Əsirlikdə qalan şəxs: “Erməni xaçından sinəmə dağ çəkildiyi gün həyatımın ən dəhşətli günüdür”

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • #apatv #əsir #əsirlikdəolan #müharibə #qarabağ #erməniəsiri #MailMəmmədov #BirinciQarabağsavaşı #trend #youtube #azerbaijan #azerbaycan #xeber #xeberler #azxeber #xeberaz #xebershow #apaxeber #showxeber #sonxeber #bakuxeber #gundemxeber #xebersaati #maraqlixeberler #aztagram #qaynarxeberler #expressxeberler #xeberlerazerbaycan #sonxeberlerbugun2021 #az #aze #baku #baki #баку
    9 ay 14 gün əsir həyatı. Bu həyat Birinci Qarabağ savaşına könüllü qatılan əsgər Mail Məmmədovun taleyinə yazılıb.
    APA TV-nin xəbərinə görə, Göyçay rayonunda anadan olan, hal-hazırda Ucarda yaşayan, 1970-ci il təvəllüdlü Mail Məmmədov 1990-cı ildə könüllü olaraq Qarabağda gedən döyüşlərə qatılıb. Bir neçə rayon uğrunda qanlı döyüşlərdə iştirak edib. Sonuncu dəfə Ağdərə rayonu Sırxavənd kəndi uğrunda gedən döyüşlərdə kəşfiyyat əməliyyatını yerinə yetirib geri qayıdarkən döyüşçü yoldaşlarının erməni vəhşiləri tərəfindən qətlə yetirildiyini görüb. Az keçməmiş atılan minamyot döyüş yoldaşlarının ölümünə, Mailin isə ağır yaralanmasına daha sonra əsir düşməsinə səbəb olub: “Mən sürünüb dağın ətəyinə çatdım, bir də geri çevriləndə gördüm bir erməni əsgəri əlində avtomatın qundağı ilə boynumun ardından vurdu və mən huşumu itirmişəm. Bir də ayılanda gördüm məni tankın qabağına bağlayıb aparırlar. Gətirdilər məni o vaxtı Martuni deyilən yerə atdılar lilli gölməçəyə. Bütün arvadlı uşaqlı kənd adamları hamısı məni daş qalaq elədi. Söyüb üstümə tüpürürdülər, daşla əzirdilər. Sonra orda rus zabit vardı mənim boynumdan tutub gətirdi bir taxta evə”.
    Ağdərədən Xankəndinə gətirilən Mail əsir olduğu 290 gün müddətində erməni vəhşilərinin əsirlərimizə olmazın işgəncələr verdiyini deyir: “Yolun kənarında bir zabit dayanmışdı soruşdu bu türkdür? Dedilər bəli. Gəldi soruşdu dedi, haralısan, dedim azərbaycanlı, dedi bura niyə gəlmisən dedim torpağımızdan ötrü. Götürdü dipçəkdən bir topa torpağı ağzımı açıb doldurdular boğazıma. Dedi al, bu da sənə torpaq. Sonra başqa əsgər vardı, dedi türksən, dedilər hə tükdür. Götürdü maşın açarını qolumdan elə zərbə ilə vurdu çiynim qırıldı, bolum qatlandı. Ondan sonra əllərimi qoyub zindanın üstünə kvaltla əllərimin böyründəki oynaqlarımı qırdılar ki, bir də avtomat tuta bilməyim. Sonra götürüb hasarın üstündən atdılar bir həyətə, bütün belim qabırğalarım qırıldı. Bir qabırğam 5 yerdən qırılmışdı. Özümdən getdim ağrıdan. Görümü açanda gördüm ki, bir birinə zəncirlə bağlanan əsir qızlar, qadınlar var o tərəfdə, mənim olduğum həyətdə də əsir kişilər idi”.
    Mail deyir ki, həyatının ən dəhşətli günü sinəsinə erməni xaçından dağ çəkildiyi gündür. Çünki, həmin xaçı ömürlük sinəsində daşımağa məcbur qalacaqdı: “Əsirlərlə gəzəndə bir erməni əsgəri əsirimizdən birinə dedi ki, sabah kabab yeyəcəksiz. Mən də elə bildim bunlar bizi döyüb, sonra qəsdən kabab verəcəklər. Heç demə bunlar məni yandırıb kabab eləyəcəklərmiş. Gətirdilər həyətdə bir yekə tonqal qaladılar. İçinə də dəmirdən kəsdikləri yekə bir xaç atdılar. Məni yerə uzadıb qollarımı araladılar. Həmin o qıpqırmızı olan dəmir xaçı gətirdilər sinəmə tərəf, inanın ki saqaqqalım istidən qovruldu. Həmin xaçı köynəyimi cırıb basdılar sinəmə. Bircə kəlmə “mama” dedim. Onda gördüm sinəmin piyi alışdı. Sonra altı dəmirdən olan əsgər ayaqqabısı ilə üstündən basdılar. Elə bildim nəfəsim getdi bir də qayıtmadı. Sonra iki gündən bir gəlib təpiklə həmin yaranı vururdular ki, qaysaq bağlamasın. Qan su kimi axırdı yaradan, canım yana-yan söykənmişdim, dirəyə bir də gördüm qaynayan qəfədanı tökdü arxadan başıma. Elə bərkdən bağırdım ki, hamı çıxdı çölə. Oradan götürüb xlorlu su quyusuna atdılar məni. Su donurdu quyuda, 2 ay həmin suda qaldım. Çıxaranda bədənimi hiss etmirdim. Özümü idarə edə bilmirdim”.
    Əsir olduğu günlərdə 70-dən artıq həmvətənlimizə verilən işgəncələrin canlı şahidi olan Mail indi də həmin anların yuxalarından çıxmadığını deyir: “Bir dəfə yekə bir peç var idi, gördüm ki, yanında baş, əllər, sür-sümük var. Sonra bildim ki, Elçin adında qrat atıcısı var idi. Onu yandırmışdılar peçdə. O da erməni generalı və ailəsini qrat atıb öldürmüşdü. Ona görə, onu əsir alanda belə peçdə yandırmışdılar. Bir qadın əsir gətirdilər qaldığımız həyətə. Qızı əvvəl zorladılar, sonra saçlarından bağladılar yuxarıda rolikə, amma ayaqları yerdə bağlı idi. Onu birdən-birə neçə yuxarı dartdılarsa gördüm başının dərisi saçı ilə bərabər qopdu. Beyni açıq qaldı çöldə. Elə can verib öldü. Mənim də ağzıma lampıçkanı qoydular, qollarımı deşib elektrik cərəyanını qoşdular bədənimə. Toku verən kimi ağzımda lampıçka partdadı. Bütün bədənim deşik-deşik oldu”....
    ✅ Rəsmi saytımız: apa.tv
    ✅ Rəsmi facebook səhifəmiz: / tvapaxeber
    ✅ Rəsmi instagram səhifəmiz: / apatvresmi
    ✅ Rəsmi twitter səhifəmiz: / apatvofficial
    ✅ Rəsmi teleqram səhifəmiz: t.me/apa_tv
    ✅ Rəsmi youtube kanalımız: www.youtube.co...
    Copyright © APA TV

ความคิดเห็น • 650