Yaqub Məmmədov - Çahargah Mugamı 1957

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 พ.ค. 2021
  • Heç bir yerdə eşitmədiyiniz ifa
  • เพลง

ความคิดเห็น • 43

  • @mtahmazov9936
    @mtahmazov9936 3 ปีที่แล้ว +18

    Yaqub Məmmədov Azərbaycan muğam ifaçılığında məktəb yaratmış xanəndələrimizdəndir .Onun sənət yolunu dərindən öyrənmək və təbliğ edərək yaşatmaq hər bir muğamsevərin borcudur. Məkanın Cənnət olsun, dahi sənətkar.

  • @aytacm_li7987
    @aytacm_li7987 2 ปีที่แล้ว +21

    Bəh-bəh əsl Çahargahı hələ indi dinlədim buna qədər çox xanəndələrin ifasında çahargah dinləmişəm amma bu bir başqadır və tam Çahargahın özüdür Allah sənə rəhmət eləsin Yaqub Əmi yerin behişt olsun 🤲🤲🤲

  • @elshadsultanov3343
    @elshadsultanov3343 2 ปีที่แล้ว +18

    Bu ifanı təkrar edə biləcək xanəndə hələ ki, müasir dövrümüzdə yoxdur.Çahargah mugamı sanki bu kişinin səsi üçün yaranıb.Dahi ustada rəhmət.

    • @mursudfrmanov3441
      @mursudfrmanov3441 10 หลายเดือนก่อน +3

      Bəli doğru.ALLAH dahi sənətkara rəhmət eləsin. Bir daha BÖYÜK YAQUBDAN olmuyacaq.

  • @user-ot4iv8xp9t
    @user-ot4iv8xp9t 2 ปีที่แล้ว +15

    Yaqub əmi əvəzolunmaz xanəndədi ilahi onu tək yaradıb.
    Allah rəhmət eləsin dahi insana.

  • @maisqurbanov16
    @maisqurbanov16 2 ปีที่แล้ว +19

    Allah rəhmət eləsin yaqub əmiyə cox maraqlidili ki bu gözəl ifani dinləyən azdır

  • @galiborujov8769
    @galiborujov8769 ปีที่แล้ว +5

    Menim rəhmətlik Atam çahargahi cox qözəl ifa edirdi.Amma Ustad cox sağ ol.Eganəsən.Allah bütün sənətkarlara cənnət hazırlamış.

  • @elxanpashayev1740
    @elxanpashayev1740 6 หลายเดือนก่อน +4

    Mən çox təəssüf edirəm ki, bu cür qeyri adi və möhtəşəm ifanın dinləyiciləri çox azdır.Bəlkədə yutubun məsuliyyətsiz əməkdaşları bu ifaları qeydə almırlar çünki mənim tanıdığım onlarla insan hər gün bu ifaya qulaq asırlar.Nəticə belə olmamalıdır.

  • @logmanabbasli2604
    @logmanabbasli2604 2 ปีที่แล้ว +12

    Xanədələrin bəzisinin zil pərdələr səsi çatmır.Amma Yaqub müəllimin səsi yorulmayan səs olub.Bunun sübutu kimi Mənsuriyyəyə keçid edib ləzətnən oxumasıdır.Allah dahi sənətkara rəhmət eləsin.

  • @logmanabbasli9748
    @logmanabbasli9748 4 หลายเดือนก่อน +4

    Allah rəhmət eləsin muğamın kralına.Çox möhtəşəm ifadır.Mənsuriyyəyə keçidi isə tayı-bərabəri olmayan keçiddir.

  • @user-ch3ll7uv4d
    @user-ch3ll7uv4d 2 ปีที่แล้ว +9

    Bawqa bir milletin bele oqlu olsaydi goresen hansi zirvelerde ucardilar Bu Bizim Tariximiz varliqimiz oyuncumuz fexrimizdir yeri behiwt olsun

  • @logmanabbasli2604
    @logmanabbasli2604 3 ปีที่แล้ว +16

    Allah Yaqub müəllimə rəhmət eləsin.Nə oxuduğu muğamların,nə də bu səsin tayı bərabəri var.

  • @demirnagiyev3299
    @demirnagiyev3299 ปีที่แล้ว +5

    Yaqub Məmmədova Allah rəhmət etsin.Onun ifaçılıq yolu dərindən öyrənilməli, təbliğ və tədris olunmalıdır.Çünki bu yol təmiz klassik yoldur.

  • @ramiz6369
    @ramiz6369 ปีที่แล้ว +3

    Bu muğama, mən
    Uşaq vaxtı, 1957 ci ıldə radioda qulaq asmışam. İndiyə qədər bu səsi əvəz edən yoxdur. Mənə belə gəlir, səhf etmirəm.

