Həcər əl-Əsqəlani, “əl-Mətalibul-aliyə”, cild 16, səhifə 142, hədis 3943.
İmam əli mənim mövlamdı şahı Vilayət di əmirəl möminin
Bizə Abdullah rəvayət etdi və dedi: mənə atam rəvayət etdi və dedi: bizə Yəhya ibn Əbi Bəkr rəvayət etdi və dedi: bizə İsrail, Əbi İshaqdan, o da Abdullah əl-Cədəlidən onun belə dediyini rəvayət etdi: “Ümmü Sələmənin (r.ə.) yanına gəldim. O məndən: “Aranızda ALLAHIN (C.C.) Rəsulunu (s.ə.a.s.) söyürlər?”,-deyə soruşdu. Mən “SübhanALLAH və ya “ALLAH (C.C.) eləməsin”,-dedim. O dedi: “ALLAHIN (C.C.) Rəsulundan (s.ə.a.s.) belə eşitmişəm: “Əlini (ə.s.) söyən kəs şübhəsiz ki, məni söymüş olar.”
Şueyb əl-Arnaut dedi: “Sənədi səhihdir.”
Mənbə: 1) Əhməd ibn Hənbəl, “əl-Müsnəd”, cild 6, səhifə 323, №26791, Müəssisət Qurtubi - Qahirə; 2) Əhməd ibn Hənbəl, “əl-Müsnəd”, cild 44, səhifə 328-329, №26748, Müəssisət ər-Risalə - Beyrut, 1416 - 1996; təhqiq: Şueyb əl-Arnaut; 3) Əhməd ibn Hənbəl, “əl-Müsnəd”, cild 18, səhifə 314, №26627, Dar əl-Hədis - Qahirə, 1416 - 1995; təhqiq: Həmzə Zeyn.
Qədir-Xumda İmam Əlinin (ə.s.) xəlifəliyi, canişinliyi bəyan olunmuşdursa, niyə görə Peyğəmbərdən (s.ə.a.s.) sonra xəlifə olmadı? ŞÜBHƏSİNƏ
Quran ayələri və Buxaridən hədislərlə cavab:
Əraf surəsi:
qovulmuş (lənətlənmiş) şeytandan ALLAHA (C.C.) SIĞINIRAM!
RƏHMAN VƏ RƏHİM ALLAHIN (C.C.) ADI İLƏ!
142. Musa (ə.s.) ilə otuz gecə (oruc tutub dua edəcəyi, bunun müqabilində ona Tövratı nazil edəcəyimiz və özü ilə danışacağımız) barədə vədələşdik, sonra ona daha bir on gün də əlavə etdik. Beləliklə, Rəbbinin (C.C.) (ibadət üçün) təyin etdiyi müddət tam qırx gecə (gün) oldu. Musa (ə.s.) qardaşı Haruna (ə.s.) dedi: “Sən tayfam içində mənim XƏLİFƏM ol, (camaatı) islah etməyə çalış və (yer üzündə) fitnə-fəsad törədənlərin yolu ilə getmə!”
148. (Tur dağına gedən) Musanın (ə.s.) ardınca tayfası öz bəzək-düzək şeylərindən (canlıymış kimi) böyürtüsü olan bir buzov heykəli düzəltdilər. Məgər (buzovun) onlarla danışmadığını, onlara bir yol göstərə bilmədiyini görmədilərmi? (Bununla belə) ona (buzova) tapınıb (özlərinə) zülm edənlər oldular.
ÇOX UCA VƏ ÇOX ƏZƏMƏTLİ ALLAH (C.C.) DOĞRU BUYURDU!
Taha surəsi
qovulmuş (lənətlənmiş) şeytandan ALLAHA (C.C.) SIĞINIRAM!
RƏHMAN VƏ RƏHİM ALLAHIN (C.C.) ADI İLƏ!
