İki ay içində qardaşını və oğlunu itirdi, oğlunun dəfninə buraxılmadı - Canəli Əkbərov haqqında
ฝัง
- เผยแพร่เมื่อ 9 ก.พ. 2025
- #birivaridi #1000production #caneliekberov
Həyat insan üçün sürprizləri ömrünün elə dolanbaclarında, döngələrində gizləyir, rastlaşanda tərksilah olmaqdan başqa çarən qalmır. O da ömrünün 80 ilini yaşadıqdan sonra doğma qardaşını və oğlunu 2 ayın içində itircəyini yəqin ki, ağlından da keçirmirdi... Biri var idi, bir vaxtların ən parlaq xanəndəsi, Xalq artisti Canəli Əkbərov...
Əkbərov Canəli Xanəli oğlu 10 mart 1940-cı ildə Lənkəran rayonunun Tükəvilə kəndində anadan olub. Atası Xanəli Əkbərov da, babası Kərbəlayi Ağaməhəmməd də tanınmış xanəndələr olub. Onun üç qardaşı da estrada müğənnisi kimi fəaliyyət göstərib. Canəli Əkbərov da erkən yaşlarından ilk müəllimi olan atası ilə toylara oxumağa gedib.
Bu nadir videoda isə Canəli Əkbrov atası Xanəli Əkbərovu tarda müşayət edir.
Canəli Əkbərov ilk təhsilini musiqi üzrə yox, tibb sahəsində alıb. Məzun olandan sonra çox savadlı həkimlərlə birlikdə işləyib. Günlərin birində həmin həkimlərdən biri Bakıdakı müşavirədə eşidir ki, III Respublika Gənc İfaçılar Müsabiqəsi keçiriləcək. Bu barədə Canəlinin atasın məlumat veriləndə o, oğlunu müsabiqədə iştirak üçün Bakıya gətirir.
Müsabiqənin münsifləri heyətində Mütəllim Mütəllimov, Seyid Şuşinski, Qurban Primov, Xan Şuşinski, Bəhram Mansurov kimi respublikanın görkəmli incəsənət ustaları olurlar. Münsiflərin sədri də Səid Rüstəmov imiş. Canəli muğam ifaçılığı nominasiyasında iştirak edir. Finalda fərqli tərzdə “Zərb muğam” oxuyub və səs çoxluğu ilə qızıl medala layiq görülür.
Bundan sonra 23 yaşlı Canəli sənədlərini Asəf Zeynallı adına Musiqi Məktəbinə verir. Qəbul imtahanı zamanı Seyid Şuşinski, Mütəllim Mütəllimov və Əhməd Bakıxanov tərəfindən dinlənilir. Xanəndə həmin illəri belə xatırlayır:
“Seyid Şuşinski respublikanın ilk peşəkar muğam müəllimi olub, tələbələr ona öz aralarında ehtiramla “ağa” deyirdilər. Bütün imtahanlardan “əla” alıb muğam ifaçılığı bölməsinə qəbul olundum. Bir gün tələbə ikən Əhməd Bakıxanov məni dinləmək üçün evlərinə çağırmışdı. Yadımdadır, bir neçə muğam oxuyandan sonra kədərlə “Təəsüf, min təəssüf ki, Cabbar Qaryağdıoğlu səni eşitmir. Razı qalardı”.
O, 1969-cu ildən Xan Şuşinskinin rəhbərlik etdiyi Bakı Muğam Studiyasına gedir. Elə həmin dövrdə “Melodiya” ümumittifaq qramofon yazısı şirkətində maestro Niyazi ilə dərviş və aşıq Səlim partiyalarını ifa edir. Zülfüqar Hacıbəyovun “Aşıq Qərib” operasını yazdırır.
