Paxıl insanın nişanələri - Paxıllığı müalicə etməyin yolları - Hacı Şahin - Paxıllıq haqqında

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • Daha çox moizələr dinləmək üçün abunə olun və bizi izləyin - bit.ly/2uR7dZv
    İslam təlimlərində həsəd, küfrün köklərindən biri kimi tanıdılmışdır. İmam Sadiq (ə) buyurur: “Şeytan öz ordusuna deyər: “İnsanların arasına həsəd və təcavüzkarlıq salın, çünki bu ikisi Allah yanında şirkə bərabərdir””. Qədimdən deyirdilər ki, paxıl insan heç bir zaman rahatlğı tapmaz. Bu, həqiqətən də belədir. Həsəd aparan insan həmişə öz həsədinin əzab və əziyyətini çəkir.
    Həsəd - Adəm övladının düçar olduğöu ilk günahdır. Qabil bu günaha düçar olaraq, qardaşı Habili öldürür. Hədislərimiz məzəmmətli dillə həsədi həmişə pisləyibdir. Çünki həsəd imanı məhv edər və atəş kimi yaxşılıqları külə çevirər. Həsəd əgər dildə və rəftarda büruzə verərsə, kəbirə günah olar. Həsəd namazın qəbul olmasına mane olar. Həsədi büruzə vermək ədaləti aradan aparar. Nəticədə paxıl insanın şəhadəti qəbul olmaz.
    Paxıl insan istəyər ki, həsəd apardığı insanın mal-dövləti və ya malik olduqları əldən getsin. Əslində bu mal-dövlət Allaha aiddir və paxıl insan İlahi nemətin aradan getməsini istəyir. O, şər istəyindədir, xeyir deyil. Beləliklə deyə bilərik ki, həsəd ən rəzil sifətlərdəndir ki, insanı ancaq şərə tərəf çəkir.
    Ona görə də bu əxlaqi xəstəlikdən xilas olmaq zəruridir. Həsəd özü ilə həm cismi, həm ruhi və həm də ictimai ziyanlar gətirər. Psixoloqların nəzərinə görə həsəd xəstəliyindən xilas olmaq üçün onun köklərini və haradan qaynaqlandığını müəyən etmək lazımdır. Yəni, bu xəstəliyin kökləri harada qoyulmuşdur: ailədəmi, cəmiyyətdəmi, ya iş mühitində. Əgər onun köklərini tanısaq, həsəd üçün şərait yaradan amilləri aradan qaldırmağa çalışa bilərik.
    Bu xəstəliyi müalicə etməyin yolları:
    1. İnsan gərək həsədin ruha, cismə, dinə vurduğu ziyanları tanısın və öyrənsin.
    2. Allah Təalaya olan elmini və mərifətini artırsın.
    3. Həsədin əksinə olan rəftarlar nümayiş etdirsin.
    4. Allah Təalaya dua etsin və şəfasını Ondan istəsin.
    Loğman oğluna buyurur: “Paxılın üç nişanəsi vardır: insanın arxasından qeybət edər, yaltaqlıq edər, başqalarının çətinliyinə sevinər”.
    İmam Əli (ə) buyurur: “Paxıl tez əsəbləşər, kini gec ürəyindən çıxar”.
    Həzrət Peyğəmbər (s) buyurur: “Öz ehtiyaclarınızı yerinə yetirmək üçün gizli işlərdən yardım alın. Çünki hər bir nemət sahibi həsədə tuş gələr”.
    İmam Əli (ə) buyurur: “Həsədə afərin olsun! Necə də ədalətli peşədir. Hər şeydən əvvəl sahibini öldürər”.
    İmam Sadiq (ə) buyurur: “Altı (sifət) mömində yoxdur: çətinliyə salmaq, xeyir verməmək, həsəd aparmaq, tərslik etmək, yalandan danışmaq və təcavüz etmək”.
    İmam Əli (ə) buyurur: “Həsəd bədəni cürüdər və əlil edər”.
    Bu nurani hədislərdən də görüdüyü kimi, həsəd qorxulu bir xəstəlikdir və insanın həm bu dünyasını və həm də axirətini məhv edə bilər. Bu xəstəliyi müəyyən edək və onu müalicə etməyə çalışaq.
    Abunə ol bit.ly/2uR7dZv
    Kanala ABUNƏ ol: bit.ly/HaciShahin
    Rəsmi Veb-səhifəsi: www.hacishahin.az/
    Rəsmi Facebook səhifəsi: / hacishahinha. .
    Mənbə: TH-cam Hacı Şahin Həsənli Abunə ol - bit.ly/2LnaLx0
    Dəyərli izləyicilər əgər videolar xoşunuza gəlsə bəyənin Kanala Abunə olun və şərhlərinizi əlavə edin.Dəstəyiniz üçün hər birinizə ayrı-ayrı minnətdaram
    ● Videoları paylaşmağa izin verdiyi üçün Hacı Şahinə təşəkkür edirəm.
    ✆Whatsapp +994-070-878-72-62
    ISLAM TV Official
    Abunə ol bit.ly/2uR7dZv