90. Harun (ə.s.) isə bundan (Musa (ə.s.) Tur dağından qayıtmamışdan) əvvəl onlara belə demişdi: “Ey ümmətim! Siz bununla (hansınızın əqidəcə möhkəm, hansınızın şəkkak olduğunu ayırd etmək məqsədilə ALLAH (C.C.) tərəfindən) yalnız imtahana çəkildiniz. Sizin Rəbbiniz (C.C.), şübhəsiz ki, Rəhmandır (C.C.). Mənə tabe olub əmrimə itaət edin!”
91. Onlar: “Musa (ə.s.) (Tur dağından) qayıdıb yanımıza gələnə qədər bu buzova sitayiş etməkdən əl çəkməyəcəyik!” -deyə cavab vermişdilər.”
ÇOX UCA VƏ ÇOX ƏZƏMƏTLİ ALLAH (C.C.) DOĞRU BUYURDU!
Yəhudilər Həzrət Musanın (ə.s.) öz yerinə xəlifə təyin etdiyi Həzrət Haruna (ə.s.) tabe olmaqdan boyun qaçırdılar!!! Sanki, Həzrət Harun (ə.s.) xəlifə təyin olunmamışdı!!!
Həzrət Muhəməd Peyğəmbərimizin (s.ə.a.s.) “Harunu” kim idi???
“Səd bin Əbu Vaqqas rəvayət edir ki, “RəsulALLAH (s.ə.a.s.) Təbuk döyüşünə gedərkən Əlini (ə.s.) arxada (Mədinədə) saxlamışdı. Əli (ə.s.) soruşdu: “Ey ALLAHIN (C.C.) Rəsulu (s.ə.a.s.), məni qadın və uşaqların yanında saxlayırsan?” RəsulALLAH (s.ə.a.s.) cavab verdi: “Sən Harunun (ə.s.) Musa (ə.s.) yanında aldığı yeri mənim yanımda almaqdan razı deyilsən? Bu fərqlə ki, məndən sonra peyğəmbər yoxdur.”
Mənbə: Buxari, “Fadail-əshab” cild 9, səhifə 54.
Peyğəmbərin (s.ə.a.s.) xəbər vermişdi!!!
Peyğəmbərin (s.ə.a.s.) xəlifəsini qəbul etmədilər!!! Necə ki, yəhudilər belə etmişdi!!!
“Əbu Səiddən nəql edir ki, Peyğəmbər (sallallahu əleyhi [və alihi] və səlləm) buyurmuşdur: “Siz qarış-qarış, addım-addım özünüzdən əvvəlkilərin (ümmətlərin) yolunu gedəcəksiniz. Hətta onlar kərtənkələ yuvasında daxil olmuş olsalar belə, siz də ora daxil olacaqsınız.” Biz (səhabələr) dedik: “Ya RəsulALLAH (s.ə.a.s.), yəhudi və xaçpərəstlərin yolunu?” Buyurdu: “Başqa kimlərin ola bilər ki?!”
Mənbə: “Səhih əl-Buxari”, 665-ci səhifə, 3456-cı hədis (bir sıra çaplarda 2-ci cild, 206-cı səhifə; “Sahihi-Buhari ve Tercemesi”, cild 16, səhifə 7202, çap: “Ötüken” yayın evi).
Bu qədər bəsit...
Əssalamu əleykə ya Əmirəlmöminin!!!
Qədir-Xum günü deyilmiş “Mövla” sözü ilə bağlı şübhəyə Qurandan cavab:
Əl-Bəqərə surəsi
Ərəbcə oxunuşu:
ƏUZU BİLLAHİ MİNƏŞ ŞƏYTANİR RƏCİM!
BİSMİLLAHİR RƏHMANİR RƏHİM!
286. Lə yukəllifu-l-lahu nəfsən illə vusahə, ləhə mə kəsəbət va aleyhə mə-k-təsəbət, rabbənə lə tuəxiznə in nəsiynə av əxta'nə, rabbənə va lə təhmil aleynə isran kəmə həməltəhu alə-l-ləzinə min qablinə, rabbənə va lə tuhəmmilnə mə lə taqatə lənə bih, va'fu annə va-ğ-fir lənə, va-r-həmnə, ƏNTƏ MOVLƏNƏ, fə-n-surnə alə-l-qavmi-l-kəfirin.
