Dashaghil | Historical place for family and nature relaxation Travel vlog

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • Abunə olmaq üçün
    / getdikgorduk
    Videoların davam etməsi üçün kanalımıza abune olmağı və bildirimləri açmağı unutmayın.
    Sosial media hesablarımız ;
    instagram/getdikgorduk
    tiktok/getdikgorduk
    ____
    İlk baxışda Daşağıl sözü "daş" və "ağıl" sözlərindən ibarət olub, mal-qara, qoyun-quzu saxlanılan yer kimi izah olunur. Tədqiqatçı E. Nuriyev də "Şəki-Zaqatala zonasının toponimiyası " adlı əsərində "Daşağıl" sözünün izahına məhz bu baxımdan yanaşmış, və öz fikrini əsaslandirmaq uçün qeyd etmişdir ki, həqiqətən kəndin ərazisində iki təbii mağara və bir qayaaltı daş mağara vardır. Baş Daşağıl kəndinin yaxınlığında bir neçə kənd xarabalıqlarının və köhnə qəbirstanlığın olması, ərazidə Uğan mağarası, Qazanuçan, Sarıgüney, Göybayır, Salavat qayası, Ulu çay və sair qədim dövrlərlə səsləşən toponimlərin geniş yayılması əski çağlardan bu ərazidə insanların məskunlaşmasından xəbər verir. Əlician çayının böyük qolu olan Daşağıl çayının (Yerli əhali bu çayı Ulu çay adlandırır) yatağının yerləşdiyi Daşağıl keçidi kəndin şimalından başlayaraq Dağıstan ərazisindəki Qıdım aşırımında tamamlanır və bu aşırım vasitəsilə hərbi Axtı yoluna birləşir. Keçidin qərb və şərq tərəfləri Böyük Qafqazın cənub-şərq yamacındakı orta dağlıq qurşağın yan dağlar silsiləsi ilə əhatə olunmuşdur. Həmin dağlar Salavat qayası adlanan ərazidə bir-birinə daha çox yaxınlaşır. Burada keçidin eni 300-400 metrdir. Daşağıl keçidinin bir qolu rayonun ərazisindəki Muxas kəndinin yuxarı hissəsində yerləşən Kilsədağın belindəki Gəmir aşırımı vasitəsilə Oğuz şəhərinə enir. Daşağıl kəndi bölgənin əsas yaşayış məntəqələrindən bir qədər kənarda, müdafiə əhəmiyyətli yaşayış məntəqəsi kimi meydana gəlmişdir. Bu kənd həm də Oğuz rayonunun ərazisindən keçən, Şəki və Qəbələ mahallarını birləşdirən, əslində qədim Azərbaycanın şimal hissəsini Yaxın Şərq ölkələri ilə əlaqələndirən, yerli əhali tərəfindən "Xan yolu" adlandırılan qədim torpaq yoldan da 12 km kənarda yerləşir. Daşağıl toponiminin kökünü təşkil edən "daş" sözünün fonetik dəyişkənliyini nəzərdən keçirərkən də onun ilkin ifadəsinin Daşağıl kəndinin mənşəyinin tarixi və coğrafi amillərlə uyğunlaşdığının şahidi oluruq. XI əsrdə yaşamış Mahmud Kaşğarinin "Divani lüğət-ət türk" əsərində hazırda leksionumuzda istifadə olunan "daş" sözünün "taş" şəklində işləndiyini görürük. "Kitabi-Dədə Qorqud" dastanlarında da biz "taş oğuzlar" ifadəsi ilə tez-tez rastlaşırıq. Mahmud Kaşğarinin əsərində "taş sözü həm də kənar tərəf kimi izah olunmuşdur. Hamıya məlumdur ki, şifahi ədəbiyyatımızın "çağlayan bulağı" hesab olunan "Kitabi- Dədə Qorqud" dastanlarında da "taş oğuzlar" "iç oğuzlara asi olan dış oğuzlar-kənar oğuzlardır. Tədqiqatçı T.Əhmədov "Azərbaycan toponimikasının əsasları" adlı əsərində Daş Salahlı və Daş Veysəlli toponimlərini izah edərkən "daş" sözünün "kənar" mənasını əsas götürmüşdür. Azərbaycan dilinin formalaşdığı müəyyən bir tarixi dövrdə "daş" sözü ilə yanaşı eyni mənalı "dış" sözü də işlənmiş və bu söz də "dışarı" sözünün kökü olub "kənar, bayır" mənasında da izah edilmişdir.Bütün bunları həzərə alaraq belə bir nəticəyə gəlmək olar ki, Baş Daşağıl toponiminin "kənar kənd" mənasında izah edilməsi tarixi və elmi nöqteyi-nəzərdən daha məqsədə müvafiqdir. O da qeyd olunmalıdır ki, konkret bir regionda eyni mənalı toponimlər olduqda yarana biləcək dolaşıqlığı aradan qaldırmaq məqsədilə əhali tərəfindən həmin adlara fərqləndirici əlamətlər əlavə edilir. T.Əhmədov yuxarıda adı qeyd oluanan əsərində göstərir ki, Azərbaycan ərazisində 10 yerdə təkrarlanan 5 toponimdə makroarealın (Şəki dialektinin) spesifikasiyasından asılı olaraq "yuxarı" əvəzinə şaquli xətt üzrə eyni mövqedə (cərgədə) onun sinonimi olan "baş" fərqləndirici əlamətindən istifadə edilmişdir. Müəllif göstərmişdir ki, Aşağı Gəldək- Baş Gəldək, Aşağı Göynük- Baş Göynük, Aşağı Layski- Baş Layski, Aşağı Künküt- Baş Künküt toponimləri kimi Aşağı Daş - Baş Daşağıl toponimləri də yuxarıda göstərilən fərqləndirici əlamət əsasında yaranmışdır.Baş Daşağıl rayonun ən qədim yaşayış məntəqələrindən biridir. Kəndin şimalında yaşı bilinməyən qədim Oğuz (tayfa) qəbirləri, cənubunda məşhur Novruz baba ziyarətgahı var. Baş Daşağıl kəndinə gedən yolun üstündə, Daşağıl keçidi qarşısında, Muxas kəndinin şimalında IX əsrin tarixi memarlıq abidəsi hesab edilən məşhur Muxas Qülləsi yerləşir.
    #Azərbaycan #travel #walking #walkingtour #azerbaijan #baku #gəzməli #hiking #vlogger #visiting #destination #cultural #history #youtuber #Travel vlog