ความคิดเห็น • 118

  • @islam_tv_official1
    @islam_tv_official1  5 ปีที่แล้ว +36

    həsəd qorxulu bir xəstəlikdir və insanın həm bu dünyasını və həm də axirətini məhv edə bilər. Bu xəstəliyi müəyyən edək və onu müalicə etməyə çalışaq

    • @seidqahramanov224
      @seidqahramanov224 5 ปีที่แล้ว +2

      kimin ehtiyacı var müalicə eləsin

    • @seidqahramanov224
      @seidqahramanov224 5 ปีที่แล้ว +1

      @@mrymkamall658 amminnn

    • @nazimresulov9761
      @nazimresulov9761 4 ปีที่แล้ว +3

      Allah bizleri hesed ve paxilliq hissinden qorusun.

    • @zaur1990
      @zaur1990 2 ปีที่แล้ว

      @@nazimresulov9761 AMİN !!!

  • @ABCDEFGH-dj9ee
    @ABCDEFGH-dj9ee ปีที่แล้ว +2

    Sene qurban olum Hacim ...Allah sene qeni qeni rehmet elesin nurlu hacim

  • @aliibrahimov4257
    @aliibrahimov4257 4 ปีที่แล้ว +22

    Allah menimden ureyimnen paxilliqu alsin,mende paxil insanam,amin ay Allah:(

    • @alonegirl9167
      @alonegirl9167 3 ปีที่แล้ว +3

      Amin😂

    • @zaur1990
      @zaur1990 2 ปีที่แล้ว +3

      AMİN QARDAŞ AMİN !!! Hamımızın içində var, sadəcə hər kişinin işi deyil boynuna alsın bu xəstəliyi !!!

    • @mahoaga649
      @mahoaga649 2 ปีที่แล้ว +2

      Eynen(

    • @ABCDEFGH-dj9ee
      @ABCDEFGH-dj9ee ปีที่แล้ว

      😃😆etiraf edirsizse belkede deyilsiz 😆herden paxil olursuz hemişe yox

  • @nuranbagrova8216
    @nuranbagrova8216 2 ปีที่แล้ว +2

    Allahım Hüseyn(ə.s) xatirinə biz öz eyiblərimizdən agah elə

  • @Əli.Seferov2013
    @Əli.Seferov2013 5 ปีที่แล้ว +32

    Bugün növbəti dəfə namaza başladım.Allah bundan sonra şeytana qarşı mübarizə aparmaqda mənə kömək etsinki daha ona məglub olub namazımı saxlamayım.Allah bütün günahlarımızı bagışlasın.İnna lillahi və inna ileyhi raciun.

    • @aynuribrahimli6769
      @aynuribrahimli6769 5 ปีที่แล้ว +2

      AMİN. Mən də Namaz qılıram. Ancaq elə vaxt olur ki elə bil ki kimsə məni yayındırır Namazdan. Mən neyliyə bilərəm belə hallar olmasın. Elə bil Dua varmı oxuyum şeytan məğlub olsun.

    • @Əli.Seferov2013
      @Əli.Seferov2013 5 ปีที่แล้ว

      @@aynuribrahimli6769 Əlbəttə xanım.Sübh namazından sonra əməllər var onu edin.