SƏDƏQALLAHÜL ƏLİYYÜL ƏZİM!
Tərcüməsi:
Qafqaz Müsəlmanları İdarəsinin saytında dərc olunmuş tərcümə:
qovulmuş (lənətlənmiş) şeytandan ALLAHA (C.C.) SIĞINIRAM!
RƏHMAN VƏ RƏHİM ALLAHIN (C.C.) ADI İLƏ!
286. ALLAH (C.C.) hər kəsi yalnız qüvvəsi yetdiyi qədər yükləyər (bir işə mükəlləf edər). Hər kəsin qazandığı yaxşı əməl də, pis əməl də özünə aiddir. (Möminlər deyirlər:) “Ey Rəbbimiz (C.C.), (bəzi tapşırıqlarını) unutduqda və ya yanıldıqda bizi cəzalandırma! Ey Rəbbimiz (C.C.), bizdən əvvəlkiləri yüklədiyin kimi, bizi ağır yükləmə! Ey Rəbbimiz (C.C.), gücümüz çatmayan şeyə bizi mükəlləf etmə! Bizi əfv edib bağışla, bizə rəhm et! Sən bizim İXTİYAR SAHİBIMİZSƏN (MÖVLAMIZSAN). Kafirlərə qələbə çalmaqda bizə kömək et!”
ÇOX UCA VƏ ÇOX ƏZƏMƏTLİ ALLAH (C.C.) DOĞRU BUYURDU!
Z.M.Bünyadov və V.M.Məmmədəliyevin tərcüməsi:
qovulmuş (lənətlənmiş) şeytandan ALLAHA (C.C.) SIĞINIRAM!
RƏHMAN VƏ RƏHİM ALLAHIN (C.C.) ADI İLƏ!
286. ALLAH (C.C.) hər kəsi yalnız qüvvəsi yetdiyi qədər yükləyər (bir işə mükəlləf edər). Hər kəsin qazandığı yaxşı əməl də, pis əməl də özünə aiddir. (Mö’minlər deyirlər: ) “Ey Rəbbimiz (C.C.), (bə’zi tapşırıqlarını) unutduqda və ya yanıldıqda bizi cəzalandırma! Ey Rəbbimiz (C.C.), bizdən əvvəlkiləri yüklədiyin kimi, bizi ağır yükləmə! Ey Rəbbimiz (C.C.), gücümüz çatmayan şeyi bizə yükləyib daşıtdırma! Bizi əfv edib bağışla, bizə rəhm et! Sən bizim İXTİYAR SAHİBİMİZSƏN (MÖVLAMIZSAN). Kafirlərə qələbə çalmaqda bizə kömək et!”
ÇOX UCA VƏ ÇOX ƏZƏMƏTLİ ALLAH (C.C.) DOĞRU BUYURDU!
“Dost” sözü nə gəzir burda???)))
Həm də ərəb lüğətində birbaşa “dost” sözü yox idiki, Peyğəmbər (s.ə.a.s.) Qədir-Xumda “Mövla” sözünü işlətdi.))))))))))))))))) Sadəcə boş bəhanələrdir gətirirlər.))))))))))))))