  • @user-nt1dc1wp7r
    @user-nt1dc1wp7r 2 ปีที่แล้ว +10

    Heyif bu köhnə Kişilərdən !

  • @gunduzmammadov3022
    @gunduzmammadov3022 11 หลายเดือนก่อน +4

    Məkanı cənnət olsun.Belə ifa belə sənətkar bir də olmaz.

  • @mirasur1059
    @mirasur1059 3 ปีที่แล้ว +11

    AZETBAJCANDA COX GÖZEL SENETKARLAR OLUB,REHMETE GEDENLERE ALLAJ GENI CENI REHMET ELESIN, MEKANLARI DAIM CENNET OLSUN🤲🤲🤲🇦🇿

  • @rzarzayev4607
    @rzarzayev4607 ปีที่แล้ว +7

    Ustada Allah rəhmət eləsin ruhu şad yeri cənnət olsun əvəzsiz sənətkarın Amin in şə Allah

  • @budadbudad8447
    @budadbudad8447 ปีที่แล้ว +3

    YAQUB BÖYÜK SƏNƏTKARDI.ONUN BÜTÜN İFALARI YAĞ-BAL KİMİ CANA İŞLƏYİR.ONUN BU İFASI DA ƏVƏZSİZDİR ,HABİL ƏLİYEVLƏ İFA ELƏDİYİ UNİKAL MƏNSURİYYƏ DƏ ƏVƏZSİİZDİR.AMMA BİZİM BAŞQA BÖYÜK SƏNƏTKARLARIMIZ DA OLUB.ALLAHIN BİZƏ BÖYÜK LÜTFÜDÜ BU SƏNƏTKARLAR.ALLAH ÖLƏNLƏRƏ RƏHMƏT ELƏSİN,SAĞLARA İSƏ UZUN ÖMÜR VƏ CAN SAĞLIĞI QİSMƏT ELƏSİN.

  • @user-nt1dc1wp7r
    @user-nt1dc1wp7r 2 ปีที่แล้ว +8

    Tarın müşaəti adama ləzzət edir !

  • @elshadsultanov3343
    @elshadsultanov3343 2 ปีที่แล้ว +9

    Bu ifa həqiqətən çox möhtəşəm ifadır başqa ifaçıların ifa etdiyi Çahargah ifalarından tamamilə fərqlənir və üstündür, akademik ifadır.Böyük ustad və pedoqoq Ceyid Şuşinski elə-belə deməmişdir ki, Yaqub çətin ki, səndən birdə analar dogsun.Hər iki ustada rəhmət.

  • @quseinov
    @quseinov 11 หลายเดือนก่อน +4

    Аллах рэхмэт елэсин!
    Эвэзолунмаз сэнэткар хэм сэси хэмдэ ифасы или хамыдан фэрглэнир. Онун сэсиндэ сехиркарлыг вар иди.
    Великий человек, всегда будем помнить Вас!

  • @elxanpashayev1740
    @elxanpashayev1740 2 ปีที่แล้ว +12

    Dahi sənətkarin bu ifasi həqiqətən unikal bir ifadir. Mugam ifaçiligindan anlayişi olanlar bu ifani başa dyşyr və qiymətini də verirlər.Burada ifa olunan myalif və qərrə şöbələrini ifa etmək xanəndə yçyn çox çətindir ona görə tək-tək zil səsli xanəndələr bu mugama myraciət edirlər.Lakin çoxusu mugamin öhdəsindən lazimi səviyyədə gələ bilmirlər buda başa dyşyləndir, səs çatmir.USTADA RƏHMƏT.

    • @qarbagazerbaycandir9680
      @qarbagazerbaycandir9680 3 หลายเดือนก่อน

      Yaqub bütün şöbələrdə ürəknən qorxmadan gəzişir layiqincə başa çatdırır. İndikilərdə oxuyir amma ürək eləmirlər bu gedişlə başa vuralar. Yarı yoldan kəsə çıxırlarAmma Yaqub öhdəsindən gəlməyi bacarır Barsa çıxsın meydana bu meydan bu şeytan. Nə məllim yanında olmuyib nə kanservatoriya qutarmıyıb.
      Bu adam muğamın Dahisidir Bəssalam
      Allah rəhmət eləsin

  • @tofiqrhimov4650
    @tofiqrhimov4650 22 วันที่ผ่านมา +1

    Azərbaycan tarixində 1 nömrəli xanəndə,

  • @samoramazanli5813
    @samoramazanli5813 2 ปีที่แล้ว +5

    Allah rəhmət eləsin.

