Dr. Sərvər Qurbanov - Sahibkarlıq üçün 1200 saniyəlik beyin fırtınası

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 พ.ย. 2018
  • Sərvər Qurbanov İqtisad elmləri üzrə fəlsəfə doktorudur. Tədqiqatlarını əsasən Amerika, Almaniya və İngiltərədə davam etdirmişdir. Dr. Qurbanovun "Holland Sindromu: Nəzəriyyə və Ölkə Təhlilləri" adlı kitabı, İstanbulda işıq üzü görmüşdür. Hal-hazırda University of Reading tədqiqatçıları ilə birlikdə, neft gəlirləri və sahibkarlıq arasında elmi münasibətin təhlil edilməsi sahəsindənövbəti tədqiqat üzərində öz elmi işini davam etdirir.
    Dünya iqtisadiyyatında baş verən son prosesləri müzakirə edən “Bətnlər Köçü” (Rahimler Göçü) adlı əsəri isə 2016-cı ildə Ankarada Elma yayınevi tərəfindən nəşr edilmişdir.
    Sərvər Qurbanov, 2015-ci ilin birinci yarısında Los Angeles`da yerləşən Cənubi Kaliforniya Universitetində (USC), Fulbright təqaüdü ilə tədqiqat aparmışdır. 2014-cü ildə Kanadaya çıxış üçün dəvət edilən Sərvər Qurbanov, 2015-ci ildə Silikon Vadisi, UCLA, West Texas A&M University kimi bir sıra mühitlərdə çıxış etmişdir.
    2016-ci ildə Erasmus+ çərçivəsində ÖDTU`yə, 2017-ci ildə, beynəlxalq think tank qurumlarından olan Kapsarc`ın tədbirinə dəvət edilmişdir. Eyni ildə 8 Boğaziçi Zirvəsinə dəvət edilən üç Azərbaycanlı ekspertdən biri olmuşdur.
    DAAD təqaüdü ilə Almaniyada tədqiqat aparmış olan Dr. Qurbanov, bir sıra elmi publisistik məqalələrin müəllifidir. Son məqaləsi, İsveçrənin Basel şəhərində, Economies jurnalında çap olunmuşdur. ADA Universitetinin müəllimidir.
    2015-ci ildəki TEDx çıxışından sonra, Azərbaycan üçün doğumda gender balansının qorunması mövzusu, ictimaiyyətin, əlaqədar təşkilatların və incəsənət adamlarının diqqətini cəlb etmiş və bu istiqamətdəki maarifləndirmə işləri geniş vüsət almışdır.
  • บันเทิง

ความคิดเห็น • 3