Canəli Əkbərov adı tez-tez qalmaqallarda hallanan sənət adamlarından olub. Onunla bağlı ən güclü söz-söhbət 2017-ci ildə başlanıb. Belə ki, xanəndə VI Muğam Televiziya Müsabiqəsinin münsiflər heyətinin tərkibinə qatılmaq istəsə də, digər münsiflər - xalq artistləri Mənsum İbrahimov, Səkinə İsmayılova, Arif Babayev, Əlibaba Məmmədov, Sərdar Fərəcov ona etiraz ediblər. Bildiriblər ki, Canəli Əkbərova münsiflər arasında yer verilsə, aləm qarışacaq, ifaçılara qarşı qərəzli çıxışlar edəcək, tez-tez dava düşəcək. Əlibaba Məmmədov isə Canəli Əkbərovun heyətə qatılmasına qəti etiraz edib, bu baş verərsə, özünün münsiflərdən çıxacağını bildirir. Həmkarlarının reaksiyasına Canəli Əkbərov müsahibələrinin birində belə cavab verir:
“Düşünməzdim ki, onlar mənə qarşı belə bir kampaniyaya start verəcəklər. Mənsum kimdir ki, mənim haqqımda danışa? Mənim oğlanlarım yaşda Mənsumdan böyükdür. Onu mən hazırlaşdırmışam. O vaxtlar mən Opera və Balet Teatrında milli operaların bədii rəhbəri idim. Bir gün Mənsum gəlib qoluma girdi, dedi ki, mənə atalıq et, nə olar. Cavab verdim ki, necə atalıq edim? Söylədi ki, məni Məcnun obrazına hazırlaşdır. Bu, tək mənim işim deyildi, rəhbərliklə danışmalı idim. Direktor Arif Məlikovla görüşdüm. Direktora dedim ki, Mənsumu “Məcnun” obrazına hazırlamaq istəyirəm. Məlikov söylədi ki, səs imkanları yaxşı deyil. “Xahiş edirəm, bu işə mən əl qatacam”, - deyə direktora müraciət etdim. Axır ki, razılaşdıq, hazırladım. Tamaşa istədiyim kimi baş tutdu, Polad Bülbüloğlu o vaxtlar nazir idi. Məni qucaqladı, təşəkkürünü bildirdi. İndi isə hər şey dəyişdi. Mənsum bir balaca parlayan kimi vəziyyət ayrı cür oldu. Əlibaba Məmmədov deyib ki, Canəli orada varsa, mən yoxam. Əlibaba yox, Əlibobbi! Bir dəfə Əlibaba ağır xəstələndi. O, ağır vəziyyətdə xəstə yatanda mənim xahişimlə müalicəsi dövlət tərəfindən həyata keçirilib. İndi belə edirlər”.
13 nəvəsi, 16 nəticəsi olan Xalq artisti 2018-ci ildə əvvəl beyin insultu keçirir. 2020-ci ilin may ayında isə onun qardaşı Fərail Əkbərov Sankt-Peterbuqda avtomobil qəzasında dünyasını dəyişir. Elə həmin ilin iyul ayında isə xanəndənin oğlu Asəf Əkbərov xəstəlikdən vəfat edir. Oğlunun dəfninə qatıla bilməyən xanəndə mətbuata açıqlamasında deyir: “Ailəmin hamısı getdi, xəstə olduğum üçün mən gedə bilmədim. Heç bilmirəm oğlumdan sonra necə yaşayacam. Ata üçün bundan böyük dərd yoxdur”.
Elə də olur. Ailəsində baş verən ağır hadisələr xanəndəni dərindən sarsıdır. O, özünün də dediyi kimi oğlunun dərdinə dözə bilməyib 2021-ci il oktyabrın 21-də komaya düşür, 1 gün sonra dünyasını dəyişir. Allah rəhmət eləsin!
Bəzəksiz dūzəksiz danışan, əyrini əyri, dūzù dūz deyən insan idi. cox gözəl səhnə mədəniyyəti var idi.Allah rəhmət eləsin.
Talışdan yaltaq olmaz. Əsl kişi kimi yaşadı və həyatdan köçdü. ALLAH rəhmət eləsin 🤲
Meşe caqqalsiz olmur!
Əlvan Ağayeva, Allah rəhmət eləsin görkəmli xanəndə Canəli Əkbərova. O, bütün Azərbaycanın sevimlisi idi. Kişi kimi kişi idi.
Ancaq bir fikrinizlə razılaşmaq istəmirəm. Yaltaq hər millətdə olur. Elə fikir düz deyil.
@@romaali8308 ölənlərün rəhmətlik. Mən yazacagdım gördüm siz yazmısuz
Qardaş Talışlara can qurban. Azərbaycan balası
AMIN!!!