İlk 3 (üç) xəlifə və İmam Əli ibn Əbu Talibin (ə.s.) şücaət fərqi:
1-ci hissə: Uhud döyüşü:
1. İbn Əbil-Hədid yazır:
“Şeyximiz Əbu Cəfər əl-İskafi - ALLAH (C.C.) ona rəhmət etsin - demişdir: ...Əbu Osman bilmir ki, ALLAH (C.C.) Rəsulu (sallallahu əleyhi və alihi və səlləm) bəşərin ən şücaətlisi idi; bilmir ki, o Həzrət (s.ə.a.s.) döyüşlərə dalmışdı, ağılların durduğu, ürəklərin ağızlara gəldiyi yerlədə o Həzrət (s.ə.a.s.) sabitqədəm qalmışdı?! Belə yerlərdən biri Uhuddur. O Həzrət (s.ə.a.s.) müsəlmanlar hamılıqla döyüşdən qaçdıqdan və onunla birgə yalnız dörd nəfər: Əli (ə.s.), Zübeyr, Təlhə və Əbu Ducanə qaldıqdan sonra (igidlik və şücaət göstərmişdir). Döyüşmüş, ox atmışdır, o qədər ox atmışdır ki, oxu tükənmiş, oxunun yayının başı sınmış, ipi qırılmışdır...”
Mənbə: İbn Əbil-Hədid, “Şərhu-nəhcil-bəlağə”, 7-ci cild, səhifə 185.
Deməli, istər Əbu Bəkr, istər Ömər, istərsə də Osman Uhud günü döyüşdən qaçmışlar.
“Cahiz demişdir: Uhud günü Əbu Bəkr (döyüşdən qaçmayıb) Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) yanında qalmışdır, necə ki, Əli (ə.s.) qalmışdır. Həmin gün (barədə) onlardan birinin digəri üzərində bir üstünlüyü yoxdur.
Şeyximiz Əbu Cəfər əl-İskafi - ALLAH (C.C.) ona rəhmət etsin - demişdir: Əbu Bəkrin Uhud günündə sabitqədəm qalmasına gəlincə, tarixçilərin və sirə əhlinin əksəriyyəti bunu inkar edirlər. Tarixçilərin və sirə əhlinin cümhuru belə nəql edirlər ki, Peyğəmbərlə (sallallahu əleyhi və alihi və səlləm) birgə yalnız Əli (ə.s.), Təlhə, Zübeyr və Əbu Dücanə qalmışdır. İbn Abbasdan belə dediyi nəql olunmuşdur ki, onlarla birgə beşinci bir şəxs də olmuşdur, o da Abdullah ibn Məsuddur. Bəziləri də altıncı bir şəxsin olduğunu demişlər ki, o da Miqdad ibn Əmrdir.
Yəhya ibn Sələmə ibn Kuheyl nəql edib dedi: “Atama dedim: “Uhud günü ALLAH (C.C.) Rəsulunun (sallallahu əleyhi və alihi və səlləm) yanında neçə nəfər qalmışdır?” Dedi: “İki nəfər”. Dedim: “Kimlərdir onlar?” Dedi: “Əli və Əbu Dücanə”...”
Mənbə: İbn Əbil-Hədid, “Şərhu-nəhcil-bəlağə”, 7-ci cild, səhifə 195.
2. Fəxr ər-Razi özünün “Məfatihul-Ğeyb” (“Təfsir ər-Razi”) təfsirində demişdir:
“Qəffal demişdir: “Rəvayətlər ümumilikdə buna dəlalət edir ki, bir dəstə səhabə döyüşdən üz çevirib (döyüş meydanından) uzaqlaşmışlar. Onlardan bəziləri Mədinəyə daxil olmuş, bəziləri isə başqa yerlərə getmişlər. Əksəriyyətə gəlincə isə onlar dağın yanına getmiş, orada toplanmışlar. Döyüşdən qaçanlardan biri də Ömərdir. Lakin o, ilk qaçan şəxslərdən olmamışdır və uzağa getməmişdir. Əksinə, dağa (getmiş) və Peyğəmbər (sallallahu əleyhi [və alihi] və səlləm) dağa çıxanadək orada qalmışdır. Həmçinin, Osman ənsardan olan Səd və Üqbə adlı iki şəxs ilə birlikdə döyüşdən qaçmışdır. Onlar döyüşdən qaçmış və çox uzaq bir yerə getmişlər. Sonra üç gündən sonra geri dönmüşlər. Bu zaman Peyğəmbər (sallallahu əleyhi [və alihi] və səlləm) onlara belə demişdir: “Çox uzağa getdiniz!””