    • @aynuribrahimli6769
      @aynuribrahimli6769 5 ปีที่แล้ว

      @@Əli.Seferov2013 xaiş edirəm. deyərdiz. Qabaqcadan təşəkkür edirəm.

    • @Əli.Seferov2013
      @Əli.Seferov2013 5 ปีที่แล้ว

      @@aynuribrahimli6769 Xanım burda o əməlləri sizə demək üçün 100 dən çox söz yazmaq lazım gələcək.Başqa variantınız var o səhifələri sizə göndərməyə?

    • @aynuribrahimli6769
      @aynuribrahimli6769 5 ปีที่แล้ว

      @@Əli.Seferov2013 məsələn hansı variant.

  • @zaur1990
    @zaur1990 2 ปีที่แล้ว +1

    ALLAH BİZİ ÖZÜ QORUSUN, HƏSƏDLƏ, NƏFSİZMİZLƏ, TAMAHIMIZLA BİZLƏRİ BAŞ - BAŞA QOYMASIN, AMİN !!! İçimdə həsəd var, hər bu hiss gələndə BU DUANI EDİRƏM !!! Sadəcə sonradan pul görənlər, adamı saymayanda, adama pis təsir edir, əsasəndə çörək kəsdiyin və qohum qardaş dediklərin !!!

  • @sefiqeesedova9290
    @sefiqeesedova9290 5 ปีที่แล้ว +12

    Paxıl insan hər şeyə qadirdir.Allah olardan qorusun bizi.Amin

  • @ozdunyam1096
    @ozdunyam1096 5 ปีที่แล้ว +14

    Allah'ım bizi niyeti pis olan insanlardan uzag eylesin Amin 🤲🤲🙏 Amin Hacı qardas Allah'ım sizleri qorusun Amin 🤲🙏 Amin 🤲

  • @pervanebunyatzade2517
    @pervanebunyatzade2517 4 ปีที่แล้ว +6

    Men bilmireme neter izah edim heyatımda 1defe bele olsa canlıda görmediyim xarakterine gözlemliyip not vermediyim tek insandıki hacı şahin dunyalar qeder çox isdiyirem 💚

  • @Sma-xo2jv
    @Sma-xo2jv 5 ปีที่แล้ว +17

    Hacı dəryasız vallah.Danışdıqlarınız insana ruh verir.Sizi dinlədikcə dinləmək istəyirəm Allah sizdən qat qat razı olsun .Amin.

  • @xumarallahverdiyeva6564
    @xumarallahverdiyeva6564 5 ปีที่แล้ว +11

    Bu insan deryadidaa.Allah qorusun Haci sizi.Sizin sayenizde bilgilenirik faydali sozleriniz sag olun.Allah sizden razi olsun.

  • @seidqahramanov224
    @seidqahramanov224 5 ปีที่แล้ว +20

    ALLAH bizləri belə insanlardan qorusun

    • @gjfdghbndfg419
      @gjfdghbndfg419 5 ปีที่แล้ว +1

      Лайлахай иллаллах

  • @samiryazar2062
    @samiryazar2062 5 ปีที่แล้ว +24

    DANIŞ QARDAŞ♥ BƏLKƏ CAHİLLƏR OYANA ~ BU DUNYA DUZƏLƏ% ... COXX GÖZƏL DANIŞIRSINIZ ....♥ ALLAH CANINIZL SAG EYLƏSİN ♥ MİNƏTDARIG SİZLƏRƏ ...♥

  • @ГабилИбрагимов-м9щ
    @ГабилИбрагимов-м9щ 5 ปีที่แล้ว +25

    Əssalami əleykum və Rəhmətullahu və Bərəkətuh,!!!.

  • @banu.official__2414
    @banu.official__2414 4 ปีที่แล้ว +5

    İnanin Allaha dunya malinda gozum yoxdur ..Her halimle rebbime şukur edirem ..

