Vaxtımızı necə daha ağıllı idarə edə bilərik?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • Vaxtımızı necə daha ağıllı idarə edə bilərik? Biz həyatımızıdakı limitli şeylərdən bəhs edərkən, adətən, ilk öncə ağlımıza, pul, yemək, istifadə etdiyimiz internet paketi və sairə kimi maddi hallar gəlir. Çünki, cibimizdə olan pulun, telefonumuzdakı internet paketinin, yaxud da, soyuducudaki yeməyin, bir müddət sonra istifadə olunub bitəcəyini düşünürük. Bəs siz, heç nə vaxtsa, zamanınızın limitli olduğunu düşünmüsünüz? Əgər, bu haqqda ətraflı düşünsək, onda, digər limitli şeylər kimi, zamanı da, səmərəli və planlı şəkildə istifadə etməyə başlayarıq. Vaxtın, digər limitli şeylərdən, məsələn, puldan əsas fərqi isə odur ki, biz pulumuzu itirdikdə yenidən pul qazanmaq mümkündür, amma itirdiyimiz zamanı geri gətirmək mümkün deyil. Misal üçün, plansız başladığınız və hansı işlərinizi görməyi qərarlaşdırmadığınız bir gün düşünün. Belə hallarda, adətən, bir qrafikiniz olmadığı üçün, gününüzün bir qismi, hardan başlamalı olduğunuzu düşünməklə keçir. Digər bir tərəfdən isə, həmin gün, dünəndən hazırladığınız plan əsasında işlərinizi gördüyünüzü fikirləşin. Məsələn, erkəndən yuxudan qalxıb, yeməyinizi yedikdən sonra, öncədən planladığnız və sizin üçün önəmli olan işlərinizi bitirirsiniz və belə olduqda, günün qalan hissəsində, həm özünüzə, həm də sevdiklərinizə zaman ayırmaq üçün boş vaxtınız qalır . Bu iki halı müqayisə etdikdə, görürük ki, planlı şəkildə, daha öncədən hazırlanmış bir gün, bizim üçün daha faydalı və eyni zamanda səmərəli olur. İndi isə, vaxtı səmərəli idarə etməyin bizim üçün niyə vacib olduğunu və vaxtımızı necə daha ağıllı idarə edə bilərik onun haqqında danışacağam.
    -------------------------------------------------------------------------------------------------------------------------------------------------------
    - Animasiyanın hazırlanmasında istifadə etdiyimiz proqram: tidd.ly/2PdkVC...
    - Əlaqə: / businestalks...​
    - Animasiyanı Animators şirkəti təqdim edir.
    --------------------------------------------------------------------------------------------------------------------------------------------------------
    Kontent Müəllifi: Gülər Huseynova
    Səsləndirmə müəllifi : Tural Vəliyev
    Animasiya müəllifi : Nərmin Əliyeva
    Layihə Meneceri : Kamran Tağıyev

ความคิดเห็น • 18

  • @BusinessTalksAz
    @BusinessTalksAz  2 ปีที่แล้ว +1

    Animasiya ilə maraqlanan şəxslər "Animators" şirkətinə müraciət edə bilərlər.
    ☎Əlaqə nömrəsi: 051 310 75 30 (WhatsApp, Tel)
    🌐Sayt: animators.az

  • @ferhadseyidov2161
    @ferhadseyidov2161 3 ปีที่แล้ว +11

    Bu kanal 100.000-ni görəcək. Hətta daha artığını haqq edir.🙂

    • @BusinessTalksAz
      @BusinessTalksAz  3 ปีที่แล้ว +2

      Dəyərləndirdiyiniz üçün çox təşəkkürlər :)

  • @tunzalea888
    @tunzalea888 3 ปีที่แล้ว +15

    Yenə kreativ və çox faydalı bir video daha..Əməyinizə sağlıq 👏🏽 Təşəkkürlər

  • @khidirmammadov
    @khidirmammadov 3 ปีที่แล้ว +6

    Hər videodan yeni nələrsə öyrənirəm. Komandanıza təşəkkür edirəm!

    • @BusinessTalksAz
      @BusinessTalksAz  3 ปีที่แล้ว +2

      Təşəkkürlər, bol uğurlar! 🙂

  • @fidel1295
    @fidel1295 3 ปีที่แล้ว +7

    3:08-dən başlayır

  • @geogar
    @geogar ปีที่แล้ว +1

    Zaman ən böyük düşmənim və əsl dostum.Ya da hər ikisində yeganə...

  • @frmanmikaylzad1091
    @frmanmikaylzad1091 3 ปีที่แล้ว +4

    Təşəkkür edirəm bu cür gözəl videolar üçün

  • @mmmdovaayla7009
    @mmmdovaayla7009 2 ปีที่แล้ว +2

    lll qrupam dersleri catdiram bilmirem əziyyət cekirem 7 de dururam mektebe sonra gelib 2 kursa gedirem 3 ders vawlayir 9 yarsi gelirem yememyimi yeyib mekteb derslerimi hell edirem coox amma coox əziyyət cekirem inwallah əziyyətimiz itmez🙏

    • @BusinessTalksAz
      @BusinessTalksAz  2 ปีที่แล้ว +1

      Əziyyətiniz itməz🙏 Uğurlar!

    • @_Alone_777
      @_Alone_777 ปีที่แล้ว +1

      İndi Neçenci sinifsiz

    • @arzuesgerov219
      @arzuesgerov219 ปีที่แล้ว

      Sulu yeməyinizə fikirverin

  • @bunyadbalakisiyev2602
    @bunyadbalakisiyev2602 2 ปีที่แล้ว +1

    👍

  • @sayadnasibzada
    @sayadnasibzada ปีที่แล้ว +3

    Videoya baxib vaxd itiririk😅 semereli istifade edek))

    • @BayramBayrami-er1zw
      @BayramBayrami-er1zw 2 หลายเดือนก่อน

      Boş boşuna baxırsızsa bəli vaxd itkisidir sizin uçun.amma nəsə nəticə almaq uçun, məlumat öyrənmək uçun baxılırsa bu vaxd itkisi deyi,l əslində vaxdı səmərəli istifadə etməkdir.