Mənbə: Fəxr ər-Razi, “Məfatihul-ğeyb”, cild 9, səhifə 52; Darul-fikr, Beyrut, 1401/1981.
3. Cəlaləddin əs-Suyuti öz təfsir kitabında yazır:
““İki ordu qarşılaşdığı gün sizdən üz döndərənlər...” ayəsi. İbn Cərir, Kuleybdən belə nəql etmişdir: “Ömər cümə günü xütbə edib Ali-İmran surəsini oxudu. Onun xütbə etdiyi zaman Ali-İmran surəsini oxumaqdan xoşu gəlirdi. Elə ki, gəlib “İki ordu qarşılaşdığı gün sizdən üz döndərənlər...” ayəsinə çatdı, dedi: “Uhud günündə biz onları məğlub etidik (sonra onlar bizi məğlub etdilər). BU ZAMAN MƏN DÖYÜŞDƏN QAÇDIM VƏ GEDİB DAĞA ÇIXDIM. Dağ keçisi kimi dağa dırmaşırdım. Bu zaman camaat “Muhəmməd (s.ə.a.s.) öldürüldü!”, - deyirdi. Mən dedim: “Kimin “Muhəmməd (s.ə.a.s.) öldürüldü” dediyini görsəm, onu öldürəcəyəm!” Beləcə dağda cəm olduq. Bu zaman “İki ordu qarşılaşdığı gün sizdən üz döndərənlər...” ayəsi nazil oldu.”
Mənbə: Cəlaləddin əs-Suyuti, “əd-Durrul-mənsur fi təfsir bil-məsur”, cild 4, səhifə 81; Mərkəzul-buhusi vəd-dirasatil-arabiyyəti vəl-islamiyyəti bi-dari həcər, Qahirə, 1424/2003; təhqiq: Abdullah ibn Əbdül-Muhsin ət-Turki.
4. ən-Nisai “Xəsais” kitabında yazır:
“Bizə İsmayıl ibn Məsud əl-Bəsri xəbər verdi və dedi: xalid bizə Şubədən, o da Əbi İshaqdan, o da əl-Əladan onun belə dediyini rəvayət etdi: Bir nəfər İbn Ömərə Osman barədə sual verdi, İbn Ömər dedi: “İki ordunun qarşılaşdığı gündə (Uhud günündə) döyüşdən qaçan şəxslərdən idi. Sonra ALLAH (C.C.) onun tövbəsini qəbul etdi. Sonra bir günaha bulaşdı və onu qətlə yetirdilər.” Həmin şəxs ondan Əlini (ə.s.) soruşdu. Dedi: “Onun barəsində soruşma. Məgər onun ALLAH (C.C.) Rəsuluna (sallallahu əleyhi [və alihi] və səlləm) nə qədər yaxın olduğunu görmürsən?”
Kitabın mühəqqiqi Əhməd Mirin əl-Bəluşi deyir: “İsnadı səhihdir, raviləri siqədir.”
Mənbə: Əhməd ibn Şueyb ən-Nisai, “Xəsais Əmir əl-Muminin Əli ibn Əbu Talib (ə.s.)”, səhifə 122, hədis 104; təhqiq: Əhməd Mirin əl-Baluşi, Məktəbə əl-Məla, Kuveyt, 1406/1986.