ความคิดเห็น • 43

  • @GetdikGorduk
    @GetdikGorduk  ปีที่แล้ว +4

    Dostlarınızla paylaşmağı və abunə olmağı unutmayın 🙏😊 #azerbaycan #oguz #travel

  • @ismayil_bs2123
    @ismayil_bs2123 8 หลายเดือนก่อน +3

    Gözəl kəndim

  • @kamilceferov5680
    @kamilceferov5680 ปีที่แล้ว +7

    Kecen ay bu kənddə 3 gün qalmışam. Təbiliyini çox qoruyub bu kənd.

    • @GetdikGorduk
      @GetdikGorduk  ปีที่แล้ว +1

      Doğrudur, bəzi yeni tikililər bir az ümumi şəkli pozur.

  • @AlibabaAlxasov
    @AlibabaAlxasov 10 หลายเดือนก่อน +3

    Çox sağolun belə gözəl vidofilmə görə, lakin Daşağılın ən çox görülməli yerlərini çəkməmisiniz.

  • @РафаилБабаев-и2ш
    @РафаилБабаев-и2ш ปีที่แล้ว +5

    Gardaş,sene ve ailene ugurlar arzulyyuram.Lazimli kadrlar cekmisiz.Cay sufresi ela baxiş verir.Munnetdaram zehmetinize.

    • @GetdikGorduk
      @GetdikGorduk  ปีที่แล้ว +3

      Çox sağ olun səmimi fikirləriniz üçün

  • @rahibamusayeva563
    @rahibamusayeva563 ปีที่แล้ว +9

    Xarici ölkələrə gedib gəzənlər,bir dönüb bizim Azərbaycanın rayonlarını da gəzin. Selfi burda da çəkmək olar. Afərin sənə oğul.

  • @gulrengiay2377
    @gulrengiay2377 3 หลายเดือนก่อน +3

    Bu kənd üçün ürəyim gedir. Kaşki kəndlərdə villaların tikilməsinə qadağa qoyulardı. Hər kənd öz memariyyəsini qoruyardı

  • @Hecersirinova-u5q
    @Hecersirinova-u5q 10 หลายเดือนก่อน +2

    ayda darxim kede otur 😢😢

  • @yusifdavud346
    @yusifdavud346 ปีที่แล้ว +5

    Azərbaycan dünyanın ən gözəl yerlərindən biridir və bu ölkənin gəzməli yerlərini çəkib göstərmək böyük vətənsevərlik işidir.Bu ışdə müəllifə uğurlar arzulayıram!