  • @emilehmedov9691
    @emilehmedov9691 5 ปีที่แล้ว +6

    Alllahin salami olsun her kese.o qeder haqlisiniz ki bele insanlar menim etrafimda da yasayirlar yalandan uzume gulur ancaq hemise menim dusmeyimi yigilmagimi yenilmeyimi isteyir. Men bele insanlari ancaq Herseye qadir olan Yar ve Yaradanima Rehim ve Rehman olana hevale edirem

  • @turqutibrahimov9986
    @turqutibrahimov9986 5 ปีที่แล้ว +8

    Əhsən ezyti keçən hər kesden Allah razı olsun xüsusəndə hacı sennen

  • @azerbaycanazerbaycan735
    @azerbaycanazerbaycan735 3 ปีที่แล้ว +2

    Allah razı olsun əlhəmdulillah 🕋

  • @xlilaslanov6708
    @xlilaslanov6708 2 ปีที่แล้ว +1

    ALLAHIMA QURBAN OLUM

  • @Gold-to6zj
    @Gold-to6zj ปีที่แล้ว

    Allah rəhmət eləsin 😢

  • @БахарМагеррамова-у6у
    @БахарМагеррамова-у6у 4 ปีที่แล้ว +2

    Салам олсун стзе хацы дил ярасы сагалмыр амма о яраны вуран Аллахы билмир бирдафе евазсиз гоймячаг сизи дилнамай инсана чакитлий верир Аллах сиздан разы олсун Хацы !

  • @emliymirzadeh.
    @emliymirzadeh. ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @elnurehuseynova1715
    @elnurehuseynova1715 2 ปีที่แล้ว

    çox sağolun gözel sözləre göre. üreyim açildi

  • @КАМРАНДжафаров-г3о
    @КАМРАНДжафаров-г3о 5 ปีที่แล้ว +8

    Salam, mənim bu dünyada heç nəyim və kimim yoxdur, nə evim nə pulum.nə daim gəlirim, 20ildir kirayədə qaliram, bir Quran kitabım var, özümlə hara gedirəm aparıram, namazımı qılıram, amma ürəyim sıxılır, ətrafa baxıram darıxıram, bu paxıllıq deyil, amma insa Allahın yaratdığından məhrumam.

  • @poladkerimli9250
    @poladkerimli9250 3 ปีที่แล้ว +1

    Çoox sağ olun...😍

  • @РусланБагров-щ2у
    @РусланБагров-щ2у 4 ปีที่แล้ว +1

    Allah belelerinden uzaq etsin bizi

  • @sefiqeesedova9290
    @sefiqeesedova9290 4 ปีที่แล้ว +1

    Allah köməyin olsun

  • @salamon7220
    @salamon7220 5 ปีที่แล้ว +5

    Paxll insanlara yzlglm gelir

  • @zaminmemmedov6116
    @zaminmemmedov6116 5 ปีที่แล้ว +3

    Afərin paxıllıga nə ədalətli pesədir, hər kəsdən əvvəl öz sahibini yandırır.

  • @vivocredo
    @vivocredo 5 ปีที่แล้ว +6

    "Allahım nəfsimin qaranlıqlarından Sənə sığınıram." Həsəd edən insan yalnız çərçivənin içini görür. Gözlərinin cizdiyi çərçivənin içindəki "foto"nu görür.

  • @ПрвпОрси
    @ПрвпОрси 4 ปีที่แล้ว

    Allah sizi saxlasın mənə çox şeylər öyrətdi sizin sözləriniz

  • @raminbabayev5628
    @raminbabayev5628 5 ปีที่แล้ว +5

    salam paxl insan Artmaz

  • @csur4232
    @csur4232 ปีที่แล้ว +1

    😢😢😢😢😢

  • @cannpisik9185
    @cannpisik9185 3 ปีที่แล้ว

    Düzü deyəsən 👍👍👍👍💓💓💓💖💖💖☝☝☝

  • @lemanmemmedova3767
    @lemanmemmedova3767 5 ปีที่แล้ว +5

    Paxil insanlar en bedbext insanlardi Allah onlarin komeyi olsun

    • @arzuabbasova9160
      @arzuabbasova9160 2 ปีที่แล้ว

      He duzdu eledi ne edirse ele insanlar 1 ci özune edir 😏

  • @qesidehuseynova2446
    @qesidehuseynova2446 5 ปีที่แล้ว +2

    Besdir insanlari dogru olanlardan yayindirdiz. Eyer pul olmazsa mohtac olarsan. Inkisaf etmesek ayaqlanasiyiq.Buna gore pul qazanmaq lazimdir