Coooox boyuk senetkar, evezsiz xanende, mukemmel qezelxan, gozel insan, ustad Caneli beyi Allah rehmet elesin. Dahi insani itirdik, geyiffffff
Alla rehmet etsin.Unudulmaz muğam ifaçısı, gözel insan.
Canəli mərd qururlu bir insan idi allah rəhmət etsin
Əyani tanımasaq da da ,səhnədən ,tamaşalardan necə bir qururlu,mətin insan olduğunu bilirik.Gözəl ifaları,eyni zamanda beyni yormayan ahəngli səsi vardı.Allah məkanın cənnət etsin...
,,Ustadına kəm baxanın gözlərinə ..qan damar."
Allah Canəli müəllimə rəhmət eləsin.
Allah rəhmət eləsin.Həmişə haqq öz yerini tapır, Amma nə olsun , iş- işdən keçəndən sonra.Kaş sağlığında ona hörmət qoyaydılar.
Allah rəhmət eləsin Ustada. Qaldı ki, Allah heç vaxt haqqı nahaqqa verməz. Ustadına kəm baxanın gözünə qan damar.
Allah rəhmət eləsin.Azərbaycanın ən güclü xanəndələrindən idi.Onun müəllimi Xan Şuşinski idi.
Sag olun qərəssiz dəqiq məlumat üçün.
Мунсифлерин бащы готунен чыхмыр ,,Ариф Чанели Екберовун йанында хеч кимдир сеси йох озуде хаин,,, Аллах Чанели муеллиме рехмет еласин,,,
Allah qəni-qəni Rəhmət eləsin.Muğam ustalarımızdan biri kimi ÇOX BÖYÜK SƏNƏTKAR idi.Dinləməkdən doymaq olmurdu.Yeri BEHİŞT,RUHU ŞAD OLSUN TÜKƏNMƏZ SƏS SAHİBİNİN.ÇOX HEYF Kİ,BİR DƏ CANƏLİ MÜƏLLİMİ CANLI GÖRƏ BİLMƏYƏCƏYİK...
Allah rəhmət eləsin mərd insan yataq yaşamadı başı dik alnı açıq yaşadı ədalətli Canəli Əkbərov
Allah rəhmət eləsin,insan kimi insan idi,çox sadə və səmimi idi,indi elə səmimi sənətkarlara çox nadir hallarda rast gəlinər.Çox haqsızlıq gördü heyf.Allah yerini behişt eləsin.
Allah Rehmet elesin deyerli senetkara.mekani cennet olsun.
Allah rəhmət etsin, ruhu şad yatdığı torpaq cənnət məkan olsun. Ustad xanəndə, müəllim, salist Canəli Əkbərov öz ifası, səlist cümlələrlə çıxışı, nitq mədəniyyəti ilə həmişə Azərbaycan xalqının qəlbində əbədi olaraq yaşayacaqdır. Amin inşallah.
Allah rəhmət eləsin bu ailə başdan ayağa istedad idi butun qardaşlarıda gözəl xanəndələr idi indidə var dunyasını dəyişənləri Allah rəhmət eləsin
Allah rəhmət eləsin Canəli Ələkbərov mərd adam idi.Amma bəzi sənət yoldaşları ona qarşı çox haqsızlıq etdilər.Onlar Muğam müsabiqəsində onun münsiflər heyyətində oturmasına imkan vermədilər çünki Canəli Ələkbərov münsiflər heyyətinfə otiranlardan savadlı idi muğamıda bilirdi.
Uşaq vaxtı elə bilirdim, məşhur adamların başına bədbəxt hadisələr gəlmir.Amma bu verilişlərə baxanda gördüm ki, onlar sadə insanlara nisbətən daha faciəli həyat yaşayırlar, yəni əksəriyyəti.ALLAH rəhmət eləsin böyük sənətkara.
кечмиш актёр ве актрисаларымыздан мугеннилеримизден бедбехти олмайыб индикилерин спонсорлары ве хечилери темин едир
Xeyr, onların da bədbəxtlikləri var, onlar da insandı, dünyaya insan kimi gəliblər, sənətkar kimi deyil.
Allah rəhmət etsin .nəhəng sənətkarı.ilk travması qızı rəhmətə gedəndən sora aldı.
