Toz şəklindəki bu dərmanlar niyə təhlükəlidir? | İçinə qatılanlar ortaya çıxdı

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • Toz şəklindəki bu dərmanlar niyə təhlükəlidir? | İçinə qatılanlar ortaya çıxdı
    Qrip və soyuqdəymə zamanı simptomatik müalicə üçün çox vaxt toz halında olan dərmanlardan istifadə olunur. Ağrıkəsici və temperatur salma xüsusiyyətlərinə malik olduğu üçün bu preparatlara tələbat böyükdür.
    Əczaçı Səidə Pənahovanın sözlərinə görə, sakinlər ən çox respirator xəstəliklərlə bağlı dərmanlar alırlar: “Əsasən toz şəklində olan dərmanlar tələb olunur. Bəzən xəstələr düzgün istifadə qaydasını bilməyərək onları 2-3 saatdan bir qəbul edirlər, amma bu, doğru deyil. Arada ən azı 5 saat fasilə olmalıdır”.
    Buna baxmayaraq, bir çox ölkələrdə istifadəsi qadağan edilən “Nimesil” kimi digər toz halında olan dərmanların da zərərli tərəfləri var.
    Terapevt Sübhan Hacıyevin sözlərinə görə, bu dərmanların bəziləri nimesulid tərkibli olduğu üçün ciddi fəsadlara yol aça bilər. Bundan başqa, toz halında olan dərman vasitələrinin istifadəsi allergik reaksiyası olan insanlar üçün təhlükəli sayılır.
    “Belə dərmanların tərkibində kifayət qədər ciddi molekullar var. Onların qeyri-rasional və həkim nəzarəti olmadan qəbulu həm qaraciyər, həm böyrəklər, həm də mədə-bağırsağın fəaliyyətinə ciddi fəsadlar törədə bilər. Xəstələr həkim məsləhəti olmadan dərman molekullarına müraciət etməsinlər”, - deyə o əlavə edib.
    Bizi WhatsApp-da izləyin whatsapp.com/c...
    t.me/bakutvxeber
    / baku.tv
    / bakutvofficial
    www.baku.tv
    ARZUNUN VAXTI ➧ • ARZUNUN VAXTI
    QAPQARA ➧ • QAPQARA
    AYDIN TARİX ➧ • AYDIN TARİX
    ORALARDA NECƏDİR? ➧ • Oralarda necədir?
    O VAXTLAR ➧ • O VAXTLAR
    SONUNCU ŞAHİD ➧ • SONUNCU ŞAHİD
    BAKU ANALİTİK ➧ • BAKU ANALİTİK
    BAKU MED ➧ • BAKU MED
    RƏSMİLƏR ➧ • RƏSMİLƏR
    BAKU AKTUAL ➧ • BAKU AKTUAL
    RETRO BAKU ➧ • RETRO BAKU
    ARAŞDIRMA ➧ • ARAŞDIRMA
    44 GÜN ƏSGƏR RƏŞADLA ➧ • 44 GÜN ƏSGƏR RƏŞADLA
    QARABAĞ XRONİKASI ➧ • QARABAĞ XRONİKASI
    QƏRBİ AZƏRBAYCAN XRONİKASI ➧ • QƏRBİ AZƏRBAYCAN XRONİ...
    Toz şəklindəki bu dərmanlar niyə təhlükəlidir? | İçinə qatılanlar ortaya çıxdı
    2025 © All Rights Reserved ℗ "Baku TV" LLC ™
    #bakutv #xəstəlik #qrip #soyuqdəymə #nimesil #dərman #qriphot #qızdırma #həkim #griphot #boğazağrısı #ağrıkəsici

ความคิดเห็น • 3

  • @sebineeliyeva64
    @sebineeliyeva64 3 วันที่ผ่านมา +3

    Qadağandı satmayın nə edək

  • @BeatriceCrimson-g8l
    @BeatriceCrimson-g8l 3 วันที่ผ่านมา +1

    Hərə bir hava çalır.Kim nə istəyir deyir.Camaat bilmir kimə inansın.Özü də bu neçə ildir satılır istifadə olunur insanlar tərəfindən.İndi ayılıblar??

  • @elseneliyev206
    @elseneliyev206 2 วันที่ผ่านมา

    Qadagandı satılmasın həkim pulsuz qalır onda ona görə içməsinlər