5. Buxari öz “Səhih”ində yazır:
“Bizə Musa ibn İsmayıl rəvayət etdi (və dedi): bizə Əbu Əvanə rəvayət etdi (və dedi): bizə Osman ibn Məvhəb rəvayət etdi və dedi: “Misirdən olan bir şəxs ALLAH (C.C.) evini həcc etməkdən ötrü (Məkkəyə) gəldi. Bir dəstə oturmuş şəxs gördü və dedi: “Bu şəxslər kimdirlər?” Dedilər: “Bunlar qüreyşlilərdirlər”. Dedi: “Aralarında şeyx kimdir?” Dedilər: “Abdullah ibn Ömər.” Dedi: “Ey Ömərin oğlu, mən səndən bir (neçə) şey barədə soruşacağam, mənə cavab ver. Bilirsən ki, Osman Uhud günü döyüşdən qaçmışdır?” Dedi: “Bəli.” Dedi: “Bilirsən ki, o, Bədrdə olmamış və orada iştirak etməmişdir?” Dedi: “Bəli.” Dedi: “Bilirsən ki, o, Ridvan beyətində olmamış və orada iştirak etməmişdir?” Dedi: “Bəli.” Həmin şəxs dedi: “ALLAHU Əkbər!” İbn Ömər dedi: “Gəl sənə izah edim. Osmanın Uhud günündə qaçmasına gəlincə, şəhadət verirəm ki, ALLAH (C.C.) onu əfv etmiş və bağışlamışdır...”
Mənbə: Muhəmməd ibn İsmayıl əl-Buxari, “əl-Cami əs-Səhih”, “Osmanın üstünlükləri babı”, cild 3, səhifə 1352-1353, hədis 3495.
6. Peyğəmbər (s.ə.a.s.) Uhud döyüşü günü İmam Əlinin (ə..s) şücati barədə buyurub: “Zülfüqar (fəqərəli qılınc) kimi qılınc yoxdur və Əli (ə.s.) kimi (mərd) cavan yoxdur.”
Mənbə: “Tarixi-Təbəri”, cild 2, səhifə 197; “Mizanul-etidal”, cild 3, səhifə 324; “Kifayətut-talib”, səhifə 277-280; “Zəxairul-uqbə”, səhifə 74; Xarəzmi, “Əl-Mənaqib”, səhifə 107; “Əl-bidayə vən-nihayə”, cild 7, səhifə 337.
VƏLİ ancaq ƏLİ (ə)-dir!!! Əl-Maidə/55:" Sizin VƏLİNİZ yalnız ALLAH, onun peyğəmbəri və rükuda zəkat verənlərdir!". Rükuda zəkat verən yalnız ƏLİ (ə)-dir!!!
Bu təfsirlə bağlı iradlara cavab:
Birinci irad: “Məaric” surəsi Məkkədə nazil olmuşdur. Belə isə, “Qədir-Xum" hadisəsi ilə necə uyğun gələ bilər?
Cavab: Bir surənin “məkki” (Məkkədə nazil olan) adlanması o demək deyil ki, onun bütün ayələri Məkkədə nazil olmuşdur. Qurani-kərimin bir sıra surələri məkki adlansa da, onların bəzi ayələri Mədinədə nazil olmuşdur. Eynilə bunun əksinə, “mədəni” (Mədinədə nazil olan) adlanan surələrin də bəzi ayələri Məkkədə nazil olmuşdur. Buna “məkki” adlanan “Ənkəbut” surəsini misal göstərmək olar. Halbuki Təbəri, Qurtubi və digər alimlərin yazdıqlarına əsasən, bu surənin ilk on ayəsi Mədinədə nazil olmuşdur (“Təfsiri-Təbəri”, 20-ci cüz, səh. 86 və “Təfsiri-Qurtubi”, 13-cü cüz, səh. 323.). Yaxud “Kəhf” surəsi “məkki” adlansa da, Qurtubi və Süyutinin öz kitablarında yazdıqlarına görə, onun ilk yeddi ayəsi Mədinədə nazil olmuşdur (Əlavə mə’lumat əldə etmək istəyənlər “Əl-qədir” kitabının 1-ci cildinin 256-257-ci səhifələrinə müraciət edə bilərlər). Həmçinin bunun əksi olaraq, “mədəni” adlanan, lakin bəzi ayələri Məkkədə nazil olan surələrdən də “Mücadilə” surəsini misal göstərmək olar. Bəzi təfsirçilərin yazdıqlarına əsasən, bu surənin ilk on ayəsi Məkkədə nazil olmuşdur (“Təfsiri-Əbis-Süud” (Fəxri-Razinin “Kəbir” təfsirinin haşiyəsində), 8-ci cüz, səh. 148 və “Əs-siracul-munir”, 4-cü cild, səh. 310.).Bir sözlə, Qurani-kərimdə bəzi surələr vardır ki, Məkkədə, yaxud Mədinədə nazil olsa da, onların bir neçə ayəsi həmin şəhərdə nazil olmamışdır. “Məaric” surəsi də bu qəbildəndir.