Allah rehmet elesin gözel SENETKARMIZA, hemişe qelbimizde yaşayacaq öz ifasi ile, bele insanlarin paxilligini cekenler hemişe olub,olacaqda
Allah rahmat elasin.bilinir ki,merd adam olub,kiwi adam olub,sozunu deyen olub.o biriler kimi kolgesinden qorxmayib.xalq her weyi gorur.ustadina kem baxanin gozlerine qan damar..Allah ruhunu wad elasin.
Allah rəhmət eləsin qəbri nurla dolsun böyük sənətkar idi amma Gülxar Həsənova onun tələbəsi olmayıb Gülxar xanım hamlet Qurbanovun anasıdır xalq artisti olub ən məşhur rolu Ərəb zəngidir
Düzgün insan olub Allah rehmet elesin məkanı cənnət olsun
Sənətkara Allah rəhmət etsin. Ürəklərdə daima yaşayacaq
Allah ustada rəhmət eləsin və sağ olun ki belə verlişləri hazırlayıtsız
Allah rəhmət eləsin ailəsinə baş saglıgı veririk🙏🙏😔
Allah rehmem elesin size
Allah rehmet elesin dahii senetkarimizi🥀🥀
Xanendeler arasında en gözel zil ses Caneli Əkberovun sesi olub Allah rehmet elesin mekanı cennet olsun🤲🤲💔💔🥀🥀😥😥
Telebeleri hami super.Allah rehmet elesin
Allah rəhmət eləsin. Səhv etmirəmsə bir qız övladıda dünyasın dəyişib əvvəllər.
ALLAH TEALA RƏHMƏT ETSİN MƏKANLARI CƏNNƏT OLSUN İNŞALLAH AMİN🤲🤲🤲🤲🤲🤲🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀😭😭😭😭😭😭😭😭😭😭
Allah rehmet elesin🤲
❤❤Аллах Рахмат Еласин ❤❤
Allah Rəhmət eləsin Nur içində yatsın 🌹🌹
Allah rehmet eylesin gozel xanende olub.Mekani cennet olsun.
Allah rehmet elesın. Qebrı nurla dolsun
Muğama diqqət olunmasını Canəli Əkbərov vitse prezidendən xahiş etdi Aztv də göstərdilər,sonra muğam musabiqəsi başladı,əlbətdə onun o verlişdə münsiflər heyyətində olmalıydı.Haqsızlıq oldu .
Bilirdilər ki, hər kəsə düzgün qiymət verəcək ona görə. Səbəb çoxdur onun uzaq tutulmasına. Nə isə...... Allah rəhmət etsin, nur içində yatsın gözəl sənətkarımız. Amin.
Mən musiqişünas və ya muğam ustadı deyiləm. Sənət aləminin yaxşılarını el tanıyır necə deyərlər elin gözü tərəzidir. Muğam yarışında münsiflər heyətində Canəli müəllimi aralarında görmək istəməyənlər də anlasınlar ki, bu dünya heç kimə və onlarda qalmayacaq.
ALLAH REHMET ELESIN
Azərbaybacanın muğam sütünlarından olan Canəli Əkbərova ALLAHdan rəhmət diləyirəm, məkanın cənnət olsun böyük ustad.İndi bildim Sahib İbrahimova niyə hələ də fəxri ad verilməyib, çünki tələbəsi olub...
Azerbaycanin butun boyuk ustadlarina allahdan qeni qeni rehmetler olsun, mekanlar cennet olsun, amin.
Сanəli müəllim ən sevdiyim və deyərdim ki,ən böyük xanəndələrimizdəndir.Allah rəhmət eləsin.Ona qarşı etdiyi hərəkətə görə heç vaxt Mənsum İbrahimova qulaq asmadım.Ustadına kəm baxanın gözlərinə qan damar,deyiblər.
