İlkin Quliyev - Sevdiyim (Rəsmi Audio)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • “Sevdiyim”
    Söz: İlkin Quliyev
    Musiqi: Ahmet Mücahit
    Mix & Mastering: İlkin Quliyev
    Sözlər:
    [Bənd 1]
    Mən səni sevmiş idim ulduzların sayı qədər,
    Mən sənə vurğun idim dənizin suyu qədər.
    Yalan sözlərinlə inandırdın özünü mənə,
    Hisslərim olmadı sənin kimi inan gəldi-gedər.
    Gecələr yazırdım mən sənin üçün vəsfi-hal,
    Məni sən düşünmə, təki yanımda sən qal
    Küsmə məndən, gəl səninlə barışaq,
    Xəyallarımı yarım qoyma, onlardan danışaq.
    Uzaq dayandıqca mən səni həyat sanırdım,
    Sevmədikcə məni hər zaman mən yanılırdım.
    Səni mən dünyalar qədər sevsəmdə,
    Heç vaxt mən sözümü əsla danmırdım.
    Sevgini sən axtarma varlı axmaqlarda,
    Yaxşı günlər olmur bahalı ağ paltarda.
    Həmin sevgi qalmayıb son vaxtlarda,
    Arzular olmadı yenə qara baxtlarda.
    [Bənd 2]
    Məni sevməsəndə şeirlərimi çox sevirdin,
    Amma buna rəğmən xəyallarımı sən devirdin.
    Bilmirdin, sənə möhtac olan bir insana,
    Qürura xətt çəkib, “səni sevirəm” demirdin.
    Səni çox sevsəm də yenə gəlmirdin,
    Sevgimin əbədiliyini bəlkə də bilmirdin.
    Aşiqinin özləmini hər zaman hiss etsəndə
    Üzümə kinlə baxıb heç vaxt dinmirdin.
    Məni dinləsəndə eşitməzdin əsla sözümü,
    Sənin yollarında yandırardım mən özümü.
    Acımasız vidanın sonu noldu bəs əbəs?
    Mənə qarşı hislərin sevgi deyil, adi həvəs.
    Birinə aşiq idim sanki qəlbi divarlı,
    Çoxunun marağıdır indi şöhrətli, varlı.
    Qəlbim silmədi heç vaxt sənin adını
    Gedişin öldürdü məni vəfasız qadınım.
    Sosial Media
    TH-cam ► bit.ly/3rojDUD
    İnstagram ► bit.ly/3wYBmVy
    Tik-Tok ► bit.ly/3vMfSvF
    İlkin Quliyevi sosial şəbəkələrdə izləmək üçün link:
    hyperfollow.co...
    Video Link: • İlkin Quliyev - Sevdiy...
    Video Playlist:
    ► Comedy : bit.ly/3sRGs6f
    ► Bütün Videolar : bit.ly/3tFtWHa
    ► Şeirlər : bitly.ws/LX4T
    ► Replər : bitly.ws/LX5z
    DİQQƏT!
    Videonun başqa TH-cam kanallarında yayımlanması qəti qadağandır!
    Bu kanal rəsmi olduğu üçün kanal sahibinə məxsus bütün videoların müəllif hüquqları "TH-cam" Partneri tərəfindən qorunur. #İlkinQuliyev #Sevdiyim
    All rights reserved © 2023

ความคิดเห็น • 12