İkinci irad: “Məaric” surəsinin ilk ayələrinin nazil olma səbəbi nəql olunan rəvayətdə göstərilir ki, Haris ibn Nöman “Əbtəh” adlı yerdə Peyğəmbərlə (s) görüşmüşdür. “Əbtəh” Məkkədə bir dərənin adıdır. Bu isə “Qədir-Xum” hadisəsi ilə uyğunlaşmır.
Cavab: Əvvəla, “əbtəh” sözü bütün rəvayətlərdə yox, bəzi rəvayətlərdə nəql olunmuşdur. İkincisi, “əbtəh” və “bətha” sözləri ümumiyyətlə, içərisində çınqıl daşları olan arxlara və qumsal yerlərə deyilir. Mədinədə və başqa məntəqələrdə belə yerlər az deyil. Maraqlıdır ki, ərəb ədəbiyyatında dəfələrlə buna işarə edilmişdir. O cümlədən, Şəhabəddinin Əhli-beytin (ə) şəninə söylədiyi məşhur şerlərində onların qatilləri ilə bağlı belə deyilir:
“Mələkna fəkanəl-əfvu minna səciyyətən,
Fələmma mələktum, salə bid-dəmi əbtəhu,
Və həlləltumu qətləl-usari və taləma,
Ğədəvna ənil-əsra nəfu və nəsfuhu.”
“Qurduğumuz dövlətdə səciyyəmiz əfv idi
Sizsə hakim olandan, “əbtəh” qan ilə dolmuş!
Siz hətta keçmədiniz əsirlərin qanından,
Bizimsə güzəştimiz könüllərdə yer almış!”
Aydındır ki, Peyğəmbərin (s) Əhli-beytinin əksər övladları İraq, Kərbəla, Kufə və Mədinədə qətlə yetirilmişdir və Məkkədə yerləşən “Əbtəh” adlı məntəqədə qan tökülməmişdir. Bəli, Məkkədən təxminən, on fərsəx aralı yerləşən “Fəxx” məntəqəsində də şəhadətə yetənlər olmuşdur. Lakin “Əbtəh” məntəqəsi Məkkənin lap yaxınlığındadır (“Əl-qədir”, 1-ci cild, səh. 255.).
Şairlərdən başqa birisi şəhidlərin sərvəri imam Hüseyni (ə) bu sayaq mədh edir:
Və təinnu nəfsi lər-rübui və qəd ğəda,
Bəytun-nəbiyyi muqəttəul-ətnabi,
Bəytun li-alil-Mustəva fi Kərbəla,
Zərbuhu bəynə əbatihin və rəvabi.
“Mənim canım Peyğəmbərin (s) viran edilmiş evlərinin əsər-əlamətindən nalə edir. O cümlədən, Kərbəlada Peyğəmbərin (s) Əhli-beytindən bir ev “əbtəh”lərin və hündür təpələrin arasında bərpa edilmişdi.” (Burada “əbtəh” qumluq yerlər mənasındadır.)
İçərisində “əbtəh”, yaxud “əbatih” ifadələri olan və Məkkədəki müəyyən məntəqəyə aid olmayan şerlər çoxdur. Bir sözlə, “əbtəh” Məkkədə bir məntəqənin adı olsa da, onun ümumi mənası bir məntəqəyə məxsus deyil.