Sənətkarlar bir-bir gedir. Allah rəhmət eləsin
Allah rehmet elesin senetkari
Gulxar x olmaz çok kaprizli idi
Əlibaba Məmmədov həqiqətən də böyük sənətkar dır Allah hər ikisinə rəhmət eləsin
ALLAH rehmet etsin sevimli senetka ruhu şad, mekanı cennet olsun senetin de senetkarın da deyeri olan zemanede yaşadı paxıllığını çekenler indi münsif kürsüsünü küreylerinde aparsınlar o, dünyaya ALLAH islah etsin paxılları vicdanı ölmüşleri
Mənsim Canəlı muəllimə görə Allaha cavab berə bilməz.Əlibabanın Ca nəli Əkbərova çatmağına hələ çox qalıb.Xalqın gözü tərəzidir.Allah Canəli müəllimə rəhmət eləsin!! Onun xətrinə dəyənlərinəisə cəzasını versin!!
Düz dersen kişi adamsan
Amin insallah
Аллаh реhмет елесин
Sözün düzünü deyən və muğamı düzgün təbliğ edən idi. Ona paxıllıq edənlər də çox olub. Allah rəhmət eləsin
Tewekkurler!
Gözəl ifaçı idi. Allah rəhmət etsin.
Bu mesumdu nedi lap şərəfsiz adam imiş.sesi də fərli deyil.Ne vicdansız adamlar var dünyada..Canəli müəllimə Allah rəhmət eləsin.Ustadını danan namerddir..
Bəli Mənsumdu nədir, nə səsi var, nə də avazı. Səkinə də dəhşət.....ancaq qışqırır. Arif isə... yerripərəst.
Allah rəhmət eləsin
Gülxar həsənova Canəli Əkbərovdan yaşda böyük olub .ondan əvvəl oxuyub.səhviniz var bu barədə.Allah rəhmət eləsin,Cənəli Əkbərova.
Allah rehmet elesin
Allah rehmet etsin
Allah rəhmət etsin
Allah Rəhmət Eləsin 😔😥
Yeri cennet olsun.Bezi werefsiz muğam oxuyanlar Canəli muellimin paxiliģini cekirdi.Çox haqsizliğlarla uzlaşdı
Çünki talış idi,tamiz,özünü duwunmayib askiklari qabaqa verib özü gerida qalib
@@lalamamedova6190 tamamile haglisiz xanim.
@@lalamamedova6190 yaxşırın sən allah kim burada onun etnik mənsubiyyətini müzakirə edir? Heç hənanın yeridir? Bir az adamayovuşmaz adam idi,, Travmatologiya institutunnda 90 cı ildə onu görmüşəm, Qaynanasının yanına hərdən gələrdi,,Bir az ətiacı adam idi, qohimları da belə deyirdi, Belə də ki, Allah rəhmət eləsin..
Muğam Dünyasının iki əjdahası var Canəli və Yaqub
Аллах рехмет элесин темиз инсан олуб
Унудулмаз сенеткар! Аллах рехмет элесин!
Çıxdığı ailə də kübar ailə olub. Qardaşları da tanınmış adamlar idi. Bir qardaşı məhkəmə hakimi idi. Özü də şirin, mərifətli adam idi.
Canəli Əkbərov həmişə ona haqsızlıq etdikləri barədə açıq danışıb, amma Azərbaycan xalqı cənubdan olan sənətkarları da çox seviblər. Sabir Mirzəyevin Çahargahını kim oxuyardı? Sabir Əliyevi də, Baloğlan Əşrəfovu da, Yusif Mustafayevi, hələ Teymur əmini. Ona görə rəy yazanlar diqqətli olun, Azərbaycanı bölgəlırə bölüb nifaq salmayın. İndi çox həssas zamandır.
Yeni bu deyilenler dogrudursa, çoooooox təəssüf ediləcək haldi,adı cəkilən sənətkarlara böyük hörmətim vardı,heyif, insanları tanimaq olmur
Her kes AQA ola bilmez ki . Allah rehmet elesin AQA senetkarumiza...Naqil sesli SEMETKAR idi , hemiwe yawar ! Obyektiv adamlarin taleyi beledi...RUHU OLSUN !!!!!
mesum qoun baş senin sesin varee ay qedeee şakalsan
ALLAH rəhmət eləsin gözəl sənətkarlarımıza
Allah rehmet elesin.Ruhunuz şad olsun.Amin Xatirelerde yaşayacaqdir iller ötsede Dahi Sevilen Xanende Muqamlarimizi yukseye daldiran Evezedilmez Muqam Xalq mahnilarimizi yaşadan Haci Caneli Ekberov Sizlerde çox saqolun paylaşdiniz. Minettariq. 22 01 2024.
