Alpman Karyera sərgisində - Azərbaycan İdman Akademiyası📍

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • 💥
    Mayın 16-da Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ASAPES) gənclərin məşğulluğunu artırmaq məqsədilə tələbə və məzunlar üçün karyera sərgisi təşkil olunub. Sərginin keçirilməsində əsas məqsəd tələbə və məzunların müəssisə və təşkilat nümayəndələri ilə birbaşa ünsiyyətinə imkan yaratmaq və onların işlə təmin olunmasına dəstək verməkdir.
    Müxtəlif idman federasiyalarının, dövlət qurumları və təşkilatların, eləcə də Akademiya ilə sıx əməkdaşlıq edən idman müəssisələrinin nümayəndələrinin - ümumilikdə 500-dən çox tələbə və məzunun iştirakçısı olduğu sərgidə Alpman Taekvondo Klubu da şirkətlər arasında yer alıb.
    Tədbiri açıq elan edən ASAPES-in rektoru Fuad Hacıyev qonaqları salamlayaraq, sərginin əhəmiyyətinə toxunub. Rektor bildirib ki, bu tip sərgilər tələbə və məzunların karyera imkanlarını inkişaf etdirmək, məşğulluqlarını artırmaq, əmək bazarında ixtisaslarına uyğun şirkətlərlə əlaqə yaratmaq və real iş imkanlarından yararlanmaq məqsədilə təşkil olunur.
    Açılış mərasiminə klubumuzun direktoru Zahid Nadirovun rəhbərliyi ilə idmançılarımız öz nümunəvi çıxış proqramı ilə rəng qatıb, iştirakçıların marağına səbəb olmuşlar.
    Nümayəndələrimiz - Sənubər Tağıyeva (menecer) və Hacıəli Salmanov (direktor müavini) vakansiya və təcrübə proqramımız haqqında tələbə və məzunlara ətraflı məlumat veriblər. İş axtarışında olan gənclər isə mütəxəssislərimizlə birbaşa ünsiyyət quraraq vakansiyamız üzrə CV-lərini təqdim ediblər.
    Qeyd edək ki, karyera sərgisində tələbə və məzunlara ümumilikdə 47 müəssisədən 220 vakansiya, 78 təcrübə proqramı təklif olunub.
    Sonda sərgidə iştirak edən tələbələr arasında maraqlı yarış təşkil olunub və hədiyyələr təqdim edilib.
    Həmçinin, Alpman Taekvondo Klubu tərəfindən də bir qalibə korporativ hədiyyələr təqdim edilib.
    #ASAPES #ADBTİA #ALPMAN #AlpmanTkd #karyera #karyeramərkəzi #karyerasərgisi #məşğulluq #tələbə #sərgi

ความคิดเห็น • 1

  • @Romanelos
    @Romanelos 5 หลายเดือนก่อน

    first comment :)
    gtilts
    gtilts - good this, i love this sport