  • @azsantex7401
    @azsantex7401 2 หลายเดือนก่อน +1

    Təşəkkürlər

  • @mhbubagazad6711
    @mhbubagazad6711 ปีที่แล้ว +2

    Çox gözəl havası və mənzərəsi var,bu Kor dərə şəlaləsidi,5il bundan öncə səyyahət eləmişik orada olan mağaranı, Allah birdə qismət eləsin Baş Dağılı səyyahət eləməyi

  • @elmirmutllibov4055
    @elmirmutllibov4055 ปีที่แล้ว +3

    O mağarada gartal yuvası var idi biz uşag olarkən görmüşdük

  • @mehribanmahmudova7140
    @mehribanmahmudova7140 ปีที่แล้ว +2

    Çox sağ olun.Maraqlıdır.

  • @chvetok69
    @chvetok69 ปีที่แล้ว +2

    Да Очень Красивая 👍👍♥️

  • @vaqifismayilov3343
    @vaqifismayilov3343 ปีที่แล้ว +3

    Afərin.Gözəldir.

  • @elmirmutllibov4055
    @elmirmutllibov4055 ปีที่แล้ว +4

    O evlərin aura bam başgadı nəyinki vilalarda inanki bu belədi

  • @elmirmutllibov4055
    @elmirmutllibov4055 ปีที่แล้ว +4

    Barısı uçmuş evdə biz babamnan xalamnan yaşamşıg

  • @user-pq2ds4rg9tder
    @user-pq2ds4rg9tder ปีที่แล้ว +2

    Cox serin maraqli kentdii

  • @azsantex7401
    @azsantex7401 2 หลายเดือนก่อน +1

    Əəəəla oldu bu video.

  • @tofiqdasdemirov3013
    @tofiqdasdemirov3013 ปีที่แล้ว +3

    👍👍👍👍👍👍👍👍👍👍

  • @azadbagirov6361
    @azadbagirov6361 ปีที่แล้ว +3

    Cekilislerin davamli olsun qardas.👍

    • @GetdikGorduk
      @GetdikGorduk  ปีที่แล้ว +2

      Başlamışıq qardaş 🙂. Rəşadla yeni videomuz gəlir )

  • @YasarCavanov-vb5kp
    @YasarCavanov-vb5kp 11 หลายเดือนก่อน +3

    Yaddan cixmis yer😢

  • @vasifhesimov1274
    @vasifhesimov1274 ปีที่แล้ว +2

    Salam Aleykum Cox gozel Allah Eziyyetivizi itirmesin Amin.Oguz r xaçmaz kendinede gedin orada cox gozeldi

    • @GetdikGorduk
      @GetdikGorduk  ปีที่แล้ว +2

      Çox böyükdür gəzib qurtarmaq olmaz oranı 🙂

    • @vasifhesimov1274
      @vasifhesimov1274 ปีที่แล้ว +1

      @@GetdikGorduk men Xaçmazliyam amma wirvan weherinde yawayiram

    • @GetdikGorduk
      @GetdikGorduk  ปีที่แล้ว +1

      @@vasifhesimov1274 xaçmazdan çoxdur tanışlarım. Mən də əslən Oğuzdanam

  • @amirmamedov8010
    @amirmamedov8010 ปีที่แล้ว +2

    👍🔥🔥🔥

  • @ruhiyyememmedova2515
    @ruhiyyememmedova2515 2 หลายเดือนก่อน +1

    Deyilənlərə görə o mağaranın içində yol var.keçmişdə yolla dağın başqa tərəfinə çıxılırmış.gizli yoldu

  • @behruzqurbaneliyev9159
    @behruzqurbaneliyev9159 3 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @yaminnemetov876
    @yaminnemetov876 6 หลายเดือนก่อน

    Qaraş bu gözeliyeleri haradan tapıb gösterisen.super valla

  • @VahidAsirov-fj6dr
    @VahidAsirov-fj6dr หลายเดือนก่อน

    Aqllll das yeni😊

  • @chvetok69
    @chvetok69 ปีที่แล้ว +1

    Это Вода Лечебные.

  • @rq9055
    @rq9055 ปีที่แล้ว +3

    Oğuzun kəndidir?

    • @GetdikGorduk
      @GetdikGorduk  ปีที่แล้ว +1

      Bəli, ən gözəl və qədim kəndlərindəndir.

  • @sirinovsirin3569
    @sirinovsirin3569 ปีที่แล้ว +1

    Men gelmek isteyene komekliknede bilerem sosial webekelerde kendin adina sehfelerim var

  • @chvetok69
    @chvetok69 ปีที่แล้ว +1

    Это Брошенный Деревня.

    • @GetdikGorduk
      @GetdikGorduk  ปีที่แล้ว +3

      Нет не брошенная. Вполне туристическая деревня

  • @viceieva
    @viceieva ปีที่แล้ว +2

    Awesome video darling ❤❤❤