Yaxşı xatırlayıram,mugam müsabiqəsinin birində bizim tanışlarımızdan birinin qızı müsabiqədə
iştirak edirdi.Müsabiqədən qabaq Arif Babayev qızın valideninə deyirki,sən qarabaglı ola ola qızını mənə yox niyə
talışa hazərlatdırırsan.Müsabiqə vaxtı
elə birinci turda həmən o qızı müsabiqədən xaric elətdirirlər.
Kiçiklər böyüklərdən nə öyrənməlidir.???
Allah Canəli Əkbərova rəhmət eləsin.
Allah rehmet elesin.Ruhunuz şad olsun.Amin Xatirelerde yaşayacaqdir iller ötsede. Sizlerde çox saqolun paylaşdiniz. Minettariq. 25 03 2024.
Etiraz edenlerin heç biri Cənalı Əkbərov seviyyesinde olmayib eksine ondan qat qat aşaği ifaçilardi sadece paxiliqdan çatlayirdilar.
TAMAM DOGRU
Həqiqətən Canəli müəllim çox gözəl insan olub və məlahətli sənətkar olub.Digər xanəndələr kimi yaltaq olmayıb,dürüst və mərd adam olub.
QEYBƏT ETMƏYİN
HƏYATDI BU.
HAMISI OXUYAN İDİ.
HAMISI DA YAXŞI OXUYURDULAR.
YAQUB MƏMMƏDOV DAN SONRA.
OXUYANLAR VALLAHI .HAMISI DEYİRDİKİ. YAQUBDAN SONRA OXUMAQ ÇƏTİN DİR.
CANƏLİDƏ YAXŞI OXUYAN OLUB.
ÖLƏNLƏRƏ RƏHMƏT.
QALANLARA CAN SAĞLIĞI.
Allah rehmet elesin Caneli muellime Xayis edirem Qedir Rustemovun kecdiyi yoldan danisasiz
Arif mesum ve digerleri axi garabaglidirlar.Caneli rehmetlik ise Taliw olub.ona gore onun paxilligini cekibler hemiwe.
дуз дейирсиз бизде о бедбехтчилик вар Азербайчаны болгелере болмек Елибаба воопше пахыл адамды
@@gencelibalasi6337 tewekkur gardaw.tamamile haglisiz.
Her zaman bele olub
Mən sizinlə razı deyiləm. Çünki paxıllığın, gözü götürməzliyin etnik mənsubiyyətə dəxli yoxdur. Təkcə Canəıi müəllim deyil, o qədər istedadlı şəxlərə qarşı haqsızlıqlar olub ki. Bu gün də onun şahidi oluruq.
@@aybenizaliyeva3118 siz razi olmaya bilersiz.herenin oz wexsi fikiri var xanim.amma Caneli rehmetlike garwi o paxillig mehz Taliw olmagina gore olub.bunu etibarli menbeler deyir.ona gore ki mugamin bewiyini Garabag adlandiriblar hemiwe.ona gorede garabaglidan bawga her hansi bir bolgeden olan savadli mugam ustadina paxillig edibler.bax budur fakt.
Allah-təala Canəli Əkbərovu qəni-qəni rəhmət eləsin.
Hemise ses diyopozoni ve ustaliqi ile taninib. Gozel senetkar idi. Taniyirdim yaxsi insan gozel dost. Amma men hemise deyirdim mehsumun ne sesi var onu getirib Mecnun rolunu ona hevale etdiler ?
Dedi ona komeklik men etdim. O hemise deyerdi ne yaxsi bu senete sen gelmedin.
Mende onu kimi guclu sese malik idim
Caneli cox cetinliklerden kecib o sahede cun ki o saheninde oz mafiyasi var. Calisirlar cenubd bolgesinden kimse ireli getnesin. Amma baxin ya at kimi kisniyirler ya da ele bil seir deyirler. Birdene Alim Qasimov qalib muqamda soz sahibi.
