Şəhid Etibar Ələddin oğlu Həsənov Şuşa uğrunda gedən döyüşlərdə Gədəbəy Qarıkəndi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 พ.ย. 2021
  • Sehid Etibar Eleddin oglu Hesenov Susa ugrunda geden doyuslerde
    Gedebey Qarikendi
    Şəhidin Həyatı haqqında
    1991-ci il fevralın ikisində Gədəbəy rayonunun Qarıkənd kəndində anadan olmuşdur.
    1997-ci ildə həmin kəntdə birinci sinifə getmişdir.
    2006-cı ildə Gədəbəy rayon Peşə liseyinə daxil olmub.
    2009-cu ildə liseyi bitirərək, geniş profilli təmirçi-çilingər peşəsinə yiyələnmişdir.
    Hərbi Həyatı
    2009-2010-cu illərdə həqiqi hərbi xidmət keçmişdir. 2019-cu ilin iyul ayında müddətdən artıq hərbi qulluqçu kimi xidmətə başlamışdır.
    Azərbaycanın ərazi bütövlüyü uğrunda 27 sentyabrda başlamış Vətən müharibəsində iştirak etmiş, Füzuli ətrafında gedən döyüşlərdə şücaət göstərmişdir. Noyabrın 9-da Şuşada gedən döyüşlərdə şəhid olmuşdur. Noyabrın 12-də doğulduğu kənddə dəfn edilmişdir.
    Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Etibar Həsənov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
    Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan respublikasının Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Etibar Həsənov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
    Azərbaycan respublikasının ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan respublikasının Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Etibar Həsənov ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.
    #dadobrend
    #şəhidim
    #gedebey
    #qarikend
    #hesenovetibar

ความคิดเห็น • 3

  • @elmeddinsadiqov4415
    @elmeddinsadiqov4415 2 ปีที่แล้ว +1

    Allah sehidlerimize rehmet etsin.Sehitleri unutmaq olmaz.

  • @sb1rs1z_q1z2
    @sb1rs1z_q1z2 2 ปีที่แล้ว +3

    ALLAH RƏHMƏT ELƏSIN AMIN🙏 ALLAHDAN ONLARIN AİLƏLƏRİNƏ SƏBİR DİLİYİRİK🤲😔🥀🇦🇿🇦🇿

    •  2 ปีที่แล้ว +3

      AMİN