İfrat - EVLƏNMƏ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024
  • Ifrat Dunyamaliyev Official TH-cam Channel.
    İfrat Dünyamalıyev ə məxsus rəsmi kanal.
    ✔Abunə ol: goo.gl/3yw3tH
    ✔İnstagram: goo.gl/2rnfL3
    Söz, mus: İfrat Dünyamalıyev
    Aranjiman: Nazim Memmedli
    Əsərin adı: Evlənmə
    Mahnı sözləri:
    Bənd
    Nişanla belinikiyə bölünəcək
    Hər bayram xərci çəkiləcək
    Maaşın xonçalara töküləcək Evlənmə.
    Subaylığın üçün darıxacaqsan
    Ətrafdan gözünü yığassan
    Telefona həsrətlə baxacaqsan Evlənmə.
    Nəqarət
    Ağlın varsa evlənmə, evlənmə, evlənmə.
    Bənd
    Qaqaş tök ətəyindən daşını
    Məhv eləmə bu cavan yaşını
    Qaynana qaynadacaq başını evlənmə
    Evə gec getsən solacaqsan
    Birtəhər içəriyə dalacaqsan
    Süpürgə ilə tanış olacaqsan evlənmə.
    Nəqarət
    Ağlın varsa evlənmə, evlənmə, evlənmə.
    Bənd
    Pul para olmasa bezəcəksən
    Əlini həyatdan üzəcəksən
    Qışın günü alça gəzəcəksən evlənmə.
    Uşaq ağlayacaq səs salacaq
    Sənə pampers almaq qalacaq
    Can yetim günün qara olacaq evlənmə.
    Nəqarət
    Ağlın varsa evlənmə, evlənmə, evlənmə.
    Bənd
    5 də yanmağa çalışassan
    Dəli kimi öz özünə danışassan
    Çayxanalardan yığışassan evlənmə.
    Səhvini tutsa ələ salacaq
    Saçlarını arvad ağa yoracaq
    Başın tükə həsrət qalacaq evlənmə.
    Nəqarət
    Ağlın varsa evlənmə, evlənmə, evlənmə.
    Bənd
    Bəxş elə bir övlad vətənə
    Atalıq yaraşar vallah sənə
    Mən avarayam, sən baxma mənə tez evlən.
    Avaraçılığı əldən salacaq
    Sənə tək evlənmək qalacaq
    Tez evlənən tez baba olacaq tez evlən.
    Nəqarət
    Ağlın varsa tez evlən, tez evlən, tez evlən.
    ═══════════════════════════════
    DİQQƏT! Kopyalamaq qəti qadağandır! İfrat Dünyamalıyevə məxsus rəsmi kanal olduğu üçün ona aid olan bütün mahnı və videoların hüquqları tərəfindən qorunur. Əks təqdirdə kanalınıza TH-cam tərəfindən şikayət atılacaq!

ความคิดเห็น • 1.2K