Damı qırıq, tavanı çürük, qapı - pəncərəsi olmayan məktəb - Baku TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • Damı qırıq, tavanı çürük, qapı - pəncərəsi olmayan məktəb - Baku TV
    Dam örtüyü qırıq, döşəməsi və tavanı çürük, qapısı və pəncərəsi yoxa bərabər, istilik sistemindən isə heç danışmağa dəyməz.
    Söhbət Kürdəmirin Şilyan kəndində şəhid Elxan Zülfüqarovun adını daşıyan məktəbdən gedir. Məktəb ötən əsrin 70-ci illərində tikilib və bu vaxta qədər bir dəfə də olsun əsaslı təmir olunmayıb. Təhsil ocağının acınacaqlı vəziyyətdə olması şagirdlərin dərsə davamiyyətinə də öz mənfi təsirini göstərir.
    Şilyan kənd tam orta məktəbi bir korpus və 18 sinif otağından ibarətdir. Məktəbdə 400 nəfərə yaxın şagirdin tədrisi ilə 30 müəllim məşğul olur. Bundan başqa, məktəbdə 18 nəfər texniki heyət fəaliyyət göstərir. Məktəb kollektivi və rəhbərliyi dəfələrlə aidiyyəti üzrə müraciət etsələr də, bu günə kimi səslərinə səs verən olmayıb.
    Kənddə olan digər iki məktəb əsaslı təmir olunduğu üçün bəzi valideynlər haqlı olaraq uşaqlarını həmin məktəblərə aparırlar. Bu da məktəbin şagird kontingentinin azalmasına səbəb olur.
    Qeyd edək ki, hazırda rayon üzrə 59 ümumtəhsil məktəbi və 2 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir ki, onlardan 7-si qəzalı, 18-i isə əsaslı təmirə ehtiyacı olan məktəblərdir.
    ________________________________
    Pulsuz Elanlar:www.tut.az
    Website: www.baku.tv
    Bizi izləyin: bit.ly/2Y75DEU
    ****
    Bizi Sosial Şəbəkələrdə izləyin
    Facebook: / www.baku.tv
    Instagram: / __baku_tv__
    Tiktok: vm.tiktok.com/...
    ****
    Kanalımızın məqsədi dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri Azərbaycan və Rus dillərində geniş auditoriyaya çatdırmaqdır
    ****
    2018/2021 © All Rights Reserved ℗ Baku TV
    #BakuTv #Azerbaycan #trend

ความคิดเห็น • 13

  • @РафигРуфуллаев-ы1ы
    @РафигРуфуллаев-ы1ы 3 ปีที่แล้ว +4

    Хара бахырлар биабырчылыг

  • @cesikafernandes9401
    @cesikafernandes9401 3 ปีที่แล้ว +3

    Ay allahim bizim mektebimizde bu vundedir.hec gelib maraqlananda yoxdurki uwaqlar nece qizinirlar.Qqax rayon Qum kendi

  • @untrueworlddreams1989
    @untrueworlddreams1989 3 ปีที่แล้ว +5

    Gedib afrikada mekteb tikirler, Asiyad stadion tikirler, Avropada berpa işleri ile meşgul olurlar. Eyibdi Vallah evvelce oz eyiblerinizi ortun sonra gedin orda burda iş gorun!!!

  • @ismaylzadexyal7665
    @ismaylzadexyal7665 3 ปีที่แล้ว +2

    AZƏRBAYCAN Məktəblərinin 80-90 % bu gündədir.

  • @GREAT_TURAN
    @GREAT_TURAN 3 ปีที่แล้ว +2

    Gedib Vatikanda katakomba təmir edirlər, Rusiyada dəmir yol stansiyası tikirlər, öz günümüz budur. Əvvəlcə evin içi, sonra çölü, ay hakimiyyət. Burada deyiblər: "Aləmi bəzər, özü lüt gəzər."

  • @РенаМамедова-в7ь
    @РенаМамедова-в7ь 3 ปีที่แล้ว +2

    Vaxtınız olanda Xaçmaz rayon Qusarçay kəndinin məktəbini çəkin çox bərbad vəziyyətdədi

  • @alparslan459
    @alparslan459 3 ปีที่แล้ว +6

    Siz hele bizim kendin mektebini goresiz Dostlarimnan qonaq getmisdik kende biri sorusdu ki bu kimsesiz evdi deyesen goresen satarlar dedim ev deyil mektebdi soka dusduler

  • @tnhainsan8014
    @tnhainsan8014 3 ปีที่แล้ว +1

    Vamil😂
    Əslində Amil Əsgərovdu😂

  • @elinagizade5920
    @elinagizade5920 2 ปีที่แล้ว

    🤭

  • @ШаигРагимов-л3э
    @ШаигРагимов-л3э 2 ปีที่แล้ว

    Алма Матер.

  • @ШаигРагимов-л3э
    @ШаигРагимов-л3э 2 ปีที่แล้ว

    Урек агрыдычы горунтулар.