BU AYƏLƏRİN ÖZÜNDƏN ƏVVƏL VƏ SONRAKI AYƏLƏRLƏ ƏLAQƏSİ NECƏDİR?
Bəzi təfsirçilər “təbliğ” ayəsindəki həqiqətdən yayınmaq məqsədilə bəhanəyə əl atmış, demişlər ki, bu ayənin əvvəlki və sonrakı hissələri “kitab əhli” barəsində söz açdığından, onun imamət, vilayət və xilafət məsələsilə heç bir uyğunluğu yoxdur. Belə bir fərq qoyulması isə Qurani-kərimin bəlağət və fəsahətinə ziddir (“Əl-mənar”, 6-cı cild, səh. 466.).
Quran ayələrinin toplanması ilə tanış olanlar yaxşı bilirlər ki, ayələr tədricən və müxtəlif münasibətlərlə nazil olmuşdur. Buna görə də çox vaxt surələrdə müxtəlif mövzulardan söz açılır. Məsələn, eyni bir surədə həm müəyyən bir müharibədən, həm İslamın hökmlərindən, həm münafiqlərdən, həm də möminlərdən danışılır. “Nur” surəsinə diqqət yetirsək, tövhid, məad, zinanın hökmü, “ifk” hadisəsi, münafiqlər, hicab və digər məsələlərə işarə edildiyinə şahid olacağıq (Quranın digər böyük surələri də az-çox bu qəbildəndir). Hərçənd, bir surənin məcmusu arasında ümumi bağlılıq həmişə qorunur.
Bir surənin məzmunca müxtəlifliyi Qurani-kərimin tədricən və zərurəti nəzərə almaqla, müxtəlif münasibətlərdə nazil olması ilə əlaqəlidir. Qurani-kərim əvvəlcədən təyin olunan bir mövzu haqqında danışan klassik kitab deyil. Buna əsasən, “Maidə” surəsinin bir hissəsinin “kitab əhli”, digər bir hissəsinin isə “Qədir-Xum” hadisəsindən söz açmasında heç bir anlaşılmazlıq yoxdur. Əlbəttə, ümumi götürsək, bu mövzular arasında da müəyyən bağlılıq var. Peyğəmbərin (s) yerinə canişin təyin edilməsinin də “kitab əhli”nə təsiri vardır, çünki onlar Peyğəmbərin (s) vəfatından sonra İslamın dağılacağına ümidvar idilər.
Əlhəmdülilləh
Biz Şiələrin Şeyxeynə münasibəti Hz.Zəhranın tutduğu mövqe ilə eynidir,xanımın mövqeyini öyrənmək istəyənlər gedün tarix kitabların araşdırun HƏQQİ görəcəysüz..
Tarixdən bir dənə dəlil gətirsinlər ki Hz Peyğəmbər İmam Əlidən başqasına bu sözü desin.
Ömərin də başqalarının da arasında narazılıq olub o qədır şikayət ediblər ki, bəs niyə heç birində Hz Peyğəmbər bu sözü deməyib.
Əhli sünnə ayrı vəhabi vəhbələri ayrı. Vəhbələr nə deyir desin böhtandan başqa bir şey deyil.
Əli canlı quran olub əli Allahın Aslanı olub mömunlərin mumunu əli həsaə Hüseynin Atası əli xanım fatimə zəhranın yoldaşı əli ibi əlinim heç bəndəyə etyacı yoxdur Allah özü onun cənətin verib. Ya Əli
Vəhhabi olmağ üçün gərək ŞİMPANZE OLASAN
Hocam o vahabi diyor ki Resullah Hacca gitmeden önce o şikâyetler yapıldı. Yani Medine yapılıp yapılmaması onlar için önemli değil. Onlar için önemli olan veda haccı dan önce yapılmış olması... Ama sizler de dediniz o şahıslar veda haccından sonra Medine'ye gelip şikayeti yaptılar... Burda bir sıkıntı var. Bu konuyu tekrar aydınlatabilir misiniz...