  • @banu.official__2414
    @banu.official__2414 4 ปีที่แล้ว +14

    Bir insan Allaha eyer deyerse men pis yaşiyiram ..Allah deyer :sen bilmirsen pis yaşamag nedir Allah ona daha pisini qismet eder ..Bir insan Allaha deseki Allahim çox şukur men yaxsi yaşiyiram .Allahda ona deyer :Sen bilmirsen yaxsi yasamag nedir ??Men sene daha yaxsisini qismet ederem

  • @ismaylquliyev6400
    @ismaylquliyev6400 3 ปีที่แล้ว

    dubeduzz e ay ALLAH

  • @samiryazar2062
    @samiryazar2062 5 ปีที่แล้ว +10

    HƏSƏD CƏHƏNƏMİN ACIG QAPISIDIR .YAXŞI İNSAN OLMAQ UCUN KİMESE HƏSƏD APARMAQ OLAR BAŞQA HECNƏ ...

  • @НахидАлиев-н7у
    @НахидАлиев-н7у 5 ปีที่แล้ว +1

    calam

  • @yusifhuseynli_954
    @yusifhuseynli_954 4 ปีที่แล้ว +2

    👍👍👍

  • @ayselkazimli564
    @ayselkazimli564 5 ปีที่แล้ว +3

    👍🥇

  • @vefadaraskari3576
    @vefadaraskari3576 4 ปีที่แล้ว

    Ela

  • @samsunggsamsunggg2864
    @samsunggsamsunggg2864 5 ปีที่แล้ว +1

    Hacı bu şiələrə atılan böhtanlara çox əsəbləşdim gəldim Rəbbim bilirsən nə buyurdu Hud surəsinin 91 92 ci ayələri oxu bildim ki Allahu təala nə buyurur buyurdu ki səbr et mən də səbr edənlərləyəm

  • @fam054
    @fam054 5 ปีที่แล้ว +3

    Eziz qardashim paylashirsan bele videolari sagol.eziyet chekirsen savab qazanirsan.ama sohbetin maraqli yerinde chiqa chiq goturur.onsuzda reklam goruntunun bir hissesin tutur .hech olmasa onu etme.

  • @imamhuseynasiqi2129
    @imamhuseynasiqi2129 5 ปีที่แล้ว +14

    "Müsəlman Xalq " kanalına abunə olun.

  • @teraneelesgerova8127
    @teraneelesgerova8127 5 ปีที่แล้ว +4

    Paxıl adamın müalicəsi olmur.Qozbeli qəbir düzəldər.

    • @semedmemmedov3662
      @semedmemmedov3662 4 ปีที่แล้ว +2

      Paxil insan yoxdur bexti olmayan insan var.bu insanda qisemtile barismir sadece

    • @esqinvelizade976
      @esqinvelizade976 4 ปีที่แล้ว

      Görürem din yaxşı başıvızı qatıb

  • @knansxyev2889
    @knansxyev2889 ปีที่แล้ว

    Gör hansı məqamlara toxunur bu insan dərya idi.

  • @seidqahramanov224
    @seidqahramanov224 5 ปีที่แล้ว +11

    paxıl insan var niyə yoxdur psxıldan neçə növü var

  • @elnuresgerov7498
    @elnuresgerov7498 4 ปีที่แล้ว +1

    Salam qardaw cox paxil görmüşsem ozu irelimeh isdemir hanımında işine hesedle baxir herenin bir qismeti var

  • @harunlazri8246
    @harunlazri8246 5 ปีที่แล้ว +2

    Tövhidi örgənin

  • @behruzbabayev-qz8bc
    @behruzbabayev-qz8bc ปีที่แล้ว

    MEN PAXILLIQ NEDIR BILMIREM

  • @kontakthome2235
    @kontakthome2235 5 ปีที่แล้ว +5

    Mənim fikirimcə insan yaxşı mənada paxıl olmalıdı.

  • @pota124rzayev3
    @pota124rzayev3 4 ปีที่แล้ว +1