  • @muradmaharramov1921
    @muradmaharramov1921 ปีที่แล้ว +3

    Çox sağol Həmid

  • @ramiz6369
    @ramiz6369 11 หลายเดือนก่อน +2

    Msizin kollektivə təşşəkürr, siz bu muğam ın inci ifaçısını unutmursunuz.

  • @aynurahmedova6106
    @aynurahmedova6106 ปีที่แล้ว +8

    Allah Yaqub əmini qəni-qəni rəhmət eləsin,ruhu şad olsun.Gözəl ifadır.Düzdür,mən muğam bilicisi deyiləm,amma çox həvəskarıyam.Çox xanəndələrimizin ifasında Çahargah muğamına qulaq asmışam,dinləmişəm.Rəhmətlik Sabir Mirzəyevin bu muğamı ifasından yoxdur.Onun səsindəki məlahət,şöbələrə keçidi,Bəstənigarı,Mənsuruyyəsi çox ruha yatımlı,təkrar olunmazdır.Sanki,o,bu muğama öz möhürünü vurub gedib.

    • @qarbagazerbaycandir9680
      @qarbagazerbaycandir9680 3 หลายเดือนก่อน +1

      Mənsuruyyənin atası Yaqub Məmmədovdur Bəstənigarınki Sabir Mirzəyevdi Aııah hər ikisinə rəhmət eləsin

  • @ilkinmemmedov3924
    @ilkinmemmedov3924 3 ปีที่แล้ว +11

    🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿👍👍👍👍👍

  • @elxanpashayev1740
    @elxanpashayev1740 8 หลายเดือนก่อน +3

    Dahi xanəndənin bu ifasından yoxdur,burada hər şey yerli yerindədir nə yersiz boğazlar,nə boş-boş mənasız dəsgaha uygun olmayan zəngulələr yoxdur.Dahi Cabar,Seyid necə oxuyubsa bu dahidə eləcə oxuyub.Mənsuriyyəyə keçid isə xüsusilə çox gözəldir, və necə başlayıbsa eləcədə tamamlayıb.Muğamı bilməyənlər bunu çətin başa düşərlər.

  • @hooshangazarmehr9198
    @hooshangazarmehr9198 2 ปีที่แล้ว +11

    Zili zil,bəmi bəm.. bal kimi səs..san'ki 19 ci əsr'dən gəlir Yaqubun avazi...ürəydən tikan çixardiri Yaqub əminin oxumaqlari..

  • @userser5742
    @userser5742 2 ปีที่แล้ว +10

    Bu kişiden yoxdur de

  • @qarbagazerbaycandir9680
    @qarbagazerbaycandir9680 3 หลายเดือนก่อน +2

    İndi bu çahargahı demək olarki heç kim oxuya bilmir . Nədə ki Mənsuruyyəni oxuyan yoxdu
    Bunu oxumağa Yaqub ürəyi lazımdı. Oda yoxdu

  • @oktayisgndrov1853
    @oktayisgndrov1853 ปีที่แล้ว +5

    Rəhmətlk yaqub əmi oxuduğu bütün ifalarının möhürünü vurub.elxan paşayevin yazdığı şərhlərə heç bir söz ola bilməz.çox xahiş edərdim ki,elxan müəllim,islam rzayevin 1959 cu ildə ifa etdiyi çahargah muğamı haqqında öz fikrinizi bildirəsiniz.əvvəlcədən təşəkkürlər.hörmətlə oktay həkim ,ucar rayonu.

    • @elxanpashayev1740
      @elxanpashayev1740 ปีที่แล้ว +5

      Oktay myəllim əvvəlcə onu deyim ki, gözəl ifaçimiz İ.Rzayev çox gözəl xalq mahnilari ifaçisi idi o ki, qaldidi onun 1959 -cu ildə ifa etdiyi Çahargah mugamina onu deyə bilərəm ki, ifa çox möhtəşəm olmasa da gözəl ifadir.İ.Rzayevin ən möhtəşəm ifa etdiyi Çahargah onun məhşur mugam bilicisi və böyyk pedoqoq S.Şuşinski yçyn ifa etdiyi yəni musiqi texnikumuna daxil oldugu vaxt ifasi olmuşdur ki, oda arxivlərdədir yzə çixmayib.Birdə onu deyim ki, İ.Rzayevin səs diopazonu mugam yçyn yetərli deyildi.İ.Rzayev gözəl sənətkar idi.ölənlərə rəhmət.

  • @tofiqrhimov4650
    @tofiqrhimov4650 22 วันที่ผ่านมา

    İndi onun yerini Alim Qasımof tutub

  • @user-xs4tg1jk7h
    @user-xs4tg1jk7h 3 หลายเดือนก่อน +3

    Весьма оригинальное пение
    Впервые слышу