Allah rehmet elesin. Yerin cennet olsun. Bele yaltaqlar o qeder gelib geib ki hetda torpaq bele unudub. Allah o yaltaq namusu serefini satanlara cehenem ezabi qismet etsin
Bütün işlərin nümayəndəsi əlibala məmmədov idi,hal bu ki Canəli Əlibabadan min dəfə cülü muğam oxuyurdu,
Allah rəhmət eləsin çox heyif
Canəli mūəllim dūz dūz əyrini əyri deyirdi.Mərd, xeyirxah insan idi.Dövlətimiz onun sənətinə yūksək qiymət vermişdir. Sənət dostları təəssūf ki onu özlərindən incik saldılar.Hər halda inciklik,narazılïq öz aralarında qalsaydı daha yaxşı olardı.Təəssūf ki bu belə olmadı.
Aıə deyib deyib də belə şeylərnən söz söhbət yaratmayın ayıbdır
Ruhları şad olsun
GULXAR HESENOV CANƏLI ƏKBƏROVDAN QOCA IDI. GULXAR HESENOVA CANƏLI ƏKBƏROVDAN ƏVVƏL OXUYUB.
O TƏLƏBƏLƏRDƏN SORUŞUN GÖRÜN ONU ÖZLƏRİNİN MÜƏLLİMİ HESAB EDİRLƏR....
Ona görə də, onlara oxumaq yox, yaşamaqda haramdır!
Əlibala muğam oxuyanların icində ən zəifi idi,məhsum dünənki uşağı
Agzuvu gələni danışma ! Əlibaba Məmmədovun sənətinnən danışmaq sənin başuncun deyil !
@@versionboss1689 yazdığın sözlərə fikir ver, görünür belə tərbiyə almısan, əlibabanın hansı muğamı bilirsən,yaxşı oxuyardı məcnun rolunu ona verərdilər,tak cto лучшее бы ты замолчал не не написал
@@versionboss1689 его уважают за то что он один из ветеранов остался
@@EDUMIRZOEV get tullanmagivin dalınca ! Sənin başın musiqidən guya çıxırsa , vay vay ???
@@versionboss1689 Ağaxan,Hacıbaba,canəli olan yerdə əlibala hec kimdi
Çox nahaq yerə, Əlibaba əmi haqqında belə söz deyib, düzdür, indi ikisi də vəfat edib, amma əmiyə sataşmaq onun başı üçün deyildi.əmi şöhrətli kişi idi,lağ olunası adam deyildi
Sağ əliArifnən Əlibabanın başına,Canəliylə çox çəlləşdilər ,çunki onun səviyyəsinə çata bilmirdilər.
Kişi kimi yaşadı , Kişi kimi öldü. Bəziləri kimi girənliklə , matuşkalığla irəli getmədi . Bəziləri deyəndə yəqin bəlidir kimlər
Gülxar Həsənovanı o siyahıdan alın, bu səhvdir.
❤😂🎉
TALIŞLARA QARŞI HƏMEŞƏ HAQSIZLIĞ OLUB BUNU BUTUN TALIŞLAR BİLİR!!!
Qızı ölmüşdü ele eşitmişdim oğluda ölüb demeli
Beli
@@afetibadova4353 allah rehmet etsin amin
Amin
Sesi ureye yatanndeyil
Həmin muğam ifaçıları Canəli Əkbərova çata bilməzlər.Məs:Mənsuriyyəni Canəli kimi oxuya bilməzlər.Onların repertuarında yeni qəzəllər demək olar ki,yoxdur.Və s.
Əlibaba Məmmədov
,خدا رحمت کند خواننده خوبی بود .
Canəli müəllim qürurlu,geclü şəxsiyyət idi.İqtidara yaxın adam idi.İstəsəydi ,onlara qan uddurardı. Amma baş qoşmadı o nankorlara.
Onun bir oglu ruhi xəstə idi yazıga hec baxmırdılar. Vosmoyda maşınların parkovkasına baxırdı.
ƏLİBABA ÇƏMMƏDOV BRAVO...👍👍👍👍👍👍👍👍👍👍👍
Burda lazimsiz sohbetler elemeyin, is nece olub, bir Allah bilir, Kim necedi bilmirem, mugenniler arasinda ne olubsa onu nezerde tuturam, talis olan O qeder mugenniler varki niye millet sohbeti atirsiz ortaya, Allah rehmet elesin
8