Allah Cənnətə Çağırır - Hacı Şahin - Cənnətə Tələsin

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 มิ.ย. 2019
  • Daha çox moizələr dinləmək üçün abunə olun və bizi izləyin - bit.ly/2uR7dZv
    Hədislər əsasında
    Həzrət Muhəmməd Peyğəmbər (s) buyurub:
    “Hər kəs behiştin həvəsindədirsə, xeyir işlər etməyə tələssin” (Bihar əl-ənvar, cild 77, səh. 96).
    “Siz mənim üçün altı əməli etməyə zəmanət verin (yəni bu əməlləri edəcəyinizə söz verin), mən də sizə behişti zəmanət verərəm (yəni behiştə düşməyinizə zamin duraram): danışanda doğru söyləyin, vəd verəndə vəfalı olun, sizə əmanət veriləndə qoruyub geri qaytarın, cinsiyyət üzvünüzü (əxlaqsızlıqdan) qoruyun, gözlərinizi harama baxmaqdan çəkindirin, əllərinizi günahdan uzaq saxlayın” (Nəhc əl-fəsahə, hədis 321).
    “Cənnətdə bir ev var ki, ona dar əl-fərəh (şadlıq və sevinc evi) deyərlər. O evə yalnız möminlərin yetim balalarını sevindirənlər daxil ola biləcəklər” (Nəhc əl-fəsahə, hədis 864).
    “Rəbbninizə münasibətdə təqvalı olun, (gündəlik) beş namazınızı qılın, bir ay orucunuzu tutun, malınızın zəkatını verin, əmr sahiblərinizə (rəhbərlərinizə) itaət edin və (bunun nəticəsi olaraq) Rəbbinizin behiştinə daxil olun!” (Sünən Tirmizi, Əbvab əl-səfər, hədis 616).
    “Hər kim öz ağlayan uşağını sakitləşdirib razı salsa, əzəmət və cəlal sahibi olan Allah da ona cənnətdən o qədər pay verər ki, razı düşsün” (əl-Firdovs əl-əxbar, III, 549).
    “Ey Qüreyş cavanları! Cinsiyyət üzvünüzü günahdan qoruyun. Hər kəs bunu etsə, cənnətlikdir” (Təbərani. əl-Möcəm əl-avsət, VII, 61).
    “Hər kimin qonşusu ondan amanda deyilsə, cənnətə daxil olmaz” (Nəhc əl-fəsahə, hədis 2532).
    “Kim öz müsəlman qardaşının abır-həyasını qorusa, şübhəsiz, cənnət ona vacib olar” (Şeyx Səduq. Səvab əl-əmal).
    “Kim zalımdan məzlumun haqqını alsa, cənnətdə mənimlə yoldaş olar” (Bihar əl-ənvar, cild 75, səh. 359).
    “Yaxşı niyyət öz sahibini cənnətə aparar” (Müttəqi Hindi. Kənz əl-ümmal, XIII, 151).
    “Üç xususiyyət var ki, Allah bunlardan birini hər kimə versə, ona cənnəti də vacib edər: kasıblıq halında infaq (başqalarına maddi yardım etmək), hamıya münasibətdə mehriban olmaq və insafla rəftar etmək” (Nəhc əl-fəsahə, hədis 1281).
    İmam Əli ibn Əbu Talib (ə) buyurub:
    “Öz daxilini gözəlləşdirməyən və niyyətini paklaşdırmayan adam cənnətin mükafatına nail olmaz” (Ğürər əl-hikəm, hədis 10868).
    “Cihad cənnətin qapılarından biridir. Allah bu qapını öz dostları arasından seçilmişlərin üzünə açar” (Nəhc əl-bəlağə, xütbə 27).
    İmam Hüseyn (ə) buyurub:
    “İki nəfərin arasında mübahisə düşəndə onlardan hansı biri o birini razı salsa (barışığa getsə), cənnətə daha tez gedər” (Feyz Kaşani. Məhəccət əl-beyza, IV, 228).
    İmam Muhəmməd Baqir (ə) buyurub:
    “Dörd xüsusiyyət var ki, hər kimdə bunlar olsa, Allah o adamdan ötrü cənnətdə ev tikər (yəni ona cənnətdə xüsusi məkan verər): yetimə sığınacaq verən, zəifə mərhəmət edən, valideyninə şəfqət göstərən və ixtiyarı altında olanla (nökərlə, işçi ilə) mehriban davranan” (Üsuli-Kafi, “Valideynə yaxşılıq babı”).
    İmam Cəfər Sadiq (ə) buyurub:
    “Cənnət əhlinin dörd əlaməti var: mehriban üz, yumşaq (başqalarını incitməyən) dil, mərhəmətli qəlb və səxavətli əl” (Məcmuət Vərram, II, 91).
    İmam Musa Kazim (ə) buyurub:
    “Həya imandandır, iman (yəni imanlı adam) isə cənnətdədir” (Bihar əl-ənvar, cild 78, səh. 309).
    Abunə ol bit.ly/2uR7dZv
    Kanala ABUNƏ ol: bit.ly/HaciShahin
    Rəsmi Veb-səhifəsi: www.hacishahin.az/
    Rəsmi Facebook səhifəsi: / hacishahinha. .
    Mənbə: TH-cam Hacı Şahin Həsənli Abunə ol - bit.ly/2LnaLx0
    Dəyərli izləyicilər əgər videolar xoşunuza gəlsə bəyənin Kanala Abunə olun və şərhlərinizi əlavə edin.Dəstəyiniz üçün hər birinizə ayrı-ayrı minnətdaram
    ● Videoları paylaşmağa izin verdiyi üçün Hacı Şahinə təşəkkür edirəm.
    Abunə ol bit.ly/2uR7dZv

ความคิดเห็น • 25

  • @PervinYusifov-tc2mz
    @PervinYusifov-tc2mz 2 หลายเดือนก่อน

    Can Hacim,gozel insan Allah rehmet etsin sene ruhun sad olsun.❤

  • @seidqahramanov224
    @seidqahramanov224 5 ปีที่แล้ว +12

    ALLAHIM sən bizləri cənnətə daxil elə bizləri cəhənnəm qəbir əzabında qoru

  • @pervinyusifov4356
    @pervinyusifov4356 25 วันที่ผ่านมา

  • @sevdahacyeva180
    @sevdahacyeva180 5 หลายเดือนก่อน

    Ay haci safin indi sen cenetdesen nur icinde yat

  • @ugurhacyev4099
    @ugurhacyev4099 5 ปีที่แล้ว +11

    Allah sizleri var etsin Hacı Şahin Haci Ramil sizleri dinledikçe gunahlardan uzaqlasir insan

  • @faydalitv4171
    @faydalitv4171 ปีที่แล้ว +3

    ALLAH RAZI OLSUN HACICAN!

  • @user-bs1yz4gt3d
    @user-bs1yz4gt3d ปีที่แล้ว

    Gozelinsan

  • @ivanbiosa
    @ivanbiosa 10 วันที่ผ่านมา

    Həzrət Əlinin Duasi
    Ilahi əntələ əzizu və ən əzzəyif Movlaya ya Movla
    Əntǝl qǝviyu və ən əzzəyif Və həl yərhəmu zəyifə il əl qǝvi
    Əntǝl əzizu və ən əl zəlil və həl ərhəmur zəlilə illəl əziz
    Tərcümə
    Ilahi sən güclüsən mən zəyifəm
    Zəyifə güclüdən başqa kim rəhm eliyǝr
    Ilahi sən əzizsən mən zəliləm zəlilə əzizdən başqa kim rəhm eliye biler

  • @aftosqiz8861
    @aftosqiz8861 5 ปีที่แล้ว +2

    Allah sizden razi olsun haci şahin

  • @islam_tv_official1
    @islam_tv_official1  5 ปีที่แล้ว +13

    Dəyərli izləyicilər əgər videolar xoşunuza gəlsə bəyənin Kanala Abunə olun və şərhlərinizi əlavə edin.Dəstəyiniz üçün hər birinizə ayrı-ayrı minnətdaram

  • @soniyairada3854
    @soniyairada3854 5 ปีที่แล้ว +2

    Inssallah insallah Allah cavanlarimizi dine qetirsin

  • @fuadhuseynov993
    @fuadhuseynov993 4 ปีที่แล้ว +3

    Inwallah Wahin bey sizde ora layiqsiz

  • @elyanoraqwert5622
    @elyanoraqwert5622 5 ปีที่แล้ว +1

    Tşk🌷

  • @krasnymostgeaz528
    @krasnymostgeaz528 ปีที่แล้ว

    Hər bir insana Cənnəti arzu edin. Pisədə yaxşıyada o zaman yaxşı olar.

  • @krasnymostgeaz528
    @krasnymostgeaz528 ปีที่แล้ว

    Cənnət Cənnət Cənnət hiss edə edə

  • @krasnymostgeaz528
    @krasnymostgeaz528 ปีที่แล้ว

    3 dəfə ürəkdən Deyin Cənnət Cənnət Cənnət Həmiş Cənnət təsəvvür edin Cənnət necə ola bilər

  • @allahuekber407
    @allahuekber407 4 ปีที่แล้ว

    Hacı bibimoğlu canına qesd etdi cümə axşamı günü, cümə günü torpağa qoyuldu. Cənnətə düşərmi , ? Ölmədən namazı öyrəndi ki cümə günü başlayacam, ama həmin gün torpağa qoyuldu. Bu nəyə işarədi. ?

    • @gunay7583
      @gunay7583 4 ปีที่แล้ว

      Can Allah rəhmət eləsin.
      Canına qəsd eləmək günahdı. Allah günahlarını bağışlasın Amin😔😔🙏

    • @allahuekber407
      @allahuekber407 4 ปีที่แล้ว

      @@gunay7583 ölənlərinizə rəhmət😔

    • @gunay7583
      @gunay7583 4 ปีที่แล้ว

      @Allahu Ekber amin çox sağ olun..